Qadın olmaq…
Dünyaya gələn hər bir qız övladı gələcəyin anası, ailəsinin xanımıdır. Bununla yanaşı o dahi şəxsiyyətdir, müqəddəs insandır. “Qadın zərif cinsin nümayəndəsidir” bu mənim təbirimcə səhv deyilmiş bir fikirdir. Qadınlar günümüzdə ən güclü varlıqlardır. Dəyilən hər zərbəyə dözə bilirlər. Bura həm psixoloji, həm də fiziki zərbələr aiddir. Əks cinsin nümayəndələrinə isə ikisindən biri olduqda ya psixoloji yadakı fiziki onlar xanımların köməyinə ehtiyac duyurlar. Bu xanım anada ola bilər, bacıda, həyat yoldaşıda, qız övladıda. Qız övladı dünyaya gələn bir çox ailələr məyus olur, bu ailələr bəlkədə düşüncə cəhətdən dar ailələrdir. Çünki qızdan müqəddəs varlıq varmı, dünyada? Təbii yoxdur.
Mən xanımam, amma ana deyiləm o zirvəyə çox təəssüfki hələ yüksəlməmişəm. Ana olmaq ən ali zirvədir. Bu hissi məhz xanımlar yaşayıb – duya bilir. Qadın olmaq- övladını dəlicəsinə sevməkdir, onu hər kəsdən qorumaqdır. Övladına həyatı sevməyi öyrətmək deməkdir. Qadınların bir çoxu dözümlü olur, məhz mənim anam kimi. Hər kəsin anası ona çox doğmadır, mənim anamda təbii ki, mənə. Anam həmişə öz övladları üçün hər kəslə əsgər kimi döyüşdü, bizi qorudu. Haqsız olduğumuz vaxtlarda belə bizə haqq qazandırdı. Təbii ki, mən heç bir Avropa qadınını bir Azərbaycan qadınına dəyişmərəm. Çünki torpağımız Natavan, Məshəti, Həcər, Nigar və nəhayət mənim anam kimi qadınlar yetişdirib. Bəli, mən anamı ən ön sıralarda görürəm, o fədai qadındır. Öz həyatını övladlarına həsr edən, onların xoşbəxtliyi naminə çalışıb – vuruşan qadındır.
Qadın - dövlət xadimi, prezident, millət vəkili, hər hansı müəssisənin icraçı direktoru ola bilər, amma o qadının ailəsi və ya sevəni, evə gələrkən gözləyəni yoxdursa, fikrimcə o tam olaraq xoşbəxt deyildir. Təbii ki, bütün qadınlar ən ali xoşbəxtliyə layiqdirlər. Məndə bu xoşbəxtliyi hər kəsə arzu edirəm. Sonda fikrimi L.N. Tolstoyun çox gözəl fikri ilə bitirmək istərdim: “Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir”.
ƏHMƏDLİ MİNAXANIM