Qadın olmaq günəş olmaqdır,işıq gətirməkdir.Qadın gələcək.Özü ilə bərabər kədərini gətirəcək,amma sevinc bəxş edəcək,ümidsizliyini gətirəcək amma ümid olacaq,çarəsizliyini gətirəcək amma çarə olacaq.Qadın gələcək.İşıq olacaq,həyat eşqini,yaşama sevincini artıracaq,gözündə ən mənasız bildiyin dəyərlərə dəyər qatacaq.Yalnız insanın deyil ki,həyatın,dünyanın,yaşamın ehtiyacı var qadına.Misralar nə qədər gözəl olur-olsun, qadın deyilmi, o şeirləri yazdıran,onun varlığı deyilmi,cansız misralara nəfəs qatan?!
Ana deyilmi,insana ən doğma söz dünyada..Gözün ilk gördüyü,qəlbin ilk sevdiyi qadın.Yanında böyüdüyün,yanında"balacalaşa bildiyin".Bir ananın güclü olduğu qədər güclü biri varmı?!Bəlkə də gücün meyarı başqa olmalıydı,ən güclü varlıq anadan başlamalıydı.Hüseyn Arifin "Analar"şeirinde deyildiyi kimi: Torpağmı anasız qalmasın deyə, Torpağın qoynuna köçür analar. Həyatı boyunca nələrsə axtarır insan...Bir gözəllik olsun istəyir.Sanki bütün çətinliklərə baxmayaraq,bir "sığınacaq"olsa,hər şey yoluna düşəcək,bir qayğı olsa,bütün problemlər həllini tapacaq,heç bitməz dediyin dərdlər unudulacaq.Sanki o sığınacaq olsa,kədəri belə sevəcəksən.Bir qadındır o sığınacaq. Qadın anadır,qadın dostdur,bacıdır,qadın sevgidir,sevgilidir.
"Qadının yaxşısı qədər yaxşı,pisi qədər pis varlıq yoxdur"deyib Evripid.Pis olmağı insan planlaşdırmır.Uşaqlıq xəyallarında kimsə "mən böyüyüb pis insan olacam"demir.Həyat insanı çox imtahanlara çəkər.Deyirlər:"zamanın silsilə sınaqları adamı ya adam edər,ya nadan.
"Hər kəs o sınaqlar qarşısında eyni əzmi göstərmir,eyni düşüncəyə sahib olmur,Belə ki,bütün qadınlar da eyni dərəcədə yaxşı ola bilmez.Amma biz o "dərəcə"ni müəyyən edə bilmərik.Üzünə baxıb qəlbindəkiləri görə bilmərik.Görmək mümkün olsa,hər qadının qəlbində nə qədər sevgi olduğunu görərdik,nə qədər mərhəmət olduğunu görərdik.Amma kimisində bu hisslər üzdədir,kimisində çox dərində.
Səbəb olma.Ən gözəl,ən saf hisslərini dərinə-dərinə atmağa səbəb olma.Bir qadına dost ol,qardaş ol,"mənim atam-qəhrəmanımdır"deyə biləcəyi ata ol,qadına rəfiqə ol,dəstək ol.Çünki,bir qadın sevildiyi qədər gözəl,dəyərli ve xoşbəxtdir.
Pərvin Həsənzadə