Düşüncə Jurnalı

header photo

Ülkər Qədiyeva - SEVGİ NƏDİR

18-02-2015

Sevgi nədir?

Sevgi Allahın bizə bəxş etdiyi ən gözəl duyğulardan biridir...dərk edilməyəcək qədər sadə, müqəddəs hissdir. Tam mənası ilə həyatın özüdür. Sevgi əbədiyyətdir, izahı olan və izahı olmayandır, yazmaqla bitməz bir dastandır, oxumaqla qurtarmaz bir romandır, həzin bir musiqi kimi insanın huşunu başından alan bir duyğudur. Özəl və gözəl duyğu.

Bəzilərinə görə bəlkə də ən böyük dərddir sevgi, qəbul edə bilmə gücünü hiss etməkdir, bəzən gecələri səhərədək gözləmək, bəzən heç yatmamaqdır, bəzən ən zəif yerimiz, bəzən ən güclü yerimizdir. Sevdiyin insana toxunduqda ayaqdan başa qədər barmaqların xoşbəxt səyahətidir sevgi.

Sevgi...gözlərdən, sadəcə baxışlardan hər şeyi anlamaqdır. Bir baxışla başlayan və ürəyin ən dərinliklərinə axan, səni səndən alan bir duyğudur. Eyni zamanda məsuliyyətdir, güvəndir, etibardır, qorumaqdır. Sağollaşdıqdan sonra yenidən salamlaşdıqda eyni həyəcanı keçirməkdir, yenidən, hər gün yenidən sevməkdir. Sevdiyin insanı hər gün yenidən kəşf etməkdir. Sevgi qaranlıq içində ümid işığıdır, o işıq ki, onun sayəsində nura qovuşursan. Hər anının onunla olmaq arzusu, hər səhər onun sabahına oyanmaq, həyat nə qədər çətin olursa olsun onunla birlikdə yaşamaq....yaşlanmaq istəyidir. Onunla yaşadığın hər dəqiqəni xatırlayıb özünün də xəbəri olmadan gülümsəməkdir..., onsuz həyatını təsəvvür etməmək, sənə qarşı hisslərinə, sevgisinə, ürəyinə görə sevməkdir. Sevgi bəzəndə qorxudur... itirmək, aldadılmaq, unudulmaq qorxusu.

Sevgi bir sözlə HƏYATDIR ...sənin həyatın... o tək sənindir, sənə aid və sənə məxsusdur...

Bəzən sevgi quraqlığda yağan yağış tək xilas edir, bəzən də yandırıcı cəhənnəm əzabına çevrilir. Onun əbədi intizarı sonunda məcnunluğa səbəb olur. Uğursuzluğa düçar ola bilər, amma qəlbin bir guşəsində özünə əbədi yer edərək qalmaqda davam edir.

Heç nə sevgini itirməyə dəymir... Dəyərini bilmək lazımdır ki, sonrasını kaşki....lərlə keçirməyəsən.... Bəzən insan sevsə də boynuna almaq istəmir, çox çətin olur dərk etmək, qəbul etmək....Ən acısı sevib qovuşmamaqdı, heç vaxt qovuşa bilməyəcəyini bilərək sevməkdi… Keçib getmir…həsrəti, sevgi hissi, düşüncəsi.. Xəstəlik deyil ki dərmanı olsun, sadəcə çox qızğın iş rejimi, boş vaxtın qalmaması, yadına düşməmək üçün fürsət yaranması hissləri sovuşdura bilər, amma unutmaq mümkünsüzdü. Gecənin səssizliyi insana unutmaq istədiklərini xatırladır. Bilmirəm biz gecənin gəlişini kədərimizi həzin-həzin anlatmaq üçünmü gözləyirik, yoxsa gecə özü ilə birlikdə bizə həzin kədər gətirir.

Məhəbbət ağac kimidir : öz-özünə bitərək, varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında da çiçəkləyib yaşamaqda davam edir. ( V. Hüqo)

Sevgisiz həyat yaşamağın səbəbsiz olduğunu göstərən səbəbdir demək olar...

hamınıza SEVGİDE...uğurlar

 

Go Back

Sorğu göndər