Düşüncə Jurnalı

header photo

Nigar Məmmədova - SEVGİ

18-02-2015

Sevgi…

Bu sözə rast gələndə üzümdə bir təbəssüm yaranır.. Bəlkə bu bəzi insanlarda kədər ilə, bəlkə nifrət ile müşaiət olunur.. O nifrət ki heç kəsə yox,,sırf sevgi dedikdə xatırladıqları insana qarşı duyulur.

Amma mən səni yada saldıqca,, yalnız və yalnız xöşbəxtlik xatirimdədir..

Ola bilər kimsə bu danışdığımı nağıllar aləmi, ya da seriallardan uydurulmuş sevgi sansın. Heç ehtiyac da duymuram onlara “ yox, ele deyil “ deməyə. Çünki sevginin nə olduğunu anladığım vaxtdan başqalarını düşünməməyin nə olduğunu anladım .. O vaxtdan başa düşdüm bir insanın hər kəsi silə biləcəyini.. “Heç vaxt.. ” dediklərimin “..indi tam zamanıdır” deyə bilməyin mümkünlüyünü..

Hər şey təsadüfən başlamışdı.. ..

Yay ayları idi.. Ən yaxın rəfiqəmlə adət etdiyimiz saatların birində küçəmizdə gəzirdik. Müxtəlif mövzulardan danışdıq.. Sonra söhbət sevgiyə gəlib çıxdı.. Hansı ki bütün insanların ömürlərində bircə dəfə də olsa danışdığı mövzuya.. Hələ çox balaca idik.. Vur-tut 5ci sinifdə oxuyacaqdıq yay tətili bitəndə.. Belə bir sual ilə başladıq “sevgi” söhbətimizə.. Və deyə bilərəm ki sevgimizə..

..”- istədiyin var? “

Çaşqınlıq içində qaldım.. Heç bu haqda düşünməmişdim çünki. Belə bir şeyin var ola biləcəyinin belə fərqində deyildim. Amma cavabım:

- “hə”

Nəyə görə belə dedim bilmirəm. Bəlkə də bu, rəfiqələrin bir-biri qarşısında “aa,, heç kəs səni sevmir” cavabını eşitməmək, ya da “ onun hər cəhətdən bəxti gətirib “ düşüncəsi yaratmaq cəhdi idi.. Hər halda,, mənə 2-ci aid idi.. Çünki kiminse məni sevməmək qərarına gəlmək hələ çox tez idi. Nə də olsa 5-ci sinif uşağı olardım. Amma nəyə görə 2-ci desəniz, deyərəm ki hər kəs kimi məni də “ onun hər cəhətdən bəxti gətirib “ düşüncəsinin sahibi olmaq sevindirirdi..

Söhbətin gedişində qarşıdan 4 nəfər oğlanın gəldiyinin şahidi idik hər ikimiz. Adi tanışlar deyildi. Ümumi söhbətimiz olmasa belə onlarla üz-üzə gələndə bir-birimizi tanıdığımızın fərqində idik..

“-Onlardandı ? “ – deyə rəfiqəm sevdiyimin kim olduğunu soruşdu.

“- Soldan 2-ci” -deyə cavab verdim.

“-Sarışın olan? “- deyə soruşduqda,,

“-Yox onun yanındakı”- deyə əlavə etdim.

Elə əmin danışırdım ki.. Sanki həqiqətən onu sevirəm. “Sevgi” söhbətimiz burada bitdi.. Amma o bitdi, mənim hekayəm başladı..

Günlər keçirdi.. Beynimdə bir düşüncə vardı. Sanki dediyim sözü gerçək eləmək məcburiyyəti kimi.. Hansı ki heç özüm də səbəbini bilmədən dediyim o “2-ci” oğlanı sevmək məcburiyyətində idim sanki.. Bu məcburiyyətimi düşünə-düşünə sona çatırdı hər gün.. Yavaş-yavaş ağlımdan çıxmadığının qərarına gəlirdim. Amma hər halda ciddiyə almadım. “Adi bir sözümdən sevəcək deyildim bir oğlanı”-deyə düşündüm. İçimdə təsdiqlədim də..

Bacaracağımı düşünərsiz bəlkə. Amma yox. Bacarmağımı da çox istədim əslində. Çünki əsas məqsədim iş qadını olmaq, karyeram və.s idi. Sevgiyə sərf edəcək zamanımın olmadığını düşünürdüm. Həm məndən asılı olmayan səbəblər də bunu təsdiq edir ki, sevgi hələki lazım deyil.. Amma..

Özümdən asılı olmadan baş verdi hər biri. Elə gecə xatırlamıram ki, düşüncəmdə “o” olmasın. Gecənin tez ya da gec keçməsindən hansını arzulayacağımı belə bilmirdim. Hər yolun axırında o”nu görmək istəyi dayanırdı..Yatsam yuxuda , ayılsam realda görəcəkdim çünki.. Hətta hərdən “görməsəm də yetər “ dediyim zamanların təkcə Allah şahididir. Yaxşı olduğunu bilim yetər..

Və mənimçün sevgi budur..

Sevgi, onu görməyə can atmaqdır. Onu görmək lazımdır,istəkdir,, amma mütləq deyil.. Mütləq olan odur ki, yaxşı olduğunu biləsən. Xöşbəxt olduğunu biləsən. “Mənimlə olmasa belə xöşbeət olsun “ deməkdir sevgi.. Hərdən də səsini eşitməklə kifayətlənmək.. Hər şeydə onu görmək.. Hər yerdə səsini eşitmək.. Hər musiqi dinlədiyində ağlına şübhəsiz o”nun gəlməyidir sevgi..Səndən uzaq olsa belə daima qəmgin olmaq deyil.. Bəlkə yanında olmaz o an, amma yanında olacağı günü xəyal etməkdir. Və bu xəyalla sevinmək. Hərdən xəyallarına da qarışarlar bəzən. “Boşuna düşünmə alınmayacaq “ deyərlər. Qorxarsan bu zaman.. Nədən, kimdən bilmirəm amma qorxarsan.. Bəlkə el-aləm düz deyər deyə şübhə edərsən..Eyni zamanda da bu şübhələr içində də dua..Şübhələr yalan çıxsın deyə edilən dua.. Bir gün bərabər xəyal etmək qismət olsun deye edilen dua.. Dualarin qebul olunması bəlkə zaman alar, Səbr tələb edər səndən hər şey.. Ümid etmək, gözləmək, qarşı gəlmək..Hətta sevmək də...

Mənim hekayəm də belə davam edirdi..Səbrlə.. Bütün yalnızlığımın davam etdiyi günlərin birində, gözlərinə baxmağa cəsarət etdim..Göz-gözə qaldığımız o an ətraf aləm yox olurdu elə bil.. Sözün əsl mənasında dururdu dünya.. O gözlərə tutulduğum andan eşidilmir səslər, görünmür heç kəs və heç kim..

O baxışlar.. İlk baxışda “sadəcə gözüm sataşdı “ anlamına gələr. Amma “səni sevirəm “ mənası da gizlənər. Anlayana..

Bəzilərinə sadəcə “gözüm sataşdı” bəhanəsi ilə baxarsan,, bəziləri ilə isə “ məndə səni sevirəm “ deyə göz dialoqu qurarsan.  

Mənim sevgim də belə idi.. Aylarca bəhanə ilə yaşadı.. Sonra isə illərcə göz dialoqu ilə davam elədi. İndi də edir..Artıq sözlərə cəsarət etmiş olsaq da sözlər məni onun sevgisinə inandırır amma gözləri əmin edir..

… Bir məktubla başladıq hekayəmizə..Eynilə nağıllardakı kimi etiraf məktubu ilə.. Təkrar-təkrar oxudum..Əmin olmaqçün. Gözlərimə inanmadığım üçün. Həqiqət idi.. Təsadüflə başlayan ən xoş həqiqət..Onun sevinci səbəb oldu üzümdə uzun müddət itməyən gülüşümə.. O güc verdi bir daha “qarşı gəlmək..” ehtirasına.

Bir gün məktub bəhanə oldu üz-üzə danışmağımıza. Həftənin 4-cü günü. Oktyabr ayının 2-si. Saat - 08:50.

-Salam, məktubu.. məktubu soruşacaqdım. Sən yazmısan?

- hə..

Bu cavabdan sonra zəngin səsi söhbətimizi bitirmək lazım olduğunu xatırlatdı bizə. Çünki unudurduq kənardan baxılan bizi bir neçə saat sonra “dillərə” salacaq baxışları. Cavabın təsiri ilə qalxdım pilləkənləri. Sinifə çatdıqda partama əyləşib cavabı düşünməyə tələsdim. Düşündüm.. Bununla da bərabər içimdəki həyəcan rahatlıqla əvəz olundu. Qısa çəkən bir rahatlıq..

Əgər bilsəydiki ondan gələn bir kağız parçasını gecələr yastığımın altında, gündüz çantamda gəzdirir, üstəlik də dərs tənəffüslərində təkrar-təkrar oxuyuram mənə yalan deməyə vicdanı yol verməzdi. Axı kim istəyər yad birinin əlindən yazılan məktubu doğma bir şey kimi sevib əzizləməyi?

Hər halda mən əzizləyirdim.. Uzun zaman sonra bildim o məktubu qorumağın, təkrar oxumağın əbəsliyini. Yalanını etiraf edəndə anladım onun sevgisinə 2 vərəqlə inanmayacağımı..

Çox qısa zaman sonra da onun sevgisini 2 vərəqlə ölçməyin yanlışlığını.. O sözlər onun dilindən tökülməmiş olubsa belə axı o gözlərdən başqa heç kəs mənə elə baxmamışdı. Mən bunun fərqində idim. Nədə olsa gözlər dillərdən daha çox şey söylərlər..Anlaya bilənlərdə əslində dillər yox gözlər danışar. Gözlər deyər “ darıxıram” onlar inandırar “səni sevirəm” ə.. Bir baxış yetər bəzən xöşbəxtliyini ifadə eləməyə..

Nə qədər sevsən də gözlərinə baxmağa cəsarət eləmədiyin bir an olur. Mütləq.. Bu ya kədərdən, məyusluqdan , ya da xöşbəxtlikdən uzun qıp-qırmızı olduğunda olar.. Birincidə insan cavab olacaq baxışdan qorxar. İkincidə isə o anın bitməsini istəmədiyindən. O an amma mütləq bitər. Buna baxmayaraq, xatırlamağa həmişə bir şeylər vardır. Məsələn o artan ürək döyüntün zamanı, hər kəsin o səsi eşidib-eşitmədiyi kimi içində mənasız dialoq quran zaman əlini tutan bir əl kimi..

Davamlı xatırlıyarsan necə oldu, ondan əvvəl,ondan sonra nə baş verdi deyə uzun müddət müqayisə edərsən yaşadıqlarını. Tək olanda, məsələn gecə.. Baxarsan əlinə əmin olmaq istəyərsən ondan səndə bir iz olduğuna. Bəzən yanağına qonan uşaqca öpüş gözləmədiyin anda yadına düşəndə o, gülüş yaradar üzündə.. Səbəbini bircə sən bildiyin bir gülüş..

Yaşandığı hər zamanı dünənmiş kimi xatırlayarsan. Hansı ki normalda 1saat əvvəl yolda gedərken kimə toxunduğunu soruşsalar belə bir şey olub-olmadığına belə şübhə edərsən.. Daima xatırlayarsan. Beynin milyonlarca informasiya alsa da, daha əlamətdar hadisələr yaşamış olsan da unutmazsan.. Nə o anı nə o insanı.. Çünki onu sevmisən..

Məndə unutmadım.. Yaşadığımız heç bir anı unutmadım.. Ən gözəl günlərimi.. Ən məsum güldüyüm.. Ən içdən sevindiyim.. Bu günləri də unutmayacam.. Gəzdiyimiz küçələri, etdiyimiz dəlilikləri, birgə qorxduğumuz dəqiqələri,hiss etdiyimiz həyəcanları.. Sevincdən axıtdığımız gözyaşlarını.. Səninlə olan heç nəyi.. Bir şeyi unutmaqçün yəqinki üstündən illər keçməlidi.. Bəlkə də daha az, ən azı o olanlar dünəndə qalmalıdı.. Amma mən bu əvəzsiz günlərimi unuda bilmirəm. Bilmərəm. Çünki onlar daima mənim bugünümdü.. Sən yanımda olduqca gülüşlərim dünənimdə qalmır.. Gecə səndən göndərilən bir mesaj məni növbəti səhərin xöşbəxtliyinə yola salır.. Əminəm,,sən təbəssüm səbəbim sən mənim xöşbəxtliyimsən..

Hər zaman bizimçün arzu edirəm,

Üzümüzdən gülüş əksik olmasın.

Ömürdən ötüb keçən heç bir gün,

Bizi bir-birimizdən ayrı salmasın !

 

Nigar Məmmədova

Go Back

Sorğu göndər