Düşüncə Jurnalı

header photo

3 nöqtədə Dəniz...

25-09-2014

Dənizin təzadlarını sevirəm .. Dalğaların son mənzilinə yetişməsi, eyni yerdən torpağın iməklərcəsinə irəli uzanması ... ya da hər an gəmini uda biləcək sulara meydan oxuyan gəmilər.. Dünyanın bütün sahilləri başqa-başqadır. Vətən də doğma sahilimdi, uzaqda qəribsədiyim. uzun uzun dənizə baxdığımda üfüqdən , üfüqün taa o biri tərəfindən göndərilən salamları, gileyləri ,sevgi sözcüklərini eşidirmiş kimi oluram hərdən . ya da baxdıqca üfüq xəttində yox olub əriyirəm havaya qarışaraq. Bəlkə nə qədər adam suya baxıb şəhərimizə gözlü sular göndərir. Gözlər Bakıya zillənir dənizdən gecələr . parıldayır ay işığında. Yəqin ona görə duzludur dəniz ki ,  aglayir bəzən dənizdəki gözlər...

Qəriblikdə bir başqadır dəniz, hər nə qədər gözəlliyindən zövq alsam da, keçmişdən yadıma düşənlərin canlandığı ağ pərdə olur dənizin suları Qürub isə xatirələrsiz də hər şeyi deyir, ya da susur .. eləcə uzun uzadı göz ilişir o nəhəng yumurta sarısına...

Evindən uzaqda dalğalar da fərqli olur sanki öz ölkəndən gələn çapar kimi .. Dalğaların ritmində doğma səslər eşidilir . Dalğaların ritmik sahilə çırpılmasında pıçıldayır kimlərsə qulağıma ... elə bil danışır dəniz dalğalar qədər dili ilə dəniz dilində... hədiyyəmi almışkən hədiyyə  etdim dənizə mən də . Əvvəlcə qağayılarına çörək verdim sonra ürəyimdə danışdım onunla, Yəqin ki başa düşdü . onunla dalğaların olduğu və olmadığı hər yerdəki sevdiklərimə salam və ürək sözlərimi göndərdim. və bir göz yaşında duz hədiyyə etdim balıqlarına .. Gözüm qaldı sularında...

Gülnar Xəlilova

Go Back

Sorğu göndər