Düşüncə Jurnalı

header photo

FİL QULAĞINDA YATAN ƏHALİM

08-01-2015

Ah insanlar… Psixoloqlara qarşı olan ön yarğısı bol xalqım… Düşünmədən, bilmədən qərar verən əhalim… Heç bilirsinizmi nə edirsiniz? Nəyə qarşı ön yarğılısınız? Ya da heç bilirsiniz mi ön yarğı nədir?

Ön yarğı… İnsanın biopsixososial xüsusiyyətləri səbəbilə bir çox vəziyyətdə təzahür etməkdədir. Seçimlərimizdən, verdiyimiz qərarlara qədər fərqində olmadan önyarğılarımızın təsiri altında oluruq. Önyarğı digər şəxs və qruplara qarşı xoşrəftar olmayan haqsız düşüncələrdir.

Insanlarda psixoloqlara qarşı olan önyarğı psixologiyanin 19-cu əsrdə təzahüründən bəri davam etməktədir. O dövrlərdə ilk psixoterapevtlərdən olan Freud, Pierre Janet və C.G.Yung həddindən artıq önyarğılara məruz qalmışdılar. Daha sonra William James və Freudun tələbəsi Adlerdə prixoterapevtlər arasına daxil olmuşdular.

Freuda görə önyarğı şüuraltı ehtiyacların, çəkişmələrin və müdafiə mexanizmasının bir ifadəsidir.

Sizcə də bu belədir? İnsanlar özlərini qorumaq üçün ön yarğılı olurlar? Özlərini qorumaq üçün bilib bilmədən danışırlar? Heç bir şeyin kökünü araşdırmadan qərarlar verirlər? Şüuraltı ehtiyaclarımızı başqalarında gördükdəmi önyarğımız işə düşür? Sizcə bu önyarğı yoxsa paxıllıqdımı? “Onda var məndə yoxdu” fikrindənmi irəli gəlir?

Bəli bu belədir. Buna mənim ehtiyacım var, ancaq buna mən yox, o sahibdir. Biz sahib ola bilmədiyimiz üçün önyarğımızı işə salıb qınayırıq. Ancaq bunu etmə istəyi şüuraltımızda yatan hislərdir. Əgər bizə fürsət verilərsə, ilk işimiz önyarğı ilə yaxınlaşdıqlarımızı həyata keçirtmək olacaqdır. Necəki o zamanlarda Freudun çalışmalarına, teorilərinə qarşı həddindən artıq haqlı və ya haqsız önyarğılar mövcud olmuşdur. Onun bu dünyada mövcud olan hər bir şeyi cinsəlliyə bağlaması tənqid mövzusuna çevrilmişdir. Freuddan sonrakı nəsil psixoloqların Freuda olan fikirləri Freudun düşüncələrindən fərqli olmuşdur. Hər kəs onu haqsız çıxartmağa çalışmış, cinsəlliyi önə çıxartmasına qarşı tənqidçi reaksiyalar sərgiləmişdilər. Lakin tənqidçi və günümüz psixoloqları hər bir araşdırmalarında Freudun nəzəriyyələrinə göz atırlar. Az əvvəldə dediyim kimi fürsət verildikdə önyarğı ilə yanaşdıqlarını özləri həyata keçirdirlər.

Halhazırda digər peşəyə sahib insanların psixoloqlara olan önyarğılarıda az deyildir.

Sizə “psixoloqa get, psixoloqa ehtiyacın var” deyəndə hansı reaksiyanı verirsiniz?

- Mən dəli deyiləm…

- Əşi… Boş-boş danışıb söhbət edəcək…

- Artıq pulum yoxdur dəli həkiminə verim…

- Dəli sənsən… və s.

Bu cavablar insanların özünü qoruma ehtiyacından yaranır. O demək deyilki onlar dəlidir və özünü qoruyur… Ancaq hər bir insanın həyatının müəyyən zamanlarında psixoloqa olan ehtiyacınıda göz ardı etmək olmaz. Onlarda özlərinin  həqiqətəndə buna ehtiyacı olduğunu bildiyi halda ətrafının önyarğılarına məruz qalmamaq üçün bu şəkildə cavablar verərək özlərini qoruma ehtiyacı duyarlar.

Ilk öncə insanlar araşdırıb psixoloqların “dəli həkimi” olmadığını dərk etməli, daha sonra isə psixologiya sahəsində geniş məlumatlar əldə edərək psixologiyaya qarşı olan önyarğılarını qırmaları lazımdır. Psixoloqların “boş-boş” danışmadıqlarını, sadəcə söhbət etmədiklərini alqılamalıdırlar.

Artıq 21.əsrdə yaşayırıq. Və psixologiyanın inkişafı göz qabağındadır. Düzdür. Halhazırda ölkəmizdə psixologiya anlayışını qavramış insanlar çoxdur. Ancaq “Fil qulağında yatmış əhalimdə” az deyildir.

İnsanlar psixologiya anlayışının dərinliklərini öyrənmək, dərk etmək istəmirlər. Çünki, onlar mövcud olan dünya ilə maraqlanırlar. Həyata “at gözlüyü” ilə baxırlar. Ancaq bilmirlər ki, “psixologiya” anlayışının dərinliklərinə enildikdə orada mövcud olan dünyanın başqa dünya olduğunu görəcəklər. O dünyaki, insanların ehtiyacını, istəklərini, tələblərini, düşüncələrini, özünə belə məlum olmayan şüuraltı hadisələri əhatə edir. Və hətta çox irəli gedərək deyə bilərəmki, insanın xoşbəxtliyini özündə gizlədir. Kimki bu dünyaya enir, onu öyrənməyə çalışır, onlar özlərini kəşf edir, tanıyır və xosbəxtliyinə doğru addımlayır.

Bu önyarğının başlıca səbəblərindən biridə filmlər və seriallardır. Filmlərdə təzahür edilən səhnələrdə psixologiya ilə bağlı yanlış fikirlərdən insanlar təsirlənir və bu təsirlənmə səbəbi ilə insanlarda önyarğılar yaranmağa başlayır.

Bu səbəblədə yalnız “fil qulağında yatmış əhalini” günahlandırmaq olmaz. Əgər psixologiya ilə əlaqədar insanlar məlumatsızdırsa bunda biz psixoloqlarında əlbəttə günahı vardır. Psixoloqlar birlik olmalı, insanları məlumatlandırmalı, insanların yan təsirlərə məruz qalmalarının qarşısını almalıdır. Və psixologiya ilə bağlı məlumatlandırma məktəb dövründən başlamalıdır. Bu məlumatları əldə edəcək insanlar gün gəlib valideyn olduqda öyrəndiklərini övladlarına tətbiq etməli, daha şüurlu, məlumatlı, daha bilgili gənclik yetişdirməlidir.

Aydan Sabirli

Xəzər Universiteti, psixologiya fakültəsinin IV kurs tələbəsi

pcc.az

Go Back

Sorğu göndər