Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşaq Psixologiyası"

UŞAQLARDA PSİXOLOJİ TRAVMALARI YARADAN SƏBƏBLƏR

Psixoloji travma nədir?

Hər hansı hadisə və ya epizoda qarşı reaksiya və prosesdir.Travmalar uşağın dünyaya baxışını dəyişir.Travmalar həm psixoloji, həm də fizioloji ola bilər.

Lakin biz stress və travma arasındakı fərqi bilməliyik.

Stress - normal olmayan situasiyalara qarşı orqanizmin verdiyi normal reaksiyadır.Stressin başlanğıcı, davamı və sonu olur. İmtahandan zəif nəticə alırıqsa və ya imtahandan keçə bilmiriksə bizdə stress yaranır. Stress sağlam reaksiyadır.

Travma - mənfi faktorların təsiri nəticəsində insanın psixi sağlamlığı zədələnir. Stressdən fərqli olaraq normal reaksiya deyil.Stress həddindən artıq olduqda travmaya səbəb ola bilər.

Uşaqlarda psixoloji travmanın yaranma səbəbləri 2 qrupa ayrılır.

Müəyyən olan səbəblər:

-Hərbi vəziyyət;

-Terror şahidi olması;

-Təbii fəlakət;

-Təcavüzə məruz qalması;

-Qəddar münasibət görməsi.

Qeyri-müəyyən səbəblər:

-Mübahisə və konflikt;

-Qəddarlığa şahid olmaq;

-Xəstəlik, tibbi prosedurlar;

-Vərdişlərin dəyişməsi.

Şok travması nədir?

Bu qısa zamanda olan hadisələrə verilən reaksiyadır. Məsələn: oyun parkında anidən bir itin yelləncəklərin arasından çıxaraq uşağa hücum etmək istədiyi anda baş verə bilər. Həm fiziki, həm də psixoloji ola bilər. Əlamətləri aşağıdakılardır:

-Uşağın reaksiyalarının əvvəlkilərə nisbətən daha donuq olması,əyləndiyi,güldüyü heç nədən əvvəlki kimi zövq almaması;

-Çox ağlaması;

-Əsəb partlamaları yaşaması;

-Çox həyəcanlanma,mənasız aktiv hərəkətlər etməsi;

-Aqressivləşərək başqalarını dişləmək, vurmaq;

-Qısamüddətli yaddaş pozuntusu;

-Nadir hallarda görmə problemləridə yaşaya bilər.

Bu zaman valideynlər, yaxud uşağın yanında olan böyüklər nə etməlidir?

İlk öncə valideyn özü sakit olmalıdır. Əgər valideyn özü həyəcanlıdırsa, ağlayırsa uşağı sakitləşdirə bilməyəcək, yaxud buna çox gec nail olacaq. Daha sonra uşaq hadisə baş verən yerdən uzaqlaşdırılmalıdır və valideyn onu bərk-bərk qucaqlamalıdır. Uşağı sakitləşdirmək, ağlamasına mane olmaq lazım deyil, əksinə ağlaması üçün ona zaman verməliyik. Ardınca uşağa nə baş verdiyi izzah etmək lazımdır, hadisənin necə və nə üçün olduğunu uşağa açıqlamaq lazımdır ki,beynində suallar qalmasın. Onu hər şeyin geridə qaldığına inandırmalıyıq.

Uşaq baş vermiş hadisəni həmin gün ilk yuxuya gedəcəyi zamana qədər unutmağa başlamalıdır, əks halda yuxu prosesində uzunmüddətli yaddaşa keçə bilər.

Əgər valideyn uşağın yanında olmayıbsa hansı əlamətlərdən uşağın travma keçirdiyini öyrənə bilər?

-Uşaq anidən dırnaq yeməyə başlayır;

-Qorxuları yaranır, bu həm keçmişlə bağlı, həm fantaziyalarından hiss edilir;

-Özünə qapanır;

-Yuxusu pozulur, yatmağa getmək istəmir;

-Oyunlarına diqqət etsək, travma aldığı situasiyanı təkrar-təkrar canlandırdırmağa çalışır;

-Hansısa xroniki xəstəlikdən müalicə alıbsa (məsələn: astma) geri qayıda bilər;

-Tiklər, kəkələmə yarana bilər.

Şok travmasının fəsadları nələrdır?

Postravmatik stress-ağır psixi haldır, yaşanmamış emosiyalar yaddaşda qalır və istənilən zaman üzə çıxa bilər. Bu yuxuda (qorxulu yuxular), həyəcanın artması ilə panik atak və ya aqressiv davranışla özünü göstərir.

Fəsadları aradan qaldırmaq üşün aşağıdakılara əməl etmək lazımdır:

-Uşaq psixoloqunun dediklərini etmək;

-Evdə sakit mühit yaratmaq;

-Onun hisslərini dəstəkləmək;

Uşağın özgüvənini qaldırmaq;

-İdman məşqul olmasına şərait yaratmaq və onu dəstəkləmək;

-Öz həyatını özünün planlaşdırmasına kömək etmək - nə yeyəcək, hara gecəcək və s.

Uşağı həddindən artıq qoruma altına almaq, sosial çevrədən məhrum etmək qətiyyən olmaz.

 

Müəllif: Narınc Psixologiya Mərkəzinin Gənclik filialının psixoloqu Turanə Rzayeva

Go Back

Uşaqlarda dilaltı qədəhin nitqə təsiri

Dilin əmmə, udma, çeynəmə, qidanı ağız boşluğunda çevirmək, danışmaq kimi bir çox funksiyası var. Dilin bu funksiyaların hamısını yerinə yetirə bilməsi üçün ağız boşluğunda sərbəst hərəkət etməsi lazmdı. “Dilaltı qədəh” deyilən dilin altındakı yumşaq toxuma dili ağız döşəməsinə yapışdırır. Bəzən bu toxuma dilin hərəkətliliyini məhdudlaşdıracaq qədər qısa və qalın ola bilər. Bu vəziyyət dilin aşağı, yuxarı və yanlara doğru hərəkət etməsinə mane olur. Dilaltı qədəhi çox qısa olan körpələr dillərini ağız içərisində çox rahat çevirə bilməz, əmmədə çətinlik yaşaya bilərlər. Dillərini rahatca çölə çıxara bilməzlər. Araşdırmalara görə, dilaltı qədəhin qısalığına qızlardan daha çox oğlanlarda rast gəlinir. Bu adətən irsi olaraq ötürülür , belə ki , dilaltı qədəh bətndaxili dövrdə müşahidə olunur. ( barmağını sovurması zamanı).
Dilaltı qədəhi qısa olan uşaqlar bərk qidanı çətinliklə çeynəyirlər ( alma , kök, ət). “Uşağın dilaltı qədəhi qısadı deyə danışmır” demək düzgün deyil. Belə ki, dilaltı qədəhin qısalığı nitqin ümumi inkişafına təsir etmir. Dilaltı qədəhin qısalığı yalnız nitqin tələffüz yönündə pozulmasına , dislaliyanın bəzi növlərinin yaranmasına səbəb olur. Dilaltı qədəhi qısa olan uşaqlarda xüsusilə dilin yuxarı qalxma hərəkətini tələb edən “R” səsində problem olur. Ayrıca bu hal dilin ön hissəsinin istifadəsini tələb edən “L” , “T”, və “Ç” kimi səslərə də təsir edə bilər.
Dilaltı qədəhin uzunluğu normal olaraq :
Böyüklərdə: 2.5-3 sm;
18 aylıq: 16 mm;
1 yaşa qədər: 8 mm.
Dilaltı qədəh ağırlıq dərəcəsinə görə 3 yerə bölünür.
1. Yüngül : uzunluğu 15 mm-dən çox olur , səs qüsurları ilə şərtlənir. Loqoped tərəfindən korreksiya edilə bilər.
2. Orta : uzunluğu 15 mm-ə qədər olub, cərrahi müdaxilə və nitq terapiyası ilə korreksiya edilir.  3. Ağır : 5-10 mm olur. Və ancaq cərrahi üsulla aradan qaldırılır. Və ancaq bundan sonra loqopedin korreksiyası vacibdir.
Dilaltı pərdəsi qısa olan uşaqlarda şübhəsiz uşaq cərrahının fikri nəzərə alınmalıdı. Əməliyyatın lazm olub olmadığına yalnızca uşaq cərrahı qərar verə bilər.
Əməliyyat iki üsulla həyata keçirilir: cərrahi və lazer üsulu ilə. 

Müəllif: Məleykə Məmmədova.

Narınc Psixologiya Mərkəzi. 9-cu mkr. filialı. Defektoloq-loqoped. 

Go Back

UŞAQLARDA MƏKTƏB QORXUSU

Məlumdur ki, məktəblərdə ibtidai sinif şagirdləri 6-10 yaş arasında olan uşaqlardır. İbtidai təhsil məktəbdə uşaqların gələcək təhsillərinin formalaşmasında əsas baza rolunu oynayır ki, bu təhsil zamanı hər bir valideyinin, müəllimin, psixoloqun qarşısında duran əsas vəzifə bu prosesin uşağın psixi inkişafı üçün maksimum məhsuldar və təhlükəsiz həyata keçirilməsindən ibarətdir. Yəni məkətəbəqədər uşaqların bağçadan məktəbə keçməsilə onların sosial statusları dəyişir, onlar uçun yeni bir dövr başlayır, bağça ilə münasibətdə daha çox tələblərin və tapşırıqlarn olması onların əksər halda məktəbə adaptasiya olunmasında müəyyən çətinliklər yaradır.
Belə ki, əksər uşaqlarda bu prosesə adaptasiya olunan zaman müəyyən qorxular, fobiyalar, çaşqınlıqlar olur ki, bunların da, vaxtında aşkarlanaraq aradan qaldırılması vacibdir.
Məktəb qorxusu olan uşaqlar sosial ünsiyyət qurmaqda çətinlik çəkirlər, özünəqapanma və utancaqlıq hissləri yüksək olur. Bu cür uşaqlar valideynin iştirakı olmadan tək başına harasa getmək, hər hansı bir işi görmək istəmirlər. Uşağı məktəb qorxusuna görə tənbeh etmək, qorxunu qorxu ilə aradan qaldırmağa cəhd etmək, qorxunu tez-tez müzakirə etmək olmaz.
Məktəb qorxusu olan uşaqlar məktəbə getmək istəmirlər, aglayır, əsəbi davranışlı olur, qarın ağrısı, baş ağrısı, qusma və halsızlıq kimi əlamətlərə tez-tez rast gəlinir. Bu əlamətlər məktəbin başlanılamasına az qalmış maksimum səviyyəyə qalxır. Uşaqlar məktəbə getməzdən əvvəl, onlar bu barədə məlumatlandırılmalı, məktəblə tanış olmalıdırlar.
Məktəb qorxusu formaşına və yaranma mənbələrinə görə aşağıdakı qayda da, qruplaşdırla bilər.

1. Məktəbdə “dərs prosesi” zamanı yaranan qorxular - tapşırığın quymətləndirilməsi, gündəliklə bağlı müəllimin iradları, verilən tapşırıqların yerinə yetirilməməsi, səhv etmə qorxusu;
2. Məktəbdə qoyulan “rejim qorxusu” – məktəbə vaxtında çatmamaq, dərsə geckimək, xəstələnib məktəbə getməmək, tətlidən sonra ilk dərs günü, dərsin başlanılması qurtarmasını bildirən zəgin çalınması, sinifdə tək qalmaq qorxusu;
3. Məktəbdə mövcud olan əşyalara qarşı qorxu – pilləkən, zirzəmi, həkim otağı, idman zalı, yeməkxana, direktorun otağı, stamatoloji kaçinet və s.;
4. Dərs prossesi zamanı “səhv etmək” qorxusu – lövənin qarşısında dayanmaq, müəllimin dərs izahını başa düşməmək, müəllimin irad bildirməsi, müəllim və valideyn tərəfindən danlanılmaq, cəzalar, yeni müəllim;
5. Uşaqlarda yaranan “subyektiv” səbəblərdən yaran qorxular, yəni uşağın ətrafında olan və birbaşa qorxu mənbəyi hesab olunan insanlar – müəllim, valideyn, direktor, həkim, böyük siniflərin uşaqları, xadimə, qarovulçu və s.

Bu problemlər vaxtında aşkarlanaraq aradan qaldılmalıdır, əks halda bu hallar ölüm qorxusunun yaranmasına səbəb olur.

 

  •  

Go Back

Uşaqlarda gec dil açma

Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır. Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, “öz-özünə düzələcək”, “onun atası da gec danışıb”, “oğlan uşaqları gec dil açır” deyib, uşağı həkimə aparmaqdan yan keçirlər.

Uşaqların hansı səbəblərdən gec dil açmaları və bunun aradan qaldırılma yolları haqda defektoloq-loqoped Nərmin Vəliqızıbir sıra sualları cavablandırıb: 

— Uşaqlarda nitq qüsurları hansı səbəblərdən yaranır?
— Uşaqlarda müşahidə olunan gec dil açma və danışıq geriliyi bir sıra nevroloji problemlərin, o cümlədən, autizm xəstəliyinin əlaməti kimi ortaya çıxır. Baş beyinin inkişaf qüsurları zamanı nitq mərkəzinin də inkişafdan qalması halında gec dil açma və ya dildə danışıq qüsurları yaranır.

Vaxtında üstünə düşülərsə, yəni iki yaşından defektoloq-loqopedə müayinə edilərək müalicəyə başlanarsa, o zaman uşaqda yaşanan bu problemləri vaxtında aradan qaldırmaq mümkündür. 

— Danışıq problemləri neçə yaşına qədər müalicə ilə aradan qaldırıla bilər? 
— Analar çox diqqətli olmalı, övladlarının səhhəti ilə maraqlandıqları kimi onların danışıq qabiliyyətlərini də yaxından təqib edərək, bir şübhə yarandığı halda həkimə müraciət etməlidirlər. Çünki danışıq geriliyi olan iki yaşında bir uşağı müalicə etmək bu problemdən əziyyət çəkən altı yaşlı uşağı müalicə etməkdən daha rahat olur.

Belə olduqda qısa zamanda uğurlu nəticə əldə etmək mümkündür. Bir yaşda uşağın lüğət ehtiyatında ən az 10 söz olmalıdır. Bu sözlərə ana, ata, gəl, get, apar, gətir və s. misal çəkmək olar. Valideynlər fikir verməlidirlər: əgər uşaq bir yaşını tamam edərək iki yaşına doğru irəlilədikcə söz ehtiyatı artmır və uşaq əlavə sözlərdən istifadə etmirsə, o zaman vaxt itirmədən loqoped həkimə müraciət etməlidirlər.

Bu qüsurun aradan qaldırılması isə nitq geriliyinin ağır, orta və yaxud yüngül formada olmasından asılı olaraq həkim tərəfindən müalicə metodları təyin edilir. Əgər uşaqda yüngül nitq geriləməsi varsa, o zaman 2-3 ay içərisində intensiv məşğul olmaqla tam nəticə əldə etmək mümkündür.

— Uşaqlarda dil-dodaq qüsurları səbəbindən nə kimi danışıq pozğunluqları yarana bilər? Bunları aradan qaldırmaq mümkündürmü?
— Bir çox hallarda kəllə-beyin təzyiqi ilə doğulmuş uşaqlarda dil gərginliyi olur ki, bu zaman onlar danışmaqda çətinlik çəkirlər, sözləri düzgün tələffüz edə bilmirlər. Bu problemləri loqoped həkimlər müxtəlif alətlərin köməyilə dil kökünü və dilin özünü masaj edərək yumşaldır. Və ya bir sıra dil gimnastikaları da var ki, bu hərəkətlər də dilin əzələsində olan gərginliyi aradan qaldıraraq, onun elastikliyini bərpa edir.

Bundan əlavə, uşaqlarda anadangəlmə dovşandodaqlıq müşahidə oluna bilər ki, bu zaman da danışıq problemi yaranır. Bu xəstəliyi yalnız cərrahi əməliyyat vasitəsilə aradan qaldırmaq mümkündür. Əməliyyatla uşağın dodağı normal vəziyyətinə qaytarıldıqdan sonra artıq defektoloq-loqoped uşağı müalicə etməli, bir sıra masajların köməyilə nitqdə yaranmış qüsurları aradan qaldırmalıdır.

— Baş beyində olan nitq mərkəzinin zədələnməsi uşağın nitq qabiliyyətinə təsir edə bilərmi?
— Uşaqlarda nitq geriləmələri və ya nitq qüsurlarının əsas səbəbləri hamiləlik vaxtı ana bətnində olan dölün oksigen çatışmazlığına məruz qalması, doğuş zamanı yaşanan travmalar, periferik nitq aparatının zədələnməsi, baş beyinin inkişafına bağlı olaraq nitq mərkəzində geriləmə kimi hallar müşahidə edilir.

Baş beynin zədələnməsi zamanı da nitq pozğunluğu, nitqin təmamilə itirilməsi kimi hallar yaşana bilər. Lakin hətta autizm xəstəliyindən əziyyət çəkən uşaqlarda belə defektoloq-loqoped həkimlərin köməyilə danışığı bərpa etmək və inkişaf etdirmək mümkündür. 
Kayzen.az

Go Back

İzn verin uşaqlar ağlasın

Valideynlərdən tez-tez uşaqlarının səbəbsiz yerə ağladığını, bir şeyi ağlayaraq istədiyini və ya ağlamaqla öz istəklərinə nail olmasını istəyini eşidirəm. Və bu uşaqların ağlamağı ilə bağlı siyahının yalnız bir hissəsidir. Niyə bizim uşaq göz yaşlarına münasibətimiz bu cür birtərəfli və qətidir? Niyə uşaqların göz yaşlarını görüb, onları həmən sakitləşdirib, susdurmaq istəyirik? Niyə oğlan uşaqlarının göz yaşları bizdə zəiflik və gücsüzlük əlaməti kimi qəbul olunur?

Biz uşaqların göz yaşlarının əsl səbəbini sona kimi anlaya bilməyəcəyik. Bəli, uşaqlar yorğunluqdan, aclıqdan, yuxusuzluqdan, həyacandan, qısqanclıqdan, sevincdən, narahatlıqdan, ana və ya ata üçün darıxdığından və digər səbəblərdən ağlaya bilər. Amma biz bu səbəbləri anlamaya da bilərik. Balaca uşaq qəlbindən neçə və necə fikirlərin keçməsi heç ağlımıza gəlibmi? Bizim gördüyümüz mənzərə həmişə həqiqi səbəbi təsvir etmir. Ona görə hərdən uşaq ağladığı zaman onu sakitləşdirmək üçün istifadə etdiyimiz üsullar və ya təkliflər mənasız olur. Və bu bizim əsəbləşməyimizə və hətta uşağa cəza verməyimizə səbəb olur. 

Təsəvvür edin ki, sizin uşağınız daha ağlamır. Bir anlıq “Nə gözəl!” fikri ağlınıza gələ bilər. Hələ dil açmayan uşaq bəs ağrısını necə bildirsin, ana üçün darıxdığı zaman necə hisslərini ifadə etsin, gecə zamanı qaranlıqda kölgələr görüb necə qorxusunu ifadə etsin? Uşaqlar ağlamasa biz onların tələbatlarını, istəklərini, ağrılarını bilməyəcəyik. Bu üsulla onlar bizim qəlblərimizə yol tapıb, onları anlaya biləcəyimizi ümüd edirlər. Onun əvəzinə isə uşaqlar səbrsiz və anlayış göstərməyən valideyn və digər böyüklərlə rastlaşırlar.

Uşaqlıqdan bir xatirə həmişə yadımdadır. Mən uşaq bağçasındayam. Uşaqlar qaçışır, oynayırlar. Mən isə pəncərədən həyətə baxırdım. Birdən uzaqda məni görməyən, kiçik bacımla dükana gedən anamı gördüm. Təbii ki, həmin an anamın yanında olmağı istəyirdim və bərk ağlamağa başladım. Çox təəssüflər olsun ki, o qədər də mehriban olmayan tərbiyəçilər sakitləşdirmək əvəzinə məni cəzalandırdılar. Özümü çox pis hiss edirdim, tərk edilmiş və atılmış kimi idim. İndi mən uşaqların hisslərini çox gözəl başa düşürəm. Uşaqlar hərdən yalnız rahatlamaq üçün, ana qucağında sakitləşmək üçün ağlamağa hazırdılar. Ağlamaq bir həyacan siqnalı kimidir. Biz həmən an qulaqlarımızı bağlamaq əvəzinə bu həyacan siqnalının nə ilə əlaqəli olduğunu anlayıb, uşağın həyacanını azaltmalıyıq.

Maraqlısı budur ki, uşaqlar valideyn və özlərinə daha yaxın olan insanların yanında ağlaya bilirlər, eyni ilə bizim kimi. Niyə? Bu sualı özünə vermisinizmi? Yalnız doğma insanların yanında insan özünü rahat hiss edir. Başqalara biz sərt, kobud görünə bilərik, amma yalnız doğma və əziz bildiklərimizin yanında yumşalıb, ağlaya bilərik. Uşaqlar bizi doğma bilib, bizə inanıb, öz hisslərini rahat təzahür edə bilirlər. Vaxt gələcək, uşaq böyüdükcə göz yaşları azalacaqdır. Bəlkə də ağlayacaq amma gizlində, ona vaxtı ilə ağlamağa imkan verməyən və inamı itirən böyüklər artıq valideyn kimi öz rolunu itirəcəklər.

Biz övladlarımıza qarşı həssas olmalıyıq. Adətən analar övladlarının nə səbəbdən ağladıqlarını artıq çox gözəl ayıra bilirlər. Hərdən isə, uşaqların heç ağlamağı da ana-atalara təsir etmir. Müəyyən bir müddətdən sonra uşaqların qəlbi elə daşlaşır ki, onlara nə ata sözü, nə ana sözü kar etmir. Bununla bağlı 1969-cu ildə Britaniyada çəkilən məşhur “Con” sənədli filmi yadıma düşdü. Anasının doğum evində müəyyən bir müddət qalmalı olduğuna görə, uşaq evində saxlanılan Con, bu ayrılıq səbəbilə anası üçün çox darıxan və ağlayan uşaq sonunda anasını görəndə üzünə də baxmaq istəmirdi. Ağlamaq uşağa qəlbi yumşaq, həssas olmağa yardım edir, mənfi emosiyalardan azad olub, rahatlanmağa və çətin vəziyyətlərə daha asanlıqla alışmağa imkan yaradır.

Bütün deyilənləri nəzərə alaraq, əziz valideynlər, övladlarınıza qarşı diqqətli olun. Səbrli olub, ilk öncə rahat bir vəziyyət seçib, uşağı qucağa alıb sakitləşdirməyə çalışın. Sizin mülayim, anlayış göstərən səsiniz onun rahatlamasına səbəb ola bilər. Əgər ağlamağının səbəbini bilirsinizsə, mümkün olanı edin (yedizdirin, yatızdırın və s.). Yox əgər bilmirsinizsə, adətən bu hansısa streslə əlaqəli ola bilər. Sizin dəstəyiniz və anlayış göstərməniz kifayət edə bilər. Belə hallarda uşağı qucaqda sakitləşdirib bir oyun təklif etmək olar, və ya başını digər maraqlı bir şeylə qatmaq olar.

Amma əgər uşağın ağlamağı gündən-günə şiddətlənir və səbəbini tapa bilmirsinizsə, bu halda həkimə müraciət etsəniz daha yaxşı olar. Hərdən uşaqlarda kəskin ağrılar dayanmayan göz yaşlarına səbəb olur. Bu hələ dil açmayan uşaqlara aiddir.

Hər bir uşağa fərdi yanaşma mütləqdir. Hətta eyni ailədə tərbiyə alan uşaqlara belə. Övladlarımıza həssas yanaşmaq üçün özümüzdən başlamalıyıq. Əgər uşaqlıqda sizə rahat ağlamağa imkan verməyiblərsə, əgər ağlamağı bir zəiflik kimi qələmə veriblərsə, siz də elə düşünəcəksiniz. Siz də parkda, dükanda və başqa ictimai yerlərdə qəflətən ağlayan övladınıza sərt münasibət bəsləyib, anlayış göstərməyəcəksiniz. Hər şey bizdən başlayır. Ağlamağa öyrənməyincə, qəlblərimizi yumşaltmayınca uşaqlarımıza qarşı digər üsülü seçmək mümkün olmayacaq. Mən isə öz növbəmdə demək istəyirəm: “İzn verin uşaqlar ağlasın!” 

Müəllif: Gülarə Rüstəmova 
Uşaq psixoloqu, əmizdirmə məsləhətçisi

Kayzen.az

Go Back

Uşaqların tərbiyəsi nədən korlanır?

 

«Ot kökü üstə bitər» — deyib atalarımız. Və bu qəbildən olan atalar misalımız çoxdur. Bu zərb-məsəllər hər dəfə yerinə düşəndə doğru söz yenə təptəzə görünür.

 ...Həyətə çıxmaqla bayırdan eşitdiyim sözlərə elə diksindim ki, mat-məəttəl qaldım. On dörd-on beş yaşında oğlan uşaqları hündür səslə elə tərbiyəsiz sözlər danışırdılar ki, eşidən qulaqlarına inanmaq istəməz. Amma neyləyəsən ki, bu həqiqətdir və ətrafımızda bu cür övladının tərbiyəsindən bixəbər nə qədər valideyn var. Qarşıdan yeni təhsil ilinin başlaması ilə bağlı yazı yazmaq fikrim olsa da, düzü mövzunun belə istiqamət alacağını bilmirdim. Axı uşaqlarımız məktəbə təlimlə birgə, həm də tərbiyə almaq üçün yollanırlar. Amma söyüşlərini, yaşlarına uyğun olmayan dəhşətli sözlərini eşitdiyim uşaqlar artıq neçə ildir ki, parta arxasında əyləşirlər. Onlar həm evdə, həm də məktəbdə tərbiyə almalıdırlar, amma… 

   ...Deyəsən, biz heç dəyişməyəcəyik. Nə təlim, nə tərbiyə bizlik deyil. «Uşaq mənimdir əgər oxutmuram əl çəkin» deyən böyük Sabirin sadə dillə söylədikləri bu gün də öz təravətini itirməyib. Biz elə bir ailə çərçivəsində yaşayırıq ki, uşaqlarımız sanki anadan alverçi, oğru və qəddar doğulur. Çünki elə yenicə dil açmağa başlayan körpəmizi biz belə əzizləyirik: «Söy atanı, əmini söy görüm, gör ata sənə nə alacaq». 
Bir dəfə belə bir söhbətə görə hətta bir ailədə dava-dalaş düşməsinin şahidi olmuşam. Belə ki, yenicə ailə quran xanımın həyat yoldaşı qardaşının uşağını məcbur edirdi ki, gəlinin bacısını söysün. Özünə görə əxlaqı olan xanım isə buna etirazını bildirirdi ki, onun bacısının nə günahı var ki, kimsə onu söyməlidir. 

Beləcə, qanımıza işləyən bu cür tərbiyəyə bizim ailələrdə rast gəlmək adi bir hala çevrilib. Bununla da uşağın nitqini, söz ehtiyatını «formalaşdırırıq». Həmin uşaq böyüyəndə birinci elə öz valideynini söyür və hələ ona əl qaldırmağa da hazır dayanır. Necə ki, bu gün belə hadisələri kriminal xəbərlərdə az eşitmirik. Günahı isə onda-bunda axtarırıq. Və yaxud da azyaşlı oğlan uşağına atası deyir ki, hə, daha balam böyüyüb kişi olub, mənimlə içə bilər. Beləcə, uşağın mədəsini zəhərləyirik. Sonra da istəyirik ki, övladımız güclü-qüvvətli olsun. Özümüz ona başa salırıq ki, özündən zəifləri döyməmiş evə gəlməsin. Cibinə də xeyli pul qoyub və heç maraqlanmırıq ki, uşaq, yeniyetmə hara gedir. Ayılanda, əgər ayılası olsaq, görürük ki, biz heç də övladımızla fəxr edə bilmirik, əksinə, deyəsən, həmişə onlara görə üzümüz danlanıb, qanımız qaralası olacaq.

   Bəs görəsən, bu gün uşaqların tərbiyəsi ilə bağlı psixoloq qənaəti necədir. Odur ki, Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayevə müraciət etdik. Psixoloq da məsələ ilə bağlı vəziyyətin həqiqətən də acınacaqlı olduğunu bildirdi. Və bunun birbaşa ailədən, valideynlərin yaratdığı mühitdən asılı olduğunu söylədi. İlk olaraq bildirdi ki, uşağa beş yaşına qədər «yox» sözü deyilməməlidir. Onda uşaq daha sərbəst, komplekssiz böyüyür və bu onun gələcəyinə təsir edir. Bəs onda məktəb bu məsələdə nə dərəcədə rol oynayır, sualına isə D.Rzayev belə cavab verdi: «Əgər müəllim özü şagirdin yanında nalayiq ifadələr işlədir, kobud sözlər danışır, hətta söyüş söyürsə, onda uşağı necə qınamaq olar?

Evdə, məktəbdə, küçədə, dayanacaqda, avtobusda, metroda… böyüklərdən söyüş eşidən azyaşlının psixologiyasına bu təsirsiz ötüşmür. Əlbəttə, əgər Rusiyada söyüş söymək, bəzi nalayiq sözlər işlətmək adi hal kimi qəbul edilirsə, bizdə əksinədir. Bu bizim mentalitetimizə, mədəni səviyyəmizə yaddır. Ancaq təəssüf ki, bu gün ictimai yerlərdə böyüklərlə yanaşı, azyaşlılar da nalayiq sözlər işlədir, hətta söyüş söyürlər».

   Hər hansı tikilinin bünövrəsi olduğu kimi, övladın tərbiyəsi də körpəlikdən bina olmalıdır. Bu tərbiyənin bünövrəsi hətta övlad dünyaya gəlməmiş ana bətnində olarkən qoyulmalıdır. Günümüzün reallıqlarına baxmayaraq, aqillərin təbirincə desək, yenə də əxlaq gözəlliyi insan üçün böyük nemətdir.  
Zər qədrini zərgər bildiyi kimi, insan cəmiyyətdə həm də əxlaqına görə sayılıb-seçilir. Möminlərin ən yaxşısı əxlaqı gözəl olandır, söyləyib Həzrəti Əli.

   ...Qarşıdan yeni dərs ili gəlir. Hərə öz büdcəsinə uyğun övladını geyindirib-keçindirib sevinə-sevinə məktəbə yola salacaq. Kaş bu sevinc ömrü boyu Sizi tərk etməyəydi, əziz atalar, analar… Buna görə Sizdən uşaqlarınıza xeyli diqqət və məhəbbət tələb olunur. Övladınıza bu böyük qayğını əsirgəməyin. Unutmayın, bu Sizin həm də vətəndaşlıq borcunuzdur.
   
   Mina Rəşid

Kayzen.az

Go Back

Uşaq depressiyaları

Kim deyir ki, kədər sırf böyüklərə aid bir haldır?! Ancaq uşaq ruhu da kədər yaşayır, onu bəsləyir, böyüdür. Aparılan tədqiqatlarlar və statistik məlumatlar uşaqlarda depressiyaya tutulma riskinin ciddi ölçülərdə olduğunu göstərir.
 

Depressiya — böyük əksəriyyət bunu bir xəstəlik kimi görür.
Süd uşaqlığı dövrü də daxil olmaqla uşaqlıq çağının hər dövründə depressiya müşahidə oluna bilər. İnkişaf dövrlərinə görə simptomun əlamətləri fərqlidir. Məsələn, anasından uzun müddət ayrı qalmaq məcburiyyətində qalan və ana yerinə körpəyə şəfqət və maraq göstərən ana modeli ola biləcək bir kimsənin olmadığı mühitlərdə yetişən körpələrdə içinəqapanma, ətrafına qarşı maraqsızlıq, narahatlıq və bəslənmə problemləri kimi depressiya əlamətləri müşahidə edilir. 

Depressiya əsasən kədər və özünü pis hissetmə ilə diqqətə çarpan bir vəziyyətdir. Qıraqdan baxıldığında uşaq kefsiz və kədərli görünür. Ancaq balaca uşağın şifahi ünsiyyəti kifayət qədər inkişaf etməmiş olur və söz bazaları qeyri-kafi olduğundan duyğularını rahatlıqla ifadə edə bilmirlər. Bu səbəbdən duyğularını izah etmək yerinə daha çox şəkil çəkməyi yaxud başqa bir məşğuliyyəti seçirlər. O şəkillərə baxaraq yaxud uşaqları müşahidə edərək onların daxili aləmini kəşf edə bilərik. Uşaq depressiyasının əlamətlərindən biri də günahkarlıq duyğusudur. Bu davranış uşağın günahkarlıq duyğularını artıra biləcəyi kimi depresiyanı da gücləndirir. Depresiv uşaqda özünü günahlandırma meyli diqqətə çarpandır. Məsələn anasının xəstəliyindən ya da atasının işlərinin yaxşı getməməsindən özlərini məsul tuturlar. Bu da ciddi depressiya əlamətləri ilə müşahidə oluna bilər.

Əldə olunmuş məlumatlar uşaqlıq dövründə depressiya riskinin heç də az olmadığını göstərir. Uşaqlıq dövründən yetkinliyə keçəndə depressiya nisbətinin artdığı məlum olur.* Amerikalı alimlərin apardığı araşdırmalara əsasən, məktəbəqədər yaşlı uşaqların 1 %, məktəb çağı uşaqların 2 % və yetkinlik dövründəki uşaqların isə 5 % -də depressiyaya məruz qalır.

Kayzen.az

 

Go Back

UŞAQ TƏRBİYƏSİNDƏ ATA FAKTORU

 

                                                                                                                                 

"Uşaq ailənin güzgüsüdür."

Atalarımızın bu sözlərini ilk başda  qeyd etməyə bilməzdim.Çünki,bir ailədə xüsusən ata ,ana arasında yaşanan istər xoş,istərsə də xoş olmayan münasibət uşağın psixikasına müsbət və ya mənfi təsir göstərir.Məhz buna görə də uşağı tərbiyə edərkən valideynlər öz vəzifələrini layiqincə yerinə yetirməli,övladlarının sağlam gələcəyə sahib olmaları üçün əllərindən gələni əsirgəməməlidirlər.Həmçinin də ailədə ata və ananın uşağın tərbiyəsində olan mövqeyi bir-birini tamamlamalıdır.Ata-ana müraciət edərkən xoş sözlərdən istifadə edirsə,ailədə qarşılıqlı hörmət mövcuddursa təbii ki,uşaqlarda da həm valideynlərinə,həm də ətrafındakı insanlara qarşı xoş münasibət formalaşar.Ancaq uşağın tərbiyə olunmasında daha çox ananın rolu ön plana çəkilir.Adətən bir çox ailələrdə uşağın qayğısına qalmaq və tərbiyəsi ilə məşğul olmaq ananın üzərinə düşür.Buna görə də bir çox ailələrdə uşaq böyütməkdə ana özünü tək hiss edir.Çünki,atanın sadəcə evin maddi ehtiyaclarını qarşılayan bir model olduğu düşünülür.Halbuki,uşaqların doğulmağından böyüməyinə,tərbiyəsindən sosial həyatına qədər atalarının dəstəyinə ehtiyacı vardır.

 Ata-uşaq münasibətləri adətən uşaq həyatının 2-ci ilindən formalaşmağa başlayır.Çünki,çağalıq dövründən ayrılan uşaq öz hərəkətləri və yarım danışığı ilə atanın diqqətini çəkir.2 yaşdan sonra ata obrazının güclü olması uşaq həyatının ən vacib şərtlərindəndir.Araşdırmalar zamanı məlum olmuşdur ki,ata obrazının güclü olması uşaq şəxsiyyətinin inkişafına,uşağın zəka səviyyəsinə,psixosexsual və cinsi inkişafına böyük təsir göstərir.Ancaq uşaq 2 yaşına çatanda ona yaxınlaşmağa,qayğı göstərməyə çalışan bir ata,əslində atalıq vəzifəsini yerinə yetirmək üçün gecikmiş sayılır.Çünki,atalıq-çağalıq dövrünün sonunda başlamır.

  Atalıq hissi də,analıq hissi kimi uşağa sahib olma istəyiylə başlamalıdır.Ata öz uşağına hələ doğulmamışdan sevgi və şəfqət göstərməlidir.Hamiləlik dönəmində ananın da ata dəstəyinə ehtiyacı vardır.Ata hər addımında həm hamilə “ana”nın ,həm də dünyaya gələcək körpəsinin qayğısına qalmalıdır.Dünyaya gəldiyi andan etibarən də uşaq ata sevgisinə ehtiyac duyar,atanın qucağında özünü güvəndə hiss edər,onunla isti münasibətdən zövq alar.

 Ata uşaq dialoqunun erkən qurulduğu ailələrdə uşaq kiçik yaşlarından başlayaraq ana modeli ilə bərabər ata modelinə də sahib olur və anadan fərqli bir modelin olduğunu da öyrənir.Hazırki dövrümüzdə ata-ana rolları keçmişə görə getdikcə dəyişir.Ana  atalar öz davranışlarının uşaqlarının tərbiyəsində nə qədər böyük rol oynadığının fərqinə varırlar.Özlərini daha çox inkişaf etdirmək üçün bir çox valideynlər öyrənmə seminarlarına da qatılırlar.Uşağın bədən və ruh sağlığı üçün həm ata,həm də ana modelinə ehtiyacı var.

 Uşaq üçün ata xarici aləmin təmsilçisidir.Belə ki,günün çox hissəsini evdən kənarda keçirən,ətrafdakılarla daima təmasda olan,ətraf aləmlə bağlı gözəllik və çirkinlikləri uşağa tanıdan atadır.Ata uşaqla münasibətini,disiplini uşağı qorxudaraq,ona qarşı təcavüzkar mövqedə dayanaraq yaradarsa uşaq da ətraf aləmi qorxuducu olaraq görər.Uşağın öz düşüncələrində yaratdığı ata obrazı daha sonra onun cəmiyyətə adaptasiyasının təməlini qoyur.Uşağın sosial mühitdə uğurlu və güvəndə olması üçün uşaq özünü atanın yanında rahat hiss etməli,ondan çəkinsə də qorxmamalıdır.Çünki,insan qorxduğu modelə yaxınlaşa,onunla münasibət qura bilməz.

 Adətən atasını axşamdan axşama görən uşaq onun evə dönməsini səbrsizliklə gözləyər,onunla oynamaq,danışmaq istəyər.Ancaq təəssüf ki uşağın bu istəyinə cavab verən ,yorğun olsa belə uşağına zaman ayıran atalar azlıq təşkil edir.Bir çox ata işdən evə dönərkən sakitlik istəyər,uşaqla maraqlanmaz,əksinə tək başına dincəlməyə üstünlük verər.Atanın bu yanaşması gün ərzində etdiklərini söyləmək üçün atasını həyəcanla gözləyən uşağı məyus 

edər,ondan gözlədiyi qayğını görə bilməyən uşaq xəyal qırıqlığı yaşayar və ata-uşaq münasibətləri zədələnmiş olar.Xüsusən oğlan uşaqlarının tərbiyəsi ilə məşğul olmayan atalar öz uşaqlarının gələcəkdə qarşı cinsə şiddətlə yanaşması meyillərinə yol açmış olar.Belə ki,sadəcə ana tərəfindən böyüdülən uşaqlar daha sonra ən kiçik problemləri olanda belə ananı günahlandıra bilər,bu da sonrakı yaşlarda anaya qarşı çıxmağına,həm də əks cinsə qarşı nifrət hissini qazanmasına yol aça bilər.

            Ata oğlan uşağı üçün kişilik modelidir. Oğlanlar kişilik gücünü ,rəqabəti,qalib gəlməyi,məğlubiyyət duyğularını atayla öyrənər.Bundan əlavə,5 yaşından sonra  öz cinsiyyətinin fərqində olmağa başladıqda atanı təqlid etməyə ,onun kim geyinməyə ,onun kimi olmağa çalışar.Bəzən isə atanı öz rəqibi kimi görər və anasını onunla paylaşmaq istəməz,ona qarşı gəlməyə çalışar.Belə hallarda ata uşağının duyğularından xəbərdar olmalı və onu bu vəziyyətdən çıxarmağa çalışmalıdır.

Atalar qızlar üçün qarşı cinsin təmsilçisidir.Qızlar qarşı cinsə aid ilk fikir və düşüncələrini ataları sayəsində öyrənirlər.

            Ata uşaq üçün həm də güc ,qüvvət və qüdrət mənbəyidir.Hər sahədə bilgi sahibi olan,ondan icazəsiz heç bir iş görülməyən,hər iş barədə ondan icazə alınan şəxsdir.O,istədiyini istədiyi vaxt edən tək ailə üzvüdür.Uşağın gözündə bu qədər güclü olan ata heyranlıq duyulan,ancaq çəkinilməsi gərəkilən bir modeldir.Ataya heyranlıq duyan ,onu güclü görən, eyni zamanda atasından sevgi və qayğı görən uşaq ondan ürkməz,onun qoyduğu qaydalara uyğunlaşmağı , özünü idarə etməyi öyrənər və öz hərəkətlərini dəyərləndirməyi bacarar.Atasını güclü görən,lakin ondan sevgi görmədiyi üçün yaxınlaşmaqdan qorxan uşaq isə atanın qoyduğu qaydalara tabe olmaq istəməz,ona qarşı gələr.Deməli,güclü və sevgi dolu bir ata uşağı üçün güvən qaynağı,güclü,lakin qəddar bir ata isə uşağı üçün təlaş ,qorxu mənbəyidir.

Yaxşı ata modeli necə olmalı?

-Yaxşı bir ata uşağın ehtiyaclarını qarşılayarkən ondan sevgi və şəfqət hissini də əsirgəməməli

-Fürsət düşdükcə uşağına vaxt ayırmalı

-Uşağı ilə düzgün münasibət qurmağın yollarını axtarmalı

-Uşağını tanıyaraq,ondakı bacarıq və qabiliyyətləri kəşf etməli və onu lazımi istiqamətdə yönəltməli

-Boş vaxtlarında uşağı ilə oyun oynamalı,gəzintiyə çıxarmalı,kitab oxumalı,dərdləşməli,fikirlərini bölüşməli,onun fikirlərini dinləməli və düşüncələrinə əhəmiyyət verməli

-Verdiyi sözləri tutmalı və tutmayacağı sözlər verməməli.

 Ata uşaq arasında olan isti münasibət tək uşağı deyil,atanı da xoşbəxt edər.Gün sonunda yorğun evə dönən ata uşağı ilə zaman keçirərkən  rahatlıq tapar,yorğunluğu aradan qalxmış olar.

             Fikrimi daha bir qiymətli fikirlə yekunlaşdırmaq istərdim.

Dodson demişdir:” Heç kim yaxşı ata olaraq doğulmaz,yaxşı ata olmaq səbr,sevgi,araşdırma və bilgi işidir.”

Gülnar Yusifova

Psixoloq

Go Back

Necə edək ki, uşaq yuxudan özü oyansın?

Körpənizi müstəqilliyinə nə qədər tez öyrətməyə başlasanız, nəticəni bir o qədər tez əldə edəcəksiniz. Yeri gəlmişkən, ailə üzvləri səhər tezdən bir-birilərini oyandırmağa çalışdıqda, uşaq çətin qalxır, valideynlər əsəbiləşir və buna görə mübahisə edirlər. Nəticədə hamının səhər-səhər əhval ruhiyyəsi pozulur.
Əlbəttə ki, səhərlər uşağın otağına 10 dəfə girib, ənənəvi olan “Oyan, artıq bağça/məktəbə getmək vaxtıdır. Nə qədər səni oyatmaq olar?! Oyan artıq!” deməklə oyatmaq olar. Bu yolla 5 yaşlı, 10 yaşlı yeniyetməni, hətta 17 yaşlı gənci də oyatmaq olar. Lakin, düşünün ki, uşaq özü də müstəqil olaraq, səhər yuxudan oyana bilər. Və niyə də bunu ona öyrətməyək?!
Körpənizə balaca zəngli saat hədiyyə edin.
Uşağın özünü oyanmasına kömək edəcək, kifayət qədər yüksək səsləncək zəngli saat alın. Lakin fikir verin ki, səs uşağı qorxutmasın. Axşam yatağa girmədən əvvəl, uşağa müstəqil şəkildə, saatı qurmağı öyrədin. Səhər onu oyadacaq siqnalı, ona göstərin. Uşağa xəbərdarlıq edin ki: “Səhər saat zəng çalanda, gözləmə ki, mən gəlib səni oyadacam. Dərhal ayağa qalx, əl-üzünü yumağa get, idmanını et və gəl hazırlanmış səhər yeməyini ye. Beləcə uşaq, səhər nə etməli olduğunu biləcək.
Motivasiya
Uşaq, səhər nə üçün durmalı olduğunu, başa düşməlidir. Məsələn, əgər körpə vaxtında ayağa qalxıb, amma sonra siz uzun müddət toplaşdığınız üçün bağçaya gecikdizsə, onda səhəri gün siz çətin ki, onu zəngli saatın köməyi ilə, ya da özünüz oyada biləcəksiniz. Deyirsiniz:
Səhər vaxtında oyanmaq, bağçaya/məktəbə gecikməmək üçün çox vacibdir!
Mən bilirəm ki, sən özün vaxtında oyanıb və tez hazırlaşa bilərsən.
Öz vərdişlərinizi dəyişin.
Əgər siz hər səhər saatınızla “daha beş dəqiqə” oyununu oynayıb, saat əqrəbini bir qədər sonraya çəkib, bir az da uzanırsınızsa, onda bilin: Çətin ki, siz uşağı səhər tez oyanmasını öyrədə biləcəksiniz. Əvvəlcə güclü iradənizi təkmilləşdirin və təcrübənizi körpənizlə bölüşün: “Bu gün mən, zəng çalınan kimi dərhal  ayağa qalxdım! Öümü gümrah hiss edirəm!”
Gün rejiminə riayət edin.
Əgər uşağınızın, müdaxiləniz olmadan səhər oyanmağını istəyirsinizsə, uşağın gün rejiminə riayət edin. Axı əgər balaca gec yatırsa, ona səhər oyanmaq çətin olacaq. Rahat oyanmaq onda baş tutacaq ki, balaca gecə doyunca yatıb. Məhz buna görə də uşaq axşam saat 9-dan gec olmayaraq, yuxuya getməlidir.
Mənbə: anayam.az

Go Back

Uşaqlarda fobiya və stress

Bir çox  valideynlər uşaqlarında müxtəlif qorxu və fobiyaların olduğunu qeyd edirlər. Uşaq qaranlıqdan, heyvanlardan, yad insanlardan, bətheybətlərdən və ruhlardan qorxa bilər. Bununla da bütün bu qorxular yaşdan aslı olaraq normaldır. Məsələn, yeni doğulmuş çağanın ətrafdakı kənar səslərdən, yad simalardan qorxması, 2-4 yaşlı uşaqların qaranlıq və ya heyvanlardan qorxması tamamilə normaldır. 6-9 yaşlı uşaqlar tənhalıqdan, bətheybət və ruhlardan qorxa bilər. Valideynlər çox zaman narahat olurlar ki, qorxu, fobiya və stress arasındakı əlaqə haradadır? Bu suala valideynlər özləri cavab verməlidirlər.  Qeyd etmək lazımdır ki, fobiya və stress bir biri ilə sıx bağlıdır. Patoloji qorxular uşaqlara bütün narahatçılıqları hiss etməyə məcbur edir., həmçinin onun yuxusu pozulur, emosional cəhətdən özlərini toplaya bilmirlər. Bütün bunlar klassik stressin əlamətləridir.

Uşaqlarda fobiya və stressin səbəbləri : Müxtəlif səbəbləri ola bilər. Adətən, fobiyalar daha çox emosional, zəngin təxəyyülü, narahatlıqları olan uşaqlarda daha çox rast gəlinir. Digər səbəblər :

  • Valideyn tərbiyəsi : Ailədə qəddarlıq və ya həddindən artıq qayğı uşaqlarda fobiyanın yaranmasına gətirib çıxara bilər. Məsələn, əgər ana və ya ata uşağın aldığı pis qiymətə həddindən artıq mənfi reaksiya verirsə, bu uşaqda məktəbə qarşı fobiya yarada bilər.
  • Qəddarlığı əks etdirən televiziya verlişləri, qan və qorxunc səhnələri olan filmlər və s. Bütün bunlar uşaqda fobiyanın yaranmasında böyük rol oynayır.

Uşaqlarda fobiya və stressin müalicəsi

Uşaqların keçirdiyi fobiyaları müəyyən qruplara ayırmaq olar :

  1. Heyvanlar və ya həşaratlarla bağlı olan fobiyalar ;
  2. Təbiət və ya ətraf mühitlə bağlı olan fobiyalar ( qaranlıqdan, ildırımdan, hündürlükdən qorxu) ;
  3. Həkim və ya tibblə bağlı olan fobiyalar ( iynə, qan, xəstəxanalar və s.) ;
  4. Müəyyən situasiya ilə bağlı olan fobiyalar ( təyyarəyə minmək, metroda getmək, qapalı yerlərdə olmaq və s. ) ;
  5. Digər fobiyalar- qəflətən çıxan səslərə qarşı fobiya, klounlara qarşı fobiya, boğulmaqdan qorxmaq və s.

Fobiyaların tipindən aslı olaraq uşaq psixiatrı və uşaq psixoloqu uşaqlarda fobiya və stressin aradan qaldırılması haqqında müəyyən qərarlar qəbul edirlər. Adətən, mütəxəssislər uşağın dərin şüuraltında yerləşən – fobiyanın əsas səbəbini axtarmağa başlayırlar. Səbəbini aşkar etdikdən sonra isə həkimlər bunun üzərində işləyirlər. Əgər fobiya və stressi erkən yaşda səbəbi aşkar olunub üzərində işlənilməzsə, bu zaman gələcəkdə yeniyetməlik və gənclik dövründə bu problem daha ciddi psixoloji problemlərə çevrilə bilər. Fobiyaların müalicəsi uzun müddət davam edə bilər və ya əksinə bəzən mütəxəssis uşağın psixikasına tez bələd olur və bu da fobiya və stressin daha tez aradan qaldırılmasına kömək edir.

Tərcümə edən : Məmmədova Afaq, ADPU-nun "Təhsildə sosial-psixoloji xidmət" ixtisası üzrə məzunu.

Mənbə : İsraClinic.ru

Go Back

Yoxsulluğun Uşaq Sağlamlığı Üzərindəki Təsirləri

Dünyada baş verən proseslərə qarşı yoxsulluq dövrümüzün ən mühüm problemi olmaqda davam edir. Yoxsulluq xüsusilə inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlara təsir göstərməklə yanaşı inkişaf etmiş ölkələrdə də qarşılaşılan ictimai problemlərdən biridir. Hal-hazırda inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların 40 % -i gündə bir dolların altında gəlirə malikdir. Səhiyyə və yoxsulluq arasında, başqa sözlə, fərdin və ailələrin sosial-iqtisadi mövqeləri ilə sağlamlıq vəziyyətləri arasında yaxın bir əlaqə var. Fizika, sosial və bioloji amillərin insan sağlamlığı üzərindəki təsirlərini bir-birindən ayırmaq imkansızdır. Bu vəziyyətdən əziyyət çəkən ən həssas qrup isə uşaqlar olur. Yoxsulluq içində yaşamaq uşaqların qidalanma, xəstəlik və qəzalardan qorunma, sağlam yaşamaq, böyümə və inkişaf üçün lazımı imkanlardan məhrum qalmalarına səbəb olur. Yoxsul ailələr uşaqlarına inkişafları üçün yetərli imkanı vermədikləri kimi onları erkən yaşda işləməyə zorlayırlar. Uşaqlar ya məktəbə heç getmir və ya məktəbdən alınıb işə verilirlər. Aşağı gəlirli bir ailədə yaşamaq yetkin dövrdə yoxsulluqla qarşılaşma ehtimalını olduqca yüksəltdiyi üçün uşaq yoxsulluğu təcili tədbir görülməsi vacib olan məsələlər arasında yer alır.

Yoxsulluğun Uşaq Sağlamlığı Üzərindəki Təsiri:

 Uşaqlar və yeniyetmələr hansı cəmiyyətdə olursa olsun yoxsulluğun mənfi təsirlərinə ən açıq, ən müdafiəsiz vəziyyətdə olan üzvləridir."Dünya Uşaqlarının Vəziyyəti 2005" hesabatında yoxsulluq içində yaşayan uşaqlara dair belə bir müəyyənləşdirmə aparılır. "Yoxsulluq içində yaşayan uşaqlar, yaşama, böyümə və inkişaf etmələri üçün lazımı maddi, mənəvi və emosional mənbələrdən məhrum şəkildə yaşayırlar, beləliklə haqlarından istifadə etmir, istedadlarını tam olaraq istifadə etmirlər". Uşaqlar yoxsulluğu daha dərindən hiss etdiyi üçün yoxsulluqdan və bərabərsizliklərdən ən çox əziyyət çəkənlər də onlar olur. Ehtiyacı yüksək olan uşaqlar eyni zamanda hüquqları ən çox pozuntuya məruz qalan uşaqlardır. Yoxsulluq, böyüməkdə olan uşaqlar üçün xüsusilə zərərli olur. Yoxsulluq üzündən pis qidalanma və xəstəlik halları ortaya çıxa, təhsil yarıda kəsilə və uşaqlar zorakılığın, bütün formalarına məruz qalırlar. Yoxsul uşaqların gələcəkdə yoxsul böyüklər olma ehtimalı olduqca yüksək olur. Uşaq yoxsulluğunun göstəricisi olaraq, körpə və uşaq ölüm nisbətlərini, beş yaş altındakı aşağı çəkili və ya qısa boylu uşaq nisbətini, kifayət qədər təmizlik və sanitoriya nəzarətini, məktəbə başlayan uşaq faizini qəbul edə bilərik. Balanslı bəslənmə etibarlı və möhkəm bir bina kimi uşaqların əsas ehtiyacıdır. Yalnız qida çatışmamazlığına əlavə olaraq yoxsul uşaqların qarşılaşdıqları çətinliklər arasında yer alan əlverişsiz binalarda və izdihamlı mühitdə yaşamaq və kifayət qədər qorunma səbəbindən uşaqların sağlamlıqları mənfi təsirlənir. Yoxsul uşaqların bəziləri qalacaq ev belə tapmayaraq küçədə həyat mübarizəsi verir. Kifayət qədər həyat şəraiti, uşaq hüquqlarının ən geniş yayılmış pozuntuları arasındadır.     İnsana yaraşan və təhlükəsiz mənzil, su və təmizləmə sistemləri kimi infrastruktur olmadan bu uşaqların yaşaması, böyüyüb inkişaf etmələri olduqca çətindir. Sağlam bir şəraitdə həyatı  davam etdirmək mümkün olmadığı üçün təmiz olmayan içməli su, yetərsiz təmizləmə və gigiyenik olmayan şərait üzündən hər il çox sayda insan ölür və bunların əksəriyyətini beş yaş altı uşaqlar təşkil edir. Gigiyenik olmayan bir dairə bağırsaq infeksiyaları və gepatit başda olmaqla bir çox xəstəliyə səbəb olur.. Dünyada hər gün beş yaşından kiçik təxminən iki min uşaq ishal xəstəliklər üzündən ölməkdə bu ölümlərin təxminən çox faizi təmiz olmayan su, təmizləmə və gigiyena ilə əlaqəli olur. Türkiyədə TNSA 2008 məlumatlarına görə, beş yaşa qədər uşaqların 23%  araşdırmadan əvvəlki iki həftə ərzində ishala yaxalandığı müəyyən olunmuşdur. Türker və dostlarının 2008-2010 illəri arasında apardıqları işdə 0-14 yaş qrupunda Gepatit A görülmə sıxlığı təxminən 27% olaraq göstərmişdir. Kifayət qədər həyat şəraiti səbəbi ilə uşaqlıq dövründə görülən tənəffüs yolu xəstəlikləri də yoxsulluqla bərabər artım göstərir. Yoxsulluğun ən ağır nəticəsi bu, qarşısı alına bilən xəstəliklərə qarşı körpə və uşaq ölümlərinin çox olmasıdır. Əldə olan məlumatlar uşaqların müdafiə olunmamasını ortaya qoyur. 2010-ci ildə dünyada beş yaşına gəlmədən çoxu sətəlcəm, ishal  kimi səbəblərdən ölən uşaq sayı təxminən səkkiz milyondur. Daxili məkanlarda hava çirklənməsi beş yaşından kiçik uşaqlar arasında hər il dünyada iki milyona qədər ölümə səbəb olur. Yoxsul ailələrin yaxşı havanın dəyişilməyən məkanlarda yemək bişirmə məqsədilə zərərli yanacaqlar istifadə etməsi də hava çirklənməsi probleminə kömək edən amillər arasında yerləşir.

Nəticə:

Uşaq yoxsulluğu fəaliyyətlərə, xidmətlərə və imkanlara yanaşmanın məhdudlaşdırılması uşaqlıq həyatına zərər verir, risklərlə üzləşməyi artırmaqda və resurslara giriş azaldaraq çətinlikləri artırır. Ana , ataları bu uşaqlara kifayət qədər qayğı və dəstəyi təmin etmir, buna görə uşaqlar qəzalara, sui-istifadəyə, küçə həyatına və ya cinayətə daha açıq hala gəlir.Yoxsulluğa bağlı olaraq görülən qida çatışmazlığı, xəstəliklər, təhsil imkanlarının məhdudiyyəti və duyğusal məhdudiyyətlər geri dönüşü olmayan nəticələr doğurur.

İstifadə edilən ədəbiyyat:   Ankara Sağlık Hizmetleri Dergisi, Cilt 13, Sayı 1,2014

Tərcümə etdi:  Narınc könüllü qrupunun üzvü : Əliyeva Şəbnəm

Go Back

Yeməkləri seçən uşaqlar

Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir, buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər. Xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb ola bilər. Əziz analar, övladınız qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil. Yemək üçün məcbur etmək uşaqlarda stress yaradır və valideynlərinə qarşı mənfi bir fikir formalaşdırır. 

Yemək seçimini artırın
Əgər övladınız yemək mövzusunda sizi incidirsə, onu məcbur etmədən yeni ləzzətləri sınaqdan keçirməsini tövsiyə edə bilərsiniz. Özünüz də bu işdə iştirak etsəniz, övladınız üçün yemək yeməyi əyləncəli bir hala gətirəcəksiniz! Ailəniz üçün sınanması gərəkən yeni yeməklərin siyahısını tərtib edin və bunu bir oyun halına gətirin. Bu gün axşam yeməyində hansı ləzzəti sınaqdan keçirdək? Hətta ‘'Yemək Lotereyası'' adında bir oyun belə uydura bilərsiniz. Uşağınızın daha əvvəl sınadığı amma sevmədiyi bir yeməyi ikinci dəfə sınamağını təmin edə bilərsiniz. Bəzən birinci dəfə bəyənilməyən bir yemək ya da yeni bir resept, ikinci sınaqda ləzzətli gələ bilər. Bunu özünüz də uşağınızın qarşısında edərək nümunə ola bilərsiniz. Keçmişdə yediyiniz və sevmədiyiniz bir yeməyi təkrar yeyin və ona ikinci bir şans verdiyinizi, çünki insanların dad hissiyatının dəyişə biləcəyini izah edin. Digər bir unikal yol isə tərəvəzləri ya da yeməyi rədd etdiyi yeməyi sevdiyi bir yeməyin içinə qatmaqdır. Məsələn, övladınız ispanaq yemirsə, sevdiyi bir yeməyin tərkibinə az miqdarda ispanaq əlavə edə bilərsiniz. Burada diqqətli olub, yeni əlavə olunan ədviyyatın miqdarını düzgün nizamlamaq lazımdır. Əks halda övladınızın sevdiyi yeməyi də sevməməyinə səbəb ola bilərsiniz. Tərəvəzləri püre halına gətirib təqdim etmək və ya toyuq, ət yeməklərinin içinə qatmaq daha effektivdir.

Hər şeyin bir həddi vardır...
Uşaqlar axşam yeməyini bəyənmədiyi zaman bir çox valideynlər başqa bir şey hazırlamağa özünü məcbur hiss edir. Bu doğru bir davranış deyil. Burada bir məqama diqqət yetirmək lazımdır: ana övladın gözündə aşbaza çevrilməməlidir. Uşağınız hər yeməyi bəyənmədiyində ona fərqli bir yemək hazırlamağa cəhd etməyin. Bunun yerinə başqa variantlar ola biləcəyini də unutmayın, məsələn sürətli hazırlanan bir salat və ya bir kasa qatıq ilə çörək. Bu üsulla həm valideynlərin üzərindəki təzyiq qalxır həm də yemək seçən uşaq istəmədiyi bir şeyi yemək məcburiyyətində qalmır. Bundan əlavə, əgər yedikləri yeməyin içində sevmədikləri bir şey varsa, "o yeməyi yemək olmaz" düşüncəsindən də uşaqları uzaqlaşdırmaq lazımdır. 

Birlikdə yemək hazırlayın 
Yeməyi birlikdə hazırlamaq yemək mövzusunda seçiçi davranan uşaqlar üçün faydalı olacaq. Məsələn, uşağınızı dükana apara bilər və tərəvəzləri ondan seçməsini istəyə bilərsiniz. Müxtəlif yeməkləri uşağınızla birlikdə dadın. Uşağınız öz dad duyğusundakı müəyyən yenilikləri kəşf edə bilər! Məsələn, turş alma yerinə, şirin alma sevdiyini. Birlikdə yemək bişirmək uşaqların yeni bir yeməyi sevmələri üçün ən effektiv üsullardan biridir. Uşağınızla birlikdə xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş reseptləri sınayın. Birlikdə yeməyi seçdikdən sonra, ondan müəyyən yardımlar alın, məsələn yeməyi onun qarışdırmasını istəyin. Mətbəxdə övladınıza nəzarət edərək ondan hər zaman yardım ala bilərsiniz. Uşaqlar valideynlərinə kömək etdikdə və bir işi bacardıqlarını hiss etdikdə çox xoşbəxt olurlar. Nəticədə birlikdə bişirdiyiniz yeməyi sizdən daha çox və həvəslə yemək istəyəcək.

"Övladım ət yemir, nə edə bilərəm?" 
Ət uşaqların inkişafı üçün olduqca əhəmiyyətlidir. Bəzi uşaqlar əti sərt və ya qoxulu olduğu üçün sevmirlər və yeməkdən imtina edirlər.

Əti sərtliyindən ötəri yeməkdə çətinlik çəkirsə, küftə halında təqdim edə bilərsiniz.
Qoxusundan narahat olduğunu söyləyirsə, xoş qoxulu ədviyyatlarla bişirə bilər və ya quzu ətinə görə bir az daha yüngül iy verən dana ətini seçə bilərsiniz.
Heç bir şəkildə ət yemək istəməyən uşaqlara başda mərci olmaqla paxlalı bitkilərlə zəngin bir yemək verə bilərsiniz.
Hər səhər yumurta yemək, az ət yeyən uşaqların zülal ehtiyacını qarşılamaq üçün əhəmiyyətlidir.
Makaron kimi sevdiyi bir yeməyin içinə az miqdarda ət qatıb yeməsini təmin edə bilərsiniz.

babyplanet.az

Go Back

Uşaqların böyüdülməsində yol verilən səhvlər

  

 

 

 

 

Günümüzdə artan hallardan biri də uşağına “yox" deməyi bacarmayan valideynlərin sayının artmasıdır. Bu davranışlar ilə böyüdülən uşaqlar ümumi olaraq “mən “mərkəzli olurlar. Xüsusilə , özlərinə əhəmiyyət verən, beləliklə də insani həssaslığı zəif olan bir nəsil yetişməkdədir. Uşağın böyüdülməsində valideynlər tərəfindən edilən bir çox xətalar vardır. Bunları ümumiləşdirsək aşağıdakı maddələr ortaya çıxmış olar:

  1. Uşağa yalan demək! Bir çoxumuz uşaqlıqda bu mənzərə ilə rastlaşmışıq “ağzını aç bu sonuncu qaşıqdır, bax bu sondur.. “ beləliklə sonuncu qaşıqların həddi hesabı bilinməz. Beləliklə, əslində uşağa yalan danışmağı öyrədən ana-atalardır.
  2. Söz verib, tutmamaq! Bax, bu məsələdə bir çox ana atalarımız təəssüf olsun ki, mənfi mənada olduqca uğurludur. Zamanı doğru bölə bilmədiyimiz üçün uşağımıza verdiyimiz sözü də yerinə yetirmirik. Uşaq bir şey istədiyi zaman, “Yaxşı edərik “deyirik. Uşaq “Nə zaman? “soruşanda isə təsadüfən ağlımıza gələn cavabı vermiş oluruq : “Həftə sonu edərik yaxud filan tarixdə edərik “. Unutmayın ki, uşaqlar çox ağıllıdırlar və onlara verilən sözləri unutmazlar. Günü gəldiyi zaman “Bəs edəcəkdik? “ deyə soruşarlar. Uşaqların yaddaşlarında tutduğu bir dəftər vardır və hər şeyi oraya qeyd edərlər. “Dedi və Etmədi “deyə yaddaşına yazılar. Uşağın sizə olan güvəni tam olaraq qırıldığı zaman isə nə desəniz də mənası olmaz,sözünüzə qulaq asmaz və sizə tabe olmaz.
  3. Uşağın yerinə qərar vermək! Uşağa verilən suallara, uşaqların yerinə cavab verən ata-analar çoxdur. ABŞ-da belə valideynlərə “Helicopter parent” yəni “Vertolyot ana ata “deyilir.
  4. Uşaqları texnologiyadan asılı etmək!  Siz ev işlərinizi rahat etmək üçün uşağınızı TV, iPad qarşısında saatlarla cizgi filmi izləsin deyə qoyduğunuz zaman həm fiziki, həm də zehni inkişafına zərər vermiş olursunuz. Ekran qarşısında keçirilən vaxtı azaltmaqla onların daha yaradıcı və daha az aqressiv olmalarına kömək etmiş olarsınız.
  5. Uşağınızı eşitməmək! Uşağınız sizə birşey danışdığı zaman onu maraqla dinləyin. Unutmayın ki siz uşağınızın qarşısında bir modelsiniz və o da sizi, sizin onu eşitmədiyiniz kimi dinləməyə bilər. Əgər uşağınız sizə bir şey deməyə çalışırsa, onu dinləyin.
  6. Başqalarının yanında mühakimə etmək! Uşaqlarımız haqqında olan fikirlərimizi başqalarının da yanında bəzən çox rahatlıqla ifadə edirik. Bunun adı əslində “Stigma “ dır, yəni onu damğalamış oluruq. “Xalası bax, bu uşaq çox dəcəldir “, “Müəlliməsi, bu evdə də belə edir “kimi ifadələr uşağınızı alçaltmış olar.
  7. Uşağın hər istədiyini etmək! 
  8. Qaydalar qoymamaq!  Qaydaların olmadığını bir ailədə məsuliyyət hissi inkişaf etməz. Qaydalar ailə üzvləri arasında rahat başa düşülən dillə olmalı və tətbiq edilməlidir.
  9. Uşağınıza dediklərinizi, özünüzün etməməniz!  Uşaqların etməsini istədiyiniz şeyləri siz etməsəniz, onlar da sizin sözünüzün əsası olmadığını düşünə bilər. Bunun ən sadə misalı, özü sağlam qidalanmayan ana – ataların uşaqlarını sağlam qidalanmağa məcbur etmələridir.
  10. Uşağınızı özünüzdən asılı halda böyütmək!  Əgər siz uşağınızın çantasını hazırlayıb, bir yerə gedərkən əlindən tutursunuzsa, özü öz başına gəzməsinə icazə vermirsinizsə, onlara bacarıqsız olmağı öyrədirsiniz. Bir müddət sonra uşaqlar, hər şeyi etməyin sizin öhdəliyiniz olduğunu düşünəcək, siz olmadan heç bir yerə gedə bilməyəcək, öhdəliklərinin məsuliyyətini ala bilməyəcəkdir.
  11. “-Mış”kimi etmək!  Sevirmiş, əhəmiyyət verirmiş kimi davranmamaq lazımdır. Çünki uşaqlar səmimiyyətlə olan və səmimiyyətsiz olan şeyləri çox gözəl şəkildə bir birindən ayırmağı bacarır.

 

                                                                                                                                  Bənövşə Soltanova.   Narınc Psixologiya Mərkəzi. Gənclik filialı. Psixo-pedaqoq

                                                                                                                                   

                                                                                                                                                                                                                                                                                                                                                     

Go Back

Qurban bayramı uşaqlara necə izah edilməlidir?

 

Məlumdur ki, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir. Ancaq qurbanlıq heyvanın az yaşlıların gözlərinin qabağında hissələrə ayrılması bir çox uşaqlar üçün travmatik hal yarada bilər. Bu halda qurbanın necə kəsilməsinə diqqət etməliyik.
Günümüzdə televiziya və internet vasitəsilə bir çox cizgi filmləri uşaqlara fiziki zorakılıq görüntülərini ən açıq şəkildə nümayiş etdirir. Bu cür görüntüləri izləyən uşaqların gözləri önündə qurban kəsmək bəzi hallarda şüuraltı qalıcı travmalara yol aça bilər. Bu cür görüntüləri davamlı olaraq izləyən uşaqların yanında qurban kəsmək isə sanki "Dostuna vurma, heyvanlara zərər vermə, amma mən bu heyvanı kəsəcəyəm" deməkdir. Təbii ki, ailələr bu cümlədən istifadə etməyəcəyi aydın məsələdir. Ancaq uşaqlar bunu düzgün başa düşməyə bilərlər. Əsasən də 9 - 11 yaş arasında olan uşaqlar mücərrəd məfhumları qavramaq yetkinliyinə malik deyillər.
Məktəbəqədər yaşda olan uşaqlar bu hadisəni başa düşmürlər və onlarin nəzərində qurban mərasimi filmə bənzəyir.
Bəs uşaqlara necə başa salmalıyıq?
İlk öncə uşaqlara bayramın mənəvi tərəfini aşılanmalıdır: "Bayramın nə demək olduğunu və onun mahiyyətini uşaqlara ,yaş qruplarına uyğun şəkildə başa salmaq lazımdır. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaq, zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Beləliklə, bu bayramın və ayinin də əsasında xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur". Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.

Allah hər birimizə əzizlərimizlə birgə keçirəcəyimiz Xeyirli Bayramlar nəsib etsin. Kəsilən Qurbanlarınızın, dualarınızın qəbul olması diləyilə...

                            Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova. 

Go Back

AUTİZM SİNDROMU

Autizmin yaranma səbəbi məlumdurmu?

1970-ci ilə qədər Autizm Şizofreniyanın tərkib hissəsi idi.Belə ki, Bleyer Şizofreniyanı araşdırarkən 4A qanunu haqqında qeyd edib.

1.Ambivalentlik

2.Assosasiya

3Autizm

4.Affekt

Demək olarkı 70-ci illərə qədər bütün Autizmli uşaqlara Şizofreniya diaqnozu qoyulurdu.Lakin aparılan araşdırmalar Autizm və Şizofreniya diaqnozunun bir-birindən fərqli olduğunu göstərdi.Beləki Şizofrenlər hollisunasiyalar görür,epileptik tutmaları olur.Lakin Autizmli uşaqlarda buna rast gəlinmir.Həmçinin uşaq yaşlarında Şizofreniya diaqnozu qoyulmur çox nadir hallarda 7 yaşında,əksərən isə yeniyetməlikdə diaqnoz qoyula bilər.Şizofrenlərdə zəkada qüsürlara az halda rast gəlinir.

  ABŞ -da aparılmış araşdırmaya görə 1980-ci ildə hər 5min uşaqdan birinə bu diaqnoz qoyulsa da,2006-cı ildə bu hər 100 uşaqdan  biri kimi qiymətləndirilib.Bu gün hər 88 uşaqdan birində bu sindroma rast gəlinir.

   Bu sindrom özünü 3sferada xüsusilə göstərir:

   -Sosial sfera

   -Ünsiyyət sferası

   -Davranış(streotiplər)

Artıq uzun illərdiki Autizmin yaranma və yayılma səbəbləri ilə bağlı çox saylı araşdırmalar aparılır.Autizm diaqnozu 3 yaşından qoyulsada bir çox ölkələrdə xüsusilə İsrail,Cənubi Kareya,Kuba,Tailand kimi ölkələrdə uşağın ilk aylarında bu diaqnoz qoyulur.Bəs erkən diaqnozun faydaları varmı?-Əlbəətdə erkən müdaxilə-terapiya-uşağı həyata daha sağlam və möhkəm bağlaya bilər.

  1950-60cı illərə qədər Autizmin səbəbi kimi valideynlərin xüsusilə anaların öz uşaqlarına qarşı “soyuq”münasibəti əsəs götürülürdü.Hətta belə analar cəmiyyət tərəfindən böyük qınağa hədəf olurdu. Lakin araştırmalar bu iddianı təsdiq etmədi. Sosial faktorlar,xüsusilə ananın övladına münasibəti Autizmin yaranma səbəbi ola bilməz.Bu gün elm daha çox genetik faktorların üstündə dayanır. 2010-cu ilə qədər isə peyvəndlər əsas səbəb kimi göstərilirdi. Lakin valideynlər tərəfindən peyvəndlərdən imtina edilmiş uşaqlardada bu sindroma rast gəlinməsi bu iddianıda qəbul edilməz edir. Əksər valideynlər Autizm sindromlu uşaqlarda yeməkdən sonra aşılı hərəkətlilik və aqressiya müşahidə etdiklərini bildirdikləri üçün araşdırmalar başlanılmış və belə uşaqlarda mədə xüsusən bağırsaq sistemində problemlərin olduğu müəyyənləşdirilmişdir.Hamiləlik zamanl ananın vəziyyəti,qidalanması,stressli halların olub-olmaması xüsusilə vacibdir.Eləcədə bir çox tədqiqatçılar ana və atanın yaşının çox yaxud əksinə az olmasl ilə əlaqələndirirlər.Bəzi tədqiqatçılar isə belə hesab edir ki,hamiləliyin 1-ci trimestrında ananın qızılça xəstəliyinə tutulması ağır fəsadlara,2-ci trimestrda funksiyaların pozulmasına,3-cü trimestrda isə hiperaktivlik,diqqət əksikliyi pozuntusu və Autizmin yaranmasına səbəb ola bilər.

Statistika göstərirki

-10% uşaqlarda genetik xəstəliklər

-50%uşaqlarda zəka geriliyi

-40%uşaqlar ümumiyyətlə nitqin olmaması

-70%uşaqlarda nitq gecikmələri

-50%uşaqlarda qida problemləri

-50-70%uşaqlarda yuxu pozuntular  rast gəlinir.

  Bütün bu araşdırmalara baxmayaraq hələ də Autizmin yaranma səbəbi tam dəqiqliklə müəyyən edilməmişdir.Bəziləri sadəcə fərziyyələr irəli sürür,bəziləri araşdırmalar aparsada sona qədər təsdiq edə bilmir.

VALiDEYiNLƏR xüsusilə diqqətli olmalıdır.Əgər ailədə böyük uşaq varsa,yaxud digər uşaqlarla apardığı müşahidələr əsasında öz uşağını müqayisə edərkən müəyyən fərqlər görürsə “sonra düzələr”, “hələ balacadı”,”əmisidə gec danışıb” demədən mütəxxəsisə müraciət etməlidir.Ölkəmizdə statistika aparılmamasınıb əsəs səbəblərindən biri valideynlərin öz övladlarında olan fərqlilikləri qəbul etməməsi,eyni zamanda onları cəmiyyətdən tədric etməsidir.Lakin unutmayın onlarda bizlərdən biridir və onlarında tam hüququ vardır.

                                                                                                                                                                                          Turanə Rzayeva. NUPM. Gənclik filialı. Psixoloq

Go Back

Dizartriyanın nevroloji əsasları. Uşaqlarda dizartriya.

Praktikada uşaq yaşda olan dizartriyaya uşaq serebral iflicinin qalığı kimi baxılır, böyüklərdə isə klinik paraliclə əlaqələndirirlər. Dizartriya- tez-tez rast gəlinən nitq qüsurlarının bir qrupunun adıdır. O, bir neçə formaya malikdir ki, hərəsidə öz nevroloji və nitq simptomatikası ilə xarakterizə olunur. “Dizartriya” termini ilə nitqin tələffüz tərəfinin pozulmasını təmsil edirlər ki, bu halda da səs tələffüzü və səs axınının prosodik təşkili əziyyət çəkir.

Mərkəzi Sinir Sisteminin zədələnmə səviyyəsindən asılı olmayaraq dizartriya zamanı hər dəfə ekspressiv nitqyaranmanın funksional sisteminin tamlığı pozulur. Bu zaman səsin tonu, ucalığı və gücü tələffüzün ritmik intonasiya səviyyəsi nitq səslərinin fonetik çaları təhrif olunur ; ümumilikdə nitqin fonetik düzülüşü yalnış reallaşır.

Nitqin bu cür patologiyasını əsasən, periferik nitq apparatının əzələ innervasiyasının pozulması ilə əlaqələndirirlər ki, bunun nəticəsində Mərkəzi Sinir Sisteminin orqanik və funksional zədələnməsi ilə şərtləşən əzələ tonusunun neyromotor pozulması baş verir.Neyromotor pozulmalar nitqyaradıcı sistemin fəaliyyətinin patologiyasına səbəb olur.

Dizartriyanın öyrənilməsində hazırda bir əsas yanaşma mövcuddur : klinik (nevroloji), psixo-pedaqoji,neyropsixoloji, linqvistik.

Anamnestik məlumatların analizi zamanı loqoped mütləq hərəkət bacarıqlarının  inkişafının əsas etaplarının bilgisinə, psixika və nitqin sensor funksiyasına önəm verməlidir ki, bu da Mərkəzi Sinir Sistemi pozulmalarının varlığının adekvat qiymətləndirməsinə imkan yaradır.

Dizartiyanın klinik formaları : bulbar dizartriya, qabıq altı dizartriya, beyincik dizartriyası, qabıq dizartriyası, psevdobulbar dizartriya və dizartriyanın sürtülmüş forması.Psevdovulbar dizartriyanın özü yüngül, orta və ağır dərəcəyə ayrılır ki, yüngül dərəcəsini də dizartriyanın sürtülmüş forması adlandırırlar. Dizartriyanın ağır forması anartriya adlanır, yəni tələffüz nitqinin mümkün olmaması.

Loqopedik muayinəyə fiziki eşitmənin vəziyyətinin analizi, fonematik qavramanın, nitq eşitməsinin, şəxsi nitqin nitq kontrolunun özəlliklərini , motivasiyanın, ünsiyyətə maraq, nitq kommunikasiyasının özəllikləri, dilin leksik və qrammatik vasitələrini anlama və istifadəsi. Uşaq nə qədər kiçikdirsə psixomotor və nitq inkişafının ümumi səviyyəsi bir o qədər aşağıdır, və diaqnostika zamanı motor və qeyri-nitq pozulmalarının analizinin də bir o qədər də çox mahiyyəti var.

Əsas mahiyyəti olan müayinə bölmələri: artikulyar və mimik motorika, səs tələffüzü, nitq tənəffüsü, nitqin prosodik tərəfinin durumu.

Ümumiyyətlə, dizartrik uşaqlar bir ayaq üstündə hoppanmaq, qayçı ilə kağız kəsmək, düymə bağlamaqda çətinlik çəkir, bəzən isə heç bacarmırlar. Həmçinin dizartriyanın ağır forması uşaq serebral iflici ilə bir başa əlaqəlidir. Tibbi müalicə ilə yanaşı loqoped-defektoloq tərəfindən aşağıdakı korreksiya işləri aparılır: səsin, kiçik motorikanın və nitq aparatı motorikasının inkişafı,  fizioloji nəfəsin və nitq nəfəsinin formalaşması, səslərin korreksiyası və möhkəmləndirilməsi, həmçinin nitq kommunikasiyasının və ifadəli nitqin formalaşması üzərində işlər aparılır.

Uşaqlarda dizartriyanın yaranma səbəbləri müxtəlifdir; mərkəzi sinir siteminin orqanik zədələnməsi, hamilə vaxtı anada olan kəskin xroniki infeksiyalar, oksigen çatışmamazlığı, in­toksikasiya, hamiləlik toksikozu, doğuş zamanı uşağın al­dı­ğı travmalar, qan uyğunsuzluğu və s.

Böyüklərdə dizartriyanın yaranma səbəblərinə insult, damar çatışmazlığını, baş beyin şişi və ya iltihabı, Alsheymer və Hantinqton xəstəliyini aid etmək olar. Çox az hallarda başın travması, dəm qazından boğulma hallarını nümunə göstərmək olar.

                                                          Loqoped-Defektoloq: Vəfa İsmayılova

                                                         Narınc Uşaq Psixologiya Mərkəzi, Gəncə filialı

Go Back

Loqopediya Elmi haqqında məlumat. Uşaqlarda yaranan nitq qüsurlarının səbəbləri

Nitq uşağın her terefli inkişafı üçün vacib olan əsas əlametdir. Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O uşağın tədricən inkişafi ilə formalaşır. Nitq nə vaxt başlayır? Nitqin əsası uşaqlıq dövründen başlayır. Uşağın ilk ünsiyyəti anadan olduğu andan ağlayarkən anasının ona cavab verməsi ilə başlayır.

0-3 aylıq uşaq anadan olarkən ağlayır narahatçılığı olanda ac olanda bir yeri ağrıyanda ağlamaqla biruzə verir.

3-6 ayliq dərhal səs gələn tərəfə çevrilir qiğıldamağa başlayır anasının səsini tanıyır.

6-12 ayliq sözləri və sadə göstərişləri başa düşür. Tək tək hecalardan və sözlərdən isdifadə edir.

12-18 aylıq nitqi anlama təqlid etmə başa düşmə dövrü başlayır. 100-ə qədər söz ehtiyyatı olur.

Ona göre ilk olaraq nitqdən başladıq ki loqopediya elmi nitqi öyrənir.Loqopediya sözünün mənası loqos-söz paydeo-öyrənirəm tərbiyə edirəm deməkdir. Yəni Düzgün nitqi tərbiyə edirəm mənasını verir.

Loqopediya elmiin məqsədi nədir? Loqopediya elminin məqsədi uşağın nitqinin normal formalaşmasına və son nəticədə onun tefekkürünün tam inkişafına kömək etməkdən ibarətdir. Bundan əlavə loqopediya elminin əsas məqsədi uşaqlarda yaranan nitq qüsurlarını aradan qaldırmaqdır.

Loqopediya elminin prinsipləri

1 inkişaf prinsipi

2 yanaşma prinsipi

3 nitq qüsurlarını psixi inkişafın digər tərəfləri ilə əlaqəli öyrənilməsi prinsipi 

Nitqin inkişafı zamanı əsas problemlər

1 ayın sonunda yeçəyə görə ağlamırsa

4 ayın sonunda qiğıldamırsa və onunla danişan zaman gülmürsə

7 ayın sonunda yaxın adamların səsini tanımırsa

9 ayın sonunda vağ-vuğ etmirsə və böyüklərə baxaraq səsləri oxşatmırsa

1 yaşın sonunda sadə əmirləri etmirsə gətir- göstər

2 yaşın sonunda bədən üzvlərini göstərmirsə yaxın adamlarını şəkildə tapa bilmirsə

2.5 yaşın  sonunda böyük-kiçiyi fərqləndirmirsə

3 yaşın sonu kiçik şeir və nağılın məzmununu anlamırsa məzmununu qısada olsa danışmırsa və suallara cavab vermirsə

4 yaşında heç bir  rəngi tanimirsa və şeir deyə bilmirsə

Tədqiqatlar göstərirki 6 yaşına qədər uşaqlarin 30 % dən coxu  tələffüs qüsurlarına malikdir. Nitq qüsurlarını yaradan səbəblər hansılardı? Nitq qüsurlarını yaradan səbəblər bunlardı mərkəzi nitq aparatının zədələnməsi periferik nitq aparatında problemlər irsiyyət psixo-sosial amillər. Nitq qüsurlu uşaqlar bir qayda olaraq həyatindan küskün əhval-ruhiyyədə olurlar. Nitq qüsurları çox zaman uşaqlarda kompleks özünə inamsızlıq yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar baxçaya və ya məktəbə getmək istəmirlər. Elə psixika var ki nitqi elə nitq var ki psixikani geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitqi yoxdursa bu onun psixoloji aləminə təsir edir. Buna görədə uşaqla defektoloji-loqopedik iş apararılarkən  mütləq onun psixoloji səviyyəsi bacarığı yaşı diqqəti və aktivliyi nəzərə alınmalıdır.

Nitq qüsurları hansılardı? Nitq qüsurları 2 yerə ayrılır.

1 Şifahi nitq qüsurları

2 Yazılı nitq qüsurları

Şifahi nitq qüsurları bunlardı Dislaliya alaliya dizartriya rinolaliya disfoniya afoniya afaziya kekeleme bradilaliya taxilaliya

Yazılı nitq qüsurlari bunlardı disleksiya aleksiya disqrafiya aqrafiya.

Dislaliya-dis-pozğunluq laliya-nitq deməkdir. Nitq 5 yaşına kimi uşaqlarda tam formalaşıb bitir amma bəzi uşaqlarda bu yaş həddini keçmələrinə baxmayaraq onlarda səs tələffüzü qüsurları qalmaqda davam edir.  

Dislaliyanın 2 növü var. Sadə dislaliya və mürəkkəb dislaliya. Sadə dislaliya 4 səsə qədər olan qüsurdu. Mürəkkəb dislaliya isə 4 və daha artiq səslərin qüsurlu teleffuzüdür.

Səs qüsurlarını aradan qaldırılmasının 3 üsulu var

1 Yamsılama

2 Mexaniki (zondların kömeyi ilə)

3 Qarışıq ( hər iki üsulla)

Alaliya A-inkar şəkilçisi laliya –nitq deməkdir. Uşağın bətndaxili və ya erkən inkişaf dövründə  baş beyin qabığının üzvi zədələnməsi nəticəsində nitqin olmamasidir. Alaliya 2 növə ayrılır motor və sensor. Motor alaliya- nitq hərəki analizatorunun fəaliyyətinin pozulmasıdır. Sensor alaliya ise nitqi qavrama analizatorunun fəaliyyətinin pozulmasıdır. Sensor alaliyalı uşaqlarda exolaliya (təkrarlanma) da özünü göstərir.

Afaziya – baş beynin lokal zədələnməsi nəticəsində nitqin tam və ya qismən itməsidir. Bu qüsur beyinə qan sızma beyin damarlarının trombozu beyin qan dövranının pozulması kəllə-beyin zədələnməsi nəticəsində yaranır.

Rinonaliya-( tın-tınlıq yəni burunda danişma) nitq aparatının anatomik-fizioloji qüsuru nəticəsində səs tələffüzünün və səs temprini pozulmasıdır.Rinolaliyanın 2 növü var.

1 Qapali rinolaliya

2 Açıq rinolaliya

Qapalı rinolaliyanında 3 növü var.

1 Ön qapalı rinolaliya- burun divarlarının əyriliyi burun boşluğunda olan polip şişlərin nəticəsidir.

2 Arxa qapalı rinolaliya- uşaqlarda ən çox adenoidlərin böyüməsi burun-boğaz şişlərinin nəticəsidir.

3 Funksional  qapalı rinolaliya- burun boşluğunun normal keçidi zamanı burun tələffüzünün pozulmasıdır.

Açıq rinolaliya üzvi və funksional ola bilər. Üzvi açıq rinolaliyaya misal olaraq yumşaq və bşrk damağın parçalanmasını göstərmək olar. Funksional açıq rinolaliya zamanı yumşaq damaəın ləng artikulyasiyasi ola bilər.

Dizartriya- nitq aparatının inervasiyası çatıçmamazlığı nəticəsində nitq tələffüzünün pozulmasıdır.

Disfoniya- səs tellərinin patoloji pozulmasıdır.

Afoniya – səsin tam batmasıdır.

Bradilaliya- nitq tempinin patoloji yavaşmasıdır.

Taxilaliya- Nitq tempinin patoloji tezləşməsidir.

Disleksiya oxu prosesinin qismən pozuntusu deməkdir. Həriflərin tanınmaması,hecalarda və hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə, sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə mətinin səhv başa düşülməsinə səbəb olur. Ağır dərəcəsi aleksiya adlanır. Aleksiya oxu prosesinin formalaəmamasıdır.

Disqrafiya yazı prosesinin qismən pozuntusu deməkdir. Ağır dərəcəsi aqrafiya adlanır. Aqrafiya yazı prosesinin formalaşmamasıdır.

Kəkələmə

Kəkələmək insanın qəsdsiz olaraq damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlamasına, uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında olur. Ortalama 5 yaşdır.

Hər 100 insanın birində kəkələmə olur. Oğlanlarda qızlara nisbətən buna 4 dəfə artıq rast gəlinir. Uşaqların 20%-i ilk inkişaf vaxtlarında valideynləri narahat edir. 5%-i kəkələməyə 6 ay və daha artıq vaxt müddətində davam edir. 3/5- ü gec uşaqlıq vaxtına qədər davam edir. 1%-ə qədəri uzunmüddətli vaxtı əhatə edir. Ən düzgünü erkən müdaxilədir. Əgər uşaq kəkələməyə  6 aydan artıq  başlayıbsa,  onda  mütləq  nevropatoloq  və  loqopedə  müraciət  edilməlidir.

Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin buna yol açdığını deyir. Digər bir araşdırma kəkələmə və teurətə sindiromu arasında əlaqə olduğunu deyir. Kəkələyən insanlar deyilməsi asan olanı deyirlər. Kəkələmə nitq aparatının əzələsinin qıcolmasıdır. İlkin olaraq kəkələməyə uşaq xəstəliyi deyilir. Kəkələyən insanlar daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən uşaqlarla iş uzunmüddətli olur.

Kəkələmənin növləri:

1. Klonik

2. Tonik

3. Qarışıq

Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq maşın sözünü demək istəyir. Bu zaman həmin sözü belə tələffüz edir: ma.... ma.... maşın. Uşaq  bu sözü deyərkən nitqində sanki bir "partlayış" əmələ gəlir.

Kəkələmənin ağır forması tonikdir. Tonik kəkələməni aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən azaldılmasına çalışılmalıdır. Bu zaman bir balaca da olsa yüngülləşmə əmələ gələ bilər.

Qarışıq kəkələmə kəkələmənin ən ağır forması sayılır. Burada həm 2 eyni-tonik, tonik həm də tonik, klonik növlərinin qarışığı ola bilər. 

Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq olar: damaq kəkələməsi, nəfəs kəkələməsi, qıtlaq kəkələməsi, düşüncə kəkələməsi və s. Məsələn, uşaqda düşüncə kəkələməsi zamanı qəribə bir hal yaşanır. Belə ki, uşaq ailəsinin yanında olduqda çox kəkələyir. Mütəxəssis və ya kənar şəxslərin yanında olduqda isə bu kəkələmə hədsiz dərəcədə az olur. Yəni, bu artıq düşüncənin kəkələməni idarə etməsi deməkdir.

Nəfəs kəkələməsi zamanı sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir. Sürətli kəkələmədə uşaq sürətli nitq formasında kəkələyir, bu vaxt  5 dəqiqəyə deyəcəyi sözü 2 və ya 1 dəqiqəyə söyləyir. Kəkələmənin sürəti, yəni o dərəcədə tez olur. Xüsusilə qeyd olunmalıdır ki, sürətli kəkələmə zamanı uşaqlar lazım olanı deyil, onu əvəz edə biləcək asan sözü deyirlər.

Dodaq kəkələməsi zamanı isə uşaq m, p, v, b  samit səslərini tələffüz edərkən daha çox kəkələyir.

                                                     İlahə Bəhmənzadə

                                                     Narınc Uşaq Psixiologiya Mərkəzi, Gəncə filialı, Loqopedi 

 

Go Back

Yeniyetməlik yaş dövründə şəxsi inkişaf

Şüur xarici aləm haqqında biliklərin məcmusundan ibarətdir.  İnsanların davranışı və fəaliyyəti şüurlu xarakter daşıyır. Bundan başqa  şüurun  mühüm cəhəti  mənlik  şüuru ilə bağlıdır. Mənlik şüuru insanın  özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir.

Mənlik şüurunun formalaşması yeniyetməlik yaşı dövrünə təsadüf edir. Yeniyetməlik  yaşı dövründə şəxsiyyətin çox cəhətli   münasibətini ifadə edən mürəkkəb keyfiyyətləri inkişaf edir və yeniyetmə bu keyfiyyətləri dərk etməyə başlayır.  Z.Freyd öz konsepsiyasında insan şüurunun özünütərbiyəyə ehtiyac duyduğunu qeyd edib. Yeniyetmədə özünüdərketmə ilə yanaşı özünütərbiyə də yaranıb təkminləşir. Bu iki keyfiyyətin inkişaf etməsi yeniyetmənin həyat və fəaliyyətinə təsir edir.  Bildiyimiz kimi böyük yeniyetməlik yaşı dövründə peşə- tədris fəaliyyəti aparıcı fəaliyyətdir. Öz potensial imkanlarının  dərkedilməsi və şüursuzluq hadisələrindən həvəs və yönüm yeniyetmənin peşə  sahəsi seçimində motiv rolunda çıxış edir.  Həvəslər insanda ya ödənilməyən təlabata ya da şüur səviyyəsinə qalxaraq cəhdə çevrilir. Yeniyetmə isə artıq dərkolunan  həvəsi və ya məqsədini öz potensial imkanları daxilində  həyata keçirməyə çalışır. Bu zaman sosial mühitin  təsiri böyükdür. Sosial mühit şüuru formalaşdırır və dəyərlər sistemini yaradır. Əgər yeniyetmənin dəyərlər sistemi düzgün qurulubsa  onda o, bu həvəs  və ya məqsədlərini daha da  formalaşdırıb, inkişaf etdirib dəf edilməli  hədəfinə çevrilir. Bu hədəf isə onun gələcəyidir. Burada Arnold Palmerin fikrinə nəzər salmaq lazımdır : Gec ya tez qazanan insan, qazana biləcəyini öncədən  düşünən insandır. Zəfər arzulanmadığı yerə gəlməz! Chuk Palahniuk deyib: Diş fırcası hamıda var, amma bəziləri fırcalamırlar. Ağıl da belədir. Hamıda var , amma bəziləri istifadə etməyi düşünmür.  Yəni yeniyetmə zirvəsi  hesab etdiyi hədəfinə çatmaq üçün onu düzgün planlaşdırıb, hərəkət etməlidir.

Hər hansı bir adamın hədəfi varsa, o hədəfinin  reallaşması istiqamətində xəyallar qurur. Xəyal arzu edilən gələcəyə  yönəlmiş obrazların yaradılması  prosesidir. Xəyal insanın fəallığının çox qüvvtəli stimullarından biridir və o, insanın  mübarizəsində qarşıya çıxan çətinliklərə üstün gəlməklə  insana güc , qüvvə verir.

Hədəf  bizim üçün zirvədir. Xəyallar həmin hədəfin beynimizdə kreativ sürətdə canlanmasıdır. Plan isə həmin hədəfin reallaşdırılması üsuludur.

                                                                   Arzu Ələkbərova

                                                                   Narınc Uşaq Psixologiya Mərkəzi, Gəncə filialı, Psixoloq.

 

Go Back

Ac deyiləm, amma yenə də yeyirəm

 

 Ac deyiləm, amma yenə də yeyirəm

Çətinliyə düşəndə yemək yeyirəm.                                                                                                       

Əhvalım olmuyanda soyuducuya yönəlirəm.                                                                         

 Stresli olduğum zamanlarda yemək yemək məni rahatlaşdırır.                                                                  

Yemək yedikdən sonra özümü günahkar hiss edirəm.                                                                                

Ac deyiləm amma yenə də yemək yeyirəm.                                                                                                 

Siz də yuxarıdakı vəziyyətləri yaşayırsınızsa əgər, bu yazı sizin üçündür ...

Ac olmadığınız halda, xoşbəxt, kədərli ya da sıxıntılı olduğunuz zamanlarda yemək yeyə bilərsiniz. Fiziki aclıq xaricindəki səbəblərdən yemək yemə aktivliyina "psixoloji  aclıq" deyilir. Psixoloji  aclıq  istənməyən kiloların ən əsas səbəblərindən  biridir. Bir çox adam  ac olmadığı halda yemək yediyindən və bu vəziyyətlə baş etməkdə çətinlik çəkdiyindən şikayətçidir. Bu vəziyyət ilə baş edə bilmək üçün əvvəlcə psixoloji aclığınızın  olub olmadığının fərqində olmanız əhəmiyyətlidir.

Yaxşı, psixoloji aclığınızın olub olmadığını necə anlaya bilərsiniz?

Fiziki aclıq yavaş-yavaş meydana çıxarkən, psixoloji aclıq birdən olur, birdən bir şey yemə ehtiyacı hiss edirsiniz.

Fiziki aclıq gözləyə bilər, psixoloji  aclıq hiss etdiyinizdə dərhal aradan qaldırılması lazımdır, gözləyə bilməzsiniz.

Fiziki aclığınız varsa,  doyduğunuzda dayana bilərsiniz, ancaq psixoloji aclıq səbəbiylə yemək yersəniz doymuş olsanız belə yeməyə davam etmək istəyərsiniz.

Həqiqətən aclıq səbəbiylə yemək yesəniz bir çox seçimə açıq olarkən psixoloji aclıq səbəbi ilə yediyinizdə, xüsusilə: pizza, şokolad, şirin, cipsi kimi kalorili yeməklər yeyirsiniz.

Fiziki aclıq səbəbiylə yediyinizdə xoşbəxt olarkən, psixoloji aclıq ilə yediyinizdə günahkarlıq duyğusu yaşayarsınız.

Psixoloji aclıqla  baş edə bilmək üçün:

Əvvəlcə psixoloji aclığınızın  fərqində olun. Ac olmadığınız halda yemək yeməyə məcbur edən hadisələrin və duyğuların fərqində olun. Gündəlik yediklərinizi və yedikdən sonra hiss etdiyiniz duyğuları yazmaq, sizə bu mövzuda köməkçi olacaq.

Yemə ehtiyacı hiss etdikdə aclıq səviyyənizi 1 ilə 10 arasında qiymətləndirin. Aclıq səviyyənizin aşağı olduğunu, psixoloji aclıq səbəbiylə yemək istediyinizi fərq etdiyinizdə yemək yeməyi qısa bir müddət (məsələn 10 dəq.) gecikdirin.

Ac olmadığınız halda yemək yemə istəyi gəldiyində alternativ nələr edə biləcəyinizin siyahısını yaradın (su içmək, musiqi dinləmək və s)

Yemək yemək istəyinizi yox edə bilməsəniz, o an kalorili bir şey yemək yerinə alternativ sağlam bir şey yeməyi yoxlayin (Məsələn; şokolad yerinə; pəhriz şokolad, dondurma və ya meyvə kimi) .Bunu üçündə bir siyahı yaratmaq və siyahıdakı yeməkləri evdə ya da iş yerində saxlamaq sizə kömək olacaq.

Sizə yaxşı gələn qaynaqlarınızı artırın (Məsələn; yoldaşlarla görüşmək, musiqi dinləmək, şəkil çəkmək, film izləmək, velosipedə minmək və s.) .Əlaqələrinizi artırmaq, mənfi duyğularla baş edebilmənizi asanlaşdıracaq.

Məqaləni yazdı – Narınc Könüllü Qrupunun Üzvü Lalə Fətəliyeva

Go Back

KƏKƏLƏMƏ XƏSTƏLİK DEYİL, TƏNBƏLLİKDİR!

Kəkələmə termini (balbuties) sözündən götürülüb yunan dilində təkrarlanma demekdir.Əvvələr bu qüsur battarismus adlanmışdır.Qədim Kir hökümdarı Battanın şərəfinə qoyulub.Kir hökmdarı Batta hər sözün ilk hecasını təkrarlayırmış.Lakin müasir Defektologiyada Battarizm ixtisarlaşmış və temporitmik nitq pozulmaları olan Taxilaliyanın bir növü kimi qeydə alınır.

      Kəkələmənin sinonimləri: Logofobiya,Logonevroz,Uşaq xəstəliyi və s. kimi qeyd olunur.Bəzi qeydlərdə Verbafobiyanı da kəkələməyə sinonim termin kimi götürürlər.Bu isə düzgün yanaşma deyil.Logofobiya nitqdən çəkinmə,qorxu hissidir.Logopad ve ya Kəkəc öz nitqindəki qüsurun fərqində olur və danışmağa başlayanda həyəcan-qorxu keçirir.Verbafobiyada isə xüsusi seçilmiş sözə qarşı fobik reaksiya olur.Məsələn şəxsdə öz uşaqlıq dönəmində yaşadığı xoşagəlməz bir hadisə ilə bağlı siçan sözünə fobiya yaranıb.Hər dəfə o sözü eşidəndə reaksiya verir.

      Hər bir insanın nitqində tutulma və ya təkrarlanma ola bilər.Əyər bu tutulmalar və təkrarlanmalar tez–tez olursa bu artıq patalogiyadır.Bu patoloji nitq qüsuru Kəkələmədir.Kəkələmə nəyə deyilir?Nitqin normal axıcılığı və ifadə patternlərinin dəyişilməsi ilə müşahidə edilən temporitmik nitq pozulmasına Kəkələmə deyilir.Kəkələmə nitqi idarə edən ali sinir fəaliyyəti proseslərinin pozuntusu,eləcədə beynin anatomiyası fəaliyyəti,dofamin və qamma-amin yağ turşularının mübadiləsində baş verən pozuntular nəticəsində baş verir.

       Kəkələmə xarakterinə görə 3 yerə bölünür:a)Klonik    b)Tonik     c)Qarışıq.Klonik kəkələmə kloun sözündən götürülüb tekrarı,eynisi deməkdir.Sözdə hecaların təkrarlanması fonunda biruzə verir.Məsələn: Ana,mə-mə-mə-mənə su ver.Tonik kəkələmə ton sözündən götürülüb tebr,avaz deməkdir.Sözdə səslərin tutlması fonunda biruzə verir.Məsələn:Ana,m-m-m-mənə  su ver.Tonik kəkələmə özü də 2 yerə bölünür: a) prolonqanik-tonik    b) blokanik-tonik.Prolonqanik-tonik növdə sözlər prolonqasiya olunur yəni uzanaraq qırılır.Əsasən bu pozulma sait səslerin iştirakında özünü biruzə verir.Blokanik-tonikdə isə nitq blokadaya düşür və bir neçə saniyə bəzən də dəqiqə nitq axarları bağlanır və danışmağa imkan vermir.Qarışıq kəkələmənin de 2 növü var:a)klonik-tonik     b)tonik-klonik.Əsasən pozulma ardıcıllığına görə təyin edilir.Məsələn:Ana,mə-mə-mə-mənə su v-v-v-v-ver.Bu klonik-tonik növdə olan pozulmadır.Belə olduqda isə: Ana,m-m-m-mənə su ve- ve- ve- ver bu pozulma tonik-klonik pozulmaya aiddir.

      Kəkələmə dərəcəsinə görə 3 yerə bölünür: 1.Səthi kəkəkləmə    2.Orta kəkələmə    3.Ağır kəkələmə.Kəkələmənin dərəcəsini təyin etmək mütəxəssisin təcrübəsindən irəli gəlir.Kəkələmənin dərəcəsi onun xarakterindən aslı olmayaraq dəyişir.Yüngül formalı qarışıq növ kəkələmə də ola bilər,ağır növ klonik kəkələmə də ola bilər.Ağır növ pozulmalarda əsasən tikozlar,çənə və dodaq tremorları və blokanik  fon özünü göstərir.

     Dedik ki,Kəkəclərdə Tiklər və Tremorlar olur.Tik və Tremor nədir?İlk növbədə tiklər haqqında danışaq.Tikoz və ya tik sarışan hərəkət nevrozudur.3 növ tiklər mövcuddur.a) mimik tiklər     b)vokal tiklər    c)motor tiklər.Mimik tiklər əsasən üz və üz ətrafı hərəkət pozuntusudur.Göz qırpma,qaş qaldırma,dodaq dartma,burun çəkmək mimik tiklərə aiddir.Vokal tiklər səs pozuntusudur.Boğazı təmizləyirmiş kimi səslər çıxarmaq,aa,ıı,ee,mm kimi seslerden intensiv istifadə etmək vokal tiklərə aiddir.Motor tiklər isə bədən üzvlərinin qeyri-ixtiyarı hərəkət pozulmasıdır.Bədəni arxaya-qabağa verərək danışmaq,çiyinləri tərpətmək,əlləri ovuşdurmaq,ayağını yerə döymək bu kimi hərəki pozulmalar motor tiklərə aiddir.

                                                     Səbinə Oruczadə.

                                                    Narınc Uşaq Psixologiya Mərkəzinin 9mkr. filialının defektoloq - loqopedi.

                                                                                         

Go Back

20 nəticə göstərilir