Düşüncə Jurnalı

header photo

Əngəlli bir uşağın anasına yazdığı məktub

                              Canım anam mənim.

Niyə həmişə dalğınsan? Niyə həmişə mənə üzgün-üzgün baxırsan? Niyə həmişə eyni sualları təkrarlayırsan? Niyə həmişə özünü günahlandırmaqdan əl çəkmirsən? Halbuki mən mələklərdən “məni bu halda dünyaya göndərsəniz mən orda nə edərəm” deyə soruşduğumda “qorxma” dedilər, “orda sənin anan olacaq biz sənin üçün ən yaxşısını seçdik.O,sənə bizdən daha yaxşı baxacaq.O,sənə bir çox şeyi öyrədəcəkdir. Amm unutma ki,sənində ona öyrədəcəyin bir çox şey var.O,sənə öyrədəcək,sən ona öyrədəcəksən.Bir gün öz-özünə yaşaya biəcəksən” dedilər.                                  

           Bunu bilməlisən ki,anacan mən sənə cəza olaraq deyil,hədiyyə olaraq göndərildim.Mən sənin hədiyyənəm.Bunun fərqinə varmalısan anacan. Məndən utanma,insanların baxışlarına fikir vermə,məni getdiyin hər yerə apar.Məni konsertə,kinoya,teatra apar anacan. Bilmək olmaz birdə gördün sən və mən cəmiyyətin mələklərə baxış bucağını dəyişərik anacan. Hə necə baxırsan bu fikrimə anacan.                                                                                                         

Gəl anacan dənizə gedək,mənə üzməyi öyrət.Evdə oturmaqdan çox yoruldum.Sadəcə məktəbə gedərkən evdən çıxıram anacan.Anacan sənə söz verirəm axşam evə gələndə bütün tapşırıqlarımı yerinə yetirəcəyəm.                       

Sənə verilən vəzifənin çox çətin olduğunu bilirəm anacan.Amma unutma ki,yalnız deyilik.Çox yavaşda olsa mən öyrənirəm, təkmilləşirəm, böyüyürəm. İndi güclü olmaq vaxtıdır anacan.Ətrafımızdakı digər mələkləri düşün anacan, nə demişdilər “sənin anan var qorxma o səni qoruyar.”Bilirsənmi anacan sən varkən heç qorxmuram.                                                                                                

Atama və digər qohumlarımıza bizi yalnız qoyduqları üçün hirslənmə.Çünki onlar sənin qədər güclü deyillər.Anacan bax görəcəksən biz irəliləyiş əldə etdikcə onlarda təəccüblənəcəkdir və bizə qatılacaqlar.

Sən və mən çox xüsusiyik.                                                                                                                    

     İndi bir-birimizə öyrətdiklərimizi fikirləş.Nə qədər də çox şey öyrəndik. Yaşadığımız cəmiyyətdə belə daha əvvəl fərqində olmadığımız şeylərin fərqinə vardıq.Bir gün özüm tək məktəbə gedə biləcəyəm,qaçıb oynaya biləcəyəm,qışqıra-qışqıra mahnı oxuya biləcəyəm.Dəcəlliklər edib,şıltaq olacağam,Hətta sən balkondan “daha gecdir evə gəl artıq”,deyə arxamdan səsləndiyində məndə “anacan axı biraz daha oynamaq istəyirəm”,deyə biləcəyəm.Bütün bunları seçilmiş olan sənin sayəndə edə biləcəyəm.Hər nə edirsən et məni cəmiyyətdən uzaqlaşdırma anacan.Ən başda da söylədiyim kimi anacan insanların baxışlarına fikir vermə və məni getdiyin hər yerə apar anacan.Çünki səninlə hər şey çox daha gözəldir anacan.                                                

  Hazırladı:İsazadə Rəhiməxanım Müslüm qızı

.Bakı Qızlar Universiteti Təhsildə sosial-psixoloji xidmət fakultəsinin IVkurs tələbəsi.

Go Back

Sorğu göndər