Düşüncə Jurnalı

header photo

Nitq pozuntularının yaranma səbəbləri

 
Nitq əsas psixi funksiyalardan biridir. Nitq pozuntuları nitq aparatının inkişafında olan çatışmazlıq ilə şərtləşir. Nitq aparatı nitq səslərini əmələ gəlməsində iştirak edən orqanlar sistemidir. Bu sistemə bir-biriilə sıx əlaqədə olan iki şöbə daxildir. Bulara mərkəz və periferik sahələrdir. Mərkəz şöbə baş beyində yerləşir və qabıqaltı düyünlərdən ibarətdir.
 
Qabıq mərkəzləri
Digər ali sinir fəaliyyəti kimi nitq fəaliyyəti reflektor xarakter daşıyır. Nitq refleksləri beynin böyük yarımkürələrini bütün qabıq fəaliyyəti ilə əlaqəlidir. Lakin müəyyən sahələr var ki, nitqin əmələ gəlməsində bilavasitə daha çox üstünlüyə malikdir. Bunlara aiddir:
 
Vernike mərkəzi(Alman nevropatoloqu və psixiatoru K.Vernikenin adı ilə əlaqədar olaraq)
Bu sahə baş beyini qabı sahəsində yerləşir və (sağaxaylarda) sol yarımkürənin yuxarı gicgah qırışının arxa sahəsində yerləşir. Şifahi nitqin qavrama prosesini təmin edir. Bu sahə zədələnərkən nitq və ya fonematik eşitmə qüsuru yaranır (sensor afaziya, sensor alaliya).
Fonematik eşitmə və yaxud sözün səs tərkibinin fərqləndirmə bacarığı uşaqda şifahi nitqin anlanılma prosesində formalaşır. Dilin fonematik quruluşunu mənimsəməklə digər nitq fəaliyyətinin formalarının inkişafına imkan yaradır (şifahi nitq, yazı, oxu). Fonematik eşitmə nitq sisteminin əsasıdır. Onun zədələnməsi ilə bütün nitq sisteminin inkişafda geriləməsinə şərait yaranır.
 
Broka mərkəzi (Fransız antropoloqu və cərrahı P.Brokun adı ilə əlaqədar)
Bu mərkəz baş beyin qabığının sahəsidir. Sol yarımkürənin alın qırışının arxa hissəsinin aşağı tərəfində yerləşir. Nitqin motor tərəfini təmin edir. Zədələnmə zamanı nitqdə, hecada və yaxud sözdə səs tələffüsetmək mümkün deyil. Qüsurun əsasında ayrı-ayrı nitq fəaliyyətini vahid nitq sistemində birləşdirmək mümkün deyil (motor afaziyası, motor alaliya).
Sol alın payı planlaşdırmanı proqramlaşdırmanı və nitq-düşüncə fəaliyyətinə nəzarəti funksiyasını həyata keçirir. Alın payının motor sahələrinin zədələnməsi hərəki funksiyanı (tənzimləyici apraksiya), ixtiyarı tənzimlənməsini pozur. Bu da öz növbəsində nitqin tənzimləmə pozuntusu formasında (dinamik afaziya) təzahür edir. Qabıq sahəsinin motor hissəsinin pozuntusu zamanı qabıq dizartriyası adlanan dizartriya forması yaranır. Qabığın əmgək payı hissi qıcıqların qavranılması və analizi ilə, məkanda oriyentasiya ilə, məqsədyönlü hərəkətlərin tənzimləsi ilə əlaqədardır. Qabıq sahəsinin əmgək payının zədələnməsi nəticəsində koordinasiya və müxtəlif hərəkətlrin idarə olunması pozulur (apraksiya). Oral apraksiya zamanı artikulyasiya aparatının ixtiyarı hərəkəti pozulur, yəni xəstə tapşırığa əsasən dilini ağızdan bayıra çıxara bilmir, dilini yuxarı qaldıra bilmir və s. Əgər apraksiya erkən uşaq yaşlarında baş verərsə nitqin inkişafdan ləngiməsinə səbəb ola bilər. Əgər böyük yaşlarda baş verərsə, bu zaman nitq pozuntusun əsasını ilkin qüsur kimi yaxın artikulyar səslərin fərqləndirilməsi çətinliyi (afferent motor afaziyası) təşkil edir.
Gicgah pay eşitmə, dadbilmə, iyibilmə hislərinin qavranılması ilə, nitq səslərinin analizi və sintezi ilə və hafizənin mexanizmləri əlaqədardır. Sol gicgah payının zədələnməsi zamanı fonematik eşitmə pozuntusu yaranır (Vernike sahəsinə bax). Bunun da nəticəsində kompleks halda olan yazı oxu və aktiv nitq funksiyaları pozulur. Bundan əlavə sol yarımkürənin müəyyən sahələrinin zədələnməsi nəticəsində eşitmə - nitq hafizəsi (akustiko-mnestik afaziya) pozulur. Baş beyinin ənsə pay qabıq sahəsi görmə sahəsidir. Sol ənsə payı zədələnərsə həriflərin fərqləndirilməsi bacarığı (həriflərin aqnoziyası) itir. Görmə qavrayışının pozuntusu nəticəsində spesifik oxu pozuntusu (optik aleksiya və disleksiya) və yazı pozuntusu (optik aqrafiya və disqrafiya) yaranır.
 
Qabıqaltı düyünlər
Qabıqaltı (bazal) düyünlərdə (mərkəz, nüvə) çoxlu miqdarda sinir hüceyrələri toplamışdır ki, onlar da baş beyin qabığı böyük yarımkürələrini ağ maddəsində yerləşir. Bura quyruqlu nüvə mərciyə oxşar nüvə aiddir ki, onlar da qabıqdan və solğun şardan və badamaoxşar hüceyrədən ibarətdir.



Esmira Qafarova

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi

mövqe.az

Go Back

Sorğu göndər