Düşüncə Jurnalı

header photo

Uşağınızın ilk kəşfi evdəki əşyalardan başlayır

Valideynlər  tez-tez  şikayət edirlər ki,  uşağımız  evdə  oyuncaqları  sındırır,   divarları  yazır, əşyalara  ziyan  vurur,  evi  səliqəyə salıb rahatlaşmışkən  görürük ki, oyuncaqlar  yenə  hərəsi  bir  tərəfdədi...                                                                    

Mən  bu  məqalədə  valideynlərimizə  əvvəlcə  onu  demək istəyirəm ki,  bir neçə ildən  sonra  eviniz  elə  səliqəli  halda  olacaq ki,  evin bu  halı  üçün  çox  darıxacaqsınız...  Ona  görə  də  uşaqlarızı  incitməyin. Əşyalara ziyan vurduğunu  düşündüyünüz  üçün  onlara  fiziki  və  mənəvi  cəzalar  verməyin. Unutmayın uşaqlar  cəza ilə yox, vicdanı  ilə tərbiyə olunmalıdır.

0-4  yaş  dövrü   uşaqların  kəşf  etmə  dövrüdür. 4 il ərzində  uşaqlar  ilk gördükləri  əşya  və  hadisələr  arasındakı  əlaqəni  müəyyənləşdirmək  istəyirlər. Uşaqlar valideynlərini deyil,  iç dünyalarının  səsinə  qulaq  asarlar.                                                         

 0-4 yaş  dövründə  uşaqlarda  öyrənmə  marağı  formalaşır ki,  uşaqlar  bunun  vasitəsilə  həyata  atılarlar.                                                                                                        

Bəzən  uşaqlar  ütü  ilə  oynamaq  istəyərlər, bəzənsə  stolun  üstünə  çıxmaq,yaxud  siyirmələri  açıb-bağlamaq  istəyərlər. Ancaq valideynlər  uşaqlarını  qorumaq  məqsədilə  buna  imkan  verməzlər.                                                         

Əziz valideynlər, sizləri də çox yaxşı  başa  düşürük  uşaqlarınızı  təhlükədən  qorumaq  istəyirsiniz. Ancaq  uşaqlarınız  bunları  kəşf  etməsə, ütü ilə  oynayan  vaxt  əlini  yandırmasa,  stolun üstünə  çıxarkən  yıxılmasa,  siyirməni  açıb-bağlayan  zaman  əlini  əzməsə  ətrafdakı  əşyalarla   rəftar  etməyi,  özünü  qorumağı  necə  öyrənər?                                                                                                                                  

  Uşaq  yeni  bir  əşya  gördükdə  onu  hiss  edə  bilməsi  üçün  mütləq  həmin  əşyaya  toxunmalıdır.  Bu davranış  uşağın  öyrənməsi  üçün  əsas  şərt  sayılır.                                         

Uşaq  bir  tərəfdən  bunu  öyrənmək  məcburiyyətindədir, digər  tərəfdən  isə valideynlərinin  şiddəti  ilə  üzləşir...      Heç  bir  valideynin  gücü  bir  uşağın  öyrənmə  gücünü  keçə  bilməz.  Heç  bir  valideyn  uşaqda  olan  maraq  hissini  bir  səfərdə  söndürə   bilməz.  Uşağın marağında  olub  kəşf  etmək  istədiyi  müəyyən bir  əşyanın  və  ya  hadisənin  gedişinə  maneə  olmaq  uşağın  öyrənmə  bacarığına  maneə  olmaq  deməkdir.                                                                               

 Bəzən  uşaq  marağında  olan  bir  əşyaya  doğru  getdiyi  zaman  valideyn  uşağın  diqqətini  həmin  obyektə  başqa  bir  obyektə  keçirir. Məsələn, uşağa başqa oyuncaqla  oynamağı  təklif  edir. Ancaq  valideyn  başa  düşmür ki, uşaq  marağında  olan  bir  əşyanı  bu  gün  kəşf  edə  bilməyibsə  sabah  mütləq  birdə  ona  cəhd  edəcəkdir. Valideyn  bir  müddət  uşağı  həmin  əşyadan  uzaq  tutub  başqa  bir  əşya  ilə oynamağa  cəlb  etməsi  əslində  uşaqda  diqqət  dağınıqlığının  yaranmasına  səbəb  olacaqdır. 

Bu  proses  də  uşaq  məktəbə  gedən  vaxt  valideyn  müəllimdən  “uşağınızda  diqqət  dağınıqlığı  probleminin”  olduğunu  öyrənəndə  kaş ki, illər   öncə   oğlumun  yaxud  qızımın  öyrənmə  istəyinə  maneə  olacaq  bir davranış  göstərməsəydim deyəcəkdir.                                                                                                                               

Ona  görə  də  əziz  valideynlərimiz  uşaqlarınız  ətrafı  kəşf  edən  zaman  onların  qolundan,  qanadından  tutub  dayandırmağa  çalışmayın,  əks halda  onlar  qolunuzdan, qanadınızdan  qırıldığında  bu  uşaq  nə  vaxt?, niyə?  belə  oldu  suallarını  özünüzə verməli  olacaqsınız...

 

 İsrafilzadə  Əminə

    ADPU  “Pedaqogika və  Psixologiya”    fakültəsinin  magistrı

    

 

 

 

 

 

Go Back

Sorğu göndər