Dünyada baş verən proseslərə qarşı yoxsulluq dövrümüzün ən mühüm problemi olmaqda davam edir. Yoxsulluq xüsusilə inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlara təsir göstərməklə yanaşı inkişaf etmiş ölkələrdə də qarşılaşılan ictimai problemlərdən biridir. Hal-hazırda inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların 40 % -i gündə bir dolların altında gəlirə malikdir. Səhiyyə və yoxsulluq arasında, başqa sözlə, fərdin və ailələrin sosial-iqtisadi mövqeləri ilə sağlamlıq vəziyyətləri arasında yaxın bir əlaqə var. Fizika, sosial və bioloji amillərin insan sağlamlığı üzərindəki təsirlərini bir-birindən ayırmaq imkansızdır. Bu vəziyyətdən əziyyət çəkən ən həssas qrup isə uşaqlar olur. Yoxsulluq içində yaşamaq uşaqların qidalanma, xəstəlik və qəzalardan qorunma, sağlam yaşamaq, böyümə və inkişaf üçün lazımı imkanlardan məhrum qalmalarına səbəb olur. Yoxsul ailələr uşaqlarına inkişafları üçün yetərli imkanı vermədikləri kimi onları erkən yaşda işləməyə zorlayırlar. Uşaqlar ya məktəbə heç getmir və ya məktəbdən alınıb işə verilirlər. Aşağı gəlirli bir ailədə yaşamaq yetkin dövrdə yoxsulluqla qarşılaşma ehtimalını olduqca yüksəltdiyi üçün uşaq yoxsulluğu təcili tədbir görülməsi vacib olan məsələlər arasında yer alır.
Yoxsulluğun Uşaq Sağlamlığı Üzərindəki Təsiri:
Uşaqlar və yeniyetmələr hansı cəmiyyətdə olursa olsun yoxsulluğun mənfi təsirlərinə ən açıq, ən müdafiəsiz vəziyyətdə olan üzvləridir."Dünya Uşaqlarının Vəziyyəti 2005" hesabatında yoxsulluq içində yaşayan uşaqlara dair belə bir müəyyənləşdirmə aparılır. "Yoxsulluq içində yaşayan uşaqlar, yaşama, böyümə və inkişaf etmələri üçün lazımı maddi, mənəvi və emosional mənbələrdən məhrum şəkildə yaşayırlar, beləliklə haqlarından istifadə etmir, istedadlarını tam olaraq istifadə etmirlər". Uşaqlar yoxsulluğu daha dərindən hiss etdiyi üçün yoxsulluqdan və bərabərsizliklərdən ən çox əziyyət çəkənlər də onlar olur. Ehtiyacı yüksək olan uşaqlar eyni zamanda hüquqları ən çox pozuntuya məruz qalan uşaqlardır. Yoxsulluq, böyüməkdə olan uşaqlar üçün xüsusilə zərərli olur. Yoxsulluq üzündən pis qidalanma və xəstəlik halları ortaya çıxa, təhsil yarıda kəsilə və uşaqlar zorakılığın, bütün formalarına məruz qalırlar. Yoxsul uşaqların gələcəkdə yoxsul böyüklər olma ehtimalı olduqca yüksək olur. Uşaq yoxsulluğunun göstəricisi olaraq, körpə və uşaq ölüm nisbətlərini, beş yaş altındakı aşağı çəkili və ya qısa boylu uşaq nisbətini, kifayət qədər təmizlik və sanitoriya nəzarətini, məktəbə başlayan uşaq faizini qəbul edə bilərik. Balanslı bəslənmə etibarlı və möhkəm bir bina kimi uşaqların əsas ehtiyacıdır. Yalnız qida çatışmamazlığına əlavə olaraq yoxsul uşaqların qarşılaşdıqları çətinliklər arasında yer alan əlverişsiz binalarda və izdihamlı mühitdə yaşamaq və kifayət qədər qorunma səbəbindən uşaqların sağlamlıqları mənfi təsirlənir. Yoxsul uşaqların bəziləri qalacaq ev belə tapmayaraq küçədə həyat mübarizəsi verir. Kifayət qədər həyat şəraiti, uşaq hüquqlarının ən geniş yayılmış pozuntuları arasındadır. İnsana yaraşan və təhlükəsiz mənzil, su və təmizləmə sistemləri kimi infrastruktur olmadan bu uşaqların yaşaması, böyüyüb inkişaf etmələri olduqca çətindir. Sağlam bir şəraitdə həyatı davam etdirmək mümkün olmadığı üçün təmiz olmayan içməli su, yetərsiz təmizləmə və gigiyenik olmayan şərait üzündən hər il çox sayda insan ölür və bunların əksəriyyətini beş yaş altı uşaqlar təşkil edir. Gigiyenik olmayan bir dairə bağırsaq infeksiyaları və gepatit başda olmaqla bir çox xəstəliyə səbəb olur.. Dünyada hər gün beş yaşından kiçik təxminən iki min uşaq ishal xəstəliklər üzündən ölməkdə bu ölümlərin təxminən çox faizi təmiz olmayan su, təmizləmə və gigiyena ilə əlaqəli olur. Türkiyədə TNSA 2008 məlumatlarına görə, beş yaşa qədər uşaqların 23% araşdırmadan əvvəlki iki həftə ərzində ishala yaxalandığı müəyyən olunmuşdur. Türker və dostlarının 2008-2010 illəri arasında apardıqları işdə 0-14 yaş qrupunda Gepatit A görülmə sıxlığı təxminən 27% olaraq göstərmişdir. Kifayət qədər həyat şəraiti səbəbi ilə uşaqlıq dövründə görülən tənəffüs yolu xəstəlikləri də yoxsulluqla bərabər artım göstərir. Yoxsulluğun ən ağır nəticəsi bu, qarşısı alına bilən xəstəliklərə qarşı körpə və uşaq ölümlərinin çox olmasıdır. Əldə olan məlumatlar uşaqların müdafiə olunmamasını ortaya qoyur. 2010-ci ildə dünyada beş yaşına gəlmədən çoxu sətəlcəm, ishal kimi səbəblərdən ölən uşaq sayı təxminən səkkiz milyondur. Daxili məkanlarda hava çirklənməsi beş yaşından kiçik uşaqlar arasında hər il dünyada iki milyona qədər ölümə səbəb olur. Yoxsul ailələrin yaxşı havanın dəyişilməyən məkanlarda yemək bişirmə məqsədilə zərərli yanacaqlar istifadə etməsi də hava çirklənməsi probleminə kömək edən amillər arasında yerləşir.
Nəticə:
Uşaq yoxsulluğu fəaliyyətlərə, xidmətlərə və imkanlara yanaşmanın məhdudlaşdırılması uşaqlıq həyatına zərər verir, risklərlə üzləşməyi artırmaqda və resurslara giriş azaldaraq çətinlikləri artırır. Ana , ataları bu uşaqlara kifayət qədər qayğı və dəstəyi təmin etmir, buna görə uşaqlar qəzalara, sui-istifadəyə, küçə həyatına və ya cinayətə daha açıq hala gəlir.Yoxsulluğa bağlı olaraq görülən qida çatışmazlığı, xəstəliklər, təhsil imkanlarının məhdudiyyəti və duyğusal məhdudiyyətlər geri dönüşü olmayan nəticələr doğurur.
İstifadə edilən ədəbiyyat: Ankara Sağlık Hizmetleri Dergisi, Cilt 13, Sayı 1,2014
Tərcümə etdi: Narınc könüllü qrupunun üzvü : Əliyeva Şəbnəm