Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşaqlar"

Uşağa hansı yaşda, necə oyuncaq almalı

10-11-2014

Uşağıma nə vaxt necə oyuncaq alım? 

Biz hər zaman dönə-dönə təkrar edirik, oyuncaqlar uşaqların psixi və fiziki inkişafı üçün cox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsiyə ətraf aləmi, insanlarla münasibəti və həmçinin özünü dərk edir. Bəs uşaqlar necə oyuncaqlarla oynamalıdır? Bu məqaləmizdə biz ilk 6 ayında uşaqlara necə oyuncaqlar almaq lazım olduğu barədə söhbət edəcəyik

1-ci ay
Bu ayda çağanın görməsi zəif olur. Çağa yalnız səsə və al-əlvan rənglərə həssas olur. Hər hansısa bir əşyanın üzərinə fokslaşa bilmir. Çağa bu ayda yalnız anasının üzünə və hansısa hərəkət edən əşyaya baxa bilir. Bir ayının tamam olmasına az qalmış çağanın yatağından, başının 70 sm üstündən çox əlvan oyuncaqlar asmaq məsləhətdir. Çağa bu oyuncaqlara baxaraq görmə qabiliyyətini yaxşılaşdıracaq. Çalışmaq lazımdır ki oyuncaqlar rəngli və hansısa musiqi sədası altında hərəkət etsin

2-ci ay
Artıq oyuncaqları nisbətən aşağı salmaq lazımdır. Çalışın oyuncaqlar uşağınız əlini qaldıranda azacıq əlinə dəysin.Çünki hər bir insanda olduğu kimi uşağın da ən həssas reseptorlari (ən kiçik qicığı mərkəzi sinir sisdeminə çatdırır) barmaq uclarındadır. Çalışın oyuncaqlar gigienik olsun, mütləq hər gün oyuncaqları yuyun və mümkün olduqca oyuncaqları tez-tez dəyişin. Çünki uşaq eyni oyuncaqlara öyrəşdikdən sonra ondan bezəcək.

3-cü ay
Bu ayda uşaqlar hələ oyuncaqları əllərində uzun müddət saxlaya bilməz, çünki onların əl əzələlərinin inkişafı buna imkan vermir. Lakin o artıq oyuncaqları götürməyə can atmağa başlayacaq. Buna görə də bu ayda uşağın yatağının üsdündəki oyuncaqları yumşaq və ya rezindən etmək lazımdı. Həmçinin bu ayda uşaqlar ətrafı əlləri ilə öyrənir desək yanılmarıq, hər şeyə toxunmağı sevir. Buna görə də ona müxdəlif formalı oyuncaqlar verin. 

4-5-ci aylar
Artıq bu ayda uşağın başının üsdündə fırlanan oyuncaqlar çağanı qıcıqlandırmağa başlayacaq. Çünki o həmin oyuncaqları tutub yoxlamaq istəyəcək, əli catmayanda isə narahat olmağa başlayacaqdır. Bu zaman ən məsləhətlisi o olardı ki, həmin oyuncaqları uşağın yanına qoyasınız və isdədiyi zaman onunla oynaya bilsin. Bu aydan etibarən uşaq asanca oyuncağa tərəf əyilir, onu götürür və hətda dadına da baxır. Buna görə də uşaqlara oyuncaq alanda bütün bu şərtləri nəzərə alıb uşağınıza oyuncaq seçin.

6-cı ay
6 aylıq uşaq artıq oynayacağı oyuncağı özü seçəcək. Onların fərəkətləri böyüklərlə müqaisədə çox yavaşdır. Lakin əgər uşağınız hər hansısa bir oyuncağı götürməyə çalışırsa ,həmin anada ona mane olmayın. Imkan verin istədiyi oyuncağı özü götürsün. Çünki uşağınızı belə rahatlığa alışdırsanız,istədiyi hər şeyi ona asanca versəniz, o gələcəkdə özgüvəni aşağı birinə çevriləcək. Hər hansı bir hadisəyə qərar verməkdə çətinlik çəkəcək.

narinc.az

Go Back

Uşaqlarda isterik hallar

06-11-2014

Hər birimiz ətrafımızda olan uşaqları müşahidə edərkən onların müxətlif olduğunu görürük. Bəziləri sakit, bəziləri şıltaq və ərköyün olur. Lakin elə uşaqlar da var ki, onlarda isterik hallar müşahidə olunur.

Bu cür uşaqlar valideynlərini idarə edirlər. İsterik tip uşaqlar bunu yaxşı bacarırlar. Bu cür idarəetmə manipulyasiya adlanır.İsterik uşaqlar valideynlərinin zəif damarını bilir və bundan öz istəklərini yerinə yetirmək üçün istifadə edirlər. Məsələn, uşaq nəsə istəməyə başladıqda ağlamağa, ayağını yerə vurmağa, yerdə sürünməyə və s. etməyə başlayır. Bu zaman bəzi valideynlər düşünürlər ki, “Uşağım görəsən normaldır?”, “Bu hallar görəsən nə vaxta kimi davam edəcək?”.

Balaca uşaqlar öz hisslərini idarə etməyi bacarmırlar və bunun özü kifayət edir ki, uşaq isterik hərəkətlərə əl atsın. Ancaq səbəb təkcə bu deyil. Bu zaman iki yaşında olan uşaqda baş verən dəyişikliyi nəzərə almaq lazımdır. Çünki uşaq gözünü ilk açdığı andan hamı onun nazı ilə oynayıb, hər zaman hamıdan diqqət görüb, narahat olduğu zaman onun rahatlığını təmin etmək üçün böyüklər əllərindən gələni ediblər. Lakin uşaq iki yaşına çatanda artıq görür ki, ətrafdakılar əvvəlki kimi onun nazı ilə oynamır. Və anlayır ki, valideyn onun dediyini yox, o valideynin dediyini etməlidir. Uşağa bunu qəbul etmək çox çətindir. Bu səbəbdən də uşaq isterik hərəkətlər etməyə başlayır.

Uşaqlar isterik hərəkətlər edərkən bu cür davaranırlar: qışqırır, özünü yerə vurur, tüpürür, “Mən səni çox istəmirəm”, “Səndən zəhləm gedir” kimi ifadələr deyirlər. Bunları etməklə valideynlərinə təsir edəcəklərini düşünürlər. Bəzən, isterik uşaqlarda həqiqətən istədiklərinə nail ola bilmədikdə qusma, ürək getmə, qıc olma kimi davranışlar müşahidə olunur. 

Uşaqların isterik davranışlarına valideynlər nə qədər tez zamanda reaksiya verərsə, onlar bundan həmişə istifadə edəcəklər.

İsterik davranışlara uşağın istənilən yaş dövründə rast gəlmək olar. Və bu halları aradan qaldırmaq üçün valideynlər səbirli olub uşağa düzgün yanaşma tərzini tapmalıdırlar. İsterik uşaqda isterik davranışlar başladığı zaman uşağın üzərinə çox düşmək olmaz. Bu zaman valideynlər uşağa yaxınlaşmamağa çalışmalıdır. Yaxşı olar ki, uşağın diqqətini tamamilə başqa istiqamətə yönəldə bilsinlər.

 

Ayşən Heydərova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Go Back

Uşaqlar sevgisini necə göstərir?

01-11-2014

Uşaqlar sevgisini necə göstərir?

Uşağınızı qarşılıqsız sevdiyiniz üçün bəzən onun sevgi nümayişlərini gözdən qaçıra bilərsiniz. Uşağın inkişafı üçün əhəmiyyətli olan bu detalı necə hiss edəcəksiniz?

Ana və uşaq arasındakı bağ, körpə ana qarınındaykən başlayar. Doğum sonrasında da uşaqla ana arasında xüsusi bir ünsiyyət olar. Ana, uşağını böyük bir sevgiylə böyüdərkən uşaq da sevgisini bəzi yollarla ifadə edər.

• Dünyadakı heç bir şeyi anlamayan yeni doğulan körpənizin bildiyi bir şey varsa, o da gözlərinizin içinə baxdığında sizin əhəmiyyətli olduğunuzdur. Uşağınız zamanla sizə olan sevgisini bəzi yollarla göstərməyə başlayacaq.
• Körpəniz onun yanında olmadığınız zamanlarda sizi düşünməyə başlayıb doğulduğundan 8-12 ay arası bir zaman keçdikdən sonra, onun olmadığı otaqdan ayrıldığınızda ağlayar. Döndüyünüzdə isə gülücüklər saçar.
• İməkləməyə başlayan körpənizin hirsləri artacaq. Atdığı qışqırıqlar sizi sevmədiyi mənasına gəlməz, sizə bu qədər çox güvənməsəydi, inciməz ya da əsəbiləşməzdi, deyə düşünmək lazımdır.
• Körpəniz kədərli olduğunda sizə qaçarcasına gələcəkdir. Çünki kiçikkən "Səni sevirəm" deməyi bilə bilməz, amma hərəkətləri sözlərdən çox daha güclüdür.
• Uşağınız sizə bağçadan qopardığı bir çiçək, kiçik bir daş ya da hədiyyə olduğunu düşündüyü hər hansı bir şey verərək sevgisini göstərə bilər.
• Artıq evin hər şeyi ilə daha əlaqədar olmağa başlayan uşağınız "Ey, bax bunu mən etdim" deməyə çalışaraq sizin diqqətinizi çəkmək üçün çalışacaq. Çünki sizin təsdiqiniz onun üçün əhəmiyyətlidir.
• Böyüdükcə artıq sizi sirdaşı olaraq görməyə başlayacaq. İnsanlar içərisində yaşadığı ilk utandırıcı anında belə sizin qollarınızda özünü etibarda hiss edəcək.

narinc.az

Go Back

Uşağınız qaytarır? Hərəkətə keçmək vaxtıdır!

30-10-2014

Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir?

Əsasən anoreksiya 14-15 yaşında müşahidə olunsa da, son illər bu xəstəliyə körpələrdə də təsadüf olunur.

Zorla yedizdirilən yemək udulduqdan sonra körpə tərəfindən qaytarılır.

Körpələrdə anoreksiya 6 aydan sonra müşahidə olunmağa başlayır.

Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigiyenik normalarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə zorla yedirirlər. Sevgisini körpəsini çox yedizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək yeməkdən qaçan uşaq və əziyyət verən ana roluna çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn,  onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırır. Heç biri təsir etməsə, ən sonda yerə uzadaraq yeməyi zorla ağzına qoymağa cəhd edir. Amma bu heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik-psixoloji problemin başlanğıcı ola bilər.

Əsasən anoreksiya 14-15 yaşında müşahidə olunsa da, son illər bu xəstəliyə körpələrdə də təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti, uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan qəfil qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə yuxusuzluq və halsızlıq müşahidə olunmur.

Yemək zamanı ana başda olmaqla ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə- nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə, ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonra körpə tərəfindən qaytarılır.

Nəzərə alın ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar effektiv görünsə də, bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin, əsasən də anaların narahatlığı daha çox artır.

Uşaqlarda bu əsasən 6 aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirməyə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.

Körpənin 2 yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşməsəz, bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi psixoloji problemlərə gətirib çıxarır.

Anoreksiya müşahidə olunan uşaqlar mütləq psixoterapiya ilə paralel həkim müayinəsindən keçməli, ehtiyac duyularsa, farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən problem valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır.

Yedizdirmə zamanı nələrə diqqət edilməli:

-          Verilən yemək uşaq tərəfindən imtina olunarsa, məcbur edilmədən digər yemək seçilməlidir;

-          Yemək az miqdarla başlanmalıdır;

-          İmtina olunan yeməyə yenidən dönmək və verilən yeməyin miqdarını dəyişdirmək məsləhət deyil;

-          Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır;

-          Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır;

-          Heç bir halda zorla yedizdirmək olmaz;

-          Yemək vaxtında oyun oynamaq, uşağın qabağında yemək haqqında danışmaq da məsləhət deyil.

Bunlar zamanla dəyişilməlidir. Uşağınız əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə, bu terapiyanın uğurla nəticələnməsinin əlamətidir. Lakin hədsiz narahat və həssas analar müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Belə ki, qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanın yenidən yaranması üçün şərait yaradır.

Araşdırmalara görə, uşaqlarda müşahidə edilən əksər problemlərin səbəbi ailə mühiti, ana- atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınızı qoruyun. Problem nə qədər uzun müddət davam edərsə, bu bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır.

Narınc Rüstəmova

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri, uşaq psixoloqu

 

Go Back

Uşaqların ən böyük rəqibi

28-10-2014

Uşaqların ailədə ən çox güvəndikləri partnyor - hərdən savaşsalar da, əsəbləşib bir-birlərinə "Səni sevmirəm" desələr də - bacı-qardaşlarıdır. Onların əlaqəsi uşaqların problemləri bərabər həll etməsi və bir-birlərinə arxa, dayaq durmağı öyrənmələri üçün ən gözəl vasitədir. Evin tək uşağı digər uşaqlarla, öz yaşıdlarıyla və qohumlarıyla qaynayıb-qarışsalar da bacı, qardaş sevgisinin nə olduğunu bilmirlər.


Ana-atalar tək uşağı digər uşaqlara görə ətrafdakılardan qoruyub, uşağın üzərində çox əsərək hər kəsdən, hər şeydən qoruyurlar. Tək uşaq evin göz bəbəyi olur və hər kəs üstündə əsir deyə uşağın üstünə çox düşürlər.

Araşdırılmalara görə, tək uşaqların tək uşaq olmayan sınıf yoldaşları ilə eyni sayda dostlarının olduğu və dostlarının xüsusiyyətinin də eyni olduğu düşünülür. Amma tək uşaqların qrup içində daha çox davakar hərəkətlər göstərdikləri və dostları tərəfindən daha çox istifadə edildikləri haqqında düşüncələr var. Buna görə bacı-qardaş varlığının, qarşıdurma və böhran ilə başa çıxmada istifadə edilən davranış mexanizmini inkişaf etdirdiyi haqqında düşünülür.

Ailənin tək uşağı necə böyüdülməlidir?
Müqayisəli axtarışların sonunda tək uşaqların bacı-qardaşı olan uşaqlara nisbətən düşüncə, yaddaş, dil bacarıqları və riyaziyyatda məktəbə başladıqları ilk illərdə daha yaxşı olduqları göstərildi. Ancaq bu fərq təhsil irəlilədikcə ortadan qalxır. Jiao və dostlarına görə (1996) bilik baxımından bu fərq tək uşaqların ana-ataları ilə daha çox qarşılıqlı əlaqədə olmalarından qaynaqlanır. Tək uşaqların ana-ataları bu uşaqların təhsili üçün daha yaxşı öyrənmə mühiti yaratmağa çalışırlar. Uşaqlarıyla təhsil müddətində daha çox vaxt keçirməkləri, onlarla daha çox qarşılıqlı təsir halında olmalarını təmin edərək uşaqlarının bilik inkişafını dəstəkləyir.

Tək uşaq olmanın həm üstünlükləri, həm mənfi cəhətləri olduğu deyilə bilər. Tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşaya bilmədikləri üçün akademik olaraq daha müvəffəqiyyətli ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə ailələrinə qarşı bəzi mövzularda birlikdə mübarizə verə biləcəkləri bacı-qardaş əskikliyini hiss edə bilərlər.

Nəticə olaraq, tək uşaq olmaq bilinənin əksinə müsbət nəticələr göstərir. Tək uşaq bacı-qardaşı olan uşaqlara nisbətən çox da fərqli deyillər. Əslində, uşağın tək uşaq olmasından çox, necə böyüdüldüyü əhəmiyyətlidir. Bir bacı və ya qardaşın olmasından çox, ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Valideyinlər nə edə bilər?

Tək uşağa özəlliklə tək uşaq olaraq deyil, sadəcə uşaq olaraq davranın. Yaddan çıxarmayın ki, sizin onu tək olduğu üçün qoruduğunuzu uşaq hiss edə bilər.

Yaşına uyğun qaydalar qoyun; bu qaydaları dayanıqlılıq içində tətbiq edin. Uşaq qaydalara əməl etsə, bunun xöşbəxtliyini yaşayacaq.

Hər istədiyini həmən an etməyə çalışmayın. Lazımlı olduğunu düşündüyünüz istəklərini yerinə yetirin.

İstəklərinin yaşına və sizin fikirlərinizə uyqun sərhədlərdə olmasını təmin edin.

Üç yaşından sonra yaşıdlarıyla, ya da başqa uşaqlarla birlikdə oynamaları üçün fürsət yaradın. Bağçaya göndərmək imkanınız yoxdursa, uşaqlı ailələrlə görüşüb uşaqların bir yerdə olmasına, oyun oynamaqlarına, dostluq etmələri üçün vaxt ayırın.

Edə biləcəyindən çox şey gözləməyin. Həmişə mükəmməl olmağa çalışmaq uşağı yorar və ondakı müvəffəqiyyətsizlik qorxusu artar.

Ailənin tək uşağı necə böyüdülməlidir?
Uşağa söz haqqı verin, amma bu, bütün qərarları uşağın verəcəyi haqqında düşüncə yaratmasın. Sizə uyğun alternativləri təklif edin, uşaq bu alternativlərinizdən birini seçsin.

Geyinmə, soyunma, yemək yemə, təmizlik kimi hər fürsətdə özunə baxmağına, qulluq etməsinə imkan yaradın. Evdə məsuliyyətləri olsun, sizdən asılı olmadan öz ehtiyaclarını qarşılaması üçün dəstək verin.

Nənə-babalar, yəni ailə böyükləri ümumiyyətlə uşaqları çox ərköyün böyüdüb istəklərini eyni vaxtda yerinə yetirirlər. Çalışın buna mane olun. Öz üsullarınızdan istifadə edin.

narinc.az

Go Back

Uşaq Serebral İflici (USİ) nədir?

27-10-2014

             

 Uşaq serebral iflici termini ilkdəfə 1893-cü ildə psxioanalitik Ziqmund Freyd tərəfindən irəli sürülmüşdür. Baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində ortaya çıxır. Erkən uşaqlıq dövründə aşkarlamaq mümkündür. Hərəki pozğunluqlarla, ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyir-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beyin iflici zəif, mülayim və kəskin dərəcələrdə ola bilir. Zəif dərəcəli serebral iflic zamanı uşaq davranış problemləri zəminində hərəkətlər edə bilir. Mülayim dərəcəli serebral iflic olan uşaq gəzərkən axsayır. Belə uşağın dayağa, yaxud çəliyə ehtiyacı olur. Daha kəskin serebral iflic uşağın bütün fiziki qabiliyyətlərinə mənfi təsir göstərə bilər.Serebral iflici olan uşaqların bəzən öyrənməklə bağlı probemləri, eşitmə-görmə yaxud əqli gerilik problemləri də ola bilər. Beynin məruz qaldığı zədələnmə nə qədər böyük ölçüdə olarsa serebral iflicdə bir o qədər kəskin olur.

Hal-hazırda serebral iflicin səbəbləri aşağıdakılardır:

  • Hamiləlik dövründə (ananın infeksion xəstəliklərə tutulması – məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s.);
  • Rezus fərqliliyi;
  • Anada problemlər (şəkərli diabet, hamiləlik toksikozu, qanaxmalar, anamiya, stress, düzgün olmayan qidalanma-vitamin çatışmazlığı və s.);
  • Ananın zərərli vərdişləri (narkomaniya, alkoqoldan istifadə, siqaret çəkmə və s.);
  • Ananın yaşı (18-dən aşağı, 35-dən yuxarı)

Doğuş zamanı:

  • Dölün asfeksiyası;
  • Doğuş travması;
  • Vaxtndan əvvəl doğuş;
  • Gec doğuşlar;

Doğuşdan sonra:

  • Infeksiya və susuzlaşma nəticəsində yüksək bədən hərarəti;
  • Beyin infeksiyaları;
  • Oksigen çatışmazlığı;
  • Beyin tarvmaları və qansızmalar;
  • Məişət zəhərlənmələri;
  • Beyində şişlərin olması;

Serebral iflicin formaları:

  • Spazmatik - əzələ həddindən artıq gərilmiş vəziyyətdə olur. Hərəkətlər, xüsusilə də ayaq, əl və bel hərəkətləri nəzarətsiz halda olur. Ən geniş yayılmış formalardan hesab olunur.
  • Athetoid və ya diskinetik – bədəni bütün hərəkətinə mənfi təsir göstərə bilir. Asta və nəzarət edilməyən bədən hərəkətləri azacıq əzələ gərilməsi ilə müşayiət olunur. Oturması və gəzməsi çox çətin olur.
  • Qarışıq – yuxarıda sadalanan əlamətlərin birləşmiş bir variantıdır. Belə uşaqlarda əzələ gərilməsi həm yüksək, həm də aşağı səviyyədə olur. Bəzi əzələlər həddindən artıq boşalmış olur. Bu da yöndəmsiz, qeyri-iradi hərəkətlərin meydana çıxmasına səbəb olur.

Uşaq serebral iflicinin ilkin əlamətləri:

  • Qidalanmada çətinlik;
  • Oyanıqlıq, əsəbilik;
  • 1,5 aylığında başını saxlaya bilməməsi;
  • Hərəki bacarıqların inkişafında ləngimə;
  • Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi;
  • Oyuncaqlara tərəf dartınması (4 aydan sonra);
  • Uşağın qeyri-iradi hərəkət etməsi;
  • Ana ilə kontakta girməsi;
  • Döşdən imtina etməsi.

Serebral iflici olan uşaqlar bir sıra problemlərlə üzləşə bilirlər. Erkən və davamlı tibbi müdaxilə sayəsində xəstəliyin fəsadları azaldıla bilər. Yaşı 3-dən az olan uşaqlara erkən müdaxilə xidmətindən tam şəkildə yararlana bilərlər. Bu sistemdə işləyənlər “ Fərdi Qayğı Planı” adı ilə tanınan bir sənədin işlənib hazırlanması üçün valideynlər ilə birgə çalışırlar.

Serebral iflici olan uşaqlar bir qayda olaraq aşağıdakı müdaxilə növlərinə ehtiyac duyurlar:

  • Fiziki terapiya;
  • Əmək terapiayası;
  • Nitq-dil patalogiyası;

Fiziki terapiya vasitəsilə yerimək, oturmaq, tarazlığı saxlamaq, əmək terapiyası vasitəsil geyinmək, soyunmaq, qidalanmaq, yazmaq və s., nitq-dil patalogiyası zamanı isə dil və boğaz əzələlərinin gərilməsi ilə əlaqədar danışmaqda çətinlik çəkərsə ünsiyyət bacarığında problemlər varsa bunlar üzərində işlənilir.

Bütün bu fəaliyyətlərdə valideynlərin dəstəyinə ehtiyac duyulur. Bir valideyn kimi övladınıza qarşı sevgili olun, onunla oynayın, onu anlamağa çalışın. Səbirli və təmkinli olun. Övladınızın yaxşılaşmasına ümid bəsləməkdə davam edin. Yardımçı ola biləcək yeni müalicələr vətexnologiyalar haqqında məlumatlar toplayın.  Ancaq sınaqdan keçməmiş “yeniliklər”ə qarşı ehtiyatlı olun. Hər bir uşaq kimi sizin də övladınızın qarşısında öyrənmək və inkişaf etmək üçün tam bir ömür müddəti vardır.

Əsədova Eminə

İnkişaf geriliyi üzrə mütəxəssis, pedaqoq

 

 

Go Back

Verdiyiniz məsləhətlərə özünüz əməl edirsiniz?!

25-10-2014
 
- Uşağınızı hər mövzuda xəbərdar edir və ona yaxşı olanı öyrətməyə çalışırsınız. Yaxşı ya bütün söylədiklərimizi siz tətbiq edirsinizmi? 
 - Uşağınıza başqalarına kömək etmənin nə qədər gözəl bir şey olduğunu söyləyib dayanırsınız; amma böyük marketlərdə etdiyiniz alverlərin ardından alver səbətini belə yerinə qoymağa ərinirsiniz.
 - Tez-tez "yetər uşağım artıq, bağla bu televizoru!" deyirsiniz; amma hər axşam, yatana qədər davamlı televizor izləyirsiniz.
 - Uşağınız nə vaxt bədənindən şikayət etsə, ona bu halının nə qədər sevimli və gözəl olduğunu söyləyirsiniz; amma siz də davamlı kilolarınızla məşğul olub dayanırsınız. 
 - Uşağınıza dostu ilə dalaşdıqdan sonra səhv etdisə ,üzr istəməsi lazım olduğunu söyləyirsiniz; amma siz və yoldaşınız heç bir mübahisədən sonra uşağınızı barışmanıza daxil etmirsiniz. 
 - Hirs partlamalarını nəzarət etməsi lazım olduğunu söyləyib dayanırsınız; amma siz avtomobil istifadə edərkən ətrafdakı avtomobillərin şoferlərinə davamlı hirslənirsiniz. 
 - Uşağınıza davamlı "Problemin nə? izah et," deyirsiniz, amma yoldaşınıza əsəbləşdiyiniz zamanlarda o bu sualı hər soruşduğunda "Bilmirsənsə izah edəcək bir şey yox onsuz da!" deyirsiniz. 
 - Uşağınızı özünü digərləri ilə müqayisə etməməsi mövzusunda istiqamətləndirirsiniz; amma qonşularınızla ya da yoldaşlarınızla tez-tez çəkişir hətta bir çox mövzuda onları qısqanırsınız.
 - Uşağınıza daha yaxşı bir dinləyici olmasını nəsihət edirsiniz,amma cib telefonunuz hər çaldığında, o sırada uşağınız sizə nə izah edir olursa olsun, onun izah etdiklərini bölürsünüz. 
 - Sırasını gözləyə bilmənin əhəmiyyətini vurğulayıb dayanırsınız,amma söz mövzusu televiziyanın pultu olduğunda bu qaydanın etibarlılığı qalmır.
narinc.az

 

Go Back

Uşağı döymək yoxsa döyməmək?!

24-10-2014

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.

Təəssüf ki, bu tip "tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox daha kinli olur.

Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:
Uşaq, dəcəllik edərkən döyülərsə etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.

Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.

Uşaq, valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.
 
Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

Bəzi hallarda ana-ataların uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapmadıqlarının hamımız şahidi oluruq. Amma ana-ata bəzən çarəsiz qalıb uşağa vurmaq məcburiyyətini özündə hiss edirsə, heç olmazsa aşağıdakı qeydləri nəzərə alsınlar:
Deyilən sözü başa düşən 6 yaşdan yuxarı uşağı vurmağın gərəyi də, faydası da yoxdu.
Sözdən anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa- üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərdən döymək çox zərərlidir. Bu ana-ataya deyil zülümkara yaraşır. Uşağa vurmağın əslində zərərli olduğu və ancaq aşağıdakı hallarda son çarə olaraq muraciət edilə bilərlər.
Uşağın başqasına qəsdən və bilərək zərər verərsə;
Davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə; (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq)

Yenə də, əsas qaydamızı təkrarlayaq:

Əlinizdən gəldiyi qədər döyməkdən uzaq olmalı, söz başa düşən yaşda sözlə izah etməli, xüsusilə vurmağı faydalı olduğu zaman seçməli, əsəb və gərginlik zamanı qəti istifadə edilməməlidir!

Sonda isə onu demək istərdim ki,uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və atalar uşağın tərbiyəsində feli və fikri əməkdaşlıq etməlidirlər. İnanın nə qədər mümkünsüz görünsə də uşağa xətər yetirmədən böyütmək mümkündür.

narinc.az

Go Back

Uşağınız tərbiyəsizdir ya Turaetta sindromuna yoluxub?

23-10-2014

 

Turetta sindromunun yaradıcısı fransız həkim və nevropatoloqu Jil de la Turettadır. Turetta sindromu uşaqlıqda başlayan nevroloji bir narahatlıqdır. Əhalinin 0.05%-ində bu sindroma rast gəlinir. Turetta sindromu daha çox oğlan uşaqlarında müşahidə olunur.

Turetta sindromu tiklərlə və müəyyən səslərlə xarakterizə olunan bir xəstəlikdir. Adətən göz qırpma, qırtlaq təmizləmə, etiq olmayan ifadələr işlətmək kimi əlamətləri vardır. Tiklər bəzən ağır da ola bilir. Hər 100 uşaqdan 1-ində çox sayda motor tik (hərəkətlər) və vokal tik (səslər) müşahidə olunur və illərlə davam edilə bilir.

Turetta sindromundan əziyyət çəkən uşaqlarda aqressivlik, diqqət çatışmazlığı və hiperaktivlik müşahidə olunur.

Turetta sindromunun əsas səbəbi genetik meyillilikdir. Bundan başqa bu sindrom neyroleptiklər kimi müxtəlif dərman preparatlarının qəbulundan sonra da yarana bilər.

Müalicəsi dərman və ya psixoterapiya ilə mümkündür.

Turetta sindromundan əziyyət çəkən məşhurlar- Omadey Mozart, Dr Samuel Johnson, Michael Wolff, David Beckham, Marc Summers.

Əsədova Fəridə

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

 

pcc.az

Go Back

Uşağınız kökəlmir?!

22-10-2014

Uşağımın çəkisi

Uşağın çəkisinin defisiti “hipotrofiya” adlanır. Uşaqda hipotrofiya olduqda onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur, uşaq tez-tez infeksion xəstəliklərinə tutulur.

Hipotrofiyanın ağır formaları hətta uşağın həlak olmasına səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və, adətən, xəstəxana şəraitində müalicə olunur.

Çəki artımının pis olmasının 3 qrup səbəbi olur.

Birinci qrup səbəblər - qeyri-adekvat, balanslaşdırılmamış qidalanma. Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, o çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də (2,5 saat) tab gətirmir. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi - əlavə qidalanmanın gecikdirilməsidir (əlavə qidaların verilməsinin optimal müddəti - uşağın 5 aylığındandır).

İkinci qrup səbəblər - qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən (laktaz çatışmazlığı, disbakterioz, seliakiya və s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və qarında olan ağrılarla müşayiət olunur. Belə əlamətlər qeyd olunduqda yalnız bir məsləhət vermək olar – mütəxəssisə müraciət edin.

Üçüncü qrup səbəblər - maddələr mübadiləsinin pozulması.

Əgər çəki artımının az olması ilə yanaşı, uşağın boy artımının da xeyli ləngiməsi qeyd edilərsə (bəzi hallarda uşağın boyu, ümümiyyətlə, artmaya da bilər), tez bir zamanda həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə də müraciət etmək lazımdır.

narinc.az

Go Back

Uşağınız "nankor"luq edir? Səbəbi, ÖZÜNÜZSÜNÜZ!

21-10-2014

 Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: “ Mən hamıdan birinci yedim”, “ Mən hamıdan güclüyəm”, “ Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?” , “ mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək , öz “mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O , istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini , ikincini, üçüncünü də.

Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına , dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, “ O, ən ağıllı, səliqəli , bacarıqlı uşaqdı” , bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.

Eqoizmin ilkin əlamətləri uşaqlarda hələ kiçik yaşlarından valideynlərin onların hər istəklərini yerinə yetirəndə, nazları ilə oynayanda yaranmağa başlayır. Bu daha da o vaxt böyüyür ki, ona hər gün çoxlu oyuncaq ,ən dadlı şirniyyatlar alırlar,” al, ver, gətir” kimi göstərişlərinə göz yumurlar. Bunu ilk əvvəl valideyn görmür, hiss eləmir, bəlkə hətta məzəli gəlir onlara , lakin uşaq böyüdükcə eqoizm dərinləşir , sərt forma alır, onda valideyn daha dözə bilmir, çətin vəziyyətdə qalır. Hətta belə bir sual da meydana gəlir? “ Kimə çəkdi bu?” , “ Niyə belə alındı?” , “ Camaatın uşağı belə deyil” və s. Uşaqların tələbləri də böyüdükcə özləri ilə birgə böyüyür. Zərərsiz kimi görünən “ istəyirəm” “ eləməlisən” sözünə, kiçik oyuncaqlar kompyuter, velosiped, bahalı telefonlara çevrilir. Uşaqlar valideyn qayğısını borc kimi anlamağa başlayırlar. Nəticədə bu valideynlərin yarasına çevrilir, onlar inciməyə başlayırlar. Düşünürlər ki, nankor övlad böyüdüblər.

Bir ana özünün 10 yaşlı qızının çox tənbəl olduğundan , dərslərindən soyuduğundan şikayətlənir. Özünün qızına etdiyi köməklərin tamamilə bəhrəsiz olduğunu , əvəzində “ işimə qarışma”, “ əl çək məndən” sözlərini eşitməli olur, nəticədə konflik, göz yaşları, faydasız və nəticəsiz söhbətlər və s.

Sual: Niyə belə olur? Niyə valideynlərin xoş niyyəti özlərinə qarşı çevrilir?

Cavab: Ona görə ki, valideyn uşağının əvəzinə nəsə istəyir. İstəyir ki, o böyüyəndə həkim olsun, kitab oxusun, musiqi alətində çalsın, idmanla məşğul olsun. Evdə də hər işi özləri görürlər ki, bircə uşaqları oxusun. Uşaq əvəzində nəyinki oxumur, çalışmır, hətta təmbəl olaraq böyüyür, elə alınır ki, “ Niyə məni oyatmadın?”, “ Niyə vaxtında filan köynəyimi, ya paltarımı yumadın? Mən məhz onu bu gün geyinməliyəm!” kimi ittihamlarla qarşılaşır. Əgər uşağınızda bu xüsusiyyətləri görsəniz həyəcan siqnalını çalmaq vaxtıdır, bəlkə də gecdir. Ancaq hər şey mümkündür.

narınc.az

Go Back

İnternet uşaqları haraya sürükləyir

17-10-2014

 

Azərbaycanda uşaqların internet fəaliyyəti nəzarətdə saxlanılmır. Hələlik bu istiqamətdə önəmli addımlar da atılmayıb. Bir çox xarici ölkələrdən fərqli olaraq ölkəmizdə uşaqlar internetə daxil olmaqda sərbəstdilər. Bəs, görəsən, internet sərbəstliyinin uşaqlar üçün zərərləri nədən ibarətdi?

Uşaqlar üçün internetdə ən zərərli məlumatlardan biri də pornoqrafik informasiyalardır. Yeniyetməlik dövründən fərqli olaraq psixoloq bəzən erkən, 6-7 yaşda olan uşaqların da açıq-saçıq kadrlara meyili olduğunu söyləyir: “Bu gün Azərbaycanda internet nəzarəti təəssüflər olsun ki, çox zəifdi. Bu istiqamətdə müvafiq qanunvericiliyin, internet paketlərinin olmaması uşaqların internetdən zərərli məlumatlar alması ilə nəticələnir. Valideyn yalnız evdə övladının internet qarşısındakı fəaliyyətini tənzimləyə, onu nəzarətdə saxlaya bilər. Əlbəttə ki, internet klublarda, digər yerlərdə bu mümkünsüzdür. Uşaqlar istər-istəməz ətrafdan zərərli məlumatlar ala bilərlər. Azyaşlıların maraq dairəsində olan mövzulardan biri də xoşagəlməz videolardır. Yeniyetməlik dönəmində uşaqlar bu məlumatlara daha çox maraq göstərir, bu tip informasiyaları araşdırır. Bu normaldı. Lakin erkən, hələ 6-7 yaşlarında olan uşaqlarda da bu cür kadrlara maraqlar oyanması müşahidə edilir. Bu problem valideyni narahat etməlidir”.

Uşaqların erkən yaşlarda açıq-saçıq videolara maraq göstərməsinin səbəbini cizgi filmləri ilə də əlaqələndirir. O deyir ki, bu gün yayımlanan cizgi filmlərində öpüşmə, qucaqlaşma səhnələri açıq-aşkar nümayiş edilir: “Bu yaşlarda uşaqların öpüşmə və s. bu kimi səhnələrə maraq göstərməsi həm də onların böyüdükləri, sevə-sevə izlədikləri cizgi filmlərinin təsirindən də ola bilər. Bu gün yayımlanan cizgi filmləri uşaqlara əyləncə bəxş etməklə yanaşı, həm də onlara yaşlarına uyğun olmayan məlumatları ötürür. Uşaq Tom və Cerriyə baxarkən görür ki, Tom yanındakı qızı öpür, onlar qucaqlaşmağa başlayır. Əlbəttə, bu zaman istər-istəməz uşaqda maraq oyanacaq. Ondan da artığını əldə etmək üçün internetə daxil olub müxtəlif videoları izləyəcək. Övladlarının yaşlarına uyğun olmayan məlumatlarla erkən tanış olmasının qarşısını almaq üçün valideynlər də diqqətli olmalıdı. O, övladının hər cizgi filmə baxmasına şərait yaratmamalıdı. Baxdığı cizgi filmləri də uşağın yaşına uyğun məlumat verməlidi”.

Valideyn pis işlə məşğul olan, xoşagəlməz videoları izləyən uşağın bu hərəkətini açıq-aşkar qabartmamalı, bu davranışa görə onu təhqir etməməlidi: “Valideynlər bir çox hallarda övladlarının pis işlə məşğul olmasını öyrəndikdə bunu üzə vurur, onları təhqir edir, şəxsiyyətlərini aşağılayırlar. Əslində bu, düzgün davranış modeli deyil. Bu zaman uşaq müəyyən müddət çərçivəsində valideynin istəklərini yerinə yetirir. Müddət bitdikdən sonra onda yenidən həmin şeylərə maraq yaranır. Yeniyetməlik dönəmində uşaqlara həssas yanaşılmalıdı. Bu dövrdə uşaqlara çox da təzyiq göstərmək olmaz. Valideynin 18 yaşına qədər övladının nə işlə məşğul olmasını araşdırmaq hüququ var. Lakin valideyn bu işi çox ustalıqla etməlidir ki, övladının xəbəri olmasın. Övlada nəzarət lazımdır, çalışmaq lazımdır ki, bunu aşkar bir formada biruzə verməyəsən. Məsələn, uşaq evdə olmadıqda ana kompüteri açıb övladının qovluqlarda nə yerləşdirdiyini öyrənə bilər. Əgər bu qovluqların içində onun yaşına görə zərərli olan məlumat varsa belə, ana bu işdən xəbər tutduğunu biruzə verməməlidi. Nə vaxtsa uşaq kompüteri açdıqda ona yaxınlaşıb, aç bu qovluğa da baxaq, görək içində nə var, deyə bilərsiniz. Uşağın bir o qədər də üstünə getmək lazım deyil. Sadəcə olaraq, uşaqda həyəcan oyatmalısınız ki, o da davranışlarına nəzarət edə bilsin. Bu zaman siz onun yanından ayrıldıqdan sonra uşaq fikirləşəcək ki, görəsən, anamın, atamın bunlardan xəbəri var, ya yox”.

İndiki uşaqların gözlədiyimizidən daha çox ustalıq nümayiş etdirdirirlər. Beləki, “Uşaqlar bəzən belə faylları çox peşəkarlıqla gizlədə bilirlər. Mənim yanıma gələn azyaşlılardan birinin valideyni deyir ki, telefondakı videonu izləyirdi. Uşaq iki videonu bir-birinə calaşdırıb. Nə cür yollasa onu montaj edərək adi bir kadra bitişdirib ki, kimsə açanda həmin videonu görməsin. Yalnız videonu izlədikdən sonra valideyn övladının bu çoxbilmişliyindən xəbər tutub. Nəzarət təzyiqi olduqda uşaqlar hər yola əl atırlar”.

“Valideynlər övladlarının zərərli saytlara daxil olmasına da nəzarət etməlidi. Birbaşa onun timsalında deyil, bir başqa tanış adamın timsalında çatdıra bilər ki, filankəs pis saytlara daxil olur. Bu cür saytlar çox zərərlidi, və s. və ilaxır. Və bu yolla valideyn övladını baş verə biləcək təhlükədən xəbərdar edə bilər. İnternetdə uşaqlar üçün zərərli məlumatlar çoxdu. Burada yaşından, cinsindən asılı olamayaraq insanlara ədəbsiz təkliflər verilir, onları pis yollara sürükləyirlər”.

Uşaq, valideynləri tərəfindən düzgün informasiya almadıqda uşaqların internetdə axtarışlar apardıqlarını, bu zaman daha təhlükəli məlumatlarla tanış ola biləcəklərini söyləyir: “Verdiyi sualları valideyn düzgün cavablandırmazsa, təbii ki, uşaq məlumatı başqa yolla almağa cəhd edəcək. Uşaq soruşanda ki, mən necə dünyaya gəlmişəm, valideyn bu sualı cavablandırmaqdan yayınır, ya da ki səni dükandan almışıq, zibillikdən tapmışıq deyir. Təbii ki, valideyn informasiyaları bu tərzdə verdikdə övladda onlara qarşı güvənsizlik yaranacaq. Çox yaxşı olardı ki, valideyn gerçəyi çatdırsın. Əlbəttə ki, məlumatı da onun yaşına uyğun verməlidi. Valideyn övladının suallarını düzgün, maraqlı, nağılvari bir tərzdə çatdırarsa, uşaq artıq internetdən bu haqda araşdırma aparmağa ehtiyac duymaz. Əks halda uşaq özünə lazım informasiyanı almaq üçün mövzunun daha da dərinliklərinə gedəcək. Bu zaman onun qarşısına daha təhlükəli və zərərli məlumatlar çıxa bilər. Bu zaman oxuduğu məlumatlar onda travma da yarada bilər. Zorlanma ilə bağlı məlumatlar alan uşaq elə düşünəcək ki, ətrafında olan əks cinsin nümayəndələri onu zorlamaq istəyir. Yeniyetməlik dövründə bu cür qorxular özünü daha aydın biruzə verməyə başlayır. Yeniyetmə oğlanlarda da bu tip qorxular yaranmağa başlayır. Onlar da ana-bacıları, qohumları üçün narahat olurlar. Universitetə hazırlıq dönəmində də uşaqlarda internetin təsirindən stress və gərginlik daha da artır”.

Nəzarət mexanizminə baxmayaraq uşaqlar kənar təsirlə özlərinə aid olmayan məlumatları əldə edə bilirlər. Bu baxımdan psixoloq qeyd edir ki, valideyn, ilk növbədə, övladında ata-anasına güvən yaratmalı, ona ilkin cinsi biliklər verməli, bəzi sədləri gözləməlidi: “Nə qədər istəsək də, övladlarımıza tam nəzarət edə bilmərik. İstər-istəməz məktəb yoldaşları, məhəllə uşaqları, çöldə gördükləri ona təsir edəcək. Onlar məktəbə getdikdə, internet kluba getdikdə hər hansı informasiyanı öyrənə bilərlər. Çalışmaq lazımdır ki, uşaqda valideyninə güvən olsun. Valideyn gərək düşünsün ki, niyə oğlu davamlı olaraq lazım olmayan saytlara daxil olur. Ya özü, ya da ki atası düzgün informasiya verə bilmir ki, uşaqda bu cür informasiyalara, kadrlara maraq oyanır. Müəyyən bir dövrdə uşağın bu tip məlumatlara marağını başa düşmək olar. 2 yaşdan sonra uşaq ana-atası ilə birgə yatmamalıdı. Valideyn bunlara nəzarət etməlidi. Valideyn var ki, 11 yaşlı övladını özü çimizdirir. Əlbəttə ki, belə olduqda erkən yaşlarda uşaqda cinsi maraq yaranır. Övlad bunu dərk etmədikdə ana onu başa salmalıdır ki, bu vəziyyətdə valideynin qarşısına çıxa bilməz. Valideynlər övladlarının xoşagəlməz mövzulara maraqlı olduğunu müşahidə etdikdə onun pozulduğunu güman edir. Bəzən valideyn övladının davranışından özündə paranoid düşüncələr də yaradır. Valideyn daha çox qadağalar tərtib edərsə, uşağın cinsi mövzuda verdiyi sualları cavablandırmazsa, belə problemlər daha çox olacaq. İnsan nə zaman axtarır, özündə bu mövzuda bir boşluq hiss etdikdə. Valideyn erkən yaşlardan düzgün informasiya verərsə, bu problemlə daha az rastlaşar”.

 “Bu gün internetdə uşaqlar üçün təhlükəli, zərərli oyunlar da var, hansı ki fiziki və mənəvi şiddət görən uşaqlar daha çox buna meylli olurlar. Bu cür oyunlar uşaqları yönləndirir, onlar kompüterdə kimisə vurur, döyür, güllələyir. Məkirli insanlar xoşagəlməz videoları paylaşaraq uşaqları tora salır, öz məqsədlərinə görə istifadə edirlər. Valideyn övladının kiminlə dostluq etməsinə də nəzarət etməlidi. Ümumiləşdirsək, deyə bilərik ki, internetin uşaq təfəkkürü üçün faydalı və zərərli tərəfləri var. Uşaq elə bir oyun oynaya bilər ki, bu, onun hafizəsinə müsbət təsir edər. Elə oyunlar var ki, uşaqda diqqəti cəmləşdirər, ona faydalı təsir edə, təxəyyülünü inkişaf etdirə, şahmat oynaya bilər. Faydalı informasiyalar da ala bilər”.

Narınc Rüstəmova

“NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq

 

 

Go Back

Enurezə son! ( Həlli yolları)

15-10-2014

Uşaq psixikasını ən önəmli hissəsi hər yaş dövründə bu yaşa uyğun davranışların düzgün mənimsənilmiş olmasıdır. Bunların içərisində ən önəmli hesab etdiyimiz davranışlardan biri uşaqların tualet vərdişidir. Körpəsi olan hər bir ana uşağının tualetə getmə isdəyini bildirməsini, sidiyini muəyyən müddət tuta bilmələrini,gecələr yatağını islatmamalarını arzulayır və buna olduqca boyük səy göstərir. Tez və ya gec, çox asan və ya çətin də olsa bütün uşaqlar bu vərdişə zamanla öyrəşir. Lakin elə hallar da olur ki, uşaqlar bütün bu vərdişləri öyrənsələr də, düzgün və vaxdinda isdəklərini ifadə edə bilsələr də, günün müəyyən vaxdi, xüsusən də gecələr yataqlarını isladırlar.

Uşaqların həyatının ilk ilində bağırsaq və sidik kisəsini idarə edən əzələ hələ yetəri qədər iradəyə tabe olmur, bunun olmasi üçün uşaqların müəyyən qədər həm fiziki, həm də zehni cəhətdən inkişafı vacibdir. Uşaqlar artıq 15 ayıdan etibarən altlarini batırdıqları zaman bunu analarına bildirə bilirlər və artıq tualet vərdişi yavaş-yavaş formalaşlmağa başlayır. 3 yaşında bir uşaq sərbəst şəkildə tualetə getmək isdəyini bildirə bilər.

Lakin elə hallar da olur ki,  tualet vərdişinə tam yiyələnən bir uşaq artıq sidiyini saxlaya bilmir və ya gecələr yatağını isladır. Uşaqların isdəkdən kənar öz sidiyini saxlaya bilməmə halına “enurez” deyilir. Əgər uşağınız həfdə ərzində ən azı 3 dəfə yatağını isladırsa enurezdən şupələnə bilərsiniz. Enurez adətən 3-5 yaş arası uşaqlarda müşahidə olunur və oğlanların sayı qızlardan təxminən iki dəfə çoxdur.

Enurezin 2 səbəbi vardır :

  1. Tibbi-genetik - bu cox önəmli səbəbdi. Çünki enurezi olan uşaqların 75%də ata və ya analarına bu hal olub. Ona görə də mütləq genetik faktoru unutmayin. Uşağınızda enurez haları müşahidə etdiyinizdən şüpələndiyiniz an genetik faktorla yanaşı, mütləq ilk öncə bir uroloqa müraciyət edib uşağınızın tibbi cəhətdən sağlam olduğuna əmin olun.
  2. Psixodinamik - enurezi olan uşaqları 95%də sırf psixoloji faktor səbəbi aşkarlanıb. Bunlar: reqressiv davranış kimi interpretasiya edilir,uşaqlarda körpə qalma isdəyi,özünə diqqət çəkmə, hiddətini və ya aciğını bildirmə, mansturbasiya etmə isdəyi nəticəsində yarana bilər. Eyniylə qardaş və bacı qisqanclığı nəticəsində, sevilməyən və ya isdənilməyən bir uşaq olduğunu hiss edəndə, kastrasiya narahatçılığı zamanı (oğlanların cinsiyətlərini kəşf etdikləri dövrdə qızların cinsi orqanını görüb, qizların cəza aldıqlarına görə cinsi orqanlarından məhrum olmalarını sanaraq, öz cinsi orqanlarının da kəsilə biləcəklərini düşünmələri), ailədəki konfliktlərə şahid olduqda, ailədə baş vermis xəstəlik və ya ölüm hallarından sonra, anaların həddindən çox təmizliyə düşgün olması və uşağa həddindən çox diqqət göstərməsi ( hədindən az diqqət yettirməsi), həmçinin mütamadi yaşayış yerinin( bağçanın,məktəbin) dəyişdirilməsi uşaqlarda bütün bu olanlara cavab olaraq enurez yarana bilər.

      Belə hallarla qarşılaşmasını istəmirsinizsə ilk öncə unutmayın ki,uşaqlar artıq 29-30 ayından etibarən özləri sərbəst şəkildə karaşokda otura bilərlər. Qətiyyən bu yaşdan sonra uşaqlara uşaq bezləri taxmayın, çünki 3 yaşından şəxsiyyətini tanımağa başlayan bir uşaq əgər uşaq bezi ilə gəzirsə onda həmin uşaqda özgüvən zədələnəcək və bu da enurezin yaranma səbəblərindən ən böyüyüdür.

      Əgər uşağınız təsadüfən paltarını batırıbsa qətiyyən ona qışqırmayın və ya tualetə (karaşoka) sizdə icazəsiz giribsə onnan icaze almalı olduğunu tələb etməyin. Bütün bunlar uşaqların qayğılanmasına gətirib çıxardır. Uşaq qayğılandığı zaman narahat olur və bu zaman sidiyini idarə edə bilmir.

      Bacı, qardaş qisqanclığı enurezi yaradan ən böyük səbəblərdəndir. Bir çox ailələr ikinci övladları olduqdan sonra uşaqlarında enurezin yarandığından şikayətlənirlər.Adətə böyük uşaqlar ailəyə ikinci uşaq gəldikdən sonra valideyinlərinin artıq onları sevmədiyini düşünürlər və çıxış yolunu özlərini körpəyə bənzətməkdə tapırlar.Belə hallarda barmaq əmmə, yersiz şikayətlər və gecələri yataq islatma halları müşahidə olunur. Buna görə də böyük uşaqda müşahidə etdiyiniz bu davranışları ilk öncə normal qarşılayın. Daha sonra ona sözdə “sən böyüksən” yox, əməldə bunu gösdərin. Balaca qardaşına (bacısına) yeməyində,geyinməyində və s. gündəlik təlabatlarında ana rolunu uşağa verin. Icazə verin balaca qardaşını(bacısını) o yedizdirsin,geyindirsin və s. Bu zaman uşaq özünü həqiqətən böyük hesab edəcək və rəqib olma duyğusu azalacaq,eyni zamanda qısqanclıq da.

      Enurezin yaranma səbəblərindən biri də uşaqların valideyinlər arasında gərginliyə şahid olmasıdır. Ana atası arasında münaqişəyə şahid olan uşaqlar gecələr narahat yatir və onlarda qaranlıq fobiyaları yaranır.Bununla bağlı olraq uşaqlar sidik ifrazının idarəsinə nəzarət edə bilmir. Çalışmaq lazımdır ki, uşaq valideyin münaqişəsinə az şahid olsun.Uşaqlar 2 yaşından etibarən karaşokda oturaraq tualet vərdişinə başlayır.Bu dövr uşaqların cinsiyyət tanima dövrü olduğundan onlar uzun müddət karaşokda oturmaq isdəyirlər.Bu yaş dövrü psixoseksual inkişaf mərhələsi baxımından “anal” mərhələ olduğundan uşqaların həzz mərkəzi cinsi orqanlar olur.Onlar karaşokda oturaraq ,öz nəcislərini cinsiyyət orqanının bükücü əzələsiyə saxlayaraq ondan həzz alırlar.Buna görə də uşaqlarda tualet prosesi uzun muddət davam edir.Bəzən valideyinlər buna əhəmiyyət vermədiklərindən uşqaları tələsdirirlər bu da sonradan uşaqların psixikasına mənfi təsir gostərir.Gecə uşaqlar altlarını islatdıqları zaman valideyinlər qatı tədbirlər görür – uşağı danlayır,cəzalandırır,gecələri uşaqları vaxtsız oyadıb tualetə aparır və ya yatağını batırmasın deyə uşaq üçün narahat olan yataq hazırlayır.Bütün bu proseslər uşaqların yataq islatmasını daha da gücləndirir.

      Enurez psixoloji faktorlarla bağlı bir əlamət olduğu üçün həm tibbi, həm də psixoloji yanaşma birlikdə tətbiq olunmalıdır. Tibbi bir narahatlıq olmadığına əmin olduqdan sonra rahat bir şəkildə psixoloji müalicəyə başlaya bilərsiniz. İlk öncə çalışın enurezin psixoloji səbəbinin nədən olduğnu uşaq psixoloqu müəyyən etsin. Çünki enurezin nədən yarandığı tam müəyyən olunmazsa və ailə təxminən hesab etdikləri səbəblərə görə uşaqla yalnış münasibət qura bilərlər və bu enurezin daha qalıcı bir hal almasına gətirə bilər. Psixoloq enurezi olan bir uşaqda səbəbi müəyyən etdikdən sonra, ona uyğun korreksiya metodları ilə işləyəcək və siz də düzgün davranış qaydalarini biləcəksiniz.  “Necə olsa böyüyəndə keçər' məntiqiylə düşünmək problemin həllini gecikdirər.

       Belə olduqda valideyinlərdən səbirli olmağı və uşaqlara düzgün olanı öyrətməyi məsləhət görürük.Unutmayın ki uşaqlar bunu şüurlu şəkildə etmir. Uşağı alçaltmaq, günahlandırmaq yerinə bu davranışın səbəblərini araşdırın.Uşağınıza bu problemin normal bir hal olduğunu başa salın.Əks halda uşaqda özünə inam problemi meydana gələcək və uşaq cəmiyyət içərisində də özünü narahat hiss edəcək. Halbuki duyğularını paylaşdıqca uşağın qorxu və qayğıları azalacaq.

-Uşağınızla birlikdə bir təqvim tutun, yatağını islatmadığı günləri ulduzla işarələyin. Beləcə uşağınızı müsbət istiqamətdə motivasiya etmiş olarsınız. Ayın axırı ulduzların sayı çox olduqda onu mükafatlandırın.
-Uşağınızı stress meydana gətirəcək faktorlardan uzaq tutmağa çalışın. Xüsusilə yatma saatından əvvəl uşağa rahatlaşdırıcı fəaliyyətlər etdirin.Nağıl,hekayə danışın,sizin hər zaman onun yanında olduğunu anlasın
- Sadə vəzifələr verərək uşağın da yatağını toplamasını təmin edin.Yatağını islatdığı vaxtda da yatağını özünün toplamasına və təmizlikdə onun da iştirak etməsinə şərait yaradın
-Axşam yatma saatından əvvəl uşağın maye alışını azaldın. Beləcə tualetə getmə ehtiyacı azalacaq.

Unutmayın enurez adətən psixoloji narahatçılıqdır, həkim və dərmanların köməyi ilə siz prosesin yalnız sürətini azalda bilərsiniz. Prosesin səbəbi tapılıb həll edilmədikcə bu narahatçılıq davam edəcək. Uşağınızda belə bir naraharçılıqdan şüpələnsəziz mütəxəssisə müraciyət etməkdən çəkinməyin, çünki vaxtında göstərilən yardım uşağınızın daha xoşbəxt və qayğısız bir gələcəyinə təminatdır!

narinc.az

 

 

Go Back

Tək uşaqların psixologiyası

11-10-2014

Bu gün ananın da işləməsiya da maddi şərtlər kimi səbəblərlə yalnız tək uşaq sahibi olmağı seçən ailə sayı bir xeyli çoxaldı, xüsusi ilə də böyük şəhərlərdə.

Bəzi insanlar, tək olmanın bu uşaqlarda mənfiliklər yaradacağını mütəfəkkirlər. Halbuki əhəmiyyətli olan uşaqların necə yetişdirildiyi, onlara necə tərbiyə verildiyidir. Baxaq tək uşaq üçün cəmiyyətdə edilən yaraşdırmalar nələr.
Ərköyün olar
Ən çox deyilən, bütünmarağı tək başına üzərində yığdığı üçün tək uşağın ərköyün olacağıdır. Bu tamamilə ailənin uşağına necə davranacağı ilə əlaqədar. Əgər siz uşağınıza doğru yerdə dayan deməsini bilməsəniz, onun hər istədiyini edər, gərəyindən çox və bahalı geyimlər, oyuncaqlar alsanız istəsə bir deyil beş uşağınız olsun hamısı ərköyün olar.
Davamlı maraq gözləyər
Tək uşaq ilə əlaqədar ön mühakimələrdən biri də budur, mara mərkəzi olmağa alışar və həmişə tələb edər. Xeyr, siz valideynlərsiniz, müdir sizsiniz. Siz uşağınıza hörmətli olmağı, bir şeyi nəzakətlicə istəməyi öyrətsəniz məsələ qalmaz. Tələbkar olmanın tək uşaq olmaqla deyil, necə tərbiyə verildiyi ilə maraq/əlaqəsi var.
Avtoritar olmaq istər
Necə? Ana atasının üzərindəmi nüfuz qərargahı öyrənəcək, tək uşağın itələyib qaxacağı kiçik qardaşları da yoxdur. Yoldaşları arasında bunu sınasa qısa müddətdə öyrənəcək ki, heç biri dediyim dedik, davamlı üstlərində suverenlik qurmaq istəyən kəsləri aralarına al/götürmək istəməyəcəklər.
Qardaş (bacı) istəyirlər
Tək uşaqlı ailələrə tez-tez deyilən bir şey də, onu qardaşdan məhrum edərək uşağa pislik etdikləridir. Bir insanın qardaşlarının olması təbii ki gözəl bir şeydir, ancaq kimsənin işinə qarışmamalı və nəşr/təzyiq altına almamalıyıq. Niyə desəniz, insanların maddi və ya sağlamlıq kimi digər səbəblərdən başqa uşaq etmə şansı olmağa bilər, kimsəni üzməmək gərək.
Təklik hiss edər
Hər kəsin özünü tək hiss etdiyi zamanlar olar. Uşağın qardaşı olmasa belə istər məktəb əvvəli olsun, istər məktəbdə olsun mütləq yoldaşları olacaq. Hələ böyüdükdən sonra məktəb xaricində də müxtəlif fəaliyyətlərlə ətraf əldə edəcək, özünü tək hiss etməyə vaxt tapa bilməyəcək.
Böyük kimi davranmaq
Tək uşaqlara yaraşdırılan bir başqa şey də yaşından böyük davrandıqlarıdır. Doğru, bəzi uşaqlar yaşıdlarından daha yetkin, daha çox məsuliyyət sahibi ola bilərlər. Bu hökmən tək uşaq olmalarına bağlanmamalı, qaldı ki bunlar heç də pis xasiyyətlər deyil. Hamısından çıxardacağımız nəticə; əhəmiyyətli olan neçə uşağınız olduğu deyil, sizin onları necə böyütmənizdir.

 narinc.az

Go Back

Uşağım niyə yalan danışır?!

08-10-2014

Çox vaxt uşaqları yalan söyləməyə ailədaxili münasibətlər vadar edir.

3-4 yaşındakı uşaqların tez-tez söylədikləri yalanlar, əslində yalan sayılmır. Bu yalanlar oyun məqsədilə söylənilir.

Yalan danışmaq, etdiyimiz hər hansı bir səhvi gizlətmək məqsədilə həqiqətə uyğun olmayan söz danışmaqdır. Yalan tək sözlə deyil, jest, mimika, yazı və etdiyin hər hansı bir hərəkətlə ifadə oluna bilər.

Fikir versəniz, valideynlərin əksəriyyəti uşaqlarının həqiqətə sadiq qalmalarını çox tez istəyirlər. Belə ki, 3 yaşlı uşaqlar inanılmaz hekayələr uydurmağı və yamsılamağı sevirlər. Uşaqların ağıl və xəyal gücü yaxşı inkişaf etdikdə, müvəffəqiyyətli olurlar. Hekayə uydurmaq və bənzətmə oyunu isə yalan danışmaq mənasını vermir. Ona görə də bunun qarşısını almağa ehtiyac yoxdur.

Əqli cəhətdən ləngiməsi olan uşağın söylədiyi yalanla normal uşağın söylədiyi yalan arasında böyük fərq olur. Normal uşağın söylədiyi yalan məntiqli və inandırıcıdır.

Nəzərinizə çatdıraq ki, çox vaxt uşaqları yalan söyləməyə vadar edən səbəblərdən ən əsası ailədaxili münasibətlərdir. Uşaqlar valideynlərdən çəkindikləri üçün yalan danışırlar. Bəzən də sərbəst olmaq üçün yalanı istifadə edirlər. 3-4 yaşındakı uşaqların tez-tez söylədikləri yalanlar, əslində yalan sayılmır. Bu yalanlar oyun məqsədi ilə söylənilir. Əgər övladınız hələ 5 yaşına catmayıbsa, onun yalan danışması sizi narahat etməsin. Doğru danışmağa meyl uşaqda tədricən inkişaf edir. Uşağa tez-tez “sən yalan danışırsan, “yalandır” kimi ifadələr deməyin. Bunu etmək düzgün deyil. Uşağın yalan söylədiyini bildiyiniz halda isə həyacan keçirməyin. Onsuz da söylədiklərinin yalan olduğunu bilirsiz. Uşaq 4 yaşına çatanda yenə də yalan söyləyirsə, ananın uşağa “sən mənə həqiqəti söyləyənə qədər, səni gözləyəcəyəm” deməsi lazımdır. Sərt cəzalarsa uşaqları daha cox yalan danışmağa sövq edir.

Uşaq özünə aid olmayan hadisələrə özünün xəyal gücünü də qataraq yalandan hekayələr uydurur. Onlarda yalan danışmağın qarşısını almaq üçün öncə yalanın növünü müəyyən etmək lazımdır. Yalan danışmağa vadar edən səbəblər məlum olandan sonra təhlil edilməlidir.

Uşağın etdiyi səhvi böyütmək, üzünə vurmaq olmaz. Ona yalan danışmağın pis xüsusiyyət olduğu izah edilməlidir. Uşağa başa salmaq lazımdır ki, düzünü deyən insanları hamı sevir və hamı onlara hörmət edir.

Əziz valideynlər sizə məsləhətim budur ki, uşaqlara cəza verməklə onları yalan danışmaqdan çəkindirə bilməyəcəksiz. Əksinə onlar inad edib daha böyük yalanlar danışacaqlar. Yuxarıda qeyd etdiyim kimi, uşaqlara həssaslıqla yanaşıb məktəblidirsə müəlliminə, hələ məktəb yaşına çatmayıbsa, uşaq psixoloquna müraciət edin.

Elnurə Cahangirova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Go Back

Valideyn uşağa “yox” deməyi bacarmalıdır!

07-10-2014

Uşağın formalaşmasına ölkədə olan sosial-iqtisadi vəziyyət, aldığı təhsil əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin bu faktorlarla yanaşı duran ən mühüm amil valideynin uşağı düzgün tərbiyələndirməsidir. Əgər məktəb və valideynlər birlikdə bu istiqamətdə fəaliyyət göstərirsə, onda uşağın tərbiyəsində müsbət nəticələr əldə etməyə olan inam, şübhəsiz, reallaşacaq. Deməli uşağın psixoloji durumu da dayanıqlı olacaq və bu onun dəyərli bir vətəndaş kimi formalaşmasına da yardım göstərəcək.

Qeyd edim ki, uşağa təkcə sözdə demək kifayət etmir, həm də real sevgi sərgiləmək lazımdır. Çünki dünyanı hələ tam dərk etməyən körpələrin bizdən başqa nə istəyi ola bilər? Məgər körpələrlə diqqət, qayğı və sevgini bölüşmək çətindirmi?

Lakin sevgi heç də “hər şey olar” demək deyil. Lazım gələrsə uşağa “yox” deməyi də bacarmaq lazımdır. İstərdim sizə tövsiyyələr verim. Hər bir valideynə məsləhətdir ki, bu tövsiyələri yerinə yetirsin.

1-ci qayda

Siz “yox” sözünü hər zaman işlətməyin, çünki o, öz dəyərini itirə bilər. Əgər ana uşağı tez-tez danlayaraq “Yox, eləmə, olmaz! Bəsdi!” kimi ifadələr işlədərsə, az sonra bu uşaq tərəfindən qəbul edilməyəcək. “Yox” sözü o zaman işlədilməlidir ki, uşaq ona reaksiya versin. Məsələn, uşağın oynadığı otağa tez sınan bahalı güldan qoyulubsa və uşaq ona tez-tez toxunursa, siz uşağa “yox” deməkdənsə, əşyanı otaqdan kənarlaşdıra bilərsiniz. Beləliklə, siz əvvəlcədən təhlükəni uzaqlaşdıraraq “yox” sözünü də işlətməmiş olacaqsınız.

2-ci qayda

Əgər siz “yox” sözünü işlətmisinizsə, ardınca onu “hə” ilə əvəz etməyin. Müəyyən bir situasiyada “yox” cavabını demək lazımdırsa, siz əvvəlcədən bir də fikirləşin, bu sözü işlətmək nə dərəcədə məqsədə uyğundur. Ola bilsin ki, siz sonra fikrinizi dəyişib “hə” deyəzsiniz. Ona görə də əvvəlcədən bir də götür-qoy etmək məsləhətdir. Biz uşaqlarımıza ağı qaradan seçməyi öyrədəndə heç vaxt ağı qara ilə əvəz etmirik. Onda nə üçün “yox”u “hə” ilə əvəz etməliyik? Bunun düzgün olmadığını anlamalıyıq.

3-cü qayda

Əgər siz artıq “yox” demisinizsə, onda böyük və çətin işə hazır olun. Yadda saxlayın ki, müəyyən bir qadağa uşaqda daha çox maraq oyadır və o, əksini edir. Çünki siz onun azadlığına məhdudiyyət qoyursunuz. Bu nəinki uşağın, hətta böyüyən belə xoşuna gəlmir. Ona görə də “yox” sözünü uşağın qəbul etməməsinə hazır olmalısınız. Məhz bu zaman çətin iş başlanır. Əvvəlcə uşaq özünü müdafiə etməyə başlayacaq və hər vasitə ilə çalışacaq ki, sizi sözünüzdən döndərsin. Valideyn bu məqamda səbrlə, heç bir aqressiv cümlələr işlətmədən öz sözünün üstündə durmalıdır. Artıq situasiyanı siz idarə edəcəksiniz və uşaq sizinlə razılaşmağa hazır olacaq. Siz isə bu çətin işi davam etdirməlisiniz. Bu zaman siz uşağı tərifləyərək, “yox”u müsbət emosiyalarla qəbul etdirməlisiniz. Hətta onu mükafatlandıra da bilərsiniz. Bu böyük və çətin bir iş, sınaq və tərbiyədir.

Digər tərəfdən yaddan çıxartmayaq ki, valideynlər uşaqlarına qoyduğu qadağalara özləri də riayət etməlidirlər. Məsələn, siz uşağa şirniyyat yeməyə qadağa qoymusunuzsa, özünüz də bundan imtina etməlisiniz. Bizə elə gəlir ki, qadağa qoymaq heç də çətin deyil. Əslində isə bu uşağı mənəvi təzyiq altına salır. Ona görə də başasalma, razılaşma yolu ən optimal və effektiv yol sayılır.

4-cü qayda

Siz öz qadağanızı, yəni “yox” sözünü nəyə görə dediyinizi uşağın dərk edə biləcəyi zaman izah edin. Məsələn, ana iki yaşlı körpəsinin üstünə qışqıraraq deyir: “Tez ol, əlini ağzından çıxart!”, “Mən sənə neçə dəfə deyirəm ki, onlar çirklidir!”. Və ana üzünü o yana çevirən kimi uşaq təkrar əlini ağzına aparır, hətta bir barmağını yox bütün əlini ağzına soxur. Çünki uşaq bu zərərli vərdişin gələcəkdə hansı fəsadlar, xəstəliklər törədəcəyini anlamır. Ancaq ananın fikrincə, bu balaca nəinki anlamalı, hətta yadında saxlamalıydı ki, bunu eləmək olmaz. Məsələnin təhlükəli məqamı ondadır ki, ana öz anlaşılmaz ifadələri ilə nəinki uşağı başa salır, əksinə, hətta çaşdırır. Ona görə də uşağa nəyisə başa salanda onun şüurunun inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Əks halda biz onu anlaşılmaz qadağalarla təkbətək qoyuruq.

Uşağın yaş həddi və intelektual səviyyəsi bu cür qadağaları izah etməyə imkan vermirsə, qadağanı nə iləsə əvəz etmək lazımdır. Əgər siz uşağınıza nəyisə başa salırsınızsa, siz bu anlayışı uşağın dilində, onun başa düşəcəyi tərzdə edin. Və söhbətinizi elə qurun ki, o, özü sizə nəyi necə anladığını desin.

5-ci qayda

“Yox” sözü neytral emosiyasız deyilməlidir. Çünki onu münasibətlərin aydınlaşmasında deyil, tərbiyə prosesində istifadə etmək lazımdır.

 Zülfiyyə Yaubova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

 

Go Back

Uşağınızın ruhi yaşını öyrənin

06-10-2014

 

Uşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. Bəzən elə hallar olur ki, böyük oğlunuz özünü balaca uşaq kimi aparır: şıltaqlıq edir, emosiyaların qabarıq bildirir, içini çəkə-çəkə ağlayır  ya da durmadan yüksək səslə gülərək tullanır. Ürəyinizdə düşünürsünüz 10 yaşlı oğlum niyə 6 yaşlı uşaq kimi rəftar edir?! Və ya 7 yaşlı qızınızın yetişkin kimi davranması, elə situasiyalarda məntiqli, özünə hakim fikirləri diqqətinizi çəkmişdir. Xeyr! Şübhələriniz yalnışdır. Bu nə əqli gerilik, nə ləngimə, nə də disleksiya dediyimiz irəli zəkalılıqdır.

Bu sadəcə uşağınızın ruh yaşının olduğundan daha çox və ya daha az yaşa sahib olmasıdır. Bəs bunun səbəbi nədir? Nədən qaynaqlanır? Cavab çox sadədir: ata obrazı!

Ata obrazı güclü olan uşaqların ruh yaşı öz yaşından yuxarı, ata obrazı zəif olan da isə ruh yaşı aşağı olur. Statistika göstərir ki, bu problem hərbiçi, dənizçi, polis, bir sözlə sistem işində çalışan və natamam ailələrdə daha çox müşahidə olunur. Ataların zamanını doğru bölə bilməməsi, övladları ilə zamanı az keçirməsi, onlarla zamanı gəldiyində xüsusən oğulları ilə şəxsi söhbətlər aparmaması onlarda ata obrazının zəifləməsinə gətirib çıxarır. Bu da uşaqlarda ruh yaşı dediyimiz EQ- emosional yaşının IQ- intelekt yaşından daha zəif inkişaf etməsinə gətirib çıxarır. Normativlərə əsasən uşağın EQ və IQ yaşları bir- birinə paralel inkişaf etməlidir. Bunlardan birinin yuxarı və aşağı olması onları tarazlıqdan çıxarır. Uşaq gah ruh gah da pasport yaşındakı kimi davranış sərgiləyir. Bu davranışlar ətrafdan- sinif müəlliməsi, yaşıdları, qohumları tərəfindən diqqət çəkir. Xüsusən yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir, şikayətlənir. Bu da zaman keçdikcə uşaqlarda fəsadlar özünü göstərir. EQ yaşı aşağı olan uşaqlarda qaydaları qəbul etməmə, çox hərəkətli və ya çox passiv olma, fobik əlamətlərə meyillilik daha çox müşahidə olunur.

  Atasına hədsiz bağlı olan uşaqlarda isə ata obrazı güclü olur. Bu da onların ruh yaşlarının yüksək olmasına gətirib çıxarır. Cəmiyyətimizdə bu uşaqlara rəğbət daha böyükdür. Amma əslində uşağımızın özünü yaşından yuxarı aparması onlarda həssaslığı gücləndirir ki, bu da gələcəkdə onlarda emosional pozuntulara gətirib çıxarır. Uşaq yaşından daha tez böyüyür, problemlərə qarşı daha həssas olur, bu da onlarda təhsilə qarşı marağın azalaraq, özündən böyüklərlə ünsiyyətə qarşı meyli artırır.

  Sonda isə onu qeyd etmək istəyirəm ki, atalar, uşağın tərbiyəsini əsasən analar öz çiyinləri üzərinə alsalar da davranışlarını tənzimləyən ruh yaşı yalnız sizdən asılıdır. İş həmişə var, heç vaxt bitməyəcək. İllər isə ötür, hədəflər artır işlər formasını dəyişir və sizin övladınız böyüyür. Zamanınızı doğru bölün, özünüz- ailəniz üçün çalışdığınızı unutmayın! Analarımız, siz isə öz növbənizdə həyat yoldaşınızın evə gəlişini, ailə ilə zaman keçirmə saatlarını tənzimləməkdə onlara yardımçı olun. Həyat yoldaşınızın övladlarınıza münasibəti sizin şəxsi münasibətlərə görə tənzimlənir. Çalışın mükəmməlliyyətçi rəftarınızı kənara qoyub yükünüzü həyat yoldaşınızla paylaşın. Əks halda atalarda olan arxayınlıq duyğusu zamanla diqqətin azalmasına gətirib çıxarır. Uğurlar!

Narınc Rüstəmova

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq

 

 

Go Back

Uşaqlar və çətin suallar...

03-10-2014

 

Bəzən övladlarımız və ya özümüzdən kiçik bacı-qardaşımız bizə yaxınlaşıb “Uşaq necə olur?”, “Uşaq anaların qarnına necə girir?”, “Uşaq ananın qarnından necə çıxır?” kimi suallar verərək bizi çətin vəziyyətdə qoyurlar. Bilmirik necə izah edək ki, uşaq sualına ətraflı cavab alsın və dediklərimizi başa düşsün. Atalar demişkən: “nə şiş yansın, nə də kabab”. Bu gün bu məqaləni yazmaqda məqsədimiz az da olsa bu sualları psixoloji nüansları gözləyərək cavablandırmaqda sizə yardım etməkdir.

Əsasən uşaqlarda bu cür suallar məktəbəqədər dövrə təsadüf edir. 3-6 yaşları əhatə edən bu dövr uşağın gələcək həyatı üçün təməl dövrlərindən biri hesab olunur. Məktəbəqədər dövr uşağın öz cinsiyyətini kəşf etməsi kimi əsas proseslərdə də özünü göstərir. Artıq uşaq 3 yaşında cümlə qurub danışmağa, qadın və kişi orqanizmindəki fərqləri anlamağa başladığından ətrafdakı yaxınlarını sual atəşinə tuturlar. Xüsusən cinsiyyətlə bağlı suallara valideynlər heyvanlar (quşlar, həşəratlar) üzərindən cavab vermək istəyirlər. Amma bunun uşaqlar üçün maraqlı olmadığının fərqində deyillər. Çünki hələ onların özlərinə bənzəyən canlılardan (insanlardan) başqa heç bir canlının çoxaldığı barəsində məlumatı yoxdur. Başqa sözlə desək, bunu düşünəcək qədər zehni qabiliyyətləri hələ inkişaf etməyib.

Valideynlərin verdiyi qarışıq cavablar uşağı qane etmədikdə o, başqa üsullara əl ataraq suallarına cavab öyrənməyə çalışır. Nəticədə onlarda ana və ata yatan yerdə otağa basqın, əynini dəyişərkən qapının qırağından oğrun-oğrun baxmaq kimi hərəkətlər müşahidə olunur. Bunun baş verməməsi üçün uşaqlarımızın 3 yaşı tamam olandan sonra oyuncaq terapiyasının cinsi inkişaf metodlarından istifadə edərək ailə, uşaq barəsində ssenarilər qurub onlarla birlikdə oynaya bilərik. Məsələn, bir kişi, bir qadın oyuncaq obrazını seçib toy edərək evləndirmək, sonra uşaqlarının olması, ona qullluq və s. kimi səhnəcik düzəltmək olar. Bu uşaqlara ailə həyatını, evlilikdən sonra uşağın olması kimi fikirləri anladır. Artıq uşaq bəzi vermək istədiyi suallara cavab tapır, valideynləri ilə ünsiyyət qurmaqla bağlı komplekslərini dəf edir. Suallarını başqalarına yox, ona ən doğru cavabı verəcək valideynlərinə ünvanlaya bilir.

Sualları cavablandırarkən valideynin emosional vəziyyəti də çox önəmlidir. Valideyn həyəcan, təşviş, gərgin halda izahat verərsə, bu uşaqda soruşduğu şeyin pis bir şey olduğu haqqında təəssürat yaradır. Nəticədə uşaq cinsi həyatı utanc yaradan bir proses kimi qavrayar. Bu da gələcəkdə kompleks, fobiya (qorxu), panik atak, əks cinsə qarşı maraq və güvən hissinin olmaması, ana və ya atanı itirmək kimi narahatlıqlar yarada bilir. Bu o demək deyil ki, valideyn sualı gülərək, əyləncəli şəkildə cavablandırmalıdır. Xeyr! Bu zaman artıq uşaqda cinsliliyi çox adiləşdirmək və bunu hamının yanında danışmaq, valideynlərini utandırmaq kimi hərəkətlər müşahidə oluna bilər. Bunun üçün ən doğru rəftar soyuqqanlı, səbirli və konkret cümlələr şəklində verdiyimiz cavablardır. Və cavab verərkən mütləq uşağın yaşı nəzərə alınmalıdır. Ana övladına uşağın necə dünyaya gəlməsini nağıl şəklində izah edə bilər. Məsələn, “Ananın qarnında bir yuva var, uşaq orda qalır, yeyir, içir, böyüyür sonra vaxt tamam olanda xüsusi yollarla ordan çıxır və dünyaya gəlir”. Çox vaxt valideynlər uşağın dünyaya gəlmə prosesinin sonunda yanlış izahat verirlər. “Qarnımı kəsib səni çıxartdılar” kimi cavablar (ola bilər müəyyən səbəblərdən ana həqiqətən keyser əməliyyatı keçirmişdir, amma bu təbii bioloji proses deyildir) zamanla heç də hamının belə olmadığını öyrənən uşağa travma verir, nəticədə onda özünə və ətrafa qarşı güvənsizlik duyğusu formalaşır.

Sonda onu qeyd etmək istəyirəm ki, uşaqlarımıza “səni leyləklər gətirib”, “qapının ağzında tapmışıq”, “xəstəxanadan almışıq” və s. kimi yalanlar uydurub müvəqqəti sakitçilik yaratmaqla “tərbiyəsi pozular” deyib vicdanımızı rahatlamaq istəsək də, fərqində belə olmadan ona kifayət qədər travma veririk. Bu xüsusən yeniyetməlik dövründə valideyn-övlad konfliktlərinin kökündə duran səbəblərdən biridir. Bir nüansı nəzərə alın: Uşaqlarda öz cinsini kəşf etmə və anlama marağı yaransa da, hormonal və psixi durumu ilə əlaqədar onlarda cinsi meylin (seksual istəyin) hələ yaranmaması narahatlığınızın yersiz olduğunu göstərir. 

Narınc Rüstəmova

“NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloqu

 

 

 

Go Back

Uşaqlarda barmaq əmmə halları...

30-09-2014

Ziqmund Freyd şəxsiyyəti psixoseksual inkişaf baxımından araşdıran və şəxsiyyətin təməl xarakter quruluşunda körpəlik və uşaqlıq illərinin əhəmiyyətini ifadə edən ilk psixoanalitikdir.Freydin psixoseksual inkişaf mərhələsində birinci mərhələ oral mərhələ adlanır. Oral dövrdə errogen zona ağızətrafı sahə, təməl həzz mərkəzi əmmədir. Əmmə passiv və asılı bir davranışdır. Əmmə funksiyası yeni doğulmuş uşaqlarda çox qüvvətlidir. Ancaq barmaq əmmə və dil əmmə vərdişləri ilk 1.5 il normal olmaqla birlikdə 2 yaşın sonunda itər. Ancaq barmaq əmmə, əmzik əmmə vərdişi davam edəcək olsa hələ də inkişaf etməkdə olan əzələ və sümük strukturları üzərinə təzyiq tətbiq edərək dişlərin yer dəyişdirməsinə gətirib çıxarar. Bu vəziyyətdə üst ön dişlər önə alt ön dişlər isə geriyə doğru əyilər və alt,üst ön dişlər arasında açıqlıq meydana gəlir. Vərdiş buraxılsa bu açıqlıq bağlanar ancaq 3.5 yaşından sonra qalıcılıq artar.

Ümumiyyətlə uşaqlar barmaq əmmə davranışını üç yaşında buraxırlar. Bu vaxta qədər uşağınız barmaq əmməyə davam edirsə bu vəziyyəti bir az daha yaxından müşahidə edin. Diqqət yetirin ki,bu davranış xüsusi vəziyyətlərdəmi reallaşır, yoxsa günün çox zamanında davam edən bir haldır.Bu davranış onun ictimai fəaliyyətlərinə mane olur mu? Danışma, tələffüz və dil istifadəsində bir maneə meydana gətirirmi?

Barmaq əmmə davranışının 3 yaşından sonra da davam etməsi ümumiyyətlə psixoloji mənşəlidir. Oral dövrdə olan uşaqlar ətrafı ağızları ilə öyrənirlər, oyuncaqları, barmaqları ,evdə tapdığı hər şeyi ağızına aparırlar.Çünki bu, onların dünyanı tanıma üsuludur. Üç yaşından sonra barmaq əmmə hələ davam edirsə bunun səbəbi psixoloji bir problem ola bilər. Uşağın oral dövrdə qalmaq istəməsi, uşaq olaraq qalma ehtiyacının tamamlanmamasıdır.Bunu etməsində bir çox fərqli səbəb ola bilər. Məsələn,yeni qardaşı olan bir uşaq onun əlinə götürdüyü oyuncaqları əlinə ala bilməsi üçün onun da körpə olması lazım olduğunu düşünə,özünü ona bənzədərək barmaq əmə bilər. Ya da ana atasından diqqət görə bilməyən uşaqlar diqqət mərkəzində qalma ehtiyaclarını bu şəkildə biruzə verə bilərlər. Qorxuları olan uşaqlar ya da evdə ana-ata mübahisəsinə şahid olan uşaqlarda da bu davranışlarara rast gəlinə bilər. Bu saydıqlarımın xaricində daha bir çox fərqli səbəb ola bilər. Uşağınızda barmaq əmmə davranışı varsa və onu tərgidə bilmirsinizsə bir az onu anlamağa çalışın. Ailənizi müşahidə edin, nələrin yolunda getmədiyinə bir nəzər salın. Sizin üçün normal ya da əhəmiyyətsiz gələn vəziyyətlər uşaqların içində fırtınalar yarada bilər.

Barmaq əmməyi davam edən uşağınıza köməkçi ola bilməniz üçün sizlərə bir neçə tövsiyyələr vermək istərdim. Əvvəlcə uşağınıza barmaq əmməni yalnız evdə etməsinə icazə verin və bunun üçün kiçik mükafatlandırmalar edin. Müəyyən bir müddət bu şəkildə davam etdikdən sonra mətbəxdə barmaq əmməsini qadağan edin. Bu prosesi əhatə dairəsini genişləndirərək davam etdirin (mətbəx,hamam otağı,yataq otağı və s.). Onun ağızını məşğul etmək üçün saqqız, kiçik atıştırmalar verə bilərsiz. Birlikdə mahnı,hekayələr oxuya bilərsiniz və bu mövzuda onunla danışa bilərsiniz. Dəyişmənin bir anda olmasını gözləməyin və ona zaman verin. Yavaş və addım-addım irəliləyin.

http://narinc.az/

Go Back

Uşağım Öyrənməkdə Çətinlik Çəkir...

25-09-2014

Bəşər tarixinə  baxdığımız zaman insanların inkişafının onların öyrənmə qabiliyyətləri ilə sıx əlaqəli olduğunu görə bilərik. Müasir informasiya cəmiyyətində artıq çoxlu məlumatın yadda saxlanılmasına baxılmır. Çünki ətrafdakı informasiya bolluğunda beynin bütün bu informasiyaları  mənimsəməsi və qəbul etməsi imkansız görünməkdədir. Bu mənada uşaqlarda “öyrənməni” öyrənmək bacarığını formalaşdırmaq və bunun insanın ölümünə qədər davam edəcəyini aşılamaq əhəmiyyətlidir. Bu prosesdən zövq alan bir insan özünün bütün qüvvəsini  səfərbər edib həyatdan zövq almağa, öyrənmə, inkişaf etmə istəyi ilə alışıb yanmağa başlayacaqdır. Beləliklə məqsədimiz  daha çox əzbərləyən  insanlar yerinə daha çox düşünən, fikirləri analiz edən, tənqidi yanaşan, yaradıcı fikirlərə sahib insanları cəmiyyətə qazandırmaqdır. Amma təəssüf ki, bəzən bu  xüsusiyyətlərə sahib olmayan uşaqlar da diqqətimizi çəkir. Psixoloqlar öyrənmə çətinliyi anlayışından istifadə edirlər.

       Öyrənmə çətinliyi termini ilk dəfə 1962 ilində Kirk tərəfindən verilmişdir. O  öyrənmə çətinliyinin danışıq, dil, oxuma-yazma, imla, hesablama  sahələrindən birinin ya da birdən çoxunun  inkişafında çətinlik kimi ifadə etmişdir (ələ alınmışdır).

                     Öyrənmədə çətinlik çəkən uşaqların sayı az deyil. Sadəcə olaraq məktəbə getməyə başladığı zaman onlardan gözlənilən akademik xüsusiyyətləri göstərə bilmədikləri üçün diqqəti çəkməyə başlayırlar.

Uşaq sadəcə biliyi öyrənmə mərhələsində çətinliyə düşür.

Ancaq bunu yadda saxlamaq lazımdır ki, öyrənmə çətinliyi olan  uşaqlar normal zəka və normaldan üstün zəkaya sahibdirlər.

Öyrənmə  çətinliyini 3 qrupda ifadə edə bilərik. Buraya oxuma çətinliyi, yazma və riyazi çətinliyi əlavə etmək olar.

   Oxuma çətinliyi (Disleksi) ən əsas xüsusiyyəti hərflər və sözlərin qarışdırılması və tərsdən başa düşülməsidir. Oxumaqda və danışmaqda çətinlik çəkərlər. Oxumaları  yaşıdlarına nisbətən daha geridədir. Buna görə ibtidai sinfə getməyə başladıqda onların bu çətinliyi aşkar olunur.  

Sinifdəki yaşıdlarına görə daha ləng olurlar, hərf, heca, nöqtələmə, qrammatik səhvlər edirlər. Yazı yazarkən boşluq buraxmadan ya da bir sözü  bir neçə parçaya bölərək  yazırlar. ( DƏs mal, gə li rəm)

Xəttləri, yazma çətinliyi: (Disgrafi): sinifdəki yaşıdlarına nisbətən ləng yazır, hərf və hecaları qarışdırırlar. Ən çox qarışdırdıqları hərf və saylar bunlardır. (b-d--,m-n,ı-i,g-ğ,g-y,ev-ve,2-5,6-9)

Hesablama çətinliyi (Diskalkuli) pozuntusu olan uşaq riyazi 4 əməli aparmaqda çətinlik çəkir. Ləngdirlər, barmaqları ilə sayarlar. Riyaziyyatda istifadə edilən bəzi simvol, işarə və terminləri başa düşməkdə çətinlik çəkirlər. Vurma cədvəlində də geri qalırlar.

Təbii ki, yuxarıda sadalanan xüsusiyyətlərə nəzərdən keçirərək övladlarınızda bu çətinliyin olduğuna qərar verməyiniz yanlış ola bilər.

Belə sıxıntıları  aşkar  etdiyiniz  zaman mütləq  psixoloqa müraciət edin. Nəzərə alın ki, bir çox məşhur insanlar kiçik yaşlarda öyrənmə çətinliyi olan uşaqlar olublar. Uşaqlarınızın  qabiliyyətsiz, narahatlığı olan bir insan kimi qiymətləndirmək əvəzinə, onlara dəstək olmaq daha yaxşı nəticə verəcəkdir.

Bəlkə də sizin öyrənmə çətinliyinə sahib övladınız tarixdə öz izini qoyacaq bir şəxsiyyətdir???

 

Mələk Kərimova 

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

Go Back

20 nəticə göstərilir