Düşüncə Jurnalı

header photo

Uşaqları onlardan uzaq tutun

Fast-fud haqqında nə qədər yazılsa da, zərərlərindən bəhs edilsə də, onlar azalmır ki, azalmır. Tez qidalar hazırlayan restoranların sayı günü-gündən artmaqdadır.

Bəs niyə belə olur? Həkimlərin xəbərdarlıqlarına baxmayaraq, hər gün daha çox insan tez hazırlanan qidalara üstünlük verir.

Məsələ burasındadır ki, müasir həyatın ritmi insanlara imkan vermir ki, normal qidalansınlar. Gənclər isə yemək hazırlamağa meyl etmirlər. Əziyyət çəkməkdənsə, yolustü fəst-fud almağı seçirlər: tez, ucuz və hər zaman əl altında.

Tez hazırlanan qidalar uşaqların orqanizmlərində ciddi problemlərə səbəb olur. Bu məlumat Ohayo Universitetinin araşdırmasının nəticəsində ortaya çıxıb. Tədqiqatçılar 10-14 yaş arası 20 min uşaq arasında araşdırma aparıblar. Onların 10%-i hər gün fəst-fud yeyib. Digərləri isə həftədə bir neçə dəfə belə qidalanıblar. Fəst-fuddan hər gün istifadə edən uşaqların zehinləri digərlərindən zəif olub.

Bir porsiya tez hazırlanan qidanın tərkibində insanın gün ərzində qəbul edə biləcəyi sutkalıq qida norması var. Amma heç kim bir porsiya ilə kifayətlənmir.

Elə insanlar var ki, fəst-fudla qidalanmanı tamamilə dayandırıblar. Onlar öz səhhətlərində ciddi problemlər aşkarladıqları üçün belə  ediblər. Lakin belə adamların sayı azdır.

milli.az

Go Back

Sorğu göndər