Düşüncə Jurnalı

header photo

EŞQ BİR XƏSTƏLİKMİ

Eşq……..Fərqli həyatlar, fərqli hekayələr, dəyişik xarakterlər, dəyişik hisslər dəyişik xatirələr. Hamısının ortaq nöqtəsi: EŞQ. Eşqin dili, dini, şəkli ,yaşı, yeri yurdu yoxdur. Ağrı, migren, çarpıntı, obsessiv hərəkətlər, dəhşət verici bir motivasiya düşkünlüyü bitmədi; iştahsızlıq, depressiya, yuxusuzluq. Bitməz də … Bütün bu əlamətləri göstərən bu qeyri-adi ruh vəziyyətinə xəstəlik demək mümkün mü? Bu sual ağlıma ilişmişkən, eşq üzündən nə hallara düşdüyümü xatırlamışkən, eşqin arxasına düşdüm və başqa bir baxımdan ələ almaq istədim.

Eşqin kimyası: dopamin; bədəndə təbii olaraq çıxarılan kimyəvi bir maddə. . Aşiq olduğumuzda beynimizdəki fəaliyyəti sürətlə artır. Dopaminin narkotik asılılarının beyin kimyasında əhəmiyyətli bir rol boynuna götürdüyünü nəzərə alsaq, aşiqkən sərgilədiyimiz bəzi ‘əcaib’ hərəkətlərimiz məna qazanmış olur yəqin) yəni, aşiq olduğumuz adam da bir baxıma bizim üçün bir narkotik deyil mi? Nə bahasına olursa olsun, bizi xoşbəxt etsin deyə nələr edə bilərik. Yada o çarəsizlik, o həsrət. Bir cür ağılımızdan çıxmayan məqamlarr…… serotonin; beynin İştah, yuxu nizamı, ruh halı kimi bir çox fizioloji və romantik vəziyyət üzərində təsirli. Düşməsi depressiyaya, çoxluğu narahatlıqa səbəb olur. Aşiq olduğumuzda Serotoninin fəaliyyəti düşər. Serotonin tənzimləyici məşhur dərman Prozac’ın obsessiv-kompulsiv şəxsiyyət pozuntusunun müalicəsində istifadə edildiyini düşünsək, obsessiv şəkildə aşiq olunan adamı düşünmə, hadisələrin, danışılanların təkrar-təkrar ağlımızda dönməsi, hətta yuxularımızın qaçması məntiqli gəlir. Son olaraq bu qədər eşq haqqında kimyasından ruh halına qədər eşqi araşdırsaq da bir nəticəyə gəlmək həmişəki kimi eşq mövzusunda mümkünsüzdü…Elm adamları araşdırmaya və sınağa davam edir, biz də aşiq olmağa. Həyatının son günlərində, otuz il ərzində qadın ruhunu araşdıran Freud, Marie Bonaparte’ boşu boşuna ‘bu qadınlar nə istər?’ Deyə soruşmamışdır…nə qədər əzab ağrılı və yaxud da xoşbəxt, gözəl hisslər yaşatmış olsa da aşiq olmağa dəyər. Eşqin sayəsində nəğmələri sevirik, həyati sevirik həyata bağlanırıq….və ən sonda N.Gəncəvinin mehsur deyimi: “eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin” kəlami məqaləmizin fəlsəfəsin daha gözəl tərənnüm edər.

 

Validə Abbasova

Psixologiya və Konsultasita Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Sorğu göndər