Düşüncə Jurnalı

header photo

"DÜŞÜNƏN QƏLƏM" müsabiqəsinin yekun mərasimi keçirildi

23-12-2014

22.12.2014 tariixində Bakı Dövlət Universitetində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk elmi-publisistik Jurnal olan " Düşüncə" Jurnalının təşkılatçılığı ilə ərsəyə gələn "DÜŞÜNƏN QƏLƏM" müsabiqəsinin yekun mərasimi baş tutdu! Tədbirdə BDU THİK -in Sədri Daşqın Qənbərov, PCC-nin rəhbəri, psixoloq Elnur Rüstəmov və Azərbaycanda ilk elmi-publisistik jurnal olan "Düşüncə" Jurnalının baş redaktoru Vusalə Ələkbərova iştirak etdilər.

Tədbir BDU Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Daşqın Qənbərovun açılış nitqi ilə başladı. Daşqın Qənbərov "Düşünən Qələm " müsabiqəsinin mahiyyətindən və bu cür müsabiqələrin vacibliyindən bəhs edərək, sözü Psixologiya və Konsulatiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmova verdi. Elnur Rüstəmov bugün cəmiyyətdə psixologiyanın aktuallığından, sürətli inkişafından və bunda gənclərin rolundan bəhs edərək, iştirakçıları təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı. Daha sonra söz  "Düşüncə" Jurnalının baş redaktoru Vüsalə Ələkbərovaya verildi. Vüsalə xanım "Düşünən Qələm" müabiqəsində iştirak etmiş olan gəncləri təbrik etdi və onları "Düşüncə" Jurnalı ilə sıx əməkdaşlığa səslədi. Bu kimi müsabiqələrin jurnal tərəfindən davamlı olaraq keçiriləcəyini vurğuladı.

Qeyd edək ki, bir ay davam edən müsabiqədə qəbul edilən 60-yaxın məqalələr münsiflər heyəti tərəfindən incələnərək, ən yaxşı 17 iştirakçı və müxtəlif istiqamətlər üzrə 3 qalib müəyyən edilib.

Daha sonra iştirakçılar "Təşəkkürnamə" və müxtəlif nominasiyalar üzrə sertifikatlarla, qaliblər isə qalibiyyət sertifikatı, birincilik hədiyyələri ilə təltif edildi,  eyni zamanda, qaliblərə  Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponları təqdim olundu. Sonda xatirə foto çəkildi.

 

     

 

 

 

Go Back

Sorğu göndər