Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "BU GÜN "

"X Lady" kitabının təqdimat mərasimi baş tutdu

 

23 noyabr tarixində Kitabevim.az kitab marketində tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” konsultativ  romanının təqdimat mərasimi keçirildi. Tədbirdə müəllifin yaxın dostları, həmkarları, tələbələri və ailə üzvüləri iştirak etdi.

Tədbir düşüncə jurnalının redaktoru Fəridə Qasımovanın açlış nitqi ilə başladı. Daha sonra söz müəllifə verildi. Müəllif Elnur Rüstəmov çıxış edərək, tədirdə iştirak edən dostlarına, həmkarlarına və qonaqlara təşəkkürünü bildirdi. Səbəbkar kitabdan bəhs edərək romanı yazmaqda məqsəd və missiyanın mahiyyətindən ,cəmiyyətə vermək istədiyi mesajdan danışdı.

           

Daha sonra Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc xanım Rüstəmova, Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu Orxan Fərəcli, Türkdilli Gənclər Birliyinin sədri Sahil Hacıyev, jurnalist, ailəm.az saytının redaktoru Xəyalə Muradlı,Yazıçı –dramaturq Elnurə Ayxan, Fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Fəttahlı və Elnur Rüstəmovun tələbələri çıxış edərək, müəllifə öz xoş sözlərini bildirdilər.

Sonda imza mərasimi keçirlildi və xatirə foto çəkildi.

Qeyd edək ki, “X Lady” psixoloji romanı Azərbaycanda bu janrda yazılmış ilk kitabdır.

 

 

 

Go Back

“X-Lady” çap olundu

Tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” romanı “Hədəf” Nəşrlərində işıq üzü görüb.

Hədəf Nəşrlərindən ATVxəbər.az-a  verilən məlumata görə “X-Lady” müəllifin ilk romanıdır. Romanın naşiri Müşfiq Xan, məsləhətçisi Narınc Rüstəmova, redaktoru Cəlil Cavanşirdir. Kitabın korrektorları Fəridə Ağaverdiyeva, Fəridə Nadirqızı, Nərmin Quliyeva, mətn tərtibatçısı Rövşən Yerfi, dizayneri Teymur Fərzidir.

“Psixalogiya dünyası” seriyasından çap olunan romanın yaxın günlərdə təqdimatının keçiriləcəyi gözlənilir.

Elnur Rüstəmov açıqlamasında bildirib ki, “X Lady” romanı Azərbaycanda öz janrında bir ilk hesab oluna bilər. “Roman konsultativ roman janrında qələmə alınıb və bildiyim qədər bu janrda yazılmış hələlik yeganə romandır. Gələcəkdə bu janrda növbəti romanlarımı oxuculara təqdim edəcəyəm. Düşünürəm ki, peşəkar psixoloqun qələmə aldığı roman həm də maarifləndirici, bədiiliklə elmi özündə birləşdirməyi bacarmalıdır. “X-Lady” məhz bu xüsusiyyətlərinə görə kitab bazarımızdakı digər romanlardan seçiləcək. Psixologiya və ədəbiyyat həvəskarları, eyni zamanda psixalogiya sahəsində fəaliyyət göstərən həmkarlarım üçün də bu romanın faydalı olacağına inanıram.”

Xatırladaq ki, Elnur Rüstəmov peşəkar psixoloq kimi fəaliyyət göstərir.

atvxeber.az

Go Back

Heç Gözləmədiyiniz Anda Bu Xəstəliyə Tutula Bilərsiniz: MS XƏSTƏLİYİ

MS (dağınıq skleroz) xəstəliyi və  xəstələrin psixologiyası

Bir MS xəstəsi, MS'i bu örnəklə ifadə edir:"Elektrik kabellərini düşünün.Tellərin üzəri, izolyasiyanı təmin edən plastiklə örtülüdür.Müəyyən səbəbdən kabellərin üzərindəki plastik qopur və ya bəzən açılır.Bu vəziyyətdə açıq tellər bir-birinə dəyir və elektrik qapanması olur.İnsan bədənində da minlərlə kilometr sinir var və bu sinirlərin üzəri mielin deyilən yağlı bir maddə ilə örtülüdür. MS`də bu mielin bəzən yox olur və bədəndə sanki elektrik qapanması yaranır. "

MS xəstəliyi,digər bir adı ilə multiple (dağınıq) skleroz,beyin və onurğa iliyi (mərkəzi sinir sistemi) xəstəliyidir.Bu xəstəliyə multiple skleroz deyilməsinin səbəbi xəstəliyin beyin və onurğanın bir çox yerində sərtləşmiş toxumalar meydana gətirməsidir.Mərkəzi sinir sistemi sinirlər boyunca bədənimizin müxtəlif yerlərində elektrik siqnalları göndərən bir telefon stansiyası kimidir.Bu siqnallar şüurlu və şüursuz bütün hərəkətlərimizi idarə edir.MS xəstəliyi də bu siqnalların düzgün bir şəkildə çatdırılmasını pozur.Sağlam sinir liflərinin çoxu siqnalların çatdırılmasını asanlaşdıran mielin deyilən yağlı bir maddə ilə əhatə olunmuşdur.Bu toxuma sinir liflərinin elektrik siqnallarını çatdırmasına kömək edir.MS xəstəliyində mielin parçalanır və mielinin yeri sərtləşmiş toxumalarla əvəz olunur.Beləcə siqnalın keçidi maneə törədir və ya ilişir.Nəticədə bədən funksiyaları nəzarət olunmur,çünki siqnallar səhv yerə getdiyi üçün lazım olduğu şəkildə göndərilə bilmir.

MS xəstəliyi tibb baxımından hələ də qeyri-müəyyənliklə zəngin olsa da xəstələrin psixologiyasını da yaxşı dəyərləndirmək lazımdır.Hər xəstə həm xəstəliyinin vəziyyətiylə,həm də fərdi davranışlarıyla doğru olaraq fərqli reaksiyalar verir,fərqli şəkildə təsirlənir.

Xəstələr, ilk öncə xəstəliyi imtina, üsyan və qəzəb reaksiyaları verirlər. Bunu xəstələrin davranışlarında da müşahidə etmək mümkündür.Daha sonra qəbul etmə və narahatlıq vəziyyəti ortaya çıxır."İndi nə olacaq?başıma nələr gələcək?yaxınlarım,yoldaşım dostum eşitsə nə olar?xəstəliyim irəliləsə mənə necə davranarlar?tək qalaram?" kimi bir çox suallar ortaya çıxır və bu sualların cavabları da çox zaman  mənfi xarakter daşıyır.Xəstələrin bir çoxu xəstəliyini öyrəndikdən sonra diqqətə çarpan reaksiyalar verirlər. Bunları müəyyən mərhələlərdə ifadə etmək olar:

1.Şok mərhələsi - MS diaqnozunu öyrəndikdə həm xəstəliyə aid məlumatsızlıq,həm də qeyri-müəyyənlik səbəbiylə yaşanan şok vəziyyəti

2.İnkar mərhələsi - Xəstəliyi qəbul etməmək,"yanlış diaqnoz qoyulmuşdur" gözləntisinin ortaya çıxdığı mərhələ

3.Qəzəb mərhələsi - "Niyə mən,bu xəstəlik niyə məni tapdı" şəklində sorğulamaların edildiyi və başına gələnlərə dair qəzəb hiss etdiyi mərhələ

4.Pozitiv düşünmə mərhələsi - "Həkimə gedib yoxlansam,dərmanları nizamlı istifadə etsəm mütləq sağalaram və bir daha xəstələnmərəm.Olmamalıyam.Bu mənim başıma gəldisə,mütləq qurtuluş yolu var" düşüncələriylə xəstəliyə və ətrafdakılara qarşı pozitiv düşünmə mərhələsi

5.Depressiya və anksiyetə mərhələsi - "Hər şey mənfiyə doğru dəyişəcək,bu xəstəliklə necə mübarizə aparacam,uşaqlarım var,onlara kim baxacaq" narahatlığı ilə gələcəyə yönəlik neqativ narahatlıqların və buna bağlı depressiyanın ortaya çıxdığı mərhələ

6.Qəbul etmə və mübarizə aparma mərhələsi  - Xəstələrin köməyə açıq və şüurlu olduqları dövrdür. Artıq xəstəliklərini tanıyır və xəstəliklərini yaşamağa qarşı olan maneə kimi dəyərləndirmirlər.Qəbul ediblər.Terapiya ilə məşğul olan həkimlərin təkliflərini diqqətlə tətbiq edir,mübarizə aparır,digər xəstələrə kömək etməyə çalışırlar.Hətta xəstəliklərinə baxmayaraq həyata bağlanır və əldə etdikləri müvəffəqiyyətləri digər insanlarla paylaşmaqdan zövq alırlar.

Hər xəstənin bu mərhələləri keçirmək və son mərhələ olan qəbul etmə və mübarizə mərhələsinə çatma müddəti fərqlidir.Bu prosesi sürətləndirmək və qarşılaşacaq problemlərlə daha asan mübarizə etmək üçün psixoloji dəstək çox əhəmiyyətlidir.

MS xəstələrinin bilmələri lazım olan ən əhəmiyyətli şey, psixoloji və fiziki olaraq bu xəstəliyi necə idarə edəcəkləridir.Bu da ancaq mütəxəssis bir qrupun təqibində olan prosesdir.Doğru insanlardan doğru məlumatları əldə etmək,xəstəliyin ataklarını tanımaq və bu atakları ən yaxşı şəkildə idarə etmək,həkimlərin təklifiylə tibbi müalicəni təşkil edərək təqib etmək kimi bir çox baxımdan doğru addımlar atıldıqda MS'in təsirlərini mümkün qədər asan keçirmək mümkündür.

MS xəstələrinə:

Bu xəstəliklə ilk qarşılaşdığınızda keçirdiyiniz narahatlıq,qorxu hissi və bu kimi müşahidə edilən bir çox hallar təbiidir.Çünki o ana qədər bəlkə də adını belə eşitmədiyiniz bir xəstəliyə tutulduğunuzu və bunun ömür boyu davam edəcəyini öyrənirsiniz.Bu xəstəliyə qarşı necə bir duyğu inkişaf etdirməniz üçün qəti qaydalar yoxdur və kimsə sizin nə hiss edəcəyinizi,necə qarşılayacağınızı təyin edə bilməz.Xəstəliyə qarşı reaksiyanız tamamilə sizin hadisəni qavrama formanızdan asılıdır.

Bəzi MS xəstələri bu xəstəliyə tutulmanın öz cinayətləri olduğunu,özlərinə yaxşı baxmadıqları üçün başlarına gəldiyini düşünə bilərlər və ya cəzalandırıldığına inanan xəstə sayı da çoxdur.Halbuki gerçək bunların heç birisi deyil və başınıza gələn xəstəlik eynilə digər xəstəliklər kimi bir vəziyyətdir və sizin günahınız deyil.

Xəstəliyinizi başqalarına söyləmək və ya söyləməmək tamamilə sizin ixtiyarınızdadır.Bu sizə aid bir məlumatdır və lazım olmadıqca başqaları ilə bölüşmək istəməyə bilərsiniz.Bu son dərəcə təbii bir vəziyyətdir.Ancaq xatırlatmaqda fayda var ki;sevinclər paylaşıldıqca çoxalar,kədərlər paylaşıldıqca azalar.Zaman-zaman MS xəstələriylə bir araya gəlmək,onların bu səfərdə necə yol aldıqlarını müşahidə etmək, təcrübə toplamaq və mübarizə üsullarını onlardan dinləmək tək olmadığınıza imkan verir. Həyatınızda yeri olan insanlar,yaxınlarınız xəstəliyinizin bilərsə sizə necə kömək ola biləcəkləri mövzusunda onları məlumatlandırsanız köməyə ehtiyacınız olduqda doğru istiqamət göstərə bilər və gərəksiz suallarla ya da narahatlıqlarla sizi qəzəbləndirməzlər.

Hər kəs sizi anlamaya bilər,bu da təbiidir.Onları günahlandırmaq və ya hirslənmək haqsızlıq olar.Çünki sizi anlamaları da sizin onlara xəstəliyinizin doğru anlatmanızla əlaqədardır.Vəziyyətinizi saxlayaraq,sizi anlamalarını gözləyin.

MS xəstəliyinə adaptasiya olmağınız zaman ala bilər,təbiidir və tələsməyə ehtiyac yoxdur.Özünüzə bir az zaman tanıyın.Xəstəliyin gedişatı ilə əlaqədar fiziki problemlər mövzusunda həkimlər sizi məlumatlandıracaq və müalicənizi aparacaq.Siz həyatınıza davam edə bilər,sosial həyatınızı davam etdirə bilərsiniz.Hətta bu xəstəliyə tutulduqdan sonra bir çox MS xəstəsi həyatı yaxşı yaşamağa başladıqlarını ifadə edib.Siz də sevdiyiniz mövzuları həyatınıza daxil edə və hər anınızın dadını çıxararaq yaşamağa davam edə bilərsiniz.

 

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Go Back

Kişi və qadın münasibətləri: Onları necə qoruyub saxlamaq olar?

 

 Bu sual  hər zaman insanları düşündürüb. Bu münasibətlərə maraq bütün dövrlərdə öz aktuallığını  qoruyub saxlayıb. Psixoloqa müraciət edən insanlar çox vaxt bu sualı verirlər: “Həyat yoldaşımın mənə sevgisi və marağı artsın deyə nə etməliyəm?”

Münasibətlərin qurulması və saxlanılması mürəkkəb bir prossesdir. Və hər kəs psixoloq deyil! Ancaq bu məsələ, kişi və qadın aralarındakı gedən prossesləri daha düzgün və real qiymətləndirdikdə öz həllini tapır.

Hər kəsə aydındır ki, kişi və qadın münasibətləri qarşılıqlı emosional asılılıq üzərində qurulub. Və bəzən də gözəl sevgi dolu əlaqə hansısa bir elementar və bəsit bir səbəbdən dağılır.

Adətən hər bir gənc xanım və ya cavan oğlan xəyalında sadə, rahat sevgi münasibətlərini canlandırır. İnsanlar qarşılıqlı, sevgi dolu, anlayışlı bir münasibətlərə can atırlar. Onlar düşünürlər ki, ancag sevdiyin insanla özün kimi oal bilərsən.

Bütün problemlər bundan sonra yaranır.Tək bir sevgi insanları qane etmir. Bir müddət keçəndən sonra onlar düşünür: “Ehtiras hara getdi? Nəyə görə ürəyim əvvəlki kimi çırpınmır? Nəyə görə hər kəsin içindən seçilmiş olan bu insan adiləşir? Onlar dərk etmir ki, alovlu məhəbbəti qoruyub saxlamağı bacarmayıblar. Çünki sevgini tək hiss etmək yox, onu həm də bəsləyib böyütmək lazımdır. Alovu gücləndirdikdə o daha çox isidir. Əks halda öz-özünə sönüb gedəcək. Kişi qadın münasibətlərini həm də kimyəvi prossesə bənzətmək olar. Əgər maddələr çox intensiv bir-birinə təsir etsə, partlayış baş verə bilər. Və əksinə maddələrin bir- birinə qarşılıqlı təsirini ləngitsək onların reaksiyası sadəcə sönə bilər. Və yalnız düzgün seçilmiş temperaturun və konsentrasiyanın köməyi ilə qurğuşundan qızıl alınır. Bunun üçün də bəzi tövsiyyələr bu münasibətləri qaydasına salmağa kömək edəcək.

Beləliklə,

Münasibətlərdə hər iki tərəf ayrı -ayrılıqda şəxsiyyət olmağı öyrənməlidir. Yəni kişi və ya qadının şəxsi, özünə aid bir dunyası olmalıdır.

Sevgi münasibətini yaşayan zaman insan özünü bir şəxsiyyət kimi hiss etməlidir. Bu münasibətlərin daha da bərkiməsi üçün cütlük hər ikisinin  həyatında olan insanlara və hadisələrə hörmətlə yanaşmalıdır. Çünki kişi və qadın yeni münasibətə başlayan zaman bir-biri üçün təzə səhifədirlər.Bu səhifələri oxuyaraq onlar daha da yaxınlaşırlar. Əksər hallarda belə bir vəziyyət əmələ gəlir. Cütlük yaxınlığa doğru addımlayaraq yeniliyi hardasa itirməyə başlayır. Çünki kişi və qadın tez bir zamanda bir-birini tam açmağa başlayır. Artıq kontrol və nəzarət öz yerini yavaş-yavaş bərkidir. Şübhələr yaranır. Münasibətdə bir-birinə nəzarət hissi önəmli yer tutur. Beləliklə, inamsızlıq və tərəflərin daxili narahatlığı onları bir-biri ilə münaqişə etməyə məcbur edir. Hər dəfə bunu yaşadıqca onlar uzaqlaşmağa doğru irəliləyirlər. Artıq hisslər arxa plana keçir. Məsələn, qadın deyir: “Mən niyə onun dərdindən ölməliyəm? Qoy o, mənə yalvarsın! Romantik hisslər daha sərt hisslərlə əvəz olunub. Bəzən bu mərhələdə çox münasibətlər qırılır. Qısqanclıq və itirmək qorxusu ilə yaşanan münasibətlər ağrılı və yorucu olur.

Münasibətlər möhkəməndikcə cütlüklərdə bu cür fikir yaranır: Bu insan mənə aiddir. Mən ona tələblərimi bildirə bilərəm.Və o, mənim bir çox istəyimi yerinə yetirməlidir”. Məhz bu andan qarşılıqlı manipulyasiyalar, incikliklər yaranmağa başlayır. Münasibətlər sanki bir oyuna çevrilir. Və bu oyunda tərəflər kimin qalib gələcəyini düşünür. Bu zaman da onların arasında çat əmələ gəlir. Və bu çatın daha da sınmaması üçün kişi və qadın bir-birinin müstəqilliyinə hörmətlə yanaşmalıdır.

Bir-birinizi qoruyun! Qayğı və diqqəti əsirgəməyin!

Bəzən də insanlar sevgi münasibətlərində  tənqidi zarafata və ya istehzaya yol verirlər. Bu da qarşı tərəfi incidir. Belə bir fikir yaranır: “Yəqin o məni ciddi qəbul etmir. Mənə lağ edir! Məni bəyənmir”. Və belə bir düşüncə özünə qiymətləndirmənin enməsinə səbəb olur, psixoloji immunitet zəifləyir. Münasibət soyumağa doğru gedir. Bunun qarşısını almaq üçün hər iki tərəfin bölüşüb danışmağa ehtiyacı var. Sevgi yaşayan insanlar mütləq öz hisslərini, sevincini, narazılıqlarını dilə gətirməlidirlər.

Bir-birinizlə danışın! Kimin haqlı, kimin də günahkar olduğunun heç bir önəmi yoxdur. Çünki qarşılıqlı ünsiyyət bacaran kişi ilə qadın bir-biri üçün ən yaxşı psixoloqlardı. Bir biriniz ilə dürüst olmağa çalışın! Hər bir ailəyə, cütlüyə müvəffəqiyyət arzusu ilə!!!

Zülfiyyə Yaqubova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

                                                                                                 

 

 

 

Go Back

Beyinlə Sevirik Yoxsa Ürəklə ??!!

“Bütün azadlıqlar beyində  başlayar  beyində bitər”

Həyatıboyu iki insan arasında bir birinə tərbiyəvi təsir göstərən təkmilləşdirməyə, nəcibləşdirməyə xeyirxah və səmimi etməyə sövq edən ən ülvi və pak hiss sevgidir.Bəs böyük sevgilər harada başlayar ürəkdəmi? beyindəmi?

Bu günə qədər hər bir insanın ifadə ediyi bir fikir hələ də öz qüvvəsində qalır “sevginin mənbəyi qəlbdir”.Sevgi qəlbdən başlamır.Beynimizin əmri ilə yaranan kimyəvi reaksiyanın nəticəsini qəlbimizin ətrafında hiss ediyimiz üçün sevqimizin də qəlbdən qaynaqlandığını zənn edirik.

Hisslər beyində yaranır.Qadın və kişi arasında münasibətləri  başladan beyindir. Xarakter və davranışlarımızın kodları şüuraltı zehnimizdədir. Şüuraltı şifrələrin  mərkəzi beyin olduğundan qadın və kişilərin istəkləri orada formalaşır.Aftomatik olaraq,  qadın və kişi arasında gözləntiləri yaradan,onların davranış formalarını tənzimləyən, beyindir.

İntim münəsibətlərə də bizi yönləndirən beyindir.Çünki zövq alma və cinsi əlaqəyə imtina qərarını beyin verir. Mənfi və müsbət fikirlər beyində yarandığından kişi və qadın arasındakı qisqanclığa istiqamət verən beyindir.

Bu günə qədər “gözlər qəlbin aynasıdır “onlar yalan söyləməz misalını beləcə də qəbul etmişik.Əsl həqiqət isə belədir “gözlər beynimizin aynasıdır” yalan və doğrunu bizə onlar söylər.

“Əslində görən gözlərimiz deyil,beynimizdir”  

                                      Mustafa Kılınc

 

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

Go Back

Ən böyük böhran mənəviyyat çatışmazlığı, insanlıq böhranıdır...

Cənnət və cəhənnəm mövzularına böyük maraq duyan və həyatını ona görə qurmaq məqsədi daşıyan bir adam İlyas peyğəmbərdən soruşmuş: “Cəhənnəm haradadır? Cənnət haradadır?”
İlyas Peyğəmbər cavab vermədən adamın əlindən tutmuş və onu qaranlıq yollardan keçirərək bir saraya gətirmiş. Bəzəkli dəmir qapını keçərək bəziləri ləl-cəvahiratla bəzənmiş otaqlardan ibarət saraya daxil olduqdan sonra, zəngin və yoxsul insanlarla dolu böyük bir otağa girmişlər. Otağın ortasında atəşin üstündə böyük bir şorba qazanı varmış. Yavaş-yavaş qaynayan qazandan otağa çox gözəl qoxu yayılırmış. Qazanın ətrafında isə çökük yanaqlı, boş gözlərlə baxan insanlar şorbadan paylarını almaq üçün gözləyirmişlər... Qaşıq, dəmirdən hazırlanmış böyük bir çuxur bölümdən, çox uzun bir sapdan və ucunda da balaca taxta bir tutacaqdan ibarət idi. Ac insanlar qazanın ətrafında dava salaraq şorbadan paylarını almağa çalışır... amma heç biri buna nail olmurmuş. Ağır qaşığı qazandan qaldırmaq çox çətin imiş. Həm də qaşığın sapı çox uzun olduğu üçün ən qüvvətli adam belə qaşığı ağzına qədər gətirə bilmirmiş. Nə olursa-olsun şorbanı içməyə çalışanlar isə qollarını, üzlərini yandırır və ya şorbanı digərlərinin üzərinə tökürmüş... Üstəlik, bir-birlərinə bağırır, dava edir və aclıqlarını aradan qaldırmaq üçün istifadə etməli olduqları qaşıqlarla bir-birlərini vururlarmış...
İlyas peyğəmbər yanındakı adamı qolundan tutaraq, “Bax, budur, cəhənnəm”, – demiş...
Daha sonra o otaqdan çıxmışlar və bir müddət sonra cəhənnəmdəkilərin bağırtılarını duymaz olmuşlar. Qaranlıq yollardan keçərək qət etdikləri uzun yolçuluqdan sonra başqa bir otağa girmişlər. Bu otaq daha öncəki otağın bənzəri imiş, ortada şorba qazanı, ətrafında nəhəng qaşıqları ilə insanlar varmış. Fəqət, burdakı insanlar yaxşı bəslənmiş görünürdülər. Qaşıq səslərindən başqa yalnız sakit, xoşbəxt bir ünsiyyət duyulmaqda idi. Şorbanı hər zaman iki adam birlikdə yeyirlərmiş. Biri qaşığı şorbaya salır və qarşısındakına yedirdirmiş. Əgər qaşıq bir adam üçün çox ağır olurdusa, digər iki adam bunlara yardımçı olurmuş. Bu şəkildə hər kəs dava salmadan barış içində şorbasını yeyə bilməkdəydi... Bir adam kifayət qədər yediyində digərinin sırası gəlirmiş. İlyas peyğəmbər yanındakı adama dönmüş və belə söyləmiş: “Bax, bu cənnətdir!”
P.S. Gerçəkdən də gerçək insanların sayı, yəni özü qədər də başqalarını düşünən insanların sayı çoxalsa, dünya cənnətə dönər. İndiki dünya nəyə bənzəyir?.. – əslində hamımız bilirik. Bu gün bütün dünyanın, insanlığın gözü qarşısında hər gün minlərlə insan aclıqdan ölürsə, yüzlərlə günahsız insan öldürülürsə, minlərlə ailə gözü yaşlı qalırsa, minlərlə insan adi xəstəliklərin, cəhalətin qurbanı olursa, insanlıq öz əli ilə cəhənnəmə çevirdiyi dünyanın gələcəyini düşünməlidir... Çünki onu cənnətə çevirmək və belə bir dünyada yaşamaq da bizim əlimizdədir...Övladlarımız, gələcəyimiz üçün daha yaxşı dünya qoya bilmək üçün elə bu gündən və hər kəs özündən başlamalıdır.
Unutmamalıyıq ki, bu gün dünyadakı ən böyük böhran mənəviyyat, insanlıq böhranıdır...

Qənirə Paşayeva

Millət Vəkili

Go Back

Artıq Azərbaycanda virusun qarşısının alınmasına görə tədbir görülür!!!

    Ebola ilə bağlı tapşırıq

Azərbaycanda virusun qarşısının alınmasına görə tədbir görülür!!!

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan Ebola virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir. Öldürücü gücə malik Ebola virusu ilk olaraq 2014 ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionesdə aşkarlanmışdır. Xəstələr arasında ölüm göstəricisi təxminən 90% təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində habelə, insandan insana yoluxma ilə baş verir.

Səhiyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, qeyd olanları nəzərə alaraq respublikamızda da Ebola virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.

Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi A.Vəlibəyov bununla əlaqədar əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi əlaqədar əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.

Mənbə:ANS PRESS 

Go Back

DƏHŞƏT: Eyni Vaxtda İki İntihar Hadisəsi!!!

Bu gecə Azərbaycanın müxtəlif bölgəsində iki intihar hadisəsi baş verib. 
ANS PRESS-in məlumatına görə, Gədəbəydə 19 yaşlı gənc intihar edib.
Bu gecə Gədəbəy rayonunun Çaldaş kənd sakini 19 yaşlı İlkin Müqabil oğli Zeynalov yaşadığı evin zirzəmisində asılmış halda tapılıb. 


Digər oxşar hadisə Ağsu rayonunda olub. Rayonun Bozavand kəndində yaşayan 23 yaşlı Lalə Ayəddin qızı Lətifova asılmış halda tapılıb.
İlkin ehtimala görə, hər iki gənc intihar edib.
Hər iki fakta görə cinayət işi başlanıb, araşdırma aparılır.

anspress.com

Go Back

Lənkəranda Toydan Qaçan Gəlinin məktubu!!!

Lənkəran rayonunun Havzava kəndində baş verən qəribə olay təkcə yaxınları deyil, bütün rayon sakinlərini şoka salıb. Ailem.az-ın anspress-ə istinadən məlumatına görə, 18 yaşlı Günəş Mənsimzadə toyuna 2 gün qalmış heç kəsə heç nə demədən qəfil yoxa çıxıb. 

Günəşin 3 il nişanlı olduğu Nazimi nə səbəbə qoyub qaçmasının səbəbləri isə heç kəsə bəlli deyil. Valideynləri deyir ki, qız öz xoşuna istədiyi oğlanla nişanlanıb və müddət ərzində aralarında ciddi problem də yaşanmayıb. Qız qaçmamışdan 2 gün öncə xoş əhval ruhiyyə ilə gəlin evi də bəzədilib, dəvətnamələr paylanılıb.

Qız atası Adil Mənsimov bütün baş verənlərə baxmayaraq yeganə qızının evinə qayıtmasını istəyir: "Günəş, mənim balam, atan əldən gedir, nə olar mənə bir səs ver. Mən səni atmaram, nə olar gəl. Xaraba qalsin internet çıxardanın evi."

Ağır ürək əməliyyatı keçirən ana - Mərziyə Mənsimova ilə danışmaq istəməsək də dərd özü onu danışdırdı. Qızını evə qaytarmaq üçün bizdən kömək dilədi: "Gəlsin evə, nə olar..."

Artıq ailə qaçan qızla bağlı Lənkəran şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Təhqiqat bölməsinin təhqiqatçısı Mirqasım Abbasov bildirdi ki, faktla bağlı araşdırmalara başlanılıb. Maraqlı olan Günəşin gedərkən qoyub getdiyi iki məktubdur.

"...Mən gedirəm. Bilirəm ki, çox şayiələr qoşacaqlar. And olsun yaradana tək gedirəm. Qız var anasıyla qalır, onlarda qalacam bir müddət. Onların yanında da işləyəcəyəm. Bu toy olsa bədbəxtçilklə bitəcək sonda. Yaxşısı budur olmasın. Bəri başdan evlənməmək daha yaxşıdır. Zəhləmiz gedir bir birimizdən. Evlənmək rüsvayçılıq olardı."

Deməli,18 yaşlı qız valideynlərin iddia etdiyi kimi də xoşbəxt deyilmiş. Toya gəlincə isə, avqustun 8-də gəlinsiz toy çalınıb.

Günəş Mənsimzadənin atası Adil Mənsimov bir həftədir yoxa çıxan qızını tapmaq ümidilə Bakıya üz tutub. 

                                                                                                                                                                                                                                                                                                           ailem.az

Go Back

Məşhur Aktyor Özünü Asdı!!!

 

dushunce.az-ın  milliyyet.com.tr-dən aldığı məlumata əsasən  Məşhur oskarlı mükafatçı Robin Williams evində ölü olaraq tapıldı. Marin County polisi evə geldiyində onu özünü asmış vəziyyətdə tapıb. Daha öncəki illərdə alkoqol və uyuşdurucu maddələrlə mübarizə apardığı,hətta bir ay öncə Minnesotadakı reabilitasiya mərkəzində müalicə aldığı bildirilir. Bu ilk deyil, daha öncə də bir neçə dəfə reabilitasiya mərkəzində ara –sıra yatdığıda məlum idi.

Həyat yoldaşından (Susan Schneider) açıqlama: Bu səhər həyat yoldaşımı və ən yaxşı dostumu itirdim. Dünya isə ən çox sevilən aktyorlardan birini və mükəmməl bir insanı itirdi. Acımızın böyüklüyünü nəzərə alıb hörmət etməyinizi xahiş edirik. Ümid edirik ki, Robin xatirələrdə ölümü ilə deyil,milyonlarla insana bexş etdiyi gülüşlərlə yadda qalar.

Meneceri: Depresiyyada idi Robin Williams’ ı itirdik. Özü uzun müddətdir depressiyada idi. Bu çox daramatik və ani bir itki oldu

Qeyd edək ki, Robin Uilyams bu günə kimi "İlin adamı", "Muzeydə gecə", "Qalib", "Keçmişin sirri", "Yenidən ölmək" kimi filmlərdə rol alıb.

 

Go Back

Yad Ağlar,Yalan Ağlar...

 Qəza nəticəsində baş verən uşaq ölümləri valideynlərinin səhlənkarlığıdırmı?

Son günlər ard-arda müxtəlif səbəblərdən  baş verən uşaq ölümləri hər kəsi dəhşətə gətirdi. Bu xəbərləri oxuyan və izləyən hər kəs bircə anlıq özünü həmin valideynlərin yerinə qoyub qəlbinin necə buz kəsdiyinin şahidi oldu. Hər kəs bir səbəb, bir müqəssir axtarmağa başladı. Əksəriyyət valideyn səhlənkarlığından bəhs edərək acılı ailələrin acısını daha da artırdı. “Allah heç kimi övlad acısı ilə sınamasın” deyib qətiyyətlə “bu hadisə sanki heç vaxt başımıza gəlməz” kimi düşünmək  asandır.

Əslində toxunmaq istədiyim məqam, bunun səbəblərini və profilaktik tədbirlərini araşdıraraq səhvlərimizi görüb bu hadisələrin bir gün bizimdə başımıza gəlməməsinin qarşısını almaqdır. Burda bir neçə faktor var:

  • Uşaqdakı xarakter faktoru. Genetik keçən hədsiz hərəkətlilik, diqqət yayınıqlığı bir sözlə el arasında dəcəllik deyilən hiperaktivlik problemi əslində çox ciddiyə alınmalıdır. “Atası və ya anası da belə idi, keçib gedər” deyə düşünülməməlidir. Hiperaktiv uşaqlar hədsiz hərəkətli olduğu üçün onlarda özlərini qoruma instinkti zəif inkişaf etmişdir. Onlar tez-tez hündür yerlərdən özlərini atır, təhlükəli oyunları sevir, mebellerin üzərində gəzirlər. Hətta yatarkən belə çox hərəkətli yatırlar. Bunun üçün onlar ən çox yaralanan uşaqlar sırasındadır.
  • Cizgi film faktoru. Diqqət etsəniz görəcəksiniz ki, qəza nəticəsində baş verən uşaq ölümlərinin yaş aralığı 1-6 yaş arası uşaqlardır. Bu dönəmdə idrak proseslərindən biri olan təxəyyül yüksəkliyi uşaqlarda ətrafda olan informasiyaları fərqli və real qəbul etməsinə gətirib çıxarır. Heç də aqressiv saymadığımız ən sadə misal “Tom and Jerry” cizgi filmidir. Bu tip cizgi filmlərində sujet xəttinin olmaması, bir seriyada pişiyin yanması, birində 5 hissəyə bölünməsi, digərində isə elektrik keçirib qaralması gələn seriyalarda pişiyin tam sağlam olması təəssüf ki, azyaşlılara mənfi örnək olur.  Uşaqlarda “Məndə yansam, haradansa özümü atsam, uçsam heç nə olmaz” məntiqini formalaşdırır.
  • Valideynlər arasında iş bölgüsünün düzgün paylanmaması faktoru. Mükəmməliyyətçi ailələrdə böyüyən bizlər qurduğumuz ailədə də mükəmməliyyətçi təfəkkürünü davam etdiririk. Xüsusəndə evin xanımı həyat yoldaşını evə pul qazanıb gətirməkdən savayı hər bir məsuliyyətdən uzaq tutur. Bu çox vaxt təbii şəkildə baş verir. Kişinin bazardan aldığı ərzağın qiyməti, keyfiyyəti ilə razılaşmayan qadın bazarlığı özü etməyə başlayır, kişi zamanla buna alışır və bu vəziyyət ona daha rahat gəlir. Nəsə alıb evdə müzakirə mövzusu olmaqdansa qadının alması daha münasib görülür. Zamanla əksər məsuliyyətləri öz üzərinə götürən xanım (uşaq tərbiyəsi, komunal xərclər, ev alış-verişi) bütün günü gərgin iş rejmində olur. Və nəticədə onun uşaqlara ayıracaq zamanı kiçilməyə başlayır. Çox zaman bu tip xanımlar 40 yaşında sonra  nevrozla rastlaşılırlar.
  • Biznes faktoru. Dünya ölkələrində təhlükəsizliklə bağlı qısa metrajlı film və ya animasiyalı video çarxların çəkilməsi bu istiqamətdə təbliğatın aparılması çox böyük tövhə verir. Belə video roliklərin çox da qazanc gətirməməsi video çarxların və ya verilişlərin azlığına, hətta yoxluğuna gətirib çıxarır.  Əslində bu tip verilişlər olmalı və bu verilişlərdə yol hərəkəti qaydalarının pozulması zamanı yarana biləcək qəza hadisəsi animasiya şəklində yayımlandığı kimi, qaz sobasının üzərində isti tavanın hansı istiqamətdə qoyulmasından tutmuş, pəncərənin yaxınlığında üzərinə çıxılması mümkün olmayan hansı əşyaların qoyulmasına qədər hər şey izah olunmalıdır.

  Sonda isə onu qeyd etmək istərdim ki, hadisə baş verəndən sonra onun həll yollarını araşdırmaqdansa, bu cür bədbəxt hadisələrdən qorunmaq, ondan sığortalanmaq üzərində daha çox düşünmək lazımdı. Bu ki, heç zaman gec deyil. Sonda bir Allahdan “heç bir valideyni övladı ilə imtahana çəkməməsini” diləyərdim.

 

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri,

 baş psixoloq Narınc Rüstəmova

Go Back

Azərbaycanın 8 hərbçisi şəhid olub, onlardan ikisinin adı açıqlanıb

APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.

Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

 

Go Back

Şəhid olmuş əsgərimizin son statusu: "Ağlama, sevgilim"

Rayonun Vladimirovka kənd sakini 1995-ci il təvəllüdlü İbrahimov Elnur Mühəddin oğlu erməni gülləsinə tuş gəlib. Faktxəbər-in məlumatına görə, şəhid Elnur İbrahimov bu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdı. Onun sosial şəbəkədə son statusu isə belə olub:

"Ağlama, sevgilim, islatma yaylıq,

Mən əsgər gedirəm 18 aylıq"!

O, sonuncü dəfə 3 gün bundan əvvəl sosial şəbəkədə olub.

Milli.Az 

 

Go Back

Serialdakı aşk gerçək oldu

Rəşad "Çalıquşu" serialında birlikdə baş rolları oynayan Fahriye Evcen və Burak Özçivit Marmara tətilə çıxdılar. 

Seriallarda baş rolları paylaşan Fahriye Evcen və Burak Özçivitin aşk yaşadığı iddia edilir. Posta qəzetinin məlumatına görə, onlar həqiqətən də bir-birinə aşiq olub və Marmarada birgə tətilə çıxıblar.  

 

 

Go Back

Yetkinlik yaşına çatmayanların dəhşətli abort statistikası

Azərbaycanda hamiləliklərin abortla başa çatmasının yeni statistikası açıqlanıb.

Tibb.az saytının məlumatına görə, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova bildirib ki, son statistikaya görə, 20 yaşa qədər olan qadınların 13 faizinin, 20-24 yaşlıların 28 faizinin, 25-34 yaş arasındakıların 58 faizinin, 35-44 yaşlıların isə 75 faizinin hamiləlikləri abortla başa çatır.


2011-ci ildə Azərbaycan üzrə yeniyetmələr arasında abort etdirənlərin sayı 1204 nəfər olub. Onlardan 135 nəfəri 15-17 yaş arasında, 1069 nəfəri isə 18-19 yaşlı olub.


Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş üçün 2,9 faiz, 15-17 yaşlılar üçün 0,6 faiz, 18-19 yaşlılar üçün isə 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti abortlar - 40.9 faiz, uşaqsalma 6 faiz və ölü doğuş isə 0.4 faiz olub.


L. Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 500 olubsa, 2012-ci ildə bu göstərici 31 000 olub. Statistikada əsas diqqəti çəkən isə yetkinlik yaşına çatmayanların, yəni 15-17 yaş arasında olanlardan 135 nəfərin abort olunmasıdır.


“Bu, elə böyük rəqəm deyil, amma...”


“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, 135 rəqəmi yalnız rəsmən qeydə alınmış abortların sayıdır: “Elə UNİCEF-in hesabatında Azərbaycanda 5 min erkən nikah faktının qeydə alındığı bildirilib. Erkən nikahlardakı abort ayrıca araşdırmaya ehtiyac olan məsələdir".


Ekspert bildirib ki, zorlanmadan sonra aborta müraciət edənlər də olur: "Üçüncü kateqoriya seks xidməti göstərən gənc xanımlardır ki, onların da aborta müraciət etməsi barədə kifayət qədər fakt var. Hesab edirəm ki, erkən seksual münasibətlərdən yaranan abortlar bu siyahıda üstünlük təşkil edir. 135 nəfər isə elə böyük rəqəm deyil, amma bunun hansı hədəf qruplarından olması araşdırılmalıdır".


“Polisə məlumat verilir”


7 saylı qadın məsləhətxanasının baş həkimi Südabə İsmayılova deyir ki, onlara müraciət edənlər arasında yetkinlik yaşına çatmayanlar nadir hallarda olur, bu isə qadının orqanizmi ilə bağlı məsələdir. Yəni bu məsələdə qeyri-adilik axtarmaq lazım deyil: “Ola bilər, səhhətində hansısa problemi var, buna görə abort məcburiyyəti yaranır. Ekstrogenetal xəstəlik, sosial problemlər üzündən də abort etdirənlər az deyil. Nikah yaşına çatmayanlar arasında hamiləlik təsadüfi hadisə sayılmamalıdır. Elə olur ki, toy edirlər, amma gənclərin yaşı qanunvericiliyə uyğun olduqdan sonra münasibət rəsmiləşdirilir”.


S. İsmayılova belə olanda nikah yaşına çatmayan qadınların hamilə qalmasını və ya abort etdirməsini normal hesab edir: “Belə abortlarda vətəndaş nikahında olanları da nəzərə almaq lazımdır”.


Baş həkim bu məsələdə psixoloji məqamları da nəzərə almağı vacib sayır: “Yəni bu qadınların yaşının az olması o demək deyil ki, onlar hamısı təsadüfi cinsi əlaqədən hamilə qalıblar. Məsələn, yetkinlik yaşına çatmayıb ana olmağa hazırlaşanları çox vaxt anası, qaynanası, qohumu gətirir. Çünki onların icazəsi lazımdı. Bu çox ciddi məsələdir, sonrakı məsuliyyəti var.Yetkinlik yaşına çatmayan pasientlər haqqında isə polis orqanlarına müraciət edilir, sonrakı mərhələ ilə məsləhətxananın hüquqşünası məşğul olur”.

Cinayət var, cəza yoxdur

5 saylı hüquq məsləhətxanasının hüquqşünası Səfa Məmmədova deyir ki, istər ailə qurmuş olsun, istərsə də təsadüfi cinsi əlaqə, fərqi yoxdur, hər bir halda yetkinlik yaşına çatmayanla cinsi əlaqəyə girən şəxs cinayət məsuliyyəti daşıyır: “Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan və ya seksual xarakterli digər hərəkətlər edən şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.


Son vaxtlar belə hadisələrin çoxalması səbəbindən həmin maddənin birinci və ikinci bəndinə dəyişiklik edilməsi, cəzanın sərtləşdirilməsi nəzərdə tutulur. Hüquqşünas deyir ki, dəyişikliyə əsasən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə, yaxud zor tətbiqetmə hədəsi ilə, eləcə də zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.


Naibə QURBANOVA

tibb.az

 

Go Back

Stressə qalib gəlmək istəyirsiz?

Massaçusets Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən "Neumitra" və "Affectiva" startaplarının hazırladığı ələ taxılan datçiklər stressin müalicəsində yardımçı olacaq. Cihaz öz sahibinə fizioloji dəyişikliklər (məsələn, bədən temperaturun yüksəlməsi ) barədə məlumat  verir.

Alqoritmlər toplanılmış məlumatları strukturlaşdıraraq narahat vəziyyəti doğuran səbəbi aşkar etməyə imkan verəcək. Kiçik ekrana malik datçiklər qayış vasitəsilə biləyə bərkidilir.

Tədqiqatçıların qarşısında çətin tapşırıq qoyulub: onlar fiziologiyaya təsir edən stress hadisələrini müəyyənləşdirməlidir. Datçikin qiyməti 2 min dollardır, lakin 1-2 ildən sonra istehlakçılar üçün daha ucuz model istehsal edilə bilər.

 

 

Go Back

Səhər tezdən oyananlar daha xoşbəxtdir

Erkən yatıb, erkən yuxudan oyananlar digərlərindən fərqli olaraq, daha xoşbəxtdir.

Ailem.az-ın xəbərinə görə, araşdırmalar zamanı bu nəticə ortaya çıxıb. 17-38 yaş arasında 435, 59-79 yaş arasında 300 insanın yuxu vərdişləri və əhvalı  dəyərləndirilib. Nəticədə erkən yatıb, erkən yuxudan oyananların daha xoşbəxt olduğu, gec yatan və oyanmaqda çətinlik çəkənlərin isə 8 saat iş marafonuna güclə tab gətirdiyi ortaya çıxıb.

 

Yuxudan tez oyananların əhvallarıyla yanaşı, immunitet sistemi də güclü olur.

 

Mütəxəssislər əsasən, yaşlı insanlara tez oyanmağı məsləhət görür. Yuxudan tez oyananların daha sağlam olduğu araşdırma sayəsində bir daha açıqlanıb. 

 

 

 

Go Back

Uşaq torpaq yeyir

Uşaq çirkli daşları, sementi, ayaqqabının altını yalayır

Anaların çoxu körpənin 6-24 aylığında topaq yeməsi halları ilə rastlaşır. Torpaq yemək uşaqlarda instiktiv haldır. Torpaq rahat əldə ediliyi üçün dəmir əskikliyi olan uşaqlar şüursuz şəkildə torpağa əl atırlar. Bundan başqa uşaqlar çirkli daşları, sementi, yaxud ayaqqabılarının altına yalayırlar. Bu zaman uşaqlar öz əli ilə özünü bir neçə təhlükəli xəstəliyə mübtələ edə bilər. Bu hal adətən parazitlərin yaranmasına gətirib çıxarır.


ABŞ-ın kaliforniya Universitetinin tədqiqatlarına görə uşaqların torpaq yeməsinin əsas səbəbi uşaqlarda qan azlığının olmasıdır. Mütəxəssislər uşaqlarda qan azlığına əsas səbəb kimi dəmir çatışmamazlığını göstərirlər. Dəmir çatışmamazlığına səbəb isə normal qidalanmanın olmamasıdır. Uşaqlarda inkişaf zamanı dəmirə olan təlabat artır və bu təlabatı tərkibində dəmir olan qidalarla ödəmək mümkündür. Qanazlığının digər əlamətləri isə aşağıdakılardır:

  • halsızlıq
  • iştahsızlıq
  • rəngin solması
  • yorğunluq
  • iməkləmə və yeriməkdə gecikmə

Qanazlığının qarşısını almağın əsas yollarından biri körpənin ilk 6 ay ana südü ilə qidalanmasıdır. Müəyyən yaşdan sonra isə uşağa tərkibində dəmir olan ət, süd, yumurta, balıq, əncir və ərik qurusu, fındıq və qoz kimi qida məhsulları vermək lazımdır. Körpənizin torpaq yediyiniz müşahidə etsəniz, həkimə müraciət edin.

 

Go Back

Üz ağardıcı maskalar

Hidroqen peroksidi və kəsmik tərkibli ağardıcı maska: 
Maskalarda Hidrogen Peroksidi və kəsmiyin ahəngi əla ağardıcı təsir bəxş edir. Bu maskanın hazırlanması üçün 50 qram kəsmiyi (¼ kəsmik paçkası) yumurta sarısı ilə əzirik, 5 hidrogen peroksidi damcısı qatıb, qarışdırırıq. Maskanı üz və boyun nahiyəsinə çəkib, 16 dəqiqə ərzində saxlayırıq. Ağardıcı təsirdən başqa, dərinizi qidalandırmaq da istəyirsinizsə, maskaya 1 çay qaşığı bal əlavə edə bilərsiniz. 

 

Limon suyudan hazırlanan maska:
Limon suyunun istifadəsi ilə hazırlanan maskalar da dərini yaxşı ağardır. Məsələn, bal ilə limon suyunun qarışığından ibarət maska çox populyardır (50 qram bal və 5 damcı limon suyu) – bu maskanı hər səhər istifadə edirlər. Maskanı su ilə yuduqdan sonra dəriyə qidalandırıcı krem çəkilir.


Quru dəri sahibələrinin nəzərinə! Əgər Siz dərinizi ağartmaq üçün yuxarıda göstərilən maskalardan istifadə edirsinizsə, maskanın tərkibinə bir xörək qaşığı qatı qaymaq əlavə etməyi unutmayın. 

Go Back

Qatarın altına aparan depressiya

Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün metronun “Ulduz” stansiyasında qeydə alınıb.
25 yaşlı oğlan (kimliyi hələ məlum deyil) özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcili tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb. ( milli.az )

Onun sağ qolu amputasiya olunub.
Bakı Metropolitenindən də APA-ya bildirib ki, “Ulduz” stansiyasında bir nəfər özünü “Nərimanov” stansiyasından gələn qatarın altına atıb. Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb. Metropolitendən o da bildirilib ki, özünün qatarın altına atan şəxs xilas edilib.

 

Go Back

20 nəticə göstərilir