Düşüncə Jurnalı

header photo

Ç- Yuxu Yozumları

22-11-2013

ÇARIQ: Yuxuda çarıq görmək yaxşı tanıdığınız bir məkana səyahət edəcəyinizə işarədir. Vətənə də səfər ola bilər. Yuxuda çarığı öz ayağınıza geyinmisinizsə, böyük zərərlər görəcəksiniz. Yuxuda çarıq düzəltmək ətrafdakıların sizə hörmət edəcəyinə və böyük nüfuza işarədir. Əgər çarıq ayağınızdan düşürsə və sizə yeriməyə mane olursa, bu sizin həyatda risk etməyi sevmədiyinizə işarədir. Yuxuda çarıq almaq həyatda təcrübəsizliyinizə görə böyük xoşagəlməz hallar yaşayacağınıza işarədir.


ÇAXIR: Yuxuda çaxır içirsinizsə, bu sizə sevinc və dostluq əlaqələri vəd edir. Çaxırla dolu şüşəni sındırmaq böyük dəbdəbəyə, bolluğa işarədir. Çaxırı bir qabdan başqasına tökmək məşhur yerlərə səyahət və müxtəlif əyləncələrə işarədir. Gənc qadın üçün yuxuda çaxır içmək yaxşı əlamətdir, o, varlı və mərd, alicənab bir insana ərə gedəcək. Yuxuda çaxır şüşələri və çəlləkləri ilə dolu zirzəmiyə düşmək xoş hadisələrə işarədir.

ÇAY: İnsan yuxuda çaya düşübsə və ağzına su dolubsa,vacib şəxsə çevriləcək. İnsan yuxuda boğulursa, lakin sonda qurtulursa, həyatda varlanacaq. İnsan yuxuda çaya paltarla giribsə, bu, real həyatda möhkəm olacağına işarədir. Yuxuda suya düşmüsünüzsə və axına əks istiqamətdə üzmüsünüzsə, bu real həyatda düşməninin ona yardım edəcəyi və qulluq göstərəcəyinə işarədir. Coşqun, dalğalı suda üzmək məhkəmə davasına işarədir. Çayda çimmək itkilərə işarədir. Çayı keçmək xoşagəlməz hadisələrə işarədir. Yuxuda çaydan çıxmaq xoş xəbərlərə işarədir. Çayın üzərində bənd tikmək çətin məqamlara işarədir. Çayda tısbağa tutmaq qəm, kədər əlamətidir.İlan tutmaq zənginliyə işarədir. Balıq – ürəyinizdə olan arzuların yerinə yetəcəyinə işarədir.İnsan yuxuda çaydan gil daşıyırsa, həyatda ev tikəcəyinə işarədir. Çaya baş vurmaq o deməkdir ki, o, qəm-kədərdən uzaq olacaq.

Çay içmək: seçilmiş mühit; dərman çayı içmək – yüngül naxoşluq əlamətidir.


ÇİBAN, YARA: Yuxuda qanlı, irinli çiban görmək yaxın gələcəkdə sizi xoşagəlməz hadisələrin gözlədiyinə işarədir. Ola bilsin, bu xoşagəlməz hadisələrdən biri dostların qeyri-səmimiliyidir ki, sizə çox böyük narahatlıq verir. Yuxuda alnınızda çiban görmüsünüzsə, bu, yaxınlarınızdan birinin xəstəliyinə işarədir.

ÇILPAQLIQ: Yuxuda özünü çılpaq görmək qalmaqal və ümumiyyətlə, pis işlərə işarədir. Başqalarını çılpaq görmək o deməkdir ki, düşmənləriniz sizi doğru yoldan çəkindirməyə çalışırlar. Xəstəlik uğurunuza mane ola bilər. Yuxuda qəflətən özünüzü çılpaq görmüsünüzsə və onu örtməyə çalışırsınızsa, bu o deməkdir ki, alicənab hissləriniz haram buyrulmuş istəklərinizlə ziddiyyət təşkil edir. Qadın yuxuda çılpaq bədənindən zövq alırsa, bu onun kişilərin hörmətini qazanacağına, lakin əldə saxlaya bilməyəcəyinə işarədir. Yuxuda qadın kişilərin təmiz suda çılpaq çimdiyini görübsə, bu, onun çoxlu pərəstişkarının olacağıan işarədir. Su çirklidirsə, qısqanc pərəstişkar onun haqqında xoşagəlməz şayiələrə səbəb olacaq.

Özünü çılpaq görmək: şikəstliyə işarədir; başqalarını çılpaq görmək – həyəcansız yaşayacaqsınız; çılpaq gəzmək – hiyləgər qohumlarınızın olduğuna işarədir.

Yuxuda çılpaq olmaq: mühüm hadisədir.Tez-tez insanlar yuxuda çılpaq olduqlarını və ya yalnız alt paltarında olduqlarından danışırlar. Belə yuxular özümüzə kənardan özünəəminlik təəssüratı bağışlayan, əslində isə zəifliyimizi göstərən bir amildir.Bu, bizim ətrafdakılardan gizlətdiyimiz zəiflikdir. Yuxuda özünüzü çılpaq və ya alt paltarında görmək o deməkdir ki, siz özünüzə tamamilə çılpaq olduğunuz barədə hesabat verirsiniz, başqaları isə buna tamamilə sakit yanaşırlar. Siz öz çılpaqlığınıza reaksiya verməyə başlayanda ətrafdakılar da onu hiss edirlər. Şübhəsiz ki, belə yuxu eksqibisionist və seksual çalarlara və arzular, xəyalların icrasına işarə ola bilər.


ÇINQIL: Yuxuda çınqıl görmək səmərəsiz layihələr və işlərə işarədir. Əgər yuxuda palçıqla qarışıq çınqıl görmüsünüzsə, bu sizə uğursuzluq və mülkiyyət itkisinə işarədir.


ÇİYİN: Yuxuda lüt çiyinlər görmüsünüzsə, bu o deməkdir ki, xoşbəxt dəyişikliklər sizi dünyaya yenidən baxmağa məcbur edəcək. Yuxuda çiyinləriniz çox arıqdırsa, sümükləri çıxıbsa, həyatda başqa insanların şıltaqlığından asılı olacaqsınız.

ÇİYƏLƏK: Yuxuda çiyələk görmək uğur və sevinc əlamətidir. Siz istədiyiniz arzuya çatacaqsınız. Yuxuda çiyələk yemək qarşılıqlı sevgi əlamətidir. Yuxuda çiyələk alıb-satmaq bol məhsul və xoşbəxtlik sayılır.
Xoş və lətif yeməyə, gözəl paltara və buruklukla birlikdə sevincə dəlalət edər.
Yuxuda çiyələk yemək eşqdə xoşbəxt olunacağına işarədir, könül həyatınızda xoşbəxtliklər yaşayacaqsınız deməkdir.
Mövsümündə görülsə sevincdir. Amma çiyələk yetkin və gözəl rəngli olmalıdır. Çiyələk qopararaq yeyən qadının uşağı gözəl olar. Subay biri çiyələk qoparsa bir müddət sonra qisməti açılar.

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.