Düşüncə Jurnalı

header photo

Beynimizin hansı yarımkürəsi daha çox inkişaf edib?

İnsan beyni alimlər tərəfindən hələ də araşdırılır. Baxmayaraq ki, bu mövzu ətrafında tədqiqatlar 100 ildən çox davam edir, o, hələ də bir sirr kimi qalıb. Bu orqan ən vacib və mürəkkəb bir mexanizmdir. Beyin mərkəzi sinir sisteminin əsas bir hissəsidir.

Məlumdur ki, beyin iki böyük yarımkürədən ibarətdir. Bu yarımkürələrin eyni olmasına baxmayaraq onlar fərqli funksiyalar yerinə yetirir. Solyarımkürə nitqə,analiz etmə qabiliyyətinə, məntiqə cavabdehdir. Sağyarımkürə isə emosiyalar, intuisiya, incəsənət və məkan təfəkkürünü yönləndirir. Sağyarımkürə zədələnən zaman bədənin sol tərəfi iflic olur. Solyarımkürə zədələnəndə isə sağ tərəf iflic vəziyyətinə düşür.

Solyarımkürə rəqəmlər və riyaziyyatla bağlı olan bacarıqlara cavabdehdir. Həmçinin sol tərəfi inkişaf etmiş insanlar sözləri birmənalı qəbul edirlər və informasiyanı mərhələlərlə təhlil etməyə üstünlük verirlər. Sağ əlimizi qaldırdığımız zaman solyarımkürə onu idarə edir, sol əlimizi qaldırdığımız zaman isə sağ tərəf bizi idarə edir.

Obrazlar və simvollarla alınan informasiyanı da sağyarımkürə təhlil edir. Musiqini duymağa isə bizə beynin sol tərəfi yardım edir. Xəyal qurub fantaziya etməkdə, inşa yazmaqda, maraqlı fikirlər söyləməkdə sağyarımkürə böyuk rol oynayır. Dini inanclar və mistikaya aid marağımıza da sağ tərəf cavabdehdir. Simaları tanıyıb yadda saxlamağa da sağyarımkürə yardım edir.

İnsan beyni alimlər tərəfindən hələ də araşdırılır. Baxmayaraq ki, bu mövzu ətrafında tədqiqatlar 100 ildən çox davam edir, o, hələ də bir sirr kimi qalıb. Bu orqan ən vacib və mürəkkəb bir mexanizmdir. Beyin mərkəzi sinir sisteminin əsas bir hissəsidir.

Gəlin araşdıraq solyarımkürəsi inkişaf etmiş insan sağyarımkürəsi inkişaf etmiş insandan nə ilə fərqlənir?

Yuxarıda qeyd etdiymiz kimi fizioloji olaraq sağyarımkürə bədənin sol tərəfini yönləndirir, sol tərəf isə bədənin sağ tərəfinə nəzarət edir. Sağyarımkürəni daha çox istifadə edən insanlar özləri qərar verir. Bu cür insanlar daxili rahatlığa üstünlük verirlər. İnstiktiv olaraq bir çox hadisələrin ola biləcəyini əvvəlcədən hiss edirlər. Bu insanlar qərarlarını qəbul etdikdə emosiyalara, fantaziyalara daha çox üstünlük verirlər. Özlərini necə varsa elə də qəbul edirlər.

Solyarımkürəni daha çox istifadə edən insanlar qaydalarla yaşamağı üstün tuturlar. Onlar detallara daha çox nəzər salırlar. Demək olar ki, həyatlarını şablonlar üzərində qururlar. Digər insanların qəbul etdiyi fkirlər və qaydalar onlar üçün çox vacibdir. Bu tip insanlar özlərini deyil, başqalarını dinləməyi üstün tuturlar. Solyarımkürəsini daha çox istifadə edən insanlar kütlə içində özlərini rahat hiss edirlər.

Bəzi insanlarda belə bir fikir formalaşır ki, bir yarımkürə digərindən üstün ya da əskikdir. Bu belə deyil, çünki insan hər iki tərəfi də inkişaf etdirib faydalana bilər.

Təsəvvür edin ki, iki insan kinoteatra, film izləməyə gediblər. Onlardan biri sağyarımkürəni istifadə edir, digəri isə solyarımkürəni. Film bitdikdən sonra onlar fərqli bir vəziyyətdə salonu tərk edirlər. Solyarımkürəsini inkişaf edən izləyici detalları, filmin tərtibatı, aktyorların bacarığını müzakirə edəcək, sağyarımkürəni istifadə edən izləyici isə müsbət əhval ruhiyə ilə filmdəki emosional anlardan söhbət edəcək.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)nin psixoloqu Zülfiyyə Yaqubova

 

 

 

 

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.