Düşüncə Jurnalı

header photo

ORXAN Fərəclinin ən son yazdığı məqalə

Epilepsiya tutması keçirən şəxsə yardım

Əhali arasında daha çox ”Dil qatlanması”, “Qıcolma” kimi tanınan epilepsiya əksər hallarda cəngolma tutmaları və düşüncənin itməsi ilə müşahidə olunan xəstəlikdir. Tutma zamanı şəxsin hərəkətləri qeyri – iradi olduğundan ətrafındakı əşyalara toxunma riski artır. Xəstəni hərəkət etdirmədən ətrafdakı əşyaları götürmək və araya yumşaq paltarlar qoyaraq yaralanmasının qarşısını almaq lazımdır. Tutma zamanı tez-tez təkrarlanan səhvlərdən biri də xəstənin ağzını açmaq və dilinin geri qatlanmasının qarşısını almağa çalışmaqdır. Belə ki, xəstənin ağzına qaşıq və bu kimi bənzər əşyaları salmaq qətiyyən olmaz. Bu gərəksiz davranışdır və tutmanın keçməsinə heç bir köməyi yoxdur. Epilepsiya tutması zama…

Read more

Antidepressantlar asılılıq yaradırmı?

Əhali arasında antidepressantlar haqqında bəzi səhv fikirlər yayılıb. Bu səbəbdən də antidepressant dərmanlar haqqında bir sıra nüansları qeyd edirik:

- Antidepressant dərmanlar insanda süni bir xöşbəxtlik yaratmır. Tam tərsinə beyində pozulmuş müvazinatı yenidən bərpa edir. Bu dərmanlar sağlam insanlara təsir etmir.

- Antidepressant dərmanların təsiri gec başlayır (2-4  həftə), hərdən dərman qəbul etməklə depressiya sağalmaz.

- Antidepressantların qəbulunu həkim nəzarəti olmadan qəfildən kəsmək olmaz. Sağlamlığınızı əldə etsəniz belə, dərmanı 6 aydan tez kəsmək olmaz.

- Antidepressant dərmanlar asılı…

Read more

Kişilərdə erkən boşalma

 

Aktiv cinsi həyat yaşayan kişilərin böyük əksəriyyətinin tez-tez rastlaşdığı erkən boşalma günümüzün reallığında heç bir dərman istifadə etmədən, yalnız psixoterapevtik metodlar vasitəsi ilə 90-95 faiz tam aradan qalxan problemdir.


Erkən boşalma nədir?

Cinsi əlaqənin qadının, eləcə də kişinin həzz almasına imkan verməyəcək dərəcədə tez bitməsi erkən boşalma adlanır. Müasir tibbdə erkən boşalmaya xəstəlikdən daha çox bir adaptasiya problemi olaraq baxılır. Yəni ailələrin bu problemi yaşamalarına səbəb xəstəlikdən daha çox cinsi həyatlarına uyğunlaşa bilməmək, onu idarə edə bilməməkdir.

Niyə tez boşalma ol…

Read more

Panik atak

Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır. Xəstə 10 dəqiqə müddətində öləcəyini, infarkt keçirəcəyini və ya özünə nəzarəti itirərək yıxılacağını düşünür. Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna baxmayaraq, xəstə tutmadan sonra çox halsız və ümidsiz olur. Bu səbəbdən də evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir adamın olmağını istəyir. Eləcə də tez-tez müxtəlif həkimlərə gedərək …

Ətraflı

Sosial Fobiya

İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar.
Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən pis qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir.
Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, sosial fobiya adi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən …

Read more

Yuxusuzluğa klinik yanaşma

Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu, panik atak kimi xəstəliklərlə yanaşı ikincili olaraq rast gəlinir.
Yuxu pozuntuları özünü bir çox formalarda göstərir. Daha tez-tez rast gəldiyimiz yuxuya getmədə çətinliklər və yuxunun keyfiyyətinin aşağı olmasıdır. Bunlardan başqa yuxuda qorxu sindromu, qorxulu yuxular, narahat ayaq sindromu, yuxu apnoyesi (tənəffüsün ani dayanması - daha çox xoruldayan insanlarda olur) kimi yuxu parasomniyaları məlumdur.
İnsomnia diaqnozunun qoyulması üçün xəstədən ətraflı məlumat toplanmalıdır. Belə ki, yaxın qohumlarda belə bir problemin olub-olmamasından tutmuş bu problemin nə v…

Read more

Heç bir şey olmadığı halda özünüzü xəstə hiss edirsiniz?

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və bu insanlara daim ölüm qorxusu hakim kəsilir...

Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirmələrinə baxmayaraq belə adamlar yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər. Bu x…

Read more

Obssesiv - Kompulsiv pozuntu

 

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər.

Obssesiv əlamətlərin ən ço…

Ətraflı