Düşüncə Jurnalı

header photo

QADIN PSİXOLOGİYASI

Qadınlar kişilərdə ilk nəyə diqqət edər?

“Mənim üçün əsas xasiyyətdir”.-Qadınlar kişilər haqda danışanda çox vaxt bu şablon ifadəni işlədirlər.
Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib. Amma etiraf etməliyik ki, bizə yoldaşlıq edən insanı seçəndə xarakter önəmlidir. Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir. Həm vacibdir, həm də ki, çətin.…

Ətraflı

Kişilərin cavab tapmadığı sual: qadın nə istəyir?

Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü. Bəs nəyə görə kişilər qadınların çətin xaraketli olduğunu və nə istədiklərini bilmədiklərini düşünürlər? Ziqmund Freydin belə bir deyimi var: “30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”

Maraqlıdır, kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək doğ…

Ətraflı

Niyə istifadə etmədiyimiz geyimləri alırıq?

Yəqin ki, hər birinizin şkafında mağazadan evə gətirdiyi, lakin bir dəfə belə geymədiyi geyim var. Təəssüflər olsun ki, bir çoxumuz sözün əsl mənasında bizə lazım olmayan əşyaları, yaxud geyimləri almağa meyilliyik. Bu geyimləri geyməməyimizin bir çox səbəbi ola bilər. Ölçüsü artıq sizə uyğun gəlmir, dəbdən düşüb və yaxud sevmədiyiniz rəngdədir. Əslində, səbəb elə də maraqlı deyil. Əsas olan odur ki, o artıq qarderobumuzda lazımsız şəkildə mö…

Ətraflı

40 yaş sindromu

Qəbul etmək istəsələr də, istəməsələr də 35-45 yaş arasında qadınlar “40 yaş sindromu”nu yaşayırlar. Bu yaşlarda indiyə qədər etdikləri və edə bilmədiklərini gözdən keçirib peşmanlıq hissi duyurlar.

Xarici görünüşlərindən narahat olmağa başlayırlar. Bəyənilməmə qorxusu yaşayırlar. Görünüşləriylə bağlı dəyişikliklər etmək istəyirlər. Bu istək həyat yoldaşları tərəfindən razılıqla qarşılanarsa bir müddət ra…

Ətraflı

Qadınlar nə demək istəyir?

Heç bir şey hərəkət və jestləri yaxından müşahidə etməyin yerini tuta bilməz. Bunun səbəbi bədən dilinin gücü və mənasındadır. Normal zəkaya və biliyə malik olan hər insanın özünü inkişaf etdirmək üçün bədən dilini öyrənəsi vacibdir. Qarşınızda olan bütün insanların bədən dilini öyrənmək çox vacibdir, xüsusi olaraqda kişilər qadınlarla münasibətdə bədən dilinin ötürdüyü məlumatları oldğu kimi qəbul edə bilsələr gələcək münasibətlərində daha y…

Ətraflı

Sevgi hormonları

Sevgi 5 hormonun təsirindən yaranır. Bu hormonları yaratmaqla istənilən insanın sevgisinə nail olmaq olar.

Sevginin və hormonların sirlərini açıqlayan terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, sevgi orqanizmdə gedən hormonal prosesdir. «Sevgidə əsas 5 hormon iştirak edir: dofamin, serotonin, adrenalin, oksitosin, vazopressin. Bunlardan əlavə, hormon və maddələr də sevgi hissi ilə müşayiət olunur».

H.…

Ətraflı

BOŞANAN QADINLARIN SOSİAL PROBLEMLƏRİ

Boşandıqdan sonra fərdin sosial münasibətlərində ciddi dəyişikliklər olur. Bunlar, ətrafın ,dostların və ailə üzvlərinin davranıslarında hiss olunur. Qadınlar bu vəziyyətdən kişilərə nisbətən daha çox təsirlənir. Digər tərəfdən, boşanmış qadın və kişilər üçün də ailə üzvləri və qohumlar dəstək olduqları qədər stress və gərginlik qaynağı da ola bilər. Xüsusilə bu hal sosial-iqtisadi vəziyyəti aşağı ailələr üçün keçərlidir. Bu yerdə boşanmış qa…

Ətraflı

Ən təhlükəli qeybətcil tiplər

Bir araya gəldiklərində onları kimsə tuta bilməz. Ancaq komanda yoldaşları yanında ikən güclüdürlər; ovlarını dərhal müəyyən edir və hədəflərinə doğru ağır-ağır yaxınlaşırlar. 

Qrupun qalanını çəkə bilməyən yapışıq əkiz qrupu
Bu iki qız hər zaman birlikdə gəlir kollektiv dostlar görüşlərinə. Diqqət edin, ümumiyyətlə də birlikdə qalxarlar. Əvvəlcədən kimə necə yüklənəcəklərinin planını edirlər, …

Ətraflı

“Bütün işlərini çatdıran” qadınlar

Xəstəliklər, depressiyalar və psixoloji problemlərlə əlaqəli fövqəladə halları nəzərə almasaq, ümumilikdə bütün qadınlar bütün işləri eyni cür çatdırır. Çünki, istəsək də, istəməsək də, sutkada cəmi 24 saat var. Bir insan real olaraq müstəqil şəkildə həm uğurlu karyera qura, pul qazana, təsərrüfat apara, uşaqlarını təlim və tərbiyə edə, yaradıcılıqla məşğul ola və həm də ictima layihələrdə iştirak edə bilməz. …

Ətraflı

Qadınlar "mən kişiyəm" ilə başlayan bütün cümlələrə nifrət edir

 Qadınlar "mən kişiyəm" ilə başlayan bütün cümlələrə nifrət edirlər. Kişi olmağınız,qadın-kişi münasibətində daha azad və sərbəst olacağınız mənasına gəlmir. Bu həqiqəti bilə-bilə belə davranmağınız, qadınları bu münasibətdən-sizdən soyudacaq.

1. Qadınların xoşuna gəlir ki, kişiləri onlara sahib çıxsın, ancaq həddindən artıq qısqanc rəftar olanda ona inanmadığınızı düşünürlər. Ən yaxşısı o inc…

Read more

Hamiləlik psixologiyası

Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da, olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, buna hamiləlik psixologiyası deyilir.
Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərlə yanaşı bir də psixoloji dəyişikliklər …

Ətraflı

Qadınlar niyə bir-birlərini qısqanırlar?

 
Qadın qadının həm ən yaxın dostu, həm də rəqibidir. Qadınların bir-birinə qarşı içdən içə kin bəsləməklə səbəbi hələ də müəmmənalıdır. Sosial əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə "ümid edirəm qarşıma kişi çıxar" deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik...…

Ətraflı

Qadın pula çatanda

 

İndiki cəmiyyətimizdə əsrlər boyu mövcud olan vəziyyətdən tamamilə fərqli bir konsepsiya formalaşıb. Qadınlar bir çox sahələrdə çalışır, yaxşı pul qazanırlar. Bəzi ailələrdə ailə büdcəsinin əsasını qadınların gəliri təşkil edir. Belə vəziyyət əksər kişilərdə bir sıra psixoloji xarakterli problemlərin yaranmasına səbəb olur. Onu da qeyd edək ki, qadınlar da heç də ürək açan vəziyyətdə olmur. Çünki onun öhdəsində olan ev işlərinin üstünə …

Ətraflı

Gənc qız psixologiyasına ailə dəstəyi

Hər bir fərd var olmaq və özünü ifadə etmək istəyər. Özünü ifadə edə bilməyən fərdlərdə özünə qapanma halları baş verir. Gənc qızın təhsilində edilə biləcək ən böyük səhv duyğularının gizlədilməsi və ailə tərəfindən heç sayılmasıdır. Etdiyi səhvlərə görə ailə tərəfindən alçaldılması ünsiyyət kanallarını bağlanmasına və mənfi mühitə yönəlməsinin sürətlənməsinə səbəb olacaq. Gənc qızların mütəxəssislərlə söhbətlərinin çoxunda valideynləri ilə ü…

Ətraflı

Mənfi hisslər hansı orqanlara ziyan vurur?

Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Əsəb və qaraciyər Həkimin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir: “Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi…

Ətraflı

Sevgi, qadın və kişi psixologiyası

 

Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlı…

Ətraflı

Sürətli arıqladıqda bədəndə nələr baş verir? - ZƏRƏRLƏRİ

Səhər-səhər kibrit qutusu ölçüsündə pendir, kilometrlərlə qaçış, günorta yağsız salat, saatlarla idman, axşam heç bir şey yemədən yenidən qaçış... 

Bu cür proqram çox qısa zamanda sizi arıqlada bilər. Bəs sonra? Nəzərə alın ki, arıqlayan zaman ruh və bədən sağlamlığına diqqət etmək lazımdır. Ailə.lent.az qidalanma və pəhriz məsləhətlərini təqdim edir. 

Sağlam arıqlamağın sirri ma…

Read more

"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi

Cəmiyyətdə “təhlükəli qadın” adlandırılan xüsusi qadınlar var. Bəs onların belə adlandırılmasının səbəbi nədir? Təhlükəli olmalarının arxasında hansı səbəblər yatır? Gəlin, bu mükəmməl qadınların ən vacib 10 xüsusiyyətini birlikdə nəzərdən keçirək.

1. Ürəkləri istədiyi kimi geyinirlər

Onların qarderobları müxtəliflik üzərində qurulub. Hiss etdikləri kimi geyinməyi sevirlər və ətraf…

Ətraflı

XANIMLARIN ƏZİYYƏT ÇƏKDİYİ PSİXOLOJİ SİNDROMLAR

Psixologiyada, məşhur əsərlərdən götürülmüş, əsas qadın qəhrəmanlara aid olan sindromlar.

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbətdəki, romantizm – sevgidir.  Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heçdə insana asan başa gəlmir; əksinə, ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özün…

Read more

Ailələrin kabusu - VAGİNİZİM

Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır.  Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq.

Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris  qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığı…

Ətraflı

Qadın əsla unutmaz

Bir qadın əsla unutmaz... Əgər aldadıldığı halda münasibəti davam etdirirsə, bu unutuğu üçün deyil, bağışladığı üçündür, ya da qorxu və narahatlığa görədir. Qorxu və narahatlıqla davam etdirilən münasibət əsla gerçək bir münasibət ola bilməz. Sadəcə rəsmi bir evlilik olaraq davam edər. Əslində təməl sualımız evli qalmaq, ya da boşanmaq deyil, hər iki tərəf üçün də mənalı, sağlam, gözəl bir münasibəti davam etdirməkdir. Günümüzdə bir çox evlik…

Ətraflı

Xəyanətlə qarşı-qarşıyasınızsa.... Tələsməyin

 
Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin.

1. Hər şeydən əvvəl, çal…

Ətraflı

Qadınların evlilikdən qorxmasının səbəbi

Bağlanmaq qorxusu münasibətdə qadın və kişini narahat edən əsas məsələlərdəndir. Bunu uzun münasibət, yaxud da evlənmək qorxusu da adlandıra bilərik. Psixoloq Larissa Varol bağlanmaq qorxusunun səbələrini aşağıdakı kimi sıralayıb:

1.Tərəflərin azadlıqlarını itirəcəklərindən qorxmaları.
2.Tək güllə bahar olmaz prinsipi. Başqa dillə desək, yalnız bir nəfərlə münasibətdə olmaqdan, cinsi həyatın mono…

Ətraflı

Qadın ailədə hər şeyi sezir

Sədaqətsizlik ailədə xərçəng xəstəliyi kimidir. Bədəndə hüceyrələrarası münasibətlərin pozulması ilə xərçəng xəstəliyi əmələ gəldiyi kimi, ailədə də sədaqətsizlik göründümü, demək münasibətlərdə eyni xəstəlik yaranıb. 

Bədəndəki xərçəng xəstəliyi özünü ağrılarla büruzə verdiyi kimi, ailə münasibətlərində də analoji hal ər-arvad tərəfindən o andaca hiss edilir. Xüsusilə də, qadınlar bu məsələd…

Ətraflı

Qadın şüurunun 5 səviyyəsi

1-ci səviyyə: Bədən

Hər bir qadını ilk onun xarici görünüşü narahat edir. Hər zaman düşünür ki, görəsən necə görünürəm, yaşlı yoxsa cavan? Geyimim necədir? Çəkim artıqdır, yoxsa normal? Ətrafdıkı qadınlardan pis, yoxşa yaxşı görünürəm?

Bu fkirlərlə yaşayan qadın hər şeydən və hər kəsdən qaçmağa çalışır. Ona elə gəlir ki, xoşbəxttlik xarici görünüşdə, ideal bədən fiqurası və geyim tərzindədir. G…

Ətraflı

Atılmış qız sindromu

"Sən mənə daha lazım deyilsən!”

Onun səsinə, iyinə, nəfəsinə, sığalına elə öyrəşmişdin. Düşünürdün ki, onun üçün çox vacibsən və heç vaxt ayrılmayacaqsız. Amma bir gün səbəbini demədən belə, səni atdı. Bu halla qızların çoxu rastlaşır. Onlar atılmış qız sindromunu yaşayırlar. Bəziləri ürəyini, bəziləri isə özünü öldürür.

Oğlan qızı niyə atır?

Psixiatr Elşən Musta…

Ətraflı

Bunu bacaran qadınlar var-dövləti və sevgini evə çağırırlar

Kim var-dövlətli olmaq istəmir ki?! Bəs, biz qadınlar var-dövləti, sevgini, xoşbəxtliyi dırnaqları düzgün rəngləməklə həyatımıza necə cəlb edə bilərik?

Xanımlar yaxşı bilirlər ki, hazırda iki rəngli manikür çox dəbdədir. Amma yəqin ki, bununla həm də həyatınızı yaxşılığa doğru dəyişə biləcəyinizi çoxlarınız bilmirdiniz. Bəli, bu, belədir! Amma bir şərtlə ki, dırnaqlarınızı fen-şunun prinsiplərinə uyğun rəngləməlisin…

Read more

Qadınlar üçün psixoloji məsləhətlər

Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.

Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.

Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək siz…

Ətraflı

Niyə qadın dostluğu azömürlüdür?

Kişilərdə və qadınlarda dostluq haqqında anlayışlar çox oxşardır, amma nədənsə kişi dostluğu illərlə davam edə bilər, amma qadın çox sürətli bitir. Nə üçün rəfiqə qadına lazımdır? Bircinsiyyətli dostluqdan qadınlar nə gözləyirlər?

Hər şeydən əvvəl, dostluq etibara əsaslanır, dinləmək və dəstəkləmək bacarığına, çətin dəqiqəyə öz çiyinini qoymaq və birgə müvəffəqiyyətlərə sevinmək bacarığı. Çox tez-tez dostlu…

Ətraflı

Xoşbəxt qadının 8 əlaməti

Əksəriyyətimiz həmişə gülərüz, günəş kimi parlaq, nurlu xanımlara gündəlik həyatımızda rast gəlirik. Bir çox suallar doğur. Onların belə gözəl görünməsinə səbəb nədir? Genin təsiri? Problemsiz həyat? Gözəllik salonlarının təsiri? və s.

1. Qadınlar ailələrinə, evlərinə, uşaqlarına pul xərcləyib ehtiyacları ödəməyi sevirlər. Amma özlərinə növbə çatanda bir az xəsislik edirlər. Amma hərdən siz də ərköyünlük…

Ətraflı

Qadınlar da səhv edir

Söz ustalarımız, şairlərimiz qadını yüksəltmiş, onu fələklərin Fövqünə qaldırmışlar, özlərini isə günahkar bəndələr səviyyəsində aşağı tutmuşlar.

Ol pərivəş kim məlahət mülkünün sultanıdır,
Hökm onun hökmüdürür, fərman onun fərmanıdır! 
— deyən Füzuli xanımları «məlahət mülkünün sultanı» adlandırır. Sultanların hökmünü təhlil yox, icra edərlər. Amma bəzən bu hökmlərdə səhvlər də olur.…

Ətraflı

Qadınların kişilərdən öyrənməli olduğu bəzi şeylər

Aydındır ki, qadınlar və kişilər özlərinə məxsus unikal keyfiyyətlərə malikdirlər. Kişilər fiziki qüvvə, alicənablıq və qürur, qadınlar isə gözəllik və nəzakət varlıqlarıdırlar. 
Buna baxmayaraq, qadınlara nisbətən kişilərin daha yaxşı mənimsədiyi bir sıra keyfiyyətlər var :

Emosiyaları idarə etməyi bacarmaq
Qadınlar hər zaman məsələləri dramatikləşdirməyə meyillidirlər. Bu aydındır ki,qadınlar həssa…

Read more

Qadınlar nə istəyir

Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü.
Bəs nəyə görə kişilər qadınların çətin xaraketli və nə istədiklərini bilmədiklərini düşünürlər?! Ziqmund Freydin belə bir deyimi var: " 30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”
Maraqlıdır. Kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək bu qədər mi çə…

Ətraflı

Qadın tipləri

Vampir qadın
Bu tip qadınlar kişiləri cəzb etsə də, heç bir kişini həqiqətən sevmir. Vampir qadın ona vurulan kişilərin əzablarına baxmaqdan zövq alır. Belə qadın tiplərinə tarixi şəxsiyyətlərdən Kleopatranı misal göstərmək olar. Bəzi məlumatlara görə, Kleopatra onunla bir gün olsa belə, sevgi yaşamaq istəyən kişilərdən həyatını qurban verməyi tələb edirdi.
Qeyd edək ki, kişilərin əksəriyyəti nəd…

Ətraflı

Saç rənginə görə qadın xarakteri

İnsanları üz quruluşundan tanımaq mümkün olduğu kimi saç rəngindən də çox şey öyrənmək olar.

Saç rənginə görə qadın xarakteri haqqında maraqlı məlumatları təqdim edirik:

Tünd rəngli saçlar

Tünd saç rəngli qadınlar (bura qara və şabalıdı saçlar daxildir) həm quruluş, həm də xüsusiyyətlərinə görə sarışınlardan çox fərqlənir. Onlar ailəsinə bağlı, lakin bir az tənbəldirlər. Sarışınlarla müqayisədə qaraşınlar daha səbirl…

Ətraflı

Qadınlar nə vaxt yalan danışa bilmir?

Qadınlar oturan vəziyyətdə və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışa bilirlər. Bunu belçikalı alimlər müəyyənləşdiriblər.

Professor Bruno Verçuerin rəhbərliyilə aparılan tədqiqat nəticəsində məlum olub ki, qadınlar ayaq üstə və oturaq vəziyyətdə rahatlıqla yalan danışa bilir. Ancaq uzanan vəziyyətdə yalan danışa bilmirlər. Əgər qadın uzanıbsa, bu halda yalan danışmaqda çətinlik hiss edir. 123 qadının arasında aparıla…

Ətraflı

Dünyanın ən varlı qadınlarından məsləhətlər

Dünyanın ən bacarıqlı iş qadınları karyerada uğur qazanmağın sirlərini açıqlayıb. İş həyatının qadın üçün ağır olduğunu düşünürsünüzsə, dünyanın ən nüfuzlu şirkətlərində çalışan iş qadınlarının məsləhətlərini nəzərə alın və əməl edin. Dünyanın ən varlı qadınlarının məsləhətlərini təqdim edirik:

Yuxudan tez durun

“Starbucks” un rəhbəri Mişelle Qass yuxudan çox vaxt 4.30-da…

Ətraflı

Üç qrup qadın

Qadınların həyatımızdakı rolu əvəzedilməzdir. Bu dünyanı onlarsız təsəvvür etmək yəqin ki, heç Allaha da xoş getməz. Hər dəfə səfərə çıxanda, şəhərdə gəzəndə, avtobusda, müxtəlif yerlərdə bir-birindən fərqlənən qadınlarla rastlaşıram. Bu qadınlar bəzən çox xoşbəxt, bəzən çox kədərli, bəzən isə həddindən artıq bədbəxt görünürlər. Məncə heç bir qadın göz yaşına layiq deyil. Ən nifrət etdiyimiz qadının belə gözlərində göz yaşı gördükdə istənilən k…

Ətraflı

Qadınlar kişilərdən nəyi gizlədir

Kişilər tez-tez qadınları anlamaqda çətinlik çəkdiklərini bildirirlər. Elə oxucularımız arasında da bu mövzu ilə bağlı bizə sual ünvanlayanlar kifayət qədərdir. Buna görə də indi sizinlə qadınların bir neçə sirrini bölüşmək istəyirik.

1. Sevgiyə görə hər şeylərini qurban verməyə hazır olduqlarını desələr də, əslində birinə bağlanmaqdan çox qorxurlar.
2. Anaları əksər məsələlrdə onlar üçün…

Ətraflı

Qadınların Qorxulu Kabusu: Klimaks haqqında bilmədikləriniz

Qadın orqanizmi  kişilərdən tamamilə fərqlənir. Müəyyən yaşdan sonra bütün qadınların bədənində dəyişikliklər baş verir. Bütün qadınların üzləşməli olduqları bir proses var ki, ondan qorxmayan, həmin dövrün gəlib çatmasından narahat olmayan xanım yoxdur. Qadınları qorxuya salan dövr klimaks və ya menopauza adlanır. 
Klimaks qadın orqanizmində gedən fizioloji prosesdir. Bu, yumurtalıqların və qal…

Ətraflı

Qadınlar nə istəyir

Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü.

  Bəs nəyə görə kişilər qadınların çətin xaraketli və nə istədiklərini bilmədiklərini düşünürlər?! Ziqmund Freydin belə bir deyimi var: “ 30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”

  Maraqlıdır. Kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək…

Ətraflı