Düşüncə Jurnalı

header photo

Bilik haqqında aforizmlər

  • Adamlar öz ixtisaslarına aid mövzuda ehtiyatla danışır. Bilmədikləri mövzularda isə daha ürəkli olurlar və onlara elə gəlir ki, bu – fəlsəfədir. (Əbu Turxan)
  • Ağıl-kamal verdi sənə yaradan, 
    Çalışıb hər sirri öyrən hər zaman. (Əvhədi Marağayi)
  • Anlamadığın şeyə sahib ola bilməzsən. (İohann Volfqanq Göte)
  • Başqasından alınan biliyin ancaq özünü istifadə etmək olar; toxumluğa yaramaz. Cücərə bilməsi üçün biliklər hər dəfə yenidən kəşf olunmalıdır. (Əbu Turxan)
  • Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər. (Sədi Şirazi)
  • Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx. (Əbu Turxan)
  • Bildiyini bilənin arxasınca gedin, 
    Bildiyini bilməyəni oyandırın, 
    Bilmədiyini bilənə öyrədin, 
    Bilmədiyini bilməyəndən qaçın. (Konfutsi)
  • Bilik alimlərin ümumi sərvətidir. (İbn Xəldun)
  • Bilik ancaq o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir. (Lev Tolstoy)
  • Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir. (Sokrat)
  • Bilik gücdür. (Frensis Bekon)
  • Bilik iradənin quludur. (Əbu Turxan)
  • Bilik məqsəd deyil, alətdir. (Lev Tolstoy)
  •  
  • Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, ağıl gücünə qazanılmışdır. (Lev Tolstoy)
  • Bilik öyrənməyi ar bilən hər kəs
    Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)
  • Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. (Konfutsi)
  • Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır. (Onore de Balzak)
  • Biliyin iç üzü biliklər sisteminə daxil olanda məlum olur. (Əbu Turxan)
  • Bilmədiklərimi onsuz da bilmirəm, bildiklərimə də şübhə ilə yanaşıram. (Sekst Empirik)
  • Bir elm öyrənmək istədikdə sən
    Çalış ki, hər şeyi kamil biləsən
    Kamil bir palançı olsa da insan
    Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
  • Bir neçə prinsipi bilmək yüzlərlə faktı bilməməyi əvəz edə bilir. (Helvetsi)
  • Bir şeyi dərk etmək – sadəcə onun özünü deyil, həm də bu şeydə təcəlli edən Mütləqi görməkdir. (Mənsur Həllac)
  • Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir. (Cəlaləddin Rumi)
  • Bir var əkəndən sonra alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, ümumiyyətlə alaq çıxmaya. (Əbu Turxan)
  • Biz çiçək əkirik, amma içərisində alaq otları da bitir. Ən çətini alaqlarsız əkə bilməkdir. (Əbu Turxan)
  • Biz işığı görmürük, işıq qaranlığın bətnindəkiləri görməkdə bizə yardımçı olur. (Əbu Turxan)
  • Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər (Nəsirəddin Tusi)
  • Bütün dünya bədəndir; bilik candır. (Cəlaləddin Rumi)
  • Bütün hissələri mənimsəyib bütövdən xəbərsiz qalmaq mümkündür. (Əbu Turxan)
  • Bütün insanların mənşəyi eynidir; onları ancaq bilik fərqləndirir. (Balasaqunlu Yusif)
  • Cahilliyin üç növü var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, lazım olmayan şeyi bilmək. (Düklo)
  • Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi, çox biliyi olan, lakin onu düzgün yönəldə bilməyənlər də var. (Əbu Turxan)
  • Çox şey öyrənə bilməyin sirri – əvvəlcə az şey öyrənməkdən başlamaqdır. (Con Lokk)
  • Çox şeyi bilmək ağıl öyrətmir. (Heraklit)
  • Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
  • Dünyada məqamı bilməyən bir kəs 
    Pərdəli yolları düz gedə bilməz. (Nizami Gəncəvi)
  • Əgər biliklər qaydaya salınmayıbsa, nə qədər çox bilsən, təfəkkür o qədər zəif olacaqdır. (Herbert Spenser)
  • Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur. (Onore de Balzak)
  • Elə əks biliklər var ki, bir-biri ilə qarşılaşdırılanda çaxmaq daşı kimi qığılcım yaradır və bu qığılcımın işığında tamamilə yeni biliklər görünür. (Əbu Turxan)
  • Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. (Sədi Şirazi)
  • Əsl bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir. (Konfutsi)
  • Əsli-nəcabəti bəlli olmayan yeni biliyi heç bir nüfuzlu elmi təlim öz ailəsinə qəbul etmək istəmir. (Əbu Turxan)
  • Fəlsəfi diskussiyada daha çox qazanan məğlub olandır, çünki o, biliklərini artırmış olur. (Epikür)
  • Formal məntiq fəlsəfi daltonizmdir. (Tur Xander)
  • Hafizə iki cür olur: hadisələrin ayrı-ayrılıqda yadda saxlanması və ancaq qaydaların, ümumi prinsiplərin yadda saxlanması. İkinci olanda birinciyə ehtiyac qalmır. (Əbu Turxan)
  • Hamı bilir ki, bu şey ola bilməz. Amma bu şeyin ola bilmədiyini bilməyən bir nəfər tapılır və həmin şeyi kəşf edir. (Albert Eynşteyn)
  • Hər dəfə biz hadisələrə təkcə başqa tərəfdən yox, həm də başqa gözlə baxırıq – buna görə də bizə elə gəlir ki, onlar dəyişiblər. (Blez Paskal)
  • Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. (Abdulla Şaiq)
  • Hər qaranlıqda çırpınır bir nur, 
    Hər həqiqətdə bir xəyal uyuyur. (Hüseyn Cavid)
  • Hər şeyi bilmək istəyi adamı bütün sahələrdə yarımçıq edər. (Demokrit)
  • İdrak – dünyanın mübhəmlərini əqlin işığında görmək cəhdidir. (Əbu Turxan)
  • İki cür mürşid var: öz yolunu mənə təlqin edən və mənim öz yolumu tapmaqda yardımçı olan. (Əbu Turxan)
  • İki cür qaranlıq var: artıq yanıb külə dönmüşlərin qaranlığı, bir də hələ heç yanmağa başlamayanların qaranlığı! İkinci qaranlıq əslində potensial işıqdır. (Əbu Turxan)
  • İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
  • İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. (M. T. Sidqi)
  • İnsanın biliyi artdıqca, narahatlığı da artır. (İohann Volfqanq Göte)
  • İnsanın zülmət gecədə gizlicə gördüyü bir iş gün işığında onu ələ verir. (Cübran)
  • İnsanlar adətən onlara məlum olan şeylərin təbiəti haqqında düşünmürlər. Həddindən artıq orijinal zəka tələb olunur ki, özlüyündə aydın olan şeyi təhlil etməyə başlasın. (Uaythed)
  • İnsanların ən çox inandıqlarışeylər ən az anladıqlarıdır. (Mişel de Monten)
  • Kim ki bilir, axtarmasına ehtiyac yoxdur, çünki o artıq bilir. 
    Amma kim ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtardığını bilmir. (Sokrat)
  • Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır. (Dhammapada)
  • Kişi bir sənəti bilər xalis,
    Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
  • Lazım olanı bilmək çox bilməkdən daha vacibdir. (Jan Jak Russo)
  • Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. (Konfutsi)
  • Mən-ə gedən yolu göstər, 
    Mən-dən gedən yolu özüm seçərəm. (Əbu Turxan)
  • Məni onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir. (Hacı Zeynalabdin Tağıyev)
  • Məntiq ancaq strukturu açır, daxili məzmuna tətbiq oluna bilmir. (Əbu Turxan)
  • Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
  • Nə haqda isə heç nə bilməmək qəbahət deyil, pis mənimsənilmiş bilik daha pisdir. (Platon)
  • Nursuz göz kimidir elmsiz ürək,
    Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
  • O şey ki, bizlərə lap aşikardır 
    Orda gizli bir xəzinə vardır. (Nizami Gəncəvi)
  • Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
  • Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır. (Frensis Bekon)
  • Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir. (Disterveq)
  • Qabınız kiçikdirsə, dəryanı günahlandırmağa haqqınız yoxdur. (Cəlaləddin Rumi)
  • Qoy kül olum yana-yana... 
    Mən yanmasam, sən yanmasan, biz yanmasaq, 
    Necə çıxar qaranlıqlar aydınlığa?! (Nazim Hikmət)
  • Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.
    Hər uca rütbədən biliniz, fəqət,
    Alimin rütbəsi ucadır əlbət. (Nizami Gəncəvi)
  • Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
  • Səth xarici mühitlə təmasda cilalanır, işıqlanır; iç qat içəridə – qaranlıqda qalır, ta-a o vaxta qədər ki, güclü bir şüa səthdən keçib dərin qatlara nüfuz etsin. (Əbu Turxan)
  • Şeylərin faktiki necə olduğunu bilənlər təcrübəli, şeylərin əslində necə olmalı olduğunu bilənlər ağıllı, bu dəyişikliyi həyata keçirməyin yollarını bilənlər isə müdrikdirlər. (Deni Didro)
  • Sonlu olan heç vaxt sonsuz olanı qavraya bilməyəcəkdir. (Yunq)
  • Sual da, cavab da bilikdən doğulur. (Cəlaləddin Rumi)
  • Şübhə mənə bilik qədər həzz verir. (Dante Aligyeri)
  • Tamı mənimsəmək heç də o demək deyil ki, hissəni də mənimsəmişik. (Aristotel)
  • Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır. (Tur Xander)
  • Yaddaş da anbar kimidir; qoyduğunu sonra tapmaq istəyirsənsə, gərək müəyyən qayda əsasında qoyasan. (Əbu Turxan)
  • Yarımçıq bilinən hər nə ki var, bilgiyə əngəl olur. (İohann Volfqanq Göte)
  • Yeməyi bölüşəndə azalır, biliyi bölüşəndə – artır. (Əbu Turxan)
  • Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir. (Tur Xander)
     
  • testbook.az

Go Back

Sorğu göndər