* Qışqıran sükutlar var ki, onu yalnız Allah duyar...
* Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir.
* Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.
* İnsanlar sevilmək, əşyalar isə istifadə edilmək üçün yaradılıb. Amma mən bunun əksini görürəm.
* Qadın öz ürəyinin açarını kiməsə verdikdən sonra səhərisi ürəyinin qıfılını dəyişir.
* Haqlısansa qorxma, haqq səni qoruyar.
* Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən qəlbidir.
* Ey könül, bir günah işləyərkən onun kiçikliyinə deyil, onu qadağan edənin böyüklüyünə bax ...
* Ağlayan adama heç zaman gülməyin, amma bəzən gülən adamlara ağlayın.
* Bu gün insanlar öz paltarlarından daha ucuzdular...
* Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmanlığını çəkir.
* Həyata bir pəncərədən baxma ki, günəş yerin dəyişəndə işıqsız qalmayasan...
* Qışqıran sükutlar var ki, onu yalnız Allah duyar...
* Müvəffəqiyyətlərimiz etdiyimiz pis hərəkətlərdən daha çox düşmən qazandırar...
* Ona qadın qüruru əzab verir, mənə kişi heysiyyəti...O, mənim məğlubiyyətimi gözləyirdi, mən də onun təslim olmasını...
* Təsadüfi təsadüflər olmur, yalnız təsadüfün illuziyası olur.
* İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
* Sevmək, sevilməkdən yaxşıdır: bununla belə insanlar şöhrətpərəst olduqlarından özləri sevmək əvəzinə sevilməyi üstün tuturlar. Onlara görə sevimli olmaq hansısa üstünlük deməkdir.
* Ümid ən pis şeydir. Çünki işgəncəni uzadır.
* İnsan ruhunu etdiyi seçimlər müəyyənləşdirir.
* Heç vaxt düşmənlərinizlə hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək.
* Əgər siz xoşbəxtlik tapmaq istəyirsinizsə, onda minnətdarlıq və ya nankorluq haqqında düşünməyin, özünüzü fədakarlıqdan irəli gələn daxili sevinc hissinə həsr edin.
* Sahili gözdən itirməyə cəsarət etmədikcə insan yeni okeanlar kəşf edə bilməz.
* Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrətə səbəb olmaq daha yaxşıdır.
* Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.
* Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən.
* Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin.
* Ürəklər insanlara xəyallarının arxasından getmək məcburiyyətində olduqlarını niyə söyləmirlər ?
* Bütün qadınlar mələkdir əslində. Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər.Hamısı budur.
* Bir kişiylə xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.
* Yalan nə qədər böyüksə, inananı da o qədər çox olar.
* Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər.
* Şöhrət ölməz əməllərin ətridir.
* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at.
* Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır
.