Düşüncə Jurnalı

header photo

Uşaqlar üçün sevgi nədir? - MÖHTƏŞƏM CAVABLAR

 

4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.

 Uşaqların dünyasında sevgi nədir?

 Rebeka (6 yaş) - Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əlləri etməkdən usanmırdı. Bu, sevgidir.

Billi (4 yaş) - Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

 Krissi (6 yaş) - Sevgi - bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən  qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

 Terri (4 yaş) - Sevgi – yorulanda belə səni gülməyə məcbur edən yeganə şeydir.

 Denni (7 yaş) - Sevgi - anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

 Emili (8 yaş) - Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.

 Noel (7 yaş) - Sevgi –  bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.

 Kris (7 yaş) - Sevgi - anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.

 Meri Enn (4 yaş) - Sevgi – itini bütün günü evdə yalnız buraxsan da yenə də gəlib qarşında oturmasıdır.

 Cesika (8 yaş) - Əgər sən sevmirsənsə, heç bir halda “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə unudurlar.

ailem.az

Go Back

Sorğu göndər