Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "AUTİZM"

"Bir Ananın autizmli Dünyası" - TÜNZALƏ TALIBLI

                 

Ailə həyatı quranda 23 yaşım var idi.Bir müddət sonra hamilə olduğumu öyrəndik. 9 ay sonra əkiz körpələrimi qucağıma alacaqdım.Çox sevincli idik.Hamiləliyim çətin irəliləyirdi.2- ci ayımda ağrılı dönəmlə üzləşdiyim üçün həkimimə müraciət etdim.Əkizlərimin biri məni tərk etmişdi.Bu dönəm və hamiləliyimin geri qalan hissəsi mənim üçün çox ağrılı keçdi.

Oğlumu qucağıma alanda onun gözəlliyi məni heyran etmişdi.Bir gündəlik tutaraq oğlumun hər yeni hərəkətini və bütün inkişaf dönəmini yazmağa başladım.Hər şey öz qaydasında davam edirdi.

1yaş 6aylıq olanda oğlum çox ağır bağırsaq infeksiyasına yoluxdu.Uzun müddət xəstəxanada müalicə almalı olduq.Davamlı olaraq mədə və bağırsaqları yuyulurdu. Xəstəliyin yoluxma səbəbi tapılmadı.Bir müddət müalicədən sonra biz normal həyatımıza geri döndük,lakin oğlumda ciddi laqeydliyin başladığının fərqinə vardım.İndiyə kimi səsimə reaksiya verən oğlum artıq adına reaksiya vermirdi. Bilərəkdən möhkəm səslər çıxarmağa başladım lakin o yenədə reaksiyasız qalırdı.

Əllərini gözlərinin önünə gətirib barmaqlarıyla oynayırdi.Özünəməxsus səslər çıxarır,saatlarla bir küncdə oturub tərpənmirdi.İxtisasım psixologiya olduğundan ilk diaqnozu özüm müəyyənləşdirmişdim,lakin xeyali idi.Bilirdim amma ki, inanmırdım.Ailəmə bu haqqda danışanda onlar inanmadılar,”ola bilməz,sən sadəcə psixoloq olduğun üçün məsələyə həssas yanaşırşan,o yaxşıdı,keçib gedəcək” dedilər.Mən isə hər gün gözümün önündə geriləyən oğlumun ciddi bir problemlə üzləşdiyinin fərqində idim.Tez bir zamanda oğlumu psixiatrın yanına apardıq.Müayinədən sonra ilk sözüm “həkim,autizmdir?”oldu.İlk həkimimiz bunu təsdiqləmişdi və tək yolun təlim olduğunu izah etmişdi,lakin bu bizim üçün pis yuxudan başqa bir şey deyildi.Biz qane olmadıq oğlumla birlikdə İran və Türkiyəyə getdik.Psixiatrların müşahidısindən sonra bizə fərqli birşey deyən olmadı.Geri döndüyümüzdə oğlumun təlimləri davam edirdi.

    Bir gün oğlumun hər gözəl anını qələmə aldığım gündəliyi açdım və başladım oxumağa.Bir müddət sonra təkrar cümlələri oxuduğumun fərqinə vardım.1yaş 6 aylığına kimi yazdığım bütün cümlələr eyniylə 3yaşına kimi təkrarlanırdı.Dünyam bir daha başıma fırlanmışdı,sevinclə yazdığım o gündəliyi lənətləyircəsinə bütün vərəqlərini tək-tək cıraraq tulladım.Günlərim çox çətin keçirdi bəzən yalqızlıq alıb məni aparırdı,bəzən isə oğlum üçün ayaqda dimdik duraraq ona dayaq olmağa çalışırdım.

Son çarəmi elminə çox güvəndiyim tanınmış psixiatr müəlliməmdə gördüm.O məni ilk dəfə görəndə tanımadı.”Sənə nə olub?”deyə sual verdi.Oğlumu 90 dəqiqə müşahidə etdi,müşahidə zamanı mənə tək dediyi:”oğlunun artıq 4yaşı var,ikinci övladı düşünmənin səncə vaxtı deyil?” oldu.

Artıq hərşeyi anlamışdım.Son qapınıda bağladıq,maddi və mənəvi bütün gücümüzü toplayaraq oğlumun təliminə sərf etdik.Bu dünəmdə ikinci hamiləliyimi keçirirdim.Növbəti ağır gələn dönəmlərdən biridə qızım doğulduqda xəstəxanada yatdığım dövr idi.Ətrafında yeni körpə dünyaya gətirmiş bütün anaların 2ya da 3cü körpələri dünyaya gəlmişdi.İlk övladları telefon vasitəsiylə analarıyla danışırdılar, bəziləri ağlıyırdı “darıxıram ana gəl” deyə, bəziləriysə anaları üçün xəstəxanadadı deyə narahat olurdu.Mən onlara baxırdım birdə telefonuma,oğlum zəng vurmurdu, o nənəsinin yanında idi və mənim yoxluğumun fərqində deyildi.Bax o zaman anladım Autizmli bir Dünyaya sahib olmanın gətirdiyi ağır və gerçək hissləri(Gənc ananın gözəl gözləri yaşla doldu).

     Hər insan heyatında hansısa çətinliklərlə üzləşir.Bu çətinliklərlə başa çıxmağın tək yolu ilk növbədə onları qəbul etməkdir.Autizmdə belədir.Autizmli övladınız varsa ilk növbədə onun müsbət xüsüsiyyətlərini ön plana çıxarın və inanınki bu sizin stimulunuz olacaq.

Oğlumun yumru əşyalara marağ var,eləcədə toplara.Biz bunu idman dərsində oyuna çevirdik təlimçisi ilə birlikdə.İndi oğlum çox yaxşı masaüstü tennis oynayır,hətta yaşıdlarıyla kiçik yarışlarda keçirirlər.Mən çox istəyərdimki dövlət səviyyəsində sırf autizmli uşaqların iştirak edəbiləcəyi idman yarışları çekirilsin, uşaqlarımızın bir çoxu bu sahədə çox yaxşı inkişaf ediblər.

Oğlum mənə qarşı çox həsasdır.Mən nə vaxtsa xəstə yada halsız olanda oda eyniylə bunu yaşayır,nə vaxt ki,mən xoşbəxtəm və gülümsəyirəm o zaman oğlumda xoşbəxt olur.Bax mənim dayağım elə budur.

Autizmli uşaqların takıntıları vardır,evimizdəki əşyalara məxsus qaydaları oğlum bəlirləyir,məs:qapılar adətən bağlı qalmalıdır,özünə məxsus əşyaları hər zaman eyni qaydada olmalıdır, ayaqqabını çıxardığı yerdə eyni qaydada səhər geyinməlidir və s.

Qızım oğlumun həyatına rəng qatdığı kimi oğlumda qızımın həyatını zənginləşdirir.Oğlumun 8 yaşı var və aldığı təlim sayəsində artıq məktəb təhsili almağa hazırdır və bunda qızımın roluda böyük olmuşdur.

Bəzən insanlar elə düşünürki autizmli bir uşaqda öyrəniləcək heçnə yoxdur,lakin tam əksinə,diqqətli və dəqiq olmağı,eyni qaydada görünməyi,səliqəli olmağı və s. kimi bir çox xüsusiyyətləri onlardan daha dəqiq öyrənmək mümkündür.

     Autizmli uşaqların cəmiyyətə inteqrasiyası çox vacibdir. Oğlunuzla birlikdə evdən çıxdığınız zaman hansı çətinliklərlə qarşılaşırsız?sualıma gənc ana belə cavab verdi:

-Biz xalq olaraq qonaqpərvərik.Qapını çalan qonağı ən yaxşı şəkildə qarşılayırıq hər zaman.Autizm də gözlənilmədən qapımızı çalan qonaq idi.Onu biz dəvət etməmişdik!

     Oğlumla evdən kənar mühitlərdə həmişə eyni şeyi yaşayırıq: insanların qəribə baxışları və arxamızdan dedikləri sözlər-“belədə ana olar uşaq özünü öldürdü heç çevrilib baxmırda”,”uşağa belə tərbiyə verməzlər qızım”,”ay xanım bəsdir uşağınız səs-küy saldı insanlar narahat olur zəhmət olmazsa məkanı tərk edin” və s.

Autizmin insalar arasında maarifləndirilərək normal bir hala çevrilməsini çox istəyərdim.İlk növbədə bunu düşünməliyik autizmdən əziyyət çəkən bizim körpələrimizdir.Daha sonra onların ailələri yəni bizlərik.Cəmiyyət burda heçbir əziyyət çəkmir.Biz övladlarımızı olduğu kimi qəbul edib onlara normal yaşamın nə olduğunu aşılamağa çalışırıq,lakin cəmiyyət bunu anlamaq istəmir və qəbul etmir.

    Bir müddət bundan öncə oğlumla alış-veriş mərkəzlərindən birində idik.Oğlumun krizi tutdu.Bu hərzaman ola bilər çünki onlar hərşeyə qarşı həssasdır,bizim hiss etmədiyimiz qoxular,eşidibdə fikir vermədiyimiz səslər,insan kütləsi və.s onlar üçün çox narahat edicidir.Krizin gələ biləcəyini düşündüyüm stuasiyalardan hərzaman onu qorumağa və uzaqlaşdırmağa çalışıram,lakin bunu hərzaman kontrol etmək və nəzarətdə saxlamaq mümkün deyil.

Krizin yaşandığı vaxt mən onun əlindən tutub mağazadan koridora çıxardım.O bərkdən qışqıraraq ağlıyır.Qarşıdan isə bir yaşlı kişi və qadın bizə baxaraq irəliləyirlər.Mən krizə reaksiyaya verməmək məcburiyyətindəyəm,insanlara qəribə baxmasınlar deyə oğluma pislik edə bilmərəm.Yaşlı kişi xanımına “belədə ana olar,uşağı dünyaya gətirirlər tərbiyə verməyi bacarmırlar,uşaq özünü öldürür heç vecinədə deyil”deyərək gözlərimin içinə baxdı.

Biz analar həmişə nədənsə cəmiyyətin qınaq obyektinə çevrilirik.Mən bəlkədə ixtisasım səbəbiylə bu vəziyyəti daha tez qəbul edə bildim,lakin illərlə depresiyada olan analar var.Vəziyyəti qəbul edə bilmirlər və bu kimi ifadələr onları intaharada sövq edir.Mərkəzə övladını gətirən bir ana var burda,bir dəfə söhbətimizdə o mənə dediki:

-Mən hər dəfə evdən kənara çıxanda yolda,körpünün üzərində dayanıram və düşünürəm görəsən bu dəfə cəhd edimmi?Sonra düşünürəm bəs birdən mən ölsəm qızım sağ qalsa,yada şikəst olsa ona kim baxacaq axı o mənsiz yaşaya bilməz və buna görədə bu düşüncəmdən uzaqlaşıram.

Ailənin maddi durumu çoxda yaxşı deyil.Sırf uşaqları ictimai nəqliyyatda insanların tənqid və təhqirlərinə məruz qalmasın deyə kreditlə maşın alıblar.

 Mənim oğlum autizmlidir.  

Mən oğlumu bağçaya qoymuşdum.Bir müddət sonra valideyn iclasına çağırıldım,mövzu bəlli deyildi.Bütün valideynlər və bağça müəllimələri toplanmışdılar.Bir kütlənin qarşısına məni çağırdılar və “sizin uşağınızın yeri bura deyil,götürün uşağınızı gedin”deyə müraciət etdilər.

Autizmli uşaqların steriotip hərəkətləri olur və bağça yaş dönəmi də uşaqların təqlid dönəmi olduğu üçün oğlumun steriotip hərəkətlərini digər uşaqlar öyrənmiş və bunu təkrarlamağa başlamışlardı.Müəllimələrdə valideynlərdə bundan narazı idilər.O gün oğlumun bağçaya getdiyi son gün oldu.

                                                            Autizmli Dünyaya sahib bir Ana

Mənim oğlum autizmlidir.

Əyləncə mərkəzlərindən birində idik.Uşaqlara bi nəfər şar paylayırdı.Bütün uşaqları şarı əlinə alıb oynayırdı.Mənim oğlumsa şarı əlinə aldı və yerə atdı.Şarı verən şəxsin dediyi cümlə bundan ibarət idi:”sənə necə tərbiyə veriblər axı,sən bilmirsən ki,sənə kimsə nəsə verəndə sağ ol deməy lazımdır,hələ bir şarı yerədə atırsan”.

                                                              Autizmli Dünyaya sahib bir Ana

Mənim böyük qızım autizmlidir.

Bir gün Kukla teatrından tamaşadan çıxmıdıq,qızım bulvarda gəzmək istədi.Qış idi.Qızımın immuniteti çox zəifdir.Belə soyuq havada gəzsək xəstələnəcəyini bildiyim üçün ona izahli şəkildə yox dedim.Qızım kriz keçirdi.Bu vaxt avtobus dayandı və qızımla birlikdə avtobusa mindik.Bir müddət avtobus hərəkət etmədi. Mən qızımla məşğul olmaqda idimki şofer ayağa qalxdı və dedi:

“mən avtobusumda dəli daşımıram,tez olun düşün”.

Bütün insanların gözü önündə bizi avtobustan çıxardı və mən evə çatana kimi hönkür-hönkür ağladım.

                                                            Autizmli Dünyaya sahib bir Ana

Mənim kiçik qızım autizmlidir.

Bir gün market alış-verişinə qızımla çıxdım.Qızım şokalad istədi,mən isə ona şokalad yeyə bilməyəcəyini izah edtim.Çünki dieta tətbiq edirik qızıma,şokalad ona çox pis təsir etdiyindən qadağan olunanlar siyahısındadır.Qızıma şokalad vermədiyimi görən satıcı xanım:

“Can mama sənə şokalad vermir.Gəl xala sənə şokalad versin.Ay xanım nə olacaq bir şokaladdan qoyun yesində”.

İki fikir arasında  çaşqın qalan qızım kriz keçirdi və biz marketdən çıxmalı olduq.

                                                              Autizmli Dünyaya sahib bir Ana

Mənim kiçik oğlum autizmlidir.

Biz paltar almaq üçün mağazaya getmişdik.Bilmirəm onun o anki krizinə nə səbəb oldu.Anidə çox bərk qışqıraraq ağlamağa başladı.Yerə uzanıb döşəməni təpikləyirdi.Mühafizəçi bizə yaxınlaşdı:

“Xanım tez mağazadan çıxın.Müştərilər uşağın səsindən narahat olub mağazanı tərk edirlər”.

 Biz mağazadan çıxanda hər kəs qınayıcı baxışlarla bizə baxırdı,bəziləri bir-birinin qulağına nə isə pıçıldayırdı.           

                                                             Autizmli Dünyaya sahib bir Ana

Cəmiyyətimizin dəyərli üzvləri”qınadığını can bədəndən çıxmadan yaşayarsan” deyə bir kəlam var.Hayatlarını düşünmədən sərf etdiyiniz kobud sözlərlə çərçivəyə saldığınız bu insanların da hamı kimi,istədikləri yerə istədikləri vaxt  getmə hüquqları vardır.Onları qınaq obyektinə çevirmədən öncə özünüzü o insanların yerinə qoyun,bir neçə saniyə belə olsa bunu yaşaya bilərsinizmi?

Bir körpənin autizmli doğulması nə o körpənin öz seçimi deyil,nə də ana atasının günahı deyil!İlk öncə bunu düşünək,daha sonra bu insanların övladlarını normal həyata inteqrasiya etmək üçün etdiyi kifayət qədər mənəvi və maddi xərclərini göz önünə gətirək.Onlara bu çətin yolda ən azından qınamayaraq bir yardımı bəlkədə bizlər edə bilərik!

Məqaləmin ərsəyə gəlməsində yaşadıqları həyat hekayələrini danışan bütün gözəl analara və mərkəzdə sorğu keçirtməyimə şərait yaratdığna görə Uğur inkişaf mərkəzinin rəhbəri Kəmalə Əliyevaya sonsuz təşəkkürlər.

 

Tünzalə Talıblı.Xəzər universiteti.İxtisas psixologiya

Go Back

"Səbrin mükafatı" - RƏHİMƏXANIM BABAYEVA

           Autizm...Elmi dildə bu bir xəstəlik olsa da, psixoloji yanaşma ilə bu bir evin çirağının sönməsi,bir ananın çarəsiz göz yaşı, “cəmiyyətdə özümə yer tuta biləcəm mi?” deyə heç özünü belə normal dərk etməyən bir körpənin üsyanıdır. Bəli, müasir dövrdə aktuallaşan autizm sindromu çoxlarının acı bir həqiqətlə dolu taleyinə çevrilmişdir. Bəs siz bilirsinizmi bir ananın doqquz ay bətnində böyüdüb bəslədiyi, körpəsi üçün qurduğu xəyallarını, arzularını basdırması nə deməkdir? Yazdığım bu hekayə dərtli bir ananın başına gələnlərin ibrətamiz hekayəsidir. Doğuş əsnasında yanlış tibbi müdaxilə ilə başlayan və bitib tükənmək bilməyən məşəqqətli illər...Övladı üçün əzmlə mübarizə aparan bir ananın həyatı...

    Sədəf xanım ailəsinin xeyr-duası ilə ailə qurmuş və bir ildən sonra oğlan övladı dünyaya gətirmişdir. Həkimlərin laqeydliyi nəticəsində onun doğuşu normal keçməmiş, həyatdan xəbərsiz olan məsum bir körpənin gələcək taleyini bu səhvlə birgə dəyişmişdilər.

    Kənan iki yaşına qədər digər uşaqlardan fərqlənmirdi, lakin iki yaşından sonra onda qəribə, yaşıdlarından fərlqənəcək hallar müşahidə olunmağa başlamışdı. Tək başına oynayır, heç nəylə maraqlanmır, yaşına uyğun oyun fəaliyyətinə maraq göstərmirdi. Kənanın göz kontaktının olmaması ailənin nəzərindən qaçmırdı. Kənanın bu davranışları Sədəf ananın və onun yoldaşının diqqətinnən yayınmırdı. Onlar Kənanı üç yaşındaykən həkimə apardılar. Ailə böyükləri isə bunu lüzumsuz görüb qınayırdılar. Lakin, ananın və atanın ətrafındakı insanlardan istəkləri sadəcə mənəvi dəstək idi. Danışa bilmədiyi üçün İQ testi elə də əsaslı nəticə verməmişdir. Buna görə də valideyinləri Kənaın problemi hakqlnda ilkin diaqnozda dəqiq məlumat ala bilmədilər. Həkim Kənanın sosiallaşması üçün bağçaya getməsini məsləhət görmüşdü. Sədəf xanım da,  bu təklifi çox bəyənmişdir çünki, Kənaın mövcud problemlərinin aradan qalxmasında bağçanın kömək olacağını düşünürdü. Sədəf  xanımım ehtimalları özünün doğrultmağa başlayırdı. Kənan kiçik ayaqyoluna getməyi baxçada öyrənmişdir. Və, hətda lampalarla oynamağı sevən Kənan artığ bu vərdişdən də imtina etmişdir.

     Kənan artıq məktəb yaşına çatmışdı. Altı yaşında o artıq məktəbə gedirdi. Məktəbə necə  uyğunlaşacaq, müəlliməsinin ona qarşı münasibəti necə olacaq-deyə Sədəf ana çox narahatlıq keçirirdi. Kənan özünün zəruri ehtiyyaclarını belə deməkdə çətinlik çəkirdi. Həmçinin o çox hərəkətli idi, tez-tez tullanıb düşür, eyni hərəkətləri dəfələrlə təkrarlayır,öz-özünə danışırdı. Bütün bu xüsusiyyətlərinin onun dərsinə mane olmasından valideynləri narahatlıq keçiridi. Mərhəmət sahibi olan Allah bu işdə də onları köməksiz qoymadı.Sədəf xanımın yaxın qohumlarından biri həmin məktəbdə müdir müavini işləyirdi. Bu hal Sədəf ananı sevindirmişdi lakin, problemlər bitib tükənmək bilmirdi. Belə ki,Kənandan ilk şikayət gəlmişdi.Müəlliməsinin dediyinə görə o yerində rahat durmur,ayağa qalxıb istilik boruları ilə oynayır, öz-özünə danışıb dərsin gedişatına mane olurmuş.Sədəf ana əvvəlcədən bu cür problemlərlə qarşılaşacağının fərqində idi. Lakin yenədə bu hal onu üzmüşdü...Zaman keçdikcə sanki gücü tükənməyə başlayan Sədəf ana ayaqları üstündə durmağa çalışırdı,çünki o buna məcbur idi. Əgər ona bir ana olaraq əlindən gələni etməsəydi gələcəkdə xəstəliyinin daha ağır fəsadlara  səbəb olacağından, onu başlı-başına qoysa illər sonra “kaş ki,..” deməsindən,oğlunun isə “ niyə ana?” sualı ilə qarşılaşmasından qorxurdu. O, hər şeyə rəğmən mübarizə aparır və Allahdan ümidini kəsmirdi.

     Kənan mütəmadi olaraq Tibb fakültəsində həkimin nəzarəti ilə yoxlamalardan keçiridi. Hətta həkim məsləhəti ilə ayda bir dəfə pedeqoqa da müraciət edirdilər.Sədəf xanım bununla kifayətlənmirdi.O , Kənanı onun kimi problemi olan uşaqların bacarıq və vərdişlərini aşkara çıxarıb, inkişaf etdirməyə yardımçı olan xüsusi tədris kursuna yazdırmışdı.

     Beləcə günlər ayları, aylar isə illəri əvəz edirdi...Kənan ibtidai təhsilini müvəffəqiyyətsizliklə bitirmişdi.Müəllimlərinin dəyişməsi onun nizamlı təhsil almasına mane olurdu.Hətta müəllimələrinin çoxu onu bacarıqsız sayıb,təhsilinin davam etdirilməsinin əleyhinə idilər.Lakin Sədəf ana bu fikri qətiyyən qəbul etmirdi.Onun keçirdiyi gərgin və stresli həyat şəraiti səhhətinədə pis təsir göstərmişdi.Bütün diqqətini oğluna yönəldən bu fədakar ana öz sağlamlığını belə ciddiyyətə almırdı.

      Məktəb həyatında olan uğursuzluqların nəticəsi olaraq müəllimlər onu məktəbdən uzaqlaşdırmaq qərarı aldılar.Bu qərar Kenanın psixoloji durumuna çox mənfi təsir etmişdi. Evdə gah aqressivləşir, gah da bacarıqsız biri olduğunu düşünüb özünəqapanırdı. Bu hal Sədəf ananı çox üzürdü. Bəzən evlərinin yanında məktəb zəngi çaldıqda Kənan  “Ana bax! Məktəb zəngi çalınır”, -deyə söylənirdi.Bu halisə ananın ağlamasına, sanki ümidsizliyini yenidən  xatirlamasina səbəb olurdu. Kənan bir daha məktəbdə oxumayacağına özünü elə inandırmışdı ki,ilin sonunda bütün dəftər kitabını paketləmişdi. Anası bunun səbəbini soruşduqda “Ana, bunları nə badə atasan! Onları saxlayacağam”, - demişdi. Demək ki, oxumaq arzusu onun qəlbində bir nisgil kimi qalmışdı.Oxumayacağına əmin idi ,ancaq bu dəftərləri saxlaması onun oxumağa nə qədər həvəsli və istəkli olduğunu göstərirdi.Valideynləri isə bu durumda ona təsəlli olmağa çalışırdılar.                                                                                                                                               

        Kənanın yetkinlik yaş dönəmində olması bu durumu daha da mürəkkəbləşdirirdi.    Belə ki, o özünü təsdiq problemi yaşayır və daima bir yanında sanki əksiklik hiss edirdi.Sədəf ana oğlunun problemi ilə bağlı kitablar mütailə edir,seminarlara qatılaraq Kənana mənəvi dəstək olurdu. Bununla yanaşı o, yoldaşı ilə birlikdə peşə məktəbləri ilə maraqlanmağa başlamışdılar. Sədəf ana qatıldığı seminarların  birində bir psixoloqla tanış olmuşdu. Çox savadlı olmasi ilə yanaşı nəzakətli və anlayışlı olan bu qadın  Kənan haqqında hər şeyi biliridi.O,Sədef  anaya Kənana uyğun bir məktəb tapsa xəbərdarlıq edəcəyini söyləmişdi.Nəhayət gözlənilməz gün gəldi.Kənana münasib məktəb tapılmışdı. Artıq Kənan Mətbəə Peşə Litseyində təhsil alacaqdı. Qeydiyyat uğurlu oldu. Kənanın sevinci yere göyə sığmırdı. Həkim Kənana müntəzəm qəbul etdiyi Teqretol adlı dərmanı yene qəbul etməyi tapşırmışdı. Bu Kənanın həyəcanını aradan qaldıraraq, sakitləşməsini təmin edirdi. Kənanın məktəbə başlaması onda o qəder müsbət irəlləyişə səbəb oldu ki, artıq o dərmanların qəbulunada ehtiyyac qalmadı.

          Səmimi olaraq deməliyəm ki,məncə bu cür problemli uşaqlara tətbiq edilən ən gözəl və ən səmərəli üsul sosial terapiya üsullarıdır. Bu ailənin probleminin aradan qalxmasındaköməkçi olacaq  ən böyük yardımçı vasitədə də məhz bu idi. Ümid edirəm ki,Sədəf anaın ailəsinin zəfərli və məşəqqətli həyat hekayəsi belə problemli ailələrə örnək olar.

          Hər kəs öz probleminə sahib çıxmalıdır.Analıq hissi həqiqətən ali hissdir.Hər bir insanı yoğrulmamış xəmir kimi düşünün.Xəmir əldə əzilə-əzilə kündə olur və ləzzətli çörəyə çevrilir.Analıq hissi də belədir.Həyatda qarşılaşdığınız hər bir pislik, hər bir çətinlik analıq hissini daha da kamilləşdirir.Qarşıya bir hədəf qoyun.Elə bir hədəf ki,əbədiyyətə kimi uzansın.Mücadilənizi,çəkdiyiniz əziyyətləri təkcə bu dünyaya bağlamayın.Zamanında sevdiklərinizin məsuliyyətini daşıyın ki, bir gün o zamanın geri dönməsi üçün kaşkilərə ehtiyacınız qalmasın! 

          Rəhiməxanım Babayeva

Bakı Qızlar Universiteti, psixologiya fkaultəsi

Go Back

" Mən elə bir mənəmki..." - AYGÜL RÜSTƏM

                                       

Əziz kiçik yaşlarından,həyatı və dünyası fərqli idi.O,soyuq bir qış günü dünyaya gəlmişdi.Valideynlərinin gözünün ilki,ruhlarının pəncərəsi idi.Gözləri,Qırmızı dənizin dərinliyindəki,səmanın bahar fəslindəki olan  masmavi rəngi idi.Sanki bütün saflığı,bütün gələcək ruh aləmi ilk doğulduğu gündən simasına yazılmışdı,balaca Əzizin.İllər bir-birinin ardınca düz 3 il keçdi,Əziz ilk əvvəllər çox gözəl böyüyürdü,hamı onun gözəlliyindən,ağlından danışırdı.Bir gün,qəfildən hər şey dəyişməyə başladı.Əziz daha əvvəlki kimi deyildi.Heç kimlə danışmır,insanlardan gözəl,mənalı mavi gözlərini qaçırdırdı.Həyat ona yeni surprizlər  hazırlayırdı.O isə bunlardan,xəbərsiz,kiçik bir körpə idi.Valideynləri artıq Əzizin yeni yaranmış davranışlarından narahat olub,həkimə apardılar.Həkimin uzun müddətli yoxlanışından,valideynlərlə söhbətindən sonra,yenə tam əmin olmaq üçün MR çəkildi.Nəticədə isə,beynində dəyişiklik olmadığı və körpə Əzizin artıq daha fərqli olacağı,xüsusi olacağı aşkar edilib,diaqnoz qoyuldu.Körpə Əziz Autizm idi,fərqli idi.Doğrudur,bu heçvaxt keçməyəcəkdi,yaxud Əziz bunu yaşayacaq tək insan deyildi, ya da əqli gerilik deyildi.Əzizin valideynlərinin pis qayğısı nəticəsində də yaranmamışdı,yaxud ruhi xəstəlik ,pozuntu da deyil idi.Sadəcə artıq çox fərqli olacaqdı.Onun xüsusi qayğıya,xüsusi sevgiyə,xüsusi diqqətə ehtiyacı var idi,eyni ilə onun kimi fərqli uşaqlarla birlikdə.Valideynləri Əzizi xüsusi məktəbə yazdırırlar.Artıq,həftənin hər günü,axşam saatlarına qədər,Əzizin yeni həyatı başlamışdı.Əziz yeni dostlar qazanacaq,həyatını özü yenidən kəşf edəcəkdi.
İllər keçirdi,artıq Əzizin 7 yaşı var idi.Bu illər ərzində,o bəzən çox yorulub,çox çəkilmişdi geriyə,lakin bu onun fərqli olduğunu dəyişmirdi.İnsanlarla göz-gözə gəlməyə,başqalarını gördüyü an üz ifadəsini dəyişməyə,bədən dilindən istifadə etməyə,başqaları ilə özünü,öz həyat maraqlarını bölüşməyə maraq göstərmirdi.Nitqi isə,bəzən çox zəif olurdu,bəzənsə həyəcanlanmadan özünü ifadə edə bilirdi.Əzizin qidalanması normal idi,bəzən məktəbdə insanlara hücum edirdi.
Əziz,digər Autizmli,fərqli uşaqlarla bir məktəbdə oxusa da,onda fərqli bir istedad var idi.Əziz,rəsm dərsləri zamanı,qeyri adi,rəsmlər çəkirdi.Müəllimlər,valideynləri çəkilən şəkillərdən,heyrətə gəlirdi,hələ 7 yaşlı bu balaca oğlan öz rəsmləri ilə bütün şəhərə səs salmışdı,hər kəs onun çəkdiyi bu rəsmlərə baxmağa gəlirdi.
17 yaşına çatdığında,Əziz sərgilərini keçirdir,öz qeyri-adi əsərlərini insanlara nümayiş etdirirdi.Böyüdükcə,aldığı özəl dərslər nəticəsində,insanlara hücumu azalmışdı.Artıq Əziz öz fərqliliyi ilə,Autizmi ilə,barışmışdı.Sanki,Autizm olmasa idi,Əziz 17 yaşındakı,saysız sərgiləri keçirdilmiş gənc rəssam olmayacaqdı.
Kiçik yaşlarında olarkən,bir gün,Əziz anasına sual verir,mən niyə başqa insanlar kimi deyiləm?
Anası isə cavabında bildirmişdi:-“Əziz balam,dəniz gözlü oğlum,Əzizim,heç bilirsən,dünyada sənin kimi,fərqli olmaq istəyən,sənə oxşamaq istəyən nə qədər uşaq var? Heç sənin kimi,şəkil çəkə bilən biri varmı? Oğlum mən səninlə,fəxr edirəm.”
Nəhayət Əziz,bütün dünyaya adı yayılmış,əsərlərinin dünya sərgisi keçirilmiş,məşhur rəssam olmuşdur.Əziz,öz fərqli ruhunu sevirdi.Məzuniyyəti günü,Əziz,hər kəsə minnətdar olduğu anda,ilk dəfə öz hisslərini ifadə edə bilmiş və ağlamışdı.Anası bu an səhnəyə gəlmiş,tribunaya çıxaraq,göz yaşları içində ən gözəl çıxışını etmişdir,-“Əziz,analar mən oğluma güvəndim,onun fərqli olması uğurlarının qarşısına keçmədi,onu daha da əzmli,çalışqan etdi.Övladlarınıza güvənin,həyatı dəyişdirəcək insanlar var ki,onlara inandığımızda möcüzələr yaradırlar.” Ana Əzizi bağrına basdı,eyni ilə ilk anadan olduğu andakı,sevinc və qürur göz yaşları ilə...

Mən bir Mənəm
Mən bir mənəm,
İçimdə,fırtına,gözlərim sakit,
Ruhuma tökülüb,fərqlilik tumu.
Gün olur,gözünə baxa bilmirəm,
Öz doğma anamın,məsum atamın.
Susqunluq hakimdir,adım gələndə,
Gülmək,ağlamaqtək ögeydir mənə.
Mən bir mənəm,
Dayaz dəniz təki niqtimlə varam.
İçimdə fərqlilik atəşi yanır,
Autizm adıyla məni hamı tanır.
Mən bir mənəm,
Necəyəmsə,eləyəm.
Məsumam,həm safam heç yalanım yox,
Məni sevən sizlərə.
Qəlbimdə yer çox!

                                                                

 

 Aygül Rüstəm...
                                                    
                                                     HR,Psixoloq
                                                            

                                                                
                                                           
                         
                                             

Go Back

"Ailədə autistik uşaq varsa ən böyük məsuliyyət valideynlərin üzərinə düşür" - TURANƏ RZAYEVA

Bu gün cəmiyyətdə əksər insanların bu sindrom haqqında heç bir məlumatı yoxdur. Belə uşaqlara təsadüf etdikdə tezliklə onlardan uzaqlaşmağa çalışır, onlarla eyni ortama düşmək istımirlər. “Dəli” adlandırıb yan keçirlər. Bu gün əksər insanların, xüsusən, yeni valideyn olmağa hazırlaşan gənclərin bu haqda heç bir məlumatı olmadığı üçün doğulmuş uşaqlarda bu əlamətləri görmürlər və ya düzgün başa düşmürlər. Əksər vaxtlar valideynlər həkimə uşaqlarinin görməməsi və ya eşitməməsi ilə bağlı müraciət edirlər. Çünki belə uşaqlar daim bir yere baxır, baxışlarınlı yayındırmırlar, həmçinin onlari hətta yüksək səslə çağırdıqda belə reaksiya vermirlər. Əlamətlər uşaqda 3 aydan sonra biruzə verir. 3 aylıq uşaq tanış adamları, xüsusən anasını görəndə gülümsəyir, sevinir, anasının qucağında olanda ona sığnır. Autistik uşaqlar isə əksinə olaraqheç kimə reaksiya vermir, ananın qucağından çıxmağa çalışır.                                                                                

İlk dəfə elmə autizm haqqında amerikalı alım Leo Kanner məlumat vermiş, “Erkən uşaqlıq autizmi” adlandırmışdır. Tibb inkişafının ən yüksək  mərhələlərindən birini yaşasa da hələki autizmin yaranma səbəbini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bəzi alimlər autizmin səbəbi kimi genetikani göstərirlər. Əgər səbəb genetikadırsa, ailədə dünyaya gələcək digər uşaqlarda da autizm olma ehtimalı yüksəkdir. Bəzi alimlər hamiləlik zamanı ananın keçirdiyi bir çox xəstəliklər- qızılca, məxmərək və s. əsas hesab edirlər. Bəzən autizmin sonradan valideyn diqqətsizliyindən də yaranması ehtimalıni irəli sürürlər. Belə ki, əgər uşağa az diqqət ayrılırsa və ya valideynlər arasında münaqişə uşağın gözünün qabağında olursa, onda özünəqapanma yaranır. Əgər ailədə autist uşaq varsa, sonrakı uşaqların bu sindirom olma riski 5-15%-dir. Tədqiqarlar bu uşaqların 75-%-də zəka geriliyi, yalnız 10%-də normal zəka olduğunu göstərir. Onların riyaziyyata, musiqiyə, rəsmə böyük marağı olur. Həmçinin müşahidələr autistik uşaqların daha çox oğlanlar olduğunu göstərir. Hər dörd autistik uşaqdan üçü oglandır.                                                                                                       

Əgər müalıcə simptomlar özünü biruzə verdiyi müddətdən başlayarsa, daha effektiv nəticə əldə etmək olar. Gec müalicəyə başlamaq bu simptomun ömür boyu onunla gedəcəyinə işarədir. Autistik uşaqlar utancaq olur. Ətrafdakı insanlarla ünsiyyət qurmurlar. Bəlkə də ünsiyyət qurmaq istıyirlər, lakin bunu necə etmək lazım olduğunu bilmirlər. Anaın uzun müddət yanında olmamasına fikir verməyə bilərlər, lakin otaqda hər hansı bir əşyanın yerinin dəyişməsini hiss edirlər. Bizim üçün adi olan, bəzən heç eitmədiyimiz səslər onlar üçün işgəncə ola bilər. Etmək istəmədiyi şeylərə onları məcbur etmək olmaz.                                                    

   Ailədə autistik uşaq varsa ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Onlar səbrlə, təmkinlə övladlarına qulluq etməyə çalışmalıdırlar. Normal uşağa bir dəfə başa saldığımızı autistik uşağa 5-6 dəfə, hətta daha çox təkrarlamaq lazım gəlir. Onların müalicəsi psixoloq, loqoped, pedaqoqlar tərəfindən sistemli aparılmalıdır. Yeniyetmə uşaqları valideynlər yedizdirib, geyindirməməlidir. Bunları özünün etməsinə şərait yaratmalıdır.                                                      

Təəssüflər olsun ki, bu gün ölkəmizdə autistik uşaqlar üçün ayrı məktəb yoxdur. Onlar digər nevroloji problemi olan uşaqlarla birgə təhsil alırlar. Lakin hər xəstəliyin fərqli əlaməti var. Xarici ölkələrdə onların ayrı məktəbləri var. Ümid edək ki, bizim də ölkəmizdə bu simptomda olan uşaqlara xüsusi qayğı göstəriləcək və ayrıca məktəb açılacaq.                                                                                 

     Autiz olmaq onların seçimi deyil. Onlar da bizlərdən biridir. Buna bir xəstəlik deyil, fərqli qabiliyyət kimi baxmağı bacarmağa çalışaq.                              

 

 

Turanə Rzayeva 

Go Back

" Zəmanəmizin vəbası-Autizm" - TƏHMİNƏ YAQUBOVA

                          

Müasir dövrün artıq vəbasına çevrilmiş pozuntulardan biri də Autizmdir.  Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir.Tez-tez televizorlardan, sosial şəbəkələrdə rast gəldiyimiz bu problem sanki danışıldıqca daha da artmaqdadır. Autik uşaqlarda bəzi hormonlar,minerallar,zülallar ya azdır və yaxud düzgün balanslanmamışdır. 85% uşaqda mədə-bağırsaq problemi müşahidə edilmişdir. Bəzən normal doğulmuş uşaq valideynlerinin məsuliyyətsizliyi ucbatından məhz bu  problemin qurbanı olurlar. Ana-atanın  texnologiyaya olan maraqları, narkotik və ya spirtli içkiyə qarşı olan meyli, uşaqların təlim-tərbiyəsi barədə geniş məlumat sahibi olmamaları uşaqlarda autizmə gətirib çıxarır. Bəli, autizm irsi faktorlar üzündən yarandığı kimi həmçinin sonradan da qazanıla bilər. Autizmə gətirib çıxaran digər amil isə ağır metallardan zəhərlənmədir.

Hər bir uşaq fərqli olduğu kimi autizmin inkişaf yolu da fərqlidir. Autizmin inkişaf yolu fərqli olsada ortaq xüsusiyyətləri də var. Bunlara aşağıdakılar aid edilir:

- öz yaşıdları və ya özündən böyüklərlə əlaqə qura bilməmək

- danışmaqda çətinlik  çəkmək və yaxud nitqin olmaması

- kənar səslərə qarşı həddən artıq dərərcədə həssaslıq və ya həssassızlıq.

- oyuncaqlara fərqli cür yanaşmaq və oynamaq

- səbəbsiz yerə ağlamaq və gülmək

-yeniliklərə  öyrəşməkdə çətinlik çəkirlər (yeni paltar,oyuncaq)

- streotip hərəkətlər ( əllərini tez-tez çırpmaq,yerində fırlanmaq,hoppanmaq)

- göz kontaktının olmaması

- adı ilə səsləndikdə cavab reaksiyası verməməsi

- istədiyi əşyaları barmaqları ilə göstərməmək

-təhlükənin fərqində olmamaq

- iylərə qarşı həssaslıq

-  həddən artıq dərəcədə hərəkətli olmaq və ya hərəkətsizlik

- toxunulmağa qarşı olmaq və ya tam əksinə toxunulmağı sevmək

- kiçik cisimlərə qarşı  həddən artıq dərəcədə bağlılıq

 Autizmin yaranma səbəbləri də inkişafı kimi fərqlidir. Yaranma səbəblərinə aşağıdakılar aid edilir:

* ananın hamiləlik dövründə aşırı dərəcədə dodaq boyasından istifadəsi

*beynin bəzi hissələrinə lazımı qan axımının olmaması

* uşağın yüksək  qızdırma keçirməsi

*toksik maddələrə məruz qalması

* infeksiyalar

* beynin zədələnməsi

*peyvəndlər

*doğuşöncəsi və sonrası oksigensiz qalmaq

* ananın zərərli maddələrlə qidalanmasi

* pedaqoji baxımsızlıq

 Autizmin yayılması dövrlərə görə  dəyişmişdir:

1980-ci ildə : Hər 10.000 adamdan 1-i

1995-ci ildə : Hər 500 nəfərdən 1-i

2001-ci ildə : Hər 250 nəfərdən 1-i

2004-cü ildə : Hər 166nəfərdən 1-i

2007-ci ildə : Hər 150 nəfərdən 1-i

2009-cu ildə : Hər 110 nəfərdən 1-i

2012-ci ildə : Hər 88 nəfərdən 1-i

2013-cü ildə : Hər 50 nəfərdən 1-i

Ana bətnində autizmin yaranmasında ananın istifadə etdiyi bəzi əşya və qidalar səbəb ola bilər ki, bura aşağıdakılar aiddir:

1. ananın hamiləliyi önləyən həblərdən istifadə etməsi

2. ağır metallarla zəhərlənmiş dəniz məhsulu ilə qidalanmaq

3. ətraf aləmin kirlənməsi

4. dərman preparatları

5. narkotik,siqaret və alkoqoldan istifadə

Uşaqlarda isə autizmin yaranması aşağıdakı  səbəblərdən baş verir:

1. iynə və dərman

2. ətraf aləmin kirlənməsi

3. immun xəstəliklər

4. antibiotiklər

Аutizm termini müxtəlif dərəcədə nəzərə çarpan, geniş spektırlı vəziyyətləri özündə birləşdirsədə, bütün vəziyyətlərdə aşağıdakı əlamətlər ilə xarakterizə olunur :

 

1.Sosial münasibətlərdə pozğunluq

2.Nitq və ünsiyyətdə pozğunluq

3.Тəsəvvür etmədə pozğunluq

Sosial bacarıqlar

·       Münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik

·       Ətrafdakılara yad və laqeyd münasibət

·       İnsanlara cansız əşyalara olduğu kimi münasibət

·       Sosial davranışların “incəliyini” başa düşməmək (anlamamaq)

·       Başqa insanların dа istəyinin, məqsədinin və nəzər nöqtəsinin olduğunu başa düşməmək

Nitq və ünsiyyət

·       Sözlərin mənasını anlamaqda çətinlik

·       Ancaq öz ehtiyaclarının ödənilməsi ilə мəhdudlaşan  ünsiyyət

·       Başqa insanların jestlərini, səs intonasiyalarını, bədən dilini və mimikasını təqlid etməkdə çətinlik

·       Nitqdən qeyri adi istifadə (özü haqqında üçüncü şəxsdə danışmaq)

·       Nitqi hərfi мənаdа anlamaq

 

Təsəvvür

·       Bir fikirdən digərinə keçməkdə çətinlik

·       Rutinaya ciddi əməl etmə (dəyişikliklərə müqavimət)

·       Rollu təsəvvüredici  oyunlarda iştirak еtməkdə çətinlik

·       Digər insanların fikirlərini anlamaqda çətinlik

 

Ad və Soyad: Təhminə Yaqubova

Yaş: 21

Universitet: Bakı  Qızlar Universiteti

İxtisas : Psixologiya

 

 

Go Back

"Onların normal bir vətəndaş kimi cəmiyyətə adaptasiya olmasına kömək edək. Bu hamının işi olmalıdır. Mənim də, sənin də, hamımızın da... "- TURAC AĞAYEVA

                                 

         Mən bu layihəni görənədək autizm barəsində çox cüzi  məlumatım var idi. Ümumiyyətlə, autizm sözünü eşitsəm də,  nə olduğunu bir o qədər dərk etmirdim.Müasir dünya internet əsridir. Autizm sözünü yazıb axtarışa verdim. Bir neçə video açıldı. Açılan videoların hər birinə baxdım. Düzünü desəm, heç layihədə iştirak etmək fikrim də yox idi, sadəcə , ötəri bir nəzər salıb autizmin nə olduğunu öyrənmək istəyirdim. Lakin gözəl,  fidan balaların belə xəstəliyə düçar olduğunu görüb necə də sakit dayanmaq olar? Necə də ötəri nəzər salıb keçmək olar? Bunun üçün daş qəlbli olmaq gərəkdir. Nələr vardı bu videoda , daha doğrusu, nələr gördüm bu videoda? Autizmə düçar olan uşaqların ictimai  həyatdan uzaqlaşdığını, ünsiyyətdən uzaq olduğunu, öz valideynləri ilə belə çətin ünsiyyətə girdiyini, nə məktəbə, nə bağçaya gedə bilmədiklərini gördüm. Belə uşaqlar nə özləri cəmiyyətlə ünsiyyətə girmək istəyir, nə də cəmiyyət onları qəbul edir. Əlbəttə ki, ürək ağrıdan bir haldır. Ən böyük acı isə bizə yad olan bu əcnəbi xəstəliyin müalicəsinin həlli yollarına hələ təzə-təzə başlamağımızdır.

Viktor Hüqo demişdir: “ Dünyada uşaq qığıltısından təntənəli himn yoxdur. ”Uşaqlar dövlətin gələcəyidir. Biz gərək gələcəyimizi sağlam təməllər üzərində quraq. Video çarxlarda  bu xəstəliyə düçar olmuş uşaqların analarını gördüm. Onların üzlərindəki kədəri, qüssəni, qəmi gördüm. Hər bir valideyn övladını sağlam görmək istəyir. Həmin analara səslənmək istəyirəm.  “ Səbrli olun, mübariz olun.” Müdriklərimizin çox gözəl kəlamı var: “Dərd varsa, dərmanı da var.” Çox şükürlər olsun ki, bu gün artıq autizmdən əziyyət çəkən övladlarımız üçün reabilitasiya mərkəzləri mövcuddur. Bu az bir nailiyyət deyil. Gəlin düşünək, özüm qarışıq hələ autizmin nə olduğunu yeni öyrənmiş oldum. Demək, cəmiyyət hələ məlumatlı deyil. Əgər məlumatlı deyilsə, autizmdən əziyyət çəkən hər bir kəsi cəmiyyətə qəbul etməyə də  hazır  olmayacaq.

Mən autizmdən əziyyət çəkən uşaqların sağalması üçün çalışan bütün mərkəzlərə minnətdarlıq hissi ilə yanaşıram. Çünki onlar hər bir uşağa fərdi yanaşır, hər bir uşaqla fərdi, məşğul olurlar. Bu mərkəzlər  bizim gələcəyimizin təminatçısı olan uşaqları sağlam həyata döndərmək, cəmiyyətə yararlı ,öz ayaqları üstündə durmağı bacaran bir vətəndaş yetişdirməyə çalışırlar. Bu çətin və şərəfli işdə onlara uğurlar arzulayıram. Qoy, onlar tez-tez autizmdən sağlam həyata dönmüş anaların sevinc hisslərini görsünlər. Bir insan üçün isə işinin uğurlu nəticəsindən sevincli heç nə ola bilməz.

                Gəlin ürəkdən arzu edək ki, autizmdən əziyyət çəkən bütün uşaqlar sağalıb normal həyata dönsünlər. Qoy onlar da bütün sağlam uşaqlar kimi müstəqil Azərbaycanımızın şad, bəxtəvər övladları kimi böyüsünlər.Məşhur bir şeirdə deyildiyi kimi:

                            Qoy həmişə səma olsun,

                            Qoy həmişə günəş olsun,

                            Qoy həmişə anam olsun,

                            Mən də olum həmişə.

         Maksim Qorki demişdir: “ Uşaqlar torpağın canlı çiçəkləridir. ” Bu çiçəkləri təhlükələrdən qorumaq, cəmiyyətin fəal, normal üzvü kimi yetişdirmək valideynlərin və tərbiyəçilərin işidir. Uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki, adam öz məhəbbətini uşağa işlə sübut etsin. Gəlin biz də işimizlə, məhəbbətimizlə autizmdən əziyyət çəkən uşaqlara arxa olaq, dayaq olaq. Onların normal bir vətəndaş kimi cəmiyyətə adaptasiya olmasına kömək edək. Bu hamının işi olmalıdır. Mənim də, sənin də, hamımızın da... 

        

                  Ağayeva Turac.  26 yaş

Orta məktəbdə müəllim

Go Back

"Axı bu xəstəlik toxunaraq və ya yayılaraq keçən xəstəlik deyil.Niyə də onların əlindən tutub oynamağı cəmiyyətlə əlaqə qurmağı öyrətməyək?" - TƏHMİNƏ QASIMOVA

Autizm-anadangəlmə  olan,ömür  boyu  sürən,qeyri-iradi  hərəkətlərə  səbəb  olub, beyin  inkişafını  əngəlləyən  xəstəlikdir. Bildiyimiz  kimi  insani  digər  canlılardan  fərqləndirən  əsas  cəhət  cəmiyyətlə  əlaqə  qura  bilməsidir. Ancaq  bu  tip             insanlar  cəmiyyətlə  əlaqə  qura  bilmir, özünə  qapalı  olurlar. Son  illər                   respublikamızda    rast  gəlinən  bu  xəstəliyi  21  əsrin  epidemiyası  adlandıranlarda  az  deyil. Bu  xəstəlik  hər  uşaqda  başqa  cür  müşahidə  edilir. Bəs  bu  xəstəlik  necə  yaranır?  Xəstəliyin  yaranma  səbəbi  hələki  tam  olaraq  məlum  deyil.

Lakin  xəstəliklə  maraqlanan  zaman  hamiləlikdə  ananın  “qızılcıg”,          ”suçiçəyi”  və  s.  bu  kimi  viruslu  xəstəliklər  keçirməsi  zamanı  uşaqda  autizm  xəstəliyinin  yaranması  qənaətinə  gəlmək  olar. Xəstəliyin  gostəriciləri  nələrdir?Yeni  doğulan  uşaqda  xəstəliyin  göstəricilərini  anlamaq  çətin  olur. Hətta           autizm  xəstəlikli  övladı  olan  ana  müsahibəsində: “Oğlum  çox  sağlam  dünyaya  gəlmişdi  çəkisi  4kq  idi. Onun  xəstə  olduğunu  anlamamışdıq.Lakin  zaman        keçdikcə  onda  fərqliliklər    olduğunu  gördük. Çağırdığımız  zaman  adına            reaksiya  vermirdi, yaşıdları  danışdığı  halda  o  kəlmə  belə  kəsmirdi. Fikrini  ifadə  etməkdə  cətinlik  cəkirdi.Buna  görə  də  ağlayırdı  və  əsəbləşirdi”.Yalnız  2-3     yaşlarına  gəldikləri  zaman  xəstəlik  aşkar  olunur.Bəs  bu  xəstəliyin  özəlliyi      nələrdir?Xəstəliyin  bir  sıra  özəllikləri  vardır  ki,bunlardan biri  də göz temasıdır.Bu  xəstələr  heç  kimlə  göz  temasına  girə  bilmir.

Bizim  üçün  əhəmiyyətli  olmayan  səslər, qoxular, dadlar,  görüntülər, toxunuşlar   onlar  üçün  qorxunc  hiss  olunur.Bizim  gündəlik  olaraq  yaşadığımız  market     alış-verişi,kassa  aparatının  səsi  qəfil  gələn  qoxu  onlar  üçün  artıq  yüklənməyə  səbəb  olur  və  narahat  edir.Hər  hansı  bir  duyğuları  çox  yükləndiyi  zaman      buna  tərs  reaksiya  verirler.Bizim  onları  uzaqdan  çağırmağımız  onlara  işarət   dili  kimi  gəlir.Biz  bunun  yerinə  onlara  yaxınlaşıb  sadə  kəlimələrlə  müraciət  etməliyik.Onlar  ifadələri  sözlərin  mənasına  görə  anlayırlar.Məsələn,”qaçma”,   ”tələsmə”  kimi  sözlər  yerinə  “arxanca  atlı  gəlir”    ifadəsi  onların  başa            düşməsinə  çətinlik  törədir.Danışa  bilməsələr  də  onlara  nə  isə  verdiyimiz         zaman  göstərdikləri  reaksiya  ilə  nə  istədiklərini  başa  düşə    bilərik.Belə          xəstələrin  digər  özəlliyi  də  mənasını  bilmədiyi  çətin  sözləri  və  ifadələri  belə  əzbər  deyə  bilirlər.Yadda  saxlama  qabiliyyətləri  çox  güclüdür.  Bu  uşaqlar      uzun  müddət  bir  hadisəyə  reaksiya  göstərə,ağlaya  və  ya  heç  bir  reaksiya  göstərməyə  bilərlər.Bəs  bu  xəstəliyin  müalicəsi  varmı?

Bəli  bu  mövzuyla  maraqlandığım  zaman  vaxt  keçdikcə  yaxşılaşan  uşaqların   olduğu  gördüm.Xarici  kanalların  birində  autizmdən  danışan  ana belə dedi:”Onu  çağıran  zaman heç  bir  reaksiya  vermirdi,danışmırdı.Ən  böyük problemimiz  isə  oğlumun  barmaqları  ilə  ağzındaki  tüpürcəyi  çıxarıb  hər  tərəfə  tökməsi  idi. 

İşarət barmağını  demək  olar  ki,işlətmirdi.Fırlanan  bir  şey  gördüyü  zaman  öz  ətrafında  fırlanırdı.Qeyri-iradi  olaraq  hərəkətlər  edirdi.Amma  artıq  danışır,sual  verir,oxuyur”Maraqlandığım  qədərilə  bu  qənaətə  gəlirəm  ki,bu  xəstəliyin        müalicəsi  üçün  uşağa  xüsusi  diqqət  ayrılmalıdır.

Bunun  üçün  məktəblər  açılmalı,teərübəli  psixoloqlar,müəllimlər  işə  cəlb          olunmalıdır.Uşaqlara cütlər şəklində tapşırpıqlar verilməli,puzzlelar paylanmalıdır.Sensor  işıqları  onları  sakitləşdirir,buna  görə  də  onlar  üçün  xüsusi  otaqlar       hazırlanmalıdır.Bu  tip    uşaqların  etməli  olduğu  işlərə  deyil,bacardığı  işlərə     diqqət  yetirmək  lazımdır.Onları  olduğu  kimi  sevmək  lazımdır.“Kaş  bunu  edə  bilrədi,kaş  onu  edə  bilərdi”demək  yerinə  uşaqlara  dəstək  olmaq  lazımdır.Bu   zaman  yadıma  düşən  bir  hekayəni  də  nəql  etmək  istəyirəm.Bir  ananın  hər     iki  övladı  da  bu  xəstəlikdən  əziyyət  çəkir.Bir  gün  yol  gedərkeə  yol  ayrıcında  övladlarından  birinin  autizmi  tutur.Uşaq  yola  yıxılıb  ağlamağa  başlayır.Hər     tərəfdən  maşın  gəlir.Ana  nə  edəcəyini  bilmir  və  kömək  istəyir.Heç  kim  ona  kömək  etmir.  Ana  əlacsız  qalıb  özü maşınların üzərinə yeriyib onları saxlatdırır.Övladına  yaxınlaşmaq  istəyən  zaman  digər  övladını  yolda  duran  yaşlı  birinə  tapşırmaq  istəyir.Yaşli  adam  anaya  kömək  etmir.Ana  özü  güclə  uşaqlarını      götürüb  evə  qayıdır.

Hətta  ana  dedi  ki,bizi  marketdən  çıxardıqları  vaxt  belə  olub.Marketə  girərkən  uşağı  həyəcanlanıb  və  bu  zaman  qışqırmağa  başlayıb.Bundan  qorxan    müştərilər  ananın  çölə  çıxmasını  tələb  edib.Bu  vəziyyətdə  hər  kəs  özünü  o  valideyinin  və  uşağın  yerinə  qoysun.Belə  bir  vəziyyətdə  bu  uşaqlara  biz  kömək        etməsək  kim  kömək  edecək?Axı  bu  xəstəlik  toxunaraq  və  ya  yayılaraq  keçən  xəstəlik  deyil.Niyə  də  onların  əlindən  tutub  oynamağı  cəmiyyətlə  əlaqə           qurmağı  öyrətməyək?Kənardan  baxdığımız  zaman  bu  uşaqların  başqaları  ilə   oynamaq  istəmədiyini  düşünə  bilərik.Amma  bu  belə  deyil.Sadəcə  cəmiyyətlə  bağlantınıi  necə  quracağını  bilmədiyi  üçün  bunu  etmir.Bu  zaman  digər           uşaqları  onunla  oyun  oynamağa  dəvət  etmək  məncə  daha  düzgündür.Belə      uşaqları marketdə,küçədə,qonşuda,hər  hansısa  bir  məkanda  gördüyümüz  zaman  qaçmalı  deyilik.Qayğı  göstərməliyik.Bu  xəstəlik  onların  seçimi  deyil.Belə       yaşamağı  onlar  seçməyib.Bunu  bütün  ağırlığıyla  onlar  yaşayır.Biz yox.Bizlərin  köməyi  olmadan  onlar  xəstəliklə  mübarizə  apara  bilməzlər.

Biz  autizmə  bir  xəstəlik  yox  xüsusi  istedad  kimi  baxmalıyıq.Bəlkə  də  onlar  gələcəyin  ən  məhşur  idmaçısı  ola  bilmez,bizi  olimpiyadalarda  təmsil  edə        bilməz.Amma  hər  hansı  bir  mövzuya  diqqət  yönləndirmələri,beyin  tutumu  və  musiqi  düyümü  baxımından  gələcəyin  Eynşteyni,Mozartı  ola  bilərlər.

İndiki  dövürdə  bəzən  onların  da  autizm  olduğu  fikri  irəli  sürülür.Bunun  üçün  də  onlara  daha  çox  vaxt  ayırmalıyıq  və  əmin  olmalıyıq  ki,bu  öz  bəhrəsini    göstərəcək.

Təhminə Qasımova

Go Back

"AUTİZMƏ ELMİ YANAŞMA" - XƏLİLZADƏ SİTARƏ

Autizm həyatın ilk üç ili ərzində meydana çıxan və bütün həyat boyu davam edən, ictimai qarşılıqlı münasibətlər, sosiallaşma, dil, ünsiyyət sahələrində problemlər, təkrarlayıcı davranış və məhdud maraq dairəsi ilə xarakterizə olunan inkişaf pozuntusudur. Hələ autizm termini istifadə olunmadan, bugün qəbul etdiyimiz autizm anlayışından ilk dəfə 1700-cü illərdə fransız elm adamı Jan İtard bəhs etmişdir. O, autistik əlamətləri olan Viktor adlı bir yeniyetmə ilə uzun müddət işləmişdir. Beləliklə, o, özü də bilmədən autizmi araşdırmış və autist insanları hər hansı bir diaqnoz qoymadan “fərqli insanlar” olaraq adlandırmışdır. Autizm sözü ilk dəfə 1910-ci ildə İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən istifadə olunmuşdur. Bleuler bu sözü yunanca autos (öz mənasında) sözündən törətmiş və adamın özünə olan “xəstəlikli heyranlığı” mənasında istifadə etmişdir. Bu dövrdə autizm həqiqətlə əlaqə yaratmaq pozuntusu olaraq xarakterizə edilmiş və uşaqlıq şizofreniyası olaraq adlandırılmışdır. Amerikalı uşaq psixiatrı Leo Kanner isə 1943-cü ildə on bir uşaq üzərində ilk dəfə apardığı araşdırmalar nəticəsində autizmin fərqli bir pozuntu olduğunu qeyd edərək, bu pozuntu üçün “Erkən Uşaqlıq Autizmi” terminindən istifadə etmişdir. Kanner autizmi bir sindrom olaraq müəyyənləşdirmişdir. Kannerə görə autizmin: - autistik yalnızlıq, - dəyişikliklərə qarşı müqavimət, - fərqli maraq və qabiliyyətlər olmaqla üç əsas xarakterik xüsusiyyəti vardır. Kannerin autizmdə vurğuladığı “autistik yalnızlıq” psixoloji bir yalnızlıqdır və bugün də autizm diaqnozunun qoyulmasında əhəmiyyətli bir yer tutmaqdadır. 1944-cü ildə avstriyalı uşaq psixiatrı Hans Asperger müstəqil olaraq eyni problemlərə malik və bənzər xüsusiyyətləri daşıyan uşaqlardan bəhs etmişdir. 1 Asperger autizmi davranışla əlaqəli bir sindrom olaraq təsvir etmişdir. Aspergerə görə bu uşaqları digər uşaqlardan ayıran əsas xüsusiyyət, insanlarla sosial qarşılıqlı münasibəti başladarkən və davam etdirərkən çətinlik yaşamalarıdır. O, eyni zamanda qeyd etmişdir ki, bu uşaqlarda digər insanlarla qarşılıqlı münasibət qurmaq niyyəti olmaqla birlikdə bu münasibət əcaib, tək istiqamətli, ya da ictimai qarşılıqlı münasibətlərdəki qaydaların yerinə yetirilməməsi şəklində olmaqdadır. 1952-ci ildə Amerika Psixiatriya Assosiasiyası tərəfindən dərc olunmuş Psixi Pozuntuların Diaqnostik və Statistik əl kitabında autizmdən uşaqlıq şizofreniyasının bir növü olaraq bəhs edilmişdir. 1970-ci illərdə araşdırmaçılar, autizmin diaqnoz meyarlarını əhatə edən bir araşdırma aparmışlar. 1980-ci ildə üçüncü dəfə dərc olunan əl kitabında autizm uşaqlıq şizofreniyasından və digər psixozlardan ayrılmış və yayılmış inkişaf pozuntusu adı altında araşdırılmışdır. 1994-cü ildə dördüncü dəfə dərc olunan kitabda yayılmış inkişaf pozuntularına dörd fərqli diaqnoz da daxil edilmişdir.

Onlar aşağıdakılardır:

1. Asperger sindromu;

2. Rett sindromu;

3. Uşaq dezinteqrativ pozuntusu;

4. Atipik autizm (başqa cür adlandırıla bilməyən yayılmış inkişaf pozuntusu).

1970-ci illərin sonunda Eric Schopler Kannerin görüşlərinin əksinə olaraq autizmi emosional bir pozuntu olaraq deyil, "nevro inkişaf pozuntusu" olaraq adlandırmışdır. Eric Schopler autizmi nevro inkişaf pozuntusu olaraq təyin etməklə yanaşı, autizmin eyni zamanda mədəniyyət kimi bir funksiya yerinə yetirdiyini də qeyd etmişdir. Mədəniyyət insanların düşünmək, yemək, geyinmək, işləmək, hava vəziyyəti, ya da təbiət hadisələrini anlamaq, boş vaxtı dəyərləndirmək, ünsiyyət qurmaq və sosial qarşılıqlı münasibətlərinə təsir etməkdədir. Mədəniyyətlər bu bucaqlardan fərqliliklər göstərir. Buna görə, bir mədəniyyətə aid insanlar digər mədəniyyəti anlamaqda çətinlik yaşaya bilər.

Autizm təbii ki, tam olaraq bir mədəniyyət deyil, amma hər 2 necəsə fərdlərin yemək, geyinmək, boş vaxtını dəyərləndirmək, ünsiyyət qurmaq formalarına və s. təsir etməkdədir. Beləcə sanki bir mədəniyyətmiş kimi görünməkdədir. Dünya Sağlamlıq Təşkilatının Ruhi və Davranış Pozuntularını təsnif edən Klinik təyin və Diaqnozlar əl kitabına görə “autistik pozuntu” və ya “ünsiyyət pozuntusunun” əlamətlərindən bəziləri bunlardır:

- Üç yaşından əvvəl meydana çıxır;

- Yayılmış bir inkişaf pozuntusudur;

- Sosial münasibətlərdə, ünsiyyətdə və təkrarlanan məhdud hərəkətlərdə funksiya pozuntuları tipikdir;

- Sosial mühitə görə davranışlarını nizamlaya bilməmək;

- Mövcud olan dil bacarıqlarının funksional istifadə edilə bilməməsi;

- Səs tonu və vurğuların uyğunsuzluğu;

- Jest və mimikaların uyğunsuzluğu;

- Bəzi davranış və vərdişlərin şablon halını alması;

- Ətraf mühitin dəyişməsinə müqavimət.

Autizmli fərdlər ilk vaxtlar insanlarla sosial qaşılıqlı münasibətlər qura bilmədikləri, ünsiyyətə girmədikləri üçün insanlarda onlarda əqli inkişaf geriliyi olduğu düşüncəsini yaratmaqdadır. Lakin hər autist fərd əqli inkişafdan geri qalmır. Bu o demək deyil ki, autist insanların hamısı əqli inkişaf cəhətdən normal olurlar.

Ümumi statistikaya nəzər saldıqda müəyyən olur ki, autizm diaqnozlu fərdlərin təxminən 10-15%-i normal və normadan yüksək əqli inkişaf səviyyəsinə, 25-35%-i yüngül əqli inkişaf geriliyinə malikdir. Geriyə qalanların əqli inkişaf səviyyəsi isə orta və ağır dərəcədədi. Autizmin yayılması ilə əlaqədar dəqiq məlumatlar bilinməməklə yanaşı, fərqli mənbələrdə fərqli rəqəmlər verilməkdədir.

Məsələn, 1996-2001-ci illərdə aparılan elmi araşdırmalarda autizmin yayılma nisbətinin 10/10 000 olduğu bildirilmişdir. 3 Xəstəliklərə nəzarət etmə və qarşısını alma mərkəzi tərəfindən 2007-ci ildə aparılan araşdırma nəticəsində isə bu sayın 1/150 olduğu müəyyənləşdirilmişdir. Amerikada aparılan ən son araşdırmalarda bu sayın 1/88 olduğu açıqlanmışdır. Bu sayın getdikcə artması mütəxəssisləri narahat edir. Azərbaycanda hələlik bu cür statistik araşdırma keçirilməmişdir. Bununla yanaşı araşdırmalar göstərmişdir ki, autizmin görülmə nisbəti oğlanlarda qızlara nisbətən 3-5 dəfə çoxdur.                

  Autizimdə " Mən " anlayışı Mən öz dünyamın mərkəzindəyəm.- Mən bunu belə etmək istəyirəm.-  Mən bu köhnə rahat geyimi xoşlayıram.- Əgər mən pis iylənirəmsə mənim üçün fərq etməz.LAKİN !- Mən istəyirəm ki,cəmiyyət məni qəbul etsin.- Mən gülünc vəziyyətə qoyulmağı xoşlamıram.- Mən iş əldə etmək istəyirəm.- Mən istəyirəm ki,adamlardan yaxşı iy gəlsin.                

      Autist uşağın ailəsinin keçirdiyi sosial-psixoloji mərhələlər Ailə – insan növünün davamlılığını təmin edən, ilk ictimailəşmə müddətini meydana gətirən, qarşılıqlı əlaqələri müəyyən qaydalara bağlayan, cəmiyyət mədəniyyətini nəsildən nəsilə ötürən, bioloji, psixoloji, iqtisadi, hüquqi və s. istiqamətləri olan ictimai bir qurumdur. Ailə, ana, ata və uşaqlardan ibarət ən kiçik cəmiyyət vahididir. Eyni dam altında yaşayan, eyni gəliri paylaşan, evlilik, qan qohumluğu ilə birləşən və oynadığı müxtəlif obrazlarla biri-birinə təsir edən fərdlərin təşkil etdiyi sosial bir qurumdur. Ailə məhdud bir böyüklüyə sahibdir və sosial varlıqların ən kiçiyidir. Hər cəmiyyətdə və hər dövrdə ailə var olub. Uşağın mənliyi ailədə formalaşır. İlk davranışlar ailədə qazanılır. Valideynlər uşağın həyatında ən güclü təsirə malik insanlardır. Uşaqlar doğulduqları ilk gündən bir çox bacarıqları anaları, ataları və digər ailə üzvlərindən öyrənirlər. Valideynlər uşaqlarına köməyə ehtiyacı olduğunda dəstək verən, onları öyrəndikləri hər bacarıqda tərifləyən ilk müəllimlərdir.

 

Xəlilzadə Sitarə

Go Back

“Kiçik qəlbdən böyük xahiş” - SEVİNC MƏMMƏDOVA

Salam, mənim ölkəm Yer kürəsi...

Vətəndaşlığım insan...

Məni də aranıza ala bilərsiz? Buna ehtiyacım var da...

Bir az fərqimin bilinməsinə, bir az sevgiyə, bir az da yaşamağa...

Sizcə, bu mənim haqqım deyil mi?!

Hey , Yer kürəsindəkilər, məni də aranıza alın, xahiş edirəmL

Mən çoxluğu sevmirəm.

Saçımın yuyulmasından, daranmasından və kəsilməsindən nifrət edirəm.

Bəzi ətirlər məni çooxx narahat edir.

Hər yeməyi sevmirəm.

Toxunulmaqdan, qucağa alınmaqdan, oxşanmaqdan xoşlanmıram.

Parlaq işıqlar gözlərimi narahat edir.

Barmaqlarımı heç sevmirəm.

Canım yananda heç hiss etmirəm.

Təhlükəni hiss etmirəm.

Ehtiyaclarımı ifadə etməyə çətinlik çəkirəm.

Həmişə düşünürəm...

Səbəbsiz yerə stresə girirəm.

Başqa uşaqlarla əlaqə yaratmağa çətinlik çəkirəm.

Mənim sizdən fərqli bir çox xüsusiyyətim ola bilər, amma mən pis biri deyiləm.

Mən sadəcə uşağam və sadəcə sevilmək istəyirəm.

Qəbul edin, siz də fərqli olmaq istəyirsiniz...geyim, imic, still, təhsil, kariyera, eşq, həyat fəlsəfəsi...amma mən doğuşdan fərqliyəm.

Bilirsiniz, mənim anamla atam da mən dünyaya gələndə sevinmişdilər...

Mənim həyat səhifələrimə, “möhtəşəm sizlər”  və “qəribə bizlər” səhnəcəyinə diqqət yetirək!

Həyatın rəngsiz üzü

“Mömin xəstləndikdə Allah onun sol çiynindəki mələyə vəhy buyurar ki, həbsdə və mənim bəndimdə olduğu müddətdə bəndəm üçün heç bir günah yazma! Sağ çiynindəki mələyə də vəhy buyurar ki, bəndəm sağlam olduğu vaxt yazdığın xeyir əməlləri onunçun yaz”

İmam Museyi- Kazım

Həyat hər kəsə eyni şəkildə, eyni yerdən baxmır. Heç kəs sabahına zəmanət verə bilməz. Dünya dönür və həqiqətən, hadisələr də  dönür dolanır bizi tapır. Bu gün qarşımıza anlıq çıxan, bəlkə də, ani reaksiya verdiyimiz hər şey sabah bütün həyatımıza çevrilə bilər. Unutmayaq ki, dünənlər bu günümüz, bu günlər sabahımızdır, öz övladlarımzın, əzizlərimizin həyatıdır.  Hər duyğu, hiss, reaksiya, hərəkət, davranış, söz, baxış sabah bizi daha dərindən tutur və dünənin ya hesabın soruşur, ya mükafatın verir, ya da bizim heç xəbərimiz olmadan başımıza gələcək olan bəlaları bizdən uzaqlaşdırır. Heç kəs gələcəkdə başına nə gələcəyin bilməz. Bu bizim övladlarımzın, nəvələrimizin, ən sevdiklərimizin başına gələ bilər, nəinki eynilə bu hadisə, buna bənzər insanları  acizləşdirən, valideynlərini ağrıya məhkum edən xəstəliklər, narahatlıqlar...

Hər şey uzaqdan göründüyü kimi olmaya bilər. Insanları qınamadan əvvəl anlamaya çalışın. Bəlkə də, heç nə sizin gördüyünüz kimi deyildir. Bəlkə də, bu gün ani etdiyiniz hər hansı bir söz, hərəkət sizin bütün sabahınza əvəz olacaq.

N saylı məktəb...

Müəllim:     “Kamil bir palançı olsa da, insan

                     Yaxşıdır yarımçıq papqçılıqdan”

Uşaqlar, şair bu parçada nə demək istəyir? Ümid , qalx sən cavablandır, şair nə deyir?

Ümid: Şair nə deyir?

Müəllim: Ümid, şair bu parçada nə demək istəyir?

Ümid : Ümid, şair bu parçada nə demək istəyir?

Müəllim: Ümid, dediklərimi təkrarlayaraq məni əsəbləşdirirsən, bu nə deməkdir, sən məni təqlid edirsən???

Ümid: Ümid, dediklərimi təkrarlayaraq məni əsəbləşdirirsən, bu nə deməkdir, sən məni təqlid edirsən?:)

N saylı ev...

Nərmin: Ayxan, mən Aylinə görə çox narahatam. Bəlkə həkimə aparaq?

Ayxan: Niyə, Nərmin, hələ uşaqdır, hər uşaq gülür ağlayır, ərköyün böyütmüşük də...darıxma vaxt keçsin düzələcək...

 

N adlı qohum...

Mehriban xanım: Aytəngilin uşağı da bir qəribədir e...nə vaxt baxsan tək- tənha durub bir yerdə. Uşaqla heç oynayıb eləmirlər. Uşaq da lap qaradinməzdir e...Elə bil hamı bunun yanına getməlidir.

 

N saylı baxçada...

Elnarə müəllim: İclası açıq elan edirəm. Bu gün bura yığışma səbəbimiz sizə məlumdur. Artıq 6 aydır ki, bağçamıza gələn Elxan və Sərxan qardaşlarında müəyyən psixi hallar aşkarlanmışdır. Bu gün ona açıqlıq gətirib valideynlərə də bu haqda məlumat verməliyik. Buyurun, Nuray müəllimə, sizi narahat edən bu qardaşların hərəkətində nədir?

Nuray müəllimə: Başqalarına qarşı maraqsızdır, göz təmasından qaçır, istəklərini başqasının əllərindən istifadə edərək edir...

N saylı küçədə...

Elşən:  Aygün, Elnur, Rəhim, Aysel İlkinə baxın... heç nə edə bilmir, elə boş- boş gülür ancaq. Gəlin bunu məsxərəyə salaq...

N saylı xəstəxanada...

Araz:  Həkim, yoldaşım və mən uşağın hərəkətlərindən narahat oluruq və həkimə müraciət etməyə qərar verdik. Düzdür, uşaq hələ çox kiçikdir, valideynlərimiz hər uşaqda olar, keçər deyir ama biz artıq dözə bilmirik. Mənasız gülür, ağlayır, heç bir şeyə reaksiya vermir, hər şeyin eyni olmasını istəyir, qucağa alınmağı sevmir,  kimsə ona toxunsun istəmir...

N saylı klinikada...

Rəsul: İnnurə xanım, mən anlaya bilmirəm, mən oğlumu dörd yaşında niyə psixoloqa gətirim axı? Bəlkə, elə burdan dəlixanaya aparaq.  Anlamıram mən!!!

Innurə xanım: Sakitləşin, Rəsul bəy. Mənə məlumatlar verildi. Sizə kömək etməyimi istəyirsinizsə, mənə sakit bir şəkildə hər şeyi olduğu kimi danışın. Uşağınızda sizi narahat edən hərəkətlər, davranışlar nələrdir?

Rəsul bəy:  Mən...mən bilmirəm...eee...dilim gəlmir, amma uşaq axmaq kimidir, ANLAMIRAM MƏN!!!

Innurə xanım: Rəsul bəy, xahiş edirəm, özünüzü ələ alın və rahatca mənə hər şeyi deyin ki, mən sizin oğlunuza kömək edim.

Rəsul bəy: Baxın, qərbədir... mənasız olaraq gülür, öz-özünə ağlayır, nə sual verirsən təkrarlayır, hər gün eyni oyunu dayanmadan , yorulmadan oynayır, bəzən eyni hərəkəti saatlarla edir. Siz anlayırsınz bu nə deməkdir?!  Digər dostlarımn, qohumlarımın da uşağı var. Heç onlarınkı elə deyil...digərləri kimi oynamır gülmür, qucağa alsan qışqırır, təkdir, hətta bəzən çox qəribə baxır.... mən anlamıram. Axı bunlar nə deməkdir!!!

N saylı həyətdə...

Leyla: Dünən küçədə bir oğlan gördüm bir yaraşıqlı idi ki, gəl görəsən!!! Mavi gözlər, sarı saçlar, boy-buxun,  yar-yaraşıq...insanın ağlını başından alırdı...

Bir ay sonra...

Leyla: Bilirsən artıq onu hər gün görürəm. Gözümə baxa bilmir, mənlə danışa bilmir, məni görən kimi özün itirir, ünsiyyət qura bilmir mənlə...tamam özünü itirir...yani  deyəsən, məni dəli kimi sevir...

Bir neçə həftə sonra...

Leyla: Ruhəngiz, xəbərin oldu da, o dediyim oğlan ruh xəstəsi,  axmaqın biri imiş...inana bilmirəm...

N saylı düşüncələr...

Buna bax heç kimlə oynamır.

Sual verirsən utanmadan təkrarlayır, adamın üzünə ağ olur

Heç kimlə danışmır. Laldı eee...

Axmaq kimi öz-özünə gülür e

Dayanmadan  zır-zır ağlayır...

Eyni şeyi eləyib mənim əsəblərimi korlama...

 Yalvar-yaxar bir uşağın olsun, o da maşallah, nazlı-duzlu, nə qucağa götürə bilirsən, nə də əlini vura bilsən...

Camaatın uşağı oynamaq üçün özün öldürür, bizimki eyni yerdə ömür boyu tək..elə tək də öləcək...

Bir şey istəyəndə adam kimi  ağzını aç de, qabağımda meymunluq eləmə, eşitdin?!

Inana bilmirəm, qolun qanayıb, adam bir ağlayar, qışqırar, nə vaxt oldu? Uşağın qanı çox gedib, kömək edin!!!

Hər gün eyni  şey, hər gün eyni şey...

N saylı müdhiş mühakimələr...

O axmaqdır!

O xəstədir!

O qorxaqdır!

O dəlidir!

O laldır!

O kardır!

XEYR!!! O AUTİZM XƏSTƏSİDİR!!!

Ona  baş qoşmayın.

Onu  çağırmayın.

Ona  toxunmayın.

Ona  baxmayın.

Onunla danışmayın.

XEYR!!! ONUN DA SEVGİYƏ, İNSANLARA, HƏYATDAKI GÖZƏLLİKLƏRİ GÖRMƏYƏ EHTİYACI VAR, HƏM DƏ SİZDƏN DƏ ÇOX !!!

Həyatımdan bezdim!!!

Niyə axı mən, niyə axı mənim övladım...

VALİDEYİNİN ÖVLAD ÜÇÜN ACİZ OLDUĞU BİR ANDA MƏN ANCAQ SUSA BİLƏRƏM...

Allah heç kimi övlad dərdi ilə imtahana çəkməsin... amma bununla yaşamağı öyrənməli. Uşaqları cəmiyyətdən ayırmamalı, onları həyata qazandırmalı, psixoloqlarla əlaqə saxlayıb onlara təsir edib uyğun tərbiyə sistemi ilə onları müəyyən peşə sahibi etməli və hər bir insanın bir dəfə gəldiyi bu dünyadan xoşbəxt köçüb getmələrinə nail olmaq lazımdır.

Unutmayaq ki, canı  verən də, alan da Allahdır. Xəstəlik də buna daxil...

 

Məmmədova Sevinc Rövşən qızı, 21 yaş

Azərbaycan Müəllimlər İnstitutu magistrantı

 

Go Back

"Mən kiçik bir toxumam, günəşim ol ANA!” - SƏMƏDOVA SƏRFİN

Autizm bir xəstəlik deyil! Autizm fərqli qavramadır!                                       

Autizmli uşaqlarda sosial bacarıqlar, üsiyyət qurmaqda problemlər  və bununla yanaşı, təkrarlayıcı, takıntılı davranışlar müşahidə olunur. Ancaq bu məhdudluqlar uşağın edə biləcəklərinə sərhəd çəkməməlidir. Ətrafdakılar hər zaman uşağın fərqliliklərini olduğu kimi qəbul etməli və məhdudiyyətləri aradan götürməlidir. Onu da qeyd edək ki, fərqli olmaq yalnış və ya pis bir şey deyildir. Bizlər fərqli davranışları anlamadığımız  ya da qəribə gördüyümüz üçün səhv və ya pis deyə xarakterizə edirirk.                                                                                            Autizmdə möcüzələrə yer yoxdur: bunun yerinə hər bir fərdi tutumu ən yüksək səviyyədə istifadə edə bilmə və yetkin həyata hazırlanma hədəfi, səyi vardır.                                                                                                                           Ekolali uşağın duyduqlarını eyni səs tonu ilə təkrar etməsidir. Ekolali danışıq qabiliyyəti olan autizmli uşaqların çoxunda müşahidə olunur. Yaş artdıqca və uşaq təhsil aldıqca ekolalidə azalma müşahidə olunur. Autizmli uşaqlarda ekolali - anında ekolali və gecikmiş ekolali olaraq iki yereə ayrılır. Anında ekolali danışdığı  müddətcə söylənənlərin təkrar edilməsidir. Gecikmiş ekolali isə uşağın günlər, aylar öncə duyduğu hər hansı sözləri təkrarlamasıdır.  Ekolalinin autizmli insanlar üçün bir çox funksiyaları ola bilər. Məsələn; diqqət çəkmə, söhbəti uzatma və ya müəyyən bir ifadəni anlamaq kimi.                                                                                 Autizm çoxəhatəli bir mövzu olduğu üçün mən insanlar tərəfindən daha az diqqət ayrılan <<Autizmli uşaqların özünə qulluq bacarıqları və bu bacarıqların öyrədilməsində tətbiq olunan üsullardan>>  danışacam.  Özünə qulluq bacarıqları insanın yaşamasını rahat bir şəkildə davam etdirə bilməsi üçün lazım olan bacarıqlardır. Bu bacarıqlar bunlardır: tuvalete getmə, öz başına geyinib-soyunma, yemək yemə qabiliyyəti, vaxtlı vaxtında yuyunmaq və s. Bu bacarıqlar çox əhatəli olduğu uçun mən yalnız bədən təmizliyi və geyinib-soyunma mövzusuna diqqət edəcəm. Normal uşaqlarda belə bəzi vaxtlarda çətin vəziyyətdə qaldığımz geyinib-soyunma bacarığı autistik uşaqlarda daha böyük problem doğurmaqdadır. Belə ki, autistik uşaqlar  bəzi geyimləri geyinmək istəmir, bəzi paltarlara isə taklıb qalırlar, yalnız bir paltar, rəng və ya çeşiddən istifadə edirlər. Hər işdə olduğu kimi, autizmli uşaqlara geyinməyi öyrətmək  üçün ilk növbədə geyinməyi sevdirməklə başlamaq lazımdır. İlk öncə rahat geyniləbilən, düyməsiz, bağsız geyimlər seçilməlidir. Geyindiriləcək geyimlərdən- şalvar, köynək, ayaqqabı və s.-nin ən asan geyiniləni seçilməlidir. Məsələn, örnək üçün köynək geyindirək.  Bunun üçün ilk növbədə lazımi ortam hazırlanır, geyim uşağa təqdim olunur. Daha sonra öyrədici insan öz köynəyini də göstərək, “indi köynək geyinib-soyunacağıq” deyir. Bu hərəkəti özü öz üzərində bir neçə dəfə təkrar edir və öyrəncinin onu mütəmadi izləməsini təmin edir. Daha sonra öyrənciyə əmr ederək “indi köynəyini sən çıxaracaqsan” deyir. Burada uşağın ilk həmləsinə diqqət yetirilməlidir. Bu zaman uşaq ilk öncə sağ əlini sol, sol əlini sağ qarın boşluğunun altından köynəyin ətəklərindən tutaraq, başından çıxarıb öncə bir qolunu, sonra digər qolunu çıxarmalıdır. Bu bacarıqların bir çalışmada qavranılması çətin olduğu üçün tez-tez təkrarlanmalıdır. İlk çalışmalarda fiziki yardım göstərilə bilər. Bir çox ailələrdə ya duyğusal yanaşaraq, ya da işi tezləşdirmək üçün  həmən özləri geyindirməsi hallarına rast gəlinir.Bu zaman isə yaxşılıq edim deyərkən ən böyük pisliyi etmiş olurlar. Eləcə də şalvar geyinib-soyunma da bir neçə təkrardan sonra uşağa mənimsədilir. Düyməli paltarlarda uşağın ilk öncə düyməni açıb-bağlama çalışması edərək, düymə açıb-bağlamağı öyrənməsi lazımdır. Burada diametri 2-3 sm olan düymələr seçilməlidir.                                                                                      Özünə qulluq bacarıqlarının ən önəmlilərindən biri də bədən təmizliyi bacarığıdır. Bu bacarıqla uşaq eyni zamanda sağlamlığını qorumağı da öyrənmiş olur. Bədən təmizliyinin başında əl-üz yuma vərdişi durur. Uşağın suya qarşı mənfi reaksiyası ola bilər. Çünki hər uşaq fərqli özəllikdədir. Bu prosesi vərdişə çevirmək üçün lazımi mühit yaradılmalıdır. İlk öncə əllərimizi çirkləndirəcək bir işlə məşğul oluruq və ya yemək yeyirik, sonra nümunə kimi özümüz uşağın gözü önündə əllərimizi yuyuruq. Daha sonra “indi sən yuyacaqsan” deyib, sabun götürdülməli, kran açıldılmalı, əllər və barmaq araları yaxşı-yaxşı yuyulmalıdır. Bir autistik şagirdə əl-üz yumağı öyrətmək daş daşımaqdan çətindir. Uşaqların suya reaksiyasını aradan qaldırmaq üçün suyla oynama, qabdan-qaba su boşaltma, oyuncaq çimdirmə, oyuncaq heyvanları üzdürmə- yuyundurma və s. kimi oyun üsullarından istifadə edilə bilər. Əgər bu da kömək etməzsə, ən çox sevdiyi oyuncağı suya ataraq götürmsini gözləmək lazımdır. Suya reaksiyası olan uşağın duşa girməsi də problemlidir. Belə bir vəziyyətdə oyuncaq kukladan istifadə edərək “gəl, kuklamızı yuyunduraq sən də mənə yardım et” demək lazımdır. Bu çalışma bir neçə dəfə təkrarlandıqdan sonra “sənin də duş almaq vaxtındı, istərsən sən də duş ala bilərsən” deyərək, onu buna məcbur etmədən razı  salmaq lazımdır. Eləcə də dırnaq və saç kəsdirmək də belə uşaqlada böyük problemə çevrilir. Bu çalışmalarda da oyuncaq kukla və hazır vəsaitlərdən istifadə oluna bilər.  Bütün bu bacarıqları qazandırmağa çalışırkən çox səbirli və sevgi ilə davranmalı, bezmədən təkrar edilməlidir.                                                                                                       

MƏN autizmli bir uşağam. Dünyanı digər uşaqlardan fərqli qavrayıram və bəzən həyat mənim üçün çox çətin olur. Narahat olma, erkən dioqnoz və təhsillə BÖYÜYÜNCƏ həyatıma tək başına davam edib, olacağıma özüm qərar verə bilərəm. Təhsil almağa erkən yaşlarımdan başlasam, bəlkə bir gün mən də sənəd sahibi OLACAĞAM. Mən kiçik bir toxumam, günəşim ol ANA!”                                                            

 

Go Back

"Autistik uşaqların analarının gözü ilə..."- Şəlalə Mehəliyeva

         Autizmli uşaqla yaşamaq çətindir, əgər o uşaq canından bir parçadırsa daha çətin...

         Elə ilk illərdə özünü göstərməyə başlayır. Həm onun, həm özünün çətin, uzun keçən geceləri. Baçqa uşaqlar kimi normal oyunlar seçməz.Hərdən başa düşmək istəsəndə onu başa düşə bilməzsən. Saatlarla evin ortasında fırlanan, kağızları cırmağa başlayar. Mən anayam balam xoşbəxt olsun deyə həmin hərəkətləri gün boyu onunla birlikdə eliyərdim. Gün bitərdi amma yenə narahat qalardım ki, bu gecəni necə başa vuracayıq... Tualet vərdişləri olmaz autistiklərin çox cəhd eləsədə bunu bacara bilmirdi. Səhərə qədər bəlkə dəfələrlə onun paltarını dəyişmək məcburiyyətində qaldığım vaxtlarda vaxtlarda az olmayıb. Belə-belə illər keçər... O böyüdükcə daha da yorulub, əldən düşərsən. Artıq 7 yaşı olmuşdu. Yaşıdları məktəbə gedəndə o boynu bükük pəncərədən baxanda ürəyim parça-parça olurdu. Ana-atalar öz övladlarından danışıb, tərif edəndə, sən sadəcə gülərsən... Dayanmadan mübarizə aparırdım öncə özümlə sonra isə ətrafımdakı insanlarlar...

         Hər ağızdan bir səs çıxar. Hamı sənə nəsihətlər verər, sözdə yanındadırlar, amma ehtiyacın olduğunda heç kimi tapa bilməzsən.  Tək qalarsan illər keçdikcə...Məndən sonra ona kim baxacaq, nə olacaq deyə fikirləşərsən, çıxış yolu tapa bilməzsən. Hamı cənnətliksən, bu sənin imtahandır deyərlər. Özzlərinin imtahanda olduqlarını unudurlar sanki... Bu yolun tək çıxışa aparan tərəfi səbrdir. Mən və oğlum səbrlə gündəlik məşğələlərlə autizm mütəxəssislərinin köməyi ilə bu çətinliyin öhdəsindən gələ bildik. Artıq oda saymağı bilir, bəzi fiziki ehtiyaclarını ödəyə bilir, ən əsasda gözüylə təmasa girməyi bacarır. Mənim tək uşağımdır və mən həmişə ana sözünü ondan eşidəcəyim günü gözləmişdim. Artıq o mənə “ana” deyə bilir...

         Autizm qaranlığını səbrlə aydınlığa qovuşdurun

ŞƏLALƏ MEHƏLİYEVA

Go Back

"Autist uşaqların bizə demək istədikləri" - PƏNAHOVA RƏFİQƏ

Məndə uşağam... Axı siz niyə mənə baxanda, mənim yalnız “autist” olduğumu görürsüz. Autizm mənim şəxsiyyətimin yalnızca bir tərəfidir. Bəs sizin xoşunuza gələr, insanlar sizi görəndə yalnız bir xüsusiyyətinizə görə sizi qiymətləndirsələr?Desələr siz köksünüz və ya korsunuz? Ola bilsinki, bunlar sizin öndə olan xususiyyətlərinizdən biridir, lakin tam olaraq sizi ifadə etmir. Lakin siz isə mənim yalnız bir xüsusiyyətimi vurğulayaraq  sanki qarşımda bir divar hörürsüz, bu isə mənə özümü tam olaraq ifadə etməyimə mane olur. Əgər siz məni görəndə düşünürsüzsə  “O autistdir”, “O buna qadir deyil”, o halda mən niyə nəsə etməyə cəhd etməliyəm?

Mənim hissiyatım pozulub. Bu o deməkdir ki, mənə ən adi görünüş, səs, dad, qoxu və ya toxunuş, çox güclü ağrı verir. Lakin siz bunları hətta sezmirsiz. Bütün ətraf aləm mənə düşmən kimi gəlir. Sizə elə görünə bilər ki, mən özümü bütün dünyadan ayırıram və qarşımda divarlar hörürəm, lakin bu yalnız mənim özümü müdafiə üsulumdur. Mənim üçün mağazaya getmək belə cəhənnəmə çevrilə bilər, çünki mənim qulağım çox kəskin və yüksək səslərə həssasdır.  Mağazadaki səsküy, xoşagəlməz musiqi, kassanın səsi, xoşagəlməz qoxular -  bunlar mənə çox pis təsir edir. Ürəyim çox pis bulanmağa başlayır. Ətraf aləmi vizual olaraq qəbul etdiyim üçün, mağazadaki fluoressent lampalar mənim gözlərimi ağrıdır. O an mənə elə gəlir ki, ətrafda hər şey titrəyir və daim dəyişir.

Xaiş edirəm çalışın yadınızda qalsın mən nəyi “etmək istəmirəm” (imtina edirəm) və “nəyi etməyi bacarmıram” (qadir deyiləm). Qavrama, danışıq və söz lüğətimin azlığı mənim başlıca problemlərimdən ola bilər. Lakin problem onda deyil ki, mən sizi dinləmirəm. Problem ondadir ki, mən sizi başa düşmürəm. Siz məni başqa otaqdan çağıranda mən yalnız hansısa anlamadığım işarələr toplusunu eşidirəm.Məni çağırmaq əvəzinə, mənə yaxınlaşıb qısa və sadə şəkildə nə istədiyinizi desəniz sizi başa düşəcəm.

Mənim təfəkkürüm çox konkretdir. Məndən nəsə istəyəndə, xaiş edirəm dolayı sözlərdən istifadə etməyin, fikrinizi qısa və konkret ifadə edin. Mən yalnız bu halda sizi başa düşürəm. Zarafatlar, məcazlar, nüanslar mənim üçün anlaşılmazdırlar. Xaiş edirəm biraz səbr göstərin, əgər mənim söz lüğətim çox kasıbdırsa. Nə istədiyimi sizə demək mənə çox çətindir, əgər mən öz hisslərimi ifadə edə bilmirəmsə. Mən ac, əsəbi ola bilərəm və ya qorxaram, lakin bunu sözlərlə ifadə edə bilmirəm. Mənim dilimi anlamağı öyrənin. Bilin ki, əgər mən bəzən hansısa uzun və mənası olmayan cümlələr söyləyirəmsə, bu mənim üçün nitqimdəki çətinlikləri kompensasiya etməkdir. Çünki mən bilirəm ki, əgər mənimlə kimsə danışırsa ona nəsə cavab vermək lazımdır. Bu sözlər kitablardan, televiziya proqramlarından, filmlərdən və ya hansısa başqa insanların söhbətindən ola bilər. Bu “exolaliya”adlanır. Mən konteksti və ya təkrar etdiyim sözlərin mənasını anlamaya bilərəm.

Nitqimdə problemlər olduğu üçün, dünyanı vizual olaraq öyrənirəm. Xaiş edirəm mənə hansısa işlərin necə görüldüyünü anlatmayın, göstərin. Və lütfən, mənə təkrar-təkrar göstərməyə hazır olun. Dəfələrlə təkrar etmək mənə öyrənməkdə kömək edir. Həmdə hazır olun yaş artdıqca əgər mən hələ oxuya bilmirəmsə, mənim vizual təqdim etmələrə olan ehtiyacım azalmayacaq.

Xaiş edirəm fikrinizi mənim bacardıqlarıma yönəldin, bacara bilmədiklərimə deyil. Hər insan kimi məndə səhv edə bilərəm. Mənim güclü tərəflərimə diqqət yetirin, siz də onları mütləq taparsınız. Və məni sevin... Səbr edin və sevin. Çünki məndə sizi sevirəm, lakin hisslərimi bildirməkdə çətinlik çəkirəm.

 

 

Pənahova Rəfiqə Qəşəm qızı

 

Təhsil: A.S. Puşkin adına Leninqrad Dövlət Universiteti, koreksiya pedaqoqiqası və defektoloqiya fakulteti

İxtisas: Loqoped

 

Go Back

"Axı bu günahsız uşaqların dünyaya gəlməsində səbəbkar elə biz özümüzük. " - PƏRVİN ƏSGƏRLİ

İşə  tələsdiyimdən  cəld və çevik addımlarla yol boyu  addımlayırdım. Bir neçə  metr  aralıda yol keçərkən ucadan qışqıran  10  yaşlı autizmli qızın  atasının  onu  cilovlamaq  istəyinə qarşı gəlməsi  və atanın sankı övladından utanırmış  kimi  kobud şəkildə, itələyib  qüsurlu uşaqlar üçün məktəbin qapısından içəri salma çabasını  gördükdə həm üzüldüm həm də ataya qarşı hiddətli baxışlarımı  ala bilmədim bu səhnədən.  Ayaq saxlayıb müşahidəmi davam etdirdim.  “sənə nə var öz uşağımdır özüm bilərəm”  cavabını eşitməmək üçün ataya yaxınlaşa bilmədim. Həqiqətən  çox təsirləndim. Təkcə  jurnalist kimi  yox, vətəndaş  kimi,  ana kimi, ən əsası  bir  insan  kimi.  

P.S. 

Autizmli  qızın atası görəsən övladının vəziyyətindənmi utanırdı yoxsa  yoldakı insanların qızının səsini eşidib ona baxmasından? Cavabı oxucularımın öhdəsinə buraxıram. 

Bəli düzdür, onlar bizim kimi deyillər, fərqlidirlər.   Baxır amma dərk etmir, eşidir amma bəzən cavab  vermir, nitqləri  rabitəsiz  və qırıq olur, təsəvvür etmə qabiliyyətləri olmur. Hətta bəzən  səbəbsiz  yerə  ağlayır  və qışqırırlar. Bütün bu sadaladıqlarım autizm sindromlu uşaqlara aiddir. İstəməzdim  ki, xəstə sözünü  işlədim.  Bilmirəm nə qədər  alınacaq amma   çalışacam  məqalədə istifadə etməyim.  

Autizm nədir ?

Autizm XXI əsrin ən aktual psixoloji problemidir və  autizm sindromlu uşaqlar dünyada olduğu kimi ölkəmizdə də çoxluq təşkil edir. Çünki autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü  göstərməyə başlayır. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Onun əsas simptomlarına sosial münasibətlərdə pozğunluq, nitq və ünsiyyətdə pozğunluq, təxəyyüldə pozğunluq daxildir: Autizmli uşaqlarin xüsusiyyətlərinə gəlincə, onlar başqalarına qarşı maraqsızdır. Onlar göz təmasından qaçırlar. Başqaları ilə ünsiyyət qurmur. İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edirlər. Digər uşaqlarla oynamırlar. Uzun müddət ərzində eyni mövzu üzərində danışırlar. Səbəbsiz olaraq ağlayırlar, gülürlər və səbəbsiz davranışlar nümayiş etdirirlər. Mənasız sözləri ardıcıl təkrarlayırlar. Belə xəstələrin predmetləri davamlı olaraq çevirməkdən xoşları gəlir. Yaradıcılıq tələb edən oyunları oynaya bilmirlər. Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verirlər. Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olurlar. Davamlı olaraq eyni oyunları oynayır, əşyalara bağlanırlar. Ağrıya qarşı laqeyddirlər. Səslərə qarşı həddindən artıq həssasdır və ya həddindən artıq laqeydirlər. Tək qalmağı xoşlayırlar. Təmasdan və qucağa alınmaqdan xoşları gəlmir. Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışırlar. Belə xəstə uşaqlarda həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.

Autizmin səbəbləri

Ümumiyyətlə, əsas səbəbin genetik faktorlar olduğu düşünülür. Ancaq bu sahədə araşdırmalar hələ də davam edir. Beyin quruluşu və funksiyalarını tədqiq edən təcrübələrdə beynin müəyyən hissələrindəki funksiya fərqliliyi olması qeyd edilir. Autizmin  ailənin uşağa yaxşı baxmamasından irəli gəlmə ehtimalı da var.  Autizm təkcə yaxşı baxıb-baxmamaqdan asılı deyil, uşaq bu barədə ağır hallara məruz qalanda autizmə bənzər hallar  ola bilər, bəzən uşaqda özünə  qapanma və  gec danışma halı  olur və ailə də diqqət etmir, bu vəziyyətdə nitq gecikməsi yaşana bilər.  Son illərdə autizm diaqnozlu uşaqların bir qisminin uyğun təlim proqramları ilə tam düzəldiyini və autizmin xüsusiyyətlərininin yox olduğunu görürük. Düzəlməyənlərin isə nitq inkişafı yaxşıdırsa, zəkaları normaldırsa müstəqil-yarı müstəqil həyat yaşayırlar, ancaq nitq inkişafı olmayan, zəka qüsurlu uşaqlar isə, təəssüf ki, böyüklərdən asılı həyatlarını davam edirlər.

Autizmin müalicəsi

Mütəxəssislərin fikrinə əsasən  autizmli  uşaqları vaxtında müalicə etdirmək lazımdır. Bu xəstəliyin müayinəsi və müalicəsi ilə həkim psixiatr məşğul olur. Autizmin müalicəsi qismən çətin və uzunmüddətli prosesdir. Uşağın valideynləri ağır və hər zaman müsbət nəticəni verməyən mübarizəyə hazır olmalıdırlar. Əsas müalicə üsulu psixoterapiya və sosial adaptasiyadır.

Aşağıdakı  qaydalara əməl etmək lazımdır?

1. Təcrübəli psixiatrı seçin. Həkimi dəyişməyin, bu yalnız xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər

2. Autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam  etməlidir .

3. Autizm sindromlu uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək) təkrar etmək lazımdır. Hətta uşaq hər hansı  vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.

4. Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu (növbəti iş və s.) bilməlidir. Belə dəqiq plan olmadıqda, uşaq  özünü  itirir.

5. Uşağı əhatə edən mühit dəyişilməməlidir. Bütün əşyalar daim eyni yerlərdə qalmalıdır.

6. Uşağın diqqətini cəlb etməyə çalışın. Bunun üçün uşağı bir neçə dəfə çağırın. Səsinizi qaldırmayın. Uşağın adını eyni intonasiya ilə o vaxta kimi təkrarlayın, ki uşaq sizə fikir versin. Uşağı vurmaq və ya zorla sizə fikir verməyə məcbur etmək olmaz.

Hər bir konkret halda müalicənin müddəti və nəticəsi fərqlidir. Müalicə başlayan zamanı dərhal möcüzə gözləmək doğru deyil. Gözləməyin ki, 1 aylıq müalicədən sonra uşağınız tam normal olacaq. Autizmli uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir. Bəzi uşaqlarda müsbət dəyişikliklər 2-3 həftədən sonra müşahidə olunmağa başlayır, 6-8 aydan sonra uşaq artıq kontakta girir, suallara cavab verir. Bəzi hallarda isə  bir neçə illik müalicə heç bir effekt verməyə bilər.

Hal-hazırda müalicəsi əsasən erkən başlanmış təlim-tərbiyə proqramları mövcuddur. Bu proqramlar intensiv olmalı, evdə ailələr də tətbiq etməlidirlər. Həftədə 20-40 saatlıq sosial bacarıqları dəstəkləyən proqramlar daha təsirlidir.

       Məqaləmin  sonunda  tövsiyyə olaraq  bildirmək istərdim ki, autizmlə  mübarizədə ilk olaraq autizm sindromlu uşaqlardan yox elə onların valideynlərindən başlamaq daha məqsədə  uyğun  olardı. Əgər valideyn autizm sindromu və onun müalicəsi haqqında məlumatlı deyilsə aparılan müalicənin  müsbət nəticə vermə ehtimalı yüksək ola bilməz.  Bunun üçün ilk  növbədə  valideyn  psixoloji dəstək almalı və özlərini  hazırlamalıdırlar. Nəzərə alsaq ki, autizmli uşaqlar özlərindən asılı olmayaraq valideynləri və ətrafdakıları gözlənilmədən  xoşagəlməz  situasiyalara sala bilirlər. Valideynlər də qəfildən rastlaşdıqları xoşagəlməz situasiyalardan autizmli uşaqlarla düzgün  davranma qaydalarını peşəkarlardan öyrənməklə çıxa bilərlər. İkinci bir təklifim isə odur ki, ölkəmizdə autizm məktəbi yaradılmasıdır.  Autizm sindromlu uşaqların sayına nəzərə salanda görürük ki, dünya əhalisinin bir faizi  yəni 70 milyon nəfər autizmin qurbanı olub. Respublikamızdakı statistikaya görə, təxminən 4500-ə yaxın uşaq autizm sindromundan əziyyət çəkir.

      Bu sahə ilə bağlı bir sira həll olunmamış məsələlər var. Sistemləşdirilmiş autizm məktəbinin açılması bu problemlərin həllində açar rolunu oynaya bilər. Autizmli uşaqların cəmiyyətə inteqrasiyası məsələsi də  gündəmə gətirilməli və həlli yolları araşdırılmalıdır.     

 P.S: Məqaləmin əvvəlində qeyd etdiyim valideynin timsalında bütün autizmli uşaqların valideynlərini peşəkar mütəxəssislərdən yardım almağa çağırıram. Axı bu günahsız uşaqların dünyaya gəlməsində  səbəbkar elə biz özümüzük. 

 

                                                     Bakı     Dövlət      Universitetinin

Jurnalistika   fakultəsinin  Radio

Televiziya Kafedrasının doktorantı,

Azərbaycan  Dillər  Universitetinin

 “AUL channel” onlayn televiziyasının

Jurnalisti Əsgərli Pərvin Səfa qızı 

Məqaləmin əv

Go Back

"Anasının belə onu qucaqlamasına icazə vermirdi." - NİGAR ƏLİYEVA

Autizm, anadangəlmə ya da həyatın ilk 3 ilində meydana çıxan mürəkkəb inkişaf pozğunluğudur. Davranışda və ətrafdakı insanlarla ünsiyyətdə problemlərlə müşayiət olunur. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir. Əksər autizmli uşaqlar xaricən tamamilə normal görünür, lakin bütün vaxtlarını digər normal uşaqların məşğuliyyətlərindən tam fərqlənən qəribə fəaliyyətlərə sərf edirlər.

    Autizmin ilk əlamətləri uşağın 3 ayında üzə çıxmağa başlayır. 3 ayında olan adi uşaq tanış adamları, xüsusilə ananı, görəndə sevinir, gülümsəyir. Autizmi olan uşaq heç kimi tanımır, gülümsəmir.

    Bir çox hallarda valideynlər autizmi olan uşaqda eşitmə qabiliyyətinin zəif olmasından və ya uşağın kar olmasında şübhələnərək (uşaq öz adını eşidəndə, güclü səslər eşidəndə heç bir reaksiya vermir) həkimə müraciət edirlər. Lakin belə uşaqlarda eşitmə ilə heç bir problem yoxdur. Bu uşaqlar özləri üçün özünəməxsus aləm yaradır və sanki bu aləmdə yaşayırlar.

    Autizmi olan uşaqların nitq inkişafı da gecikir. Adətən onlar yalnız 2 yaşından sonra danışmağa başlayır. Bu uşaqların nitqi də qeyri-adidir. Danışmağa başlayandan bu uşaqlar dərhal söz və cümlələrdən istifadə edir, böyüklərdən eşidtiyi sözlərini dəqiq şəkildə təkrarlayır, yalnız bir dəfə eşidtiyi mahnı və ya şeyiri asanlıqla təkrar edir.

    Autizmin tipik elametleri :

  • Goz kontakti mehduddur ya da yoxdur
  • Etraf muhite qarsi maraq yoxdur
  • Adina reaksiya vermir
  • Etrafdakilarin ona toxunmasina icaze vermir ya da sevmir
  • Esasen insanlara yox cansiz varliqlara ustunluk verir
  • Ozlerini sosyal muhitden tecrid edirler
  • Ekser hallarda isteklerini el hereketleri ya da mimikalarla bildirirler
  • Tez-tez eyni hereketleri, cumleleri tekrarlayirlar
  • Etrafda baş verən deyisiklikleri sevmirler. Bezi esyalara cox baglanirlar

    Autizmin inkişaf etmə səbəbləri tibbdə hələ ki qədiq müəyyən edilməyib.Hal-hazırda da bu mövzu üzrə tədqiqat işləri aparılır. Ən real səbəb hamiləlik zamanı anada virus infeksiyanın olması sayılır. Həkimlərin müşahidələrinə görə, autizm bir çox hallarda hamiləlik zamanı qızılca, məxmərək, suçiçəyi keçirilmiş anaların uşaqlarında inkişaf edir. Bəzi alimlər genetic faktorların rolu olduğunu söyləyir.Eyni yumurta əkizlərinin hər ikisində autizmin rastgəlməsinin müxtəlif yumurta əkizlərində olduğundan çox olması bunu deməyə əsas verir.

   Autizmin başqa bir səbəbi: autizmlə bağlı zülalın çatışmazlığı. Fransız və Amerikalı elm adamlarının birlikdə həyata keçirdiyi tədqiqatlar beyin formalaşmasında rol oynayan bir zülalın kifayət qədər sintez edilməməsinin autizmə yol açdığını göstərdi. Autist 11 uşaqdan 9-da MOCOS adı verilən zülalı kodlaşdıran genin funksiyasını kifayət qədər yerinə yetirmədiyi aşkar edildi. Alimlər MOCOS`un kifayət qədər sintez edilməməsinin beyində sinir impulslarının ötürülməsində problemlər yaratdığını, bunun da uşaqlarda müxtəlif inkişaf qüsurlarını meydana gətirdiyini söylədilər.

    Autizmin müalicəsi. Əvvəllər belə hesab edilirdi ki, autizm-taledir, hansı ki onunla barışmaq lazımdır. Hal-hazırda autizmin tam müəyyənləşmiş müalicə üsulu yoxdur. Lakin autist uşaqlara kömək edə biləcək, əqli inkişafları, düşünmə qabiliyyətlərini, hərəkətlərini yaxşılaşdıracaq bir çox metodlar var. İlk öncə, valideynlər autizm haqqında məlumatlandırılmalıdır. Autist uşaqlar daha çox qayğı və diqqət tələb edir, buna görə də valideynlər səbrli və dözümlü olmalıdır. Ümidsizliyə qapılmaq olmaz. Autizmin müalicəsi ilk öncə ailədən başlayır. Hər uşaq özəldir və ona fərdi yanaşılmalıdır. Əgər düzgün yanaşma metodu seçilsə autizm xəstəlik və çatışmazlıq yox, özəlliyə çevrilə bilər.

   Autizmli dahilər: Ludving Van Bethoven (dahi bəstəkar), Tomas Edison (həyatımıza işıq tutan autist), Albert Einşteyn (dünyaca məşhur bir fizikaçı və autist), Henry Ford (ilk avtomobil ixtiraçısı da bir autist olub), Wolfgang Amadeus Mozart, İsaac Newton və başqaları.

    Colorado Dövlət Universitetində professor, yazıçı, autizmli Temple Grandin

    2 yaşında autizm diaqnozu qoyuldu. Həkimlər ümid olmadığını, baxım evinə qoymaq lazım olduğunu deyirdilər. Anası onları dinləməmiş, yaxşı dayə tutmuş, danışması üçün terapevtlərə aparmışdı. Temple 4 yaşında danışmağa başladı. Müalicəsi evdə aparıldı. Saatlarla davam edən məşğələlərin sonunda Temple özü geyinməyi və sinirlərinə hakim olmağı öyrənmişdi. Yemek yeyərkən necə davranmalı olduğunu bilirdi. Anasının rəsmlərlə ona həyatı öyrətməyə çalışması, Templin şəkillər arasında əlaqə qura bildiyini anlamağına şərait yaratdı. Temple mühitdən təcrid edilmədi, normal yaşıdlarıyla eyni məktəblərə getdi. Bir müəllimi onun əksik yox, fərqli olduğunu anladı və onun təşəbbüsü ilə Temple Franklin Pierce universitetində psixologiya fakultəsinə qəbul oldu. Universitetə gedəcəyi ilin yayında Temple 1 ay xalasının fermasında oldu. Bu yay gəzintisi onun bütün həyatını istiqamətləndirdi. O, heyvanları sevməsilə bərabər, onları hiss edə bilirdi.

   Temple uşaqlıqdan ona kiminsə toxunmasını sevmirdi. Anasının belə onu qucaqlamasına icazə vermirdi. Bu fermada heyvanları peyvənd edərkən sabit saxlamaq məqsədilə bir cihaza saldıqlarını və heyvanların orada sakitləşdiklərini görür və bunun əsasında özünün “qucaqlama qutusunu” düzəldir. Templin sonrakı həyatı təhsil almaqla və özünü təkmilləşdirməklə keçdi. Heyvanlara olan sevgisini anladıqdan sonra bu sahə üzrə də təhsil aldı.

  • Dünyanın yeniliklərə, fərqli ağıllara ehtiyacı var. Fərqli olanları təcrid etmək yox, onlara həyatda özlərini tapmaq üçün kömək etmək və şərait yaratmaq lazımdır. Bütün uşaqlar dinindən, irqindən, inkişafından, sağlamlığından asılı olmayaraq özəldir, sevgiyə layiqdir.

 

Əliyeva Nigar 20 yaş

Azərbaycan Tibb Universiteti 3-cü kurs müalicə işi fakultəsi

 

Go Back

"Autizmin yaranması ilə bağlı aparılmış ən son tədqiqatlar" - NƏZRİN QULİYEVA

  Autizm,üç yaşından əvvəl ortaya çıxan və həyat boyu davam edən, sosial qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, təkrar olunan davranış və məhdud maraq dairəsi ilə özünü göstərən, mürəkkəb inkişafla bağlı bir pozğunluqdur.Hazırki dövrdə uşaq autizminin  opatenik mexanizminin dəqiq anlayışı yoxdur.Mənim fikrimcə autizmə düçar olan insanlar genetik cəhətdən buna meyilli insanlardır,nəticədə ətraf mühitin təsiri faktorları da məsələn,anadangəlmə travmalar,virus və vaksina,ağır metallarla zəhərlənmə və digər  səbəblər bunların hər biri beyinin disfunksiyasına gətirib çıxaran səbəblərdir.Bütün vurğuladığım fikirlərin hər biri elmi ədəbiyyat və internetdə dərc olunmuş materiallara əsaslanır.

Roçester  Universitetində müayinə zamanı 60 xəstənin yarısında genin mutasiyası aşkar olunmuşdur,hansıki embrionun ilkin inkişaf dövründə bu gen baş beynin formalaşmasında  əsas rol oynayır.Halbuki autizmin yaranması üçün valideynlərdən birinin geninin defekti irsi autizmə səbəb ola bilər.Xəstə uşaqların valideynlərinin çoxunda autizmin zəif simptomları aşkar olunmuşdur.Dəqiq statistik məlumatlara görəzəif  x sindromlu xromosom ilə autizm arasında korelyasiya vardır.

   Böyük Britaniya alimləri sübut ediblər ki,autizmin yaranma səbəbi kişilərdə olan testosteron hormonudur.Kembridj Universitetində bu xəstəliyə düçar olmuş bir sıra uşaqların üzərində müayinələr aparmışlar.Ana bətnindəki inkişaf dövründən başlamış həmin uşaqlardan hormon analizləri götürülmüşdür.Bu zaman müşahidə edildiki həmin uşalarda testosteron hormonunun konsentrasiyası yüksək nəticə verdi.Uşaqlar 4 yaşına çatdıqda onların valideynlərinə bu xəstəliyin yaranmasıni aydınlaşdırmaq məqsədilə müəyyən testlər verilmişdir.Bu testlərin nəticələrinə görə müəyyən olundu ki,qanda təkibi yüksək olan testosteronlu uşaqlar sosial cəmiyyətdə çətinliklə adaptasiya olunurlar və hər şeyə zəif maraqla özlərini cəlb edirlər.Ancaq bütün uşaqlar  müəyyən olunan qrupda autizm xəstəliyinə aid olanlar sırasında deyildilər.Alimlər hesab edir ki,autizmin izləri və hormonal fon arasında birbaşa əlaqə vardır.Belə əlaqələr haqqında  alimlər daha öncələr də öz  fikirlərini və fərziyyələrini bildirmişdilər.Autizmdən əziyyət çəkən ,lakin  yüksək intellektə sahib  olan insanlar alimlərdə bu fikrin yaranmasına səbəb olmuşdur.Bundan başqa məlumdur  ki, tanınmış riyaziyyatçıların əksəriyyəti və musiqiçilər bu xəstəlikdən əziyyət çəkirdilər.

  Neyrobioloqların fikrincə beyin yarımkürəsinin kompensator hərəkəti,yəni sol  yarımkürıə tərəf tamamilə inkişaf etməsə sağ  yarımkürə onun defitsini kompensasiya edir.Testosteron sol beyin yarımkürəsində artıq olduqda normal inkişaf etmir.Əgər öncələr bu fikir bir hipoteza idisə hal hazırki dövrümüzdə isə tədqiqatlar artıq bunu təsdiq edir.

   Autizmin və bir çox psixi xəstəliklərin yaraması səbəbi atadan və anadan  irsən keçmiş  və götürülmüş genlər arası konfliktdir.

Ümumdunya alimlər qrupunun araşdırmaları əsasəsında autizmin genetik təbiəti haqqda yeni sübutlar əldə edilib. Bu xəstəliyin inkişafında neureksin-1, eləcə də 11 xromosomda yerləşən, hələ müəyyənləşdirilməmiş  geninin vacib rol oynadığı bəlli olub.

   Ümumiyyətlə uşaqlarda autizm xəstəliyinin yaranma səbəbləri müxtəlif istiqamətlərdə getmişdir.Bəzi hipotezalar autizmin yaranması səbəbi kimi sinir sisteminin zədədlənməsini əsas götürülürdü,lakin artıq bu fikir inkar olunaraq səbəb kimi hesab olunmur.

  Bundan  başqa doktor Kanner  autik uşaqların valideynlərinin ümumi cəhətlərini qeyd etmişdir(Yüksək səviyyəli intellekt,tərbiyə metoduna rasional yanaşma).

   Mənim öz düşüncələrim,topladığım məlumatlara əsasəndir.Belə nəticəyə gəlmək olar ki, axır 10 illik ərzində autizm xəstəliyi yalnız Qərbdə deyil,dünyanın hər bir yanında epidemiya halıni almışdır.Hazırki dövrümüzdə insanlar əvvəlki vaxtlara nisbətə daha çocx işləyirlər və bu da insanların iş yerləridə daha şox yorulmaqlarına səbəb olur.Bildiyimiz kimi çox yorulan zaman insanlar öz üzərilərindəki nəzarəti itirirlər və bundan sonra uzanıqli vəziyyətdə kitab oxuyur və ya televizora baxırlar .Bu isə beynin normal fəaliyyətinə təsir göstərir ,qan dövranının normal fəaliyyətini pozur.Bunun nəticəsində isə insan autizmi artıq qazanmış olur  və bunda yalnız insan özü deyil eyni zamanda onun ailəsi də həmin probemdən asılı vəziyyətdə olur.

Bu xəstəlikdən əsasən 14 yaşına qədər olan uşaqlar əziyyət çəkirlər.

 Uzun müddət insanin çənəsinin aşağıya doğru asılı vəziyyətdə qalması bu əzələlərin qəfil gərilməsinə səbəb olur.Bu isə boyun fəqərələrinin qabağı istiqamətə  doğru əyiləsinə səbəb olur.Bundan başqa 3 fəəqərənin isə arxaya doğru əyilməsi prosesi gedir.Bu hal bir neçə dəfə təkrarlanarsa,artıq ayaqlarda yorğunluq yaradır ki,bu da öz növbəsində insanın yeriməyində durğunluq yaradır.Bu proseslərin gedişatı zamanı ən çoc boğaz sıxılır və hissə hissə sesin tembırının azalması baş verir.Artıq gözlər bulanıqlaşır və immunitetin demək olar ki, dağılması baş verir.Bu proses  həmçinin yuxu arteriyalarını da sıxır.

  Yuxarıda qeyd etdiyimiz proseslərin son nəticəsi olaraq isə beynin qidalanması yolu dayanır,bu duğunluqdan isə retikulyar formasiya əziyyət çəkir.Retikulyar formasiya isə bildiyimiz kimi beynin sağ və sol yarımkürələrini bi- biri  ilə əlaqəlandirən vasitədir.Beynin tomoqrafiyasını edən zaman bütün bu proseslər aydın şəkildə görünür.Bütün beynin şöbələrində kəsiklər halında qaralmış hissə yaranır ki,bu da kəpənəyə bənzər forma almış olur.

  Yüzlərlə uşaq üzərində aparılmış tədqiqat zamanı onların sidik analizləri götürülmüşdür və məlum olmuşdur ki,autizm xəstələrinin orqanizmində ağır metallarla əlaqəasi olan addə müəyyən olunmuşdur.Əgər bu aparılmış tədqiqat öz doğruluğunu təsdiq etsə ,orqanizmi bu metallardan təmizləyən dərman preparatları ilə müalicə etmək olar.

  Autizmin yaranma səbəblərindən biri kimi də və insanın beyin fəaliyyətinin pozulmasına səbəb kimi orqanizmdə zülalların çatışmamazlığı hesab olunur.

 Həmçinin beyində badamabənzər maddə vardır ki,bu insanın emosiyalarını idarə edir.Bu hipotezaya görə isə autik uşaqlarda həmin maddənin pozulması prosesi baş vermişdir.

 Digər səbəblərdən biri isə beynin çəkisinin normadan artıq olmasıdırşMüəyyən olunmuşdur ki, autik uşaqların beyni 3-4 yaşlarında sürətlə böyüməyə başlayır,bu isə normal uşaqlarin beyin çəkisindən 10-13% artıq olur.

 ABŞ-da alimlərin apardıqları tədqiqat nəticəsində onlar autizmin inkişafına səbəb kimi yağışlı havanın rolunu qeyd edirlər. Ancaq hələ də autizmin tam yaranma səbəbi təsdiq edilə bilməmişdir.

 

 

Quliyeva Nəzrin Natiq qızı

Bakı Qızlar Universiteti-Psixologiya

 

 

 

Go Back

"Hər bir uşaq bir gələcəkdir, bir həyatdır. Onları təcrid etməklə bir gələcəyi məhv etmiş oluruq." - NƏRGİZ ALLAHQULUZADƏ

                             

     Autizm nədir?

     Bir çox əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Neo-Latın autismus sözcüyü İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə törədilmişdir. Bleuler sözcüyü Yunanca autos (αὐτός, öz mənasında) sözcüyündən törətmiş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: 

Autizm sindromu uşaqlarda, ən çox oğlanlarda rast gəlinir. Yəni 4 autizmli uşaqdan 3-ü oğlandır. Autizm sindromunu uşaqların ilk çağlarında hiss etmək olur, zaman keçdikcə bu sindrom güclənir. Bunun üçün ilk hiss olunan vaxtlarda reabilitasiya işi başlanmalıdır. Autizm sindromunun digər xəstəliklərdən əsas fərqi stereotipləri olmasıdır. Bu sindromda ən böyük problem ünsiyyət, nitq qüsurudur. Autizm sindromlu uşaqlarda göz təması olmur, sanki kar kimidirlər. Dəfələrlə çağırılanda reaksiya vermirlər. Amma sevdiyi musiqi, reklam səsi, hansısa sevdiyi şirniyyatın kağızının səsi gəldikdə o an reaksiya verirlər.  Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Bu xəstəliyin digər xəstəliklərdən fərqi autizm sindromlu uşaqlarda təsəvvürün olmamasıdır.

     Autizmin əlamətləri:

-Əgər uşağınız:
-Başqaları ilə təmas qura bilmirsə
-Adını çağırdığında baxmırsa
-Deyiləni eşitmirmiş kimi davranırsa
-Barmağı ilə istədiyi şeyi göstərə bilmirsə
-Oyuncaqları ilə oynaya bilmirsə

-Səbəbsiz gülür və ya ağlayırsa

-Tək qalmağı, tək oynamağı sevirsə
-Həmyaşıdlarının oynadığı oyunlara maraq göstərmirsə
-Kiminləsə ünsiyyət olmasa belə bəzi sözləri təkrar-təkrar söyləyirsə

-Bəzi hərəkətləri təkrarlayırsa
-Sallanmaq,çabalamaq kimi qəribə hərəkətlər edirsə
-Danışanda həmyaşıdlarından geri qalırsa
-Həddindən artıq hərəkətlidirsə və öz bildiyini edirsə
-Gözləri bir şeyə ilişib qalırsa
-Bəzi əşyaları döndürmək,sıraya düzmək kimi qeyri-adi hərəkətlər edirsə
-Gündəlik həyatındakı nizam dəyişikliklərinə həddindən artıq güclü reaksiya verirsə
-Xəyalı oyun oynamazlar

-Təhlükəyə qarşı, bəziləri hətta isti, soyuq suya qarşı duyarsız olarlar

 

     Autizmin müalicəsi

    Autizm sindromunu ilk olaraq valideynlər hiss etməlidirlər. Əgər autizmə aid olan əlamətlərin bir neçəsini (məsələn uşaq saatlarca televizorun qarşısında oturur, adını çağırdıqda reaksiya vermir və.s) müşahidə edirlərsə yaxşı olardı ki, sahə həkiminə, psixoloqa, psixiatra aparsınlar. Bu diaqnozu ən əsas psixiatr qoymalıdır. Nevroloq, psixiatr uşağa düzgün müalicə metodu seçməlidir. Ən çox istifadə edilən və ən düzgün hesab olunan metod reabilitasiyadır.Autizm sindromu nə əqli gerilik, nə də nevroloji problemdir. Autizm sindromu sadəcə psixoloji pozuntudur. Heç bir dərman uşağa göy rəngi öyrətməyəcək. 

    Autizm sindromlu uşaqlarda diqqət yayınıqlığı, deyilənləri anlamamaq, davranış pozğunluğu, hiperaktivlik,  qavramada çətinlik və.s kimi problemlər özünü göstərir.

    Autizmin çarəsi yoxdur yada ki, bu hələ elmə məlum deyil.  Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyata müvəffəq ola bilməkdədir.
  

 

 Autizmin yaranma səbəbi nədir?

Bu gün üçün bu suala verilə biləcək ən doğru cavab autizmin yaranma səbəbinin bilinməməsidir. Burda belə bir ehtimal var ki, autizm ata-anadan irsən keçə bilər,bu istiqamətdə araşdırmalar aparılmışdır, lakin bu gen hələ tapılmayıb. Autizmə hər cür toplumda,irqdə,ailədə rast gəlmək olar. Bu mövzu haqda bunu əminliklə qeyd edirlər ki, autizm tək bir səbəblə yaranmaz, birdən çox təsirlərin bir araya gəlməsi səbəbindən meydana gələn qarmaqarışıq bir haldır.Autizm indiki vaxtda ən geniş yayılmış nevroloji pozğunluqdur.Centers for Disease Control Prevention-ın hələ 2012-ci ildə verdiyi məlumata görə autizmin rast gəlmə sıxlığı 88də 1dir.Oğlanların autizmə tutulması qızlara nisbətən daha çox olsa da bu qızlarda daha ağır formada təzahür edir.

      Sonda isə bütün bunlara baxmayaraq unutmayaq ki, sabah hər birimizin övladı bu problemlə üzləşə bilər,ona görə onları cəmiyyətdən təcrid etmək çox yanlış haldır. Hər bir uşaq bir gələcəkdir, bir həyatdır. Onları təcrid etməklə bir gələcəyi məhv etmiş oluruq. Əksinə imkan olduqca onların fərqliliyini onlara hiss etdirmədən davranmalıyıq.

 

 

 Allahquluzadə Nərgiz,

Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakultəsi,

 Psixologiya ixtisası, IV kurs tələbəsi,

 

 

Go Back

"Mənə o biri otaqdan səslənməyiniz əvəzinə, yanıma gəlin və sadə cümlələrlə mənimlə danışın" - NƏRGİZ ƏSƏDLİ

                           

           Autizm  ətraf  aləmin  dərketməsinin  və  digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan, həyatın ilk üç ili ərzində meydana çıxan  xəstəlikdir. Latın sözü olub “özü” deməkdir. Autizm özünəqapanma, real ətrafdan uzaqlaşma kimi təzahür edir. Erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro psixoatrik bir pozuntudur.  Autizm pozuntusunu təsvir edən ilk həkimlər amerikalı uşaq psixiatrı  L.Konner və H.Asperger olmuşdur. Onlar  bu uşaqları “dünyadan təcrid olunmuş”uşaq kimi təsvir etmişlər  . 1938-ci ildə H.Asperger bu vəziyyəti autistik psixopatiya, 1943-cü ildə isə L.Kanner erkən infantil autizm adlandırmışdır. L.Kanner və H.Asperger müşahidə etdikləri uşaqlarda şizofreniya yox idi, sadəcə olaraq bu uşaqların “öz aləmində olduğuna” görə onların vəziyyətlərini təsvir etmək üçün autizm terminindən istifadə etmişdilər.

          Autizmin inkişafetmə səbəbləri tibbdə hələki dəqiq müəyyən edilməyib. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların az olması ilə bağlı olduğunu deyir. Autizmin yaranması genetik faktorlarla bağlıdır. Tək yumurta əkizləri genetik bir biri ilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə  digərinin  autizmli  olma  riski 35-70%, fərqli yumurta əkizlərində isə bu risk 0-23%-ə bərabərdir. Ailənin ilk uşağı autizmlidirsə sonrakı uşağın autizmli olma riski 5-15%-dir. Ən real səbəb hamiləlik zamanı anada virus infeksiyanın olması sayılır. Hamiləlik zamanı qızılca, məxmərək, su çiçəyi keçirmiş anaların uşaqlarında inkişaf edir. Autizm uşaq ana bətnində ikən aşkar edilə bilən bir problem deyil.Autizmi olan insanların baş beynində müəyyən orqanik pozulmalar müşahidə olunur. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir.

         Ümumiyyətlə, autizmin beyin quruluşundakı və ya funksiyalarındakı anormallıqlardan qaynaqlandığı fikri qəbul edilməkdədir. Nevroloji sahədə aparılan araşdırmalar göstərir ki,  autist insanlarda beynin bir çox bölgələrində xüsusən alın bölgəsində beyincikdə və beyin yarımkürələrini elaqələndirən sinirlərdə funksiya opozuntusu muüahisə olunur. Belə ki, 2-14 yaü arasi autistlərlə aparılan tədqiqatlar göstərir ki, bu uşaqların beyinlərinin müəyyən bölgələrində xüsusən xarici qıcıqların analiz edildiyi yollar və bölgələrdə anormallıq müəyyənləşdirilib. Bu  da  autist  uşaqlarda  müşahidə olunan duyğu problemləri ilə əlaqələndirilir. Eyni zamanda autizmdə limbik sistemin də funksiyasının pozuntusu qeyd olunur . Bunun nəticəsində autist insanlarda sosiallaşma və emosional sahələrdə problemlər olur.

         Autizmin əvvəllər zənn edildiyi kimi sevgi məhrumluğu, ünsiyyət əksikliyi ya  da uşağın  keçmiş  yaşantısı  ilə  əlaqəli emosional problemlərlə bağlı olmadığı müəyyənləşib. Sindromun mənbəyi psixoloji deyil , beyin disfunksiyası ilə bağlıdır. Autizm  əslində fərdin sosial ətraf mühit ilə əlaqəni kəsərək  özünə  qapanması digər insanlarla qarşılıqlı əlaqələrini onlar kimi davam etdirə bilməməsidir. Autizm doğuşdan gələn və bütün ömür boyu davam edən haldır. Autizm sindromunun bir neçə növü var: atipik autizm, ret sindromu, asperger sindromu, tipik autizm və s. Autizm sindromunu diaqnozunu uşağa yalnız uşaq psixiatoru qoya bilər. Autizm sindromlu uşaqları digər uşaqlardan kliniki cəhətdən əsas üç xüsusiyətinə gərə fərqləndirmək olar. Sosiallaşma, təsəvvürlərin olmaması, stereotiplərin olması.

        Autizm sindromlu uşaqlarda rast gəlinən nitq problemləri: ikinci və üçüncü şəxsin dilindən danışmaq, exolaliya (eksolunma), semantik cəhətdən düzgün olmayan  ünsiyyət. Autizm sindromlu  uşaqlarda  əsasən kəkələmə, alaliya, dislaliya, afaziya, dizartriya  kimi  nitq  qüsurları  olur.Nitqdən ünsiyyət üçün istifadə olunmur. Mərkəzi nitq aparatında broka və ya vernika hissələrinin zədələnməsi nəticəsində uşağa alaliya nitq qüsurunu qoymaq olar. Bu isə sözsüz aparat vasitəsilə müəyyən olunur. Bəzən autist sindromlu uşağa alaliya diaqnozu qoyulur. Çünki autiklər eşidirlər amma danışmırlar. Alaliklər də eşidirlər, danışmırlar, lakin fərq bundadır ki, autiklərin bu problemi neyropsixoloji pozuntudur. Alaliklərin isə mərkəzi nitq aparatı əlaqəlidir. Əgər autizm sindromlu uşaqda  orqanik  pozuntu  aşkarlanarsa və bu zaman mərkəzi nitq aparatı zədələnərsə alaliya nitq qüsurunu qoymaq olar. Autizm uşaqların 30%-i danışmır. Autizm sindromlu uşaqlar üçün çoxlu sayda proqramlar var. ABA terapiya, TEACH, PEACH, Hipoterapiya, delfinlərlə terapiya və s.

        Autist  uşaqlar  ətraf  mühitdən  alan  informasiyaya  başqa  cür  reaksiya verir, öz “kiçik dünyalarına” qapanmış olurlar. Bu patalogiyanın ilk əlamətlərini hətta ilk aylardan görmək mümkündür. Autizmin tipik xüsusiyyətləri aşağıdakılardır:

  1. Uşaq çox çətinliklə ananın əllərinə və qucağına alışır, daim gərgindir, hətta qidalanma zamanı rahat bir vəziyyət tapa bilmir. Və ya tam əksinə - körpə çox süstdür.
  2. Autik uşaqlar baxışlarını anaya yönəltmir  və ya gözlərini dərhal ayırırlar,göz kantaktı qura bilmirlər.
  3.  Yaxınlaşan anaya bu cür uşaqlar əllərini uzatmırlar.
  4.  Sağlam uşaq üç ayında ətrafdakı əhvala cavab verir, gülür. Autist uşaq ətrafa heç bir reaksiya vermir, ya da reaksiyası adekvat olmur.
  5. Bütün uşaqlar, əsasən beş yaşına qədər analarına çox bağlıdırlar. Autik uşaqlarda bu bağlılıq ya çox güclüdür, ya  da  bu cür uşaqlar tam laqeyddirlər.
  6. Bir yaşlı uşaqlar normal inkişaf zamanı sözləri tələffüs edə bilirlər. Auztim zamanı uşaq ya hec danışa bilmir, yada danışığı monotondur, aid etmək olmayandşr, “rəngsizdir”.
  7. Autistlər xirdaliqlara cox fikir verir- rejimidə movqeyində calıçır eyni olsun: oyuncaqlar əşyalar hərəkətlər. Məhz bununla onların nitqində olan monotonluq izah olunur.
  8. Autist uşaqlarda əqli inkişafın geriliyi müşahidə oluna bilər və ya əqli qabiliyyətin güclənməsi. Bəzən belə uşaqlar alim kimi danışırlar lakin adi söhbətdə çətinlik çəkirlər.
  9. Belə uşaqlar adətən onlara toxunuşu sevmirlər, ağrıya qarşı laqeyddirlər.

Aparılan tədqiqatlar autizmli uşaqların 75%-dən böyük bir hissəsinin zəka geriliyi olduğunu, ancaq 10%-ə kimi kiçik bir hissənin normal zəkaya sahib olduğunu vurğulamaqdadırlar.

İcmal olaraq:

  • Nitqin pozulması
  • İnsanlarla emosional əlaqənin olmaması
  • Sosiallaşmada problemlər
  • Təcavüz (aqressiv) tutmalar
  • Oyuncaqlara zəif maraq
  • Dəyişiklik qorxusu
  • Davranışın monotonluğu

Tanınmış “Yağış adamı” (Rain) filmində əsas qəhrəmanlardan biri auztimdən əziyyət çəkən insandır. Bu filmdə autizm, onun simptomları və təzahürü çox dəqiqliklə əks etdirilib. Bundan başqa “Mənim adım Xan”(My name is Khan) filmində baş roldakı oğlan Asperger sindromlu insandır. Həmçinin  “Hər uşaq özəldir” şüarı altında “Yerdəki ulduzlar” adlı çox maraqlı bir film çəkilmişdir.

 Autizm psixoloji problem olduğundan dərmanlarla müalicəsi yoxdur. Onlar nevroloji müalicə olunmalı və məşğələlər aparılmalıdır. Psixoloqlar, loqopedlər bu işə cəlb olunmalıdır. Əgər müalicə olunmazsa, arzuolunmaz nəticələri ola bilər. Uşaq daha çox özünə qapanacaq, ya oliqofreniya, ya da köhnə üsullarla desək şizofreniya əlamətləri müşahidə olunacaq. Ölkəmizdə birbaşa autizmlə bağlı məktəblər yoxdur. Həmin uşaqlar başqa nevroloji problemləri olanlarla birgə təhsil alırlar. Lakin bu heç də düzgün deyil, cünki hər bir xəstəliyin fərqli əlamətləri var. Onlarin hər biri üçün xüsusi məktəb olmalıdır. Buna görə də ata-ananın birgə əməkdaşlığı lazımdır,ilk yaşlarında övladlarına qarşı diqqətli olmalıdırlar.

      Və ən nəhayət... Məqaləmi bir autizmli uşağın dilindən deyilən və bizim hər birimizə ünvanlanan monoloqu ilə bitirmək istəyirəm.

 “Mən autizmli bir uşağam. Autistik deyiləm. Siz düşüncələri, duyğuları, bacarıqları olan birisiniz. Lakin mənim duyğusal qavrayışlarım pozulub. Gündəlik həyatda sizin çoxunuzun fərqinə varmadığınız qoxular, səslər, görüntülər mənim üçün bir kabusdur. Yanımdan keçərkən mənə qarşı dediyiniz sözləri eşitmədiyimi düşünməyin. Siz mənim səssiz qışqırıqlarımın fərqində deyilsiniz. Mənə o biri otaqdan səslənməyiniz əvəzinə, yanıma gəlin və sadə cümlələrlə mənimlə danışın.  Çünki buna ehtiyacım var. Bacaracağım işləri verin mənə və bunun üzərində çalışın. Sosiallaşmağıma kömək olun, uşaqlarla oynamağıma dəstək olun. Və məni səbəbsiz sevin. Unutmayın ki, autizm mənim seçimim deyil, bu vəziyyəti mən yaşayıram, siz deyil. Sizin dəstəyiniz olmadan uğurlu həyat yaşamaq ehtimalım çox az... söz verirəm mən buna dəyərəm.  Sadəcə səbir. Autizmə bir xəstəlik kimi deyil, fərqlilik kimi baxın.”

 

Əsədli Nərgiz

Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin III kurs tələbəsi,

 

Go Back

"Asperger sindromunun əsas mühüm əlamətləri və xüsusiyyətləri" - MEHRİBAN MÜTƏLLİMOVA

       Autizm son illərdə çox duymağa başladığımız bir əngəl formasıdır. Çəkilən filmlər (Yağış adam, Mənim adım Sam, Yüksələn Merkuri), yazılan kitablar,  qəzetlər və jurnallar vasitəsilə autizmə olan maraq gün keçdikcə artır. Texnologiyanın ünsiyyəti artırmaq üçün hər gün təzə bir layihəyə imza atdığı günümüzdə bu əlaqədən yararlanmayan və özlərini daxili dünyalarına bağlayan uşaqlar müşahidə edilir və bu uşaqların özlərinə aid dünyalarının olduğu müəyyənləşdirilmişdir.

      Autizmin daha çox maraq doğuran pozğunluqlarından biri də Asperger sindromudur.  Bu pozğunluq üçün inkişafda gecikmələr, əlaqə qurmaq çətinliyi sosiallaşmada çatışmamazlıqlar xarakterikdir. Asperger sindromu, digər autizm pozğunluqlarından dil və fərdi inkişafa təsir etməməsi ilə ayrılır. Avstriyalı uşaq həkimi Hans Asperger, uşaqlarda bu sindromu göstərən ilk adam oldu. Bu uşaqların empatik bacarıqlarının az olduğunu, sözsüz ünsiyyətdə  çətinlik çəkdiklərini və öz yaşıdlarına görə daha bacarıqsız olduqlarını müəyyənləşdirdi. Asperger sindromunun əlamətləri digər autizm pozğunluqlarınının əksinə, əksər hallarda daha böyük uşaqlarda özünü göstərir.

       Asperger sindromu sosial bacarıqsızlıq və ünsiyyət qurmaq problemlərinə səbəb olan bir inkişaf pozğunluğudur. Bu sosial bacarıqlar, əlaqə qurmaq bacarıqları və xəyal gücü inkişafında gecikməyi yaradan bir pozğunluqdur. Aperger sindromu olanların zəkaları və dil inkişafları  normaldır. Bəzi uşaqlarda yüngül simptomlara yol açarkən, bəzilərinin yaşayışlarına ciddi şəkildə təsir edən simptomlara yol aça bilir.

       Asperger sindromu bir çox uşaqda əlamətlərini gec biruzə verir. Bir çox vəziyyətdə 5 ilə 9 yaş arasında müəyyənləşdirilir. Bəzi uşaqlarda isə 3 yaşından sonra diaqnoz qoyulmuşdur.

       Asperger sindromu simptomları  əksərən uşaqları özləri ilə əlaqə qurmayan ailələr tərəfindən müəyyən edilir. Sosial davranışları digər uşaqlardan fərqlidir. Uşaq məktəbə getməyə başladığında problemlər daha böyük olamağa başlayır. Bunun səbəbi əsəbi unsiyyət əlaqələri olduğundan digər uşaqlarla problem yaşamalarıdır. Bir çox valideyn uşaqlarını davranış problemlərinin müəyyənləşdirilməsi üçün həkimə aparır. Uşaqlarda Asperger sindromu simptomları aşağıdakılardır.

    -Üz ifadələri,bədən hərəkətləri, göz təması kimi sözsüz ünsiyyət və jestlər ilə bağlı problemlər.

    -Dostları və bacı-qardaşları ilə əlaqələrində problemlər.

    -Bu uşaqlar tək başına oynamaq istəyir və qrup oyunlarında iştirak etmir.

   -Ematiya azlığı göstərirlər və duyğuları qarşılıqlı başa düşə bilmirlər. Məsələn: başqa bir uşaq ağlayanda ona təsəlli vermir və niyə ağladığını başa düşə bilmir.

   -Başqalarına reaksiya vermirlər.

   -Danışıqlarında vurğu yoxdur.

   -Zarafat və ya gərçək mənadan kənara çıxan bir şeyi göstərən danışıqları başa düşmürlər.

     -Bəzi uşaqlarda dildə gerilik görsənir. Məsələn, təzə bir söz və ya cümlə öyrəndiyində onu yadından çıxara bilər və təkrar işlədə bilmir.

      Bu göstərdiklərim Asperger sindromlu uşaqlardakı ünsiyyət və psixolji problemlərdən bəziləridir. Bu uşaqlar Asperger sindromunun  davranış və fiziki özəlliklərini də göstərirlər. Unutmamalıyıq ki, bütün Asperger sindromlu uşaqların hamısı eyni əlamətləri göstərmirlər. Bəziləri buradakı bütün simptomları göstərərkən, bəzilərində simptomlar çox yüngüldür.

       Asperger sindromunda müəyyən olunan bəzi davranışlar aşağıdakılardır:

      -Təkrarlanan və əsəbi davranışlar.

      -İşıq, səs, qoxu, dad və toxunmaya həssasdırlar.

      -Qəzəb bu uşaqlarda ortaq müəyyənləşdirilib.

      Yetkinlərdə Asperger sindromu:

        Yetkinliyə çatana qədər Asperger sindromu əlaməti almamış bir çox adam vardır. Bu adamlar çox vaxt göz təması yaratmadıqlarından qəribə olduqları fikirləşilir. Ünsiyyətlərini  davam etdirməkdə problemlər yaşayırlar və buna baxmayaraq olduqca bacarıqlı və zəkalıdırlar. Yetkinlərdə Asperger sindromu onların gündəlik yaşantılarına təsir edir, alış-verişə getmək kimi sadə şeylərdə belə bəzən problem yaşaya bilirlər. Yetkinlərdə Asperger sindromu əlamətləri aşağıdakılardır.

           -Epilepsiyadan şikayətlənirlər.

           -Depressiya, əsəbilik kimi pozğunluqlar.

           -Yemək tsiklinin pozulması ilə əlaqədar yemək yeməmə.

           -Sosial əlaqə qura bilməmək, cinsi problemlər.

        Asperger sindromunun diaqnozunun qoyulması üçün hazırlanmış xüsusi bir Asperger sindromu testi yoxdur. Ancaq, bu vəziyyətin diaqnozunda  bəzi köməkçi vasitələr vardır. Bu diaqnoz vasitələri valideynlər və müəllimlər tərəfindən cavablandırılması lazım olur. Bu testlər vasitəsi ilə xəstəliyin şiddətini də müəyyən etmək olar.

        Asperger sindromunun  dəqiq bir müalicəsi yoxdur. Ancaq  uşaqların mümkün olduğu qədər normal bir yaşayış keçirə bilmələri üçün xeyli terapiyalar vardır. Bu terapiyalar ünsiyyət və sosial bacarıqlar, şüurlu davranış terapiyası kimi Asperger sindromu əlamətlərinin düzəldilməsinə köməkçi olur.

        Asperger sindromu olan bir çox məhşur vardır. Albert Einstein 9 yaşına kimi axıcı danışa bilmirdi. Dil gecikmələri Asperger sindromlu uşaqlarda çox yayılmışdır. Qəribə davranışlar göstərdiyi və sosial uyğunluğu olmadğı üçün məktəbdən atıldı. Ancaq vəziyyəti ilə mübarizə apardı və kəşflər edərək Fizika  üzrə Nobel Mükafatına layiq görüldü.

        Dünyanın ən varlı iş adamlarından biri,  Microsoftun yaradıcısı olan Bill Gatesin uzun vaxtdır Aperger sindromu olduğundan şübhələnilmişdir. Onun tez qurtaran əlaqələri, tək fikirli izləyiciliyi, geyim və ya moda azlığı onu Asperger sindromlu olduğunu düşündürən əlamətlərdir. Benjamin Franklin, Isaac Newton, Woody Allen, Michelangelo kimi bir çox tanınmışın Asperger sindromlu olduğu fikirləşilir.

      

 

 Mütəllimova Mehriban İlham qızı

 

Psixologiya fakultəsinin tələbəsi

Go Back

"Autistik uşaqların özəllikləri" - LEYLA YUSİBOVA

    Autizm sindromu xxı əsrin qlobal psixoloji problemi kimi özünü göz təmasının, nitqin və ünsiyyətin zəifliyi kimi bildirir. Autizm latın sözüdür və "autos"-"özü" deməkdir.

   İlk dəfə autizm sindromu olan uşaqlarla atamin deffektoloq-loqoped kimi çalışdığı "Uşaq və Ailələrə Dəsdək" merkəzində qarşilaşmişam. Onların bir çox xüsusiyyətləri vardır. Autizm sindromu olan uşaqlar ətrafdakı insanlara qarşı biganə olur və öz aləmlərində yaşayırlar. Sosial münasibət ve paylaşım kimi proseslərdə sanki görməz və eşitməzdirlər.

    Zaman-zaman autizm simdromu olan uşaqların ailələri ile əlaqə saxlayırdım. Valideynlərin söylədikləri xüsusiyyətlər demek olarki üst-üstə düşür. Eyni hərəkət etməkdən, jurnal səhvələrini tez-tez çevirməkdən, musiqi dinləməkdən və daim hərəkətdə olan əşyalardan xoşlandıqlarını söyləyirlər. Bəzi valideynlər hətda onuda qeyd edirlər ki, ilk öncə olar belə hesab edirdilər ki, uşaqları lal və kardır.Göz təması olmadığı üçün onlar demək olarki ətrafdan gələn səslərə reaksiya vermirlər. Bu uşaqlar danışarkən əvəzlilərdən düzgün ifadə etmirlər. Məsələn: “mənim əlim” yerinə “mən əl” ifadəsini işlədirlər. Bu uşaqlar mənasız yerə eyni sözü təkrarlayırlar. Valideynlərlə müəyyən qədər söhbət etdikdən sonra mənə aydın oldu ki, əksər hallarda valideynlər övladı danışmadığı üçün mütexesislərə müraciət edirlər. Onlara elə gəlir ki, problemin başlanğıcı məhz elə bundadır. Uşaq danışsa bütün problem hell olunar.

   Əvvəllər bu xəsdəlik adı altında kəsgin əqli gerilik, psixi inkişafın ləngiməsi və s yayılmışdı. Autizmli uşagın nitgi ile deffektoloq-loqoped meşgul olmalıdır. Deffektoloq-loqoped uşagı "həyata qaytarir" , psixoloq isə uşaqlarda həyata maraq oyadır. Mütəxəsislər köməkçi vasitələrdir. Amma ailə əsas vasitədir. Bu uşaqların inkişafında ailə, mütəxəsis kimi bağçanında rolu vazgecilməzdir.

    Aparılan tədqiqatlar autizmin yaranma səbəblərini müxtəlif cür izzah edir: irsiyyət, ailədaxili çətinliklərin uşağa təsiri, travmalar, peyvəndlər, qızılca, polimelit və s. Unutmayin: Autizm sindromu uşaqlara dəsdək olmaq ve problemi uşaqlıqdan çözməyə çalışmalıyıq.

     Leyla Yusibova

BDU , Psixologiya fakultəsi

Go Back

" Mən autizmli bir uşağam." - LEYLA ƏFƏNDİYEVA

           

 Mən autizmli bir uşağam.Duyğusal hisslərim fərqlidir. Gündəlik yaşam içində sizin çoxunuzun fərqinə varmadığınız iylər, səslər mənə qıcıq verə bilər.Sıradan, sadə  bir market alış-verişi mənim üçün tam bir kabus ola bilər.Qoxu hissim artıq dərəcədə həssasdır.Bütün bunlar məni cox pis təsir edir.

Danışdıqlarınıza qulaq asmadığımı fikirləşməyin.Sizi başa düşməyə bilərəm.Mənə başqa otaqdan səslənsəniz eşitdiyim sadəcə işarə ola bilər.Bunun yerinə yanıma gəlin və sadə sözlər seçərək mənimlə danışın.İncimiş, qorxmuş,  ağlım qarışıq ola bilər.Məsələn, qəfildən balaca professor kimi danışa bilərəm.Sosiallaşmağım üçün mənə kömək edin.Kənardan baxsanız parkdakı uşaqlarnan oynamaq istəmədiyimi düşünə bilərsiniz , fəqət  necə oynaya biləcəyimi bilmirəm.Uşaqların məni cəsarətləndirməsi işə yaraya bilər.

Xahiş edirəm məni sevin. ‘‘Kaşki belə etsəydi’’ ,‘‘kaşki bunu bacara bilsəydi’’ kimi cümlələri deməyin.Autizm mənim seçimim deyil. Unutmayın bu hissi mən yaşayıram siz deyil!  Sizin dəstəyiniz olmadan  bacarıqlı  bir həyatımın olması uzaq ehtimaldır. Autizmə bir əksiklik kimi deyil fərqli  bir xüsusiyyət kimi  baxın. Mənim dostum müəllimim olun. Mənə dəstək olun....

 

 Leyla Əfəndiyeva

Yaş-21

 

 

Go Back

20 nəticə göstərilir