Düşüncə Jurnalı

header photo

“Kiçik qəlbdən böyük xahiş” - SEVİNC MƏMMƏDOVA

Salam, mənim ölkəm Yer kürəsi...

Vətəndaşlığım insan...

Məni də aranıza ala bilərsiz? Buna ehtiyacım var da...

Bir az fərqimin bilinməsinə, bir az sevgiyə, bir az da yaşamağa...

Sizcə, bu mənim haqqım deyil mi?!

Hey , Yer kürəsindəkilər, məni də aranıza alın, xahiş edirəmL

Mən çoxluğu sevmirəm.

Saçımın yuyulmasından, daranmasından və kəsilməsindən nifrət edirəm.

Bəzi ətirlər məni çooxx narahat edir.

Hər yeməyi sevmirəm.

Toxunulmaqdan, qucağa alınmaqdan, oxşanmaqdan xoşlanmıram.

Parlaq işıqlar gözlərimi narahat edir.

Barmaqlarımı heç sevmirəm.

Canım yananda heç hiss etmirəm.

Təhlükəni hiss etmirəm.

Ehtiyaclarımı ifadə etməyə çətinlik çəkirəm.

Həmişə düşünürəm...

Səbəbsiz yerə stresə girirəm.

Başqa uşaqlarla əlaqə yaratmağa çətinlik çəkirəm.

Mənim sizdən fərqli bir çox xüsusiyyətim ola bilər, amma mən pis biri deyiləm.

Mən sadəcə uşağam və sadəcə sevilmək istəyirəm.

Qəbul edin, siz də fərqli olmaq istəyirsiniz...geyim, imic, still, təhsil, kariyera, eşq, həyat fəlsəfəsi...amma mən doğuşdan fərqliyəm.

Bilirsiniz, mənim anamla atam da mən dünyaya gələndə sevinmişdilər...

Mənim həyat səhifələrimə, “möhtəşəm sizlər”  və “qəribə bizlər” səhnəcəyinə diqqət yetirək!

Həyatın rəngsiz üzü

“Mömin xəstləndikdə Allah onun sol çiynindəki mələyə vəhy buyurar ki, həbsdə və mənim bəndimdə olduğu müddətdə bəndəm üçün heç bir günah yazma! Sağ çiynindəki mələyə də vəhy buyurar ki, bəndəm sağlam olduğu vaxt yazdığın xeyir əməlləri onunçun yaz”

İmam Museyi- Kazım

Həyat hər kəsə eyni şəkildə, eyni yerdən baxmır. Heç kəs sabahına zəmanət verə bilməz. Dünya dönür və həqiqətən, hadisələr də  dönür dolanır bizi tapır. Bu gün qarşımıza anlıq çıxan, bəlkə də, ani reaksiya verdiyimiz hər şey sabah bütün həyatımıza çevrilə bilər. Unutmayaq ki, dünənlər bu günümüz, bu günlər sabahımızdır, öz övladlarımzın, əzizlərimizin həyatıdır.  Hər duyğu, hiss, reaksiya, hərəkət, davranış, söz, baxış sabah bizi daha dərindən tutur və dünənin ya hesabın soruşur, ya mükafatın verir, ya da bizim heç xəbərimiz olmadan başımıza gələcək olan bəlaları bizdən uzaqlaşdırır. Heç kəs gələcəkdə başına nə gələcəyin bilməz. Bu bizim övladlarımzın, nəvələrimizin, ən sevdiklərimizin başına gələ bilər, nəinki eynilə bu hadisə, buna bənzər insanları  acizləşdirən, valideynlərini ağrıya məhkum edən xəstəliklər, narahatlıqlar...

Hər şey uzaqdan göründüyü kimi olmaya bilər. Insanları qınamadan əvvəl anlamaya çalışın. Bəlkə də, heç nə sizin gördüyünüz kimi deyildir. Bəlkə də, bu gün ani etdiyiniz hər hansı bir söz, hərəkət sizin bütün sabahınza əvəz olacaq.

N saylı məktəb...

Müəllim:     “Kamil bir palançı olsa da, insan

                     Yaxşıdır yarımçıq papqçılıqdan”

Uşaqlar, şair bu parçada nə demək istəyir? Ümid , qalx sən cavablandır, şair nə deyir?

Ümid: Şair nə deyir?

Müəllim: Ümid, şair bu parçada nə demək istəyir?

Ümid : Ümid, şair bu parçada nə demək istəyir?

Müəllim: Ümid, dediklərimi təkrarlayaraq məni əsəbləşdirirsən, bu nə deməkdir, sən məni təqlid edirsən???

Ümid: Ümid, dediklərimi təkrarlayaraq məni əsəbləşdirirsən, bu nə deməkdir, sən məni təqlid edirsən?:)

N saylı ev...

Nərmin: Ayxan, mən Aylinə görə çox narahatam. Bəlkə həkimə aparaq?

Ayxan: Niyə, Nərmin, hələ uşaqdır, hər uşaq gülür ağlayır, ərköyün böyütmüşük də...darıxma vaxt keçsin düzələcək...

 

N adlı qohum...

Mehriban xanım: Aytəngilin uşağı da bir qəribədir e...nə vaxt baxsan tək- tənha durub bir yerdə. Uşaqla heç oynayıb eləmirlər. Uşaq da lap qaradinməzdir e...Elə bil hamı bunun yanına getməlidir.

 

N saylı baxçada...

Elnarə müəllim: İclası açıq elan edirəm. Bu gün bura yığışma səbəbimiz sizə məlumdur. Artıq 6 aydır ki, bağçamıza gələn Elxan və Sərxan qardaşlarında müəyyən psixi hallar aşkarlanmışdır. Bu gün ona açıqlıq gətirib valideynlərə də bu haqda məlumat verməliyik. Buyurun, Nuray müəllimə, sizi narahat edən bu qardaşların hərəkətində nədir?

Nuray müəllimə: Başqalarına qarşı maraqsızdır, göz təmasından qaçır, istəklərini başqasının əllərindən istifadə edərək edir...

N saylı küçədə...

Elşən:  Aygün, Elnur, Rəhim, Aysel İlkinə baxın... heç nə edə bilmir, elə boş- boş gülür ancaq. Gəlin bunu məsxərəyə salaq...

N saylı xəstəxanada...

Araz:  Həkim, yoldaşım və mən uşağın hərəkətlərindən narahat oluruq və həkimə müraciət etməyə qərar verdik. Düzdür, uşaq hələ çox kiçikdir, valideynlərimiz hər uşaqda olar, keçər deyir ama biz artıq dözə bilmirik. Mənasız gülür, ağlayır, heç bir şeyə reaksiya vermir, hər şeyin eyni olmasını istəyir, qucağa alınmağı sevmir,  kimsə ona toxunsun istəmir...

N saylı klinikada...

Rəsul: İnnurə xanım, mən anlaya bilmirəm, mən oğlumu dörd yaşında niyə psixoloqa gətirim axı? Bəlkə, elə burdan dəlixanaya aparaq.  Anlamıram mən!!!

Innurə xanım: Sakitləşin, Rəsul bəy. Mənə məlumatlar verildi. Sizə kömək etməyimi istəyirsinizsə, mənə sakit bir şəkildə hər şeyi olduğu kimi danışın. Uşağınızda sizi narahat edən hərəkətlər, davranışlar nələrdir?

Rəsul bəy:  Mən...mən bilmirəm...eee...dilim gəlmir, amma uşaq axmaq kimidir, ANLAMIRAM MƏN!!!

Innurə xanım: Rəsul bəy, xahiş edirəm, özünüzü ələ alın və rahatca mənə hər şeyi deyin ki, mən sizin oğlunuza kömək edim.

Rəsul bəy: Baxın, qərbədir... mənasız olaraq gülür, öz-özünə ağlayır, nə sual verirsən təkrarlayır, hər gün eyni oyunu dayanmadan , yorulmadan oynayır, bəzən eyni hərəkəti saatlarla edir. Siz anlayırsınz bu nə deməkdir?!  Digər dostlarımn, qohumlarımın da uşağı var. Heç onlarınkı elə deyil...digərləri kimi oynamır gülmür, qucağa alsan qışqırır, təkdir, hətta bəzən çox qəribə baxır.... mən anlamıram. Axı bunlar nə deməkdir!!!

N saylı həyətdə...

Leyla: Dünən küçədə bir oğlan gördüm bir yaraşıqlı idi ki, gəl görəsən!!! Mavi gözlər, sarı saçlar, boy-buxun,  yar-yaraşıq...insanın ağlını başından alırdı...

Bir ay sonra...

Leyla: Bilirsən artıq onu hər gün görürəm. Gözümə baxa bilmir, mənlə danışa bilmir, məni görən kimi özün itirir, ünsiyyət qura bilmir mənlə...tamam özünü itirir...yani  deyəsən, məni dəli kimi sevir...

Bir neçə həftə sonra...

Leyla: Ruhəngiz, xəbərin oldu da, o dediyim oğlan ruh xəstəsi,  axmaqın biri imiş...inana bilmirəm...

N saylı düşüncələr...

Buna bax heç kimlə oynamır.

Sual verirsən utanmadan təkrarlayır, adamın üzünə ağ olur

Heç kimlə danışmır. Laldı eee...

Axmaq kimi öz-özünə gülür e

Dayanmadan  zır-zır ağlayır...

Eyni şeyi eləyib mənim əsəblərimi korlama...

 Yalvar-yaxar bir uşağın olsun, o da maşallah, nazlı-duzlu, nə qucağa götürə bilirsən, nə də əlini vura bilsən...

Camaatın uşağı oynamaq üçün özün öldürür, bizimki eyni yerdə ömür boyu tək..elə tək də öləcək...

Bir şey istəyəndə adam kimi  ağzını aç de, qabağımda meymunluq eləmə, eşitdin?!

Inana bilmirəm, qolun qanayıb, adam bir ağlayar, qışqırar, nə vaxt oldu? Uşağın qanı çox gedib, kömək edin!!!

Hər gün eyni  şey, hər gün eyni şey...

N saylı müdhiş mühakimələr...

O axmaqdır!

O xəstədir!

O qorxaqdır!

O dəlidir!

O laldır!

O kardır!

XEYR!!! O AUTİZM XƏSTƏSİDİR!!!

Ona  baş qoşmayın.

Onu  çağırmayın.

Ona  toxunmayın.

Ona  baxmayın.

Onunla danışmayın.

XEYR!!! ONUN DA SEVGİYƏ, İNSANLARA, HƏYATDAKI GÖZƏLLİKLƏRİ GÖRMƏYƏ EHTİYACI VAR, HƏM DƏ SİZDƏN DƏ ÇOX !!!

Həyatımdan bezdim!!!

Niyə axı mən, niyə axı mənim övladım...

VALİDEYİNİN ÖVLAD ÜÇÜN ACİZ OLDUĞU BİR ANDA MƏN ANCAQ SUSA BİLƏRƏM...

Allah heç kimi övlad dərdi ilə imtahana çəkməsin... amma bununla yaşamağı öyrənməli. Uşaqları cəmiyyətdən ayırmamalı, onları həyata qazandırmalı, psixoloqlarla əlaqə saxlayıb onlara təsir edib uyğun tərbiyə sistemi ilə onları müəyyən peşə sahibi etməli və hər bir insanın bir dəfə gəldiyi bu dünyadan xoşbəxt köçüb getmələrinə nail olmaq lazımdır.

Unutmayaq ki, canı  verən də, alan da Allahdır. Xəstəlik də buna daxil...

 

Məmmədova Sevinc Rövşən qızı, 21 yaş

Azərbaycan Müəllimlər İnstitutu magistrantı

 

Go Back

Sorğu göndər