Alimlər sübut ediblər ki, ana bətnində olan körpə hələ doğulmamış bəzi vərdişləri qazanır.
Əmmək bacarığı – körpə ilk öncə barmaqlarını əmməyə başlayır. 11 həftəlikdən etibarən yaranan bu vərdiş onun sakitləşməsinə, çənə sümüyünün bərkiməsinə kömək olur. 20 həftəlik olduqda isə, duyğulara nəzarət edən sinir hüceyrələri yaranır və bu da qoxu, dadbilmə qabiliyyətinin, hiss etmək və görmə bacarığının formalaşmasına gətirib çıxarır. 32 həftəlikdən etibarən isə körpənin refleksləri yaranır.
Qavrama qabiliyyəti – hamiləliyinizin 25 həftəliyindən etibarən körpəniz bətninizdə əllərini yumruq şəklinə salaraq nəyisə tutmağa çalışır. Onun ən böyük əyləncəsi isə əlləri ilə üzünə, bədəninə toxunmaq, göbək ciyəsi ilə oynamaqdır. Bu səbəbdən körpə doğularkən əlinə hər hansı əşyanı versəniz, möhkəm saxlayacaq.
Ürkmə - yüksək səs, ani bir toxunuş körpənizin ürkməsinə səbəb olar. Bu zaman reflektiv olaraq əllərini və ayaqlarını geri çəkəcək. Dinlədiyiniz yüksək səsli musiqi, kiminsə qarnınıza əlini vurması bətninizdə körpənizi narahat edər.
Hıçqırıq – Körpələrdə ana bətnində başlayan bu vərdiş bəzi alimlər üçün hələ də müəmmalıdır. Bir qrup mütəxəssis bunu reflekslərlə əlaqələndirir. Məhz hıçqırıq sayəsində körpənizin doğuşdan sonra rahat nəfəs alması üçün tənəffüs əzələləri inkişaf edir. Hətta səsini eşitməsəniz də, körpəniz hıçqırarakən qarnınızdakı gərilmələri hiss edə bilərsiniz.
axsam.az