Müasir dünyada psixi sağlamlıq və onun qorunması ciddi əhəmiyyət kəsb edir. Bu səpgidə Azərbaycan Tibb Universiteti bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq Mart ayında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Korpusunda Harvard Universiteti Boston Uşaq Xəstəxanasının İnkişaf xəstəlikləri departamenti ilə Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının bərabər təşkil etdiyi elmi simpozium keçirildi.
Bu simpoziumda Narınc Uşaq Psixologiya Mərkəzi rəhbəri Narınc xanım Rüstəmova, Psixologiya və Konsultasiya Mərkəzi rəhbəri Elnur Rüstəmov, icraçı direktor Təranə Kazımova da iştirak etdilər və inkişaf xəstəlikləri ilə yanaşı, digər psixi və nevroloji pozuntular, inkişaf xəstəliklərinin genetik aspektləri, müdaxilə və müalicə metodikaları ilə əlaqəli ətraflı təqdimat və fikir mübadiləsi apardılar. Bu fikir mübadilələrində Azərbaycanlı mütəxəssislərlə yanaşı ABŞ, Türkiyə, Qazaxıstan və digər ölkələrin aparıcı ekspertləri iştirak etdilər.
Simpoziumda psixiatr, nevroloq, pediatr, psixoloq-defektoloq, inkişaf pozuntuları və bir çox psixi xəstələrlə iş aparan mütəxəssislər iştirak etdilər...