Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Müsahibə"

BÜTÜN GÜNAHLARI YALNIZ MÜƏLLİMDƏ AXTARANLARIN NƏZƏRİNƏ-müsahibə

Bu günlərdə ölkə gündəmi müəllimindən hamilə qalan məktəbli qızla bağlı rüsvayçı hadisəyə görə sarsılıb. Artıq 25 yaşlı müəllim həbs olunub. Buna baxmayaraq, bir qızın taleyi də məhv olub. Bəs bu hadisədə, məşhur filmdə deyildiyi kimi, kimdir müqəssir? Belə rüsvayçılıqların yaşanmaması üçün valideynin, müəllimin və şagirdin üzərinə hansı öhdəliklər düşür? 

FaktXeber.com məsələ ilə əlaqədar Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovdan münasibət öyrənib.

Baş verənləri Azərbaycan cəmiyyəti və psixologiyası üçün tamamilə yad olan bir hadisə adlandıran dr.Rüstəmov məsələyə bir çox aspektdən yanaşılmalı olduğunu bildirdi: “İlk olaraq bizim üçün bir müəllim, pedaqoq düşüncəsi var. Hansı ki, həmişə hörməti ilə seçilib, cəmiyyətin öndə gedəni, insanları yetişdirən bir varlıq olub. Düşünürəm ki, bu hadisə müəllimlərin reputasiyasına mənfi təsir göstərdi. Bundan digər müəllimlər də birbaşa olmasa da, dolayı yolla əziyyət  çəkərlər.

Psixoloq həmçinin bildirdi ki, dövrümüzün müəllim və şagirdləri əvvəlki illərin müəllim və şagirdlərindən fərqlənir: “Biz informasiya əsrində,  texnologiyanın inkişaf etdiyi cəmiyyətdə yaşayırıq. Burada istər yeniyetmələrin, istərsə də böyüklərin psixoloji problemləri, rahatsızlıqları çoxdur. Məsələyə təfsilatlı yanaşsaq, burda çox şeylər ortaya çıxa bilər. Ola bilər ki, müəllimin özü hansısa bir situasiyadan, yəni həmin dönəmlərdə hansısa bir psixoloji rahatsızlıq yaşamış olsun. Ola bilsin ki, şagird özü bilməyərəkdən manipulyasiyanın qurbanına çevrilsin. Yəni nədirsə, xoşagəlməz hadisə baş verəndə bəlli ki, tərəflərin özlərinin bir rahatsızlığı olub, psixoloji pozğunluq deməzdim, narahatçılıq olub, sonra da gətirib belə bir hala çıxardıb. Eləcə də şagirdlər. Misal üçun, elə yeniyetmələr var ki, onlar fərqli psixoloji xarakterə malikdirlər: açıq-saçıq da geyinmək istəyirlər, sevilmək də, diqqət də, qayğı da istəyirlər, müəllimi ideallaşdırırlar da.”

Müsahib orta məktəblərdə psixoloji işin yaxşı formada qurulacağı təqdirdə, istər şagirddə, istər müəllimdə yaşanan psixoloji rahatsızlığa zamanında müdaxilə etməyin və onlara dəstək olmağın mümkünlüyünü vurğuladı.

O, həmçinin qeyd etdi ki, belə hallar əslində Avropada, Amerikada rast gəlinən bir haldır, Azərbaycan cəmiyyəti üçün yaddır: “Bu istiqamətdə mətbuatda o qədər informasiyalar getdi ki, Amerikada belə oldu, Rusiyada belə oldu, filan yerdə belə oldu Bir gün gördük bizdə də baş verdi. Burada bir az diqqətli olmaq lazımdır.”

Dr. Rüstəmov prosesin həlli istiqamətində insanlarımızın həmrəyliyinin vacib olduğunu dedi: “Birinci, o müəllimə güvən qaytarılmalıdır. İkincisi, orta məktəbdə psixoloji işi gücləndirmək lazımdır. Üçüncüsü, valideyn övlad münasibətini sağlam tutmaq lazımdır. Əgər o münasibət sağlam olsaydı, zamanında valideyn problemdən xəbərdar olardı. Məsələ bir az dolaşıq, bir az fərqlidir. Bu adam hamilə qalıb, indiyə qədər tədbir görülməyib. Sual olunur, valideyn hara baxırdı? Bunu zamanında müdaxilə edib, məsələni bitirmək olardı. Burada məsuliyyətsizlik də böyük rol oynayır. Ona görə, bu məqam da diqqətə alınmalıdır. Və valideynlər diqqətli olmalı, bu cür hallara qarşı mövqe ortaya qoymalıdırlar. Eləcə də müəllimlərlə bağlı. əllim də insandır, onun da rahatsızlığı, psixoloji sorunları ola bilər.O da zamanında o dəstəyi almalı, özü özünə kömək etməli, alınmırsa, kimdənsə kömək istəməlidir.”

Elnur Rüstəmov sözlərini yekunlaşdırarkən bu məsələlərdə mətbuatın daha çox maariflənmə istiqamətində diqqətdə qalmalı olduğunu vurğuladı: “Bu, Azərbaycan cəmiyyəti üçün zərbədir. Allah qorusun, o müəllimin yerində başqa bir adam da ola bilərdi…”

http://faktxeber.com/btn-gnahlar-yalnz-mllimd-axtaranlarn-nzrin—_h477475.html

 

Go Back

Sosial reklamların önəmi

Bütün dünyada geniş tətbiq olunan sosial reklamların ölkəmizdəki vəziyyəti ürəkaçan deyil

Hər hansı bir problemi aradan qaldırmaq çox zaman çətin olur, bəzən isə mümkün olmur. Amma problemin qarşısını almaq və getdikcə azalmasına nail olmağın ən effektli üsulu sosial reklamlardır. Zərərli vərdişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək, bir sıra xəstəliklərin profilaktikası və s. istiqamətlərdə hazırlanan sosial reklamlardan bu gün dünyanın hər bir ölkəsində geniş şəkildə istifadə edilir. 

Hazırda sosial şəbəkələrin geniş istifadə edildiyi bir dönəmdir və bu cür reklamları KİV və ictimai yerlərlə yanaşı, sosial şəbəkələrdə də görürük. Çox uzağa getməyək, elə mütəmadi izlədiyimiz Türkiyə telekanallarında da bu cür reklamları tez-tez görürük. Türkiyə televiziyalarında da şou, seriallar var, amma sosial reklamlar bu cür diqqətçəkən proqramlar arasında göstərilir və əhali istər-istəməz bu cür reklamları izləyir. Reklamlar isə elə hazırlanır ki, onu izləyən sona qədər izləməyə məcbur olur. İnsanlar bu cür peşəkar reklamlarla maariflənir. Amma bizdə sosial reklamlar cəhətdən kasadçılıq var. Ayda-ildə bir dəfə efirlərdə sosial reklam görərik, ya görmərik. Sosial reklamlar isə təkcə videolar yox, müxtəlif məlumatlandırıcı şəkillər formasında insanların çox olduğu yerlərdə, ictimai nəqliyyatda istifadə edilə bilər. 

Sosial reklamın psixoloji təsiri

Psixoloq Elnur Rüstəmov deyir ki, sosial reklamlar cəmiyyətin maarifləndirilməsi istiqamətində aparıcı rola malikdir: “Sosial reklamlar inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Burada ümumi mənafe naminə cəmiyyəti maarifləndirməkdən söhbət gedir. Əsasən dövlət siyasətinin dəstəklənməsi istiqamətində həyata keçirilir. Sosial maarifləndirilmə aparılmadıqda yaranan problemlər dövlətin həm büdcəsinə mənfi təsir göstərir, həm də ümumi məqsədlərə xələl gətirir. Cinayət törədilirsə, həbsxanalara düşənlərin sayı çoxalır, psixi problemlərin sayı artdıqca ruhi əsəb dispanserlərinə müraciət sayı artır. Həbsxanalar, ruhi əsəb dispanserləri dövlətdən maliyyələşir. Mən ikisini qeyd etdim. Amma bu tipli çoxsaylı sahələr qeyd etmək olar. Dövlət hər il bunlara pul ayırır. 

Problem minimallaşdıqca dövlət də həmin istiqamətlərə az maliyyə ayırır. Sosial reklamların televiziyalarda, bilbordlarda, sosial şəbəkələrdə geniş təbliğ olunması insanların mənafeyinə xidmət edir. Adətən bununla həm dövlət, həm də qeyri-dövlət sektorları məşğul olurlar. Bu işə çox geniş yer vermək lazımdır. Günümüz bunu tələb edir. Biz informasıya əsrində yaşayırıq. Kim informasiyadan geri qalarsa, müəyyən çətinliklərlə üzləşər. Hansı sahədə çalışmağımızdan asılı olmayaraq, yeniliklərdən xəbərdar olmalıyıq”.
Psixoloq deyir ki, yol hərəkətində təhlükəsizlik məsələləri ilə bağlı müəyyən qədər nə isə əldə edə bilmişik. Amma sosial çarxlar hazırlanmasına ehtiyac olan başqa sahələr də var: “Yaxşı olar ki zərərli vərdişlər, ailədaxili konfliktin, şiddətin uşaq psixologiyasına təsiri ilə bağlı sosial reklamlar çox hazırlansın. Bu cür reklamar valideynlərin öz hərəkətlərini tənzimləməsinə az da olsa təsir göstərə biləcək. Ən azından həmin situasiyada müəyyən qədər diqqətli olmağa vadar edəcək”.

Səhiyyə Nazirliyi dövlət proqramı çərçivəsində sosial reklam işini təşkil edir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən bildirildi ki, dövlət proqramları çərçivəsində, nazirliyin tədbirlər planına əsasən, il ərzində müxtəlif mövzularda sosial reklamlar hazırlanır. Zorakılıq, reproduktiv sağlamlıq, ana-uşaq sağlamlığı, qan donorluğu, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq, qeyri-infeksion xəstəliklərin profilaktikası və s. ilə bağlı maarifləndirmə yönümlü sosial reklamlar hazırlanıb yayımlanır. Əsasən telekanallarda, ictimai yerlərdə, kinoteatrlarda, ticarət mərkəzlərində monitorlarda yayımlanır. Həmçinin də mərkəzin mütəxəssisləri tərəfindən ali və orta məktəblərdə çarxların təqdimatları aparılır. Bununla sosial çarxların daha çox kütləyə çatmasını təmin etməyə çalışırlar.

Mərkəzdən bildirildi ki, videoçarxlarla yanaşı, maarifləndirici istiqamətdə böyük plakatlar da yayımlanır. Eyni zamanda, çap materialları şəklində ictimai səhiyyənin müxtəlif istiqamətləri üzrə əhalinin bütün təbəqələrini əhatə edən çap materialları da hazırlanıb aksiyalarda, maarifləndirmə tədbirlərində paylanılır.

“Bu cür reklamları kanallar özlərindən yayımlamır

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə bildirdi ki, reklam haqqında qanunvericiliyə görə, sosial reklam insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır. Bu cür reklamlar dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən sifariş verilə bilər.

T.Dadaşov deyir ki, bəzən bu cür reklamların azlığında kanalları günahlandırırlar. Lakin bu cür reklamları kanallar özlərindən yayımlamır, hansısa müəssisə təqdim etməlidir ki, onlar da yayımlasın: “Sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz yayımlanır. Buradan göründüyü kimi, özəl yayımçılar sosial reklamların yayımından pul qazana bilər”.

Şöbə müdirinin sözlərinə görə, sosial reklamlarla bağlı digər məqam isə ondan ibarətdir ki, mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9.00-dan 00.00-a qədər olan müddət ərzində yayımlanmalıdır.

Azərbaycanda çəkilən sosial çarxların təsiretmə pozisiyaları

Qafqaz Universitetinin Doktorantura şöbəsinin müdiri Anar Rza deyir ki, ilk növbədə sosial çarxlar adekvat sosial problemin ehtiyaclarını ödəməlidir. Yəni hər hansı bir sosial problem aktuallıq baxımından qiymətləndirilməli, onun hədəfləri müəyyənləşdirilməlidir. Bu qiymətləndirmədən sonra sosial çarxların mövzusu, süjeti aydın görünür: “Sosial reklam ictimai və dövlət maraqlarına xidmət edir və xeyriyyəçilik məqsədi daşıyır. Bu reklamlarda kommersiya təşkilatlarının, fərdi iş adamlarının adları, onların əmtəələrinin konkret markaları, eyni zamanda, qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəənin markaları (modelləri, artikulları) göstərilə bilməz.
Digər bir halda hüquqi və fiziki şəxslərin sosial reklamın istehsalı və yayımı sahəsində təmənnasız fəaliyyətləri, sosial reklam istehsal etmək və yaymaq üçün digər hüquqi şəxslərə ödəmələri xeyriyyəçilik hesab edilir və qanunvericilikdə nəzərdə tutulan güzəştlərə malikdir. Bütün hallarda göründüyü kimi, sosial reklamın və onun bazarının qanunverici bazası kifayət qədər əhatəli təminata malikdir.

A.Rzanın sözlərinə görə, Azərbaycanda çəkilən sosial çarxlar təsiretmə qabiliyyətinə görə bir neçə pozisiyada özünü göstərir: “Birincisi, əgər siyasi şəxsin davranışı sayəsində yaranan hər hansı bir sosial problem yaradarsa; İkincisi, şou-biznes nümayəndələrinin davranışları insanların sosial problemlərindən kənar dəyərlər yaradanda; Üçüncüsü, dövlət tərəfindən aparılan sosial-iqtisadi islahatlar çərçivəsində yaranan narazılıqlar kontekstində (əgər səmərəlilik konservativliyi inkar edirsə); Dördüncüsü, ölkənin maliyyə-əmtəə bazarında baş verən hadisələrin kəskinliyində (məsələn, devalvasiyanın əmtəə bazarına və əmək bazarına təsirində); Beşincisi, əxlaqsız və mənəviyyatsız davranışlara olan reaksiyalarda.

Bununla belə, cəmiyyətin diqqətini hər zaman sosial dəyərlərə yönəltmək, onlara qayğı ilə yanaşmaq, bütün imkanlardan istifadə edərək sosial deviantlığın (sosial dəyərlərin aşılanması, dağıdılması, dağıdıcılıq meylləri) qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi ən aktual məslələrdən biridir. Mütərəqqi dövlətlərin təcrübəsində sosial reklam tam formalaşmış sosial institut olaraq sosial problemlərin monitorinqi, profilaktikası və ictimailəşdirilməsi üzrə güclü bir alətdir”.

Sosial çarxların təsiretmə dairəsi sosial problemlər çərçivəsində yekunlaşır

A.Rza bildirdi ki, bu gün sosial reklam vətəndaşların əhval-ruhiyyəsinə güclü təsir göstərən səmərəli alət olaraq bir çox zəruri dəyərlərlə yanaşı, demokratik cəmiyyətin formalaşması üçün tələb olunan kütləvi humanist təfəkkürün bərqərar olmasında vacib olan sosial dəyərlərin aşılanması üçün təsiredici bir vasitədir: “Respublikamız zəruri islahatları həyata keçirməklə Avropa Sosial Xartiyasına qoşulmaq niyyətindədir. Azərbaycanın Avropa Sosial Xartiyasına qoşulması əksər ölkələrin təcrübəsində olduğu kimi ilk dövrlərdə iqtisadi və sosial problemlərlə müşahidə oluna bilər. Buna görə də respublikada yüksək səviyyəli sosial xidmətlərin təşkili qarşıda duran əsas vəzifələrdən biridir. Yüksək səviyyəli sosial xidmətlərin təşkili Azərbaycanın gələcəkdə Avropaya daha sıx inteqrasiyasına böyük imkanlar yaradır. Baxmayaraq ki, istehsalçı şirkətlərin marketoloqları sosial media istifadəsi ilə bağlı çox optimistdirlər, ənənəvi marketinq xidmətləri (reklam, PR və s.) göstərən şirkətlər isə bu yeniliyə bir az skeptik yanaşırlar və hələ də sosial media vasitələrindən sadəcə məlumat yerləşdirmək üçün istifadəni düşünürlər, marketinq mütəxəssislərinin böyük hissəsi, xüsusi ilə ABŞ-da sosial medianın beş ildən sonra marketinqin ayrılmaz bir hissəsi olacağına inanırlar.

Digər bir nümunə kimi 14 sentyabr 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən kütləvi informasiya vasitələri arasında ən yaxşı sosial reklam üzrə elan edilən müsabiqədə reklam istehsalçıları, dövlət qurumları və əhali arasında dialoq yaratmağa cəhd edilməsi faktını qeyd etmək olar. Təqdirəlayiq haldır ki, ilk dəfə olaraq Azərbaycanda sosial reklamların qiymətləndirilməsi üzrə geniş tərkibli səlahiyyətli şəxslərdən ibarət (DSMF-nin aparıcı mütəxəssisləri də daxil olmaqla) komissiyanın yaradılması təcrübəsi həyata keçirilib”.

A.Rza qeyd etdi ki, sosial çarxlar əsasən sosial problemləri əhatə etdiyindən onun təsiretmə dairəsi məhz sosial problemlər çərçivəsində yekunlaşır: “Problem həll olunur, vəssəlam, bu haqda artıq ancaq hesabat vermək olar”.

Aygün Asimqızı 

http://kaspi.az/news.php?id=27633

 

Go Back

MÜƏLLİMLƏRƏ PSİXOLOJİ YARDIM EDİLMƏSİ TƏKLİF OLUNUR- müsahibə

“Müəllimin şagirdə əl qaldırması bütün hallarda təqdir edilmir və doğru deyil. Tərbiyə prosesində cəzalandırmada zor, şiddət yoxdur. Təhsildə digər cəza üsulları tətbiq edilə bilər. Məsələn, qiyməti aşağı sala bilər. Bundan əlavə, valideyni dəvət edib onunla söhbət oluna bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, müəllim özü də insandır. Onun da hissləri, düşüncəsi, ailəsi və qayğıları var. O da robot deyil. Ona görə də orta məktəblərdə psixoloqlar həm şagirdlərlə, həm də müəllimlərlə işləməlidirlər. Məktəblərdə psixoloqların işi gücləndirilməlidir”.

Bunu Milli.Az-a açıqlamasında tanınmış psixoloq Elnur Rüstəmov məktəblərdə müəllimlərin şagirdlərə qarşı zor tətbiq etməsi halları ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.


Ekspertin fikrincə, təkcə uşaqların yox, müəllimlərin də fiziki və psixoloji narahatlığı olur və o, təhsil prosesində lazımi dəstəyi almalıdır. Bundan əlavə, valideynlə məktəb arasında sıx əməkdaşlıq olmalıdır: “Bəzən çətin tərbiyə olunan, qavraması zəif və ya əqli cəhətdən yüngül formada, zəif inkişaf edən uşaqlar olur. Onlar dərs prosesində digər uşaqlardan fərqlənirlər, onların qavraması, davranışı, reaksiyaları adekvat olmur. Belə hallarda müəllim məktəbdə çalışan psixoloqa, eyni zamanda məktəbin rəhbərliyinə məlumat verməlidir. O, çətin vəziyyətlə qarşılaşdığını deməli və kömək istəməlidir. Müvafiq şəxslər də bununla bağlı lazımi ölçü götürməlidirlər”.


Məktəblərdə müəllimlərlə şagirdlər arasında baş verən hadisələrlə bağlı video materialların sosial şəbəkələrdə paylaşılmasına gəlincə, psixoloq hesab edir ki, buna ehtiyac yoxdur, çünki mənfi nəticələri ola bilər:

“Çünki bundan həm müəllim, həm şagird, həm də valideynlər əziyyət çəkən tərəf olur. Nəticədə hansısa neqativ halı bir müəllimə görə hamısına şamil edirlər. Bu proseslərdə çox ümumiləşdirmə gedir ki, bu, doğru deyil. Əgər problem varsa, məhz həmin problem həll olunmalıdır. Bir daha qeyd edirəm ki, orta məktəblərdə psixoloqların işi gücləndirilməli, valideyn-məktəb əlaqələri möhkəmləndirilməlidir. Əgər davranışında və qavramasında problem olan uşaqlar varsa, onlarla məxsusi iş aparılmalıdır və bu prosesə həmin müəllimləri də cəlb etmək lazımdır. Bunlar sosial şəbəkələrdə paylaşılanda isə bilən də danışır, bilməyən də danışır, kim nə istəyir, yazır. Nəzərə alın ki, o müəllim də vicdan əzabı çəkir. Məgər onun üçün rahatdır ki? Onların da doğmaları, yaxınları var. Bu məsələ sosial şəbəkədə müzakirəyə niyə çıxarılır? Bu, doğru deyil. Rəhbərlik var, təhsilə cavabdeh olan şəxslər var. Çağırardılar, araşdırardılar, lazımi qaydada da cəzalandırardılar. Bunu sosial şəbəkələrə çıxarmaq doğru deyil. Bunun mənfi fəsadları ola bilər. Biri deyir ki, o müəllim əlimə keçsəydi, belə edərdim, biri də deyir, elə edərdim. Fərz elə ki, bu elə sənin yaxınındır, doğmandır, qohumundur, bacındır. Başa düş. Axı sən nə bilirsən, həmin anda müəllimin nə dərdi olub, oraya gələndə nə vəziyyətdə gəlib? Bəlkə, evində, ailəsində problemi var. Biz bir hadisəni götürüb onun əsasında ümumi münasibət bildiririk. Bir az dərinə getmək lazımdır. Neqativ hal hər sahədə var, hər yerdə pis mütəxəssis də var, yaxşı da. Buna görə digərlərini, vicdanlı müəllimləri niyə zərbə altına qoymalıyıq?”


E.Rüstəmov həmçinin 7-8 yaşlı uşaqların mobil telefon işlətməsi və telefonla məktəbə gəlməsinə də münasibət bildirib: “Valideyndə uşağın dərs qrafiki var və tənəffüsdə zəng vurub övladı ilə danışa bilər. Yoxsa ki, götürüb istənilən vaxt zəng edir, çatlaşır, mesaj atır və s. Belə telefonlar həm uşağın diqqətini dərsdən yayındırır, çünki hər dəqiqə baxır ki, telefonda yeni nələr var, ikincisi də bu onların sağlamlığı üçün ziyandır. Valideynlərin çoxu bunu dərk etmir və yalnız öz rahatlığını düşünür. Uşaq mobil telefon, planşet istəyir, ata-ana da alıb verir ki, ağzını yumub bir küncdə otursun, ona mane olmasın. Bununla belə, bu valideynin seçimi və istəyidir, özü bilər. Amma həmin telefonlar məktəbdə dərsin gedişinə mane olmamalıdır. Təsəvvür edin ki, bir sinifdə 10-15 uşağın başı öz telefonlarına qarışır, oyun oynayır. Bu axı dərsin gedişinə mane olur, müəllimə pis təsir edir, onu qıcıqlandırır. Ona görə də şagirdin məktəbə telefon gətirməsi doğru deyil. Bunu valideynlər nəzərə almalıdırlar. İndi əllərdə olan bahalı telefonların funksiyaları çoxdur. Bununla uşaq əlavə lazımsız informasiya alır. Əgər söhbət valideynin uşaqla əlaqə yaratmasından gedirsə, çox yaxşı olardı ki, şagirdlər üçün xüsusi mobil telefonlar olsun”.

İlkin İzzət

http://news.milli.az/country/401155.html

 

Go Back

Psixoloq Elnur Rüstəmov :"Yalnız gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil!"

Psixoloq Elnur Rüstəmov bildirir ki, yalnız gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil

Evlilik yaşı getdikcə artır, gənclərin bir çoxu evlənmək istəmir, yaxud gec yaşlarda evlənməyi daha düzgün hesab edirlər. Evlənənlərin isə yola getməmə, boşanma problemi daha qabarıq olur. Bu üzdən də “qaynana-gəlin” problemi bu gün əvvəlki illərdəki qədər aktual deyil. Amma yenə də “Ailə institutu”nun ümumilikdə təhlükədə olduğunu demək mükündür. 

Müasirlik, avropalaşma məsələlərini başa düşdük. Amma bütün müasirliyin içərisində bizim qorumalı olduğumuz məqamlardan biri də ailə dəyərlərimizdir. Çünki bu gün bizim nümunə götürdüyümüz Amerika və Avropada ailə dəyərləri ilə bağlı vəziyyət heç onların özləri üçün də qaneedici deyil. Ölkəmizə qonaq gələn xarici alimlərdən biri elə qəzetimizə müsahibəsində demişdi ki, ABŞ-da da ailə üzvlərinin bir-birinə münasibətinin Azərbaycandakı kimi olmasını arzu edərdi.

Müsahibim olan psixoloq Elnur Rüstəmovla da məhz evlənməmişdən öncə və sonra tərəflərin yaşadıqları probemlərlə bağlı söhbət apardıq. “Kişilərin əksəriyyəti qadına çox tez tabe olur, kişi çox zaman qadının böyük “uşağıdır”. Sadəcə onu həyat yoldaşı dünyaya gətirmir, 25, yaxud 30 yaşında onu veriblər ki, saxlasın” – deyən psixoloqun müsahibəsini sizlərə təqdim edirik. 

- Get-gedə evlilik yaşı artır. Bunun bir səbəbi kimi karyera qurmağı götürək. Başqa hansı səbəblər var?

- Evlilik və buna yanaşma məsələsi keçən əsrin ortalarından aktullaşmağa başlayıb. Bu aktuallıq ailə münasibətlərinə yeni bir baxış tərzi formalaşdırdı. Bu proses birinci növbədə Amerika, Avropada başladı. Hazırda bu məsələ Azərbaycanda da aktuallaq kəsb edir. Əvvəllər gənclərin ailə qurduğu yaşda indikilər bəzən heç evlənmək haqda fikirləşmir, karyera haqda düşünürlər. Bəzən 15-20 ilin ailəsinin də boşanma üçün müraciət etdiyini görürük. Artıq ailədaxili konfliktlərin istiqaməti dəyişməyə başlayıb. Əvvəl daha çox “gəlin-qaynana”, “gəlin-baldız” münasibəti problem idisə, bu gün paralel ailələrin mövcudluğu, yaxud münasibətlərə ailədən kənar başqa bir şəxs tərəfindən müdaxilələrin edilməsi, dolayısı ilə xəyanət faktoru səbəblərindən ailədaxili konfliktlər yaranır, hətta boşanmaların şahidi oluruq. Yəni miqyas dəyişib. Buna təsir göstərən məqamlardan biri də texnologiyanın inkişafıdır. Ailə psixologiyası kibernetikanın yaranması ilə ortaya çıxdı.

- Kibernetikanın ailə psixologiyasına nə aidiyyatı var?

- Əslində, həmin yanaşma ailələrdə var. Bir mexanizm digər münasibətlərə təsir göstərir. Tutaq ki, ailədə hər hansı zərərli vərdişdən əziyyət çəkən bir şəxs varsa, bu, ailənin digər üzvlərinin psixoloji durumuna mənfi təsir göstərəcək. Ailə bu prosesdə necə adekvat davranmaq lazım olduğunu çox zaman bilmir. Bu gün evlənmə yaşına çatan xanımların ailə qurmaq istəməməsini müşahidə edirik. Daha çox karyera qurmağa çalışırlar. Kimlər evlənməyə meyillidir? Əksəriyyəti ali təhsil ala bilməyənlər, yaxud ali təhsil alsalar da, uğur qazana bilməyənlər. Hamıya şamil etmirəm, amma çoxluq belədir. Bir də ailədaxili münaqişələr o qədər pisdir ki, bəzən gənc qızlar sadəcə evdən qaçmaq istəyir və çıxış yolunu da evlənməkdə görür. Digərləri isə karyera qurmaq istəyirlər, 25-26 yaşdan sonra ailə qurmaq haqqında fikirləşirlər. Əvvəllər isə bu yaşda daha çox kişilər evlənirdilər. İndi kişilər üçün evlənmə yaşı 30-a qalxıb. Bu proses yavaş-yavaş artmağa başladı və bizi narahat etməyə bilməz. Boşanmaların adiləşməsi və “sərbəst yaşamağa” meyillilik gələcək ailə institutuna mənfi təsir göstərir.

- Əvvəllər qurulan ailələrə valideyn müdaxiləsi olurdu. İndi isə bu müdaxilə azalıb. Bəlkə valideyn müdaxiləsinə ehtiyac var?

- Valideyn müdaxiləsinə həmişə ehtiyac var. Sadəcə olaraq, valideynin başı özünə, ailənin qayğılarına qarışıb. Valideynlər texnologiyanın, serialların girovuna çevriliblər. Bu gün valideynlər övladları ilə düz-əməlli vaxt keçirib, ünsiyyətdə ola bilmir. Valideyn bu yenilikləri izləməkdə bəzən çətinlik çəkir. Ona görə bizim valideynləri biganə adlandırırıq. Amma əslində dönəmin gətirdiyi reallıqdır. Hamımız bir prosesin içində fırlanırıq. Burada məsələyə bir tərəfdən baxmaq çox çətindir. Ailə institutuna ən böyük zərbə boşanmalar artdığı zaman dəydi. Valideynlərin sözünün kəsəri, özgüvənləri itdi. Əvvəllər bu proses az olsa da, bu gün hər 10 ailədən biri boşanır.

- Boşanmaları artıran səbəblər nələrdir?

- Ən böyük təsir ictimai qınağın zəifləməsi, ikincisi isə, boşanmaların adiləşməsi oldu. 20 nəfərlik qrup götürün. Əgər orada 18 nəfər oxuyur, 2-si oxumursa, 18 nəfər iki nəfərə təsir göstərə bilər. Məsələ burasındadır ki, biz 2 nəfərin 18-ə qalib gəldiyini görürük. Eləcə də boşanma. Əvvəllər 2-nin 18-ə olan bir rəqəm indi yarı-yarıya gəlib. Bu da insanlarda məsələyə yanaşmanı dəyişib. “Əhməd haradadır” filmində qızın etiraz etməyi ilə valideynlər nə qədər şeylər fikirləşir, çəpərlər təzədən qalxır, qonşular bir-birindən gizlənir, adam üzünə çıxa bilmir, qızın arxasınca şəhərə qədər gedirlər. Nəhayət gənclər bir-birini sevirlər. O insanlar əvvəlcə üz-üzə gəlməkdən qorxurdular... 
Bəs indi biz nə görürük? Bu gün övladlarını evləndirirlər, sabah onlar ayrılırlar, sonra da keçmiş qudalar gedib haradasa birlikdə çörək yeyir, “alınmadı” deyirlər. Maraqlar dəyərdən önə keçib. Bu, faciədi.

- Amma bizdə boşanma mədəniyyəti də yoxdur. Boşandığı xanımı döyən, hansısa zorakılıq edən keçmiş həyat yoldaşları ilə bağlı xəbərlər tez-tez yayılır...

- Əgər biz buna mədəniyyət deyəcəyiksə, formalaşacaq. Hər iki tərəf başqa biri ilə evlənəcək, ailə qurduqları şəxs bir tərəfdə qalacaq, bunlar hardasa görüşüb yemək də yeyəcəklər. Bu hal indi də var, amma geniş yayılmayıb. Məncə, yaxın zamanlarda bunu da görəcəyik. Digər tərəfdən, bu qədər boşanmaların müqabilində qeyd etdiyiniz hadisələr baş verir. Mən bunların normal olduğunu demirəm, anormaldır. Amma təbii prosesdir. Çünki hər bir insanın fərdi psixoloji xüsusiyyəti var. Birində qısqanclıq zəminində baş verə bilər, digərində psixoloji problem ola bilər, kimisi paylaşmaq istəmir və s. bu kimi hallar nəzərə alınmalıdır. Zorakılıq tərəflərdən birinin digərini idarə etmək istəyi nəticəsində ortaya çıxır.

- Boşanmalarda qısqanclıq nə dərəcədə rol oynayır?

- Böyük rol oynayır. Tərəflər bir-birini paylaşa bilmir. Bəzən ayrılmalarından 2 ildən çox müddət keçsə də, yenə də paylaşa bilmirlər.

- Qısqanclıq ailədə sevgi əlamətidir?

- Qısqanclıq ilk növbədə instinktdir. O nəinki insanlarda, hətta heyvanlarda da var.

- Uğurlu ailə üçün sevib evlənmək məsləhətlidir, yoxsa ağılla qurulan evlilik?

- Tərəflərin bir-birinə qarşı hansısa hissi olmalıdır. Amma tamamilə gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil. Gözəlliyin də bir müddəti var. Tutaq ki, ən gözəl xanımla ailə qurdun, iki gündən sonra onun gözəlliyi yox, davranışı sənə daha çox təsir göstərəcək. Müəyyən məntiqi yanaşma da olmalıdır. İnsan nə üçün evləndiyini bilməlidir. Bu gün həm də psixoloji problemlərin miqyası artıb. Bunu da nəzərə almaq lazımdır. Tutaq ki, evlənməkdən qorxan insanlar, xanımlar var. Bunun içində evlənmək qorxusu, intimfobiya, “azadlığım əlimdən alınacaq” düşüncəsi var. Eləcə də oğlanlarda. Bu gün bizim ailələrdə uşaqların az olması da qabarıq problemlərdəndir. Bu yaxınlarda isə qız övladlarının sayının az olması gündəmə gəlmişdi. Qız uşaqlarının sayının çoxalmasını stimullaşdırmaq üçün addımlar atmaq istəyirlər. Əslində bu çox yaxşı bir şeydir. Çünki ailələrimizdə uşaq sayı azdır. 90-cı ilə qədər, 90-dan 2000-ci ilə, 2000-dən bəri olan dövrləri müqayisə etsək, uşaq sayı kəskin azalır.

- Bəzən bunu maddiyatla əlqələndirsələr də, əslində 10 uşağa baxmağa imkanı olanlar da iki uşaqla kifayətlənirlər...

- Günümüzün ən böyük problemi komforta düşkünlükdür. Valideyn nəinki özünün, həm də uşağının komfortunu düşünür. Fikirləşirlər ki, mövcud sərvətimi 10 uşağa deyil, 2-nə verərəm, ömür boyu rahat yaşayarlar. Uşaq sayının azalması valideyn-övlad münasibətinə kəskin təsir göstərir. Valideyn-övlad münasibətində o qədər bağlılıq yaranır ki, artıq ailə qurma prsesində də hər hansı konflikt olarsa, tərəflər düzəltməyə yox, boşanmaya gedirlər. Belə deyək ki, bir oğlu, bir qızı var. Qızı ailə qurub, problem yaşayıb. Ana-ata fikirləşir ki, niyə əziyyət çəkir ki? Gəlsin biz baxaq. Dünən necə baxmışıqsa, elə də baxarıq. Amma əvvəllər 7-8 uşaq olurdu, valideyn hansınınsa problemi olan kimi evə gətirmirdi. 8-ni hara gətirsin? Əvvəllər ailədə şiddət, problem yox idi? Var idi. Tərəflər özləri həll edirdilər. Bu gün isə biz addımbaşı müdaxilələr görürük. Eynilə də problemi oğlan yaşayanda ana deyir ki, bir oğlum var, bu qız olmasın, başqası olsun. Ana-atanın övlada ifrat bağlılığı uşaqların müstəqil ailə qurma prosesinə mənfi təsir göstərir. Bu da nəzərə alınmalıdır.

- Sosial şəbəkələrin ailələrə böyük zərbə vurduğu deyilir. Siz bu haqda nə deyə bilərsiz?

- Sosial şəbəkələrin ailədaxili konfliktlərin sayının artmasında rolu çoxdur. Bu gün qısqanclığın, psixi xəstələrin, sevgini izhar, nifrəti ifadə etməyin nə qədər forması ortaya çıxıb. Kimsə kiməsə nə isə söz atırsa, yaxud ər-arvad küsürsə, sosial şəbəkədə birbaşa olmasa da, dolayı yolla bunu yazır. İfadə forması dəyişib. Sosial şəbəkələr ailədaxili konfliktlərə çox böyük təsir göstərir. Bununla bağlı düşünürəm ki, ən böyük tədbir tərəflərin bir-birinə qarşı münasibətidir. Əgər tərəflər arasında münasibət sağlam olarsa, sosial şəbəkə təsir göstərə bilməz. Münasibət pis olarsa, sosial şəbəkə bunun daha da pisləşməsi üçün stimul ola bilər.

- Son günlər erkən nikahlar məsələsi gündəmə gəldi. Belə fikirlər də var ki, heç kim övladını məcburi evləndirmir, onlar özləri bu nikaha meyilli olurlar. Sizcə, yeniyetmələr evliliyə meyilli olurlar?

- Hər bir yeniyetmə yox. Bu cür hallar dövlət tərəfindən tənzimlənir. Belə hallar daha çox rayonlarda, kəndlərdə baş verir. Bunu hər rayona, kəndə də şamil etmək düzgün deyil. Eləcə də Bakı kəndlərində ola bilər. Əvvəlki illərlə müqayisədə kəskin azalma var. “Qızımız oxumasın, başını qaldırdı, ərə ver getsin” prinsipi ilə yaşayanlar 17-18 yaşı olmamış qızı ərə verir. Bu təfəkkür var. Hər insanın öz doğruları var. Bəzən evdə münasibət pis olur, yaxud zərərli vərdişdən asılı olan var. Bu cür hallarda yeniyetmələr evdən qaçmaq üçün ailə qururlar. Üçüncü isə, təhsildən yayınma ən böyük faktordur. Fikirləşir ki, məktəbi də qurtardım, bundan sonra görəcəyim heç bir iş yoxdur, ondansa ailə qurub bir evə baxım. Oxuyub təhsil alan da ailə qurur. Dünən kişi xanımın evdə oturmasını tələb edirdisə, bu gün deyir ikimiz də işləyib, bir-birimizə dəstək olaq. Bunlar artıq böyük bir prosesin tərkib hissəsidir. Biz istəsək də bundan geri qala bilməyəcəyik. O axın bizi də aparacaq. Biz necə edə bilərik ki, bu prosesdən sağlam çıxaq?

- Təhsil...

- Təhsil çox böyük rol oynayır. Onsuz da amerikalının, avropalının etnopsixologiyası fərqlidir, bizimki fərqli. Onsuz da bu proses gedəcək. Boşanma onsuz da olacaq. Heç olmasa, müəyyən qədər azalsın. Yəni üz-üzdən utanacaq. Müəyyən dəyər kateqoriyalarını qabartmaqla boşanmanın qismən qarşısını ala bilərik. Boşanan 1000 ailənin 40 faizi sonra peşman olur. Biz o dəyərlərə istinad etməklə, heç olmasa 40 faizin qarşısını ala bilərdik.

- Bəzən qızlar seriallarda, filmlərdə görüb arzuladıqları sevgini real həyatda tapmırlar. Evlənəndən sonra isə xəyal qırıqlığı yaşayırlar...

- Məşhur yazıçı Jorj Sandın əsərində belə bir söz var: “Evlənərkən kim səhvə yol vermədi ki?” Xəyal qırıqlığı nisbi anlayışdır. Bu təkcə xanımlarda deyil, kişilərdə də olur. Bu bir durumdur. İnsan nə üçün evləndiyini biləndə, sonra xəyal qırıqlığı da az olur. Seriallarda hamısı villalarda yaşayırlar, işləmirlər, səhərdən-axşama evin içindəki söz-söhbəti həll edirlər. Kişi arada komfort maşında işə gedib, bir-iki tapşırıq verib, gəlir. Bunu izləyən xanım reallıqda görür ki, əri gedib daş daşıyır. Əslində serialların bir nömrəli məqsədi ailə institutunu parçalamaqdır. Bizdə daha çox türk seriallarına baxırlar. Onların da süjet xətti Avropdan götürülüb. Bu elə bir prosesdir ki, birbaşa görünmür, dolayısı ilə təsir göstərir. Topluma görünən və görünməyən müdaxilə var. Seriala baxıb ağlayırsan, gülürsən, amma fərqində deyilsən ki, o, ailə instititunu dağıdır.

- Türk filmlərini izləyən qızların bəziləri türk oğlanları ilə evlənməyə maraq göstərirlər. Hətta şəxsən tanıdıqları türkiyəli oğlan olmasa belə, “türk oğlanla evlənərəm” deyənlər olur... Xarici vətəndaşla evlənməyi arzu etməyin psixoloji tərəfləri varmı?

- Mən buna kompleksdən dolayı bir sevgi, ailə qurmaq deyərdim. Həmin şəxs düşünür ki, fikirlərini, hisslərini öz toplumunda olan insanlarla paylaşa bilməz. Əcnəbi olaraq isə bizə qardaş ölkə olan türkiyəliləri görürlər. Siz baxın, Türkiyə vətəndaşı ilə ailə quranların böyük bir qismi komplekslidir. Ya uzun müddət ailə qura bilməyib, ya sevgidə uğursuzluq yaşayıb. Adını da qoyub ki, mən bizimkilərə inanmıram. Özünü ifadə edib, karyerasını qurub xarici vətəndaşlarla evlənənlər az bir qisimdir. Amma əksəriyyəti kompleks yaşayanlardır. Orada daha sərbəst olurlar. “Aşkım, tatlım, yavrum” onları xoşbəxt edir. Ancaq azərbaycanlı gənc bunları deyə bilmir.

- Xarici ölkələrdə ailə dağılmaq təhlükəsi ilə üzləşdikdə, tərəflərdən ən azı biri ailəni qorumaq üçün psixoloqa üz tutur. Bizdə bu ənənə varmı?

- Var. Nəinki ailələr, hətta nişanlı cütlüklər də gəlirlər. Sevgili olan gənclər bir-birini daha yaxından tanımaq, psixoloji dəstək almaq üçün müraciət edirlər. Amma bu müraciətlər kütləvi halda deyil. Kütləvi olması üçün müəyyən stimullaşdırıcı tədbirlər görülməlidir. Bu iş aparılır. Bu gün xəstəxanalarda psixoloq ştatı var. Psixoloji rahatsızlığı olan insanların müraciət etməsi üçün 2012-ci ildə Psixi Sağlamlıq Mərkəzi yaradılıb. İstəyərdim ki, məhkəmələr boşanma üçün müraciət edənləri əvvəlcə psixoloqa yönəltsinlər, yaxud öz fəaliyyətlərində bir psixoloq cəlb etsinlər, o da ailələrlə psixoloji iş aparsın. Çünki dağılan bir ailə potensial başqa ailəni də oynadır. Yəni tutaq ki, üç bina yanbayandır, biri dağılırsa, ikisinə də təsir göstərir. Bununla bağlı birgə iş görmək lazımdır. Boşanma ilə bağlı problemlərin sferası da böyükdür. Məsələn, bizə təmizlik obsesiyası ilə bağlı müraciət edilib. Xanım bütün günü evi təmizləyir. İş təkcə evi təmizləməklə qurtarmır. Yoldaşı evə gələn kimi, üstünə düşür ki, get əlini yu, əynini dəyiş, bu paltarla evə girmə, əlini yumamış süfrəyə oturma və s. Bunlar normal qaydalar olsa da, aşırı dərəcədə olanda insanı bezdirir. Uzun müddət depressiyadan əziyyət çəkmək, yaxud hər zaman təşvişli olmaq, hər bir şeydən qorxmaq və s. kimi hallar ailə münasibətlərinə ciddi təsir göstərir. Bəzən dava-dalaş olmayınca psixoloqa müraciət etmirlər. Amma hər hansı psixoloji rahatsızlıq olanda da müraciət etmək lazımdır. Bu müraciət prosesində ailə lazımi dəstəyi alır və bir yerə gəlir.

- Cütlüklərin bir-birini yaxından tanımaq üçün psixoloqa müraciət etdiklərini dediniz. Bəs araşdırmada ortaya nələr çıxır? Bir-birilərini nə dərəcədə tanıyırlar?

- Ümumiyyətlə, qızla oğlan tanış olanda hər ikisi pislərindən deyil, yaxşılarından danışır. Ancaq ailə psixoloqu tərəflərlə iş aparanda genoqram hazırlayır. Onun əsasında da hərəkət edirlər. Ailə neçə nəfərdən ibarətdir? Kim neçənci uşaqdır? Hansı mühitdə böyüyüb və s. suallara ailə psixoloqu aydınlıq gətirəndən sonra lazımi tövsiyələrini verir.

- Qeyd etdiniz ki, 15-20 ilin ailələri də bəzən dağılır. Bu cür təməli olan ailəni hansı səbəblər dağıda bilər?

- Hər bir insanın həyatda bir ideyası olur. Belələri yanımıza gələndə deyir ki, həyat yoldaşımı 15 ildir səhv tanımışam. Onda kişi, qadın obrazı dağılır. O heç vaxt yoldaşını xəyanət edən, aldadan biri kimi təsəvvür etməyibmiş. Psixoloq yanına gələndə deyirlər ki, təsəvvürlərim dağıldı. 15 ildir inanıb yaşayırdım, indi nəyə, kimə inanım?

- Boşandığı üçün sonradan peşman olanlarla bağlı danışdıq. Bəs boşanmaq həddində psixoloqa müraciət edənlərin neçə faizi bu fikirdən daşınır?

- 80 faizi. Real prosesin içərisində olanda vəziyyətin başqa cür olduğunu görürsən. Ailələrlə işlədiyim üçün mən bunu deyirəm.

- Boşanma səbəbləri içərisində ən bəsit səbəblər nələr olur?

- Psixoloji problemləri olanlar var. Tutaq ki adam evə daxil olub, bütün evi gəzir ki, evdə başqa kişi olub. Adamın 65 yaşı var, həyat yoldaşını qısqanır. Deyir, arvad mənə xəyanət edir. Arvad yaşlı biridir, güclə hərəkət edir. Bu, psixiatrik problemdir.

- Qadınlarda kişi, kişilərdə qadın obrazı evlilikdən öncə və sonra fərqli olurmu?

- Onlar bir-birini tamamlayan məqamlardır. Kişinin qadın obrazında öz anasının, xanımın kişi obrazında isə atasının ştrixləri var. Tam olmasa da, müəyyən qismi var. Münasibət pis ola, yaxud hansısa mübahisələr yaşana bilər. Biz hər zaman tövsiyə edirik ki, o obrazı dağıtmayın. Kişi obrazı dağılmamalıdır, yoxsa qadının güvəni sarsılır. Qadın kiməsə güvənmək istəyir. Eyni zamanda da qadın kişidə qadın obrazını dağıtmamalıdı. Nəyə görə obraz deyirəm? Var sevgi obrazı, var sevginin özü. Mövlana deyir: mən səni yox, sənə olan yolu sevirəm. Sənə qədər olan yolu sevirəm, səni sevmirəm ki. Biz kimisə seviriksə, onun haqqında təsəvvürləri sevirik. Biz özümüzü inandırırıq ki, ən yaxşısı, ən gözəli odur. Sizə tərəf müqabilinizlə bağlı nə isə xoş olmayan bir nünas deyiləndə, “ola bilməz” deyirsiz. Niyə? Çünki beyindəki obraz bunu qəbul etməyəcək. Sevərkən biz reallıqdan uzaqlaşırıq. Məsələn, gənc bir qız düşünür ki, saat 8-də evə gəlsəm, başımı kəsəcəklər. Amma iş elə alınır ki, 10-da gəlir. Qapı açılanda valideyn deyir ki, qızım gec gələcəyinlə bağlı bir xəbər verərdin, narahat olduq. Görür ki, ona heç nə etmədilər. Deməli, evə gələnə qədər o, real ailəsi ilə yox, onun obrazı ilə söhbət edirmiş.

Aygün Asimqızı 

kaspi.az

Go Back

Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır

Psixoloq Aydan Talıbova: “Uşaqda qavrama yaşı aşağıdırsa, onun məktəbə tez getməsinin heç bir faydası yoxdur”.

 

Uşaqlar ağ kağız kimidirlər, nə yazsanız, onun izi qalacaq deyirlər. Beyinləri heç bir məlumatla kirlənməyən uşaqların hər hansı bir hadisəni və ya məlumatı problemsiz yaddaşlarına yazmaları da təəccüblü olmamalıdır. Çox zaman uşaqlarının bu qabiliyyətini dəyərləndirən valideynlər onların daha çox uğur qazanmaları və həyata daha tez atılmaları üçün məktəbə erkən başlamasının tərəfdarı olurlar. Lakin nəzərə almaq lazımdır ki, istedad məktəbə tez başlamaqla və ya 3-4 şeir əzbərləməklə əldə edilmir. Uşağı vaxtından əvvəl ağır bilgilərlə yükləmək hər zaman müsbət nəticələr verməyə bilər. Bir çox Avropa ölkələrində bu sahədə araşdırma aparılır və maraqlı məlumatlar ortaya çıxarılır. Belə ki, bu yaxınlarda Almaniyanın Münhen Lüdviq-Maksimilian Universiteti apardığı araşdırma zamanı uşaqların erkən yaşda məktəbə başlamasının onlarda diqqət dağınıqlığı və hiperaktivliyin pozulmasına səbəb olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticələri Fransada aparılan tədqiqatın nəticələri ilə eyni olduğundan psixoloqlar məktəbə vaxtından tez başlamağın doğru olmadığını hesab edirlər. Almaniyada 600 minə yaxın uşağın bu problemdən əziyyət çəkdiyi ehtimal edilir. Araşdırmanın rəhbəri professor Jörq Batsinq bu hala daha çox oğlan uşaqlarında rast gəlindiyini bildirib. Bəs, görəsən, uşaqların məktəbə başlaması üçün ideal yaş hansıdır? Məktəbə erkən başlamaq onların daha tez öyrənməsinə kömək olurmu? Uşağın qavrama qabiliyyəti necə müəyyənləşdirilir? Azərbaycanlı psixoloqlar bu barədə nə düşünürlər?

 “Məktəbə başlama yaşı uşağın öyrənmə qabiliyyətinə görə dəyişir”

Məsələ ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən psixoloq Aydan Talıbova uşaqların məktəbə başlamaq üçün ən uyğun yaşının 7 olduğunu bildirdi. Onun sözlərinə görə, hiperaktivlik məktəbə başlamaq üçün bir göstərici deyil: “Uşaqların 6 və ya 7 yaşında məktəbə başlamalı olduğuna dair bir qanun yoxdur. Uşağın hiperaktivliyi onun məktəbə başlaması üçün də bir göstərici deyil. Ümumiyyətlə, məktəb üçün ən uyğun dövr 7 yaş hesab olunur. Lakin bu, uşağın qavrama qabiliyyətinə görə dəyişir. Elə uşaq var ki, 7 yaşı var, amma 5 yaş səviyyəsindədir və ya tam əksinə, 6 yaşı olub, 7-8 yaş səviyyəsində olan uşaqlar da az deyil. Bunlar hamısı dəqiqləşdirilməlidir. Bildiyiniz kimi, uşaqlar məktəbə başlamazdan əvvəl imtahan olunurlar. Onların bilik səviyyəsi, dərketmə və öyrənmə bacarıqları yoxlanılır, daha sonra bu uşaq məktəbə başlaya bilər ya yox müəyyənləşir. Uşaqda qavrama yaşı aşağıdırsa, onun məktəbə tez getməsinin heç bir faydası yoxdur. Bu yaş tənzimlənməli, öyrənmə bacağına yiyələndikdən sonra uşaq məktəbə götürülməlidir”.

 “3-4 şeir əzbərləmək uşağın istedadlı olduğunu göstərməz”

Psixoloq onu da vurğuladı ki, məktəbə tez başlayan uşaqda əvvəl heç bir problem görünməsə də, bir müddət sonra, dərslər çətinləşdikcə onlarda ciddi psixoloji fəsadlar ortaya çıxa bilər: “Elə uşaqlar var ki, 6 yaşında məktəbə tamamilə hazır olur. Onlar birinci sinifə başlayırlar və 4 illik ibtidai sinifdə dərsləri normal öyrənirlər. Lakin yuxarı sinfə qalxdıqca dərslər daha da çətinləşir və uşağın öyrənmə qabiliyyəti aşağı düşür. Beləliklə də, öz yoldaşlarından geri qalan uşaqda depressiv hallar və psixoloji sarsıntılar baş qaldırır. Yəni valideynlər elə düşünməsinlər ki, uşaq 3-4 şeiri tez əzbərləyirsə, o, fitri istedad olacaq. Məktəbə başlamaq uşağın həyatında ən önəmli addımdır və onun bütün həyatını əhatə edir. Ona görə də həm valideynlər, həm də məktəb direktorları bu məsələyə daha diqqətli və həssas yanaşmalıdırlar. Bəzən valideynlər elə hesab edirlər ki, uşağın məktəbə tez başlaması onun bir addım öndə olması deməkdir. Bu, bəziləri tərəfindən uşağın həyata daha tez atılması kimi dəyərləndirilə bilər, lakin bu addım düzgün istiqamətdə atılırmı, onu düşünmək lazımdır”.

Psixoloq A. Talıbova məktəbəqədər hazırlığın həm fiziki, həm də psixoloji cəhətdən uşağın həyatında önəmli rol oynadığını qeyd etdi: “Bildiyiniz kimi, uşaqlarda 3 yaşdan sonra bağça dönəmidir. Bu yaşda onlara hər şey oyun fonunda öyrədilir. Qalibiyyət, məğlubiyyət, paylaşmaq və s. kimi xüsusiyyətləri bu dövrdə öyrənirlər. 5 və 6 yaşda isə uşaqların məktəbəqədər hazırlıq dönəmidir. Həmin dövr uşaqlar üçün çox önəmlidir. Burada parta arxasında oturmaq, nəyi neçə dəqiqə etməli olduğu və bu kimi vərdişlər öyrədilir. Eyni zamanda bağça və məktəbəqədər hazırlıq uşağa valideyndən müəyyən bir müddətliyə ayrı qalmağı, onu gözləməyi öyrədir. Uşağın birbaşa evdən və ya bağçadan məktəbə göndərilməsi yanlışdır. Uzun müddət valideyndən ayrılmayan, həmişə onların yanında olan uşağın birdən-birə məktəbə başlaması onda ciddi psixoloji problemlərə səbəb ola bilir”.

Xəyalə Sadıqova

zaman.az

Go Back

AZƏRBAYCANDA QADINLARIN SPİRTLİ İÇKİLƏRƏ MARAĞI NİYƏ ARTIB

Azərbaycanda spirtli içki  qəbul edən və hətta bunu gündəlik yaşam tərzinin bir hissəsinə çevirən qadınların sayı durmadan artmaqdadır. Bəs qadınları buna vadar edən nədir? Psixoloji problemlər, yoxsa artmaqda olan qərbyönlü tendensiya?

Bu mövzuyla əlaqədar problemi daha kökündən araşdırmaq üçün psixoloq, sosoiloq və həkimdən  açıqlama almaq qərarına gəldik.

Psixoloq Elnur Rüstəmov ATV.az-a bildirdi ki, qadınların spirtli içki və nikotindən istifadə etməsi onların görkəminə və səhhətinə mənfi və digər tərəfdən psixoloji təsir göstərir. Bu aludəlik zamanla qadında davranış və şəxsiyyət problemi yaradır. Nəticədə, ailəlidirsə, ailə münasibətində problemlər, subaydırsa, zaman keçdikcə ailə məsuliyyətindən qaçmaq kimi problemlə üz-üzə qalırlar. Ona görə də bu məsələ ilə bağlı müəyyən maarifləndirmə işləri aparılmalıdır. Bu aludəlik qadında əsasən gender bərabərliyinin (qadın-kişi hüquqlarının bərabərliyi) səhv anlaşılması ucbatından yaranır. Yəni əgər kişi alkoqollu içilərdən istifadə edirsə, mən niyə etməyim? Avropada çəkilən filmlərə nəzər salsaq, qadınların  spirtli içkilərə həddindən artıq meyilli olduqlarının şahidi oluruq. Bir şeyi də qeyd edim ki, alkoqollu içkilər qadın orqanizminə daha tez təsir edərək sıradan çıxarır. Hər bir qadın potensial anadır. Spirtli içkilərin qəbulu hamiləlik dövründə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə doğulan uşaqlar psixoloji travma ilə doğulurlar. Qadınlar rəngli alkoqoldan istifadə etsələr belə, bu heç də problemi azaltmır, əksinə daha da qabardır.

Mövzumuzu sosioloq Rafiq Təmracovun açıqlaması ilə davam edirik.

O bildirdi ki, tarixən qadınların siqaretdən, içkidən istifadə etməsinə bir əxlaq dəyəri kimi baxılıb.  Dinimizə zidd olmasına baxmayaraq, təəssüflər olsun ki, bizim cəmiyyətimizdə də spirtli içkilərdən kifayət qədər istifadə edilir. Ancaq Azərbaycanda içki və siqarətdən istifadə digər ölkələrə nisbətən azdır. Bu yaxşı haldır. Ancaq burda bir tendensiya ( dinamika)  məsələsi var. Bizdə son dövrlər siqaret və içkiyə münasibət dəyişib. Yəni kişilərlə bərabər qadınlar da spirtli içkiyə daha çox meyillidirlər. Əslində bunun bir neçə səbəbi var: qloballaşmanın mənfi tendensiyaları, başqa cəmiyyətin dəyərlərinin,  müəyyən keyfiyyətlərinin əxz edilməsi. Artıq, şahid oluruq ki, kişilər də qadınlara spirtli içkilər təklif edirlər. Digər tərəfdən  isə, qadınlar alkoqoldan istifadə etmələrinin ziyanları barədə maarifləndirilməlidirlər.

Bəs gəlin diqqət edək, görək spirtli içkilər qadına tibbi cəhətdən necə təsir edir?

Terapevt Nahid Məhərrəmov vurğuladı ki, bəzən xəstələr belə sual edirlər ki, arada 100 qr filan alkoqollu içki qəbul etmək olarmı? İstər çox, istərsə də az, spirtli içki ziyanlıdır. Nəinki kişilərə, həmçinin qadınlara və hamilələrə də məsləhət deyil. Fərqi yoxdur hansı içkidir. Tərkibində spirt varsa, ziyanlıdır. Ancaq spirt qidadırsa, orqanizm onu normal bir şəkildə mənimsəyə bilir. Kişilərə nisbətən qadınların orqanlarında da bir incəlik var. Dozadan artıq spirt qadınların mədə-bağırsaq sisteminə daha ciddi təsir edə bilər. Hətta bağırsaq qanaxmaları, öd-qaraciyər, kolit və.s problemlərə də səbəb ola bilər.  Hamilələ qadınlarda isə spirtli içkilərin qəbulu gələcəkdə uşağın sağlam doğulmamasına şərait yarada bilər. Həm də bu körpənin ana bətnindəykən alkoqola meyillənməsinə səbəb olur.

Tahirə Əlirzayeva

http://news.atv.az/az/health/54197-azerbaycanda-qadinlarin-spirtli-ickilere-maragi-niye-artib

Go Back

ELNUR RÜSTƏMOV: "“İllərlə güvəndiyin bir insan qəfil hansısa hərəkəti ilə özünə qarşı inamı yox edir. "- MÜSAHİBƏ

 

“Xəyanət - etibarsızlıq, ümidi, gözləntini doğrultmamaq formasında da ola bilər. Valideynlərə, yaxın adamlara qarşı da xəyanət olur. Bu gün bu məsələ çox aktualdır”.

 

Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Elnur Rüstəmov deyib.

 

Psixoloq hesab edir ki, xəyanət etməmək üçün insan ilk növbədə dünyagörüşünü artırmalıdır: “Dünyagörüşü geniş olan insan hər hansı ideya uğrunda savaşmağa qadirdir. Biz texnogen əsrdə yaşayırıq. İnsanın nəfsi artıb. İnsanların bir-birindən gözləntisi dəyişib, maddiyat ön plana çıxıb. Bu da insanlar arasında inamsızlıq, etibarsızlığa gətirib çıxarıb. Xəyanət mənəvi böhran halında baş verir. Psixoloji travma alan insanda bir boşluq yaranır. O da bu boşluğu doldurmağa çalışır. Şübhəsiz ki, hamı bunu doğru yerdə tapa bilmir. Və zaman keçdikcə bu böyük problemlərə yol açır. Bunun çarəsi yalnız özünə yatırım etməkdir. Özünü inkişaf etdirən insan, həm də özünə hörmət etməyi öyrənir. Bu həm də qarşıdakı insana da hörmət etməyə yardımçı olur”.

 

Bu gün insanların güvəncinin azadlığını bildirən E.Rüstəmov, bunu böyük bəla hesab edir: “İllərlə güvəndiyin bir insan qəfil hansısa hərəkəti ilə özünə qarşı inamı yox edir. Zaman keçdikcə də bu başqalarına qarşı münasibətdə özünü büruzə verir”.

 

“Kişinin xəyanət etdiyi xanım gözəl deyilsə, həyat yoldaşı güzəştə gedə bilir”

 

Psixoloq bildirib ki, qadın xəyanəti ilə kişi xəyanəti bir-birindən fərqlənir: “Hərəsi bu məfhuma fərqli prizmadan yanaşır. Ailə psixologiyasında belə bir məqam var-xəyanətə uğrayan xanım, rəqibinin gözəl, yaxud daha cavan olduğunu düşünür. Yəni, zahiri keyfiyyətlərə daha çox fikir verirlər. Təcrübə göstərir ki, kişinin xəyanət etdiyi xanım gözəl deyilsə, həyat yoldaşı güzəştə gedə bilir. Əks halda, depressiyaya düşə, özünə qapana bilər. Kişi isə tam fərqli düşünür. O özünə sual verir ki, görəsən, xanımına nəyi verə bilməyib? Hər bir halda, sağlam ailədə xəyanət ola bilməz. Təbii ki, müəyyən problemlər hər ailədə yaşanır. Məsələn, kişi kiminləsə ünsiyyət qurur, əgər ailəsindən dəstək istəyirsə, inanıram ki, ailəsi ona dəstək olacaq. Bir çox hallarda bunu gizlədirlər. Nəticədə problem böyüyür. Hətta şantaj, təhdid halları yaşana bilər”.

 

Elnur Rüstəmov bu problemlə qarşılaşan cütlüklərin seansa birgə gəldiyini deyib: “Hətta ayrı-ayrı gəlmək istəsələr belə, tövsiyə edirik ki, birgə gəlsinlər. Bundan əlavə, kişilərə hər zaman tövsiyə edirik ki, yaxınını itirən xanımları xüsusilə qorumaq lazımdır. Çünki xanımlar bu böhranı daha çətin keçirirlər. Hətta onların bu ərəfədə yenidən aşiq olma ehtimalı çoxdur. Yaranan mənəvi boşluq ailə dəstəyinin köməyi ilə dolarsa, bu cür hallar az baş verəcək”.

 

“Əks halda ailə dağıla bilər...”

 

Xanımların baş verən hadisələrin, xəyanətin heç zaman unutmadıqlarını deyən psixoloq, uzun müddət keçsə də, onların baş verən hadisənin detallarını öyrənməyə çalışdıqlarını əlavə edib: “Çünki xanımın beynində müəyyən bir ailə başçısı obrazı var. O obraz heç zaman qırılmamalıdır. Əks halda, ailə dağıla bilər. Xanımlar fədakardırlar. Tərəflər arasında hörmət olarsa, ən minimal şərtlərdə belə xanımlar ailəni qoruya bilirlər.  Bəzi hallarda maddi sıxıntılar əslində mövcud olan, lakin qabarmayan problemləri də üzə çıxara bilir. Bu gün kişilər də, xanımlar da aktivdirlər. Bəli, xəyanət həmişə olub. Sadəcə, bugünkü kimi deyildi. Bu günün insanı bir yerdə qərar tuta bilmir. Bu da mənəvi cəhətdən yarımçıqlığa səbəb olur”. 

apa.tv

Go Back

“6 yaşlı akademik”, yoxsa ömürlük dəli? – SOS

Valideynlərin çoxu övladlarının hərtərəfli böyüyüb inkişaf etməsini arzulayırlar. Bunun üçün hətta kiçik yaşlarından onlara hərfləri, rəqəmləri, xarici dili öyrədir, üstəlik hansısa yaradıcılıq növünə və ya idmana yazdırırlar. Bir sözlə, artıq kiçik yaşlarından valideynlər övladlarının uşaqlığını əllərindən alırlar. Məktəb yaşına çatdıqdan sonra isə uşaq təkcə dərsləri ilə məşğul olmur. Valideyn övladını dərsdən sonra repetitor məşğələləri və əlavə dərnəklərə aparır. Bu halda uşağın istirahətə vaxtı heç qalmır. Bəzi valideynlər bunu övladlarının gələcəyi, inkişafı naminə etdiklərini deyir. Lakin həkimlər və psixoloqlar bunun əksini düşünür. Aile.lent.az bununla bağlı araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, valideynlərin kübar görüntüsü yaratmaq üçün kiçik yaşlı uşaqları “bir neçə yerə parçalaması” mənasızdır. Uşaqların lazımsız yükə qatlaşması onlarda fiziki və psixoloji baxımdan problemlər yaradır. Valideynlər üçün ilk növbədə övladlarının səhhəti vacib olmalıdır.

Pediatr Vaqif Qarayev deyir ki, fitri istedadı olmayan uşağı hansısa dərnəyə məcbur  aparmağın mənası yoxdur: “Bəzi valideynlər heç nədən uşağından rəssam, pianoçu, rəqqas düzəltmək istəyir. Əgər uşaq istəmirsə və ya istedadı yoxdursa, bu, fiziki və psixoloji baxımdan əlavə yükdür. Uşaqlara zorakılıq göstərilir ki, mütləq rəssam, musiqiçi olmalıdır, çünki filankəs də olub. Ötən günlərin birində 7 yaşında uşağın anası şikayət edirdi ki, gecələr yatmır. Bunun səbəbini aydınlaşdıranda bəlli oldu ki, həmin uşaq həm rəqsə, həm də musiqiyə gedir, üstəlik ana uşağını rəsm dərnəyinə də yazdırmaq istəyir. Soruşdum ki, xanım, siz bu uşaqdan nə düzəltmək məqsədindəsiniz? Cavab verdi ki, övladının savadlı olmasını arzulayır. Valideyn bilməlidir ki, zorla kimisə savadlı və istedadlı etmək olmaz”.

Həkimin sözlərinə görə, uşağın musiqi, rəng duyumunu mütəxəssis təyin etməlidir. Yalnız bu halda onun əlavə yaradıcı dərnəklərdə məşğul olmasına şərait yaratmaq olar. Lakin sağlamlığına zərər vurmamaq şərti ilə: “Uşağın immuniteti zəifdirsə, onu dərslər, əlavə məşğələ və dərnəklərlə çox yükləmək olmaz. Əsas problem gün ərzində boş yerə uşaqları ora-bura daşımaqdır. Məktəbin proqramı ağırdır, valideynlər çatdırmır - bunu anlayırıq. Amma bununla yanaşı 1-ci sinif şagirdi məktəbdən qayıdandan sonra təzədən müəllim yanına gedir, oradan qayıdandan sonra valideyn onu məşğələlərə aparır. Bəs bu 6-7 yaşlı uşaq nə vaxt istirahət etməlidir? Təhsil sağlamlığa mane olmamalıdır. Dərsdən sonra əlavə repetitor yanına getmək nə uşağın yaddaşını möhkəmlədəcək, nə də qavrama qabiliyyətini artıracaq. Bir sinifdə 20 uşaq varsa, onun hamısının qavrama qabiliyyəti, yaddaşı eyni deyil. Pedaqoqlar həm də psixoloq olmalıdırlar. Əgər sinifdə bir uşağın yaddaşı güclüdürsə, yaxşı qavrayırsa, bu o demək deyil ki, 19 nəfər də belə olmalıdır”.

Kiçik yaşlı akademik

V. Qarayev bu cür uşaqlarda psixoloji pozğunluq aşkarlandığını vurğulayır. Onun sözlərinə görə, uşaqları çox yükləyəndə mütləq psixikalarında, davranışlarında pozğunluq yaranır, yatmır, yemir, sözə baxmır, əsəbi və fikri dağınıq olurlar: “Şeiri əzbərləyə, misal həll edə bilmir, amma əzbərləməyə, həll etməyə məcbur edilir. Bu, uşağa qarşı zorakılıq göstərməkdir. Valideynlər deyir ki, nə etsinlər, proqram belədir. Əgər uşaqlarınızı xəstələndirmək istəyirsinizsə, proqramın arxasınca qaçın”.

Həyəcan təbili çalan pediatr uşaqlarda problemin daha dərin iz buraxdığını da gizlətmədi. O, kiçik yaşlı uşaqların düzgün duruş, yeriş qabiliyyəti olmadığını, bel və çiyinlərinin əyildiyini açıqladı: “Təcrübə göstərir ki, təhsil proqramının ağır olmasından irəli gələrək uşaqların səhhətində narahatlıqlarla rastlaşırıq. Son illər 6-7 yaşlı uşaqlarda onurğa sütunu problemi yarandığını müşahidə etmişəm. Düzdür, fikir verirəm ki, uşaqların çantalarını əsasən valideynlər götürür. Amma elə anlar olur ki, çantanı uşağın özü daşımalı olur. Çanta isə uşağın öz çəkisindən ağırdır. Bu halda onurğa sütununda mütləq əyriliklər yaranır. Sonradan problemlər daha da dərinləşir. Valideyndə də günah çoxdur. Bəziləri 6 yaşlı uşaqdan akademik olmağı gözləyirlər. Analar panika ilə mənə bildirirlər ki, “həkim, uşaq oxumur, mən nə edim?” Oxumur, oxuyacaq, nə qədər oxuya bilir, o qədər oxusun. Ananın özünün də əsəbi pozulur. Süni surətdə həm uşağının, həm də özünün əsəbini pozur”.

 

Böyük yaşlı uşaqlarda da buna oxşar başqa hallar baş verir. Ali məktəbə imtahan vaxtı yaxınlaşdıqca valideynlərin övladlarından tələbi və istəyi daha da çoxalır. Valideynin təlaşı onsuz da həyəcanlı olan uşaqda stressin yaranmasına gətirib çıxarır: “İlin bu vaxtında 6-7 yaşlı uşaqların əsəbi pozulur, may ayında da 11-ci siniflərin. Çünki imtahan verməlidirlər və  həyəcan artır. Valideyn bir tərəfdən, repetitor o biri tərəfdən. Amma uşaq da proqramı qavraya bilməyib, il ərzində yalandan gedib-gəlib, əsəbi pozulub. Ən çox da yetkinlik yaşında, hormonal dəyişikliklər olan dövrdə. 16-17 yaşlı qızların yumurtalığında az qala kələm boyda kista var. Hamısı əsəb və stressin nəticəsidir ki, hormonal pozğunluqlar yaranır, təzyiq qalxır, düşür, yuxu pozulur. Ona görə də mən ali məktəbə daxil olma kompaniyasının əleyhinəyəm: “hamının uşağı oxuyur, mənimki də oxumalıdır” – doğru prinsip deyil”.

Məşğələ və dərnək vaxtı nə qədər olmalıdır?

İstedadı, yaradıcılığa və ya idmana həvəsi olan uşaqların gününü isə düzgün tənzimləmək məsləhət görülür. Məktəb yaşlı uşaqlar dərsdən sonra 1-1,5 saat əlavə dərnək və məşğuliyyətlərə vaxt ayıra bilər. Lakin uşağın istedadı və həvəsi varsa. Pediatr xüsusi qabiliyyəti olan uşaqlara qarşı diqqətli olmağı tapşırır: “Musiqi məktəbində təhsil alan uşaqlar istisnadır. Lakin orta məktəbdə təhsil alan uşaqlar üçün əlavə dərnək və məşğələlər onları məktəb və sinif sindromundan çəkib çıxardır. Onların kitab və dəftərdən uzaq əlavə məşğuliyyətləri olur. Bu da onların beyninin bir balaca yükdən azal olmasına kömək edir. İstedad elə şeydir ki, onu boğduqda da uşağın psixikası pozula bilər. Valideynlər də səbrli olmalıdırlar. 6-7 yaşında uşağın istedad və həvəsi yoxdursa, gözləsinlər, bəlkə 10 yaşında olacaq”.

Bəs asudə vaxt?

Əlbəttə, ən azı böyüklər qədər uşaqlar üçün də asudə vaxtın səmərəli təşkili vacib amillərdən biridir. Uşaqlarda asudə vaxtın səmərəli təşkili məktəb yaşlarından deyil, hətta 3 yaşından başlamalıdır. Bunun ən gözəl başlanğıcı isə bağçadır. Sirr deyil ki, uşaqların sosiallaşması, pedaqoji və psixoloji inkişafı baxımından bağça əvəzolunmazdır.

 

Psixoloq Narınc Rüstəmova valideynlərə 3 yaşından övladlarını bağçaya qoymağı məsləhət görür: “Bizdə bəzən fikirləşirlər ki, ana işləmirsə, demək, uşaq bağçaya getməməlidir, bağça vaxt öldürmək, uşağa nəzarət etdirmək üçün aparılan yerdir. Xeyr, bağça uşağın hər bir mənada inkişafı üçün əlverişli məkandır. Bağçada incəsənət yönündə müəyyən tədbirlər həyata keçirilir, səhnəciklər oynanılır, şeir, saymaq  öyrədilir, şənliklər keçirilir”.

 

Məktəb yaşına çatdıqdan sonra isə uşaqlar üçün yeni dövr başlayır. 6-7 yaşına çatan uşaq artıq gününü planlama ilə keçirməlidir. Bu daxili planlamanı isə valideyn tərtib etməlidir: “Hər kəs axşamdan səhəri gününü planlaşdırır: səhər oyanmaq, diş fırçalamaq və ya duş qəbul etmək, səhər yeməyi yemək, geyinmək və məktəbə, universitetə, işə getmək və s... Uşaqlarda bu, əvvəlcə ananın köməyi ilə edilir. Sonra isə uşaq avtomatik olaraq bilir ki, səhər oyanacaq, dişlərini fırçalayacaq, paltarını geyinəcək, dərsə gedəcək, dərsdən dönəndən sonra paltarını dəyişəcək, yeməyini yeyəcək, məşğələyə və ya dərnəyə gedəcək və s. 9 yaşından isə uşaq saatı öyrənir və bunu saatlara bölərək edir. Amma əlbəttə ki, valideyn yetkinlik yaşınadək qıraqdan buna nəzarət etməlidir. Təəssüf ki, bu gün 15 yaşlı böyük qız və ya oğlan hələ də günlük planını qura bilmir, ana onun günlük qrafikini planlaşdırır. Çünki valideyn övladının planlaşmasını nəzarət yox, təzyiq şəklində edib. Bu halda da uşaq özgüvənsiz və məsuliyyət hissindən azad böyüyür”.

 

Asudə vaxta gəldikdə isə psixoloq bunu uşağın bacarığı, intellektual səviyyəsi, onların xarakter tipinə uyğun olaraq seçilməsini məsləhət görür. Daha diqqətli valideynlər özü, diqqətli olmayanlarsa psixoloqun köməyi ilə övladının idmana və ya incəsənətə yönümlü olmasını ayırd edə bilər: “Çox aktiv və ya çox passiv uşaqlar üçün üzgüçülük əvəzolunmaz bir məşğuliyyətdir. Çünki suda olan ionlar aktiv uşaqları passivləşdirir, passiv uşaqları aktivləşdirir, müsbəti mənfiyə, mənfini isə müsbətə ötürür. Çox zaman valideynlər şiddətə yönəlik uşaqları idmana, xüsusən də cüdoya aparır ki, enerjisi çoxdur. Lakin əksinə, şiddət şiddət doğurur. Üzgüçülük isə şiddətə yönəlik uşaqlarda səbr etməyi öyrədir. Döymədən, qırmadan, incitmədən özünü necə idarə etməyi öyrədən idman növləri də var. Duyumu yaxşı olan uşaqlar üçünsə incəsənət yönümlü məşğuliyyətlər az deyil. Diqqət yayınıqlığı olan uşaqlar üçün rəssamlıq yaxşı vasitədir. Piano, rəsm kimi əl və göz ilə olan oturaq məşğuliyyətlər uşağın diqqətini inkişaf etdirir. Bəzən hansısa valideyn Azərbaycan dilindən başqa dil bilmir, amma uşağını rus dilində məktəbə qoyur. Lakin nəzərə almaq lazımdır ki, uşağın psixi inkişafında rus dilinin yaratdığı ab-hava var. Bu zaman da problemlər yaranmağa başlayır. Valideynlər övladlarının dil öyrənmə bacarığını da bilməlidirlər”.

 

Asudə vaxtın səmərəli təşkili uşaqların enerjisini faydalı şəkildə bölmək, intellektual inkişafı, ünsiyyət, bölüşmək, paylaşmaq kimi müsbət xüsusiyyətlərinin yaranmasına təsir göstərir. N. Rüstəmova bildirir ki, uşaqların xarakteri və tipinə uyğun seçilən əlavə məşğuliyyətləri olarsa, onların fikri televiziya, kompüter və planşetə yönəlməyəcək: “Məşğuliyyəti olmayan, özünü cəmiyyətdə görə bilməyən uşaqlar birtərəfli ünsiyyətə meylli olurlar, seriallara, kinolara baxırlar, telefonlarla oynayırlar. Bəzən valideynlər uşaqlarını aşırı dərəcədə yükləyirlər. Bu da doğru deyil, baxırsan ki, uşaq saat 9-dək hazırlıqlardadır: rəsm, rəqs, dil, idman və s. Bu da normal deyil. Valideyn öz eqosunu kənara qoymalıdır, övladının sağlamlığını fikirləşməlidir. Uşaqlar üçün bunları iş, prinsip kimi etmək olmaz. Uşaq bununla sevərək, dincələrək, istirahət edərək məşğul olmalıdır. Uşaq dərnəyə, məşğələyə məcburən getməməlidir. Valideynlər deyir ki, uşaqlarının komplekssiz olmasını istəyirlər. Əgər uşağın kompleksi varsa, onu psixoloq yanına aparmaq lazımdır. Bir neçə kursa, dərnəyə və məşğələyə gedən uşaqlarda tez bezmə halları olur. Nəticədə isə onlar valideynə qarşı üsyana başlayırlar və davranışlarında  pozuntular yaranır. Xüsusən yeniyetməlik vaxtında uşaqlarda aqressiya baş verir. Valideynlər bu mövzuya diqqət etməlidirlər. Bunları uşağı yormadan, onu sevərək, istirahətini təmin edərək yerinə yetirmək lazımdır. Uşaq bacardığı işlə məşğul olanda özünə güvəni artır, özünü daha faydalı hiss edir. Bu zaman uşaqlar nə kompüterə, nə də gələcəkdə zərərli vərdişlərə meylli olacaq”.

 

Ümidə QƏHRƏMAN

aile.lent .az

Go Back

Psixoloq Elnur Rüstəmov: “Əslində heç bir valideyn bilərəkdən nəsə eləmir ki, övladı evdən qaçsın” - MÜSAHİBƏ


Atalarımız deyib ki,“Qızını döyməyən, dizini döyər”. Amma mən inanmıram ki, bu fikir real fiziki güc tətbiq edilən tərbiyəyə aiddir.Çünki insanı heyvandan fərqləndirən cəhət onun aglıdır. Allahın yaratdıqları arasında insan ən üstündürsə, onu necə heyvan kimi kötəkləmək olar?!Amma reallıqlar heç də dediklərimizlə üst-üstə düşmür. Beləki, XXI əsrdə övladlarını hələ də müxtəlif tərbiyə üsulları ilə böyüdən valideynlər var.Bəzi analar indi də fəxrlə, “mən onu başında qapazla böyütmüşəm, əgər vaxtında döyülməsəydi, indi o da tərbiyəsiz olardı” deyə etiraf edirlər. Belə tərbiyə alıb böyüyən uşaqlar və haqlı olduqlarını düşünən analar ölkəmizdə yetərincədir. Mütəxəssislərin fikrincə, ümumiyyətlə, insanı döymək psixopatlıq əlamətidir. Belə insanlar nə özləri yaşayır, nə də başqalarına rahatlıq verirlər. Psixoloji mərkəzlərə, psixoloqlara müraciət edən qadınların böyük əksəriyyəti fiziki təzyiqlər görən xanımlardır. Unutmayaq ki, övladlarının hüquqlarını pozan, onları cəzalandıraraq tərbiyə edən valideynlərə müqəddəs kitabımız olan “Quran”da da mənfi münasibət bəslənilir. Ümumiyyətlə, insanın döyülməsinə,ona qarşı zor, şiddət tətbiq edilməsinə islam dini də qarşı cıxır. Bəzi qız anası olan xanımlarımız bilmir ki,“Quran”da qız uşaqlarına xüsusi diqqətlə yanaşmaq, rəftar etmək buyurulub. Uşaqları döyməklə yox,ancaq sözlə başa salmaqla tərbiyə etmək lazımdır.
Son günlər mətbuatda uşaqlara qarşı işgəncə və zorakılıq, hətta ölümlə nəticələnən dəhşətli faktlar barədə xəbərlər artıb. Kimisi bunu bir “tərbiyə üsulu” sayır, bəziləri cahillikdən edir, bir başqası da özünü və qarşısındakı müdafiəsiz varlığı sadəcə psixi durumunun qurbanına cevirir. Bu mövzu bir ana kimi məni də cox narahat etdiyinə görə, mütəxəssislə söhbət etmək qərarına gəldim. Müsahibimiz “Psixologiya vəslət mərkəzinin psixoloqu Elnur Rüstəmovdur.

-Son zamanlar azyaşlı qızların evdən qaçma məsi gündəmi zəbt edib. Bununla bağlı hansıdbirlər görülməlidir? Sizcə, bu mə günahkar kimdir?
-Cəmiyyət sürətlə dəyişir. İnsanlarda özünə qapanma, düşünmə halları durmadan artır. Sanki həyat bitir, “ bacardığım qədər özüm üçün yaşayım” düşüncəsinin bir təfəkkürü formalaşır. Bu da ən birinci ailə münasibətlərinə təsir göstərərək, həmin ailədə böyüyən uşaq və yeniyetmələrin düşüncələrinə çox böyük təsir göstərir. Evdən qaçan gənclərlə bağlı onu qeyd edim ki, onların böyük bir qismi birdən–birə bu qərarı vermir. Bu proses zaman–zaman formalaşır. Əslində hər bir valideyin bilir ki, övladında hansısa dəyşikliklər baş verir. Bəzən valideynlər həmin hadisələri görməməzlikdən gəlir və yaxud da fikirləşirlər ki, bu keçici bir haldır. Yeniyetmə ilk olaraq təhsildən soyuyur, daha sonra özünə qapanır, aqressivləşir, zamanının çoxunu telefonla və kompyuterlə keçirir, valideyndən uzaqlaşır. Hər hansı valideyn bu hallarla rastlaşarsa, ilk olaraq çox diqqətli olmalı və ehtiyatla davranmalıdır. Əgər bacara bilmirsə, mütləq mütəxəssisə müraciət etməlidir ki, xoşagəlməz hallardan sığortalansın. Əslində yeniyetmə özü də nə istədiyini bilmir. Nə uşaq kimi uşaq olur, nə gənc kimi gənc. Ona elə gəlir ki, dünya onun ətrafında fırlanır. Ailədaxili münaqişələrdən ən çox əziyyət çəkən uşaqlardır. Yeniyetmələri evdən qaçmağa, özünə xəsarət yetirməyə vadar edən əsas səbəblər ailədə olan problemlərdir. Əslində heç bir valideyn bilərəkdən nəsə eləmir ki, övladı evdən qaçsın. Sadəcə, hadisələrin fonunda dayanan məsələlər bu hala gətirib çıxarır. Yəni ata-ana istəmədən birbaşa günahkar və iştirakçı olur. 

-Sizcə, bütün bu hadisərin baş verməsi üçün valideynlərin ürinə düşən ən böyük vəzifən ibarətdir?
-Bu məsələdə yenə də ən böyük məsuliyyət valideynlərindir. Biz həmişə onlara övladlarında baş verən ən adi bir dəyişikliyi vaxtında hiss etməyi və tədbir görməyi məsləhət görürük. Valideyn övladı ilə davranışında hər hansı bir narahatlıq yaşayarsa, o zaman mütəxəssisə müraciət etməsi vacibdir ki, nəticə daha da ağırlaşmasın. Biz yeniyetmələrdə əsasən iki problemi daha çox görürük. Birincisi, yeniyetmənin davranış qaydaları, ikinci isə, gənclərin ünsiyyət qurma problemi. Son zamanlar yeniyetmələr arasında daha çox qarşılaşdığımız cinsəl yetişkənlik prosesi də gündəmdədir. Hər yeniyetmədə bu eyni formada keçmir. Eyni və əks cinsə olan münasibət hər bir gəncdə müxtəlif olur. Yenə də valideynlər cox diqqətli olmalı və öz övladları ilə düzgün qaydada rəftar etməyi bacarmalıdırlar.

-Cəmiyyətin gənclərin həyatında rolu?
-Yaşadığımız mühit də, valideynlər qədər yeniyetmənin həyatında mühüm rol oynayan amillərdəndir. Gənclərin bir şəxsiyyət kimi formalaşmasında ətraf mühitin birbaşa əlaqəsi var. Hec bir valideyn öz övladının yaxşı və pis cəhətlərini kiminləsə müqayisə etməməlidir, cünki bu onlara cox pis təsir edə bilər. 

-Elnur bəy, bu gün Azərbaycanda övladlarla davranışda müssisdən kök istək anlayışı o qər də inkişaf etməyib. Sizcə, bu sahə maarifləndirmə niyə bu qər zəifdir?
-Ötüb-keçən illərə nəzər salsaq, görərik ki, son dövrdə müraciət edən ailələr çoxalıb. Amma İndi əsas problem odur ki, valideynlər davamlı olaraq əməkdaşlıq etmək istəmirlər. Bəzi insanlarda psixoloq anlayışının düsturu budur. Gəlib pulumu vermişəm, uşağımın psixikasını düzəlt, vəssalam. Valideyinlər bilmirlər ki, övladlarının sağlam düşüncəyə malik olması üçün müalicə ilə yanaşı, birbaşa valideynlərin özləri də iştirak etməlidirlər. Valideyn gəlib bizə müraciət edir ki,əsas uşağım düzəlsin, mən sonra onunla rəftarımı dəyişəcəm. Belə bir proses yoxdur. Birinci sənin davranışın düzəlməlidir ki, övladın da mənfi hallar yaşamasın. Məsələn, ailədə ata alkoqol aludəçisidir. Uşaq bundan əziyyət çəkir. Valideyn deyir ki, mənim içməyimin ona nə aidiyyatı var? Amma başa düşmür ki, pis vərdişli valideyni olduğuna görə uşaq dostlarının yanında utanır. Başqa bir misal. Valideyn şikayətlənir ki, övladım cox aqressivdir. Amma iki dəqiqədən bir özü uşağın üstünə qışqırır. Deyirəm aqressiv olan sizsiniz, övladınız yox. Belə hallarla çox üzləşirik.. Valideynlər birinci özlərini tərbiyə etməlidir. 

-Yəqin siz də razılaşarsınız ki, əvvər psixoloqa müraciət edən insana cox qəribə baxırdılar. Amma indi tam əksinə, bu artıq prestijə çevrilib.
-Bəli, çox doğrudur ki, bu gün psixoloqa müraciət etmək istiqamətində maarifləndirmə böyük sürətlə gedir. Xüsusi olaraq qeyd edim ki, mətbuatın, KİV-in bu sahədə rolu əvəzsizdir. Dövlətin dəstəyi, diqqəti isə mühümdür. Orta məktəblərdə psixoloq ştatının açılması cox böyük əhəmiyyət kəsb edir. 2012-cı ildə Səhiyyə Nazirliyinin nəzdində psixi sağlamlıq mərkəzi yaradıldı. Lap bu yaxınlarda, Səhiyyə Nazirliyi yeni bir iş həyata keçirdi. Dövlət xəstəxanalarında psixoloq ştatı açılıdı və rəsmiləşdirildi. Ancaq dünənə kimi psixoloqları heç bir xəstəxana ştatla işə götürmürdü.Bu sahədə görülən işlər birbaşa psixologiyanın inkişafına yönələn addımdır. Dediklərimiz kənardan asan görünə bilər. Ancaq məsələnin mahiyyətinə varanda başa düşülür ki, bunlar nə qədər çətin və məsuliyyətli işlərdir. Bizim kliniki psixoloqlarımız çox azdır.Barmaqla sayılacaq qədər, on-on beş nəfər.

-Çoxları deyir ki, Azərbaycanda psixoloji seanslar çox bahadır. Bu fikirlə razısınızmı?
-Qətiyyən, kökündən yanlış fikirdir. Digər ölkələrlə müqayisə etsək, bunun şahidi olarıq. Çünki bizdə ən baha terapiya saatı əlli manat olar. Ancaq başqa xarici ölkələrdə bu seanslar azı yüz dollardan başlayır. Əsəb dərmanına əlli manat verən şəxsə iyirmi manat çox görünür. Buna görə də,əvvəlcə insanlarda psixoloqa ödəniş etmək anlayışı formalaşmalıdır. Məsələn, bizdə bir çox məşhurlar anonimliyə görə Azərbaycandan kənarda psixoloq axtarırlar. Amma mən sizin vasitənizlə hamıya bildirirəm ki, bizdə anonimlik tam qorunur. Bunun üçün narahat olmağa əsas yoxdur. 

-Azərbyacanda belə bir atalar sözü var: “İnsanın ən böyük dostu da, düşni də özüdür.ni psixoloqa getsək belə, özümüz sağalmaq istəmiriksə, heç kim bizə kök edə bilməz . Bununla razılaşırsınızmı?
-Xeyr razılaşmıram. Bunun özü qüsurlu bir yanaşmadır. Onda gəlin məktəbə getməyək, evdə kitab alıb oxuyaq. Evdən cıxmadan bütün işlərimizi özümüz həll edək. Niyə gedirik, əziyyət çəkib kiməsə müraciət edirik. Məsələyə konseptual yanaşmaq lazımdır. Əslində hər bir pasient öz problemini gözəl bilir, sadəcə onun həll yollarını tapmaqda cətinlik çəkir. Psixoloq söz istehsal etmir,amma eyni problemlərlə dəfələrə rastlaşdığı üçün, kiməsə kömək etməyi bacarır. 

-Bən insanlardan belə ifadər eşidirik ki, psixoloqun yanına getmişdim, elə əbi danışdı ki, onun özünün mualicə ehtiyacı var. Yəni psixoloq da insandır.O necə etməlidir ki,oz xəstəsinə ancaq müsbət təsir göstərsin?
-Belə desək daha doğru olar ki, insanların psixoloqdan gözləntiləri çoxdur. Bir növ ideal insan axtarırıq. Psixoloq əslində sakit danışmağı, səbrlə dinləməyi,insanları sevməyi və sirr saxlamağı bacarmalıdır ki, ehtiyacı olan pasientə kömək etsin, ona müsbət aura verə bilsin. Bu hər bir psixoloq adını daşıyan insanın normativləridir. Psixoloq işinə sıradan bir sahə kimi yanaşmaq olmaz. Əslində psixoloq doğulmaq lazımdır desək, daha düzgün olar. 

-Sözsüz ki, psixoloq coxlu sayda insanların problemi ilə rastlaşdığı üçün özüstəlik tapa bilər. Bəs özünüzü nece qoruyursunuz?
-Deyirlər ki, hamının bir, psixoloqun isə iki psixoloqu olmalıdır. Onun özünün normal bir həyatı olmasa, nece başqa birinə kömək edə bilərki? İnsan birinci özünü tanımalıdır ki,o kimdir, bu həyatdan nə istəyir? Kiməsə yardım və dəstək isə sonra gəlməlidir. Mən şəxsən hər yerdə – toyda, yasda, küçədə, hətta evimdə belə psixoloq olduğumu unutmuram. Bu məsuliyyəti daşıya bilməyənlər öz işlərində çox uzun yol gedə bilmirlər.

Aysel TALIBQIZI / İnform.az

http://inform.az/index.php?newsid=15588

 

Go Back

Psixi Sağlamlıq Mərkəzində BİR GÜN - Reportaj

  "Mərkəzdə Bir Gün" rublikamızın bu dəfə ki, qonağı Psixi Sağlamlıq Mərkəzi oldu! Mərkəzin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılovun rəhbərliyi və icazəsilə Psixi Sağlamlıq Mərkəzində bir gün keçirdik və mərkəzin iş prinsipi, fəaliyyət sahələri ilə yaxından tanış olduq, Fuad İsmayılov və mərkəzdəki xoşauralı mütəxəssislər ilə səmimi söhbətimiz baş tutdu.

- Fuad doktor, bizə biraz bəhs edərsinizmi, Psixi Sağlamlıq Mərkəzinin yaranma səbəbi nə idi?

- Bizim mərkəz 2012ci ildən fəaliyyət göstərir. Onun fəaliyyətində əsas 2 istiqamət var : 1ci istiqamət ölkə səviyyəsində təşkili-metodiki işlərin görülməsidir. Baza informasiya sistemi yaradılması istiqamətində, bütün psixi sağlamlıq müəssisələrində, o cümlədən psixiatrik kabinetlərdə, psixiatrik stasionarlarda monitorinq və keyfiyyətin təminatı üçün işlər görürük. Bizim fəaliyyətimiz yeni kadrlar , təkcə psixoloqlar yox, həmçinin psixoterapevtlər, sosial işçilər hazırlanması yönündədir. 2-ci istiqamət ölkəmizdə olmayan yeni yardım növlərini inkişaf etdirməkdir.

- Siz insanlara hansı problemlər üzrə və nə cür köməklik göstərirsiniz?

​-Bizdə əsas 4 struktur şöbə fəaliyyət göstərir: Konsultativ – Poliknika şöbəsi, Krisiz Şöbəsi, Psixososial reabilitasiya şöbəsi və Gündüz stasionarı.

Krisiz şöbəsində (böhran şöbəsi)  təcili psixoloji yardım göstərilir. Burda qadın zorakılığı, ailədaxili problemlər, müxtəlif krizis situasiyaları var. Məsələn, may ayında olan yanğında zərər çəkmiş insanlara, onların qohumlarına bizim mütəxəssislər bir neçə sutka ərzində psixoloji yardım göstərdilər.

Bəzən müalicə almış insanlara reabilitasiya fəaliyyəti göstərmək lazım gəlir. Azərbaycanda reabilitasiya fəaliyyəti geniş yayılmayıb. Biz Hollandiya modeli reabilitasiyadan istifadə edirik və reabilitasiya üzrə geniş işlər aparırıq. Gündüz stasionarı – bunun alternativ bir formasıdır. Insan psixiatrik stasionara düşəndə cəmiyyətdən kənar qalır, ətraf mühitdən  təcrid olunur. Sonra o yenidən cəmiyyətə qarışmağa utanır, insanlarla ünsiyyətində problemlər olur. Gündüz stasionarında isə o, həm eyni həcmdə psixiatrik və psixoloji yardım alır,  həm evindən, ailəsindən,dostlarından, qohumlarından ayrılmamış olur. Yəni müalicə sonrası “damğa”dan və  utanma hissindən əziyyət çəkmir.  Bunlardan əlavə iqtisadi cəhətdən də gündüz stasionarının öz üstünlükləri var.  Xəstəxanalara nisbətən psixi xəstələrin müalicəsinə gündüz stasionarında 2 dəfə az vəsait sərf olunur.

- Qaynar xətt nə üçün yaradılmışdır və müraciətlər olurmu?

            ​     

- Əlbəttə ki, Qaynar xətt və ya bizim “inam telefonu” adlandırdığımız bu xidmət növü insanların çıxılmaz anlarında pulsuz psixoloji yardım alması üçün yaradılmışdır. Hər gün çoxlu sayda müxtəlif problemlər səbəbindən bizə zənglər daxil olur və mütəxəssislərimiz həmin insanlara psixoloji yardım göstərir.

Bəzən insanların böhran anında başqa çarəsi olmur və problemi bölüşəcək birilərini axtarır. Mərkəz daxilində yaradılmış “İnam telefonu” məhz bu zaman köməyə çatır və insana bir qədər sakitləşmək və hadisələrə daha sakit tərzdə başqa bir prizmada baxmağa kömək edir.

- Mərkəzi gəzərkən müxtəlif özünəbaxım otaqları, əl işləri ilə dolu olan otaqlar  və müxtəlif yaradıcı işlərlə məşğul olan pasiyentlər gördük...​

Bəli, bizim Psixo-sosial Reabilitasiya şöbəmizdə bu kimi xidmətlər göstərilir.  – burda məşğuliyyət terapiyası  var, art terapiyası - şəkil çəkmək, qum terapiyası keçirilir və müxtəlif gözəl şeylər yaratmaq üçün hər çür şərait var. Bunlar həyat bacarığı aşağı olan insanlar üçündür. Məsələn, 17 yaşında qız əgər uşaq yaşlarından xəstələnmişsə özünə yaxşı qulluq edə bilmir, yemək bişirə bilmir və bunları edə biləcək olduğunu fərqində belə olmur. Burda kulinariya üzrə, özünə qulluqetmə üzrə proqramlar var. Zehni qabiliyyəti artırmaq üçün xüsusi kompüter proqramları var. Bu proqram Fransada, Belarusiyada istifadə olunurdu. Artıq Azərbaycanda da var. Burda idman-müalicəvi bədən tərbiyəsi, drama terapiyası da mövcuddur.

             

- Mərkəzinizə son zamanlar ən çox hansı problemlərlə müraciət edirlər?

- Bunun cavabı müxtəlif olacaq. Çünki, hər şöbənin öz profili var. Əgər siz məndən soruşsanız ki, məsələn, krizis şöbəsinə mən deyərdim ki, depressiya, sosial fobiyalar, obsessiv – kompulsiv pozulmalar. Reabilitasiya şöbəsinə şizofreniyalı xəstələr, bipolyar -  affektiv pozulmadan əziyyət çəkən xəstələr. Müalicə - konsultativ şöbəyə həm üzvi mənşəli pozuntular, həm şizofreniya, həm şəxsiyyət pozuntuları ilə əlaqədar müraciətlər olur.  Qaynar xətt şöbəsinə ən çox sevgi münasibətləri, ailədaxili  münasibətlər ilə bağlı və hansısa xəstəlik barədə məlumat almaq ilə bağlı zənglər olur. Məsələn, bizdə belə bir xəstə var, biz onu hansı xəstəxanaya qoymalıyıq,  hansı həkimə müraciət etməliyik və s. bu kimi problemlər.

- Doktor Psixi sağlamlıq mərkəzi artıq 3 ildir ki, sizin rəhbərliyiniz ilə fəaliyyət göstərir.  Bu 3 ildə nələr dəyişilib?

- 1-ci il yuxarıda danışdığımız xidmətləri və fəaliyyət istiqamətlərini müəyyən edib yaratmaqla keçd . 2-ci il bizə  ən vacib olan kadları inkişaf elətdirmək  idi. Çünki universitet bilikləri az idi və bu praktiki fəaliyyət üçün kifayət etmirdi . Buna görə də bəzən olurdu ki,  1 aya 20 nəfəri Türkiyəyə göndərmişdik. Orda stasionar xidmətlər, ambulator xidmətlər, reabilitasiya xidmətləri necədir, hansılardır , nə cür fəaliyyət gostərir və s. bu kimi bütün məlumatlara yiyələnmiş şəkildə qayıtdılar. Məsələn, bəzilərini Pribaltika olkələrinə, bəziləri Almaniyaya, İngiltərəyə göndərmişik. Məqsəd isə o idi ki, bacarıqları artsın və xarici ölkələrdə qurulmuş mükəmməl sistemi eynilə mərkəzimizdə qura və işlədə bilsinlər.  3-cü il bizim üçün ən çətin dövr oldu desəm yanılmaram. Biz,  nəhayət baza informasiya sistemi yaratdıq. Bizdə indi məlumat bazasında 85000 nəfər haqqında məlumat var.  Baza informasiya sistemi ona imkan verir ki, xəstə haqqında olan məlumatlar eketronlaşdırılır və istər şəhər, istər ölkə xaricindəki xəstəxanalarda  müalicənin davam etdirilməsi  istənilərsə asanlıqla bazadan, öncəki müalicə və diaqnoz haqqında məlumat həmin xəstəxanaya ötürülə bilsin.

                         

                         

- Mərkəzin yerli və beynəlxalq əlaqələri də olduqca genişdir bildiyimiz qədərilə...

- Mərkəzdə daim treninqlər həyata keçirilir. Məsələn, bu yaxınlarda İsveçrədən və İngiltərədən gələcək mütəxəssislər tərəfindən gənc psixiatrlar üçün psixiatriyada peşə vərdişlərinin inkişafına dair treninq olacaq. Psixososial reabilitasiya sahəsində Litvadan gəlmiş mütəxəssislər treninq keçirəcək. Psixoformalogiya üzrə Amerikadan , klinik psixiatriya üzrə Türkiyədən mütəxəssislər gəlib. Psixi xəstələrin insan hüquqları müdafiəsi üzrə treninq keçirilib. Bizim işçilərimiz də tez – tez xaricə gedib gəlir. Məsələn, hal-hazırda  dörd nəfər Portuqaliyada təhsil alır. Orda dünyada yeganə çox maraqlı bir proqram var. Psixi sağlamlıq üzrə siyasət və xidmətlər haqqında proqramdır. O xidmətləri necə təkmilləşdirmək olar, o strategiyanı necə yazmaq olar və s. Biz digər qurumlar üçün də burda treninqləri hazırlayırıq. Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi və s.

Mərkəzin art terapevti  Günel Vəliməmmədovun bələdçiliyi ilə hər bir şöbə ilə yaxından tanış olduq. Şöbələrdə fəaliyyət göstərən mütəxəssislərin xoş aurası və səmimi söhbəti ilə  hər bir şöbənin fəaliyyəti haqqında geniş məlumat aldıq.

Günel xanım bildirdi ki, " Rəsm çəkmək və əl işləri hazırlamaq pasiyentlərə inanılmaz dərəcədə xoş təsir göstərir. Hansısa qabiliyyətə malik olduqlarının fərqinə varmaq onların özgüvənin qalxmasına səbəb olur və həyata daha şövqlə davam etmək üçün stimul verir. Biz həm də davamlı olaraq pasiyentlərin əl işlərindən ibarət sərgilər keçiririk. İnanın insanlar çox böyük maraq göstərirlər! Bu onların cəmiyyətə adaptasiya olunmasına və sosial münasibətlərinin yaxşılaşmasına müsbət təsir göstərir! "

 

 

                         

“Gündüz stasionarı” şöbəsinin müdiri, həkim-psixiatr Cavanşir Dadaşov bizə Mərkəzdə yaradılan bu yenilik barədə məlumat verdi.

"Gündüz stasionarı yarım stasionar müalicə metodlarından biridir. Adətən bu ambulator tibbi yardımla gecə-gündüz stasionarı arasında orta mövqe tutur. Onun üstün cəhətləri çoxdur. Üstün cəhəti odur ki, öz ailəsindən, öz mühitindən ayrılmır. Sözsüz ki burda çox ağır xəstələr müalicə ala bilməz. Bundan başqa gecə-gündüz stasionarında olan xəstələr birdən-birə ev şəraitinə uyğunlaşa bilmirlər.

Bəzən də olur xəstələr çox vaxt evdə tək qalırlar. Hamı işə gedir, heç kəs onlarla maraqlanmır,məşğul olmur. Belə olduqda tək qalır, darıxır. Amma burda özü kimi xəstələrlə ünsiyyətdə olur, vaxtını keçirir, maraqlı tədbirlərdə iştirak edir. Bu zaman xəstələr özlərini cəmiyyətdən ayrı hiss eləmir. Onlar da cəmiyyətin müəyyən bir üzvü kimi özlərini hiss edirlər, çox həvəslə gündüz stasionarına gəlib gedirlər."

 

Təcili Psixoloji Yardım Şöbəsinin müdiri Kəmalə Talıbova:

"Bizim şöbəmiz təcili psixoloji yardım şöbəsidir.  Şöbəmizdə  psixiatrlar, psixoloqlar və sosial işçilər birgə komanda şəklində fəaliyyət göstərir. Yəni, əgər şöbəyə krizis vəziyyətində pasiyent daxil olursa, , həmin anda  psixoloq və psixiatr adətən pasiyenti bir yerdə qəbul edir və ona uyğun müalicə metodu seçərək, gələcəkdə hansı psixoterapevtik müalicələr alacağını müəyyənləşdirir."

Mərkəzdə xoş və maarifləndirici bir günün sonunda yolumuz yenidən Fuad doktorun otağından saldıq və gələcəkdə mərkəzdə gözlənilən yeniliklər və planlar barədə soruşduq.

- Gələcəkdə bizdə çox yeniliklər gözlənilir. Indi biz kifayət qədər təcrübə qazanmışıq. Reabilitasiya necə olmalıdır, krizis müdaxiləsi necə olmalıdır, psixoloji xidmətlər hansı istiqamətdə getməlidir və s.  Biz istəyirik ki, gələcəkdə regionlarda da bu xidmətləri yüksək səviyyədə təşkil edək. Hal-hazırda gələcək üçün əsas planımız budur.

- Psixologiya və Konsultasiya Mərkəzinin fəaliyyətindən xəbərdarsınızmı, bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə xəbərdaram! Mən həmişə ora dəvət alanda zövq alıram. Psixologiya və Konsultasiya Mərkəzində yaxşı professional kadrlar var, orda çox yaxşı əməkdaşlıq var. Mərkəzin rəhbəri , psixoloq Elnur Rüstəmov orada çox alturistik işlər görür. Gənc mütəxəssisləri işə  cəlb eliyir, mən bir neçə dəfə Elnur Rüstəmovun dəvəti ilə orada mütəxəssislər üçün koqnitiv davranış psixoterapiya, interpersonal psixoterapiya üzrə treyninqlər keçmişəm. Və əminliklə deyirəm ki, orada çox yüksək psixoloji xidmət göstərilir.

- Oxucularımıza hələlik son sözünüz?

- Onlara ilk öncə yaxşı psixi sağlamlıq arzulayıram. Streslərdən qaçmaq olmaz, ama stresləri idarə etmək mümkündür. Və əlbəttə ki onlara can sağlığı, uğurlar diləyirəm!

 

Hazırladı: Fəridə Qasımova

Go Back

Elnur Rüstəmov: “Çox təəssüf ki, məktəbdə psixoloq ştatında çalışanların çoxu jurnal doldurur, dəftərxana işi ilə məşğuldur” - MÜSAHİBƏ

Elnur Rüstəmov: “Çox təəssüf ki, məktəbdə psixoloq ştatında çalışanların çoxu jurnal doldurur, dəftərxana işi ilə məşğuldur”

Ölkədə intihar edənlərin arasında uşaqların sayı heç də az deyil. İntiharla bağlı ayrıca statistika aparılmasa da, canına qıyanlarla bağlı mətbuatda gündəlik yayılan xəbərlər göstərir ki, intihar edənlərin arasında məktəb yaşlı uşaqlar da var. Rusiya, Türkiyə kimi Azərbaycanla qonşu olan dövlətlərdə azyaşlılar, yeniyetmələr arasında intihar hadisələrinin qarşısını almaq üçün məktəb psixoloqlarının üzərinə ciddi məsuliyyət qoyulub. Belə ki, adıçəkilən ölkələrdə məktəblilərin psixoloji durumunu təqib etmək birbaşa məktəb psixoloqlarının üzərinə düşür. Onlar şagirdlərin dərsdə və şəxsi həyatda yaşadıqları uğursuzluq zamanı depresiyaya düşməməsi, yaşadıqları vəziyyətdə çıxmaları üçün məktəblilər arasında sözün əsl mənasında psixoloji iş aparırlar.  İnternetin, sosial şəbəkələrin uşaqların həyatına sürətlə inteqrasiyası isə Rusiya, Türkiyə və digər inkişaf etmiş ölkələrdə məktəb psixoloqlarının işlərində məsuliyyəti bir qədər də artırıb.

Azərbaycanda isə məktəb psixoloqlarının fəaliyyəti  ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ölkədə məktəblərin mütləq əksəriyyətində psixoloq olsa da, onların ştatı aşağıdır. Məsələn,  100 şagirdi olan məktəbdə də 1 psixoloq var, 1000, 2000 şagirdi olan məktəbdə də…

Üstəlik, bir çox təhsil ocaqlarında psixoloq kimi fəaliyyət göstərən insanlar da psixoloq deyillər. Ekspertlər də orta məktəblərdə psixoloq çatışmazlığının gənclər arasında mövcud psixoloji durumu təhlükəli həddə çatdırdığını söyləyirlər.

Təhsil üzrə ekspert Əjdər Ağayev deyir ki, Azərbaycanda orta məktəblərdə psixoloq çatışmazlığı olmaqla yanaşı, ştatda olan psixoloqların qeyri-peşəkarlıq problemi var: “Məktəbdə psixoloq kimi çalışmaq məsuliyyət tələb edən bir işdir. Həmin psixoloqun ayrıca jurnalı olmalı, hər bir uşaqla bağlı qeydləri öz əksini tapmalıdır. Amma bizim məktəblərdə bu məsələdə durum heç də ürəkaçan deyil. Məktəblərdə psixoloq kimi çalışanların çoxunun psixologiyadan anlayışı belə yoxdur”.

Həmsöhbətimiz deyir ki, bu gün məktəblərdə psixoloq ştatı ilə bağlı çoxsaylı problemlər var: “Məktəblərdə psixoloq çatışmazlığı var. Elə məktəblər var ki, psixoloq fəaliyyət göstərsə də, məktəbdə təhsil alan şagirdlərin sayı ilə müqayisədə, psixoloq ştatı üzrə çalışanların sayı çox azdır. Bəziləri bir illik ixtisasartırma kursunu bitirdikdən sonra məktəbdə psixoloq kimi çalışmağa başlayır. Elə məktəblərimiz var ki, orada psixoloq var, amma psixoloji xidmət yox səviyyəsindədir. Ona görə də, məktəblərdə tez-tez müəllim–şagird, müəllim-valideyn, valideyn-uşaq arasında konfliktlər yaranır. Halbuki, məktəbin psixoloqu uşaqlarla vaxtaşırı söhbət aparmalı, valideynlərlə görüşməli, uşağın evdə yaşadığı problemdən də xəbərdar olmalıdır. Bizdə isə məktəblərdə psixoloqlar hansı uşağın psixoloji durumunun hansı vəziyyətdə olduğundan xəbərləri belə yoxdur”.

Ə. Ağayev deyir ki, məktəblərdə ixtisaslı psixoloqların sayının artırılmasına ciddi zərurət var. Eyni zamanda müəllimlərin əmək haqqı ilə bağlı görülmüş stimullaşdırıcı tədbirlərə psixoloqlar da əlavə olunmalıdır: “Hazırda isə məktəb psixoloqları bu prosesdən kənarda qalıblar. BDU-da psixoloq ixtisası üzrə kadr hazırlığına ciddi fakir verilməlidir. Çalışmaq lazımdır ki, məktəbdə bu ştatı peşəkar, ixtisaslı kadrlar doldursun”

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da problemin olduğunu, əksər məktəblərdə psixoloq ştatının boş qaldığını söyləyir. Yaranmış problemi aradan qaldırmaq üçün C. Valehov nazirliyin  layihələr həyata keçirildiyini də söyləyib.

Psixoloq Elnur Rüstəmov isə deyir ki, məktəblərdə psixoloq ştatının boş qalmaması xətrinə həmin ştatlara işçilərin cəlbi problemi aradan qaldırmayacaq: “Məktəblərdə sözün əsl mənasında psixoloji işin aparılmasına ehtiyac var. Bəli, bu gün rayonlarda, ən ucqar kəndlərdə belə məktəbdə psixoloq ola bilər. Amma onların çoxu bir illik ixtisasartırma kursunu keçən müəllimlərdir. Hansı ki, çoxu iş olmadığından, məktəbdə boş vakansiyaya uyğun ixtisasartırma kursuna göndərilib. Belə psixoloqların fəaliyyəti məktəblərdə hiss olunmur. Əsas problem, onların ixtisasartırma kursundan sonar peşəkar psixloq kimi yetişdirilməsidir. Ona görə də, psixoloqların hazırlanmasına diqqət yetirilməlidir”.

E. Rüstəmov deyir ki, bu gün məktəb psixoloqlarının əksəriyyəti yaş qrupları üzrə psixoloji iş aparmağı bacarmır. Hansı ki, psixoloji xidmət uşaqlar üçün bir cür, yeniyetmələr üçün başqa formada aparılmalıdır: “Çünki, onların problemləri yaşlarına görə müxtəlifdir. Onların yaş qrupuna görə, metodik göstərişlər var.  Orta məktəblərdə çalışan direktorlar da onlardan işi tələb etməlidirlər. Çox təəssüf ki, məktəbdə psixoloq ştatında çalışanların çoxu jurnal doldurur, dəftərxana işi ilə məşğuldur. Ona görə də, uşaqların problemləri də artır. Məktəb psixoloqlarının çoxu məktəbdə hansı uşağın psixoloji durumunun hansı vəziyyətdə olmasından xəbərsizdir.  Davranış pozuntusu olan uşağın sinifdə olması sinifdə atmosferi poza bilər. Ona görə də, psixoloq həmin uşaqda psixoloji durumu öyrənməli, lazımdırsa valideynlə görüşməlidir. Amma əksəriyyətinin psixoloji bilikləri, uşaqlarla işləmək bacarığı lazımi səviyyədə deyil”.

Məktəb yaşlı uşaqların, yeniyetmələrin intihara əl atmasına gəlincə, Ə. Ağayev deyir ki, uşaqlar bu həddə çatanadək psixoloji iş aparılarsa, uşaqların intiharının qarşısı alınar: “Təbii ki, heç kəs birdən-birə özünəqəsd həddinə çatmır. Buna qədər həmin insan müəyyən problemlər yaşayır. Uşaqlarda da belədir. Ona görə də, uşaqların, yeniyetmələrin psixoloji durumları izlənilməlidir. Bu isə məktəb psixoloqlarının üzərinə düşən vəzifədir”.

E. Rüstəmov da deyir ki, məktəb psixoloqu şagirdlə psixoloji iş aparsa, onun psixoloji durumu intihar etmək həddinə gəlib çatmaz: “Bu cür hadisələrin yaşanmaması üçün onlarla öz yaşlarına və problemlərinə uyğun şəkildə söhbət aparmaq lazımdır”.

Zülfiyyə Quliyeva

http://www.movqe.az/65018.html

Go Back

Psixoloq: " Çox vaxt problemlər ailədən qaynaqlanır!" - MÜSAHİBƏ

"Müsahibələr" rublikasının bu dəfəki qonağı, Bakı Dövlət  Universitetinin "Sosial Elmlər və Psixologiya" fakultəsinin müəlliməsi, uşaq psixoloqu Əfsanə Talıbova oldu! Əfsanə xanımla "uşaq psixologiyası" ilə bağlı müsahibəmizi sizlərə təqdim edirik!!!

Uşaqlarla işləmək necədir?

Uşaqlarla işləmək böyüklərlə işləməkdən daha çətin və daha məsuliyyətlidir. Uşaqlarla işləyərkən konsultasiyaların müddəti daha uzun olur. Bəzən 1 ay, 2 ay və hətta bir ilə qədər də uzana bilir. Böyüklərdə isə bu daha uzun müddətli olur. Ona görə də uşaqlarla işləmək daha çətindir.

Bəs elə bir hal olurmu ki, uşaqda psixoloquna qarşı bağlılıq yaranır?

Əslində bizim belə bir problemimiz var. Uşaq psixoloquna bağlana bilir. Və bunun üçün hər dəfə uşaqla fərqli psixoloq olmalıdır. Amma burda uşaq faktoru da var. Əgər uşaq normaldırsa burda psixoloqa bağlanmağında elə bir problem yoxdu. Amma patologiyası olan uşaqlarda, məsələn, autizmli uşaqlarda bir nəfərə bağlananda problem yaranır. Çünki o öyrədilən hərəkəti ancaq həmin psixoloqa qaytarır. Məsələn uşağa saymağı öyrədirəm və o əgər mənə bağlanıbsa mənim öyrətdiyimi ancaq mənə qaytarır. Ona görə də daha uyğun olar ki, belə uşaqlarla fərqli psixoloqlar məşğul olsun. Əks halda onun sonrakı həyatında geriləmə və boşluq müşahidə olunur. Bunun üçün fərqli şəxslərlə ünsiyyətdə olması daha məqsədə uyğundur.

İndi ki, zamanda kompyuter və telefonların təsirindən uşaqlarda özünəqapalılığın müşahidə olunduğunu bilirik. Belə halda autizmli uşaqlarla bu uşaqları necə ayırd etmək olar?

Yeni doğulan uşaqlarda ancaq psixi inkişafın geriliyi ola bilər. 1,6 yaşdan qabaq uşağa autizm diaqnozu qoymaq düzgün deyil. Və ümumiyyətlə diaqnoz qoymaq çox çətin məsələdir. Bəzi uşaqlarda psixi inkişafın geriliyi ola bilər. Və belə uşaqlar 8-10 saat televiziya və ya telefon qarşısında olması onları autizmə gətirib çıxarda bilər. Amma psixi inkişafı geridə olan uşaqlarla autizimli uşaqları fərqləndirmək olur. Autizimli uşaqlarda sosial vərdişlər, oyun qurmaq bacarığı olmur və müəyyən təkrarolunan streotip davranışlar olur. Autizmli uşaqlar televiziyaya baxarkən çağırsan cavab vermirlər. Təbii ki, bu normal insanlarda da ola bilir. Amma onlar komandaları və tapşırıqları yerinə yetirə bilirlər. Autizmli uşaqların beyni sözləri gec qavradığından onlarla tez-tez danışmaq da olmaz. Ona görə də danışarkən hər sözün arasında 5 saniyə fərq qoymaq lazımdır. Əslində onların fizioloji quruluşu ilə bizim fizioloji quruluşumuz arasında fərq yoxdu. Ümumiyyətlə valideynlər bu məsələdə diqqətli olmalıdırlar.

Valideynlər az yaşlı uşaqlarla necə davranmalıdırlar?

Yeni doğulan uşaqlarla emosianal vasitəsiz ünsiyyətdə olmaq lazımdır. Onları əzizləmək lazımdır. Analar diqqət eləməlidirlər ki, uşaqlarının psixi inkişafı necədir. İşığa qarşı reflekləri və tutma reflekslərini yoxlamalıdırlar. Çağalar tutarkən əli bərk sıxırlar. Sıxma refleksləri güclü olur. Amma problemli uşaqlarda sıxma refleksi olmur və süd əmərkən tərləmə olur. Ümumiyyətlə bəzi davranışlar var ki, valideynlər ona diqqət eləməlidir. Çox təəssüf ki, bizdə valideynlər 10 yaşlı uşağı belə özləri geyindirirlər. 2 yaşdan etibarən heç olmasa uşaqları heç olmasa əlindən tutaraq eləmək lazımdı. Bilirsinizmi insan orqanizmində böyük motorika və kiçik motorika adlı iki sistem var. Böyük motorika bədənin müvazinətini təmin edir. Məsələn velosiped sürmək, tullanmaq, oyun oynamaq. Kiçik motorika isə barmaq uclarında olur. Ona görə böyük motorika olmasa kiçik motorika da inkişaf edə bilməyəcək. Ona görə də 5-6 yaşlı bir uşağın anası tərəfindən yedirilməsi heç də normal deyil və bu onun gələcək inkişafına da mənfi təsir göstərir.

Bilirik ki,bəzən valideynlər öz övladlarını görmək istədikləri kimi olmadıqda psixoloq yanına gətirirlər. Məsələn ata gəlib deyir ki, mənim oğlum qorxaqdı ya qızım aqressivdir. Bu vaxt siz neyləyirsiniz?

Çox vaxt belə problemlər ailədən qaynaqlanır. O ailədə daha çox valideynlərlə konsultasiya aparmaq lazımdır. Xüsusən oğlan uşaqlarında “kişi ağlamaz” deyilərək hisləri basdırılır. Bəzən hətta belə olur ki, valideyn oğluna “sən oğlansan möhkəm vur” , “Söyüş söy” kimi sözlər deyirlər. Bu düzgün tərbiyə növü deyil. Əgər oğlanda qorxaqlıq varsa bu atadan da qaynaqlana bilər. Əvvəlcə o qorxunun qaynağını tapmaq lazımdır. Bu cəmiyyət qorxusudan tutmuş ailə qorxusuna qədər ola bilər. Aydınlaşdırmaq lazımdır ki, bu qorxunun kökü hardan gəlir. Məsələn Freyd şüuraltı ilə əlaqələndirərək deyirdi ki, ana bətnindən çıxarkən uşaq hündürdən düşürsə belə uşaqlarda hündürlük qorxusu olur. Və yaxud ana bətnindən qaranlıq mühitə düşən insanlar qaranlıqdan qorxurlar. Freyd ümumiyyətlə hər şeydə uşaqlığa enirdi.

Psixoloq həyatınızda yadınızda qalan ən maraqlı fakt nə olub?

Əlbəttə. Mən çox seminarda eşidirdim ki, autizmin müalicəsi yoxdu və xüsusilə də 6 yaşdan sonra. Amma mənim məşğul olduğum uşaqlardan üçü artıq məktəbə gedəcək. Halbuki deyirdilər ki, autizimli uşaqlar məktəbə gedə və cəmiyyətə qarışa bilməz. Təbii ki, bunun belə olmaması məni sevindirir. Deməli ki, işləyəndə düzəlir. Mümkün olmayan bir şey yoxdu.

Son olaraq nə deyə bilərsiniz?

Valideynlər diqqətli olsunlar. Uşaqlarının sualları çox olsa da onları səbirlə cavablandırsınlar. Bəzən uşaq evdən diqqət görməyəndə məhz diqqət üçün gedib hansısa qabı sındırır. Ona görə uşaqlara qarşı səbrli və diqqətli olmaq lazımdır.

Hazırladı: Fuad Əsədov

Go Back

Psixoterapevt Orxan Fərəcli : “BİR XƏSTƏM DEYİRDİ Kİ, PUTİN ONA İNFORMASİYA ÖTÜRÜR” - müsahibə

Psixoterapevt Orxan Fərəcli Azərbaycandakı dəlilərdən, depressiyaya düşənlərdən, psixoloji problemlərdən…. danışır: “Müasir dövrün dəlililəri daha sakitdir”

Yolda öz-özünə danışan insanlar, nəqliyyatdakı adi bir narazılıqda səni parçalayacaq kimi baxan sürücülər, qışqıra-qışqıra danışanlar. Onlarla hər gün qarşılaşırıq. Müasir insanların əsəbi yerində deyil klişəsini də unutmasaq, hamımızın yolu psixoloq, psixoterapevt, nevropotoloq yanına düşə bilər. 

Biz də mənzərəni professionalın gözü ilə görmək istədik. Psixoterapevt, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkimi Orxan Fərəcli ilə Azərbaycan insanının kef-əhvalından danışdıq. Niyə əsəbiləşirik, depressiyaya düşürük və sonucda dəliyə dönürük?  Həkimin bir saatını özündən və pasiyentlərindən “oğurlayıb”, belə demək mümkünsə, sonuncuların qeybətini qırdıq.

- Doktor, birinci geyiminizdən başlayaq. İndi əyninizdə ağ xalat var. Maraqlıdır, pasiyentləriniz sizi ağ xalatda görəndə özlərini daha rahat hiss edirlər, ya adi geyimdə? 

- Adi geyim formasında daha səmimi olurlar. Bu geyim onları qorxudur. Amma xəstəxana şəraitində olsam, mütləq xalat geyinməliyəm. Bu, normadır. Xəstəxanada gecə növbəsində olanda dəfələrlə belə olub ki, polis əli qandallı ruhi xəstəni gətirib. Biz onlara demişik ki, qandalını açın, danışaq.

- 21-ci əsr Azərbaycanında psixoterapevtinin yanına insanlar niyə gəlir? Bir az bəsit dillə desək, insanımızı dəli edən nədir? 

- Bizim ən çox gördüyümüz xəstəliklər depressiya və nevrozdur. Bu, artan bir tendensiya ilə gedir. Şizofreniya, psixoz və sair kimi xəstəliklərdə ilk ağla gələn psixoterapevtdir. Bu xəstəliklərin statistikası illərdir stabildir, artmır, azalmır. Avropada da, Amerikada da bu, belədir. Cəmiyyətlərdə bu, 1 faizi təşkil edir. Kişi-qadın, təhsil fərqi yoxdur.

- Şizofreniyanın əlamətləri nədir? Bir nəfərin şizofren olduğunu necə müəyyənləşdirmək olar? 

- Şəxsin düşüncələri dəyişir. Xüsusən bizim “özünü böyütmə sayıqlamaları” dediyimiz hallar tez-tez yaşanır. “Mən peyğəmbərəm”, “mənə vergi verilib”, “qulağıma səslər gəlir”, “yeni din yaratmışam”… Hansısa bir hərəkət edir və bu hərəkət həmin səslər tərəfindən müzakirə olunur. Məsələn, oturur və dərhal deyir ki, “ayıb olsun sənə, niyə oturdun?”. Hər bir hərəkəti o səslər tərəfindən müzakirə olunur.

- Bizim milli şizofrenlərin spesifik cəhətləri nələrdir? 

“Dəlixana sizin düşündüyünüz kimi bir yer deyil…” 

 

- Bu, təkcə bizə, azərbaycanlılara aid məsələ deyil, etnopsixoloji xüsusiyyətlərə aiddir. Tutaq ki, alman xəstənin sayıqlaması öz intellektual səviyyəsinə uyğun olur. Məsələn, o, Angela Merkellə görüşdüyünü, onunla bir çox məsələləri müzakirə etdiyini iddia edəcək. Bizimkilər isə özünə uyğun, tanıdığı adamlar səviyyəsində uydurmalar edir. Tutaq ki, yüksək vəzifəli şəxslərlə əlaqəsi olduğunu deyir. Bir xəstəm vardı, deyirdi ki, Putinlə əlaqəm var, mənə informasiya ötürür. O adam bütün gün otaqda oturub gözləyirdi ki, Putin ona nəsə informasiya ötürəcək. Şizofreniyanın bir əlaməti də var ki, onlar iddia edir ki, uzaqdan onlara təsir var, beyinlərinə çip yerləşdiriblər və sair. Çox spesifik şeylərdən biri də odur ki, onlar beyinlərindəki fikirlərin yayıldığını, hamı tərəfindən oxunduğunu düşünürlər. İntellektual səviyyəyə görə sayıqlama da dəyişir. Səviyyəsi nisbətən aşağı olan adam deyir ki, mənə qurd yağı sürtüblər, dua ediblər. Amma intellekti olan xəstə isə deyəcək ki, mənə xüsusi ultrabənövşəyi şüalar göndəriblər və sair. Bizimçün intellektual xəstələrlə danışmaq, onun fikirlərini korreksiya edib, inandırmaq daha çətindir. Halbuki cadu, dualılarla işləmək daha asandır.

- Adama elə gəlir ki, əcnəbilərlə bizimkilərin depressiyaya düşmə səbəbi də fərqli olmalıdır. Məsələn, azərbaycanlı kasıblıqdan, ədalətsizlikdən və gördüyü işin nəticəsizliyindən dolayı depressiyaya düşə bilər. Əcnəbini isə bəzən hədsiz komfort da bu duruma sala bilər. Əslində mənzərə necədir? Azərbaycanlılar niyə depressiyaya düşür? 

- Bütün dünyada depressiyanın üç səbəbi var: bioloji, sosioloji və psixoloji. Bioloji səbəb həmişə olur. Beyində xoşbəxtlik hormonu deyilən maddənin miqdarı aşağı düşən kimi depressiya başlanır. Psixoloji səbəb isə cəmiyyətdə onu qane etməyən şeylərin çoxluğu və sairlə bağıdır. Sosial səbəb isə özünə qarşı haqqını tələb edə bilməməsidir. Son dövrlər kredit borclarına görə insanların gərginlik yaşaması da səbəblərdən biridir. Amma bu, hər adamda olmur. Kim ki, bu cür situasiyaya meyllidir, depressiya da onda baş verir.

“Azərbaycanda şizofrenlər daha çox vəzifəli şəxslərlə əlaqələrindən danışırlar”

 

Bir çox psixoloji pozğunluqların səbəbi də uşaqlıq travması ilə bağlıdır. Məsələn, tanıdığım bir universitet müəllimi var. Halvanı sevmir, halvadan qorxur. Psixoloqdu deyə izahını verə bilir. Deyir ki, uşaq vaxtı həyətdə oynayan vaxt görüb ki, kimsə ölüb, tabutu aparırlar. Evə gələndə görüb ki, anası evə həmin qonşudan halva gətirib. O, həmin vaxt elə düşünüb ki, halvanı ölünün ətindən bişirirlər. Adamın 50-dən çox yaşı var. Amma hələ də halva yeyə bilmir. Bu cür travmalar var, bəzən aylar lazım gəlir ki, onu üzə çıxarasan.

Freydin nəzəriyyəsi var ki, “tiqrovı” paltar geyinən qadınlar cəmiyyətin qınağı olmasa, çoxkişiliyə meyllidir. Freyd deyirdi ki, yuxular simvollaşdırılır. Məsələn, yuxuda ağac, karandaş görmək kişi cinsiyyət üzvünün simvoludur. Qapıdan girmə, bir mağazadan girmə isə qadın cinsiyyət orqanını assosiasiya edir. Bu yuxunu görən adamın da bu sahədə travması var. Mənim Türkiyədəki hocam deyirdi ki, insan niyə dayısına əmisindən daha çox güvənir? Çünki adam düşünür ki, dayım anama heç nə etməz, amma əmim edər. Mədəniyyətdən mədəniyyətə fərq var. Bax, bu cür incə nüanslar var ki, pasiyenti dinləyəndə diqqətli olmalısan.

- Belə bir stereotip var ki, psixoloq yanına getmək varlıların şakəridir, onların lükslərindən sadəcə biridir. Yəni, kasıbın o qədər dərdi olur ki, o, bəzən heç depressiyaya düşdüyünün də fərqinə varmır. Bu qənaətdə gerçəklik payı nə qədərdir? 

- Azərbaycan üçün bu klişe keçərli deyil. Avropada bu, elit bir şey sayılır ki, mənim şəxsi psixoloqum var, psixoterapevtim var… Ən kiçik situasiyanı belə psixoloqları ilə müzakirə edirlər. Azərbaycanda isə nəinki şəxsi psixoloqu, şəxsi vəkili olan ailələr belə çox azdır. Bizdə insanlar ehtiyac hiss etmədikcə bizim yanımıza gəlmirlər. Azərbaycana özəl, standart bir sxem var: insanlar birinci falçı yanına gedir, sonra mollaya, ardınca terapevtə, bu kömək etməsə nevropotoloqa, ən sonda isə psixiatrın yanına (gülür). Bu sxem də bilavasitə insanın intellektual səviyyəsindən asılıdır. Savadlı adam birbaşa həkim yardımından istifadə edir, o birilər isə molla-falçı ilə yola başlayırlar.

“Ruhi xəstələrin qohumları Təcili Yardımı axşam saatlarında çağırtdırırlar ki, qonşular görməsin 

 

- Məşhur bir lətifə var: bir həkimin qəbuluna bir azərbaycanlı, bir rus, bir amerikan yazılır. Köməkçisi növbədəkilər barədə həkimə məlumat verəndə həkim həyəcanlı şəkildə deyir ki, azərbaycanlını növbədən kənar burax, çünki azərbaycanlı ancaq ölüm ayağında həkimə gəlir. Bu durum psixoterapevt qəbuluna gələnlər üçün də keçərlidi? Azərbaycan insanı hansı mərhələdə psixoterapevtin qəbuluna gəlir? 

- Bizim rayonda bir kardioloq vardı. Deyirdi ki, bizim camaat həkim lazım olanda molla, molla lazım olanda isə həkim axtarır (gülür). Bu, bizim peşəmizdə də belədir. Xəstə bizə qulağına “get, filankəsi öldür” kimi səslər gələndə müraciət edir. Halbuki yuxudan əziyyət çəkən xəstə dərhal həkimə müraciət etməlidir. Bu halda bizim müdaxiləmiz daha asandır, nəinki qulağına səs gələn mərhələdə. Ya da depressiv xəstəlik. İntihar həddinə çatanda, bir dəfə sui-qəsd cəhdi edəndən sonra yaxınları onu psixoterapevt yanına göndərirlər. Çünki kompleks var ki, “mən dəliyəm dəli həkiminin yanına gedim”? Çox elementar bir şey: hətta ruhi xəstələrin qohumları belə Təcili Yardımı axşam saatlarında çağırtdırırlar. Gecə qonşular görməsin deyə. Axı psixiatrik briqada tamam fərqlidir, dərhal bəlli olur. Ya da aparırlar başqa bir qohumun evinə.

- Bəlkə bir qayda olaraq, axşamlar xəstələrin vəziyyəti kritikləşir, ona görə? 

- Xeyr, bu, bəzi xəstəliklər üçün keçərlidir. Amma psixiatrik xəstələrlə bağlı durum dediyim kimidir. Yaxınlarının kompleksi.

- Siz eyni zamanda 1 saylı Ruhi Dispanserdə çalışırsınız və əqli cəhətdən natamam insanları müalicə edirsiniz. Görüşləriniz maraqlıdır: Azərbaycanda dəliliyə gedən yol hardan başlanır? 

- İndi xəstələr daha sakit olublar. Əvvəllər dərmanlar az idi, aylarla əl-qolu bağlı, zəncirli saxlanırdı… İndi durum fərqlidir.

- İndi dəlilərin əl-qolu bağlanmır? 

- Qanunda da var ki, əgər şəxs özünə və ətrafına zərər verəcək səviyyədədirsə, 4-5 dəqiqə olmaq şərtilə əl-qolu bağlana bilər. Amma bu halda da öncədən onun özünə bu barədə məlumat verilməli və bu hadisə aktlaşdırılmalıdır.

- Doktor, bizim filmlərdə gördüyümüz dəlixana həyatı ilə real mənzərə bir-birindən çoxmu fərqlidir? 

- Çox. Ora sizin düşündüyünü kimi yer deyil. Orda oturuşmuş nizam-intizam var. Yemək, dərman saatları, yeməkdən sonrakı yatış saatları var. Sizin təsəvvür etdiyiniz kimi dava-dalaşlar, gülməli hadisələr… yoxdur orda. Kişi şöbəsində davalar olur, amma bu da o qədər geniş yayılmayıb. Təbii ki, siz ora getsəz, ilk baxışda xaotik görünə bilər, qəribə gələ bilər hər şey. Amma orda hər şeyi tənzimləyən adamlar var. Səhər saat 8-də oyanırlar. Səhər yeməyi, sonra idman keçirlər. Xəstələr üçün əmək terapiyası var. Həvəsi olan şəkil çəkir, teatr səhnələri işləyirlər. Günorta yemək yeyir, dərman içirlər, 5-ə qədər yatıb dincəlirlər. 5-dən sonra isə yenə də televizora baxmaq, istirahət etmək mərhələsi var.

“Son illər qadın xəyanətləri kişi xəyanətlərini üstələyib”

 

- Ora xəstə girib, tam sağlam vəziyyətdə çıxmaq mümkündürmü? 

- Mümkündür. Belədə isə tibdə tam sağalma anlayışı yoxdur. Sadəcə bəzi əməliyyatlar və bəzi infeksion xəstəliklərin müalicəsinin sonunda tam sağalmadan danışmaq mümkündür. Eləsi də var ki, bir dəfə yatıb, müalicəsini alıb, daha sonra zərərli vərdişlərdən uzaq dayanıbsa, sağalmış sayılır. Yox, əgər, zərərli vərdişlərə yenidən yiyələnibsə, bu halda əvvəlki halına qayıdacaq.

- Dəlilərlə ünsiyyət qurmaq çoxmu çətindir? 

- Soruşmaq istədiyimiz şeylər var, amma bunu həssaslıqla soruşmaq lazımdır. Məsələn, xəstədən heç vaxt “intihar etməyi düşünürsüzmü” sualını soruşmaq olmaz. Tələbələrim də deyirlər ki, bu, “dəlinin yadına daş salmaq”dır. Ona görə də bu sualı “heç özünüzdən bezdiyiniz, “ölsəydim, canım qurtarardı” deyə düşündüyünüz olubmu” şəklində qoymaq daha doğrudur.

- Dəlilik kağızı… bir çox cinayətlərdən qurtulmaq üçün çıxış yoludur. Çoxmu müraciət olur bu kağızı almaq üçün? 

- Əslində psixotriyadan sui-istifadə tarixin bütün dövrlərində olub. Konkret Azərbaycan üçün danışsaq, son dövrlərdə bu məsələyə o qədər ciddi nəzarət var ki. Bundan başqa, kimsə dəlilik kağızı əldə edib, cinayətdən boyun qaçıra bilməz. Prosedur o qədər çoxdur ki. Ümumiyyətlə, qəsdən adam öldürmə motivi ilə törədilən bütün cinayətlərdə qatil psixiatrik müayinədən keçməlidir. Psixiatrın ekspertlər isə illərin təcrübəsindən keçiblər. Onları aldatmaq, yayındırmaq mümkün deyil. İki-üç il əvvəl deputat Hüseynbala Mirələmovun qardaşı oğlu ilə bağlı ciddi plenium oldu. Xəstə olmayan adam bu cinayətdən boyun qaçıra bilməzdi. Ən pis vaxtlarda, pulla hər şeyin mümkün olduğu illərdə belə cinayət törətmiş adamı Maştağadakı Ruhi Dispanserdə, xüsusi müalicə şöbəsində saxlayırdılar. Orda rejim türmədən daha ağır olur. Xüsusi qapalı rejim – iynəsi, dərmanı ilə…

“Bizim camaat həkim lazım olanda molla, molla lazım olanda isə həkim axtarır 

 

- Hesab edək ki, cinayət törətmiş və buna görə ciddi depressiyaya düşmüş biri sizə psixoloji yardım üçün müraciət edir. Bu halda necə davranmalısız? Bu cinayət barədə polisi dərhal məlumatlandırmaq lazımdır? Hippokrat andı, qanunlar və siz Necə davranmalı? 

- Pasiyentlər gələn kimi mən onlara öncə özümü təqdim edirəm. Sonra isə deyirəm ki, danışdıqlarımız öz aramızda qalacaq, amma başqasına bu danışdıqlarımızdan nəsə çatdırmalı olacamsa, bunu edəcəm. Etik kodeksdə belə bir şey var. Məsələn, söhbət zamanı müəyyən oldu ki, pasient bu yaxınlarda intihar etməyi düşünür və ya kiminsə onu zəhərləyəcəyindən ehtiyat etdiyi üçün həmin şəxsi öldürəcək. Eləcə də cinayət edib. Bu halların hər üçü barədə xəbərdarlıq lazımdır. İntihara hazırlaşan şəxsin ailəsinə məlumat verilir. Digər hallarda isə polis məlumatlandırılmalıdır.

- Yola getməyən, boşanma ərəfəsində olan cütlüklər də sizdən yardım istəyirmi? Məsələn, bəzi ölkələrdə boşanmağa hazırlaşan cütlükləri məhkəmə ailə psixoloqunun yanına, terapiyaya göndərir… 

- Mənim təcrübəmdə bu hal olmayıb. Amma “Psixoloji yardm haqda” qanun qəbul olunmalıdır. Orda da qeyd olunur ki, boşanma ərəfəsində olan cütlüklər psixoloqa yönləndirilməlidir. Ailə problemləri ilə çox işləmədiyim üçün bu hallar mənim təcrübəmdə azdır.

- Xəyanət görən, diqqətsizliklə qarşılaşan qadın-kişilər çoxmu gəlir yanınıza? 

- Bunu çox görürəm. Son vaxtlar bu tendensiya yayılıb ki, kişi xəyanətləri arxa plana keçib, qadın xəyanətləri öndədir. Sanki adiləşib. Bəlkə də bu, həmişə belə olub. Qadınlar arasında siqaret çəkmə və xəyanət etmə halları çoxalıb.

- Qadınlar xəyanət etdikdən sonra depressiyaya düşüb sizə müraciət edirlər, yoxsa? 

- Xeyr. Qadın gəlir, öz problemindən, məsələn, nevrozdan danışır. Danışdıqca altdan çıxır ki, nə vaxtsa belə bir şey də olub. Məsələn, mənim yanıma bir ər-arvad gəlmişdi. Qadın ərinə xəyanət etmişdi və kişi depressiyaya düşmüşdü. 50 yaşında bir kişi idi, həyat yoldaşı da deyirdi ki, bu hərəkətinə görə peşmandır. Bir dəfə gəldilər yanıma, ikinci dəfə kişi dedi ki, artıq bu depressiv halı keçib.

“Xəstə cinayət törədibsə və ya buna hazırlaşırsa, polisə xəbər veririk”

- Sizin sahə çox rəngarəngdir. Fərqli insanlar, talelər, hekayələr Yəqin ki, unudulmaz hallar çox olub fəaliyyətinizdə. 

- 2-3 il əvvəl bir qadın pasiyentim bir ispan serialındakı aktyoru oğlu hesab edirdi. Düşünürdü ki, həmin aktyorla nə vaxtsa görüşəcək. Sırf ona görə də ispan dilini öyrənmişdi ki, onunla söhbət edə bilsin. Bu, psixoz idi. Ya da başqa bir hekayə. Bir oğlan gətirmişdilər yanıma. Qəbzlik problemi ilə. 4-5 mədə-bağırsaq həkiminə aparıblar, müalicə fayda verməyib. Adam sadəcə ayaqyoluna gedəndə heç nə edə bilmirdi. Son çıxış yolu kimi psixoloqun yanına gətirdilər. 2-3-cü seansdan sonra üzə çıxdı ki, bunun beynində fərqli fikir formalaşıb: evdəki ayaqyoluna getmir ki, orda anam da, bacım da oturub, bədənləri ora dəyib. Düşünüb ki, mən də eyni yerdə otursam, məndə onlara qarşı cinsi fikirlər yarana bilər. Buna görə yeməyi az yeyir, bayıra çıxmırdı.

- Azərbaycanda psixoloq yanına gəlmək məsrəfli işdirmi? Tariflər necədir? 

- Tariflər çox dəyişkəndir. Məsələn, sadəcə söhbətdirsə, bir seans minimal 30 AZN-dir. 50 dəqiqə – 1 saat çəkir. Ciddi problem deyilsə, 8-10 seans bu problemin aradan qalxmasına kömək edir. Məndə müayinə 60 AZN-dir. Amma ikinci dəfə ödənişsiz baxıram. Əgər xəstə narahatdırsa, 6-7 dəfə çağırdığım olur. Məsələn, özünü öldürmə fikrinə düşən xəstəni iki gündən bir, amma ödənişsiz çağırıram. Bu, çox enerji aparan işdir. Mən intellektual səviyyəsi yüksək olan xəstələri seçirəm.

Müalicə aylarla davam edə bilər. Bunun zərərli tərəfləri də var. Asılılıq, öyrəşmə verir. Məsələn, pasiyent həkimə öyrəşə də bilir. Biz dəfələrlə pasiyentlərdən sevgi etirafları eşitmişik. Ya da həkim də pasiyentə bağlana bilər. Bu, terapiyanın ən qorxulu  yeridir – hisslər köçürülür. Pasiyent həkimə və ya həkim pasiyentə vurulur. Professionallıq o hissləri düzgün istiqamətləndirmədir. Hiss olmasa, pasiyent sizə güvənməyəcək. Amma hislər də düzgün istiqamətə getməlidir.

- Bu qədər psixoloji problemi olan şəxslərlə, dəlilərlə işləyəndən sonra insanın öz psixologiyasında nələr baş verir? Dərzi öz söküyünü tikə bilir?

“Bir xəstəm ispan serialındakı aktyoru oğlu hesab edib, ispan dilini öyrənmişdi”

- Bizə məclislərdə iki cür baxış var. Bizimlə eyni məclisdə olan adam ya baxır ki, özümü yığışdırım, birdən mənə dəli deyər. Ya da baxırlar ki, görsünlər məndə hər şey qaydasındadırmı? (gülür) Bu təsəvvürü də güllü yaylıqlar bağlayan, qəribə ədalı psixoloqlar yaratdı. Cəmiyyət də düşündü ki, onun özündə hər şey qaydasında deyil. Bizim sahə olduqca rəngarəngdir. Bax, indi pasiyent gözləyir, siz çıxandan sonra o, gələcək. Mən bilmirəm ki, o nə danışacaq, dərdi nədir… Çox maraqlı şeylər çıxa bilər. Hər gün fərqli hekayələr çıxır ortaya. Mənim ər-arvad olan pasiyentlərim vardı. Qadının çantasında daim təzyiqölçən aparatı, dərmanı, iynəsi…

Depressiv vəziyyətdə idi. İranda həkim onun ərinə demişdi ki, ağa, kefdəsən, başıxarab arvadı idarə etməyə nə var ki? (gülür). Onlar yanıma gəlir, danışır, sonra dalaşır, barışırdılar. O qədər qəribə insanlar, talelər çıxır ki adamın qabağına. Bəzən ciddi problemi olan adama “iradəni topla, düzələcəksən” deyə məsləhət verirlər. Ya da dindar kəsim hansısa psixoloji problemi olan şəxsə “imanın zəifdir, ondan baş verib bunlar” deyirlər. Əlavə günahkarlıq duyğusu yükləyirlər insanın çiyninə. Bütün bunları tarazlamaq, düzgün istiqamətləndirmək bizim boynumuza düşür.

 

Sevinc TELMANQIZI

Fotolar Məhəmməd Türkmənindir 

http://musavat.com/news/musahibe/bir-xestem-deyirdi-ki-putin-ona-informasiya-oturur_298572.html?welcome=1

 

Go Back

Narınc Rüstəmova : "Uşaqlara oyuncaq alarkən əcaib məxluqlardan, naməlum obrazda olan oyuncaqlardan uzaq durmaq lazımdır!" - Müsahibə

Düzgün seçim övladınızın bu günü ilə yanaşı, gələcəyi üçün də vacibdir

Bütün uşaqlar oyuncaqları sevir və gördüklərinin hamısını əldə etməyə çalışırlar. Bir çox valideynlər də məhz uşaqlarının istəyini nəzərə alaraq və yaxud öz zövqlərini əsas götürərək uşağa gözlərinə xoş gələn oyuncaqları alırlar. Oyuncağın uşağın yaşına uyğun olub-olmaması, psixologiyasına, inkişafına necə təsir edib-etməməsi isə bir çox valideynləri düşündürmür. Hətta oyuncağın üstündə 3+ yazılsa belə, valideynlər “nə fərqi var?” - deyib bu oyuncaqları hətta balaca uşaqlara da alırlar.

Amma mütəxəssislər uşaqların həyatında oyuncaqların böyük rolunun olduğunu bildirir və valideynlərin oyuncaqlarla bağlı diqqətli olmalarını tövsiyə edirlər. Uşaq psixoloqu Narınc Rüstəmova qəzetimizə açıqlamasında bildirdi ki, uşaqların psixo-fizioloji inkişafında oyuncaqların rolu əvəzolunmazdır. Əgər uşaq oyuncaqla oynaya bilmirsə, bu onun inkişafında problemin olduğunun göstəricisidir. Ona görə də valideynlər oyuncaq seçimində diqqətli olmalıdırlar: “Oyuncaqların üzərində bəzən 3 yaşdan böyük olanlar üçün yazılsa da, onu balaca uşağa da alırlar. Valideyn uşağın həmin oyuncağa ağzını vurmayacağını, zəhərlənməyəcəyini düşünür. Sırf tibbi nöqteyi-nəzərdən baxır. Amma uşağın psixo-fizioloji inkişafını da nəzərə almalıdır. Uşaqlarda oyuncaqlarla oynamağa maraq 3 yaşından sonra formalaşmağa başlayır. Məşhur italyan pedaqoqu deyir ki, oyuncaq uşaqların ən ciddi məsuliyyətidir. Onlar oyuncağa böyük dəyər verirlər, oynayarkən ünsiyyət tələbatları, sosial bacarıqları formalaşır”.

Oyuncaqların rəng seçimi düzgün olmalıdır

Psixoloqun sözlərinə görə, oyuncaqların rəng seçimi də əhəmiyyətlidir. Açıq rəngli olanlardan istifadə edilməməsi yaxşıdır: “1-1,5 yaş dönəmlərində uşaqlar hər şeyi ağızları ilə hiss edirlər. Bu dönəmdə rezin əşyalar istifadə edilsə, yaxşı olar. Səsli oyuncaqlar da bu dönəmlərdə yaxşıdır. Uşaqların yatağının üstündə çox zaman səsli oyuncaqlar olur. Bu oyuncaqlar xüsusilə 4 rəngdən ibarət olmalıdır. Qırmızı, sarı, mavi, yaşıl rənglərin ahəngi olmalıdır. Çünki uşaqlar 3 yaşına qədər bu rəngləri tanıyırlar və reaksiya göstərirlər. Almaniyada bununla bağlı araşdırma aparılıb. Uşaqların bir qismi ağ və daha sadə rənglərlə bəzədilmiş oyuncaqlar olan otaqda, bir qismi isə 4 rəngin ahəngi ilə bəzədilən otaqda böyüdülüb. Ağ rəngli otaqda böyüyən uşaqların inkişafında geriləmələrin olduğu təsdiq edilib”.

Uşaqlar 5 yaşına qədər oyuncaqlara inanır

N.Rüstəmova deyir ki, 1,5 yaşdan sonra uşaqlara yerə ata biləcəyi toplar, səs çıxaran hərəkətli oyuncaqlar verilməlidir. 3 yaşdan sonra gəlincik, yumşaq oyuncaqlar vermək məsləhətdir: “Bu dövrdə uşaqlar anasında gördüyü rəftarı tətbiq etməyə başlayır. Balaca uşağa baxaraq ana olmağa çalışır. İki oyuncağı danışdıraraq evdə ünsiyyətə necə girməsini onların üzərində təmas quraraq öyrənir. Uşaqlar bəzi vərdişləri oyuncaqlarla təmas quraraq öyrənir. Uşaqlar 5 yaşına qədər oyuncaqlara inanır. Əşyanın arxasında duran insanı görmür. Uşaqların problemləri üzərində nümunəvi terapiyalar aparmaq olur. Yalan danışması, dəcəlliyi, ana-atasını həddindən çox sevməsi, anasına düşkün olması ilə bağlı maraqlı səhnəciklər hazırlanmalıdır. Bunlar da uşaqlarda oyun fəaliyyətinə yaxşı təsir göstərir”.

Əcaib oyuncaqlardan uzaq durun

Psixoloq deyir ki, uşaqlara oyuncaq alarkən əcaib məxluqlardan, naməlum obrazda olan oyuncaqlardan uzaq durmaq lazımdır. Çünki uşaqlarda təxəyyül yüksək olduğu üçün oyuncaqda gördüyünü tətbiq etməyə başlayır: “Çünki oyuncağın qılıncı varsa, uşaq da qılınc istəyəcək. Nədənsə qılınc düzəldib, qarşı tərəfə şiddət göstərməyə çalışacaq. Oyuncaqda qəribə dişlər, buynuz, üç göz kimi qəribəliklər varsa, 5 yaşına qədər uşaq psixikasına ciddi təsir göstərir. Həm şiddətə yönəlikdir, həm də uşaq özünə və ətrafına xətər yetirir. Çünki onun daxilində olan aqressiya üzə çıxmağa başlayır. Silah oyuncaqları alarkən isə xətəryetirici olanlardan uzaq durmaq lazımdır. Bu oyuncaqlardan istifadə zamanı isə öldürmək, vurmaq deyil, doğru yöndə silahın məqsədi aşılanmalıdır”.
Psixoloq cizgi filmi seçiminin də düzgün aparılmasının vacibliyini vurğuladı: “Uşaqların izlədikləri cizgi filmləri də onların oyuncaq seçimində böyük rol oynayır. Çünki uşaq izlədiyi cizgi filminin qəhrəmanının oyuncaqlarına üstünlük verir. Bir az böyük yaşlarda isə onun çantası, geyimləri, ayaqqabısını istəyir. Valideynlər doğru cizgi filmi seçməlidirlər ki, uşaqlar da onlara pərəstiş etsinlər”.

Oyuncaqla çox oynayan uşağın insanlarla ünsiyyəti gözəl olur

N.Rüstəmova deyir ki, oyuncaq alarkən taxta olana üstünlük vermək, kauçuk oyuncaqlardan uzaq durmaq lazımdır. 2 yaşdan sonra kiçik motor deyilən əl bacarıqlarını inkişaf etdirən oyuncaqlar məqsədəuyğundur. Böyük pullar xərcləmədən də uşaqlarda bu bacarıqları inkişaf etdirən oyunlar qurmaq olar: “Evdə noxud, lobyalardan da uşaqlar üçün müxtəlif oyunlar təşkil etmək olar. Uşaqların etdikləri hərəkətdə, özünə xidmət etməsində oyuncaqların rolu böyükdür. Uşaqlarda motor bacarıqlar inkişaf etməlidir. Çünki sinir ucları əlin içində, dodaqda və ayağın altındadır. Bunun üçün də valideynlər çalışmalıdır ki, uşaqları böyük və kiçik motor bacarıqları inkişaf etdirən oyuncaqlara üstünlük versinlər”.
Psixoloq deyir ki, uşaqlar oyuncaqlardan tez bezir, sındırıb atırlar. Lakin 3 yaşına qədər bu, normaldır: “Çünki uşaq dünyanı kəşf etmək istəyir. 3 yaşından sonra uşaq oyuncağını sındırmamalı, 2-3 ay onlarla oynamalıdır. Ona görə valideyn uşağa oyuncaqla necə oynamalı olduğunu öyrətməlidir. Oyuncağı uşağa alıb verməklə iş bitmir. Oyuncaqlarına səliqəli yanaşan uşaq bağçada, məktəbdə də ünsiyyətcil olur. Oyuncaqlara aqressiv yanaşanlar heç kimlə yola getmir”.

N.Rüstəmova onu da bildirdi ki, 5-6 yaşına qədər oyunlar uşaqlar üçün böyük rol oynayır. Ondan sonra isə oyuncaqlarla sağollaşıb, real həyata üz tuturlar. Oyuncaqla çox oynayan uşağın insanlarla ünsiyyəti gözəl olur. 

Keyfiyyətsiz oyuncaqlar uşaqları tədricən zəhərləyir

Pediatr Kəmalə Əmrahova deyir ki, oyuncaq uşaqlar üçün bir aləmdir. Uşağın ilk oyuncağı onun öz əlindədir. Uşaq ona baxır, onunla oynayır. 6-8 həftə ona başqa oyuncaq lazım deyil: “Buna görə də fikir vermək lazımdır ki, uşaq əllərini həmişə sərbəst hərəkət etdirə bilsin. Uşaqlara oyuncaq seçərkən yaşına uyğunluğunu və inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Ömrünün ilk ilində oyuncaq uşağın davranışı, müşahidəsi, dinləməsi, əl hərəkətlərinin inkişafına kömək edir. Həmçinin oyuncaq rəngləri fərqləndirməyə, əşyaların formasını və materialını müəyyən etməyə, uşağın nitqinin formalaşmasına kömək edir”.

Həkimin sözlərinə görə, Çin istehsalı olan oyuncaqlar mənəviyyatı korlamaqla yanaşı, uşaqların sağlamlığı üçün də ciddi təhlükədir. Ucuz, kimyəvi maddələrdən hazırlanmış oyuncaqlarla təmasda olan uşaqlarda tədricən zəhərlənmə baş verir. Normal oyuncaqlar aldıqda belə, onları uşağa təqdim edərkən valideyn onun işləmə mexanizmini, onunla necə rəftar etməyi də öyrətməlidir: “Belə ki, uşaq oyuncağı müəyyən müddət valideyninin əlində görəndə onda da həmin oyuncağa qarşı maraq yaranır. Çünki uşaqlar böyüklərdə gördüklərini əldə etməyə can atırlar. Oyuncaqlar uşaqların psixi və fiziki inkişafı üçün cox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsi ilə ətraf aləmi, insanlarla münasibəti və həmçinin özünü dərk edir”.

Hansı yaşda hansı oyuncağı vermək olar?

K.Əmrahova uşaqlara hansı yaşda oyuncaq verilə biləcəyi haqda da danışdı. Bildirdi ki, yeni doğulan uşaqlar sadəcə olaraq qara və ağ rəngi ayırd edə bilir və 20 santimetrdən uzağı görə bilmirlər. Uşağın çarpayısının kənarına qoyulan və asılan rəngli, yumşaq parçadan olan oyuncaqlar idealdır: “Yumşaq və azca səs çıxaran, əl vurunca xışıltısı gələn oyuncaqlar da uşağın marağını çəkəcək. 3-cü ayda uşaqlar hələ oyuncaqları əllərində uzun müddət saxlaya bilməz, çünki onların əl əzələlərinin inkişafı buna imkan vermir. Lakin uşaq artıq oyuncaqları götürməyə can atmağa başlayacaq. Buna görə də bu ayda uşağın yatağının üsdündəki oyuncaqları yumşaq və ya rezindən etmək lazımdır. Həmçinin bu ayda uşaqlar ətrafı əlləri ilə öyrənir desək, yanılmarıq, hər şeyə toxunmağı sevir. Buna görə də ona müxdəlif formalı oyuncaqlar vermək olar. 4-5-ci aylarda uşağın başının üstündə fırlanan oyuncaqlar onu qıcıqlandırmağa başlayacaq. Çünki həmin oyuncaqları tutmaq istəyəcək. Əli çatmayanda isə narahat olmağa başlayacaq. Bu zaman ən məsləhətlisi o olardı ki, həmin oyuncaqları uşağın yanına qoyasınız və istədiyi zaman onunla oynaya bilsin. Bu aydan etibarən uşaq asanca oyuncağa tərəf əyilir, onu götürür və hətta dadına da baxır”.

Pediatr deyir ki, 7-12 ayında isə artıq uşaqlar hərəkət etməyə başlayırlar. Bu aylarda uşaqlar üçün cürbəcür fiqurlu gəlinciklər və toplar almaq lazımdır. Uşağa rəngli taxta kubiklər və plastik kütlədən hazırlanmış içiboş cürbəcür qutular, qısa dəstəkli taxta qaşıq, alüminium qab-qacaq da vermək olar: “1 yaşındakı uşaqlar artıq yeriməyə başlayır və kəlmələr söyləyirlər. 1-2 yaşda uşaqlar üçün uyğun oyuncaqlar alınmalıdır. Rəsmli nağıl kitabları uyğundur. Bu rəsmli kitablar vasitəsilə uşaqlarınıza nağıllar öyrədə bilərsiniz, uşağınızın inkişafına bu kitablar çox kömək olacaq. Daha sonra bez və plastik oyuncaqlar vermək olar. 2-3 yaşlarında uşaqlar sürətli şəkildə danışmağı, hoppanmağı, harasa dırmaşmağı öyrənirlər. Etdikləri hər fiziki hərəkətdən zövq alırlar. Bu yaşda uşaqlar üçün uyğun oyuncaqlar- balaca maşınlar, heyvan fiqurları ola bilər”.
Həkim deyir ki, 3-6 yaşlarında uşaqlar çox diqqətli olurlar. Ətrafındakı hər şeyi kəşf edirlər. Daha çox danışaraq öz valideynlərinə suallar verirlər. Bu uşaqlar üçün uyğun oyuncaqlar iri parçalı mozaikalar, musiqi alətləri, kitablar, karandaşlar və rəsm dəftəri, plastilinlər, 3 təkərli velosipedlər ola bilər. 6-9 yaş arası isə onların məktəb vaxtıdır. Zehinləri yaxşı işləyir və hər şeyi tez qavrayırlar. Bu yaşda uşaqlara fiziki inkişaf üçün idman alətləri, 2 təkərli velosiped almaq lazımdır. Özləri də əl işləri düzəldə bilərlər”.

Aygün Asimqızı 

kaspi.az

Go Back

Yeniyetmələr evdən niyə qaçır

Mütəxəssislər problemin əsas səbəbi kimi zorakılıq faktlarını göstərirlər

Uşaqların ən təhlükəli yaş dövrü yeniyetməlik vaxtları hesab olunur. Çünki bu yaşlarda onlar ən ağılasığmaz addımlar ata bilirlər. Son vaxtlar isə bu yaşda olan uşaqların evdən qaçması halları ilə daha çox rastlaşırıq. Sentyabrın 8-də Bərdə rayonunun Şirvanlı kənd sakini Yusif Quliyev RPŞ-yə müraciət edərək sentyabrın 7-də qızı, 15 yaşlı Nazpərinin yaşadığı evdən çıxıb geri qayıtmamasını bildirib. DİN-dən verilən məlumata görə, N.Quliyeva polis əməkdaşları tərəfindən Ağdam rayonu ərazisində tapılaraq valideyinlərinə təhvil verilib.

Abşeron rayonunda da buna bənzər bir hadisa bu günlərdə qeydə alınıb. Rayon sakini Nuray Rəhimova şöbəyə müraciət edərək 14 yaşlı qızının evdən 10 min manat pul götürərək qaçdığını bildirib.

Psixoloqlar hər zaman açıqlamalarında valideynlərə yeniyetməlik dövründə uşaqlarla daha ehtiyatlı davranmağı məsləhət görürlər. Bütün ailələrdə valideyn-uşaq problemi olduğunu demək olmaz. Amma uşaqların evdən qaçması halları müşahidə olunmaqdadır. Getdikcə bu cür xəbərlərin sayı çoxalmaqdadır.

Heç kim kefindən evdən qaçmır

Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, yeniyetməlik fərqli dövrdür. Onlar nə böyük kimi böyük, nə də uşaq kimi uşaqdırlar: “Uşaqlar yeniyetməlik dövlərində özlərini axtarırlar, şəxsiyyət kimi təsdiq etməyə çalışırlar. Bir qisim yeniyetmənin isə müəyyən kompleksləri ola bilər. Yeniyetmə özünün cəmiyyət və ailə tərəfindən şəxsiyyət kimi təsdiq ediməsinə çalışır. Ailədə diqqət göstərilməsini, şəxsiyyət kimi qəbul olunmasını, fikirlərinin nəzərə alınmasını, məktəbdə müəllimi tərəfindən ona dəyər verilməsini istəyir. Onları görmədikləri təqdirdə, yeniyetmələr müəyyən psixoloji problemlər yaşayırlar. Heç kim kefindən evdən qaçmır. Münasibətlərin pis, yeniyetmənin içində daxili narahatçılıqların olması yeniyetmələrin evdən uzaqlaşmasına gətirib çıxarır”.

Psixoloqun sözlərinə görə, evdən qaçıb Bakıya gələn yeniyetmələrin vəziyyətlərini araşdıranda, onların evdən ilk qaçışı olmadığının şahidi oluruq. Onlar ilk dəfə etirazlarını nənələrinin, qohumlarının evlərinə qaçmaqla göstərirlər: “Amma yaxınların evlərində onları tapmaq çox rahatdır. Vəziyyət ağırlaşanda valideynlərinin tapa bilməyəcəyi yerlərə qaçırlar. Bir qisim yeniyetmə isə macəra axtarışındadır. Ona görə valideynlər diqqətli olmalıdırlar. Yeniyetmənin narahatçılığına fikir verməli, keçib gedəcək deyə laqeyd yanaşmamalıdırlar. Əgər bunlar nəzərə alınsa, düşünmürəm ki, yeniyetmələrdə nəsə bir problem olsun”.

Yeniyetmələrin formalaşmasında məktəbin rolu böyükdür

E.Rüstəmov bildirdi ki, yeniyetmələrin formalaşmasında məktəb böyük rol oynayır. Çünki onlar zamanlarının bir qismini məktəbdə keçirir. Ona görə də müəllimlə yeniyetmə arasında münasibət də düzgün şəkildə qurulmalıdır: “Müəllim yeniyetmənin hansı ailədən gəldiyi, həmin ailədə hər hansı problemin olub-olmaması və s. haqda məlumatlı olmalıdır. Əgər müəllim bilmirsə, məktəbdə çalışan psixoloq bu işlə maraqlanmalıdır. Bir çox yeniyetmələrdə psixoloji problem yox, davranış, ünsiyyət, şəxsiyyət pozuntusu halları müşahidə olunur. Bu kimi situasiyalarda məktəb psixoloqunun məsələyə müdaxiləsi vacibdir. Əgər nevropatoloqa ehtiyac varsa, valideyni çağırıb məlumat vermək lazımdır. Məktəb psixoloqu valideynlə söhbət edib problemi ona çatdırmalı, həll olunmadığı təqdirdə hansı fəsadların yaranacağını izah etməlidir. Əgər bu iş doğru təşkil ediləcəksə, yeniyetmələrlə bağlı problemlərimiz də müəyyən qədər azalacaq”.

Maddi dəyərlərin öndə olması cəmiyyətdə problem yaradır

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, yeniyetmələrin evdən qaçmasına əsas səbəb cəmiyyətdə mənəvi dəyərlərin ön planda olmamasıdır: “Mənəvi dəyərlər üstün olduqda cəmiyyətdə öz-özünə ahəng yaranır. Mənəvi dəyərlər maddi dəyərlərin təzyiqi altında qalanda cəmiyyətdə əvvəldən görünməyən və qarşısı alınmayan eybəcər hadisələr ortaya çıxır. Bu, bir günün işi deyil, min illərdir belədir. Cəmiyyətin qanunu belə formalaşıb. Hər il bir cür eybəcərliyin şahidi oluruq. Mütəxəssis olaraq sizə bir proqnoz da verə bilərəm ki, ilbəil xoşagəlməz hadisələr daha da çoxalacaq. Bu mənim kəşfim deyil, ortalıqda olan bir reallıqdır. Cəmiyyətimizdə indiki vaxtda maddi dəyərlər aparıcı rol oynayır. Dünyanın bir çox yerlərində bu belədir. Maddi dəyərlər insanların davranışında, həyat mövqeyinin müəyyənləşməsində, həyat haqqında təsəvvürlərinin formalaşmasında, həyatı mənalandırmaqda aparıcı rol oynayır. Bu halda isə cəmiyyətin mənəvi immuniteti zəifləyir”.

Ə.Qəşəmoğlu yeniyetmələrin evdən qaçmasına daha bir səbəb olaraq sosial şəbəkələri göstərdi. Bildirdi ki, sosial şəbəkələr kimi vasitələr ortaya çıxandan sonra cəmiyyət bu kimi problemlərə müqavimət göstərə bilmir: “12-13 yaşında yeniyetmələr sosial şəbəkələrdə elə insanlarla elə münasibətdə olub, elə söhbətlər edirlər ki, bunlar qətiyyən olmaz. Mən sosial şəbəkədə bir müddət münasibətləri izləyirdim. Əvvəllər insanın bir-iki ilə psixoloji olaraq keçə bilmədiyi yolu indi sosial şəbəkədə iki-üç günə getmək olur. Bu şəbəkədəki insanların hamısı da təəssüf ki, davranışına, hərəkətinə görə arzuolunan insanlar deyillər. Ona görə də sosial şəbəkələrin də burada rolu böyükdür”.

Gərgin ailə…

Sosioloqun sözlərinə görə, Azərbaycan ailəsi çox gərgin bir vəziyyətdədir. Bu da övladlar üçün xoş olmayan bir mühit deməkdir: “İkinci Dünya Müharibəsindən sonra ölkədə həddindən artıq maddi çətinliklər, ağır iqtisadi şərait olmasına baxmayaraq, ailə daxilində nizam-intizam var idi. İndi mənəvi dəyərlərin pozulması, qloballaşmanın mənfi tərəflərinin təsiri ilə ailələrimizdə arzulolunmayan və indiyə qədər görünməyən bir gərginlik var. Ailədə və cəmiyyətdə gərginlik olması yeniyetmələr üçün ağırdır. Təəssüf ki, məktəblərdə də bu məsuliyyəti sona qədər başa düşmürlər. Məktəblərin, tədris müəssisələrinin hazırda vəzifəsi daha da artıb. Ailədə və cəmiyyətdə gərginlik olduğu üçün məktəblər yeni nəsillə daha çox işləməlidirlər. Amma indiki təhsil proqramları buna elə də şərait yaratmır”.

Ə.Qəşəmoğlu onu da bildirdi ki, mənəviyyat məsələlərinin cəmiyyətdə önə keçməsi üçün işlər aparılmalıdır: “Mənəvi dəyərlərin aktuallaşması ilə bağlı ciddi fəaliyyət proqramları hazırlamaq lazımdır. Məsələ bu cür davam edə bilməz. Məsələni açıq danışmaq və həlli yollunda işlər görmək lazımdır. Əks halda, getdikcə eybəcər hallar daha da çoxalacaq”.

Zəncirvari zorakılıq…

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, evdən qaçan bir neçə yeniyetmə qız sığınacağa müraciət edib: “Bu il ərzində bir neçə yeniyetmə qız evdən qaçıb bizə müraciət etmişdi. Onlardan biri Kürdəmirdən idi. Asosial ailə idi. Ana əxlaqsızlıqla məşğul olurdu, xala yola vermirdi, nənə xərçəng xəstəsi idi. Qızı yola vermirdirlər. Buna görə də qız evdən qaçmışdı. Bir neçə dəfə intihara cəhd göstərib. Amma sonda çıxış yolunu evdən qaçmaqda görmüşdü. Daha bir halda isə müstəqil yaşamaq, özü pul qazanmaq məqsədi olduğunu deyib qaçan yeniyetmə qız var idi. Biz onların validyenlərini çağırıb, ailələri ilə söhbət edib evlərinə qaytardıq. Yeniyetmələrin müraciəti çox deyil, amma belə hallar müşahidə olunmaqdadır”.

M.Zeynalova deyir ki, yeniyetmə qızların evdən qaçmasına səbəb anlaşılmazlıq, bir-birilərini dinləmə bacarığının olmamasıdır: “Böyüklərin təzyiq etməsi, kiçiklərin isə bu idarəçilik sistemi ilə razılaşmaması faktları da var. Eyni zamanda böyüklərin uşağın əhvalını müəyyən edə bilməməsi, nə baş verdiyindən xəbərsiz olması bir çox hallarda bu cür münasibətlərə gətirib çıxarır. İstənilən halda zorakılıq zəncirvaridir. Uşaq ailədə necə görürsə, elə də tətbiq etməyə cəhd göstərir. Əgər valideyn onunla zorakı yolla danışıbsa, o bunu norma kimi qəbul edib, eyni formada uşağı ilə ünsiyyət quracaq. Zorakılıq görən şəxs normal mühitə düşərsə, o, davranışını dəyişə bilər”.

Evdən qaçıb komitəyə gedənlər

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, komitə ona aid olan bütün məsələlərlə bağlı mətbuatda gedən məlumatları mütəmadi izləyir və məsələlər araşdırılır. Yeniyetmələrin evdən qaçması məsələsi də qurumun nəzarətindədir: “Bizim qurumun informasiya şöbəsi mütəmadi olaraq mətbuatda evdən qaçma ilə bağlı halları nəzərdə saxlayır. Evdən qaçma, intihar, erkən nikah, zorakılıq və s. bu kimi hallar mərkəzdə nəzərdə keçirilir, aidiyyatı şöbələr üzrə tapşırıqlar verilir. Hər bir rayonun icra hakimiyyətində xüsusi komissiya var və biz həmin komissiyalarla işimizi aktiv şəkildə qurmuşuq. Hansı rayonda nə hadisə baş verirsə, onunla bağlı həmin rayonda komissiya ilə əlaqə saxlayırıq. Hər bir komissiya bizə müvafiq məlumatları verir. Hadisəni araşdırırlar, uşağın ailə, sosial, təhsil vəziyyəti haqda bizə məlumat verirlər. Ehtiyac duyulursa, komitənin səlahiyyətləri daxilində onun ailəsinə müvafiq köməklik göstərilir. Hüquqi yardım göstərilir, hansısa sosial problem varsa, onun həlllinə çalışılır”.

P.Əliyevin sözlərinə görə, yeniyetmələri evdən qaçıran səbəblər müxtəlifdir: “Amma əsas səbəb zorakılıqla bağlı olur. Uşaq evdən bəzən acıq edib gedir. Dəfələrlə rayondan acıq edib bizim komitəyə gələn uşaqlar olub. Ailədəki zorakılıq halları varsa, müsbət iqlim yoxdursa, uşaq etiraz edib evdən qaçır. Bizdə qeydə alınan halların çoxuna səbəb ailədəki zorakılıqdı. Digər hallar çox azdır. Ailənin uşağa qarşı diqqətsizliyi, soyuqqanlılığı hallarında da uşaqlar evdən qaçırlar”.

Aygün Asimqızı

http://kaspi.az/news.php?id=23769

Go Back

“SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞIMLARDA DİQQƏTLİ OLMAQ LAZIMDIR”

“Sosial şəbəkələrdən, texnologiyalardan aşırı istifadə insanları aqressiv edir və digər psixoloji narahatlığa gətirib çıxarır”.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov sosial mediadakı paylaşımlarla bağlı, eləcə də insanların sosial şəbəkələrdən asılığı ilə bağlı maraqlı məqamlardan danışıb.

O, Xeberler.az-a açıqlamasında istifadəçilərin sosial mediadan istifadəsi ilə bağlı psixoloji məqamlara toxunub. Elnur Rüstəmov qeyd edib ki, sosial mediada paylaşımlar zamanı diqqətli olmaq və ehtiyatlı davranmaq lazımdır:

“Son zamanlarda baş verən xoşagəlməz hadisələr istifadəçilərdən paylaşımlarda diqqətli davranmağı tələb edir. Bəzən bir şəklin altına yazılan şərh ailədaxili münaqişələrə səbəb ola bilər. Bəzi insanlar var ki, şəklini az insan bəyənəndə həmin insan aqressiv olur. Çünki insanların yaşamının əsasını, gündəlik əhval-ruhiyyələrini sosial şəbəkələrdəki bəyənmələr, şərhlər təşkil edir.  İnsanlar bu prosesdə fərdi məsuliyyət daşıyır. İnsanlar bir-birinə anlayışla yanaşıb, tolerantlıq sərgiləsə yaxşı olar ”.

Elnur Rüstəmov sosial şəbəkələrdən asılılığın insanların həyatına mənfi təsirindən danışır:

 “Yenicə tanış olan cütlüklər bir-birlərinə sosial şəbəkədə profil açmaq qadağası tətbiq edirlər. Yaxud da bir-birlərinin şifrələrini alırlar. Bunlar insanlar arasında münasibətlərə təsir göstərir. Cəmiyyətimiz bu haqda bilgilənsə daha yaxşı olardı. Bəzi insanlar günün əksər vaxtı selfie çəkib sosial şəbəkələrdə yerləşdirirlər. Bina yanır, insanlara kömək etmək əvəzinə hadisə yerində olduqlarını bildirmək üçün yanan bina ilə selfie çəkirlər. Belə hallarda xəsarət də ala bilərlər. Yaxud bunun əvəzinə zərərçəkmiş hansısa şəxsə yardım edə bilərlər. Sosial şəbəkələrdən aşırı istifadə etmək insanlar üçün zərərlidir”.

Psixoloq qeyd edir ki, sosial şəbəkələrdə status yazarkən diqqətli olmaq lazımdır: “Bəzən insanların psixi durumu yerində olmur və aqressiya ilə dolu fikirlərini sosial şəbəkədə paylaşırlar. Bu məsələ sadəcə paylaşan şəxslə kifayətlənmir. Kütləvi hal alır. Baş verən hadisə göstərir ki, insanlarımız diqqətli olmalıdır. Çünki, virtual həyatda da müəyyən psixoloji problemi olan insanlar var. Sosial şəbəkədəki insanların hansı psixoloji duruma malik olduğunu, hansı mühitdə yaşadığını bilmirik və insanların keçmişi ilə bağlı heç bir məlumatımız yoxdur. Bu baxımdan sosial şəbəkələrin təhlükəli tərəflərinin olduğunu hesab edirəm. Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır. Hətta, hər hansı faciə baş veribsə, həmin faciə ilə bağlı yazılan şərhlərdə belə diqqətli olmaq lazımdır”.

Psixoloq bildirir ki, sosial şəbəkələrdə paylaşım edərkən ehtimalları nəzərə almaq lazımdır: “İnsanlar bəzən hansısa nəqliyyat qəzasını, yaxud hansısa ölüm hadisəsini paylaşıb, hadisə yerindən şəkil çəkdirib status paylaşır. Bu məlumat vermək xarakterli ola bilər, ictimailəşdirmək istəyi ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, kimlərin ona baxacağına limit qoyulmayıb. Qəza hadisəsinə aid paylaşımı görən insan psixoloji sarsıntı keçirə və qorxuya düşə bilər. Yaxud həmin an sükan arxasında ola bilər. Ehtimalları nəzərə almaq lazımdır. İnsanlara, hadisələrə qarşı daha həssas davranmaq lazımdır”.

Sevinc Çəltikova

Go Back

Fəridə Həsənova: " Analar nə qədər uşaqlarının əvəzinə onların işlərini görsələr..." - MÜSAHİBƏ

"DÜŞÜNCƏ" Psixologiya Jurnalının "Müsahibələr" rublikasının budəfəki qonağı Narınc Uşaq Psixologiya Mərkəzinin "İnkişaf Geriliyi" şöbəsinin müdiri, inkişaf geriliyi üzrə mütəxəssis Fəridə Həsənovadır. Çox pozitiv bir auraya malik olan Fəridə xanımla gözəl və səmimi bir müsahibəmiz baş tutdu. 

  • Pxologiyada inkişaf geriliyi dedikdə nə nəzərdə tutulur?
  • İnkişaf geriliyi əslində çox geniş mənada uşaqlarda sadəcə yaş bacarıqlarının ləngiməsi olur, bunu belə inkişaf geriliyi adlandıranlar olur. Əslində isə inkişaf geriliyi patalogiyalarla izlənilir, ən əsası isə insanın normal yaşamına ciddi əngəl törədəcək şəkildə olur. Bu bəzən genetik səbəbdən, paralel hamiləlik və doğumda alınan travmalardan sonra ortaya çıxır; problemi genişləndirən isə valideynlərin və ətrafın səhlənkarlığıdır.
  • Ən geniş yayılmış inkişaf geriliyi xəstəlikləri hansılardır?
  • Ən çox müraciətlər uşaqların inkişafında yaranan problemlərlə bağlıdır. Düzdür, əvvəllər də belə problemlər var idi, lakin, o zamanlar bu problemləri adlandıra bilmirdilər. Amma bilmək lazımdır ki, hər problemin öz adı var. Müasir texnologiya vasitəsilə valideynlər məlumat toplaya bilərlər, dərin məlumat üçün təbii ki, mütəxəssisə müraciət etməlidirlər.
  • Müalicə üsulu olaraq hansı metodlardan isrifadə edirsiniz?
  • Hər diaqnozun özünə görə metodu olur. Amma ümumi olaraq qeyd etsək, “Beceri öğretim yöntemleri”, “Montesorri”, “Basamaklandılırmış yöntem” və .s.... qeyd edə bilərik.
  • Autizmin əlamətləri hansılardır?
  • Bu suala hər kəsin bildiyi və oxuduğu şəkildə dəyərləndirmək istəməzdim. Daha doğrusu, hamımızın bildiyini terapi üçün daha sadə şəkildə izah etmək istəyirəm; autizmsindromlu uşaqlarda narahatlıq 3 sferada görünür: sosial, emosional və intellektual. İnternetdə ən çox sosial sferanın  əlamətləri göstərilir. Çünki, bu ixtisasda olmayan şəxslərin görə biləcəyi əsas əlamətlər sosial sferanındır.

          Sosial sferada görünən əlamətlərə aiddir, ada qarşı reaksiyanın olmaması, göz kontaktının olmaması,           ünsiyyətə girə bilməməsi, insan çox olduğu yerlərdən qaçması, fikri ifadə etmək üçün sözlərdən yox,           hərəkətlərdən istifadə  etməsi. 

          Emosional sferadakı əlamətlərə aiddir, yaşa uyğun reaksiyaları verməməsi, digər şəxslərin                            emosiyalarını başa düşməməsi, qoxulara,  yüksək səsə, gur işığa kəskin reaksiyaların olması, səbəbsiz          ağlamaq və gülmək.

         İntellektual sferada görünən əalmətlərə isə bunlar aiddir: Analizin,əşyalara meylin  olmaması,qaydalı          oyunları qavramaması, stereotiplərin olması, fikri ifadədə bacarıq göstərməməsi, exolaliya, eyniliyə            meyllilik.

  • Uşaqlarda bunu ən tez neçə yaşından hiss edə bilərik?
  • Autistik əlamətlər ilkin olaraq uşaqlarda 7 ayından müşahirə olunur. Çünki, uşaqların ada reaksiyaları, emosional kontaktı 6-9 ay arası formalaşır. Əgər uşaqda bu müddətdən sonra da bu bacarıqlar yoxdusa şübhələnə bilərik. Lakin, diqanozu 3 yaşı olmadan qoyulmur.
  • Valideynlər üçün əsas siqnal əlamətlər hansılar olmalıdır?
  • Əsas siqnallar emosional davranışlara reaksiyaların, ada reaksiyaların, göz kontaktının olmaması ola bilər; paralel olaraq digər əlamətlər də müşahidə oluna bilər.
  •  Uşaqlarda inkişaf geriliyinə səbəb olan əsas faktorlar hansılardır?
  • Əsas əlamətlər sırasında genetika, doğum və hamiləlik zamanı alınan travmalar, doğumdan sonra yaş ləngimələri və pedaqoji baxımsızlıq və s.ola bilər.
  • Mərkəzə ən çox hansı diaqnozla müraciət olunur?
  • Ən çox autizm və bənzəri diaqnozlar, əqli gerilik və növləri nevroloji diqanozlar və .s... Mərkəzimizdə mütəxəssislər konkret olaraq müəyyən diqanoz üzrə ixtisaslaşdıqları üçün istənilən diaqnozlu uşağı qəbul edə bilirik.
  • Son olaraq valideynlərə nə tövsiyyə edərdiniz?
  • Diqqətli olsunlar! Gələcəyimizi sağlam saxlasınlar.İnsanı inkişaf etdirən fəaliyyətdir. Fəaliyyətdə olmayan insan təbii ki, ləngiyir. Analar nə qədər uşaqlarının əvəzinə onların işlərini görsələr( paltarlarını geyindirsələr, yeməklərini yedirsələr....) uşaqlar passivləşər və inkişafdan geriqalma daha qabarıq şəkildə müşahidə olunar. Ən əsası unutmayaq ki, psixoloji problemi olmayan insan yoxdur; bu problemi qəbul edən və həll edən, onunla birlikdə yoluna davam edən insan vardır.

Fəridə Qasımova

 

 

 

 

 

 

Go Back

ELNUR RÜSTƏMOV: “İNTERNETDƏ DOST AXTARANLARIN ÇOXU REAL ÜNSİYYƏTDƏ KOMPLEKSİ OLANLARDIR” - MÜSAHİBƏ

Gün.Az-ın Psixologiya və konsultasiya mərkəzi “PCC” – nin rəhbəri Elnur Rüstəmovla müsahibəsi:

- Müasir dünyada Facebook və Twitter kimi sosial şəbəkələrdə istifadəçi sayının bu qədər çox olması və hər gün artması çox maraqlı bir inkişaf prosesi deyilmi sizcə?

- Ümumiyyətlə, bəşər tarixi artıq özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Biz bunu bütün sahələrdə görə bilərik. Ən qabarıq nəzərə çarpan proses sosial şəbəkələrdə istifadəçi sayının artmasıdır. Fikir verin; sosial şəbəkələrdə istifadəçi sayı nə qədər artırsa real insanlararası ünsiyyət bir o qədər də azalmağa başlayır. Bu isə irəlidə insanlararası münasibətlərdə fəsadlar yaradacaq. İrəlidə düşünürəm dövlət səviyyəsində qabaclayıcı tədbirlərin görülməsi məqsədəuyğun olardı.

Buna təsir edə biləcək ən böyük addım “Psixi sağlamlıq və psixi təhlükəsizlik haqqında qanun”un qəbulu olacaqdır. İnkişaf etmiş dövlətlərdə bu qanundan irəli gələn məsələlər çox geniş formada həyata keçirirlir. ABŞ-da bu istiqamətdə ildə milyardlarla dollar pul ayırılır.

Burada TV məkanından internet istifadəsinə qədər bütün sahələrdə insanların hüquqları qorunması nəzərdə tutulur. Bu gün bizdə ən böyük problemlərdən biri TV və internet istifadəçiləri tərəfindən bunun gözlənilməməsidir.

Tamaşaçılar əvvəlcədən verilişin konkret olaraq hansı yaş qrupuna şamil edildiyini bildirilməlidirlər. Çünki göstərilən bir çox verilişlər konkret olaraq uşaqların psixikasına mənfi təsir göstərir. Bu gün konsultasiya prosesində bununla çox rastlaşırıq.

- Hansı şəxsi keyfiyyətlərə sahib olan insanlar daha çox internetdən dost tapmağa üstünlük verirlər?

- Əsasən real ünsiyyətdə çətinlik çəkən, komplekslər yaşayan insanlar internetdə dostlar axtarmağa çalışırlar. Bu da bəzi ailələrdə uşağın evdə oturması üçün onun saatlarla internetdə vaxt keçirməyinə göz yummasıdır. Bu düzgün yanaşma deyil. Çünki uşaq cəmiyyət modelini realdan virtuala keçirməyə başlayır. Bu da sonda mənfi nəticələrə gətirib çıxarır. Yenə də biz ümumi mənzərə ilə rastlaşırıq. Bu da ondan ibarətdir ki, sərhədlər açıldıqca insanlar üçün ən təhlükəsiz yer ev olur.

Fikir versəniz valideynlər daha çox övladlarını evə çəkməyə çalışırlar. Uşaq evdə olarkən özlərini yaxşı hiss edirlər. Baxça, orta məktəb, ali məktəb, eləcə də uşaqların dincəlmə prosesi və bu kimi proseslərə həssas yanaşırlar. Burada uşaqlara izahat vermək, nəyisə izah etmək daha məqsədəuyğun olardı. İstənilən halda qadağa uşanın təhtəlşüuruna mənfi təsirini göstərir.

- Gerçək həyatda bəlkə 20 nəfər dostu – tanışı olmayan insanların baxırıq ki, Facebook – da 400-500 dostu var. Bir birini heç tanımayan insanlar artıq bu sosial şəbəkələr vasitəsi ilə tanış olur, dostlaşır və bir – birilərinə ən gizli sirrlərini belə danışırlar. Bu niyə baş verir sizcə?

- Yuxarıda qeyd etdiyimiz kimi bu tip insanlar gerçək həyatdakı insanlara ümidsiz yanaşırlar. İnternetdə ünsiyyət isə dolayısı ilə onların idealda qurduqları insanla ünsiyyətidir. İdealdakı insana onlar hər bir sirrlərini etibar edə bildiklərindən bunu virtual aləmə də keçirirlər. Fikir versəniz internetdə danışdıqları insanla real həyatda görüşəndə onlar yenədə özlərinə qapılırlar, internetdə olduğu kimi fikirlərini ifadə edə bilmirlər. Bir az da diqqətli olsaq bu tip insanları biz uzaqdan tanıya bilərik.

- Bu gün ümumilikdə internet həyatımızın artıq bir hissəsinə çevrilib. Internetin həyatımızdakı müsbət və mənfi tərəfləri hansılardır?

- Hər bir proses və hadisə insana həm mənfi, həm də müsbət tərəfdən təsir göstərir. Yəni bıçaq uşaq əlində qorxuludur. Onun funksiyasını bilən insan üçün o qorxulu deyil və ondan təyinatına görə istifadə edər. İnternet də elə. İnsanlar internetdən çox hallarda faydalanırlar. Sadəcə yaxşı olardı ki, internetin faydası haqqında cəmiyyətə mütəmadi məlumatlar verilsin.

Biz istəsək belə, bunu həyatımızdan silə bilmərik. Çıxış yolu bunun insanlara verə biləcəyi yaxşı tərəfləri qabartmaqdır. Burada təhlükəsizlik məsələlərinə diqqət yetirilməsi çox vacibdir. Elə saytlar var ki, orada yaş kateqoriyaları göstərilmir.

Yaş qrupları ilə bağlı forumların təşkili yaxşı olardı. Bir də valideynlər bu işdə maksimum diqqətli olmalıdırlar. İnternetdə uşaq müəyyən zaman kəsiyində olmalıdır. Normadan artıq internetdə çalışmaq yuxarıda qey etdiyimiz kimi sonradan böyük fəsadlara səbəb olur.

- Sizcə niyə insanlar hər anlarını ve gördükləri hər işi twitter ya facebook – da paylaşmaq ehtiyacı hiss edirlər?

- Əslində onlar bununla varlığını sübut edirlər. Səhv etmirəmsə, Vaqif Bayatlının şerində belə bir yer var;

Hamı səni unudanda bu yalançı dünyada,

Ölümlər də gerçək olur.

Heç kim unudulmaq istəmir.

Bir insan üçün bundan böyük faciə ola bilməz. İnsanların həyatlarına aid məsələləri dediyiniz sosial şəbəkələrdə paylaşmaqla çox zaman öz mövcudluqlarını sübut etmiş olurlar.

- İnternet və sosial medianın istifadəsini həyatımızda necə normal hala gətirə bilərik?

- Bunun qarşısın almaq üçün ən mühüm olan insanları maarifləndirməkdir. Bir də cəmiyyətdə sosial institutların rolunu artırmaq lazımdır. Universitetlərdə, orta məktəblər, və s. yerlərdə onların yığışıb, fikirlərini paylaşa biləcəyi mühüt formalaşsa pis olmazdı. Təəssüf ki, bu prosesdə bugün bizdə daha çox internet üzərində baş verir. Bunu edə bilsək, düşünürəm problemi müəyyən dərəcədə həll edə bilərik.

- Məsələ sadəcə sosial şəbəkələrdə yaşanan internet dostluqları deyil. Misal üçün insanlar televiziyada evlilik proqramlarında onlara aid bir sıra məhrəm sirrləri ortaya çıxarır və milyonların gözü qarşısında özlərinə həyat yoldaşı seçirlər. Nə oldu bizim məhrəmiyyət duyğularımıza?

- Burada bir incə məqamı var. Bu da ondan ibarətdir ki, insan görəndə ki, ona qulaq asırlar, onu dinləyirlər, prbleminə yardımçı olmaq istəyirlər, o zaman özündə olan çox şeyləri paylaşmağa çalışır. Gündəlik həyatda da siz buna rast gələ bilərsiniz.

Belə ki, sizə yaxın olan bir insan danışanda ona sadəcə diqqətlə qulaq asın. O zaman onun özü ilə bağlı çox şeyləri söylədiyini görəcəksiniz. Əslində mərhəmiyyət duyğularımız itməyib, sadəcə başqa bir formada təzahür etməyə başlayıb.

Bu gün müqəddəsliyin sərhədləri də daralmağa başlayıb. İnsanları dinamik proseslər, sujet və s. proseslər cəlb edir. Fikir versəniz TV proqramlarındakı qalmaqallar çox zaman verilişi reytinqli edir.

Dinamiklik həyatımızn bütün sferalarına təsir edir. Biz buna baxmağı daha çox sevirik, nəyinki onun uğrunda nəyi isə etməyi. Fikir verin hər gün demək olar bir serial, film çəkilir. Məqsəd də insanların zövqünü formlaşdırmaq, nəticədə bundan milyonlar qazanmaqdır. Biz serialda verilən qəhrəmanların istifadə etdikləri aksesuarları, idarə etdikləri avtomobilləri həyatımıza daxil edirik. Bu psixoloji təsir üsulundan bugün dünyada geniş istifadə edilir və bunun həyatımıza bəzən çox böyük neqativ təsirləri olur.

- Yəni super eqonun funksiyası azalmağa ya da yavaş – yavaş yoxa çıxmağamı başladı artıq?

- Super eqonun funksiyası itməyib, sadəcə yerini artıq bəzi hallarda eqoya verməyə başlayıb. Bunun da kökündə informasiya bolluğudur. Öncələrdə insanlar yasaq bildiyi şeyləri bu gün artıq demək olar ki, hər gün televiziya məkanından izləyirlər. Bu da bəzi proseslərə öz təsirini göstərir. Dəyərlər sistemində adət-ənənəyə yanaşmada biz hiss ediləcək dərəcədə yeni çalarların daxil olduğunu görürük. Atalar və oğullar problemi bu gün heç zaman görmədiyimiz formada cəmiyyətimizdə özünü göstərir. Dəyişiklik çox sürətlə baş verir.

 

Oktay Hacımusalı

Gün.Az

 

http://gun.az/social/5008

 

Go Back

Azərbaycanda uşaq kanalı niyə yoxdur

MTRŞ: "Biz buna hazırıqmı? Bu kanal yaranarsa, onu kadrla təmin edə biləcəyikmi?"

Azərbaycan teleməkanında şou və əyləncəli proqramlar kifayət qədər olsa da, uşaqlar üçün verilişlər, demək olar ki, yox dərəcəsindədir. Yayımlanan belə verilişlərin əksəriyyəti də valideynlər üçün nəzərdə tutulub və bu proqramlarda uşağa qulluq, qayğı göstərmək, düzgün tərbiyə etmək, sağlamlıqla bağlı məsləhətlər verilir. Uşaqların verilişlərə və cizgi filmlərinə tələbatı ödənilmədiyindən, övladlarımız xarici, xüsusilə də Türkiyənin uşaqlar üçün nəzərdə tutulan verilişlərinə baxırlar. 

   Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev "KİV-də qadın və uşaq problemləri" mövzusunda keçirilən dəyirmi masada deyib ki, uşaq kanalının yaranması lazımlıdır: "Lakin biz buna hazırıqmı? Bu kanal yaranarsa, onu kadrla təmin edə biləcəyikmi?" 

   Cəbiyev hesab edir ki, "Azərbaycanda uşaq kanalını özəl kanal kimi yaratmaq olmaz. "Bu kanal dövlətin himayəsi altında olmalıdır" deyən MTRŞ sədrinin müavini yaxın zamanlarda uşaq kanalının yaradılacağına inandığını bildirib. 

   Onun sözlərinə görə, Şura bəzi məsələlərə loyal yanaşsa da, uşaq hüquqlarının pozulması məsələlərində tele-radio yayımçılarına güzəştə getmir: "Lakin bu məsələ ilə bağlı da problemlər yaranır. MTRŞ bir neçə halda uşaq hüquqlarının pozulması iıə bağlı cəza tədbirləri tətbiq edib. Lakin kanallar hüquq müdafiəçiləri, vəkillər tapırlar ki, onlar da uşaqların deyil, yayımçıların hüquqlarını müdafiə edirlər. Uşaq hüquqları ilə bağlı danışmaq üçün hər adamı ekspert kimi efirə cıxarmaq düzgün deyil". 

   Q.Cəbiyev bildirir ki, telekanallar ailə, qadın, uşaq mövzularına diqqətlə yanaşmalı, müsbət təcrübələri yaymalıdırlar: "Amma bəzən ailə məsələləri həddindən artıq şişirdilir. Ailələrin müsbət təcrübələri bir tərəfdə qalır, mənfi məqamlar qabardılır. Bunlar da əks reaksiya doğurur". 

   MTRŞ Ekspertiza proqramlaşdırma və analitik şöbənin baş məsləhətçisi Həyat Şamıyeva bildirib ki, Azərbaycan Konstitusiyasına görə 1 yaşdan 18 yaşına qədər olanlar uşaq sayılır: "Uşaqların hər yaş kateqoriyasına uyğun verilişlər hazırlanmalıdır. Verilişləri hazırlayarkən uşaqların maraq dairəsi, dünya görüşü, intellekt səviyyəsi yaş həddlərinə görə nəzərə alınmalıdır". 

   H.Şamıyeva bildirib ki, uşaq kanalında körpələr üçün ayrıca verilişlər olmalıdır: "Yeniyetmələr, gənclər üçün əyləncəli, intellektual verilişlər hazırlanmalıdır. Musiqi-əyləncəli verilişlərə də yer ayrılmalıdır. Uşaqlar üçün kanalda mütləq maarifləndirici verilişlər olmalıdır. Hətta abituriyentlər üçün də verilişlər işlənməlidir". 

   MTRŞ rəsmisi qeyd edib ki, bu gün uşaq verilişlərində səsləndirilən musiqilər düzgün seçilmir: "Uşaq verilişlərində elə musiqilər səsləndirirlər ki, ümumiyyətlə, uşaqlara aidiyyatı yoxdur. Uşaqlar üçün verilişlərdə sevgi haqqında və ya ara mahnıları ifa olunur və uşaqları həmin musiqi sədaları altında oynamağa məcbur edirlər". 

   MTRŞ hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadovun sözlərinə görə, uşaqlar üçün kanallarda onların fiziki, əqli və mənəvi inkişafına zərər vuran verilişlər olmamalıdır: "Verilişlər sırf uşaqların psixologiyası nəzərə alınmaqla işlənməlidir. Uşaqlarla bağlı qaydalara zidd olmamalıdır". 

   Uşaq psixoloqu Narınc Rüstəmova öz dilimizdə uşaqlar üçün kanalın olmamasına təəssüflənir: "Çox vacibdir ki, uşaqların yaşı, psxioloji durumu nəzərə alınmaqla dilimiz təbliğ olunsun. Bu gün uşaqlar baxdıqları veriliş və cizgi filmlərinə görə türk və ya rus dilində danışırlar. Belə uşaqlar danışdıqda qrammatik səhvlər buraxır. Yaxşı olardı ki, bizim öz dilimizdə cizgi kanalı olsun". 

   Rüstəmova bildirib ki, uşaq verilişlərində və cizgi filmlərində uşaqlara ötürülən mesaj önəmlidir: "Yaxşı olardı ki, uşaq verilişləri və cizgi filmlərində yaş kateqoriyası nəzərə alınsın. Çünki veriliş və cizgi filmləri 3-6, 6-8 yaş arası və yeniyetməlik yaşlarında olan uşaqlar üçün bölünməlidir. Verilişlərin verilməsində yaş baryeri çox önəmlidir". 

   Onun dediiynə görə, yarış şəklində olan verilişləri uşaqlar çox sevir və bu proqramlar uşaqlarda həm özünə güvəni formalaşdırır, həm də onların sosiallaşmasında böyük rol oynayır. Uşaq psixikası həmişə yarışa yönəldiyindən, onlar bu tip verilişlərə üstünlük verirlər. "Uşaqlar özünü dərk edənə qədər bunu keçməlidirlər" deyən müsahibimiz əlavə edib ki, uşaq kanalında milli dəyərləri aşılayacaq verilişlər və cizgi filmlərinin verilməsi şərtdir: "Uşaqlar üçün verilişlərin və cizgi filmlərinin tərbiyəvi əhəmiyyəti vacibdir. Çünki şiddət tərkibli cizgi filmləri bu gün aktualdır. Cəmiyyət belə cizgi filmlərinə meyl göstərir. Amma uşaqlar belə cizgi filmlərində gördüklərini yamsılamağa başlayır. Orada hansısa naməlum məxluqlar, qorxulu hadisələr uşaqlar üçün böyük bir travma faktorudur. Uşaqların yuxusu pozulur. Hətta "qorxmuram" deyən uşağa belə bu mənfi təsir göstərir. Uşaqlarda itirmək qorxusu da formalaşır. 6 yaşa qədər olan uşaqlarda təxəyyül yüksəkdir. Onlar hər gördüyü şeyi yamsılamağa başlayırlar". 

   Psixoloq hesab edir ki, uşaq kanalları axşam saat 9-dan sonra bağlanmalıdır: "Bu, valideynlərə uşaqların yatma rejiminin vacibliyini göstərir. Yuxudan öncə hansı cizgi filmlərinin verilməsi amili də gözlənilməlidir". 

   Aynurə MƏMMƏDOVA
 
ekspress.az
 

Go Back

Pasient: " Psixoloq məni necə sağalda bilər axı, dərmansız, yalnız sözlə?!" - MÜSAHİBƏ

Bügünkü müsahibimiz biraz fərqlidir. Çox zaman psixoloqlardan, onların işi barədə reportaj hazırlayırdıq. Bu gün isə qonağımız bir xanım pasientdir. hansı ki, uzun tərəddütlərdən sonra psixoloq köməyindən yaralanmağa qərar vermiş bir xanım... O dərdinin əlacını məhz burda tapdı - NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNDƏ.... Beləliklə, bu xanımın qısa həyat hekayəsini sizlərə təqdim edirik!

PS: Anonimliyi qorumaq məqsədilə xanımın adını qeyd etmədik...

 

-Neçə müddətdir psixoloq köməyindən yararlanırsınız?

-Iyun ayının 10 dan. Artıq 5 seansdır.

-Gəlməyə necə qərar verdiniz?

-Sözün düzü əvvəl çox qərarsız idim. Həkim müalicəsi alırdım. Dərmanlar mənə heç bir kömək etmirdi. Getdikcə daha da pisləşirdim, özümü günü-gündən daha da pis hiss edirdim.

-Narahatçılıqlarınız nə idi?

-Limfa vəzilərim şişmişdi,zobum var idi. Bunu çox ürəyimə salmışdım. O qədər çox düşündüm ki, artıq bütün bədən üzvlərimin xəstə olduğuna inanmağa başladım. Düşünürdüm ki, hər yerim xəstədir və mən tezliklə öləcəyəm! Arıqlamağa başlamışdım, demək olar ki, yemək yemirdim, gecələr yatmırdım, bütün bədənim əsirdi. Bu vaxt başladım saytlarda axtarmağa  ki, mən bu vəziyyətdən çıxa bilərəm. Hər yerdə oxudum ki, psixoloqun köməyi ilə çıxa bilərəm.

-Mərkəzimizi necə seçdiniz?

-Narınc Uşaq Psixologiya Mərkəzi haqqında, Ofelya xanım haqqında bir yaxınımdan  eşitmişdim. Bir həftə oturub fikirləşdim. Tərəddüdlərim var idi. Düşünürdum ki, psixoloq məni necə sağalda bilər axı, dərmansız, yalnız sözlə?! Nəhayət özümdə güc tapdım və Ofelya xanımın qəbuluna yazıldım.

-Ilk seans sizə necə təsir bağışladı?

-İlk seansa gələndə elə bil ki, boğazımda iri bir düyün var idi, nəfəs ala bilmirdim. Burdan çıxanda artıq o düyün yox olmuşdu. ( gülümsəyir) elə ilk seansdan dərmanları qəbul etməyi dayandırdım. Bugün özümü daha sağlam və güclü hiss edirəm. Son zamanlar özümə baxımsızlığım var idi, hec nəyə həvəsim yox idi. Bügün isə hər şey tam qaydasındadır, hətta Ofelya xanım özü belə bügün məni tanımadı. ( gülümsəyir)

-Həyatınızda nə dəyişib? Artıq 5 seansınız bitib. Müqayisə edəndə nə dəyişiklik görürsünüz?

-Məsələn, əvvəllər hamının dərdini özümə yaxın buraxırdım, hamıya qulaq asırdım, yazığım gəlirdi, hamının dərdini yığırdım öz üstümə. Qərar vermişəm artıq buna yol verməyəcəm. Hər dəqiqə xəstəliklər haqqında düşünürdüm. Buna da son qoymuşam.

-Bu fikirlər şəxsi həyatınıza necə təsir etmişdi?

-Çox pis təsir edirdi. Söz deyiləndə tez özümdən çıxırdım,heç kimlə danışmaq istəmirdim,özümə qapanmışdım, ailə üzvlərimlə ünsiyyətimiz qırılmışdı. Bütün gün internetlə məşğul olurdum ki,xəstəlik haqqında yeni bir şey tapım. Indi internetde elə bir şeylərə rast gələndə ötüb keçirəm,oxumuram.

-Ailəniz razıdı sizin dəyişikliyinizdən?

-Yoldaşım çox razıdı. Deyir gərək əvvəldən gedərdin psixoloqa. Psixoloqlar haqqında olan fikrim dəyişdi tamam. Demək ki, sözlə insanı sağaltmaq olarmış. Sözün qüdrəti çoxmuş!

-Bəzən deyirlər ki,yaxın dostun varsa psixoloq lazım deyil,nəyə lazımdır, həmən sözləri sənə dostunda deyə bilər...

-Yox, elə deyil! Yaxın dosta hər şeyi açıb deyə bilmirsən. Amma psixoloq sənin içində olan hər şeyi aşkara çıxardır.

-Çox adam psixoloqun işinə səthi yanaşır ki, o mənə nə edəcək ki?

-Mənim anam deyirdi ki,özün özünün psixoloqu ol da. Çalışırdım özümə yaxın buraxmıyım fikirləri,problemləri amma olmurdu. Adamın içi dolu olanda alınmır. Kimə boşaldasan? Güzgüyə, divarlara? Amma psixoloq esənin içini elə təmizləyir, elə çıxardır ki üzə...

-Tərəddüddə olan insanlara nə məsləhət görərdiz?

-Onlara məsləhətim budur ki,fikirləşməsinlər. Gəlsinlər psixoloqa. Əgər ehtiyac varsa, mütləq müraciət eləsinlər. Şəfa tapmaq mümkündür.

-Çox sevindim,çox pozitiv olmusuz, bu əhval-ruhiyəniz mənə  də keçdi. Sizə uğurlar arzu edirəm!

-Təşəkkür edirəm, Sizlərə də işlərinizdə Uğurlar!

QEYD: Şəkil pasientin öz real şəkli olmayıb hər hansı internet şəklidir. Anonimliyi qorumaq naminə pasientin öz şəklini yerləşdirmədik.

 

Hazırladı: Fəridə Qasımova

Go Back

20 nəticə göstərilir