Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Sağlamlıq"

Qəbizliyin qarşısını alır, yüksək təzyiqi salır... - Hər gün 1 stəkan için

 

Probiotik qaynağı kimi tanınan kefirin insan sağlamlığına bir çox faydası var. Kefir süd turşusu və spirt fermentasiyası ilə əmələ gələn qatığa bənzər tünd konsistensiyalı, köpüklü, dadı yüngül turş süd məhsuludur. Kefirin tərkibində insan bədəninə olduqca faydalı təbii bakteriyalar var. Bu faydalı bakteriyalar immun sistemini gücləndirməkdə, başda xərçəng olmaqla allergiya narahatlıqları, iştahsızlıq, yuxusuzluq, vərəm, bronxit, astma, eqzema və bir çox başqa xəstəliyə müsbət təsir edir. Ən əhəmiyyətlisi isə odur ki, xəstəliklərə qarşı müqavimət qazandırır. Aile.lent.az kefirin çoxsaylı faydaları ilə sizi tanış edir.

 

  • Boğazdakı bəlğəm yığnağına yaxşı təsir edir, yenidən meydana gəlməsinə mane olur.
  • Ağciyər infeksiyalarına qarşı mübarizə aparır.
  • Tərkibində olan A vitamini ilə göz sağlamlığına faydalıdır.
  • Ürək sağlamlığını qoruyur.
  • Bədəndəki artıq duzun və şişin aradan qaldırılmasına kömək olur.
  • Bağırsaq infeksiyalarının müalicəsində təsirlidir.
  • Dəriyə sürtüldükdə meydana gələ biləcək sızanaqların qarşısını alır.
  • Qəbizliyin qarşısını alaraq həzmi asanlaşdırır.
  • Antibiotik təsiri nəticəsində iltihablı xəstəliklərin müalicəsində təsirlidir. Xolesterolu aşağı salan xüsusiyyəti var.
  • Diqqət çatışmazlığını nizamlayır.
  • Mədədə yığılan və problem yaradan qazları azaldır.
  • Bədəndə meydana gələn göbələklərə yaxşı təsir edir.
  • Yüksək təzyiqi aşağı salır.
  • Bağırsaqlardakı tıxanıqlığı aradan qaldırır.
  • Daim yedikdə sinirləri gücləndirir.
  • Bütün bunlara bağlı olaraq çəkini azaltmağa kömək edir.

 

Nə qədər kefir yemək məsləhətdir?

 

Kefir hər hansı bir narahatlıq olduğu üçün deyil, mövcud sağlamlığın qorunması üçün gün ərzində 1 stəkan yeyilə bilər. Ancaq yeyilmə miqdarı insanın yaşı və çəkisinə görə fərqlidir. Bir içki növü olan kefir yeməklərlə birlikdə və ayrıca içilə bilər. Çəkisi çox olan insanlar yağsız süddən istifadə edərək əldə edilən kefiri içə bilərlər. Əgər kefir hər hansı bir xəstəliyə qarşı müalicə məqsədi ilə içilirsə, 1 stəkandan çox da içilə bilər. Bu mövzuda mütəxəssislə məsləhətləşməkdə fayda var. Kefirdə olan bakteriya və mayalar mədə daxilində parçalanmamış qidaların həzminə kömək edərək, qida itkisinin qarşısını alır. Mədə və bağırsaqlarda köp yaratmır. Ancaq unutmayın ki, kefir əsla dərman deyil.

aile.lent.az

Go Back

Qadın sağlamlığına mənfi təsir edən amillər

Yalnız sağlam insan özünü xöşbəxt hiss edə bilər.

Sağlamlığı qocalığa kimi saxlamaq mümkündür. Həkimlər daim təkrar edir ki, insan orqanizmi çox davamlıdır və müəyyən qaydalara əməl etdikdə sağlamlığı ahıl yaşlara kimi qoruyub saxlamaq mümkündür. Bəzən adi gündə etdiyimiz hərəkətlər, gödüyümüz işlər bizim sağlamlığımızı korlayır və sonra biz təəccüblə həkimlərdən soruşuruq - bu xəstəlik məndə niyə əmələ gəldi? mən nəyi düz etmədim?

Burada biz qadın sağlamlığına mənfi təsir edən bəzi amilləri sadalamaq istəyirik.

1. Təmizkarlıq çox yaxşı xüsusiyyətdir. Lakin bəzən təmizkarlıq qadınlarda sanki xəstəliyə çevrilir. Qadın buna ciddi səbəb olmadan evini daim təmizləyir, yuyur, yığışdırır və bu zaman çoxsaylı kimyəvi vasitələrindən istifadə edir. Həkimlərin fikirinə  görə, qadınlar arasında kişilərlə müqayisədə daha çox yayılmış astma, müxtəlif allergik, autoimmun xəstəliklərinin səbəblərindən biri məhz onların orqanizminə kimyəvi vasitələrin daim təsiridir.

2. Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün çox ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.

3. Dar cins şalvarlar və beldən aşağı olan şalvarlar sidik kisəsini, bağırsaqları, qadınların cinsiyyət orqanlarını saxır, bu orqanların qanla təchiz olunmasını pozur, müxtəlif pozulmmaların inkişafına təkan verir.

4. Qadınlar tez-tez dizləri üzərinə ağır əşyaları (çantalar və s.) qoyur, uşaqları əyləşdirir. Bu vəziyyətdə aşağı ətrafların venaları həddindən artıq dərəcədə yuklənmiş olur. Bu isə varikoz xəstəliyinin inkişafına təkan verir.

5. Qadınlar tez-tez ağır çantaları qaldırır və daşıyır. Bu isə onurğa problemlərinə, varikozun inkişafına təkan verir.

6. Yuxunun az olması qadınların sağlamlığına çox mənfi təsir edir - ürək-damar sistemi, şəkərli diabet və digər xəstəliklərin riskini artırır. Kişi orqanizmi yuxunun az olmasına daha davamlıdır.

7. Qadın daim dabanı 3-4 sm-dən hündür olan ayaqqabı geyindikdə (xüsusilə "şpilka" dabanı olan ayaqqabılar), onun onurğa sütunu çox ciddi gərginliklərə məruz qalır ki, bunun nəticəsində qadında onurğa sütunu xəstəlikləri inkişafı edə bilər. Bundan əlavə belə ayaqqabılar varikoz xəstəliyinin, pəncə və oynaqlar problemlərin inkişafına təkan verir, müxtəlif travmalara (çıxıq, sınıq) səbəb ola bilər. Daim hündürdaban ayaqqabı geyinən qadınlarda daxil orqanlar öz yerini dəyişir və bu da müxtəlif pozulmalara yol açır.

 

Go Back

Enerjimizi azaldan 3 DÜŞÜNMƏDİYİMİZ AMİL

İnsan orqanizmi çox ciddi yükləmələrə tab gətirmək və bu zaman tonusda qalmaq iqtidarındadır. Lakin bəzən insanlar hiss edir ki, buna heç bir ciddi səbəb olmadan enerjisini itirir, çox tez yorulur.

Bəzi çox adi şeylər enerjimizi azalda bilir. Bunlara fikir verin.

Susuzlaşma

Enerjinin səbəbsiz azalmasının əsas səbəblərindən biridir. Müasir insanlar adi təmiz suyun əvəzinə çay, qəhvə, cola və s. içir ki, bu içkilər orqanizmin mayeyə olan tələbatını ödəmir, əksinə orqanizmdən mayenin çıxmasını sürətləndirir, orqanizmi susuzlaşdırır.

Özünüzü adi təmiz su içməyə öyrəşdirin. Hər bir saatdan bir kiçik qurtumlarla 1 stəkan təmiz qazsız su için.

Qəcetlər

Smartfonlardan çox fəal istifadə müasir insanın enerjisini azaldan əsas faktorlardan biridir. Smartfonlardan yalnız zəruri hallarda istifadə edin. Sosial şəbəkələrin fəal istifadəçilərinin bir çoxlarında yuxu problemləri, sinir gərginliyinin artması, əsəbilik, tez yorulma kimi hallar tez-tez müşahidə olunur.

Mənfi emosiyalar (hirs, kədər, incimə, paxıllıq, qısqanclıq, peşmanlıq və s.)

Mənfi emosiyalar insanın enerjisini sovurur, insanı zəif və gücsüz edir. Streslərdən uzaq olun, streslərdən qaçın, köhnə pis xatirələrlə yaşamayın. Bu sizi daha güclü və enerjili edəcək.

 

Go Back

Uşağınız yaxşı yemir? - Oxuyun

İstehlakçı qabiliyyətinin süni şəkildə artırıldığı və dəstəkləndiyi bir dövrdə ən ağır zərbə sözsüz ki, körpələrə və uşaqlara ilk olaraq dəyir.

İldən-ilə ərzaqların miqdarı artır, bağlamalar isə böyüyür.

Sağlam olmayan qida sənayesini isə uşaqların daha çox rəğbət bəslədiyi məşhur idmançılar, müğənnilər digər sahələrin məşhurları təbliğ edirlər. Fast-food sənayesi uşaqların sevdiyi cizgi film və kino personajlarının simalarından ildnən-ilə daha çox istifadə edərək zərərli qida menyu və məhsullarına cəzb edir.

Belə bir ifrat istehlakçı dövrdə valideynlər uşağın təbii susuzluq və aclıq hissinin ödənilməsi kimi vacib fitri instinktlərinin unudaraq aşırı qidalandırmağa başlayıblar. Uşaqların pis və ya az yeməyini, bəzi valideynlərin dili ilə desək “heç nə yemir” anlayışına müəyyən aydınlıq gətirmək üçün mütəxəssislər müxtəlif nümunələr gətirirlər.

Müəyyən müddət arıqlama mərkəzində işləyən psixoloq Anna Bıkova “heç nə yeməmək” anlayışına izah etmək üçün bir xanımın arıqlama təcrübəsi ilə paylaşır. Mərkəzə artıq çəkidən əziyyət çəkən xanım müraciət edərək qeyd edir ki, o heç nə yemir lakin çəki azalmaq əvəzinə günü-gündən artmağa doğru gedir. Mütəxəssis kalorilərin mistik şəkildə qadının bədəninə daxilolma yollarını araşdırmaq üçün onun gündəlik istehlakını qeyd etməyə başlayırlar.

Məlum olur ki, gün ərzində bu xanım aşağıdakıları istehlak edir:
Səhər: Kiçik şokolad ilə kappuçino. İşdə çay və vafli. Sonra yenə çay və konfet. Qoz-fındıq və ya kaftof çipsi bağlaması. 1 litr meyvə şirəsi.
Günorta: İş çox olduğundan nahar etməyə imkan olmur.
Axşam: Bir-iki banan və kefir (kefirin tərkibində şəkər).

Bütün yuxarıda sadalananların kalorisi gündə 3 əsas yeməyin kalorisindən qat-qat çoxdur. Əgər qadın oturub vaxtında normal qidalansaydı daha az kalori qəbul etmiş olardı.

Eləcə də uşaqların “heç nə yeməməklərini” anlamaq üçün səbəbləri araşdırmaq lazımdır. Şirə, alma, qurabiyə, şokolad, konfet, bulka, dondurma, süd kokteyli və bu kimi digər ərzaqlar uşaqlara tez bir zamanda toxluq hissi və enerji verir. Bir sözlə, sağlam iştahanı pozmaq üçün idealdırlar.

Həqiqətən ac olan uşaqların misalı:
Uşaq xəstəxanası, infeksion şöbə. Kəskin bağırsaq infeksiyası şübhəsi ilə eyni zamanda xəstəxanaya daxil olan yaş yarım və 3 yaş həddində olan 3 uşaq anaları ilə birlikdə qəbul olunur. Həkim analara uşaqları yedizdirməmək təlimatı verir.

Ümumiyyətlə istənilən qida verməyə qadağa qoyur. Yalnız su və susuzlaşmaya qarşı məhlul-rehidron. Beləliklə, uşaqlar və analar 2 sutka həqiqətən də heç nə yemədilər, o hədda çatdı ki, uşaqlar ağlayıb yemək istəyirdilər. Körpəsi ac olan anaların da sözsüz ki, boğazlarından tikə belə keçmirdir. Axır ki, həkim yemək verməyə icazə verir.

Tibb bacıları yağsız, duzsuz, şəkərsiz, suda bişmiş, boz rəngli soyuq yulaf sıyığı gətirirlər. Uşaqlar bu sıyığa böyük iştaha və bəh-bəh ilə atılırlar. Kənardan onların ömürlərində bundan daha dadlı bir yemək yemədikləri təəssüratı yaranır. Beləliklə, həqiqi aclığın nümunəsində bizə məlum olur ki, istənilən yemək uşaqlarda böyük iştaha doğurur. Əgər uşağınız yeməklərə qarşı etinasızdırsa, onun gün ərzində atışdırdıqlarına daha diqqətlə nəzər yetirin.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

Go Back

Yenidoğulmuş uşaqda hansı əlamətləri gördükdə uşaq nevropatoloquna müraciət etmək lazımdır

Bu simptomlar aşağıdakılardır:

- Uşaq döşü zəif əmir, bu zaman fasilələr edir və tez yorulur, süd tez-tez boğazında qalır, burnundan tökülürsə;

- Əgər körpə tez-tez gəyirir, yeməkdən sonra qusur, çəkisini zəif artırırsa;

- Uşaq süst, az aktivdirsə və ya əksinə, həddən-ziyadə narahatdırsa və bu narahatlıq ətraf mühitdə, hətta cüzi dəyişkənlik baş verdiyi zaman artırsa;

- Uşaqda sakit vəziyyətdə və xüsusilə də ağlayan zaman çənənin, həmçinin yuxarı və ya aşağı ətrafların titrəməsi müşahidə edilirsə;

- Uşaq tez-tez səbəbsiz diksinirsə, yuxuya çətin gedirsə və bu zaman onun yuxusu səthi, qısamüddətli olursa;

- Yan böyrü üstündə yatarkən başını daim arxaya doğru əyirsə;

- Uşağın başı çox tez və ya əksinə olaraq, çox ləng böyüyürsə;

- Uşağın hərəkət aktivliyi zəifləmiş olduqda, o özü süst, əzələləri boşalmış (əzələlərin aşağı tonusu) vəziyyətindədirsə və ya əksinə, uşaq gərgin, əzələləri yığılmış (əzələlərin yüksək tonusu) vəziyyətindədirsə;

- Əgər ətraflardan biri (əl və ya ayaq) daha az hərəkətlidirsə və ya qeyri-adi vəziyyətdə durursa;

- Uşağın gözləri çəpləşərsə və ya bərəlirsə (bu zaman vaxtaşırı olaraq sklera ağ lent şəklində görünür);

- Uşaq daim başını bir tərəfə çevirməyə çalışırsa (əyriboyunluq);

- Budların aralanması məhdudlaşarsa və ya əksinə, uşaq qurbağa şəklində uzanmış olarsa;

- Uşaq Keysər kəsiyi əməliyyatı ilə, sağrı gəlişi ilə doğulubsa, doğuş zamanı ginekoloji maşa tətbiq edilibsə, körpə vaxtından əvvəl və ya böyük çəki ilə doğulubsa, əgər ciftin dolanması baş veribsə, dogum evində olarkən uşaqda qıcolmalar müşahidə edilibsə.

Qeyd olunan əlamətlərin bir və ya bir neçəsini öz uşağında görən valideynlərə qorxuya düşmək lazım deyil. Ola bilər ki, uşağın sinir sistemində heç bir patologiya yoxdur. Lakin hər ehtımala qarşı gecikmədən uşaq nevropatoloquna müraciət etməklə buna əmin olmaq daha məqsədəuyğundur.

 

Go Back

Yenidoğulmuş uşaqda hansı əlamətləri gördükdə uşaq nevropatoloquna müraciət etmək lazımdır

Bu simptomlar aşağıdakılardır:

- Uşaq döşü zəif əmir, bu zaman fasilələr edir və tez yorulur, süd tez-tez boğazında qalır, burnundan tökülürsə;

- Əgər körpə tez-tez gəyirir, yeməkdən sonra qusur, çəkisini zəif artırırsa;

- Uşaq süst, az aktivdirsə və ya əksinə, həddən-ziyadə narahatdırsa və bu narahatlıq ətraf mühitdə, hətta cüzi dəyişkənlik baş verdiyi zaman artırsa;

- Uşaqda sakit vəziyyətdə və xüsusilə də ağlayan zaman çənənin, həmçinin yuxarı və ya aşağı ətrafların titrəməsi müşahidə edilirsə;

- Uşaq tez-tez səbəbsiz diksinirsə, yuxuya çətin gedirsə və bu zaman onun yuxusu səthi, qısamüddətli olursa;

- Yan böyrü üstündə yatarkən başını daim arxaya doğru əyirsə;

- Uşağın başı çox tez və ya əksinə olaraq, çox ləng böyüyürsə;

- Uşağın hərəkət aktivliyi zəifləmiş olduqda, o özü süst, əzələləri boşalmış (əzələlərin aşağı tonusu) vəziyyətindədirsə və ya əksinə, uşaq gərgin, əzələləri yığılmış (əzələlərin yüksək tonusu) vəziyyətindədirsə;

- Əgər ətraflardan biri (əl və ya ayaq) daha az hərəkətlidirsə və ya qeyri-adi vəziyyətdə durursa;

- Uşağın gözləri çəpləşərsə və ya bərəlirsə (bu zaman vaxtaşırı olaraq sklera ağ lent şəklində görünür);

- Uşaq daim başını bir tərəfə çevirməyə çalışırsa (əyriboyunluq);

- Budların aralanması məhdudlaşarsa və ya əksinə, uşaq qurbağa şəklində uzanmış olarsa;

- Uşaq Keysər kəsiyi əməliyyatı ilə, sağrı gəlişi ilə doğulubsa, doğuş zamanı ginekoloji maşa tətbiq edilibsə, körpə vaxtından əvvəl və ya böyük çəki ilə doğulubsa, əgər ciftin dolanması baş veribsə, dogum evində olarkən uşaqda qıcolmalar müşahidə edilibsə.

Qeyd olunan əlamətlərin bir və ya bir neçəsini öz uşağında görən valideynlərə qorxuya düşmək lazım deyil. Ola bilər ki, uşağın sinir sistemində heç bir patologiya yoxdur. Lakin hər ehtımala qarşı gecikmədən uşaq nevropatoloquna müraciət etməklə buna əmin olmaq daha məqsədəuyğundur.

 

Go Back

Hamiləlik və doğuş Uşaqlarda anadangəlmə inkişaf qüsurlarının qarşısını necə almaq olar

Uşaqlarda anadangəlmə inkişaf qüsurları - uşaq yaşlarında əlilliyin əmələ gəlməsində və 1 yaşa qədər olan uşaq ölümlərinin ən əsas səbəbi hesab edilir.

Bu qüsurlar müxtəlif zərərli faktorların (xüsusən hamiləliyin erkən dövrlərində) dölə mənfi təsirləri nəticəsində əmələ gəlir.

Həkimlər dönə-dönə təsdiq edirlər ki, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının xeyli hissəsinin qarşısını almaq olar. Bunun üçün gələcəyin ata və anası hamiləliyə qabaqcadan lazımi səviyyədə hazırlaşmalıdırlar.

Anadangəlmə inkişaf qüsurlarını törədən faktorlara teratogen faktorlar deyilir. Teratogen infeksiyalar anadan körpəyə keçən infeksion xəstəliklərdir. Bunlara bəzi virus infeksiyaları - məxmərək, sitomegalovirus, sadə herpes, qrip, epidemik parotiti, suçiçəyi, eləcə də cinsi yolla keçən infeksiyalar - toksoplazmoz, sifilis, xlamidioz, ureaplazmoz və s. aiddir. Beləliklə, uşaq doğulmasına hazırlaşan gələcək ata və ana qabaqcadan tibbi müayinədən keçməli, bütün xroniki xəstəliklərin profilaktik müalicəsini aparmalıdırlar. Hamiləlik zamanı qadınlar öz sağlamlığını qorumalı, infeksion xəstələrlə kontaktdan uzaq olmalıdırlar.

Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməməsi üçün ən əsas tədbirlərdən biri məxmərəyə qarşı vaksinasiyadır - peyvənddir. Çünki əksər hallarda məhz bu virus, inkişaf qüsurlu körpələrin doğulmasına gətirib çıxarır.

Anadangəlmə inkişaf qüsurlu uşaqların doğulmasında risk faktorlarından biri də çoxsaylı abortlardır (süni uşaqsalma). Abortların sayı çoxaldıqca bu riskin dərəcəsi də artır.

Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində ana tərəfindən qəbul edilən dərman preparatlarının da müəyyən təsiri olur. Ona görə də hamiləlik zamanı dərmanlar, dölə təsiri nəzərə alınmaqla, yalnız müalicə həkimin təyinatı ilə qəbul edilməlidir. Digər tərəfdən, dərmanların mənfi təsirindən ehtiyat edərək (“dərmanlar hamilə üçün zərərlidir” deyərək) anginanı və ya karioz dişi müalicə etməkdən də çəkinmək lazım deyil. Bu xəstəliklərin vaxtında müalicə edilməməsi sonradan daha böyük fəsadlara səbəb ola bilər. Onu da qeyd etmək lazımdır ki, ana özünü tam yaxşı hiss etdikdə döl də rahat olur.

Aşağıdakı dərmanları hamiləlik zamanı qəbul etmək qəti qadağandır:

- hormonal kontraseptivlər (onları planlaşdırılan hamiləlik vaxtından heç olmasa 3 ay əvvəl dayandırmaq lazımdır),

- bəzi antibiotiklər (streptomitsin, tetratsiklin),

- antidepressantlar,

- analgetiklər (aspirin, indometasin),

- hipotenziv preparatlar (pezerpin, xlortiazid),

- 10.000 BV - dən (Bəynəlxalq Vahid) artıq dozada vitamin A.

Zərərli preparatların qəbulunu həm ata, həm də hamiləliyə hazırlaşan ana, hamiləliyə qədərki dövrdən etibarən dayandırmalıdırlar. Hətta həkim tərəfindən yazılan hər hansı bir dərmanı qəbul etməzdən əvvəl onun annotasiyasını diqqətlə oxuyun (onun hamiləliyə və ya dölə mənfi təsirinə diqqət yetirin).

Hamilə olan qadın tərəfindən çox miqdarda alkoqollu içkilərin qəbul edilməsi, ağır anadangəlmə xəstəlik hesab edilən alkoqol sindromunun inkişaf etməsinə gətirib çixara bilər. Bir çox hallarda bu hətta dölün ölümünə də səbəb olur.

Hamiləlik zamanı siqaret çəkilməsi zərərli hesab edilir ki, nəticə etibari ilə bu körpənin fiziki inkişafının ləngiməsinə səbəb olur.

Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində toksik kimyəvi maddələr də az rol oynamır. Bu maddələr qadının bədənində yığılaraq cift vasitəsi ilə körpənin bədəninə keçə bilər. İş fəaliyyəti ilə əlaqədar olaraq qadın zərərli aktiv kimyəvi maddələrlə kontaktda işləyirsə, öz gələcək hamiləliyini planlaşdırmalıdır. Hamiləliyə 2-3 ay qalmış və bütün hamiləlik boyu (xüsusilə hamiləliyin 14-16-ci həftəliyinə qədər olan müddətdə) körpədə teratogen effekt verə biləcək aktiv kimyəvi maddələrlə təmasda olmaqdan çəkinmək lazımdır!

Fiziki faktorlar olan vibrasiya, kompüterin elektromaqnit sahəsi və radiasiyanın da hamilələrə mənfi təsirini nəzərdən qaçırmaq olmaz.

Dölun formalaşmasına təsir edən faktorlar içərisində hamilə qadının qəbul etdiyi qidalarınkeyfiyyətini də qeyd etmək lazımdır. Qadının qida rasionunda mikroelementlərin (xüsusən sink, maqnezium, dəmir), vitamin və zülalalların olması çox vacibdir. Hamiləlik baş verənə qədər və hamiləliyin ilk ayları ərzində gündəlik olaraq fol turşusu və polivitaminlərin qəbul edilməsi, gələcəkdə baş beyinin, onurğa beyinin və digər inkişaf qüsurları ilə doğula biləcək körpələrin sayının xeyli azalmasına səbəb olur.

Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində əsas faktorlardan biri də valideynlərin yaş həddidir. Statistik göstəricilərə əsasən valideynlərin yaşı artdıqca qüsurla doğulan körpələrin sayı da artır. Optimal uşaq doğma yaşı 20-dən 30 yaşa qədərdir. Yaşı 35-dən artıq olan valideynlər risk qrupuna daxildirlər; sağlam uşaq doğulması üçün onlar kompleks müayinə və hazırlıq keçməlidirlər.

Valideynlərin sağlam olması bilavasitə uşağın sağlamlığı üçün zəmin yaradır. Şübhə yoxdur ki, ananın bir çox xəstəlikləri körpənin bətndaxili inkişafına mənfi təsir göstərə bilər.

Anadangəlmə inkişaf qüsurlu körpələrin doğulmasından özünüzü sığorta etmək üçün hamiləliyə düzgün hazırlaşmaq, hamiləliyin ilk günlərindən etibarən qadın məsləhətxanasında qeydiyyata düşmək lazımdır. Bu zaman qadın hamiləliyin bütün dövrü ərzində ixtisaslı həkimlər tərəfindən nəzarətdə olacaq, lazımi müayinələrdən keçəcək.

 

Go Back

Rahat yuxu kökəlmədən saxlayır - ARAŞDIRMA

Bunu bilmək lazımdır ki, yaxşı və rahat bir yuxu sizin arıq qalmağınıza yardım edər. Pis yatmaq və yuxusuzluq isə hormonları artırar və insanın çəki balansını bir-birinə vurar.

Yatmamışdan qabaq beyninizi yüngülləşdirin.

Yatağa uzanan zaman bir qədər mütaliə edin və ya həzin bir müsiqiyə qulaq asın. Bir qədər dartınma hərəkətləri edin.

Gilas yeyin. Gilas o nadir meyvələrdəndir ki, tərkibində melatonin vardır. Bu maddə yuxunu tənzim edir. Gilas suyunda da bu maddə vardır. Bununla yanaşı həm də anti-oksidantdır.

Fəal olun. Gün ərzində fəal olmağa çalışın. İdman edin və fiziki hərəkətlər edin. Bu zaman dərin bir yuxu sizin əldən verdiyiniz enerjini sizə geri qaytaracaqdır. Əlbəttə tövsiyə edilir ki, idmanı gün ərzində edəsiniz. Yatmamışdan əvvəl etməyin. Çünkibədəniniz fəallaşar və yuxunuz qaça bilər.

Əgər yatmazdan əvvəl acmısınızsa, yüngül yeməklər yeməyə çalışın. Çünki ağır mədə sizin rahat yatmağınıza mane olacaqdır. Bir parça çörək, bir stəkan süd sizə rahat yuxu bəxş edər.

Bunu bilmək lazımdır ki, tərkibində kofein olan içki içən zaman təsiri 8 saat qalır. Əgər yuxu probleminiz varsa, yatmazdan 8 saat əvvəl qəhvə içə bilərsiniz. Günortadan sonra çalışın bu cür içəcəklərdən uzaq olasınız.

Deyerler.org

Go Back

Baş ağrılarının psixoloji səbəbləri

Baş ağrılarının ən çox yayılmış növlərindən biri – baş və boyun əzələlərinin gərginləşməsi ilə xarakterizə olunan gərginlik baş ağrılarıdır.

Baş ağrısı hiss edənlərin 90%-i həyatlarının müxtəlif anlarında bu ağrılardan əziyyət çəkirlər.

Əksər hallarda bu cür baş ağrıları – depressiya, stres, zehni yorğunluq, emosional gərginliklə əlaqədar olur. Baş ağrı tutması – imtahandan, dalaşmadan, güclü inciklikdən, şokdan, qəfil xəbərdən (bəzən hətta xoş xəbərdən), yəni insanı həyəcanlandıran hallardan sonra baş verir. Əzələ gərginliyi (gərilməsi) nəticəsində baş verən ağrı, əksər hallarda, uzun müddət diqqət tələb edən ixtisaslarda işləyənlərdə, uzun müddət yazı və ya iş stolu, kompüter, maşın sükanı arxasında işləyənlərdə və s. insanlarda daha çox rast gəlinir. Bundan başqa, insanlar öz işlərini vaxt çatışmazlığı şəraitində icra etdikdə də onlarda baş və boyun əzələlərinin gərginliyi baş verir.

Gərginlikdən yaranan ağrılaradətən, başın hər iki tərəfində eyni dərəcədə olur, ancaq ənsə və boyun nahiyələrində isə daha çox hiss olunur. Ağrı küt, monoton, təzyiqedici, dartılmış və sızıldayan-fasiləsiz, ancaq pulsasiya etməyən olur. Ağrı tutması günün istənilən vaxtlarında, gecə saatlarında isə nadir hallarda baş verir. Xəstədə elə təəssürat yaranır ki, sanki onun başına çox sıx şəkildə sarğı bağlayaraq məngənədə sıxırlar.

Bu növ ağrının profilaktikası üçün aşağıdakılara əməl etmək lazımdır:

- Onurğanın vəziyyətinə diqqət və qayğı göstərmək, qamətin düzgün olmasını qoruyub saxlamaq. Yazı stolu və kompüter arxasında düzgün oturmaq.

- Yuxunun kifayət qədər olması. Yatarkən hündür olmayan yastıqdan istifadə etmək.

- Oturaq iş zamanı (hətta baş ağrısı olmasa da) müntəzəm olaraq çiyin qurşağı əzələlərini, boyunu və başı öz əllərinizlə massaj etmək.

- Streslərdən uzaq olmaq. Bu mümkün olmadıqda isə stres vəziyyətindən düzgün çıxmaq və bu zaman yaranan stres enerjisini orqanizmi dağıtmaq üçün “daxilə” deyil, onun təsirini neytrallaşdırmaq üçün “xaricə” istiqamətləndirmək lazımdır.

- Əzələlərin gərginləşməsi səbəbindən baş verən baş ağrılarının effektiv profilaktikası üçün bədən tərbiyəsi ilə, idmanla, üzgüçülüklə, qaçmaqla məşğul olmaq, açıq havada gəzmək məsləhət görülür.

 

Go Back

Oruckən arıqlamağın ən asan yolları

Ramazan ayı insanların çəkilərini qorumaqda ən çox çətinlik çəkdikləri dövrdür. Oruc tutanlar üçün bu hal böyük çətinlik yaradarkən, fərqində olmadan eyni ailənin içərisində olub, oruc tutmayanlar da bu haldan nəsiblərini alırlar. Zəngin iftar süfrəsi, axşam gec saatlarda və bol miqdarda yeyilən yeməklər çox təəssüf ki, bir ay içində insanlarda çəki artımına səbəb olur. Son illərdə Ramazan ayının yay aylarına təsadüf etməsi, günlərin çox uzun olması, imsak vaxtından iftar vaxtına qədər təxminən 17 saatlıq vaxt; oruc tutanları çətinliyə salır, ya da çətinliyə salacağını düşündürür. Çox uzun müddət ac qalacağını düşünən insanlar, imsak vaxtında bacardıqca çox yeməyi düşünərək, gün boyunca sadəcə bu şəkildə qala bilir. Artıq çeşid və miqdardan imsak yeməklərindən sonra, təkrar yatmaq çəki almaq üçün ilk səbəbdir. Uzun müddət ac qaldıqdan sonra yüksək miqdarda və kaloridə yeyilən, yeməklərin çox olduğu iftar süfrələri ; iftar vaxtından sonra hərəkətin sərhədli olması səbəb ilə yenə çəki çoxalmasına səbəb ola bilir. Yay mövsümünün müsbət tərəfi isə; seçdiyimiz qidaların, ümümilikdə daha xəfif, daha yağsız olmasıdır. Seçimimiz daha çox meyvə və tərəvəzlərdir. İnanılanın əksinə; oruc tutarkən mədəmizi ağırlıqlardan təmizləyərək daha xəfif, daha sağlam hala gətirə bilir, bədənimizi təmizləyə bilir, əlavə olaraq artıq çəkidən də xilas ola bilərik. Vacib olan düzgün yemə davranışları ilə bir aylıq dövrü başa vurmaqdır. Ramazanı sağlam şəkildə keçirmək, mədə narahatlıqları yaşamamaq, əlavə olaraq çəki azaltmaq istəyiriksə; bəzi nüanslara diqqət etmək lazımdır. İlk olaraq bu dövr içərisində doğru qidalanma planı qurmaq üçün bir mütəxəssisə müraciət edilməlidir. Ən azından 15 günlük müddət ilə görüşlər təşkil etməklə, qidalanmanızı nəzarət altında saxlamaqla artıq çəkidən daha asan xilas ola bilərsiniz. İmsakda yeyəcəyiniz yemək ola bildiyincə xəfif olmalı, fəqət sizi gün ərzində tox tuta biləcək düzgün qidalardan təşkil olunmalıdır. Taxıl və lif səviyyəsi yüksək olan qidalar seçilməli, bəsit şəkərlərdən uzaq durulmalı (işlənmiş ağ şəkər, ağ çörək, makaron, plov növləri, meyvə şəkəri, meyvə şirələri və s.)

İmsakda qəhvəaltılıq ərzaqların istifadə edilməsi daha düzgün davranışdır. İmsak sonunda tərkibi kaliumla zəngin banan və s. kimi meyvələrdən yeyilməsi gün içində sizi daha çox tox saxlayacaqdır. Bananı südlə dəstəkləmək susuzluğa yaxşı təsir edəcəkdir. İftar vaxtında isə; uzun müddət aclıqdan sonraya təsadüf etdiyi üçün yenə xəfif, mədəni dolduracaq lakin yormayacaq, az kalorili, su və lif səviyyəsi yüksək qidalar yeyilməlidir. Bu məsləhətlərə diqqət edildiyi müddətdə və miqdarlar nəzarətdə olduğu təqdirdə, Ramazan ayı boyunca çəki atmaq da mümkündür; həm də sağlam bir şəkildə... Nəzərə alınması lazım olan bir digər vacib nüans; xüsusilə təzyiq, şəkər, ürək, böyrək kimi qidalanmağa bağlı narahatlıqları olanların bu müddətdə oruc tutmamalı və ya həkim nəzarətində sağlamlıqlarını riskə atmadan oruc tutmalıdırlar. Orucu açıb bir kasa şorba içdikdən sonra 10 dəqiqə qədər fasilə verib sonra digər yeməklərə keçmək Ramazan proqramının əsasıdır. Bir anda artıq yüklənməyi önləməklə bərabər qan şəkəri nizamsızlığı, mədə ağrısı halsızlıq kimi halları da qabaqlayacaqdır. Oruckən idaman etmək sağlamlığa pis təsir edə bilər. İftarda yeməyi yeyən kimi televizor qarşısına keçməyin. İftardan iki saat sonra 30 dəqiqəlik yürüyüş həm yaxşı hiss etdirəcək, həm də maddələr mübadiləsinin çalışmasını təmin edər. Əsla oruckən idman etməyin, çünki əks təqdirdə vücudda yıxım artar, kortizol yüksəlir, əzələlər azalır, yağlar artar, əzələ gücündə yüzdə 3-12 nisbətdə azalma olur; yəni idman xeyirdən çox zərər verir.

İftardan 1-1,5 saat sonra 30 dəqiqəlik sürətli bir məşq etmək olar. Ramazanda bu qidaları istifadə etməyə diqqət edin: Xurma- kalium tərkiblidir və kalium susuzluqdan dolayı yaranan yorğunluğun aradan aparılmasında çox vacibidir. Həm qısa, həm də uzun müddətli toxluq yaradar. Orucu xurma ilə açmaq ən gözəl seçimdir. Bal- enerji verir. Təbii qidalar içində ən gözəl antioksidantdır. Gündə 1-2 çay qaşığı yeyilməlidir. Balıq- beyin funksiyalarını inkişaf etdirir, ürək sağlamlığını qoruyur. Əncir- kalsium, dəmir, maqnezium və kalium tərkiblidir. Ara paylarında əncir yeyə bilərsiniz. Zeytun yağı omeqa 9 tərkiblidir. HDL səviyyəsini yüksəldərkən, LDL səviyyəsini düşürür. Antioksidan xüsusiyyətə malikdir. Bişirilmədən istifadə edilməlidir. Salatlarınıza zeytun yağı əlavə edə bilərsiniz. Nümunə iftar menusu: orucunuzu 1-2 ədəd zeytun və ya bir ədəd xurma və bir stəkan su ilə açdıqdan sonra bir neçə dəqiqə gözləyin. Bir çömçə qədər, yağ səviyyəsi az, az ədviyyatlı bir şorba ilə yeməyə başldaıqdan sonra yenə bir neçə dəqiqə gözləyin. Sonra 10 dəqiqə qədər fasilə verin. (Qan şəkəri nizamsızlığı, mədə ağrısı kimi halları əngəlləyəcəkdir) Günaşırı; bir gün ət qrupundan ( 200 qr ət, toyuq, balıq), bir digər gün tərəvəz qrupundan ( 8 qaşıq ətsiz tərəvəz yeməkləri) yeyin. Yeməkdə soyuq cacıq və ayran için. Bununla mədədə doyqunluq hissi arta bilər. Göyərtilərdən təşkil olunan salatlar yeyərək mədədə xəfif şəkildə doyqunluq yaradın; salatlarda yağ istifadə edəcəksəniz zeytun yağı istifadə edin. Hazır içkilərdən, meyvə sularından və şərbətlərdən uzaq durun. Ayran sizin üçün çox gözəl bir seçimdir. Şiriniyyat ehtiyacınızı xəmir işi və şərbətli şiriniyyatlarla deyil, südlü soyuq şriniyyatlarla qarşılayın. Ara paylarda 1 kiçik kasa südlü şiriniyyat və ya iki top sadə dondurma yeyə bilərsiniz. Şiriniyyat və meyvəni eyni gündə istifadə etməyin, həm də bunları yemək bitidikdən sonra deyil, ən az 1,5 saat sonra yeyin. Bütün axşam boyunca, yuxu vaxtına qədər ən az 1,5 litr su için.

Nümunə üçün imsak menyusu;

1-2 kibrit qutusu böyüklüyündə tam yağlı ağ pendir

1 ədəd yumurta ( qaynanmış)

1 ədəd meyvə ( məsələn şaftalı və ya bir incə dilim qarpız)

1-2 ədəd qoz ləpəsi və ya

4-5 ədəd zeytun, 1-2 fincan şəkərsiz,

açıq çay

1-2 dilim (50 qr) tam taxıllı çörək ( buğda və ya çovdar, yarım stəkan yağlı süd və

ya bir stəkan ayran ən az 4 stəkan su qəbul edilməlidir.

Diyetoloq Zəhra Göktaş

Tərcümə: Aidə Mahmudova

Go Back

Uşaqlarda qəbzlik problemi

Normada 1 yaşından yuxarı uşaqlarda nəcis ifrazı gün ərzində (böyüklərdə olduğu kimi) bir dəfə olmalıdır.

Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə 2-3 dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir.

Bu zaman uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri həcmcə və xarici görünüşcə normaya uyğundursa (yəni nə çox duru, nə də çox bərk deyilsə, tərkibində qan qarışıqları, selik və s. dəyişikliklər yoxdursa), bunu normal hal hesab etmək olar.

Ancaq yenə də mütəxəssislə məsləhətləşməniz daha yaxşı olardı. Analar uşağın nəcisinə hər zaman diqqət yetirməlidirlər. Nəcisdə qan, selik əmələ gələrsə, rəng dəyişikliyi və s. nəzərə çarparsa, bu haqda uşağınıza nəzarət edən pediatra məlumat vermək lazımdır.

Uşaqlarda qəbizlik tez-tez baş verir. Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı isə çətinliklə baş verirsə, bu zaman qəbizliyin olması barədə danışmaq olar.

Qəbizlik atonik və spastik olur.

Spastik qəbizlikdə nəcis “qoyun qığı” kimi, bir-birinə yapışqanla yapışmış kimi yumru, kiçik bərkimiş nəcis kütlələri toplumundan ibarət olur. Bu zaman defekasiya (nəcis ifrazı) aktı çətinləşmiş, ağrılı olur. Bir çox hallarda bu, düz bağırsaq və xarici anal dəliyin selikli qişasındaçatların əmələ gəlməsinə səbəb olur.

Belə qəbizlik çox vaxt bağırsaq disbakteriozu, qastrit, kolit (yoğun bağırsaq iltihabı) zamanı müşahidə olunur. Kəskin infeksion xəstəlik zamanı uşağın qida və maye qəbulu azaldıqda, həmçinin uşağın sinir sistemi pozğunluqları da qəbizliyə səbəb ola bilər. Bu hala uşaqların erkən yaş dövründə daha tez-tez rast gəlinir. Xəstəliyin əsas səbəblərindən biri xroniki qəbizlik hesab edilir. Bərkimiş nəcis kütlələri uşağın dar bağırsağından keçərkən bağırsağın selikli qişasını zədələyir. Catların ilkin əlamətləri defekasiya zamanı kəskin ağrı hissi və nəcis ifrazından sonra qan damcıları (analar bunu tualet kağızının üzərində görə bilərlər) ola bilər.

Ağrı səbəbindən uşaqlar defekasiya aktını süni surətdə saxlayır, nəticədə nəcis kütlələri daha da bərkiyərək yeni çatların yaranmasına zəmin yaradır.

Xəstəliyin müalicəsinə onun ilkin simptomları aşkar edilən kimi başlamaq lazımdır. Köhnə, yəni uzun müddət ərzində mövcud olan çatların müalicəsı çox çətin olur. Digər tərəfdən də ağrılar olması qorxusundan uşağın nəcis ifraz etməməsi çox təhlükəli hesab edilən xroniki qəbizliyə, orqanizmin nəcis intoksikasiyasına (zəhərlənməsinə) və s. xoşagəlməz ağırlaşmalara da səbəb ola bilər.

 

Qəbizliyin digər növü də atonik qəbizlikdir. Bu formaya uşaqlarda daha tez-tez rast gəlinir. Atonik qəbizlik zamanı uşaqda nəcis ifraz etmək istəyi azalmış olur və ya heç olmur. Belə uşaqlarda defekasiya hətta 10 gündən bir olur. Bir çox belə hallarda uşağa təmizləyici imalə etmək və ya işlədici şamlar qoymaq lazım gəlir. Bu cür qəbizlik zamanı nəinki qastroenteroloqa (mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış həkim), bəzi hallarda hətta cərrah-proktoloqa (düz bağırsaqda aparılan əməliyyatlar üzrə ixtisaslaşmış həkim) da müraciət etmək lazım gəlir.

Valideynlər uşaqda defekasiya aktının tezliyinə nazarət etməli, həmçinin qəbizliyin əmələ gəlməsinə xüsusi diqqət yetirməlidirlər. Uşaqda olan qəbizliyə etinasız yanaşmayın. Bu çox xoşagəlməz ağır nəticələr verə bilər.

Yaxşı olardı ki, uşağın bağırsağının boşalması mütəmadi olaraq gündə bir dəfə, həm də eyni vaxtlarda (səhər və ya axşam) baş vermiş olsun. Uşaqda qəbizlik aşkar edilən kimi, təxirəsalınmadan həkim qastroenteroloqa müraciət etmək lazımdır. O bunun səbəbini aydınlaşdırdıqdan sonra düzgün müalicə təyin edə bilər.

Uşaqlarda qəbizliyin müalicəsində pəhrizin böyük əhəmiyyəti vardır. Uşağın rasionunda kifayət qədər meyvə, tərəvəz, süd məhsulları olmalıdır. Ağ çörəyi quru çörək (“suxari”) ilə əvəz etmək lazımdır. Qara gavalı, ərik, əncir qurusu, üyüdülmüş buğda kəpəyi (uşağın bütün qidalarına 1 xörək qaşığı əlavə emək olar), kişmiş qəbizlik zamanı yaxşı kömək edir. Bundan əlavə uşaq kifayət qədər su içməlidir, yaxşı olardı ki, bu su qaynanmış yox təmiz içməli su olsun. İşlətmə üçün olan dərman preparatlarından (xüsusən də kimyəvi tərkibli) istifadə edilməsinə çox da üstünlük verməyin.

Əsas müalicəyə əlavə olaraq mineral suların (yessentuki, borjomi, istisu və s.) da daxil edilməsi yaxşı təsir göstərir. Spastik qəbizlik zamanı mineral suları ilıq və qazsızlaşdırılmış, atonik qəbizlik zamanı isə sərin və qazlı şəkildə içmək lazımdır.

Bir daha təkrar etmək lazımdır ki, analar uşağın nəcis ifrazına diqqət yetirməlidirlər. Qusma, kəskin qarın ağrısı, nəcis ifrazının olmaması və köp bağırsaq keçməməzliyinin simptomlarıdır. Uşağınızda bu simptomları müşahidə edərkən onu dərhal cərraha göstərmək lazımdır.

Bağırsaq keçməməzliyi - çox qorxulu xəstəlikdir. Bu xəstəlik zamanı hər hansı bir səbəb üzündən bağırsaq yolunda maneələr əmələ gəlir ki, bu da nəcisin keçməsinə imkan vermir. Diaqnozu dəqiqləşdirmək üçün bağırsaqların rentgen müayinəsi aparılır. Diaqnoz təsdiqləndiyi halda, bağırsaq keçiriciliyinin bərpa edilməsi məqsədi ilə uşaq təcili olaraq cərrahi əməliyyata götürülür.

saglamolun.az

Go Back

Vücudu ramazana öyrəşdirməyin 5 yolu

Ramazan ayı bu il də ilin ən uzun və isti günləri ilə üst-üstə düşür. İftar və sahur (imsaq) arası qısa olacağı üçün enerjili və tutumlu qidalara üstünlük vermək lazımdır.

Mədənin uzun müddət boş qalacağı isti yay günləri gəlməmiş vücudu Ramazana hazırlamaq vacibdir. Bunun üçün aşağıdakı 5 qayda çox faydalı olacaq.

Səhər yeməyini tez yeyin. Əgər səhər yeməyini günortaya yaxın yeyirsinizsə buna son qoyun. Səhər yeməyinizi saat 08:00-a qədər tezləşdirsəniz günortaya qədər vücudunuz daha aktiv və canlı olar.

Ara vaxtlardakı yeməkləri ləğv edin. Davamlı olaraq qida qəbul etmək mədənin dayanmadan fəaliyyət halında olması deməkdir. Bu vəziyyətə vərdiş edən mədə, gün ərzində aclıq olmasa belə həmişə aclıq hissi verə bilər. Ramazandan əvvəl bu vərdişlərdən uzaqlaşmaq, mədəni boş qalmağa öyrəşdirmək lazımdır.

Axşam yeməklərindən sonra yatana qədər heç nə yeməmək məsləhətdir. Vücudun həzm sistemi asanlaşarsa səhər daha faydalı qidalana bilərsiniz.

Şəkərli və yağlı qidalardan uzaq durun. Daha faydalı və sağlam qidalar qəbul edin ki, orqanizminizin müqaviməti güclü olsun.

Ramazana bir neçə gün qalmış isə günorta yeməyi yeməyin. Mədənizi və zehninizi aclığa öyrəşdirməyə çalışın.    

korpem.net

Go Back

Qulaqlarda küy - təhlükəli simptom

Bir çox insanlar qulaqlarda, başda küy eşidir. Bəziləri bu küyü yalnız sakitlikdə eşidir, digərlərini isə küy bütün gün ərzində narahat edir, daha sakit və ya daha güclü olur.

Bu xoşagəlməz simptom bəzi insanların iş qabiliyyətinə və həyatına xeyli mənfi təsir edir, bəzilərini isə bu heç narahat etmir.

Hal hazırda tibdə belə küyü adlandırmaq üçün xüsusi termin "tinnitus" istifadə olunur. Araşdırmalara görə, dünyada yaşayan insanların təxminən 5%-i xroniki tinnitusdan əziyyət çəkir.

Əvvəl küy daha zəif olur, vaxt keçdikcə artır, insan buna daha çox fikir verməli olur, onun diqqəti, yuxusu və istirahəti pozulur, müxtəlif qorxular, depressiya inkişaf edir.

Qulaqlarda xroniki küyün səbəbləri müxtəlifdir - adi yorğunluqdan, stresdən başlayaraq beyin şişlərinə kimi.

Qulaqlarda küy bu səbəblərə görə ola bilər:

- Baş və qulaq travmaları.

- Qulaqda iltihabi proseslər.

- Beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması. Bu çox təhlükəli simptomdur. Belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin

damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər. Bu səbəbdən əgər sizi daim nəbz kimi vuran küy narahat edirsə, mütləq həkimə müraciət edin.

- Vestibulyar apparatının fəaliyyətində pozulmalar.

- Boyun osteoxondrozu. Bu xəstəlik zamanı fəqərə arası disklərdə pozulmalar yaranır - disklər nazilir, dağılır. Nəticədə fəqərələr arasında keçən damarlar və sinirlər sıxılır. Damarlarınsıxılması isə beyin qan dövranının pozulmasına səbəb olur.

- Nevroz, stress, həddən artıq yorğunluq.

- Eşitmə apparatında yaşla bağlı olan dəyişikliklər.

- Beyin şişləri (xoş və bədxassəli).

- Nevroloji və psixiki pozulmalar.

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu

- Meningit (qulaqlarda küy bu xəstəliyin ilk simptomu ola bilər).

Beləliklə, əgər sizi qulaqlarda küy narahat edirsə, bu küy artır və s. mütləq həkimə müraciət edin. Hətta belə cüzi simptom bəzən çox ciddi xəstəliyin simptomu ola bilər.

 

Mənbə:saglamolun.az

Go Back

Uşaqlarda onurğa sütunu əyrilikləri - DİQQƏT

Müayinə zamanı uşağınızın onurğa sütununda hər hansı bir patoloji əyrilik aşkar edilərsə, onu tezliklə müalicə etmək məsləhət görülür. 

Onurğa sütununun əyriliyi müxtəlif səbəblər nəticəsində baş verə bilər. Erkən yaşlarda keçirilmiş raxit xəstəliyi onurğa sütunu əyriliklərinin ən çox təsadüf edilən səbəblərindən biri hesab edilir. Körpələrdə raxitin profilaktikası – düzgün (yaxşı olar ki, təbii) qidalanma, günəş vannaları, müalicəvi idman və masajdan ibarətdir. Raxit xəstəliyinin əsas əlamətləri – tərləmə (uşaqda əsasən baş hissə çox tərləyir), uşaqda olan narahatlıq hissi və s. Bu əlamətlər olduğu halda, müayinə və müalicə təyin edilməsi məqsədi ilə mütləq pediatra müraciət etmək lazımdır. Raxitin müalicəsi vaxtında başlanarsa, sümük və əzələlərdə struktur dəyişiklikləri baş verməyəcək. 

Kiçik yaşlı uşaqlarla onurğa sütununun sağa və sola əyilməsi bir çox digər hallarda da baş verə bilər. Məsələn, uşağı həmişə qucağınızda eyni tərəfdə gəzdirirsinizsə, uşaq hələ sərbəst oturmağı bacarmadığı zaman onu yasdıqlara söykədib otuzdurursunuzsa, uşağı erkən olaraq ayaq üstə dayandıraraq onu gəzdirməyə çalışırsınızsa, gəzinti zamanı hər dəfə onun eyni əlindən tutursunuzsa, yumşaq yataqda yatızdırırsınızsa və s. hallarda. 

Xüsusilə zəifləmiş (vaxtından qabaq doğulmuş, tez-tez və uzun müddət xəstələnən) uşaqlarda göstərilən hallarda onurğa sütunu daha asanlıqla əyilir. Təəssüf ki, müasir uşaqların əksəriyyəti, demək olar ki, iməkləmir, oturaq vəziyyətdən birbaşa addımlamağa keçirlər. Lakin məhz iməkləmə bel əzələlərini çox yaxşı möhkəmləndirərək iri yaşlarda onurğa sütununun əyilməsinə qarşı profilaktik tələbat hesab edilir. Buna ğörə də valideynlər hər vasitə ilə uşağı iməkləməyə meylləndirməlidirlər. 

Məktəb yaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Əksər hallarda onlar çiyinlərini sallayaraq, ayağını sağrısının altına qoyaraq çanağın bir tərəfini qaldıraraq, bəziləri əllərini stulun arxasına keçirərək, bədənini yana çevirərək və s. düzgün hesab edilməyən vəziyyətlərdə otururlar. Bütün bunlar qeyri-düzgün oturaq vəziyyətləri hesab edilərək onurğa sütununun əyriliyinə gətirib çıxara bilər. 

Uşağın qeyri-düzgün vəziyyətdə oturmasına səbəb, məsələn, xeyli meylli şəkildə sağa və ya sola qoyulmuş dəftər ola bilər. Ona görə də dəftərin düzgün istiqamətdə qoyulmasına da fikir verin. Yazı yazarkən qollar dirsəyə qədər stolun üstündə olmalıdır. 

Bəzən uşağın ev tapşırığı yazarkən stol arxasında düzgün oturmamasına səbəb mebelin onun boyuna uyğun gəlməməsi də ola bilər. Boyu 130-139 sm olan məktəbli üçün stolun hündürlüyü 62 sm, stulun hündürlüyü isə 38 sm olmalıdır. Məktəblinin boyu 140-149 sm olarsa, stolun hündürlüyü 68 sm, stulun hündürlüyü isə 41 sm olmalıdır. Əgər stol uşağa görə çox hündürdürsə, stulun üstünə qalın taxta parçası, ayaqlarının altına isə kiçik taburet qoyulmalıdır. 

Uşağın qolları dirsəyə qədər onun üzərində rahatlıqla yerləşə bilməsi üçün, stol kifayət qədər geniş olmalıdır. 

Yazı yazarkən otağın kifayət qədər işıqlı olmaması səbəbindən də uşaq dəftər üzərinə daha çox əyilə bilər. Uşağın rahatlığı üçün ona 40-50 vt gücündə lampası olan abajurlu stolüstü lampa (yaşıl rəngdə olması daha məsləhətdir) almaq daha yaxşı olar. İşığın soldan düşməsinə də şərait yaratmaq lazımdır. 

Əgər stol və stulun ölçülərinin uşağın boyuna uyğun olması və işıqlanmanın da normal şəkildə verilməsinə baxmayaraq, uşaq oxuyarkən və ya yazı yazarkən yenə də qabağa xeyli əyilirsə, onu mütləq göz həkiminə göstərin. Həkim uşaqda görmə qabiliyyətini müayinə edərək, yazı yazarkən və ya oxuyarkən qabağa əyilmənin səbəbinin yaxıngörmə – miopiya olub-olmamasını yoxlaya bilər. Görmə qabiliyyəti çatışmazlıqlarının vaxtında aradan qaldırılması gələcəkdə bel donqarı baş verməsinin qarşısını almış olar. 

Uşaq yazarkən və ya oxuyarkən onun stol arxasında düz oturmasına da nəzarət etmək lazımdır. Düzgün vəziyyətdə döş və qarın hissələr sıxılmamalı, ayaqlar düzbucaq altında bükülməli, pəncələr döşəməyə və ya kiçik taburetə, uşağın düz vəziyyətdə saxlanmış bədəni isə stulun söykənəcəyinə dayadılmalıdır. Stul da stola yaxın olmalıdır. 

Uşağın onurğa sütunu və döş qəfəsi formalarının dəyışılməməsi, deformasiya olunmaması üçün onun ayaq üstə olarkən də düzgün duruşuna diqqət yetirmək lazımdır. Bəzi uşaqlar bir ayağını kənara çəkib dizini qatlayaraq o biri ayağının üzərində durur, bəziləri isə qarnını irəli verməklə onurğasını əyir. Qızlar isə bir çox hallarda çiyinlərini qabağa verib bədənlərini önə doğru əyirlər. 

Uşağın düzgün fiziki inkişafı – onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir. 

Su da möcüzələr etməyə qadirdir. Üzgüçülüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri də aradan qaldırır. 

Ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan uşaqların valideynləri onları həddən artıq dərəcədə qoruyaraq, qaçmağı, tullanmağı, idmanla məşğul olmağı da onlara qadağan edirlər. Lakin bu, uşağın ümumi fiziki inkişafına və o cümlədən, onurğanın vəziyyətinə də mənfi təsir göstərir. Bu məqsədlə xəstə uşağın valideynləri ona hansı idman hərəkətləri etməyin xeyirli ola biləcəyi barədə həkimdən məsləhət almalıdırlar. 

Uşaqda normal qamətdən kiçik kənaraçıxmalar olarsa, başlanğıcda onları sadə fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar. Bu haqda təcrübəli həkim-ortopedlər və ya masajistlər sizə dəyərli məsləhətlər verə bilər. Müalicəvi masaj, həmçinin uşağın onurğa sütununun düzgün formada qalmasına köməklik edən xüsusi korsetlərin geyilməsi də yaxşı effekt verir. 

Bədən tərbiyəsindən başqa, məktəb yaşlı uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaratmaq lazımdır. Əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Şifahi və yazı tapşırıqlarını növbələşdimək lazımdır. Məktəb məşğələləri ilə ev tapşırıqlarının yerinə yetirilməsi arasında da kifayət qədər vaxt keçməlidir. Belə ki, birinci növbə oxuyan uşaqlar məktəbdən qayıtdıqdan sonra nahar etməli, 2-2,5 saat təmiz havada gəzməli, oynamalı və yalnız bundan sonra ev tapşırıqlarını yerinə yetirməyə başlamalıdır. Yerinə yetirilən tapşırıqlar arasında uşağa müəyyən fasilələr vermək də xeyirli hesab edilir. Məsələn, dərsin hər hansı bir hissəsini yerinə yetirdikdən sonra, uşaq bir qədər oynamalı sonra yenə də hazırlığını davam etdirməlidir. 

Uşağın yatağı da rahat olmalıdır. Bu zaman yataq çox yumşaq deyil, bir qədər bərk olmalıdır. Bu baxımdan müasir ortopedik döşəklərə üstünlük verilir. Uşağın yastığı həddən artıq hündür və yumşaq olmamalıdır. Onun yastığının nazik və düzbucaq şəklində olması daha məsləhətlidir. 

korpem.net

Go Back

Ana bətnində əkizlərdən biri digərini necə yeyir

Son günlər dünya mətbuatında ana bətnindəki əkizlərdən birinin digərini yeməsi haqqında xəbərlər dolaşır. Bunun bir əfsanə və ya gerçək olması isə hələlik məlum deyil. Türkiyəli qadın xəstəlikləri və doğuş mütəxəssisi Can Şener bu hadisəni maraqlı faktlarla izah edib. 

Türkiyəli uzmanın əkizlərin birinin digərini yeyə bilməsi halına aydınlıq gətirib.

Sirr deyil ki, hamiləlik müqəddəs, lakin bir o qədər də çətin prosesdir. Hamiləliyin və doğuşun nə qədər çətin bir imtahan olduğunu xüsusilə əkiz körpə gözləyən qadınlar daha çox bilir. Bəzənsə ətrafdan alınan səhv məlumatlar bu prosesi daha da çətin bir hala gətirir: "İstər eyni, istər fərqli cinsdən olan iki körpəyə eyni anda sahib olmaq çox gözəl görünsə də, hamiləlik müddəti, doğuş, doğuşdan sonra eyni anda iki körpəyə baxmaq və böyütmək fiziki, sosial, iqtisadi problemlər yaradır. Əslində insan bədəni üçün təkamül quruluşuna görə bir geriləmə kimi qəbul edilən əkiz hamiləlik çox zaman ağır və faciəli fəsadlara səbəb olur. Bu cür fəsadlardan biri də xalq arasında səhv adlandırılan "əkizini yeyən körpə" əfsanəsidir. Əlbəttə ki, həqiqi mənada belə bir şey mümkün deyil".

C. Şener sadəcə olaraq bu əfsanənin ortaya çıxmasına səbəb ola biləcək bəzi fəsadların olduğunu deyir. Uzman həmin fəsadları bu ardıcıllıqla sadalayıb:

1. Bəzən hamiləliyin erkən dövründə dölün biri ölür, ya qanama nəticəsində itir, ya da bədən tərəfindən əmilir. UZİ əkiz hamiləlik diaqnozu qoyduqdan qısa bir müddət sonra ikinci körpə ortadan qalxır, yəni sanki itir.

2. Xüsusilə tək yumurta əkizlərində birinin digər əkizə qanla transferi reallaşır. Ana bətnindəki əkizlərdən biri digərinin qan qaynağının əhəmiyyətli bir qismini özü üçün istifadə edir, özü təhlükəli böyümə və ürək çatmazlığı riskini aradan qaldırır, lakin qardaşının (bacı) qidalanması və çox vaxt ana bətnində ölümünə səbəb olur.

3. Çox vaxt 20 yaşlarında gənc qızlarda yaranan yumurtalıq şişi olan kistik teratomlar da bədəndə olan uşağa bitişik olur və onun əkizi kimi görünür. İnsanı yaradan bütün hüceyrə təbəqələrindən təsadüfi toplanmış bir hüceyrə yığını olan bu şişlərin tərkibində çox vaxt saç və diş strukturlarına belə rast gəlinir.

Türkiyənin digər qadın xəstəlikləri və doğuş mütəxəssisi Suat Süphan Erşahin də əkizlərdən birinin digərini yeməsinin reallığa uyğun olmayan bir hal olduğunu deyir. Lakin o, "twin- twin" deyilən bir sindromun olduğunu da vurğulayır: "Bu sindromda bir körpənin qanı digər körpəyə keçir. Bir körpə həddindən artıq inkişaf etdiyi halda, digər körpədə zəiflik baş verir, körpə qidalanmır və ölümlə nəticələnir. Bu, yalnız tək plasenta və tək amniyon kisəsi olan hamiləliklərdə ola bilən haldır".

qadin.az

Go Back

Bədənimizdəki xalların gizli tərəfləri - MELANOMA XƏSTƏLİYİ

Melanoma ən təhlükəli xərçəng növündən biri sayılır. Xəstəlik tez inkişaf edir və metastazlar verir.

Bəzən bu xəstəliyin səbəbi insanın bədənində uzun illər ərzində olan “zərərsiz” xal olur. Təbii ki, bütün xallar xərçəngə çevrilmir. Lakin insanın bədənində çoxlu sayda xallar (və xüsisilə iri “həcmli” xallar) olduqda insan çox diqqətli olmalıdır və xalın xərçəngə çevrilməsinin simptomlarını bilməlidir.

Bu simptomların arasında:

– xalın asimmetrik olması. Bunun üçün xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın  “hissələrinə” diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.

– xalın kənarları nahamar – dalğavari və ya “dişli” şəkil aldıqda.

– xalın rəngi normada dəyişilməməlidir. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara), bu təhlükəli simptom sayılır.

– xalın ölçüləri böyük olduqda (6 mm və daha artıq) bu onun melanomaya çevrilməsi riskini artırır. Xal birdən böyüməyə başladıqda bu xərçəngin simptomu ola bilər.

– xalın üzərində çatlar, qabıqlar əmələ gəldiqdə, xal qanamağa, qabıq verməyə başladıqda, xalın teksturası dəyişildikdə, bu narahatçılıq üçün ciddi səbəb yaradır.

Əgər Siz özünüzdə sadalanan simptomlardan heç olmasa birini aşkar etmisinizsə, mütləq dermatoloqa müraciət edin. Lazım olduqda dermatoloq Sizi onkoloqun müayinəsinə göndərə bilər. Melanoma diaqnozu təsdiq olunduqda, dərhal müalicəyə başlamaq lazımdır. İlkin mərhələdə bu xəstəlik tam müalicə oluna bilər.

Melanomanın risk faktorları aşağıdakılardır:

– gün vannalarından süi-istifadəsi (xüsusilə günün maksimal aktivlik vaxtlarında – 12.00-dan -16.00-a kimi).

– xalın travması (qopma, zədələnmə).

– xalın paltarların detalları ilə (kəmər, yaxalıq, büsthalter) daim sürtülməsi və ya sıxılması.

– orqanizmdə gedən hormonal dəyişikliklər (hamiləlik zamanı və s.).

Bir qrup insanlarda xalın melanomaya çevrilməsi riski digər insanlarla müqayisədə daha yüksək olur. Bu dərisi və saçları açıq rəngdə olan, bədənində çoxlu iri (6 mm-dən böyük) xallar olan, yaxın qohumları arasında melanoma xəstəliyi olan insanlara aiddir.

Bəzi hallarda (xal çox iri olduqda, “pis” yerdə yerləşdikdə və s.) insana xalın xaric olunması məsləhət görülür. Bu melanomanın inkişaf etmə riskini azaldır. Lakin bu əməliyyatı mütləq həkim (kosmetoloq yox!) etməlidir və xaric olunmuş xalın hüceyrələri mütləq histoloji analiz olunmalıdır.

xanim.net

Go Back

EHTİYATLI OLUN: allergiya uşağı öldürə də bilər

 

Yaz mövsümü gələr-gəlməz bir çox xəstəliklər də təbiətlə birlikdə oyanır sanki. Bunlardan biri də allergiyadır. Mövsüm keçidləri, tozlanma, hava dəyişikliyi və s. kimi hallar allergiya problemini qıcıqlandıran faktorlar sırasındadır. Çox zamansa allergiya qriplə dəyişik salınır. Hər ikisində asqırma halı müşahidə olunduğu üçün bunları bir-birindən fərqləndirmək asan olmur.

 

Bununla bağlı Aile.lent.az-a danışan pediatr Vaqif Qarayev qriplə allergiyanın bir-birinə aidiyyatı olmadığını vurğulayır: “Tibbi dildə allergik rinit deyilən bir hal var. Allergik rinit həm ayrıca xəstəlik şəklində ola bilər, həm müxtəlif allergik reaksiyaların nəticəsi kimi burun tutulması, asqırma müşahidə edilə bilər. Allergiya zamanı hər hansı allergik faktor burnun selikli qişasına təsir edir və burun tutulur. Daim burnu tutulan, hər zaman əllərində salfet olan insanlara tez-tez rast gəlirik. Son vaxtlarsa allergik problemlər uşaqlar arasında həddən artıq çoxalıb. Buna səbəb iki faktordur: ekoloji və qida faktoru. Dəfələrlə deyirəm ki, mağazalardan uşaqlara heç nə alıb verməyin. Bunların həm allergik təsiri var, həm də son vaxtlar aktual olan daha bir problem, mədə-bağırsaq sistemində pozuntulara gətirib çıxarır”.

 

Allergiyanın daha bir əlaməti səpkilərdir. Uşağın bədəninin müxtəlif yerlərinin qəfil səpdiyini deyən valideynlər bunun səbəbini də aydınlaşdıra bilmirlər. Bədənin məhdudlaşdırılmış sahəsində iri köpükcüklər qaşıntılarla müşahidə olunur və bəzən heç nədən keçib gedir. Məsələn, uşağın qarın (bel, üz və s.) hissəsi axşam səpir, səhər isə bu səpkidən əsər-aləmət qalmır. Pediatr bildirir ki, bu, səpkinin allergiyaya oxşamasına işarədir: “Bu səpkinin mahiyyətini, səbəbini, adını yalnız həkim deyə bilər. Analar bunu heç vaxt təyin edə bilməz. Xüsusən körpə uşaqlarda səpki yaranırsa, mütləq həkimə müraciət olunmalıdır. Çünki allergiya hallarında səbəb bilinmirsə, ona kömək etmək çətindir. Çox zaman allergiya əleyhinə dərmanlar yazılır, bir az kömək edir. Amma o səbəb aradan götürülməyibsə, allergiya halı tez-gec təkrarlanacaq. Tutaq ki, uşaq naringidən səpib, dərmanın köməyi ilə səpki solacaq. Lakin hər dəfə naringi yediyi halda səpki heç vaxt tamamilə keçib getməyəcək”.

 

 

Bir çox hallarda isə allergiyanın yaranması üçün heç bir səbəb olmur. V. Qarayev bu halda problemin səbəbinin daxili orqanlarla bağlı olduğunu deyir. Çünki mədə-bağırsaq sistemi, həzm prosesinin müxtəlif səbəblərdən pozulması nəticəsində allergiya baş qaldırır: “Ona görə də mağazalarda satılan çipsilər, şirələr, paketləşdirilmiş müxtəlif qidalar, şirniyyatlar, kulinariya məhsulları əksər hallarda allergiya yaradır. Mədə-bağırsaq, həzm sisteminin pozulmasının ikinci səbəbi qurdlardır. Səbəbləri dəqiq aydınlaşdırmaq üçün isə mütləq həkimə müraciət olunmalıdır. Əgər sorğu-sualla səbəb məlum olmursa, analiz və müayinələr edilir”.

 

 

Həkim asqırmanın da allergiya əlaməti olduğunu qeyd edir. Bu isə özü ayrı bir xəstəlikdir. Daha çox da yaz aylarında iyə qarşı həssas olan insanlar asqırmağa başlayırlar. Burada sadəcə hər hansı bir iy allergik faktor olaraq həmin insana təsir edir: “Allergiya həm çox sadə, həm də mürəkkəb problemdir. Səbəbi məlum olanda ona qarşı mübarizə aparmaq asandır. Burada fərdilik məqamına da diqqət etmək lazımdır. Məsələn, 5 uşaqda yumurtadan allergiya var, eyni dərmanla müdaxilə edilir, 4-ə təsir edir, 1-ə yox. Ümumiyyətlə, analar övladlarına özbaşına və ya aptekdəki satıcıların məsləhəti ilə dərman verməməlidirlər. Çünki hətta elə allergik xəstələr var ki, onlara allergiya əleyhinə olan dərmanlar belə, allergiya verir. Xüsusən də indiki mənbəyi, mənşəyi məlum olmayan dərmanlara güvənmək olmaz. Ona görə kor-koranə müalicədən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir”.

 

Allergiyanın əlamətləri sırasında qızdırma, qusma, ishal da ola bilər. Hətta valideynlər allergiyanın bu əlamətlərini zəhərlənmə ilə qarışıq salırlar. Əgər valideyn diqqətsiz yanaşarsa, allergiya ölümə də səbəb ola bilər: “Qızdırma halında həkimə çatdıranadək yüngül qızdırmasalan dərmanla uşağı kritik vəziyyətdən çıxarmaq olar. Bundan əlavə, sadə insanlar arasında allergiya zəhərlənmənin sinonimi kimi qəbul edilir. Lakin bu hallarda zəhərlənmədən söhbət gedə bilməz, çünki dəqiq olaraq allergiyadır. Ona görə mütləq həkimlə əlaqə saxlamaq lazımdır. Çox qəribədir ki, insanlar allergiyadan o qədər qorxmurlar, nəinki zəhərlənmədən. Amma unutmaq olmaz ki, allergiyanın çox ciddi fəsadları var. Xüsusən boğulma, bronxlarda tutulma zamanı vaxtında müdaxilə etməsək, uşaq hətta həyatını itirə bilər. Bəzən allergik reaksiya anafilaktik şokla nəticələnir. Çox təhlükəli haldir. İldırımvari formasında bir neçə saniyə ərzində xəstəni itirə bilərik”.

 

 

Allergiyanın qarşısını almaq mümkündür

 

Həkim bildirir ki, dünya səhiyyəsi səviyyəsində allergiya tamamilə keçib gedən xəstəlik deyil. Sadəcə olaraq allergiyanı yaradan faktor bəlli olduqda müalicəsi mümkündür. Xüsusən də uşaqların müalicə edilməsi daha asandır: “Əgər məlum olsa ki, uşaqda bal və ya yumurtadan allergiya olur, qida menyusundan onları çıxarırıq və allergiyanın qarşısı alınır. Ümumiyyətlə, tibdə belə bir fakt var ki, rəngi sarı olan qidalar, məsələn sarı alma, banan, qoz, fındıq, limon, naringi, portağal, yumurta, bal allergik rəng hesab olunur. Amma bu o demək deyil ki, bir uşaqda yumurtadan allergiya varsa, o birində də mütləq olacaq. Bu, fərdi xarakter daşıyır. Mədə-bağırsaq sistemində problem varsa, problemi həll etdikdə allergiya keçir. Yaz-payız aylarında allergiya halları daha çox baş qaldırdığı üçün bu dönəmdə profilaktik müalicələr alınmalıdır. Bu da allergiyanın qarşısını alır. Uzun müddət əvvəlki allergik əlamətlər müşahidə olunmursa, biz qərar verə bilərik ki, artıq allergiya keçib”.

 

aile.lent.az

Go Back

Tez-tez gözünüz qaralır? - Təhlükəli simptom

 

Bir çox insanlar gözlərin ani qaralmasından şikayət edir. Bu simptom adətən insan uzun müddət ərzində ayaq üstə qaldıqda, qorxduqda, sürətlə ayağa qalxdıqda baş verə bilər.

Əgər bu hal tez-tez təkrarlanırsa, diqqətli olun. Bu, müxtəlif xəstəliklərin simptomu ola bilər.

 

Gözlərin qaralmasının səbəbləri arasında:

- Beyin qan dövranının pozulması. Beyin qan dövranının pozulması çox təhlükəlidir ki, bunun nəticəsində xəstədə insult inkişaf edə bilər.

Beyinin qanla və oksigenlə normal təchiz olunması onun normal fəaliyyəti üçün çox önəmlidir. Əgər oksigen və qidalı maddələr beyinə kifayət miqdarda daxil olmazsa, insanda gözlərin qaralması, ani zəiflik, baş gicəllənməsi, bayılma və s. kimi simptomlar inkişaf edir.

- Arterial təzyiqin müxtəlif səbəblərə görə (yorğunluq, aclıq və s.) kəskin düşməsi.

- Bradikardiya (ürək döyünməsinin ləngiməsi) və digər aritmiyalar.

- Dəmir defisitli anemiya (qanazlığı).

- Ağır fiziki yorğunluq.

- Psixi-emosional gərginlik.

- Vegetativ-damar distoniya.

- Bəzi göz xəstəlikləri.

(saglamolun.az)

Go Back

Gecə yemək sindromu

Gecə yemək sindromu qidalanma davranışı pozuntusudur. Bunu deyən türkiyəli qidalanma və pəhriz mütəxəssisi Özge Yüksel gec saatlarda yemək sindromunun qarşısını almaqdan danışıb. 

Mütəxəssis ilk növbədə onu bildirir ki, gecə yemək vərdişi yuxunun pozulmasına səbəb olur. Bu zamansa enerji qəbuluna ehtiyac yaradır: “Gündəlik kalorinin ən az 50-nin son axşam yeməyindən sonra atışdırmalarla qəbul edilməsi, yeyilən qidalarınsa şəkər və nişasta kimi karbohidrat tərkibli olması artıq bir xəstəliyə işarədir. Oyandıqdan sonra ilk yeməyin bir neçə saat gecikdirilməsi və gecə yeyilənlər səbəbindən narahatlıqlar ortaya çıxır. Bu insanlar səhər oyandıqları zaman özlərini yaxşı hiss edirlər, lakin gün irəlilədikcə ruhi vəziyyəti pisliyə doğru dəyişir. Bunun səbəbi serum melatonin səviyyəsinin aşağı düşməsi, leptin hormonunun azalması və kartizol səviyyəsinin yüksək olmasıdır. Eyni zamanda bunun əsl səbəbi yaşanan böyük stressdir”.

Gecə yemək sindromunun müalicəsi

Stress bir çox xəstəliyin qaynağı olmaqla bərabər, yuxu nizamsızlığına və oyanan zaman dərhal yemə istəyinə səbəb ola bilər. Ö. Yükselin sözlərinə görə, günü kafi və doğru qidalanmaqla keçirmək axşam qidalanma və yuxu keyfiyyətinə müsbət təsir edir. Bununla da gecə yemək vərdişinizə son qoymuş olarsınız: “Səhər oyandığınız zaman əl-üzünüzü yuduqdan sonra səhər yeməyi yeməsəniz, bədəniniz oyanmayacaq və günə adaptasiya olmaqda çətinlik çəkəcək. Lakin yaxşı bir səhər yeməyi özünüzü daha enerjili, daha sağlam hiss etməyinizə səbəb olacaq”.

Nahar yeməyi də çox əhəmiyyətlidir, sizi axşama hazırlayar. Nahar yeməyini gecikdirdiyinizdə axşama qədər çox acar və axşam yeməyində həddindən artıq yeməyə meyllənərsiniz. Halbuki doydurucu bir nahar yeməyi və ara yeməyində meyvələrlə qidalanmaq aclığınızı azaldar. Bunun sayəsində yeməklərlə mübarizə aparmaq məcburiyyətində qalmazsınız. Axşama doğru kafeinli içki qəbulunu məhdudlaşdırmaq da gecə yuxunuza müsbət təsir edəcək: “Bir çox insan gecə yata bilmək üçün spirtli içki qəbul edir. Lakin spirt qəbulu gecə yarısı oyanmağınızı səbəb olur. Bu zamansa yenə içki və yeməyə meyliniz arta bilər. Gecə yemə sindromu yaşayırsınızsa, psixiatr, psixoloq və dietoloq köməyinə müraciət edin. Buna səbəb olan stressi aradan qaldırmağa çalışın və düzgün qidalanma vərdişləri yaradın”.

Həkim onu da əlavə etdi ki, insan mübarizəni ilk növbədə özü ilə aparmalıdır. Birincisi,  iştahanı artıran atışdırmaları gözünüzdən qıraqda saxlayın, yatmadan əvvəl ilıq duş qəbul edin, sonra bitki çayı için. Yuxunuz gəlməsə belə, hər gün eyni saatda yatmağa cəhd edin.

aile.lent.az

Go Back

Gecə qıcolmaları- SƏBƏBLƏR

Gecə qıcolmaları çox yayılmış simptomdur.

Qıcolmalar çox ağrılı ola bilər, insanın yuxusunu poza bilər. Həkimlər tez-tez belə şikayətlər eşidir. Bəzən bu simptom orqanizmdə olan hər hansı pozulmanın əlaməti ola bilər. Əgər belə qıcolmalar sizi uzun müddət ərzində narahat edirsə, mütləq həkimə müraciət edin.

Gecə saatlarında qıcolmalar əsasən ayaqlarda olur. Qıcolma əvvəl baldırlarda başlayır və sonra bütün ayağı boyu yayılır.

Əgər insan gün ərzində əllərlə çox işləyirsə (yazır, kompüterdə işləyir, paltar tikir və s.), bu zaman gecə saatlarında qıcolmalar əllərdə ola bilər.

Ayaqlarda qıcolmaların səbəbləri arasında:

- Əzələ yorğunluğu (müxtəlif səbəblərə görə)

- Yastıpəncəlik

- Gün ərzində çox oturmaq və ya çox ayaq üstə qalmaqla bağlı olan iş fəaliyyəti (satıcılar, müəllimlər, cərrahlar və s.).

Əzələlərin normal fəaliyyəti üçün bəzi minerallar (kalium, kalsium, maqnezium və natrium) lazımdır. Orqanizmdə bu maddələr mübadiləsinin pozulması qıcolmalara səbəb olur. Belə pozulmalar şəkərli diabet zamanı mümkündür. Şəkərli diabet zamanı sidik ifrazı kəskin artır ki, nəticədə minerallar orqanizmdən yuyulur. Bu isə qıcolmalara səbəb olur.

Qalxanvari vəzi fəaliyyəti pozulmaları zamanı da maddələr mübadiləsində ciddi pozulmalar yaranır ki, xəstədə gecə saatlarında qıcolmalar olur.

Natamam qidalanma, balanslaşdırmamış pəhrizlər, aclıq orqanizmdə müxtəlif maddələrin defisitini yaradır. Bu isə qıcolmalara gətirib çıxarda bilər.

Ayaqlarda sinirlərin zədələnməsi qıcolmalara səbəb ola bilər.

Varikoz xəstəliyi gecə qıcolmaların əsas səbəblərindən biridir.

Bəzi dərman preparatların qəbulu da gecə qıcolmalara səbəb ola bilər. Məsələn, arterial təzyiqini salan preparatların əksər hissəsi sidikqovucu təsirə malikdir. Sidiklə birlikdə orqanizm kaliumu da itirir ki, nəticədə bu qıcolmalara səbəb ola bilər.

Hamiləlik zamanı da qadınlar tez-tez gecə qıcolmalardan əziyyət çəkir. Məsələ burasındadır ki, hamiləlik zamanı dölün skeletinin formalaşması üçün ananın orqanizmində kalsium götürülür. Bu isə ana orqanizmində kalsiumun azalmasına və nəticədə qıcolmalara səbəb olur. Bu səbəbdən qadın hamiləlik zamanı kalsiumla zəngin olan məhsulları daha çox qəbul etməlidir.

 

Go Back

20 nəticə göstərilir