Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Sağlamlıq"

Dalaq sirli orqandır

Dalaq insan orqanizmində olan ən sirrli orqanlardan biridin.

Bu vaxtacan dalağın orqanizmdə olan funksiyaları sona kimi araşdırılmayıb. Dalaq qarın boşluğunun sol tərəfində, 9-11-ci qabırğalar səviyyəsində yerləşir.

Normada böyüklərdə dalağın uzunluğu — 11-12, eni — 6-8 sm, çəkisi — 200-300 qr olur. İnsan yaşlaşdıqca dalağın ölçüləri kiçilir. Müxtəlif xəstəliklər və pozulmalar nəticəsində dalağın ölçüləri böyüyə bilər.

Qara ciyərdə olduğu kimi, dalağın da ağrı reseptorları yoxdur. Məhz bu səbəbdən dalaqda olan pozulmalar bir çox hallarda təsadüfən USM zamanı təyin edilir. Müxtəlif səbəblərə görə (bəzi infeksion xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər və s.) dalaq böyüyə bilər (buna «splenomeqaliya» deyilir). Böyümüş dalaq öz kapsulunu dartmağa başlayır ki, bunun nəticəsində bu nahiyyədə ağrılar əmələ gəlir. (Kapsulun ağrı reseptorları var.)

Əvvəllər dalağı endokrin, hətta həzm sistemlərinə aid edirdilər. Hal hazırda belə hesab olunur ki, dalaq immun sisteminin orqanıdır. Dalaqda bəzi immun sisteminin hüceyrələri, immunoqlobulinlər (xüsusi immun sisteminin zülalları) hazırlanır.

Dalaq orqanizmdə filtr funksiyanı yerinə yetirir. Dalaq çox güclü filtrdir. Dalaqdan keçən qan əsaslı şəkildə viruslar, bakteriyalar, infeksiyalardan təmizlənir. Bundan əlavə dalaq orqanizmin mutasiyaya uğramış hüceyrələri də tutmaq və zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bu isə orqanizmi onkoloji xəstəliklərin inkişafından qoruyur. Nəzərinizə çatdıraq ki, hər gün insan orqanizmində çoxlu miqdarda belə mutant-hüceyrələr yaranır ki, bu hüceyrələr məhv olunmazsa, insanda xərçəng xəstəliyi inkişaf edə bilər. Məhz bu səbəbdən immun sisteminin zəifləməsi xərçəng xəstəliklərinin əsas risk faktoru sayılır.

Keçmiş əsrin əvvəlinə kimi belə hesab olunurdu ki, dalaq (kör bağırsaq kimi) artıq orqandır və onun xaric olunması orqanizmə heç bir mənfi təsir etmir. Bu səbəbdən  dalaq yerli-yersiz xaric olunurdu. Daha sonra məlum oldu ki, dalağın xaric olunması (tibbdə — «splenektomiya») insanın immun sisteminin zəiflənməsinə səbəb olur.

Bundan əlavə dalaq qanda köhnə, xəstə, «keyfiyyətsiz» eritrositləri (qırmızı qan hüceyrələri) tutur və onları məhv edir.

Eritrositlərdən başqa dalaq köhnə leykositlərin və trombositlərin məhv olunmasında da  iştirak edir.

Dalaq orqanizmdə trombositlərin deposudur. Bu qan hüceyrələri qanın laxtalanmasını və qanaxmanın dayandırılmasını təmin edir. Dalaq trombositlərin müəyyən hissəsini (30-50%-ə kimi) özündə saxlayır və lazım olduqda onları qana buraxır. Məhz bu səbəbdən dalağın müxtəlif səbəblərə görə (dalağın yırtılması, bəzi xəstəlikləri və s.) xaric olunması (tibbdə — «splenektomiya»)  qanda trombositlərin artmasına (trombositoza) səbəb olur. Trombositoz isə damarlarda trombların (qan laxtası) əmələ gəlməsinin riskini artırır. Damarlarda trombların əmələ gəlməsi isə öz növbəsində infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.

Dalaq həmçinin dəmirin, zülalların mübadiləsində iştirak edir.

saglamolun.az

Go Back

Buzun bilmədiyiniz faydaları

Soyuducumuzun buzxanasında saxladığımız buzun bizə bir çox faydları ola bilər. Buzun bir çox fərqli istifadəsi var ki, bunu bir çoxlarımız bilmirik. Budur buzun heç ağlımıza belə gəlməyən faydalı xüsusiyyətləri: 

1) Plovu isitməyə kömək edir. Plovunuzu mikrodalğalı sobada və ya ocaqda isitdiyiniz zaman plovun içindəki nişasta sərtləşir və quruyur. Plovunuzun yaxşı isinməsi üçün plovu isitməzdən əvvəl ortasına bir ədəd buz yerləşdirin və plastik bir şeylə üstünü bağlayın, sonra həmin plastikin üzərində bir neçə ədəd kiçik dəlik açın.

2) Şorbanın yağını alır. İlıq şorbanın içərisinə bir neçə ədəd buz ataraq artıq yağlardan xilas ola bilərik. Buzları çömçə köməyiylə şorbanın içinə atdıqda artıq yağ buzun ətrafına yığılır.

3) Yerə yapışan saqqızı çıxarır. Masanıza və ya xalçanıza yapışan saqqızları asanca çıxarmaq üçün bir ədəd buz kifayətdir. Bunun üçün buzu saqqızın olduğu bölgəyə qoyun və bir müddət sonra saqqızı qopardın.

4) Xalçadakı çöküntüləri aradan qaldırır. Hər hansı bir mebeli xalçanın üzərinə qoyduğunuz zaman xalçanın həmin yerində çökmə meydana gəlir. Mebelin yerini dəyişdirdiyiniz zaman bu çökmələr ortaya çıxır. Bunlardan xilas olmaq üçün bir ədəd buzu çöküntünün üzərinə qoyub əriməsini gözləyin. Daha sonra o hissəsi fırçalayın. Bu zaman xalça islanacaq, yumuşalacaq və çöküntü ortadan qalxacaq.

5) Qırışlardan xilas edir. Paltarlarınız çox qırışacaq deyə yumaqdan qorxmayın. Bir neçə ədəd buzu paltar quruducusunun içinə atın. Bu zaman köynəklərinizin və şalvarlarınızın üzərindəki qırışlar yox olacaq. Cins və ya qalın geyimlər üzərində sınamayın.

6) Bitkiləri sulamaq üçün faydalıdır. Sular kəsildiyi zaman dibçəyin dibinə bir neçə ədəd buz atın, ancaq köklərinə təmas etməməsinə diqqət edin. Buzlar torpağın başdan aşağıya nəmlənməsini kömək edəcəkdir.

7) Dərmanların dadını hiss etməməyə kömək edər. Bu metod yalnız uşaqlar üçün deyil. Dərmanların dadını sevməyən hər kəs bunu tətbiq edə bilər. Dərmanı içməzdən əvvəl dilinizin üzərinə bir ədəd buz qoyun. Bir neçə saniyədən sonra diliniz azacıq donacaq və hissiyatı zəifləyəcək. 

zaman.az

Go Back

Bu qidanı imsak süfrənizdən əskik etməyin

Oruc tutarkən çətinlik çəkməmək üçün imsak vaxtı tox tutan qidalar yemək lazımdır. Məhz bu lazımlı qidalardan biri də yumurta hesab edilir. Dietoloqlar Ramazan ayında yeyilə biləcək ən mühüm faydalı qidalardan birinin yumurta olduğunu deyir. Çünki protein qaynağı olan yumurta adamı daha çox tox saxlayır. Odur ki, imsakda 1 yumurta yeməniz mütləqdir. 

Ramazan ayında az yediyimizdən bədənimizin bəzi qidalara olan ehtiyacını ödəmək çətinləşir. Ancaq imsakda yeyilən 1 ədəd yumurta bu ehtiyaclarımızın bəzilərini qarşılamış olur. Yumurta A, D, E vitaminləri, tiamin, niacin, riboflavin, dəmir, sink, fol turşusu, fosforla zəngindir.
Ancaq yumurta yeyərkən də bəzi qaydalara əməl etməlisiniz. Sosiska, kolbasa kimi duz nisbəti yüksək qidalarla bişirilən yumurta susuzluğu daha çox artırar. Yağda bişirilmiş yumurtanı da yeməyin. Qaynamış, mümkünsə yarı çiy halda yeyin.
 
İmsak süfrəniz üçün bəzi nümunələr təqdim edirik:
 
2 dilim ağ pendir
1 ədəd qaynamış yumurta
3-4 ədəd quru ərik
3-4 dilim buğda çörəyi
Xiyar + pomidor
 
Axşam yatmadan əvvəl isə 1 stəkan yağlı qatıq, 1 ədəd ortaboy banan yeyə bilərsiz.

lent.az

Go Back

Gözəl dişlər üçün

İnsanın sağlam həyat tərzində gigiyena xüsusi əhəmiyyətə malikdir. Ağız-diş təmizliyi, əl-dırnaq təmizliyini həyata keçirən vasitələr şəxsi olmalı və digər insanların bundan istifadəsinə icazə verilməməlidr. Diş fırçaları da belə vasitələr qrupuna daxildir və seçilərkən orqanizmin xüsusiyyətlərinə uyğun qaydada seçilməlidir.

Mütəxəssislər bildirirlər ki, diş fırçaların istifadə müddəti 3 aydır. Yəni hansı firma olur-olsun, ağız və diş sağlamlığı üçün diş fırçası 3 aydan artıq istifadə edilməməlidir.

Ümumiyyətlə, ağız təmizliyi üçün insanlar hər zaman axtarışda olublar. Hələ lap qədim dövrlərdə dişləri təmizləmək üçün budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanı və s. bu kimi təbii vasitələrdən istifadə edilib. İlk diş fırçası isə e.ə 3000-ci ildə qədim Misirdə qələm boyda ağac budaqlarının istifadəsi ilə tətbiq edilib. İslam dünyasında isə Salvador misvak ağacının budaqları ilk dəfə diş təmizləmək üçün istifadə olunub. Hazırda istifadə edilən diş fırçalarını xatırladan diş fırçası isə 1498-ci ildə Çində hazırlanıb. İlk diş fırçası patentini 1857-ci ildə Amerikada Vadsvorth alıb.

Stomatoloqlar bildirir ki, diş fırçaları sərtliyinə görə yumşaq, orta sərtlik və sərt olmaqla üç hissəyə bölünür. 

Sərt formalı fırçaları əsasən sağlam dişlərə və damağa sahib, eyni zamanda qoyma dişləri olan insanlar istifadə edə bilərlər. Bu formalı fırçalar damaqları maksimum masaj etdiyi halda, digər tərəfdən diş minasının aşınmasına və damaqların zədələnməsinə də səbəb olur. Buna görə də sərt fırçalardan ancaq qoyma dişləri olanlar istifadə edə bilərlər.

Ağzında qoyma dişi olmayanlar isə bir qədər yumşaq və elastik fırçalardan istifadə etməlidirlər. 

Orta sərtlikli fırçaların istifadəsi diş və damağı normal olan əksər insanlar üçün uyğundur.

Yumşaq formalı diş fırçaları isə əsasən dişlərində yüksək qanaxma problemi olan şəxslər və uşaqlar üçün tövsiyə olunur. Fırçanın saçağı zədə, qaşınma, qanaxmanın qarşısını almaq üçün lazımi qaydada istehsal edilməli, tutacağı ələ yatımlı olmalıdır.

Məlumata görə hazırda elektrik diş fırçaları da istehsal edilir ki, onlardan 1-2 həftədən artıq istifadə etmək olmaz. 

Ümumiyyətlə, dişləri gündə 3 dəfə yumaq lazımdır. Axşam yatmazdan əvvəl dişlərin yuyulması gigiyenanın əsasını təşkil edir. Çünki axşam dişlər yuyulmazsa, dişlərdə olan qida qalıqlarında bakteriyalar törəyə bilər. Gün ərzində dişin dibində toplanmış qida qalıqları bakteriyaların kəskin artımına, daha sonra isə kariyesin yaranmasına, diş kökünün xəstəliyinə səbəb ola bilər.

Diş fırçaları tez çirkləndiyindən onların təmizliyinə ciddi riayət olunmalıdır. İstifadə edildikdən sonra diş fırçası isti suyun altında yuyulmalı və yalnız şaquli formada saxlanmalıdır. Fırçanı nəm halda bağlı futlyara qoymaq olmaz.

Diş fırçalarının yararlıq müddəti olmur, bu, onlardan necə istifadə edilməsindən asılıdır. Fırçadan qaydasında istifadə edildiyi halda 3 ay istifadə etmək mümkündür. Yeni diş fırçası ərpi köhnə fırçadan 25-30 faiz daha yaxşı təmizləyir. Tükləri deformasiyaya uğramış fırçalardan istifadə etmək olmaz.

Uşaqlara hələ kiçik yaşlarından diş fırçalamağı öyrətmək lazımdır. 3 yaşından sonra onlara diş fırçası almaq və fırçalamağı başa salmaq lazımdır. Uşaqlar üçün kiçik dişləri olan yumşaq fırça seçmək lazımdır və uşaqların diş fırçası hər ay dəyişdirilməlidir.

atv.az

Go Back

"Mənfi kalorili" məhsullar haqqında

Bir çoxlarının gündəlik nəzarət etdiyi çəki problemi təbii olaraq hər gün qəbul etdikləri qida məhsulları ilə bağlıdır.

Kalori sayını nə qədər önəmli olduğunu hamımız bildiyindən, bir çox məhsulları kalori dəyərinin yüksək olduğuna görə, onlardan imtina etməli oluruq. Lakin, orqanizmə çox xeyirli olan və hətta arıqlamaq üçün effektiv olan mənfi kalorili məhsulların olması çox sevindiric haldr. Bəs, mənfi kalori nə deməkdir? Necə olur ki, bəzi məhsulları yeməklə çəki itirmək olar?

Mənfi kalori — orqanizmin qəbul etdiyi məhsulun həzm olunmasına, məhsulun tərkibində olan kaloridən daha çox enerji sərf etməsi deməkdir. Bu o deməkdir ki, bəzi az kalorili məhsulları yedikdə, onların həzm olunması üçün daha çox enerji sərf etmək gərəkdir.

Bildiyimizə görə isə, arıqlamaq üçün insanın aldığı enerji sərf etdiyində daha az olmalıdır. Bu o deməkdir ki, özünüzü ac saxlamağa ehtiyac yoxdur. Sadəcə arıqlamaq üçün istifadə etdiyiniz məhsulların kalori sayını bilərək, gündəlik alacağınız və itirəcəyiniz enerjini kontrolda saxlamalısınız. Buna misal olaraq xiyarın adını çəkmək olar. Belə ki, orqanizm onun həzm olunmasına, ondan aldığını kaloridən daha çox enerji sərf edəcək(xiyar — cəmi 15 vkalori).Bəs bu siyahıya daha hansı məhsulları aid etmək olar?

Mənfi kalorili tərəvəzlər sırasına əsasən yaşıl rəngdə olanlar daxil edilir: qulançar, çuğundur, brokkololi, kələm, qabaq, gül kələmi, kərəviz, çili istiotu, xiyar, yaşıl lobya, soğan, turp, kahı, ispanaq, badımcan və bolqar bibəri. 

Meyvə və giləmeyvələr: alma, qreypfrut, limon, manqo, ananas, mandarin, moruq, çiyələk və quşüzümü.

Bitki və ədviyyatlar: zəncəfil, çili istiotu, darçın, xardal, şüyüd və cirə.

Hazırlanma zamanı məhsullar minimal termal emala düçar olmalıdırlar ki, öz xeyirli xüsusiyyətlərini itirməsinlər. Belə ki, çiy tərəvəzlərin tərkibində selülloz qaynadılmışlardandan daha çoxdur. Optimal variant müxtəlif salatlardır ki, onlara da sonda zeytun, qarğıdalı yağı və limon suyu qatmaq məsləhət görülür.

Göbələk də həmçinin bu siyahıya aiddir. Məhz bu məhsul mənfi kalorili məhsuldur ki, tərkibi zülal və qida telləri ilə çox zəngindir. Kalori dəyəri isə 9 -330 qədərdir. Bu məhsul sizi uzunmüddətli olaraq aclıqdan qoruya bilər.

Unutmayı ki, əzələ itkisinin olmaması üçün rasiona zülal tərkibli məhsullar əlavə olunmalıdır. Bunlara; toyuğun döş əti, yağsız balıq əti, krevetlər, dil.

Sonda isə əlbəttə ki, orqanizmə su lazımdır. Meyvə və tərəvəzlərlə orqanizmə su getməyinə baxmayaraq, gündəlik olaraq lazımı miqdarda su içmək lazımdır. Çay və qəhvə su sayılmır, orqanizmə lazım olan adı su və ya mineral qazsız sudur. Məhz suyun sayəsində orqanizm təmizlənir, dəri elastik olur, şlaklar orqanizmdə çıxarılır.Həmçinin su orqanizmdə gedən mübadilə prosesini tezləşdirir.

 
kayzen.az

Go Back

Günə çıxanda səpir, qaşınırsınızsa...

Bəzi insanlarda günəş şüalarının təsirindən dəridə səpgilər, qızartı əmələ gəlir, dəri qaşınır, qabıq verir.
Əksər hallarda belə səpgilər və s. üzdə, bəzən bədəndə (əsasən sinədə, qollarda) əmələ gəlir. Bu hal "fotodermatit" və ya "fotodermatoz" adlandırılır. Belə hesab olunur ki, fotodermatit insanların 20%-də bu və ya digər formada özünü büruzə verir.
Baxmayaraq ki, fotodermatit allergik reaksiyaya bənzəyir, amma bu, allergiya deyil - gün şüalarında allergik komponent yoxdur. Bəs belə reaksiyanın səbəbi nədir? Əksər hallarda bunun səbəbi insanın dərisinin üzərində olan hər hansı maddə ilə günəş şüalarının qarşılıqlı əlaqəsidir. Bunu izah edək.
 
- Çiçəklənmə zamanı çəmən bitkiləri xüsusi maddələr ifraz edir. Bu maddələr dəriyə oturur və sonra ultrabənövşəyi şüaların və bu maddələrin qarşılıqlı təsirindən dəri qızarır, səpir və qaşınır.
 
- Əgər insan günə çıxdıqdan əvvəl dərisinə krem və ya məlhəm çəkibsə, ətir və ya dezodorant istifadə edibsə, bu da fotodermatitin inkişafına səbəb ola bilər. Kremlərin, ətirlərin, dezodorantların, kosmetikanın tərkibində olan bəzi maddələr ultrabənövşəyi şüalarla reaksiyaya girərək allergiyaya səbəb olur.
 
- Bəzi dərman preparatlarının qəbulu fotodermatitin inkişafına təkan verə bilər. İlk növbədə bu, tərkibində çoxlu miqdarda estorogen hormonları olan hamiləlik əleyhinə preparatlara aiddir. Sulfanilamid preparatları (biseptol), bəzi antibiotiklər, ürək preparatları, ibuprofen, aspirin və s. kimi preparatlar insanda günəş şüalarına olan həssaslığı artırır.
 
- Fotodermatit daha tez-tez dərisi ağ olan insanlarda və kiçik yaşlı uşaqlarda inkişaf edir.
 
- Pilinq, tatuaj və bəzi digər kosmetik prosedurlar dərinin gün şüalarına olan həssaslığını  artırır.
 
- İnsanda olan immun sistemi xəstəlikləri, bəzi qaraciyər və böyrəküstü vəziləri xəstəlikləri də fotodermatitin inkişafına təkan verə bilər.
 
Əgər siz özünüzdə fotodermatitin simptomlarını müşahidə edirsinizsə, mütləq dermatoloqa və ya allerqoloqa müraciət edin. Müayinədən sonra həkim yerli və ümumi müalicə təyin edir.
 
Fotodermatit mütləq müalicə olunmalıdır. Əks halda bu, gələcəkdə ağır dəri xəstəliyi olan ekzemanın inkişafına  səbəb ola bilər.
Müalicədən əlavə fotodermatitdən əziyyət çəkən insanlar gün şüaları altında mümkün qədər az olmalı, qaralmamalı, solyariuma getməməli, çölə çıxdıqda kosmetikadan, ətirdən, dezodorantdan, kremlərdən istifadə etməməli, bağlı paltar geyinməli və şlyapa taxmalıdır. 

 

saglamolun.az

Go Back

İnsan bədənindəki maraqlı "fənd"lər

Orqanizmdə baş verən kiçik problemlərin öhdəsindən gəlməyə tez bir vaxtda kömək edəcək insan bədənindəki «fənd»ləri bilmək işinizə yaraya bilər.

Dişiniz ağrıyırsa, buz parçasını baş və şəhadət barmağınız arasındakı v-şəkilli hissəyə sürtün. Əldəki keyimə diş ağrısının intensivliyini azaldacaq.
 
Həmsöhbətinizi səs-küylü məkanda dinləməli olduqda sağ qulağınızı ona tərəf çevirin. Çünki sağ qulaq sözləri daha yaxşı ayırd edə bilir, sol qulaq isə səs və musiqini yaxşı eşidir.
 
Nə qədər qəribə səslənsə də, artıq sübut olunub ki, iynədən qorxan insanlar iynə vurdurmadan əvvəl öskürməlidirlər. Belə ki, təcrübələr göstərib ki, gözlənilməz öskürək iynə dəriyə daxil olarkən insanın çəkdiyi ağrını azaldır.
 
Naharda tam doymusunuzsa və yeməkdən dərhal sonra yatmağa gedirsinizsə, mütləq sol tərəf üstə uzanın, belə ki, sağ tərəf üstə yatmaq mədənin qida borusundan yuxarıda olmağına səbəb olur. Bu zaman həzm edilmiş qida və mədə şirəsi qida borusuna düşə bilər ki, bu da qıcqırma və digər xoşagəlməz hislərin yaranmağına səbəb ola bilər.
 
Əhvalınız pisdirsə, ağzınızda karandaşı sıxın. Bu hərəkət insanın gülərkən fəallaşan əzələlərini aktivləşdirir, bu isə beyninizi “aldadır”.
 
Su altında nəfəsinizi uzun müddət saxlamaq istəyirsinizsə, bir dərin nəfəsalma əvəzinə bir neçə dəfə qısa nəfəs alın. Bu, beyni daha çox oksigen qəbul etdiyi barədə düşünməyə vadar edəcək, siz isə bir neçə artıq saniyə qazanacaqsınız.
 
Hıçqırıqdan azad olmağın onlarla “zəmanətli” üsulu mövcuddur.
 
Araşdırmalar göstərir ki, insan qanda CO2 səviyyəsi artdıqda hıçqırır. Buna görə də hıçqırığı dayandırmağın ilk üsulu 30 saniyə ərzində polietilen paketdə nəfəs almaqdır.
 
Ürəyiniz bulanırsa və sizə öyümə gəlirsə, biləyin iç tərəfində olan iki vətər arasındakı nöqtəyə basın.
 
Əliniz keyiyibsə, başınızı bir tərəfdən digər tərəfə doğru silkələyin. Bu, boyunda gərginliyi aradan qaldıracaq və əldə iynələmə hissini zəiflədəcək.
 
Əgər ayağınız keyiyibsə, o zaman ən yaxşısı, onun üzərində bir az gəzməkdir.
 
Görmə qabiliyyətinizi artırmaq üçün əlinizi yumruq şəklində sıxın və yaranan dəlikdən baxın — teleskopdan baxdığınız kimi. Bu, dar işıq şüalarının gözün torlu qişasına çatmağına, kəskinliyin dərinləşməyinə və fokusu (diqqəti) artırmağa imkan verir.
 
Qaçarkən böyürlərinizdə iynələmə hissi yaranırsa, çox güman ki, sağ ayağınız üstünə basarkən nəfəs alırsınız, bu isə qaraciyərə əlavə təzyiq göstərir. Bu ağrılı hisdən azad olmaq üçün sol ayağınızın üstünə basarkən nəfəs alın. (kayzen.az)

Go Back

Boyu uzatmaq üçün təbii üsullar

Fiziki inkişafın və boyun ləngiməsi orqanizmdə somatotrop hormonunun kifayət qədər olmaması nəticəsində meydana çıxır.

 

Boy qısalığının səbəbləri:

 

- İrsi səbəblər - ata və ananın qısaboylu olması

- Qeyri-düzgün qidalanma

- Düzgün olmayan həyat şəraiti

- Bütün endokrin vəzlərə nəzarət edən və baş beyində yerləşən hipofiz vəzin bətndaxili dövrdə zədələnməsi.

- Kəllə-beyin travmaları

- Hipofiz və onu əhatə edən törəmələrin şişləri

- Sifilis, sarkaidoz, vərəm kimi xəstəliklər

- Ağır mədə-bağırsaq, böyrək, qan xəstəlikləri

- Ağır idman növləri

- Zərərli vərdişlər.

 

Anadangəlmə qısaboyluluqda uşağın çəkisi və boyu yaşıdlarından geri qalmır. İlk əlamətlər 2-3 yaşlarında özünü büruzə verir. İllik boy artımı normada 7-8 sm olduğu halda bu uşaqlarda 3-4 sm təşkil edir. Boy inkişafı ləngisə də, bədən proporsiyaları saxlanılır. Bunlarla yanaşı skeletin sümükləşməsinin zəifləməsi, diş cərgəsinin pozulması, əzələ sisteminin zəif inkişafı kimi əlamətlər müşahidə olunur.

Xroniki iltihabi xəstəliklər, stress kimi faktorlar da fiziki inkişafın ləngiməsinə səbəb olan amillərdəndir.

Bütün bu faktlarla yanaşı qidalanma da fiziki inkişafın ləngiməsində önəmli yerlərdən birini tutur. Zülal əskikliyi xüsusilə uşaqlarda boy inkişafını ləngidən əsas faktorlardan biridir. Orqanizmin zülal ehtiyacını ödəmək üçün gündəlik qida rasionunda ət, balıq, paxlalılar, yumurta, qoz-fındıq kimi məhsullar artırılmalıdır. Tərkibində külli miqdarda yod (xurma, dəniz məhsulları), dəmir (qarabaşaq, qaraciyər, göbələk, alma), kobalt (kişmiş, sarımsaq, kalmar), kalsium (süd, qatıq, kəsmik, portağal, əncir) olan məhsullar da boy inkişafını sürətləndirən qidalar sırasındadır.

 

 

Boy hormonunun sintezini artıran və qısaboyluluğun qarşısını alan xalq təbabəti üsulları:

 

- 1 qram arı südü 20 ml 40 faizli spirtdə həll olunur. 10 gün müddətinə qarışıqdan 3-6 damcı qəndin və bir damla balın üzərinə damızdırılıb yeməkdən yarım saat əvvəl dil altında sorulur. Vəziyyətdən asılı olaraq fasilələrlə 3-12 kurs təkrarlamaq olar. İstifadə müddətində arı südü bəlğəmin xarakterini durulaşdırdığına görə tutmaşəkilli öskürək yaradarsa doza yarıbayarı azaldılmalıdir. Orqanizm öyrəşdikdən sonra doza 1-2 damcı olmaqla gündəlik artırılır.

 

- Hərəsindən 75 qram kəklikotu və qoz yarpaqları, 100 qram xəndəkotu kökü götürülür, qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı, 2 stəkan qaynar suda axşamdan səhərə qədər termosda dəmlənir, süzülür. 50 ml gündə 4 dəfə yeməkdən yarım saat əvvəl daxilə qəbul edilir.

 

- Gündə 2 dəfə hər dəfə 1 desert qaşığı olmaqla Şəfa şərbəti qəbul edilir.

 

- Hərəsindən 1 çay qaşığı xırdalanmış gicitkən yarpağı, zəncirotu yarpağı, adi mərcangilə götürülür, qarışdırılır. Emallı qabda üzərinə 0,5 litr distillə suyu əlavə edilir, 5-6 dəqiqə zəif odda qaynadılır, 30 dəq. dəmlənir, süzülür. Hər gün təzə dəmləmək şərtiylə 21 gün müddətində gündə 2-3 dəfə olmaqla yeməkdən 20 dəq əvvəl 1/2 stəkan daxilə qəbul edilir. 14 günlük fasilədən sonra müalicə kursu təkrar olunur.

 

- 1/2 çay qaşığı gicitkən kökü,  hərəsindən 1/3 çay qaşığı zəncirotu kökü, itburnu meyvəsi, istiotli nanə yarpağı götürülür, qarışdırılır, üzərinə 0,5 litr su əlavə edilir. Emallı qabda zəif odda 15 dəq bişirilir, 2-3 saat qaranlıq otaqda dəmlənir, süzülür. Daha sonra 1/3 çay qaşığı çobanyastığı çiçəkləri, hərəsindən 1/2 çay qaşığı olmaqla dəvədabanı və bağayarpağı yarpağı üzərinə 0,5 litr qaynar su əlavə edilərək termosda bir saat dəmlənir, süzülür. Daha sonra alınan dəmləmə ilə süzülmüş hazır bişirmə qarışdırılır, zəif odda qızdırılır qaynayan kimi ocaqdan götürülür üzərinə 4 xörək qaşığı təbii bal əlavə edilir, bal əriyənədək qarışdırılır. Yeməkdən yarım saat əvvəl 1/4 stəkandan gündə 3 dəfə daxilə qəbul edilir. Müalicə kursu 3 həftədir. 2 həftəlik fasilədən sonra kurs təkrar edilə bilir.

 

 

Boy qısalığında istifadə olunan vannalar:

 

- Hərəsindən 0,5 kq şam qozası, iynə yarpaqları və budaqları götürülür, üzərinə 3 litr su əlavə edilir, zəif odda yarım saat bişirilir, ocaqdan götürülərək 12 saat dəmlənir, süzülür. Vannaya isti su tökülür, süzülən bişirmə üzərinə əlavə edilir. 8-10 dəq müddətində həmin vannada uzanılır.

 

- Bir dolu ovuc adaçayı yarpaqları götürülür üzərinə 3 litr su əlavə edilir, ağzı bağlı qabda zəif odda 30 dəqiqə qaynadılır, ocaqdan götürərək yarım saat dəmlənir, süzülür. Vannaya 36-38 dərəcə su tökülür, süzülən dəmləmə üzərinə əlavə edilir. 15-20 dəq müddətində həmin vannada uzanılır. Vannaların növbəli qəbul edilməsi məsləhətdir.

 

 

Boy qısalığında istifadə olunan məcunlar:

 

- Tumları çıxarılmış İran xurması, üyüdülmüş güldəfnə toxumu, zəncəfil, darçın və bal eyni miqdarda götürülür. Qarışdırılır, buxar vannasında isidilir və üzərinə keçi südü əlavə edilir. Gün ərzində yeyilir.

- 10 ədəd xırdalanmış İran xurması, 1 çay qaşığı toz zəncəfil, 1/8 çay qaşığı hil, bir çimdik zəfəran qarışdırılır, bir litirlik şüşə qabda  qarışdırılır, ağzı bağlı olmaq şərtiylə 2 həftə isti şəraitdə saxlanır. Səhər acqarına yeyilir.

- Hərəsindən 50 qram qoz, badam, fındıq ləpəsi, əncir, ərik, qara gavalı qurusu götürülür ət çəkən maşından keçirilir üzərinə 50 qram çiçək tozu və 1 stəkan təmiz bal və ya keçibuynuzu bəkməzi əlavə edilir, qarışdırılır. 1 çay və ya xörək qaşığı gündə 1 dəfə səhər acqarına yeyilir.

 

saglamolun.az

Go Back

Zehni açan bitki çayları

Zehni açmaq, yaddaşı möhkəmləndirmək və bədənin müqavimətini artırmaq üçün bitki çayları olduqca faydalıdır. Ekspertlərin və alimlərin  ən çox təklif etdiyi bitkilər bunlardır: qinkqo biloba, jenşen, rozmarin və yaşıl çay.

Qinkqo

Ən qədim bitkilərdən biri olan qinkqo beyin funksiyalarını sürətləndirir, yaddaşı və bədənin müqavimətini artırır. Amma bu çayları istehlak edərkən diqqətli olmaq lazımdır. Çünki məsələn, bu çayın tərkibindəki kofein yuxunu qaçırır.

Yüzlərlə ildir ənənəvi tibbdə və dərmanlarda istifadə edilən qinkqo bitkisi beyin gücünü və müvazinəti artırmaq üçün təklif olunan bitkilər arasında ilk sırada gəlir. Hətta bəzi araşdırmalar bitkinin alzheimer xəstəliyinin müalicəsində təsirli ola biləcəyini göstərib. Məsələn, 2002-ci ildə "Neuropsychobiology" adlı jurnalda nəşr olunan məqalədə deyilirdi ki, bitki Alzheimer xəstəliyində əhəmiyyətli nəticə verir.  "Psychopharmacology" adlı elmi dərgidə nəşr olunan digər bir araşdırmanın nəticələrinə görə, qinkqo biloba uzun və qısa müddətli yaddaş inkişafına ciddi təsir edir. Lakin bitkinin həddindən artıq istehlakı əks təsir göstərə bilər. Bu zaman  başgicəllənmə, ürəkbulanma və baş ağrısı müşahidə olunur.

Qinkqo biloba çayı necə hazırlanır?

Əgər çayı təzə qinkqo yarpaqlarından hazırlayırsınızsa, 3-5 ədəd yarpaq bəs edir. Əgər qurudulmuş və xırdalanmış yarpaqlardan edəcəksinizsə, 1-2 çay qaşığı qinkqo yetərli olacaq.

Quru və ya təzə yarpaqlardan çayın hazırlanması qaydası eynidir. Yarpağı stəkana töküb üzərinə qaynamış su əlavə edin. 10 dəqiqə gözlədikdən sonra süzüb için.

Sibir jenşeni

Sibir jenşeni rus və çin mədəniyyətlərində geniş istifadə edilən bitkidir. Aparılan araşdırmalardan enerji artırdığı, yaddaşı gücləndirdiyi, ümumiyyətlə, sağlamlığa faydalı olduğu məlum olub.

Digər jenşen növlərindən olan Amerika və Asiya jenşeninin də yaddaş və stressə müsbət təsiri olduğu bildirilir. Ancaq bu bitkilərin baş ağrısı və həzm sistemi problemlərinə yol açdığı deyilir. Dərmanlarla birlikdə istifadə edilməsi əks təsir göstərə bilər. Odur ki, həkim məsləhəti olmadan istifadə etməyin.

Jenşen çayı necə hazırlanır?

1-2 çay qaşığı toz jenşen kökünü və ya qurudulmuş və xırdalanmış jenşen yarpağının üzərinə 1 stəkan qaynamış suyu tökün və 10 dəqiqə dəmlənməsini gözləyin. İlk dəfə istifadə edənlər 1 çay qaşığı jenşeni dəmləsinlər. Amma çayın dadlı olmasını istəyirsinizsə, 2 çay qaşığı istifadə edin.

Yaşıl çay

Son illərdə ölkəmizdə də populyarlıq qazanan yaşıl çay bədəni müxtəlif xərçəng növlərindən qoruyur. Eyni zamanda həzm sistemi problemlərinin müalicəsində istifadə olunur. Yaşıl çay stressi azaldan faydası ilə də populyardır.

Bütün bunlara əlavə olaraq, aparılan bəzi araşdırmalarda yaşıl çayın mühakimə qabiliyyətini artırdığı bildirilir. "Journal of Nutrition" jurnalının 2006-cı ilin aprel sayında yaşıl çayın tərkibində olan katexinlərin öyrənmə qabiliyyətini inkişaf etdirdiyi və yaddaşı gücləndirdiyi göstərilir.

Yaşıl çay necə hazırlanır?

1 stəkan yaşıl çay üçün 1-2 çay qaşığı qurudulmuş yaşıl çay yarpağı yetərlidir. 2-3 dəqiqə dəmləyib sonra için.

Rozmarin

Daha çox yeməklərə dad vermək məqsədilə istifadə edilən rozmarin eyni zamanda xoş qoxusuyla zehni açır və yaddaşı gücləndirir. Böyük Britaniyada rozmarinlə bağlı 144 nəfər üzərində araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, iş yerində rozmarin çayı içənlərin daha müvəffəqiyyətli olduqları məlum olub.  Eyni zamanda yaddaşı da gücləndirən rozmarin çayı  baş ağrılarını da yüngülləşdirir. Stressi azaldır və beyinə daha çox oksigen daşınmasını təmin edir.

Rozmarin çayı necə hazırlanır?

5 qrama qədər təzə rozmarini suya atın və qaynadın. Ocağın üzərindən götürdükdən sonra 10 dəqiqə dəmlənməsini gözləyin.

publika.az

Go Back

Nevroz

Nevrozlar – sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.

Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.

Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.

Nevrozun əsas əlamətləri aşağıdakılardır:

- Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.

- Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar: iştahanın pis və əksinə, həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissiyyatı, cinsi pozğunluqlar və s.

- Boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tez-tez baş verən küt və ya pulsasiya şəkilli baş ağrıları.

Nevroz – ciddi xəstəlik olubmütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda,  adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.

Adətən, nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər. Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.

Nevrozun profilaktikasını hələ uşaq doğulmamışdan qabaq başlamaq lazımdır. Belə ki, qadın hamilə olarkən düzgün qidalanmalı və daim komfortlu emosional şəraitdə olmalıdır. Növbəti mərhələ uşağın düzgün tərbiyə edilməsi və ailədə sakit və mehriban şəraitin yaradılmasıdır. Böyük yaşlarda isə nevrozun profilaktikası üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:

- Düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi. Tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına “kömək” edir.

- Müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaq (təmiz havası olan yerdə, xüsusən də meşəli yerdə qaçışla məşğul olmaq, üzgüçülük). İdmanla məşğul olmaq əzələ tonusunun artmasına səbəb olur. Əzələ tonusunun artması da öz növbəsində beyin hüceyrələrinin tonusunun artmasına səbəb olur. Və nəhayət, beyin hüceyrələrinin tonusunun artması isə, istənilən nevrotik simptomların tezliklə sönməsi ilə nəticələnir.

- Stres vəziyyətlərindən çıxmaq qaydalarını yaxşı bilmək.

saglamolun.az

Go Back

İlk yardım göstərdikdə bu səhvlərə yol verməyin

Hər bir insan üçün ilk tibbi yardım göstərilməsinin əsas qaydalarını bilmək çox vacibdir.

Həkimlər gələnə qədər düzgün göstərilmiş ilk tibbi yardım bir çox hallarda zərərçəkənin  sağlamlığını və hətta həyatını xilas etməyə kömək edir. Lakin bəzən kömək etmək istəyən insanlar yalnış hərəkətləri ilə zərər çəkmiş insana ziyan vura bilər.

Bu səhvlərə yol verməyin:

1. Yol qəzası zamanı ilk növbədə "təcili tibbi yardım" çağırın, avtomobilin akkumulyatorunu söndürün. Əgər zərər çəkmiş insanda qanaxma varsa, onu dayandırmağa çalışın, onunla danışın. Zərərçəkəni avtomobildən çıxartmaq, dartmaq olmaz. Bununla siz bir çox hallarda nəinki kömək edə bilməyəcəksiniz, əksinə insana zərər verə bilərsiniz.

2. Əgər bayılma, epilepsiya tutması və s. zamanı insanın dili nəfəs yolunu tutarsa, dili zorla çıxartmaq, dartmaq, tutmaq olmaz. İnsanı sadəcə böyürü üstə qoyun və nəfəs yolu açılacaq.

3. Yanıq zamanı yanmış sahəni ilk növbədə soyuq suyun altında 15 dəqiqə ərzində saxlamaq lazımdır ki, istilik daha dərin getməsin. Yalnız bundan sonra yanmış sahəyə xüsusi krem (məsələn, "pantenol", "spasatel" və s.) çəkmək olar.

4. Əgər insanın hərarəti yüksəkdirsə, onu isti bürümək olmaz. Bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə belə şərait yaratmaq lazımdır ki, artıq istilik ətraf mühitə çıxsın - ilıq vanna, açıq nəfəslik, yüngül paltar və yüngül ədyal.

5. Zəhərlənmə zamanı mədənin yuyulması tətbiq olunur. Bu halda 3-5 stəkan adi ilıq su istifadə edin. Marqan ("marqansovka") məhlulu bunun üçün istifadə etməyin. Marqan suda pis həll olunduqda onun kristalları mədəyə düşə bilər ki, nəticədə mədənin selikli qişasına ciddi ziyan dəyə bilər.

İnsan benzinlə, turşu və ya qələvi ilə zəhərlənmiş olarsa, heç bir halda qusma refleksi yaratmaq olmaz! Yenidən yemək borusuna qaytarılmış qusuntu kütlələri onu təkrarən yandıra bilərlər!

1 yaşına qədər olan uşaqlarda isə ümumiyyətlə, heç bir halda qusma refleksi yaratmaq olmaz – bu zaman onlar boğula bilərlər!

6. İnsanın boğazında qida qalıbsa, onun belinə vurmayın. İnsan 3-4 dəfə dərin nəfəs almalı və 3-4 dəfə tez nəfəs verməlidir - ilişmiş tikə özü-özündən düşəcək.

7. Açıq yaralara spirt, "zelyonka", yod və s. vasitələri sürtmək olmaz. Yaranı 3%-li hidrogen peroksid məhlulu ilə yumaq (olmadıqda qaynanmış və ya təmiz içməli su ilə), sonra isə ətrafına yod və ya “zelyonka” çəkərək yaraya təzyiqedici (sıxıcı) sarıq qoymaq lazımdır.

8. Ürək tutması zamanı insanın belini ovxalamaq, insanı tərpətmək və s. olmaz. Xəstəni  uzandırın, dilin altına nitroqliserin həbi qoyun, çeynəmək üçün aspirin verin və dərhal "təcili yardım" çağırın. Təcili yardım çağırdıqda vurğulayın ki, bu ürək tutmasıdır.

 

Go Back

Yaddaşı gücləndirir, arıqladır, baş ağrılarını azaldır

Qəhvə dostlarla yığışıb söhbət etmək üçün ən gözəl bəhanədir. Bol köpüklü türk qəhvəsi bəzən də ruhumuzu sakitləşdirmək və yüngülləşmək üçün ən yaxşı vasitə olur. Əylənmək istədikdə isə qəhvə ilə fala baxırıq. Bəs, bir fincan türk qəhvəsinin möcüzəli faydaları olduğunu bilirdinizmi?

Yorğunluğu aradan qaldırır
 
Günün yorğunluğunu üzərimizdən atmaq üçün bol köpüklü türk qəhvəsi için.
 
Arıqladır
 
Qəhvə piylərin əritməsi prosesini sürətləndirən ən dadlı içkidir.
 
Yaddaşımızı gücləndirir
 
Qəhvə yaddaşsızlıq problemini də aradan qaldırır.  Günün istənilən vaxtında türk qəhvəsi içmək yaddaşı gücləndirir, alzheimer xəstəliyindən qoruyur.
 
Qaraciyər xərçəngindən müdafiə edir
 
Qəhvə istehlak etmək, xüsusilə qaraciyər xərçəngi riskini azaldılır. Mütəmadi olaraq qəhvə içənlərin sirroz kimi qaraciyər narahatlıqlarından daha az şikayət etdiyi bildirilir.
 
Şirniyyat istəyini azladır
 
Aclıq və ya şirniyyat istəyini öldürmək üçün bir fincan darçınlı türk qəhvəsi için.
 
Bağırsaq xərçəngindən qoruyur
 
Həzmi asanlaşdıran antioksidant tərkibli türk qəhvəsi həm də bağırsaq xərçəngindən qoruyur.
 
Döş xərçəngindən qoruyur
 
Elmi araşdırmalarda türk qəhvəsinin döş xərçəngi riskini azaltdığı da sübut olunub.
 
Yüksək təzyiqi aşağı salır
 
Türk qəhvəsi qan təzyiqini tənzimləyir, əsəbləri sakitləşdirir.
 
Pis xolesterini azladır
 
Türk qəhvəsinin tərkibindəki qoruyucu maddələr pis xolesterini aşağı salır.
 
Mədə ağrılarını yüngülləşdirir

Yeməkdən sonra əmələ gələn şişkinliyi və ağrını azaltmaq üçün türk qəhvəsi için.
Baş ağrılarını aradan qaldırır
 
Stress, gərgin iş rejiminin səbəb olduğu baş ağrılarını aradan qaldırmaq üçün türk qəhvəsi için.
 
İmtahanlara hazırlaşmaq üçün
 
İmtahanlar vaxtı gələndə bütün gecə dərs oxuyuruq. Türk qəhvəsi gecələr yuxunun qarşısını alır, enerjili olmağa yardım edir.
 
Qara nöqtələri təmizləyir
 
Türk qəhvəsinin özü kimi qalıqları da faydalıdır. Qara nöqtələrə masaj edərək yeridilib ilıq su ilə yaxaladıqda qara nöqtələri təmizləyir.
 
Sellülitlə mübarizə aparır
 
Türk qəhvəsi qan dövranını sürətləndirici təsiri sayəsində sellülit yox edir. Gündə 1 fincan türk qəhvəsinin yanında 1 böyük stəkan su içərək sellülit xilas olun.
 
Mədə və ürək bulanmasının qarşısını alır
 
Mədə və ürək bulanmasının qarşısını almaq üçün türk qəhvəsinin içinə bir neçə damcı limon suyu əlavə edib için.

publika.az

Go Back

Geciksəniz, uşağınız axsaya bilər

Dünyada, eləcə də Azərbaycanda ən geniş yayılmış ayaq xəstəliklərindən biri yastıpəncəlilikdir. Bəzən düzdabanlılıq adlandırılan bu xəstəlik uşaq yaşlarından yaranmağa başlayır və müalicə olunmadığı təqdirdə ayaq deformasiyalarına qədər gəlib çıxa bilir. 
Düzdabanlılıq ayaqdakı normal daban çuxurunun olmaması deməkdir. Yəni ayaq üstə duran uşağın daban çuxuru tam olaraq yerə dəymir. 
 
3 yaşdan sonra rastlanan düzdabanlılığın iki növü var: elastik və sərt.
 
Daha çox rastlanan elastik növdə uşaq yalnız ayağını yerə basdığı zaman dabanı düzləşir və baş barmağını qaldıranda çuxur yenidən ortaya çıxır. Narahat edən bir hal deyil.
Elastik düzdabanlıq 4-5 yaşlarında özünü göstərir. Uşaq ilk yeriməyə başladığı zaman ayağında olan yağ təbəqəsi onda düzdabanlılıq görkəmi yaradar. Bir müddət sonra uşağın ayağı yerə öyrəşir və yağ təbəqəsi əriməyə başlayır ki, bu zaman da ayağın iç təbəqəsi normallaşır. Maksimum 8 yaşına qədər ayaq normal vəziyyətə gəlir (əgər genetik deyilsə). 
 
Sərt növdə isə ayaq ağrıları daha çox görülür. Sərt düzdabanlılıq vaxtında müalicə olunmazsa, gələcəkdə ciddi ayaq deformasiyalarının yaranması və gəzməkdə axsaqlıq, narahatlıq kimi problemlərə səbəb ola bilər. Bir sıra hallarda isə əməliyyata ehtiyac olur.  
 
Elastik düzdabanlılığın xüsusi bir müalicəyə ehtiyacı yoxdur. Belə uşaqlarda ağrı yoxdursa, 4-5 yaşına qədər nəzarət etmək lazımdır. Uşaqda ağrı varsa, o zaman ayağın iç qismini normala salacaq və ayağın orta hissəsini dik tutmaq üçün ortopedik ayaqqabılar, yaxud satışda olan ayaqqabı içliklərindən istifadə etmək lazımdır. Ağrı çox narahat edirsə, onu yüngülləşdirən iltihab əleyhinə mazlardan istifadə etmək olar. Fizioterapiya, daban əzələlərini dartma idmanı da ayaq ağrılarını azalda bilər. .
 
Düzdabanlılığın hansı səbəbdən yaranması hələ də məlum deyil. Əzələlər, oynaqların elastikliyi, bəzən isə nevroloji inkişafın təsirləndiyi xəstəliklər daban çuxurunun düzləşməsinə səbəb ola bilər. Düzdür, bu, qorxulu xəstəlik deyil, ancaq uşağa diaqnoz dəqiq qoyulmalı, yastıpəncəliliyin elastik, yaxud sərt olması vaxtında aşkar edilməlidir. Çünki yanlış diaqnoz uşağın ömürlük ayaq qüsuruna səbəb ola bilər.

 
lent.az

Go Back

İmmunitetiniz hansı səviyyədədir? - özünüz yoxlayın

İnsanın immun sistemi orqanizmin xəstəliklərdən, mikroblardan, arzuolunmaz bioloji hücumlardan qorunmasını təmin edir. İmmunitet latın sözü olub "immunis" sözündən götürülüb, mənası xilasetmə, azadetmə deməkdir. Beləliklə, immunitet insanın bioloji müdafiəçisidir və o zəif olanda orqanizm xəstəliklərə qarşı müqavimət göstərə bilmir.

20 suala cavab verməklə siz immunitetinizin hansı səviyyədə olması haqqında ilkin təsəvvür əldə edə bilərsiniz.

"Hə" cavabını 10 bal,
"Qismən razıyam" cavabını 5 bal,
"Yox" cavabını isə 0 bal qiymətləndirin.

1. İl ərzində 4 dəfə soyuqdəymə xəstəliyim olur

2. Gün ərzində meyvə və tərəvəzdən 300 qramdan az istifadə edirəm

3. Yuxu rejimim normal deyil, narahat yatıram

4.  Məni özümdən asanlıqla çıxarmaq mümkündür, ən adi şeylərə qıcıqlanıram

5. Mənim dərim quru, dırnaqlarım kövrəkdir

6.  Vaxtında yatıb dursam da səhərlər özümü yorğun hiss edirəm

7. Mənim işim oturaqdır. Demək olar ki, piyada gəzmirəm

8.  Çəki ilə bağlı (az və ya artıq) problemim var

9. Əllərim və ayaqlarım həmişə soyuq olur

10. Tez-tez boğaz ağrısından şikayətlənirəm

11.  Günəş şüaları altında qaralmağı çox sevirəm

12.  Tez yoruluram

13.  Siqaret çəkirəm

14.  Yaşadığım yerin ekoloji vəziyyəti qənaətbəxş deyil

15.  Gündüzlər yatmaq istəyirəm

16.  Xroniki xəstəliklərdən əziyyət çəkirəm

17.  Allergiyaya meylliyəm

18.  Dostlarım və yaxınlarımla görüşə çıxmağa həvəsim olmur

19.  Ətrafımdakı insanlar arasında zökəm varsa, mənə də keçir

20.  Öskürməyə başlayıramsa bu uzun müddət davam edir

Toplanan balların sayı 0-60 arasındadırsa tam sakit ola bilərsiniz. Sizin immun sisteminizin səviyyəsi stabildir və yoluxa biləcəyiniz bütün xəstəliklər fəsadsız ötüşəcək.

Balların sayı 61-125-dirsə bunu norma kimi qəbul etmək olar və narahat olmağa çox da əsas yoxdur. Ancaq buna baxmayaraq immunitetinizin qəfil zəifləməsinin qarşısını almaq üçün sağlamlığınız haqqında düşünməlisiniz. Xüsusilə qida rasionuna, yuxu rejiminə, orqanizmin vitaminlərlə lazımınca təmin olunmasına diqqət yetirməlisiniz.

Toplanan balların sayı 125-i keçibsə bu sizin üçün xəbərdarlıqdır. Təcili tədbirlər görməklə immun sisteminizi gücləndirməlisiniz. Ən əsas xəbərdarlıq isə odur ki, özfəaliyyət müalicəsi ilə məşğul olmayasınız. Çıxış yolunuz həkim təyinatı və ona ciddi riayət etməkdir.

Bu sadə testlə immunitetinizin səviyyəsini yoxlayın ki, qarşıdan gələn yay günlərində istirahətinizi sağlam və problemsiz keçirəsiniz.

modern.az

Go Back

Beyin hüceyrələrini öldürən səbəblər

Yaponiyalı alimlər beyin hüceyrələrinin ölməsinə və beyində bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan amilləri aydınlaşdırıblar. İnsan həyatının davamlılığının artırılması problemləri ilə məşğul olan mütəxəssislər beyin hüceyrələrinin ölməsinə gətirib çıxaran səbəblərin siyahısını təqdim ediblər.

Siyahıda təqdim olunan səbəblər milyonlarla insanın hər gün təkrar etdikləri və kənardan çox adi görünən vərdişlərdir.

1-ci səbəb:

Alimlər ilk olaraq birinci səbəbi yuxu çatışmazlığı ilə izah ediblər. Belə ki, orqanizmin normal yuxu tələbatı ödənilmədikdə neyronlar zədələnir, insanın düşüncə tərzində ciddi problemlər yaranır. Yuxu çatışmazlığı uzun müddət davam etdikdə daha ciddi fəsadlar yaranır.

2-ci səbəb:

Növbəti səbəb beyin fəaliyyətinə mənfi təsir göstərən stress və stress yarada biləcək vəziyyətlərdir. Müntəzəm stress keçirən insanların beyin hüceyrələri sürətlə məhv olur.

3-cü səbəb:

Beyin hüceyrələrinin ölməsinə gətirib çıxaran səbəblərdən biri spitli içkilərin qəbulundan sonra yaranan susuzluqdur. Müntəzəm olaraq qədərindən artıq tünd spirtli içkilərin qəbulu beyin problemlərinə gətirib çıxarır.

4-cü səbəb:

Digər əsas səbəblərdən biri siqaret çəkməkdir. Siqaret bütün orqanizmə zərbə vurmaqla yanaşı, qan dövranına mənfi təsir göstərir, beləliklə, beyin hüçeyrələrinin oksigenlə təmin olunmasına ciddi problemlər yaradır.

5-ci səbəb:

Beyin hüceyrələrinə əsas zərbə vuran səbəblərdən biri də narkotik vasitələrdən istifadə etməkdir. El arasında deyildiyi kimi narkotik vasitələr "beyni qurudur".

Bu vərdişlərdən imtina etməklə beyin hüceyrələrinizi qoruyun ki, düşüncələriniz aydın, ömrünüz uzun olsun.

modern.az

Go Back

Yanğın zamanı nə etməli və ilkin tibbi yardım

  •  Əgər yanğın hadisəsi gecə baş veribsə və sizin yanğın siqnalizasiya sisteminiz yoxdursa, pəncərəyə və ya dəhlizə qaçaraq ailə üzvlərinizi və qonşuları oyatmaq üçün “Yanğın!” deyə qışqırın.
  • 101 nömrəsinə zəng edərək yanğının baş verdiyi yer barədə dəqiq məlumat verin.
  • Əgər yanğın yalnız bir otaqda baş veribsə, qapını bağlayın və elektrik avadanlıqlarını xəttdən ayırın. Yanğınsöndürmə xidmətinə zəng edin və ailə üzvlərinizi təxliyə edin, əgər yanğın böyük deyilsə, onu özünüz söndürməyə çalışın.
  • Əgər evdə yanğın böyükdürsə, mənzili dərhal tərk edin və bütün qapıları arxanızca bağlayın. Əks halda təmiz hava axını yanğının qısa müddətdə bütün mənzilə yayılmasına səbəb olacaq.
  •  Təxliyə zamanı bütün ailə üzvlərinin bir yerə cəmləşməsi vacibdir, çünki uşaqlar qorxudan Elektrik naqilləri, elektrik cihazları və ya benzinin söndürülməsində sudan istifadə etməyin. haradasa gizlənə bilər. Yalnız hamı bir yerə yığışdıqdan sonra çıxışa tərəf gedin
  • Güclü tüstü və istidən qorunmağa çalışın. Əgər zamanınız varsa, palto və qalın altlığı olan ayaqqabı geyinin, ağız və burnunuzu nəm parça və ya dəsmalla bağlayın.
  •  Heç bir halda liftdən istifadə etməyin, çünki tərkibində zəhərli qazlar olan sıx tüstü qatı tez bir zamanda liftin şaxtasına və kabinəsinə dola və içəridəki insanların boğulmasına gətirib çıxara bilər.
  •  Əgər yanğın sizin üçün bilavasitə təhlükə törətmirsə, mənzilinizin qapılarını bağlayaraq içəridə qalmağa çalışın. Tüstü qapıdan içəri daxil olmağa başladığı zaman, qapının kənarlarını və arxasını su ilə isladılmış dəsmalla örtün, bu tüstünün mənzilə daxil olmasının qarşısını alacaq. Əgər çöldə hava təmizdirsə, eyvan çıxaraq qapını arxanızca bağlayın və yanğınsöndürənləri gözləyin.

Bir daha xatırlatmaq istərdik ki, bəzi hallarda yanmanı ləğv etmək üçün sudan istifadə etmək olmaz. Unutmaq olmaz ki. su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazlar yanarkən su ilə söndürülməsi yolverilməzdir.

Su bir çox tezalışan və yanan mayelərdən ağırdır. Ona görə də, belə mayeləri su ilə söndürmək olmaz. Belə ki, su aşağı yatacaq, tezalışan və yanacaq maye suyun üzərinə qalxacaq və yanmaqda davam edəcək.

YANIQLAR ZAMANI İLKİN TİBBİ YARDIM

Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır.

Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar.Bədənin yanan sahəsini 10-15 dəqiqə (!) ərzində soyuq axar su altında saxlayın. Bu dərinin soyumasına, ağrının keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz! 

Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və ya araqda isladmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır. 

Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı (“zelyonka”), kalium permanqanat (“marqansovka”) və digər bu tipli antiseptikləri sürtmək olmaz. Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə “təmizləməyin”, sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi “vasitələr” də qoymayın, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz.

Yanıq sahəsinə yalnız soyuq su ilə soyutduqdan sonra (!) yanıqlara qarşı olan “Pantenol”, “Levian”, Levizol” və s. bu kimi xüsusi aerozol vurmaq olar. 

Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı (insan bədəninin çox hissəsi yandıqda) zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin (suprastin, klaritin və.), ağrıkəsici dərmanlar vermək, duz qatılmış su içirtmək (1 l suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır. 

Əgər zərərçəkən şəxsdə şok başlanarsa, ona içməyə maye vemək olmaz.

Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı (məsələn, panadol, nurofen və s.) yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta geniş olmadıqda da vermək lazımdır. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə, ağrıkəsici dərmanların verilməsi çox vacibdir!

Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər. 

Gözlərin termik yanıqları zamanıgözləri xeyli həcmdə su ilə yumaq, boş sarğı qoymaq və zərərçəkəni təcili olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır.

 

Saglamolun.Az

 http://news.day.az/society/580510.html

 

Go Back

Bu yazı gözü zəif olanlar üçündür

Milyonlarla insan yaşlanma ilə bağlı olaraq qara su (glaucoma) kimi göz problemlərindən əziyyət çəkir. "Daily.mail" məşhur mütəxəssislərin geniş yayılmış 4 göz xəstəliyi ilə bağlı fikirlərini öyrənib.

Glaukoma (qara su)

Bu göz problemi - göz suyunun çoxalaraq drenaj boruların tutulması ilə yaşanan haldır. Yaşla əlaqələndirilir. Toplanan maye optik sinirə təzyiq göstərir.

Gözdə kor ləkələr yaranması ilə başlanan glaucoma sonda görmənin tamamən itirilməsi ilə nəticələnir. Risk faktorlara ailə, etnik qrup və yaş aid edilir.

Bu problem adətən gündə 4 dəfə istifadə edilən göz damcıları ilə müalicə edilir. Ancaq bu damcıların yuxu və iqtidarsızlıq kimi yan təsirləri ola bilər.

Yeni 10 dəqiqəlik lazer proseduru sayəsində bu problemi kökündən həll edə bilərsiz.

Sarı nöqtə problemi

Mərkəzi görmənin itirilməsi ilə xarakterizə olunur və siz üzdəki cizgiləri artıq görməməyə başlayırsız. Televizor izləmək, qəzet oxumaq da çətinləşə bilər, çünki əşyaları əyri görməyə başlayacaqsız.

Retina qişasının ortasındakı makula nöqtəsinin zədə alması ilə baş verir.

İki növü var: quru və yaş. Quru növü gec irəliləsə də, müalicəsi çox çətindir. Yaş növündə retinanın altında böyüyən kiçik qan damarlarına qan və maye sızır.

Risk faktorları sırasında siqaret çəkmək (bu, problemin riskini 3 qat artırır), sərbəst radikallar tərəfindən zədələnən retina, ultrabənövşəyi şüalar, yoxsul pəhriz və yaş faktoru var.

Quru növü üçün xüsusi, yüksək dozada vitamin qəbulu nəzərdə tutulur. Lampalizumab adlı yeni dərman də sınaqdan keçirilir. İnyeksiya ilə tətbiq edilən bu dərmanın xəstəlik riskini 4 % azaltdığı deyilir.

Katarakta

Göz almasının içərisində hər iki tərəfi qabarıq linzanı xatırladan büllur yerləşir. Büllurun qabarıb çökməsi gözə fokuslamaq qabiliyyəti verərək, görməmizə kömək edir. Normal büllur şəffaf olur. İnsan yaşa dolduqca büllurun şəffaflığı azalır və o, bulanmağa başlayır. Bulanmış büllur katarakta (mirvari suyu) adlanır. İlk əvvəl eynəyinizin ləkələndiyini düşünə bilərsiz və hətta ən kiçik hərfləri belə görmək üçün iki qat güclü eynəyə ehtiyacınız ola bilər.

Risk faktorlarına qocalmaq, irsiyyət, siqaret, spirtli içki və diabet daxildir.

Yeganə həlli əməliyyatla mümkündür. Hər il 350 min əməliyyat gerçəkləşdirilir.

Diabetik retinopatiya

Diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişanın damarlarının zədələnməsi zamanı əmələ gəlir. Bu zaman tor qişanın damarlarının divarı zədələnərək, oradan tor qişaya qan sızır. Bundan əlavə yeni və anormal damarlar əmələ gəlir.

Qəfil görmənin itirilməsi ilə nəticələnir və müalicə edilməsə, korluğa səbəb ola bilər. Nəzarətdə saxlanmayan yüksək qan şəkəri, qan təzyiqi bu xəstəliyin yüksək risk faktoru hesab olunur.

Retinal tədqiqat və illik müayinə gərəkdir. İnyeksiyalar istifadə edilir.

İnsanlar fərqli göz problemlərindən, uzaqgörmə, yaxıngörmə, katarakta, konyuktivit və quru gözlərdən şikayət edir.

Uzaq və yaxıngörmə refraktiv qüsur hesab olunur və göz kürəsinin retina üzərində işıq saçmaması ilə bağlıdır.

Uzaqgörmə (miyopiya) uzaq məsafənin dumanlı, yaxın məsafənin aydın görülməsi ilə müşahidə edilir. Səbəbi insanların daha çox qapalı şəraitdə vaxt keçirməsi və texnologiyadan çox istifadə etməsidir.

Yaxını görə bilməmə (hipermetropiya) göz kürəsinin çox qısa, ya da buynuz qişanın əyri olması ilə bağlıdır. Yaşla əlaqələndirilir.

Astiqmatizm isə linza, ya da buynuz qişanın sferik mükəmməl olmaması ilə bağlıdır. Bulanıq və təhrif olunmuş görməyə səbəb olur.

Mütəxəssislər hər iki ildən bir gözlərin müayinə edilməsini, daha çox açıq havada vaxt keçirməyi məsləhət görürlər.

Go Back

Sakitləşirik,  özümüzü məhv edirik?

Gərgin iş rejimi, məişət və maliyyə sıxıntıları, müxtəlif problemlər gündəlik həyatımızdakı stressi pik nöqtəyə çatdırır. Əvvəllər sakitləşmək üçün açıq havada gəzərdik, indi isə dərmanlardan asılı vəziyyətə düşmüşük. Bir az özümüzü əsəbi hiss edən kimi təbii otlardan hazırlandığı deyilən dərmanlar alırıq. Bu dərmanlar arasında efirdə reklam olunan sakitləşdiricilər daha çox üstünlük təşkil edir.

Ümumiyyətlə, son zamanlar kanallarda geniş reklam olunan, insanların daha çox müraciət etdiyi sakitləşdirici dərmanların tərkibi, zərərləri və faydaları ilə bağlı çoxlu fikirlər səslənir. İlk başda faydalı görülən bu dərmanlardan həddən çox və məlumatsız şəkildə istifadə halları artmaqdadır. Bəs belə dərmanları həkim təyinatı olmadan qəbul etmək doğrudurmu? 

 

Psixologiya və Konsultasiya Mərkəzinin psixoterapevti Orxan Fərəcli bu cür dərmanların zərərli olduğunu hesab edir: “Müasir dövrdə psixiatr və psixoloqlara müraciətlərin təxminən 60 %-nin nevrozlu xəstələrin payına düşdüyünü nəzərə alsaq, deməli, bu xəstəliklərin müalicə məsələləri də bizim üçün olduqca aktual olmalıdır. Amerika kimi dünyanın inkişaf etmiş bir dövlətində belə xəstələrin sayı təxminən 20 milyona yaxındır. Əgər kimdəsə ürək döyünməsi, nəfəs darlığı, sinədə sıxılma, əhvalsızlıq, ağlama, kövrəlmə hissi varsa, deməli, nevrozun müəyyən əlamətləri var artıq. Sual oluna bilər ki, bizdə əgər bu əlamətlər varsa, mütləq həkimə gedib dərman qəbul etməliyikmi? Əlbəttə ki, yox. Əgər bu hallar sizdə 2 həftədən çox davam edərsə, əlamətlər artıq gündəlik həyatınıza, iş fəaliyyətinizə təsir etməyə başlayarsa, o zaman müalicə almaq lazımdır”.

 

Psixoterapevt qeyd edir ki, müalicə və müayinə ixtisaslı mütəxəssis tərəfindən təyin olunmalıdır. Müalicə prosesində qəbul olunmuş beynəlxalq müalicə protokolları əsas götürülməli və seçilən dərmanlar da məhz həmin protokolda tövsiyə olunan preparatlar olmalıdır: “Reklam olunan dərmanlar seratonin sisteminə təsir etmədiyi üçün effektiv müalicə üsulu deyil və heç bir beynəlxalq müalicə protokolunda tövsiyə olunmur. Bu tip dərmanların kütləvi reklam olunmasına baxmayaraq, həkim tövsiyəsi olmadan istifadəsi yolverilməzdir. Bu tip dərmanları içən insanlar həyəcan, əsəbilik, kefsizlik kimi şikayətlərlə qarşılaşırlar. Onlar gecə rahat yuxuya getmək üçün bu dərmanı qəbul etsələr də, səhər daha əsəbi, aqressiv şəkildə oyanırlar. Belə vəziyyətlərdə istifadə edilən bitki tərkibli dərmanlarının isə heç bir təsiri olmur”.

 

Nevropatoloq Rima İbadova öz praktikasında bu cür dərmanlardan heç vaxt istifadə etmədiyini deyir: “Müalicə üçün istifadə edilən dərmanlar iki tipə ayrılır. Kimyəvi və ot mənşəli dərmanlar. Kimyəvi dərmanlar elmi tədqiqatlara əsaslanmış, istifadəsi sübuta yetirilmiş dərmanlardır. Ot tərkibli və reklam olunan dərmanlar isə heç bir elmi əsası olmayan dərmanlardır. Bunların istifadəsi xəstələrdə “flasebo” təsiri yaradır. Yəni, xəstə bu dərman sayəsində yaxşı olacağına inandığı üçün dərmanın yaxşı təsir edir”.

 

Rima İbadova qaraciyər, mədə-bağırsaq problemlərinə səbəb ola biləcək bu dərmanların  həkim məsləhəti olmadan istifadəsini düzgün hesab etmir: “Ümumiyyətlə, əsəb sakitləşdirici dərmanlar həkimin göstərişi ilə kursla qəbul olunmalıdır. Dərmanlar bir kursluq müalicə üçün təyin edilirsə, gərək insanlar tərəfindən yalnız həmin müddətdə qəbul olunsun. Hər bir xəstəliklə bağlı bu dərmanların qəbulu üçün təyin edilən müddət müxtəlifdir. Bu müddət 15 gün də ola bilər, 1 ay da”.

 

Sonda qeyd edək ki, apteklərdə zərərsiz dərman kimi alıcılara təklif edilən bitki mənşəli sakitləşdirici dərmanlar uzun müddət, fasiləsiz qəbul olunarsa, insan orqanizminə mənfi təsir göstərir. Həddən çox və dozasında qəbul edilməyən bu tip dərmanlar zamanla insanda spazm, həddindən artıq zəifləmə, davakarlıq, səliqəsizlik, keylik, pis yaddaş, düzgün qərar verə bilməmək, intihar meylləri kimi qorxunc fəsadlara yol aça bilər.

Tərkibində narkotik olduğu düşünülən bu dərmanların apteklərdə yalnız resept əsasında satılması və onların satışına ciddi nəzarətin olması vacib sayılır. Odur ki, reklamlara aldanmayın və həkim tövsiyəsi olmadan hər hansı dərmanı qəbul etməyin. Təbii otlardan hazırlandığı deyilsə belə... Yoxsa əsəblərinizi sakitləşdirmək əvəzinə, əksinə, sağlamlığınızı məhv etmiş olarsız.

 

lent.az

Go Back

Hıçqırmaq

Çoxumuz gün ərzində anidən olaraq hıçqırmağa başlayırıq. Bəzən nəfəsimizi saxlayır, bəzən də su içərək bu istəksiz vəziyyətdən xilas olmağa çalışırıq. 
Ancaq səbəbsiz baş verən və uzun müddət davam edən hıçqırıqlar beyin və vacib orqan olan ürəkdə baş verən xəstəliklərin xəbərçisi ola bilər.
İstanbul-Memorial Ataşehir xəstəxanası terapiya şöbəsindən Həkim Prof. Birsel Kavaklı, hıçqırıq haqqında məlumat verib. 

Çox sürətli yemək yemək, həddindən artıq spirt və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər. Hıçqırıq, sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran və diafraqma adı verilən əzələnin spazmından sonra səs tellərinin olduğu qırtlaq bölgəsinin birdən bağlanmasıyla meydana gəlir və bu sırada bir «spesifik hıçqırıq» səsi eşidilir. Dəqiqədə 10-30 dəfə təkrarlanan bu sıxılmalar diafraqmadan başqa qabırğalar arasındakı əzələlərdə də ola bilər. 

Hıçqırıq çox vaxt qısa davamlı və zərərsizdir, sağlam şəxslərdə isə müvəqqəti bir narahatlıq olaraq ortaya çıxa bilər. Kiçik körpələrdə və çox sürətli yemək yeyən, bu sırada hava udan kəslərdə görülən hıçqıraq buna yaxşı bir nümunədir. Həddindən artıq gülmək, qıdıqlanma və ya çox siqaret çəkmək, spirtli içkilər qəbul etmək, əsəb pozğunluğu, hava udulması kimi hallarda müvəqqəti hıçqırıqlarla ortaya çıxır.

Sinir sistemi və mədə narahatlıqları ehtimalını nəzərdən qaçırmaq olmaz. Hıçqırıq bəzən günlərlə-həftələrlə kəsilməyə bilər, xəstəni ciddi şəkildə narahat edə bilər və bilinməsi vacib olan xəstəliyin alaməti ola bilər. Uzun davamlı hıçqırıqlar xəstənin yemək yeməsinə, yuxusuna, danışmasına təsir göstərir. Cərrahi cəhd zamanı və sonrasında ortaya çıxan hıçqırıqlar da müxtəlif narahatlıqlara gətirib çıxarır. Hıçqırığın mərkəz sinir sistemi xəstəliklərindən mədə xəstəliklərinə qədər çox fərqli səbəbləri ola bilər. 

Mədə reflüksu və hıçqırıq əlaqəsinə diqqət etmək vacibdir! 
Hıçqırıq meningit, beyində olan daxili qanaxma, beyin şişləri və beyindəki yaşlılıqla əlaqədar dəyişikliklər kimi mərkəzi sinir sistemi xəstəliklərinin birinin tapıntısı ola bilər. Mədə reflüksu xəstələrində hıçqırıq da ola bilər. Yalnız hıçqırıq şikayəti ilə həkimə müraciət edən xəstələr də olmaqdadır. Bu kəslər uzun müddət hıçqırıq səbəbindən nəzarətdə olur və reflüks xəstəliyi əlamətini isə göstərməz. Bu xəstələrdə reflüks müalicə edildiyi zaman hıçqırıq da keçər. Hər bir adamı zaman zaman hıçqırıq tuta bilər, amma reflüksu olan xəstələrdə bu daha tez və uzun müddətli olmaqla rast gəlinir. Təbii ki hər hıçqırıq tutan adamın reflüksu olmur. Bunun yanında hıçqırığı fərqli səbəbləri də var. 

Hər iki ağciyər arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, həddindən artıq ürək böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərin başlıcalarındandır. Sətəlcəm və ağciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Diafraqma əzələsinin yırtıqları, qaraciyər şiş və mədə xərçəngi, dalaq infarkt, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklərlə hıçqırıq müəyyən olunur. 

Hıçqırığı keçirmək üçün praktik təkliflər:
Nəfəsi bacardıqca saxlamaq, diafraqmanı yanıldır və yenidən normal nəfəslənmə ritminə dönməsini təmin edilir;
• Buzlu su, limon suyu və ya sirkə içməklə, qırtlaqdakı «glottis» spazmı həll edilə bilər;
• Buruna qara bibər sürtdükdə asqırıqdan sonra gələn şok nəfəslənmə, diafraqma əzələlərinə təsir göstərir və yenidən normal nəfəslənmə ritminə dönməsini təmin edir;

• 2-3 ədəd kəsmə şəkər və ya 1 qəhvə qaşığı duz yemək də müsbət nəticə verə bilər;
• Aç qarınına bir neçə qərənfil çeynəmək xüsusilə yaşlılarda yaxşı nəticə verir;
• Yemək yeyərkən tələsik edilməməli və danışılmamalıdır. Ümumiyyətlə yavaş danışmağa diqqət göstərilməlidir;
• İçkilər qətiyyən şüşədən içilməməlidir;
• Həddindən artıq gülməkdən çəkinmək lazımdır.

Bu üsullarla dayanmayan hıçqırıq üçün sakitləşdiricilər, əzələ genişlənməsi kimi müxtəlif dərmanlar təsirli ola bilər. Boyundakı şah damarı həkim tərəfindən masaj edilə bilər. Keçmədiyi təqdirdə həkimə müraciət edilməlidir. Durdurulmayan hıçqırıq üçün son çarə sinir əyləcinin bir anestetik dərmanla və ya cərrahi blokadasını təmin etməkdir.

med.az

Go Back

Ürək tutması zamanı ilk yardım

Ürəkdə olan ağrı adətən fiziki gərginlik və ya stres nəticəsində baş verir. Əvvəl döş sümüyü arxasında sıxıcı ağrılar başlayır, sonra onlar kəsici xarakter alır.

İnsan hava çatışmazlığı hiss edir, zəifləyir. Ağrısol çiyinə, sol kürəyə yayılır. Ağrı tədricən çoxalır, xəstə halsızlıq və qorxu hiss etməyə başlayır. 10-15 dəqiqədən sonra ağrı tədricən azalır, xəstə tutmadan sonra özünü zəif və yorğun hiss edir. Bu stenokardiya tutmasıdır. Stenokardiya tutmaları ürəyin işemik xəstəliyinə xas olan bir əlamətdir.

Stenokardiya tutması zamanı ilk tibbi yardım:

- Əgər ağrı fiziki gərginlik zamanı baş veribsə, işi dərhal dayandırmaq və imkan olduqca rahat şəkildə, ayaqları aşağı sallamaqla oturmaq lazımdır. Xəstənin ayaqlarını xardal qatılmış isti suya salın. Stenokardiya tutması zamanı uzanmaq olmaz! Bu vəziyyətdə qan bədənin yuxarı hissəsinə yönəlir və bu halda ürək daha çox yüklənir.

- Təmiz havanın daxil olmasına şərait yaradın (pəncərəni açmaq, nəfəsalmanı çətinləşdirən geyimin düymələrini, kəmərini açmaq).

- Nitroqliserin (0,0005 qr.) həbini (tabletini) xəstənin dilinin altına qoyun və ehtiyac olduğu halda 3-5 dəqiqədən sonra 3 dozayadək atırmaqla təkrar edin. Nitroqliserin həbi qəbul etdikdən sonra baş ağrısı başlaya bilər. Bundan qorxmayın, bu baş ağrısı tez bir zamanda keçəcək.

- Xəstəyə 1 həb (tablet) aspirin (0,5 qr.) verin (çeynəmək üçün).

- Əgər xəstə çox həyacanlanırsa, ona sakitləşdirici bir dərman vermək olar.

Əgər 3 doza nitroqliserin qəbul etdikdən sonra ağrı keçib getməzsə, dərhal “təcili yardım” çağırın – çünki bu, xəstədə miokard infarktının baş verməsinin əlaməti ola bilər!

saglamolun.az

Go Back

20 nəticə göstərilir