Düşüncə Jurnalı

header photo

KOQNİTİV BİHEVİORAL TERAPİYA KURSU

Psixologiya Elmi-Tədqiqat İnstitutu yeni mövsümün ilk kursu olan

KOQNİTİV BİHEVİORAL TERAPİYA Kursunu sizə təqdim edir.

Kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Aydan Xasməmmədzadə

tərəfindən tədris olunacaq, nəzəriyyə və praktikanı özündə birləşdirməklə 6 modul üzrə

24 saat müddətində davam edəcək. Kursu bitirən hər kəs kurs proqramı çərçivəsində imtahanda

iştirak edəcək, imtahandan 50% və daha yüksək nəticə göstərənlərə sertifikat təqdim olunacaq.

Kursun proqramını sizə təqdim edirik:

- Pasienti koqnitiv bihevioral terapiyaya yönəltmək;

- Hədəflərin müəyyən olunması;

- Günün məqsədinin müəyyənləşməsi;

- Ev tapşırıqları;

- Qeyri-adaptiv fikir və inancların müəyyən olunması;

- Qeyri- adaptiv fikirlərlə mübarizə;

- Fəaliyyətin bərpa olunması (Davranış texnikaları);

- Psixiatrik pozuntular (DSM-V və XBT-10),(hər xəstəlik qrupu analiz olunacaq);

- Problemi həll etmə (KDT praktiki tətbiqi);

- Müalicənin sonu və gələcək dəstək;

- Praktiki hissə.

Koqnitiv Bihevioral Terapiya Kursunun ilk modulu 28.09.2019-cu il tarixində,

saat 14:00-18:00 aralığında baş tutacaq.

Kurs ödənişli əsaslarla tədris olunacaq.

1 modulun ödənişi 40 AZN, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) 30 AZN,

tam kursun ödənişi 210 AZN, tələbələr üçün 150 AZN təşkil edir.

Öncədən qeydiyyatdan keçmək mütləqdir!

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what's App).

Go Back

Sorğu göndər