31 yanvar 2016-cı il tarixində Narınc Uşaq Psixologiya Mərkəzində "PSİXOLOGİYA GÜNÜ 2" layihəsi keçirildi!!!
AR. Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzi, Psixologiya və Konsultasiya Mərkəzi və Narınc Uşaq Psixologiya Mərkəzinin ortaq layihəsi olan "PSİXOLOGİYA GÜNÜ" layihəsi silsilə şəklində hər ayın son həftəsi keçirilən bir layihədir. Bu dəfəki Psixologiya günümüzdə 3 dəyərli mütəxəssisimizin çıxışı baş tutdu!
- Tibb elmləri üzrə fəlsəfə doktoru, dosent ARAZ MANUÇEHRİ LALEİ : "Burn Out" Sindromu
- Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu GÜLƏR MƏMMƏDOVA : "Cinsi tərbiyənin əsas prinsipləri"
- Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq NARINC RÜSTƏMOVA : " Uşaqlarda Hiperaktivlik Sindromu"
Hər üç təlimdə də aktiv bir şəkildə iştirak edən iştirakçılarımızın da sualları və cavabları ilə GÜNÜMÜZ maraqlı anlarla yadda qaldı!!!
Sonda İştirakçılarımıza İŞTİRAKÇI SERTİFİKATI təqdim olundu!!!