28 fevral 2016-cı ildə Narınc Uşaq Psixologiya Mərkəzində “PSİXOLOGİYA GÜNÜ 3″ layihəsi keçirildi!!!
AR. Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzi, Psixologiya və Konsultasiya Mərkəzi və Narınc Uşaq Psixologiya Mərkəzinin ortaq layihəsi olan “PSİXOLOGİYA GÜNÜ” layihəsi silsilə şəklində hər ayın son həftəsi keçirilən bir layihədir. Bu dəfəki Psixologiya günümüzdə 3 dəyərli mütəxəssisimizin çıxışı baş tutdu!
- Həkim-psixiatr ORXAN FƏRƏCLİ : “Somatoform və dissosiativ pozuntular”
- Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu AYGÜN AĞABALAYEVA : “Qısqanclıq və onun ailə münasibətlərinə təsiri”
- ADPU Yaş və Pedaqoji Psixologiya Kafedrasının Baş Müəllimi, Psixologiya üzrə Fəlsəfə Doktoru, Narınc Uşaq Psxiologiya Mərkəzinin Defektoloqu MİNARƏ MƏMMƏDOVA : ” Uşaq nitqinin inkişafında geriləmənin təyin olunması”
Hər üç təlimdə də aktiv bir şəkildə iştirak edən iştirakçılarımızın da sualları və cavabları ilə GÜNÜMÜZ maraqlı anlarla yadda qaldı!!!
Sonda iştirakçılara İŞTİRAKÇI SERTİFİKATI təqdim olundu!!!