Doymuşam sənsizlikdən
Yoruluram günbəgün
Xəyallar qurub sonra
"Çox heyf, olmaz" deməkdən...
Doymuşam sənsizlikdən,
Səni xatırlayaraq gülümsəyib
"O günlər bir də dönməz" deməkdən.
Doymuşam sənsizlikdən,
Sənsizlik nə yamanmış,
Nə qədər çalışsam da heç öyrəşə bilmirəm,
Sənsizlik bir üfüqmüş,
Nə qədər yerisəm də sona çata bilmirəm...
Doymuşam sənsizlikdən!
Bəsdir,yetər bu həsrət
Necə də acı imiş unutmağa çalışmaq,
Xəyallarda yüz dəfə gah küsüb gah barışmaq...
Doymuşam sənsizlikdən
Yetərincə bəsimdir,
Bundan sonra min il də
Yanımdan ayrılmasan
Deyərəm o həsrətin
Milyon il əvəzidir.
Doymuşam sənsizlikdən,
Bu cür də sınaq olar?
Sınaq o yana qalsın,
Bu cür də sevgi olar?
Bəs nə oldu küləklər
Yanan şamı söndürüb alovu gücləndirir
Eynilə həsrət kimi...
Bəs nə üçün bu həsrət
Nə səni unutdurur,
Nə də səni mənə gətirmir???
Doymuşam sənsizlikdən
Sən hələ doymamısan?
Bezmişəm sənsizlikdən
Niyə daha yazmırsan?
Darıxmışam səninçün,
Sənli günlərim üçün...
Çox xoşbəxtəm o günlər
Səni sevdiyim üçün...
Məni sevdiyin üçün...
Doymuşam sənsizlikdən
Sənsiz çox darıxıram
Sənsizlikdən üşüyür bütün sənli xəyallar
O arzular sönməmiş
Hardasan, gəl çıx daha...
Lalə Əhmədova