Düşüncə Jurnalı

header photo

Leyla İbrahimova - SEVGİ - QƏFİL GƏLƏN,QAPINI DÖYMƏYƏN QONAQ

Sevgi hissi mənə görə narkotik kimi bir şeydir. Amma təbii ki, belə müqəddəs duyğu ilə etdiyim bu bənzərlik tamamilə şərtidir.Ilk əvvəl insana xoşbəxtlik gətirir,dünyanın ən gözəl hissiymiş kimi duyur insan amma sonra sevgi öz tikanlarını çıxaranda insan sanki bilə-bilə özünü yanar alovun içinə atır... Heç kimin təsiri olmadan,heç kim səni bu uçuruma itələmədən özün öz ayaqlarınla gedirsən bu uçuruma amma getdiyin yerin uçurum olduğunun fərqinə varmadan...

Sevginin bizə ən qəribə oyunu isə heç düşünmədən,qəfil gələn,qapını döyməyən bir qonaq kimi bütün həyatımıza , ruhumuza daxil olub bizi tamamilə əlinə almasıdır... Heç tanımadığın biri özünün də xəbəri olmadan sənin həyatında ən vacib birinə çevrilir... Qəfil biri qarşına çıxır , varlığıyla bütün qəlbinin,ağlının sahibinə çevrilir. Möcüzələr yaradan bir qəhrəmana çevrilir... Onu gördüyüm an sanki bütün zaman durur , ətrafdakı nə hərəkət varsa , kim varsa, nə səs varsa hər bir şey yox olur və o an sadəcə " o" və " mən" oluruq. Amma çox qəribədir bütün gecəni düşünüb , üzünü gözünün qarşısına gətirib, gözünü yumduğun an surəti beynində əks olunan o insanı "1saniyə belə olsun görüm mənə yetər "desən də üz-üzə gələndə gözünün içinə baxa bilmirsən utandıgından... Elə ən məsum,zərərsiz bir hiss deyilmi sevdiyini utanc hissi ilə sevmək ? Baxışlar üst-üstə düşməsin deyə ya onun xəbəri olmadan gizli-gizli baxarsan , ya da ona baxmaq istədiyin an artıq onun sənə əvvəlcədən baxdığını görüb başını aşagı salarsan sırf utandığından... Necə deyərlər əgər kimsə səndən baxışlarını qaçırmaga çalışırsa, demək o gözlərdə sənə aid bir şey vardır...

Sevən insan artıq daha az gülər, daha çox susar, daha çox düşüner, gözləri daha çox uzağlara geder. Tədricən bu duygulara alışar. Amma elə insanı en çox incidən də bu gözel duyğuları yaradan sevgidir... Bir düwünün:bütün bu duyğulardan “onun” xəbəri yoxdur.Yenə də heç bir şeti görüb anlamır.Həqiqətən də çox qəribə və insanı daxilən yeyib bitirən bir hissdir: heç tanımadığın biri üçün darıxmaq,aradakı məsafənin belə ne qədər olduğunu bilmədən və buna önəm vermədən sevmək. Amma bəzən sevmək çare olmaz , hecne ede bilməz insan... Sadəcə olaraq bildiyim bir şey var ki , sevən insan heç vaxt sevməkdən yorulmaz. Heç nə edəbilmədiyi üçün bəlkə də kənardan sadəcə " o sevmir, sadəcə bağlanıb" kimi görünsə də, əslində onu sevməkdən heç vaxt imtina etməz , sadəcə kənarda qəhrəmanın bir möcüzə yaratmağını səssiz ve səbrli bir şəkildə gözləyər... İnsanın ürəyindən onun qarşısına keçib "mən burdayam , səni gözləyirəm "demək gəlir amma əslində onun da xəbəri olmur bəlkə də bu möcüzənin özünə çevrildiyinden... Heç bir şey deyişmir əslində , sadəcə susursan ve səndə o duyğuları yaradan insan üçün darıxırsan.Onun gözlərini,baxışlarını sevərsən, bir uşağın məsumiyyəti ilə sevərsən başqa heç bir şey düşünmədən...

Amma bir gerçəklik var ki , sevgi belə olmur sevdiyim... Tək mənim, ya da sənin sevməyinle olmaz bu sevgi... Duygularımı bilsə bəlkə də çox şey dəyişər amma nə deyə bildiklərimi, nə də ki deyə bilmədiklərimi-heç birini bilmir... Görəsən insanı gah sevindirən , gah da üzən bu duygular, həyatın bizə bir hədiyyəsidir yoxsa hansısa günahın bədəlidir ?? Hədiyyədisə, artıq göstərsin əsl üzünü həssas qəlbimi daha da çox incitmədən... Bəs əgər bədəldirsə , çox ağır deyilmi bu cəza ? Kiməsə paylaşılası,deyiləsi duygular da deyil bunlar,çünki ifadə etməyə sözlər yetməz... Yolu yoxdu bunun... Ya ürəyinə qıfıl vurub açarını fırtınalı dənizə atmalısan heç kəsin əlinə keçməsin deyə, ya da hər cür tikanlarına, alovuna, közünə dözüb bir ana kimi duygularına sahib çıxmalı , onu bəsləməlisən...

Sonda sevdiyinin elini tutacagın ümidi ile... Ümid edin ,isteyin,xeyal qurun...Mümkün olmasa da belə bəlkə də güclü istəyiniz,sevdanız sizə bir cavab verər...Mən belə edirəm,düzdü bu bəzən insanı çox üzür,gerçəkləşəcəyini yaxud əksinin olacağını bilmirsən... Amma inanıram ki , əgər ürəkdən , bütün ruhunuzla istəsəniz her şey mümkündü. Nəinki sevdiyinizə qovuşmaq , hər bir şey mümkündü. Əsas odur ki , arzusunda olduğunuz, xəyalında oldugunuz hər bir şeyin yanında özünüzü təsəvvür edə biləsiz , onun yanında olmağa hazır olduğunuza bütün varlığınızla inanasız.

Onsuzda hər nə qədər bizi incitsə də, hətta bəzən ağlatsa da bu hisslər SİZİN hisslərinizdi , ona görə də xəyallarınızı özünüz qədər çox istəyin , axı onlar SIZIN təfəkkürünüzün nəticəsidir ( bəlkə də çoxları bu fikrimlə razı olmaz amma xəyalpərəst biri olduğum üçün belə düşünürəm :)  )

Leyla İbrahimova

Go Back

Sorğu göndər