Sevgi - ürəyin elə döyüntüləridir ki, sən özünü hər şeyə qarşı mübarizə apara biləcək qədər güclü hiss edirsən. O qədər güclü olursan ki, həyatın boyu atmayacağın addımları belə atacaq qədər cəsarətin olur. Sən sabahın necə olacağını düşünmürsən, səni yalnız bu an düşündürür, bu an onu sevirsən ve bu hər şey üçün kifayətdir. Qoy səni sabah onunla bədbəxtlik gözləsin. Amma sən onunla birlikdə gələn bədbəxtliyə belə razısan. Əsil xoşbəxtliyin onun yanında olması olduğunu bilirsən çünki. Bax bu əsil sevgidi. Əgər sevirsənsə ve duyğuların həqiqətən saf və məsumdursa, sevgi səni kamilləşdirəcək, sən bu ali hissin köməyi ilə mənən təmizlənəcəksən. Yalnız sevgi insanı mələklərdən belə yüksəyə qaldıra, heyvanlardan belə aşağı sala bilər...
Və Henrix Heyn sevgi haqqında deyir: "Mələklər bunu səmavi sevinc, şeytanlar ise cəhənnəm əzabı adlandırırlar. İnsanlar isə buna sevgi deyirlər"
Nezrin Ömərzade