Sevgi nədir?
Sevgi nədir?-Kimə bu sualı verdimsə hamı demək olar ki, eyni cavabı verdi: "ona baxanda gözlərin gülməsi, ürəyin sürətli döyünməsi,danışa bilməmək,əl-ayağın bir birinə dolaşması və s." Mənim üçün sevgi bu dünyada ən ülvi hissdir. Çünki insan doğulduğu andan ona ailəsi sevgi göstərir,zamanla özü-özünü sevməyə başlayır. Ən gözəl an isə onu çox sevən başqa birini tapdığı andır. Sevgi qarşılıqlı olacaq deyə bir qayda yoxdur. Bəzən onu onsuz da sevərsən. Üzünü görmədən,səsini eşitmədən,indi nə etdiyini bilmədən...
Ədəbiyyat sevgi hekayələri ilə zəngindir,hər il minlərlə sevgi haqda mahnı yazılır. Bəs sevgi nədir? 5 hərfdən ibarət bu sözün mənası yazılışından çətindir. Onu izah etməyə sözlər aciz qalır. Sevgi Allahın insanlara verdiyi ən gözəl hissdir. İnsan sevəndə daha da gözəlləşir sanki. Kindən,yalandan,şərdən uzaqlaşır. Ürəyi yalnız gözəl hisslərlə dolur. Sevgi ruhun gözəlliyidir.
Mənim üçün sevgi ən ali hissdir. Niyə görəsə sevgi sözünü eşidəndə ağlımıza "səni sevirəm" cümləsi gəlir. Məncə sevgi 2 kəliməlik cümlədən ibarət deyil. Sevgi səbəbsiz sevməkdir,bir insanın digərinə bağlanmasıdı,güvənməsidi,xəstə olanda narahat olmasıdı, onunla hər saniyə danışmaq istəməkdir.Ən pis anında yanında olub onu təsəlli etmək istəyidir,ən gözəl anında yanında olmaqdır. Yalan danışdığıni bildiyin halda ona güvənməyi seçməkdir.
Həyatda ən gözəl söz onun adı olar bəzən. Onun adını eşidəndə dodaqların qaçar,gözlərin qıyılar. Yüz illərdir insan sevgi nədir sualını özünə verir, bəzən cavabını tapır, bəzən tapdığını sanıb yanılır. Görülməyən amma hiss edilən ,əllə tutulmayan amma yaşanılan,duyulmayan amma varlığı ürəkdə hiss edilən bir duyğudur. Bu sualın cavabı asan amma bir o qədərdə çətindir. Tam tapdığını zənn edərsən amma ürəyindəki,beynindəki fikirlər söz olub tökülməz dilindən. Bu sehirli söz səni düşünməyə vadar edər,düşündükcə daha da heyran qalarsan bu hissə. Sevgi hər gün oyandığına şükür etməkdir,hər gecə onu düşünüb yatmaqdır.
William Shakespeare bu fikri ilə məncə sevgi haqda ən gözəl sözü söyləyib: "Sevgilim and içərək doğru dediyini söyləsə ona inanaram. Yalan dediyini bildiyim halda."
Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgidə vaz keçmək də yoxdur. Yaşandıqca yaşadılar sevilər. Amma bəzən sevgili üçün bəzən isə sevginin bir gərəyi olaraq saxlanılar bu sevgi. Vaz keçmək yoxdur, vaz keçmiş kimi görünmək vardır.
Təhminə Yaqubova