Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşaq Psixologiyası"

Uşaq depressiyaları

Kim deyir ki, kədər sırf böyüklərə aid bir haldır?! Ancaq uşaq ruhu da kədər yaşayır, onu bəsləyir, böyüdür. Aparılan tədqiqatlarlar və statistik məlumatlar uşaqlarda depressiyaya tutulma riskinin ciddi ölçülərdə olduğunu göstərir.
Depressiya — böyük əksəriyyət bunu bir xəstəlik kimi görür.
Süd uşaqlığı dövrü də daxil olmaqla uşaqlıq çağının hər dövründə depressiya müşahidə oluna bilər. İnkişaf dövrlərinə görə simptomun əlamətləri fərqlidir. Məsələn, anasından uzun müddət ayrı qalmaq məcburiyyətində qalan və ana yerinə körpəyə şəfqət və maraq göstərən ana modeli ola biləcək bir kimsənin olmadığı mühitlərdə yetişən körpələrdə içinəqapanma, ətrafına qarşı maraqsızlıq, narahatlıq və bəslənmə problemləri kimi depressiya əlamətləri müşahidə edilir. 
Depressiya əsasən kədər və özünü pis hissetmə ilə diqqətə çarpan bir vəziyyətdir. Qıraqdan baxıldığında uşaq kefsiz və kədərli görünür. Ancaq balaca uşağın şifahi ünsiyyəti kifayət qədər inkişaf etməmiş olur və söz bazaları qeyri-kafi olduğundan duyğularını rahatlıqla ifadə edə bilmirlər. Bu səbəbdən duyğularını izah etmək yerinə daha çox şəkil çəkməyi yaxud başqa bir məşğuliyyəti seçirlər. O şəkillərə baxaraq yaxud uşaqları müşahidə edərək onların daxili aləmini kəşf edə bilərik. Uşaq depressiyasının əlamətlərindən biri də günahkarlıq duyğusudur. Bu davranış uşağın günahkarlıq duyğularını artıra biləcəyi kimi depresiyanı da gücləndirir. Depresiv uşaqda özünü günahlandırma meyli diqqətə çarpandır. Məsələn anasının xəstəliyindən ya da atasının işlərinin yaxşı getməməsindən özlərini məsul tuturlar. Bu da ciddi depressiya əlamətləri ilə müşahidə oluna bilər.
Əldə olunmuş məlumatlar uşaqlıq dövründə depressiya riskinin heç də az olmadığını göstərir. Uşaqlıq dövründən yetkinliyə keçəndə depressiya nisbətinin artdığı məlum olur.* Amerikalı alimlərin apardığı araşdırmalara əsasən, məktəbəqədər yaşlı uşaqların 1 %, məktəb çağı uşaqların 2 % və yetkinlik dövründəki uşaqların isə 5 % -də depressiyaya məruz qalır.

 

valideyn.az

Go Back

TƏTİLƏ ÇIXARKƏN UŞAQLARINIZIN PSİXOLOGİYASI POZULMASIN

Tətilə çıxan hər bir uşaq kimi sizin uşağınız da istirahət etmək, dostlarıyla görüşmək, oyunlar oynamaq və yay düşərgəsinə getmək istəyə bilər. Onun bu istəklərinin normal olduğunu, müvəffəqiyyətli uşaq kimi müvəffəqiyyətsiz uşağın da istirahət etməyə haqqı olduğunu unutmayın.

Həddən artıq reaksiya verməyin

Övladlarınıza məktəbdəki uğursuzluqları ilə əlaqədar həddən artıq reaksiya göstərməkdən çəkinin. İlk növbədə, onları anlamağa çalışın. Çünki, hər bir uşağın uğursuzluq səbəbi fərqli olduğu kimi, uğursuzluğun həlli yolları da fərqli ola bilər.            Uşağınızı müşahidə edərək ən çox çətinlik çəkdiyi sahələri müəyyənləşdirməyə çalışın və bir mütəxəssisdən bu mövzuda kömək alın.

Tətil üçün plan qurun amma təhsili unutmayın

Uşağınız üçün tətil planı qurarkən tətilin sonlarına doğru və ya arada bir övladınızın təhsilində mövcud olan əskiklikləri aradan qaldırmaq üçün də hazırlıq planları qurun. Bunlarla uşağınızın əskiklik yaşadığı sahələri tamamlamağa çalışın. Ancaq bu plan uşağınızın bütün tətilini əlindən almasın.

Uşağınızın əskiklikləri varsa, onları qəbul edin

Bütün ana-atalar kimi sizin üçün də uşağınız təbii ki, bənzərsiz və təkdir. Bu gerçəyi heçkəs dəyişdirə bilməz. Lakin, hər uşaqda ola biləcəyi kimi sizin uşaqda da öyrənmə bacarıqlarında bəzi əskikliklər ola bilər. Məsələn, öyrənmə çətinliyi hansısa zehni çatışmazlıq olmadan da uşaqların uğursuz olmalarına səbəb ola bilər.

Uşağınızla vaxt keçirməyə diqqət yetirin

Uşağınızla çoxlu vaxt keçirməyə, onun ehtiyaclarına cavab verməyə və onu daha yaxından müşahidə etməyə diqqət yetirin. Hansı sahədə çətinlik çəkdiyini, diqqətini nə qədər saxlaya bildiyini, hansı dərsləri sevdiyini və ya sevmədiyini öyrənin.

Uşağınızı təqdir etməyi unutmayın

Uşaqlar sevildikləri və rəğbətləndirildiklərində sevinirlər. Bəli, hər uşaq özünün sevildiyini, bəyənildiyini, təqdir edildiyini, məktəbdəki uğurlarının onun sevilməsi üçün əsas ölçü olmadığını, ailəsinin hər zaman onun yanında olduğunu bilməyə ehtiyacı vardır. Bunu uşağınızdan əsirgəməyin və ona dəyərli olduğunu hiss etdirin.

Məktəb açılmadan siz təlim-tərbiyəyə başlayın

Əgər, uşaqlarınız üçün təhsil ili bitərkən müəyyən etdiyiniz problemləri hələ də aradan qaldıra bilməmisinizsə, uşaqlarınızı məktəb açılmadan iki və ya üç həftə əvvəl məktəbə və təlim-tərbiyə prosesinə hazırlamağa başlayın.

Əziz valideynlər,

Unutmayın ki, sağlam uşaqlar ancaq sağlam bir ailənin məhsuludur. Uşaqlarınızla maraqlanın.

http://pdrgunlugu.net/tatile-girerken-cocuklarinizin-psikoloji-bozulmasin/

 

Tərcümə etdi: Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)

 

Go Back

Uşaqlarda stress pozuntusu

Uşaqlar ətrafda baş verənlərə böyüklərin təsəvvür edə bilmədikləri qədər həssas yanaşırlar. Hər şey onlara daha tez təsir edir. Belə mənfi təsirlər zamanı uşaqlar da psixoloji pozuntulardan olan stress yaranır. Stress – uşaq dünyaya gələn   andan onlar üçün yeni olan mühitdə keçirməyə başlayırlar. Uşaqlar xüsusi ilə adabdatasiya dövrlərində stress halları keçirillər.  Belə ki, uşaq baxçasına gedəndə, ailədə söz – söhbət olanda, xəstələnəndə məktəbə getməyə başlayanda və s. stressə məruz qalırlar. Valideynlər əksər hallarda uşaqların stress keçirdiyini anlamırlar.Onlar uşaqda baş verən dəyişiklikləri ya onun,şıltağlığında özünü pis aparması,ya da səhhətində yaranan problemlərə bağlayırlar.

Aparılan tədqiqatlar nəticəsində müşahidə olmuşdur ki,uşaqlarda stressə qarşı reaksiyalar müxtəlif yaş qruplarına görə fərqlənirlər.

2 yaşına qədər olan uşaqların yuxusu pozulur,əsəbləri çoxalır,yəmək yemədən imrina edirlər.Bu cür stressin səbəbi xəstəlik,rejimin pozulması,valideynin stress keçirməsi,yaxın adamdan ayrılıq da ola bilər.2 yaşına qədər olan uşaqlard stressi azaltmaq üçün onlarla oyun oynamaq lazımdır.

2 yaşdan 5 yaşına qədər uşaqlar stress keçirəndə aqressiv davranmağa bşlayırlar.Bu yaşda uşaqlarda əhvalın qəfil dəyişməsi,pisləşməsi müşahidə olunur və uşaq bununla mübarizə apara bilmir.Stress bu yaşlı uşaqlarda kəkələmə,hiperaktivlik yaradır.Uşaq stress halında tez-tez ağlamağa başlayır.Stressin səbəbini öyrənmək üçün uşaqların oyun oynarkən  oyuncaqlarına münasibətini müşahidə etmək lazımdır.Çünki uşaq məhz oyun zamanı daha səmimi olurlar və böyüklərə demədiklərini oyuncaqlarına deyirlər.Uşağı stress vəziyyətindən çıxarmaq üçün rəngli qələmlərlə rəsm çəkdirmək lazımdır.

Uşaq televizora baxandada stress keçirir.Gün ərzində uşaq  heç olmasa bir neçə saat sakitlik də qalmalıdır.Bu zaman o kitablarda şəkillərə baxa,oyun oynaya bilərlər.

5 yaşindan yuxarı uşaqlar stress keçirdiyi üçün özünə qapanır,həmyaşıdları ilə ünsiyyətdən qaçır və sakit olurlar.Bir qrup uşaqlarda isə stressə görə özünü pis aparır,əsəbi olur,isterik hallar yaşayır,özünə nəzarəti itirir.Uşaq uzun müddət stress halında olanda bu özünü səhhətində də göstərir.Uşaqda qıc olmalar,tiklər,saçlarını,barmaqlarını dolama və ya udma halları müşahidə olunur.

Stressin yaranmasının səbəblərinin biri də valideynlərin boşanmasıdır.Vallideynlər bu halı yaşayırsa,uşağa qarşı çox diqqətli olmalıdır.Belə ki,uşağın ana və atası ilə bağlı dünyası bölünməyə başlayır.Stressin neticəsində uşaqda baş ağrıları,gecə qorxulu yuxuların görülməsi müşahidə olunur.

Valideynlər uşaqlarına həssasla yanaşmalı,onda bu kimi halları müşahidə etdikdə səbəbini bilməli,mütəxəssizlərin köməyi ilə aradan qaldırılmalıdır.Unutmaq olmaz ki,ailə  uşaq üçün ilk cəmiyyətdir.Vlideynlər bunu nəzərə alıb,uşaqlara qarşı ilk ailə mühitini,daha sonra bağça,məktəb mühitini ön planda tutmalıdır.

Yazdı;Hüseynova Şəbnəm (Narınc uşaq psixologiya mərkəzinin Könüllü qrupunun üzvü)

Go Back

Uşaqlarda cinsi tərbiyə

 

Uşağın öz bədənini kəşfetmə dönəmi ilə başlayan cinsi tərbiyə oyunlarla davam edir.Bir çox valideyn uşağın cinsiyyətə aid davranışları ilə qarşılaşdıqda nə edəcəyini bilməz və bu davranışları yetişkin insanların cinsi həyatı ilə qarışdırar.Lakin uşaq cinsi həyatı yetkin cinsi həyatından tamamilə fərqlidir və uşağın inkişafında təbii bir dövrdür.Cinsi tərbiyədə ana və ata bilməlidir ki, səbrli olmaq və bu kəşfin təbii bir dövr olduğunu qəbul etmək lazımdır.

Cinsi kəşflər iki yaş dövrü ilə birlikdə artar.Bu dövrdə uşaq tualet vərdişinə yiyələnməyə başladığı üçün cinsi orqanına toxunması və bu toxunuşlarda xoşa gələn fərqli duyğular kəşf etməsi meydana çıxar.Əvvəllər oyunlarında rast gəlinən bu davranışlar,sonra bilərək təkrar edilməyə başlar.Bu davranışın qadağan olunması uşağın diqqətini daha çox çəkər və marağını daha da artırar.Xüsusilə də iki yaş dövründə bu tip davranışların sayı artar.Daimi xəbərdarlıqlar olunarsa uşaq özünü günahkar hiss edər və səhv etdiyini düşünər.Bu davranışlar təbii bir dövr olaraq qəbul edilsə də görülmə sıxlığı önəmlidir.Yalnız qalan,darıxan,oyun oynamağa yoldaşı olmayan,daima qadağalar qoyulan,yemək və tualet vərdişində sərt nəzarətdə olan və içinə qapalı uşaqlarda bu davranış daha sıx görünür.Bu səbəblər valideynlər tərəfindən bilinməli və qarşısını almaq üçün çalışılmalıdır.

Yuxu saatlarında da bu davranışlar görülə bilər.Bu dövrdə xüsusilə,uşağın yuxusu gəlmədən yatağına yatırılmaması vacibdir.3-5 yaş aralığında cinsi məlumatlar uşaqlar tərəfindən böyük maraqla qarşılanar.Uşaq kimə sual yönləndirirsə cavabı da həmin şəxsdən almalıdır.Qız uşağı atasına bu mövzuda sual verərkən “anandan soruş” deməməlidir.“Mən necə doğuldum?,”Hardan gəldim?” tipli suallar cavabsız qalmamalıdır.Cavablar uşağın anlaya biləcəyi bir dildə və yaşına uyğun izah edilməlidir.Soruşduğu suala təəccüblənsəniz də,necə cavab verəcəyinizi bilməsəniz də bunu ona hiss etdirməməlisiniz.Təbii və rahat açıqlamalarla cinsi tərbiyəni daha aydın qəbul edəcəkdir.

Uşaqlara cinsi orqanlarının özəl olduğunu anlatmaq cinsi tərbiyənin əsasını təşkil edir.Sadəcə həkiminin və lazım gələrsə ana və atasının toxuna biləcəyini ona izah etmək lazımdır.Ana və atanın cinsi həyatı və cinsi orqanları ilə bağlı maraq da görülməkdədir.Burada cinsi həyatla əlaqədar məlumat vermək yerinə,bunun ana və ataya özəl olduğunu ifadə etmək daha yararlıdır.Detaylı məlumatlar bu yaşdaki uşağın zehnini qarışdıra bilər.Valideynlərin,evdəki digər böyük uşaqların evdə çılpaq olmaması,birlikdə çimilməməsi və eyni yataqda yatılmaması çox vacibdir.

Uşaq ilə ailənin ünsiyyətə çox önəmlidir.Sağlam qarşılıqlı ünsiyyət zamanı düzgün cinsi tərbiyə vermək mümkündür.Cinsi tərbiyə ana və ata tərəfindən hər yaşa uyğun bir şəkildə verilməlidir.Zamanında kifayət qədər məlumat verilməyən uşaqlar daha fərqli və gizli,təhlükəli yollardan məlumat əldə etməyə çalışacaqlar.Bu da cinsi tərbiyəni zədələyə bilər.

Uşaqlıq dövründə sağlıqlı keçirilən cinsi tərbiyə yeniyetməlik və yetişkənlik dövründə sağlam cinsi həyatın təməlini qoyacaqdır.Yeniyetməlik dövründə cinsi tərbiyə daha çətindir.Bu zaman bədəndə gedən fizioloji dəyişikliklər yeniyetmənin psixologiyasına öz böyük təsirini göstərir.Yeniyetməlik dövründə uşaqlıqda qazanılan cinsi biliklərin əhəmiyyəti çoxdur.Valideynlər cinsi tərbiyə verərkən nə edəcəyini bilmirsə,özünü itirirsə psixoloqa müraciət etməli və dəstək almalıdır.

                                                         Ülfət Abbaszadə.Narınc könüllü qrupunun üzvü.

Go Back

Oğlu olan valideynlərə 8 məsləhət

1. Oğluna əsla gülmə 
Kişilər üçün bir qadının ona lağ etməsi travmadır. Ananın oğlan övladına lağ etməsi isə çox daha dərin yaralar aça bilər. Şalvarını tərs geyindiyi, itlərdən qorxduğu və ya məktəbdə bir qızdan xoşu gəldiyi üçün ona lağ etsəniz, bunu heç vaxt unutmayacaq. 
2. Suallarına hər zaman cavab verin 
Hər yaşda “çünki elə lazımdı” və ya “böyüyündə anlayarsan” kimi cavablar verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin, sonra ona izah edin. Cavab onun yaşına uyğun olmasa, sual barədə bir az düşünəcəyinizi deyin və zamana ehtiyacınız olduğunu söyləyin. Bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilərlər. 
4. “Sənə demişdim” qəlibini unudun 
Daha əvvəl söyləmiş olsanız və o da sizi dinləməmiş olsa belə, bu qəlibi sonsuza qədər unudun. Bu, ananın zəfərinin dadını çıxardığı bir rəqabətdir. Amma uşaq üçün bir faydası olduğunu deyə bilmərik. 
5. Onu tərifləyin 
«Gözəldir, amma bir az düzəlsə, yaxşı olar” yerinə yalnız „super“ deyin. Uşağınız hər şeyin öhdəsindən yaxşı gələr. Böyüdüyü zaman nəyin düz edilməsini daha yaxşı biləcək. 
6. Xəyallarını dəstəkləyin 
Əgər bir arxeoloq olmaq istəyirsə, ona mövzuya dair kitablar alın, musiqiçi olmaq istəyirsə, ondan hansı musiqi alətində ifa etmək istədiyini soruşun. Şəkil çəkmək istəyirsə, həvəsləndirin, kursa getmək istəyirsə, yollayın. Oğlanlar bəzən iyirmi yaşlarınadək nə etmək istədiyinə əsla qərar verə bilmir.
7. Əgər ağlayırsa... 
Bu, pis bir hadisədir. Problem sizə görə kiçik, amma onun üçün böyük ola bilər. Əslində onun üçün hər problem böyükdür, çünki öz dünyası kiçikdir. Əgər başına pis bir şey gəlibsə, neçə yaşında olursa-olsun onu sakitləşdirməyə çalışmalısınız. Bu, bir qaydadır. Üstəlik hər uşaq sakitləşməyə meyllidir. 
8. Hər zaman onun tərəfində olun 
Yalnız sözdə deyil, əməllərinizdə də onun tərəfində olmalısınız. Başqalarının yanında oğlunuz hər zaman haqlı olmalıdır. Əgər təklif və ya məsləhətiniz varsa, bunu yalnız ikilikdə olanda deyin.

 

ailem.az 

Go Back

Uşaq onanizmi

Uşaqların  mastrubasiya  etməsi  fikri çox  valideynlər üçün dəhşətli hal kimi yaxud da mənasız hərəkət kimi qiymətləndirilə bilər . Uşağınızı mastrubasiya edərkən  görmək bəlkə sizin üçün dəhşətli, inanılmaz bir hal ola bilər, sizi utandıra bilər, bu zaman çarəsiz hiss edə bilərsiniz. Ancaq  narahat olmayın  və qorxmayın. Uşağınız bədənindəki genital zonaları tanıdığı üçün belə bir hərəkət etmişdir. Bunu şüursuzca etsə də, bu hərəkət onda müəyyən həzz yaradır.

Uşaq onanizmi dedikdə, uşağın cinsiyyət orqanı ilə oynaması, özünü yerə, döşəyə,ədyala, yorğana sürtünməsi və bu hərəkətləri etdikdə zövq alması nəzərdə tutulur. Uşağın bu kimi hərəkətlər etməsi cinsiyyət orqanını tanımasını, zövq mərkəzini hiss etməsini göstərir. Əsasən qızlar arasında üstünlük təşkil edir.  Uşaqlıq onanizmi bəzən ananın uşağının altını təmizləyərkən bilmədən həmin zonaya toxunması ilə yaranır. Uşaq sıxılanda, darıxanda, emosional ünsiyyət qurulmadıqda bu hərəkəti etməyə başlayır.

Freydin fikrincə uşağın hər inkişaf mərhələsində öz tələ­batları və ehtiyacları vardır. Bu ehtiyaclar qarşılanmayanda uşaq bir mərhələdə ilişib qalır və sonrakı mərhələlərdə inkişaf etmək onun üçün daha da çətinləşir. Bir mərhələdə qarşılanmayan ehtiyaclar həmin mərhələdə yaranan fiksasiya ilə nəticələnir və Freydin fikrincə, bu fiksasiya sonralar insan böyüdükcə və inkişaf etdikcə onun şəxsiyyətinin formalaşmasında mütləq üzə çıxır. O, Psixoseksual inkişaf 5 mərhələyə ayırır:

 Oral dönəm – ağızla əlaqədar olur. Bu dönəmdə uşaqlar yemək ye­məyi, süd əmməyi və əllərini atdıqları hər şeyi ağızlarına qoymağı oyrənirlər.  Bu dönəmdə uşaq anasından asılı oldu­ğu üçün güvən və asılılıq kimi hissləri öyrənir.

Anal dönəm-Bu dönəmdə uşaqlar tualet təli­mini öyrənirlər və bunun nəticəsində onlar nəzarət, müstəqillik və nailiyyət kimi hisslərlə tanış olurlar.

Fallik dönəm- əsas zona insanın cinsiyyət orqanları olur. Bu dönəmdə uşaq­lar kişi ilə qadının fərqini yavaş-yavaş anlamağa başlayırlar. Freydin fikrincə, bu dönəmdə oğlan uşaqları atalarını analarının sevgisinə qısqanmağa başlayır və bu nəzəriyyə yunan əfsanəsindən bəhrələnərək, “Edip kompleksi” adını alır. Sofoklun bu əfsanəsində valideynləri tərəfindən atılan və onları tanımayan Edip adlı bir gənc krallığı ələ keçirmək üçün xəbəri olmadan atasını öldürüb öz anası ilə evlənir. Edip kompleksi Freydin nəzəriyyəsinə əsasən uşaqların ey­ni cinsdən olan valideyninə qarşı şüuraltı rəqiblik hissi və əks cins­dən olan valideyninə qarşı şüuraltı romantik duyğular hiss etmə­si­dir. Ancaq eyni zamanda, uşaq atasından cəzalandırılacağı üçün qor­xur, Freydin sözləri ilə desək, “kastrasiya həyəcanı” yaşayır və buna görə də, bu impulsları şüuraltına basdırır. O, həm də iddia edirdi ki, bu dönəmdə qız uşaqları kişilərin cinsiyyət orqanlarına həsəd aparırlar. Bu ideya o dövrdə qadınları Freydə qarşı çox qə­zəb­ləndirmişdi. Hətta bir feminist psixoloq qadın Karen Horney bu nəzəriyyəni rədd edib, onu qeyri-dəqiq və qadınlara qarşı alçaldıcı adlandırmışdır. Və bu fikrin əksinə Horney iddia edirdi ki, kişilər özlərini qadınlardan hər cəhətdən daha aşağı hiss edirlər. Çünki qadınlardan fərqli olaraq kişilər dünyaya uşaq gətirə bilmirlər.

Latent dönəmi (Gizlilik dönəmi)- Bu dönəmdə sakitlik dövrü ya­şa­nır. Uşaqlar daha çox məktəblə məşğul olur, dostluqlar qurur, hob­bilərlə maraqlanırlar.

Genital dönəm- bu dönəm ər­zin­də uşaqlar artıq gerçək cinsi əlaqələri anlayır və onlarda əks cinsə qarşı normal, şüurlu seksual maraqlar oyanmağa başlayır.

Əgər övladınızda onanizm varsa, onda aşağıda göstərilənlərə riayət etməyiniz lazımdır:

Etdiyinin səhv hərəkət olmasını  düşünməsinə səbəb olmayın

Cəzalandırıcı, mühakimə edici, ayıblayıcı hərəkətlərdən uzaqlaşın

Həmin hərəkətləri edərkən, özü fərqində olmadan diqqətini yayındırın

Övladınızla daha emosional ünsiyyət qurun, oyunlar oynuyun. Bərabər zaman keçirin.

tahminayagubova.files.wordpress.com

 

Go Back

Uşaqlara cinsi münasibətləri necə izah etməli?

 

Sevişən zaman uşaqlarına yaxalanan ana-atalar az deyil. Bəs övladınız sizi seks zamanı gördükdə nə etməlisiniz? Belə vəziyyətdə necə davranmaq lazımdır? 
Sözsüz ki, uşaq gördüyü mənzərəni yaşına uyğun olaraq düzgün mühakimə edə bilməz. Psixoloqlar bunun normal olduğunu və valideynlər tərəfindən təlaşla qarşılanmamasını məsləhət görür. Lakin uşağın gördüyü mənzərə və cinsi əlaqənin nə qədərinə şahid olması çox əhəmiyyətlidir. Əgər uşaq yaş baxımından kiçikdirsə, ilk olaraq valideynlərinin arasında şiddət yaşandığını düşünəcək. Əlbəttə ki, bundan ciddi şəkildə təsirlənəcək. 
Ən mühümü odur ki, panikaya düşüb ona sanki pis bir şey görürmüş kimi davranmayın. Bunu çox sadə və soyuqqanlı qəbul etməlisiniz (nə qədər özünüzü belə hiss etməsəniz də). Ona yaxınlaşıb, “Nə olub balama? Su istəyirsən? Yata bilmirsən? Darıxırsan?” kimi suallar verərək, təbii və qayğıkeş olmanız övladınızı gördüyündən daha çox yayındırar və marağının qarşısını alar. \Cinsəllik barədə suallar qarşısında “Get işinlə məşğul ol”, “Vaxtı gələndə biləcəksən”, “Leyləklər gətirib”, “Kələmdən çıxmısan” kimi uşağı alçaldan və qeyri-düzgün cavablar onda bu suala marağı daha da artırır. Nəticədə sualın cavabını qızlar və ya oğlanlar bir arada yığışaraq, bildikləri yarımçıq bilgiləri bir-biri ilə paylaşaraq axtarırlar.
Valideynlər bunu necə şərh etməlidirlər?
Kiçik yaşlı uşaqlar vəziyyətin çox fərqində olmaya bilərlər, amma nisbətən böyüklərə mütləq şərh vermək lazımdır. 
Bu zaman uşağa aşağıdakı kimi izahat vermək olar: 
— Birlikdə yatırdıq
— Bir-birimizi qucaqlayıb yatırdıq 
— Bir-birimizi qucaqlayıb öpürdük 
— Soyunaraq yatmaq istədik və qucaqlaşdıq 
— Lakin bunların hamısını yalnız ana və atalar edə bilər 
Övladınıza cinsi bilik aşılayarkən əməl etməli olduğunuz əsas qaydalar bunlardır: 
1. Uşağa mütləq cinsi həyatın sevginin bir parçası olduğunu başa salın. İzaha “biz atanla (ananla) bir-birimizi çox sevdik”, — deyərək başlayın. 
2. Dürüst olun və yalnız doğru bilgilər verin.
3. Lazımından artıq bilik verməyin. Sualına uyğun qısa və dəqiq cavablar verin. 
4. Bu mövzuda sual verdiyi üçün onu utandırmayın. 
5. Uşaqların cinsəllik anlayışının sizinki ilə eyni olmadığını bilin, bu, onlar üçün sadəcə kəşfetmə istəyi, maraqdır. 
6. Verdiyiniz cavablardan əlavə, uşaqların cinsəlliyi sizin davranışlarınızdan da öyrəndiyini unutmayın.
Ölkəmizdə cinsi həyat təəssüf ki, hələ də günah, ayıb sayılır. Övladları ilə bütün mövzuları paylaşan valideynlər bu haqda söhbət etməkdən qəti çəkinirlər. Nəticədə də uşaqlar öz yoldaşlarından, internetdən və başqa müxtəlif mənbələrdən məlumat yığmağa çalışırlar. Bu zaman isə ya yanlış bilgilər əldə edirlər, ya da yaşının bilməyə, anlamağa gücü çatdığından daha artıq informasiya əldə edirlər. Bu da onların daha çox yanlış addım atma riskini artırır.
Uşaqlar çox kiçik olan zaman onlara bəzi qaydaları öyrətmək gələcəkdə yaranacaq problemlərin ortaya çıxmasına mane olar.
— Ana-atanın otağına icazə almadan girməmək
— Tualetdə, ya da hamamda biri olan zaman icazəsiz girməmək
— Geyinərkən və ya soyunarkən insanları narahat etməmək, onlara baxmamaq 
— Öz bədəninə başqalarının toxunmasına icazə verməmək. Burada yalnız ana-atanın kömək məqsədli toxunuşları istisnadır. Bunu düzgün izah etmək vacibdir.
Bu tip qaydalar uşağın öz sərhədlərini çəkməsini təmin etdiyi kimi, başqalarının sərhədlərinə da hörmət göstərməsini öyrədər. Lakin yenə də ən yaxşı tədbir belə mənfi halların yaşanmamasına diqqət etməkdir. Ana-ata olmaq ciddi bir məsuliyyətdir və bu məsuliyyətə davranışlarınızda, şəxsi həyatınızda, uşaqlarınızla olan əlaqələrinizdə maksimum dərəcədə diqqət göstərmək məcburiyyətindəsiniz.

 

ailem.az

Go Back

Autizmli uşağın valideyni olsaydım

         

    İlk öncə bildirmək istəyirəm ki,uşaqlar bizim gələcəyimizdir.Onları sevmək, qorumaq, onların bizim üçün dəyərli olduqlarını uşaqlara hiss elətdirmək biz valideynlərin borcudu.

     Qısaca sizlərə Autizmli uşaqların əlamətləri haqqında  məlumat verim. Bir autizmin əlamətləri nədən ibarətdir:  ünsiyyət qurmağa meyilli olmurlar, səbəbsiz davranışlara malik olurlar yəni ağlayırlar, gülürlər, hər hansi əşyanı mütəmadi olaraq çevirməyi xoşlayırlar. Bu uşaqlar davamlı olaraq eyni oyunlar oynayırlar, ağrıya qarşı laqeyd olurlar,adlarına qarşı reaksiyası olmurlar, deyilən sözləri təkrarlayırlar, fırlanan əşyalara maraq göstərirlər, dəyişkənliyi sevmirlər.

    Bir autizmli uşağın valideyni olsaydıq nə edərdik:

  1. Pozitiv düşünməliyik, stress və depressiyadan uzaq olmalıyıq
  2. Uşağı cəmiyyətdən gizlətməyək
  3. Uşağı olduğu kimi qəbul edək
  4. Mütəxəssislərin evə verdiyi tapşırıqları təkrarlayaq
  5. Uşağımızı ərköyün yox, bu diaqnozun simptomu kimi qəbul edək.Deyə bilərsiz ki, niyə ərköyün...Biz  bir autizm olan uşaqdan doğru hərəkətlərə əməl etməsini gözləyə bilmərik.Autizmli uşaq təhlükə hiss etmədiyinə görə doğru hərəkətləri etməməyi normaldır,təhlükə olan yerdə saatlarla qala bilər.
  6. Autizmin digər forması olan Asperger sindromlu uşaqların bacarıqlı olurlar. Oların o qabiliyyətlərini ortaya çıxartmaq üçün düzgün yönləndirməliyik.
  7. Gün ərzində ən azı iki saat uşağı cəmiyyət içinə aparaq
  8. Terapiya zamanı valideyinləri düşündürən suallardan biri:  “Nə vaxt bitəcək?”. Zamanın uzanması uşağın vəziyyəti ilə bağlıdır. Uşaq nə qədər yüngül vəziyyətdə olarsa, o qədər  tez bitmək ehtimalı böyük olar.

Terapiya zamanı valideyini daha çox düşündürən məqamlardan biri də, uşağın nə zaman dil açmasıdır. Məşğələlər zamanı uşağın tək-tək söz deməsi nitq sahəsində uğurdur. Ona görə də bu tip uşaqların valideyinləri səbirli şəkildə davam edərək, cümlə qurma mərhələni gözləməlidir.

    Bu psixoloji problem olduğu üçün dərmanlarla müalicəsi yoxdur. Autizmli uşaqlara  nevroloji müalicə olunmalı və məşğələlər aparılmalıdır.Bu işə psixoloqlar, loqopedlər cəlb olunmalıdır.

     3 yaşa qədər olan uşaqlarla müşahidə nə qədər erkən aşkarlanarsa,  müalicə də o qədər effektli olar. Əgər uşaqda hansısa inkişaf pozğunluğu müşahidə olunursa, defektoloji, loqopedik və psixoloji məşğələlərə başlanılmalıdır. Əgər biz valideyinlər uşağımızın  1-2 yaşında əlamətlər  müşahidə ediriksə biz bunu mütəxəssislərlə məsləhətləşib  işi düzgün qurarsaq, düzgün müalicə alınarsa, artıq 6 yaşında o, normal uşaq səviyyəsinə çatar. Sindrom müəyyən olunandan normal səviyyəyə çatana qədər müalicələr aparılmalıdır.

   Bir autizm sindromu olan bir uşağın gözlərindən oxunan ifadələr bunlardır: “Mənə yaşıdlarımla oynamağa, ətrafımdakıları görməyə kömək edin, ünsiyyətə girməyə, mən də kiminləsə oynamaq, danışmaq istəyirəm, bacarmıram, nəyisə qavramaq istəyirəm bacarmıram.

   Biz valideyinlər nə qədər güclü olsaq , pozitiv düşünsək, övladımızı olduğu kimi qəbul etsək həyat bizim üçün o qədər maraqlı olacaq. Əgər belə uşaq sizin ailənizdə varsa, çalışın müsbət, pozitiv düşünün və övladınızı olduğu kimi qəbul edin və sevin. Çünki, o, bir autizm sindromu olduğu üçün günahkar deyil.


Leyla Rəhimova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu
 

 

 

Go Back

Körpə uşaqlarda Hidrosefaliya

Hidrosefaliya beyin içindəki suyun artmasıyla xarakterizə olunan xəstəlikdir. Beynimizdəki beyin onurğa iliyi mayesi olan 4ədəd mədəcik vardır. Bu maye damarlar tərəfindən davamlı boşaldılır. Bu mayenin tıxanması, onurğa iliyi mayenin pozulması vəziyyətlərində hidrosefaliya əmələ gəlir. Bu boşalmanın tıxanması vəziyyətində beyin onurğa iliyi mayesi yığılır. Beyin-onurğa iliyi mayesinin artmasıyla birlikdə beyin daxili təzyiqdə artır.
Körpə uşaqlarda ən əhəmiyyətli əlaməti baş böyüməsidir. Böyük uşaqlarda isə başın skileti formalaşdığı üçün baş böyüməsi olmaz.
Əlamətləri nələrdir,?
Körpələrin hər müayinədə baş diametrləri ölçülür və uşağın neçə aylıq olduğuna bağlı olaraq bunun normal sərhədləri vardır. Anormal baş diametrinin böyüməsi hidrosefaliyanın olduğunu düşündürür. Hər baş diametrinin böyüməsi hidrosefaliya olmaya bilər. Yenəda bu uşaqlarda erkən əlamət olaraq yüksək səsə ağlama, narahatçılıq, gərginləşmə müşahidə olunur. Narahatçılıq, baş ağrısı və fantan şəkilli qusma olur. Görmə pozğunluqları meydana gəlir. Danışmada və yeriməkdə geri qalırlar. Məktəbdə müvəffəqiyyətləri aşağı düşür.

Yaranma səbələri hansılardır?
-doğuşdan səbəbi bilinməyən hidrosefaliya.

-spina bifida tapılması.

-genetik.

-meningit keçirmə və.s.

Müalicəsi:

Dərman müalicəsi yoxdur. Sant ilişməsi və 3-cü ventrikülün çıxarılması şəklindədir. Sant  ömür boyu qalır və beyinə ziyan gəlməsinə mane olur. Əgər erkən diaqnoz edilib, sant ilişməsi qoyularsa zəka geriliyi olmaz və uşaq normal heyatına davam edə bilər.

                                                                                    Mənbə:  www.webbilgi.org      

                       Tərcümə etdi: Bakı Qızlar Universitetinin məzunu Səfərova Aytən

Go Back

Yalan danışan uşağa necə davranmalı?

aq nə zaman yalan və  gerçək anlayışlarını ayırd etməyə başlayır?

Xəyal və gerçəyi ayıra bilmədikləri üçün doğru olmayan şeyləri söyləmək, 3-7 yaş arası uşaqlarda, xüsusilə oyun fəaliyyətində rast gəlinir. Təxminən 11 yaşından sonra doğru ilə yanlışı böyüklər kimi ayırd etməyə başlayır.

Uşağın yalan danışmasının altında hansı səbəblər yatır?

Uşaqlar bir neçə səbəblə yalan danışa bilər. Burada diqqət edilməsi lazım olan uşağın yalanı hansı vəziyyətlərdə və kimlərin söylədiyidir. 7 yaşına qədər uşaqlarda xəyal gücünün təsirindən yaranan ya da böyüklərin diqqətini çəkmək üçün danışdıqları yalanlar ola bilər. Bu vəziyyətlərdə söyıənən yalanlar zamanı uşaqları uyğun cümlələrlə doğru olanları danışmağın nə qədər düzgün olduğunu başa salmaq lazımdır. 7 yaşdan sonra,  xüsusilə 11 yaşdan yuxarı söyıənilən yalanlarla uşaqlar, əgər sadəcə valideynlərinə yalan danışırlarsa, hansı mövzularda olduğuna diqqət edilməlidir. Yalniz ana və ataya söyıənilən yalanların altında onların verəcəyi reaksiyadan çəkinmə və qorxma yatır. Hiperaktiv uşaqlar düşünüb hərəkət etməkdə çətinlik çəkdikləri üçün çox asan yalan danışa bilirlər. Tək bir insana ya da müəyyən mövzularda söylənilən yalanlarda uşağın o insanlarla münasibətini və yalan danışdığı mövzu ilə əlaqəsini nəzərdən keçirmək lazımdır.

Ailələr övladlarının yalan danışdıqlarını hiss etdikdə nə etməlidirlər?

Uşaqların davranışında və psixologiyasında ortaya çıxan problemlərin nə səbəblə yarandığını bilmək çox önəmlidir. Əgər uşaq yanlız ata və anaya yalan danışırsa, və onların reaksiyalarından qorxursa, ilk öncə bunun səbəbini araşdırmaq lazımdır. Yalan ortaya çıxan zaman  verilən yanlış reaksiya sözlə və ya fiziki şiddət kimi səhv davranışlar heç vaxt həll yolu deyil. Uşağa yalan danışmağın mənfilərini söylədikdən sonra belə bir davranışın bizim və digərləri tərəfindən qəbul edilməyəcəyi izah edilməli, doğru söyləməyin əhəmiyyətini bilmədiyi üçün belə davranmış ola biləcəyi və bundan sonra daha diqqətli olacağına dair ona güvəndiyimizi bildirməliyik. Nəsihətin az, dinləmənin çox olduğu bir dialoqdan istifadə edilməlidir. Əgər bunlara baxmayaraq uşaq yalan danışmağa davam edirsə, bu zaman psixoloq yardımı alınmalıdır. Bu ona görə vacibdir ki, uşaq yalan danışmağı alışqanlıq halına gətirməsin, və yalanı ortaya çıxaran əsas səbəb tapılsın və həll edilsin.

          Yəni, əvvəlcə uşağın hansı yaş aralığında olduğu, yalanı kimə danışdığı, hanı mövzularda yalan danışdığı müəyyən edilməlidir. Bundan sonra isə, öz öhdəliyimizə düşənləri etməli, əgər lazım gələrsə, peşəkar yardım almalıyıq.           

          Tərcümə etdi: Lalə Fətəliyeva

          www.anneysen.com           

Go Back

UŞAQLARDA DIRNAQ YEMƏ

 

 

Uşaqlarda dırnaq yemə vərdişi əsasən 3-4 yaşlarından tez başlaması,(nadir olaraq 5 aylıq olarkən rastlaşmaq olar).Uşaqların 33%-də dırnaq yemə vərdişinə rast gəlinir. Bu hal erkən yeniyetməlik dövrünə qədər davam edir. Yeniyetməlik dövründə dırnaq yeyən uşaqların sayı 40-45% -ə qədər yüksəlir. Yəni yeniyetməlik çağına doğru uşaqların demək olar ki,yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi kimi isə gənclərin ətrafındakılar tərəfindən dəstəklənməmələri kimi görülür. Həmçinin dırnaq yeyən uşaqların ailələrin çoxunda da bu vəziyyət hökm sürür. Belə göstərilirr ki, uşaqlar sanki dırnaq yeməklə böyükləri təqlid edirlər. Yeniyetməlik dövründə ətrafdan sosial dəstək görənlərin çoxu bu vərdişi tərgidir.

Dırnaq bəzən ayaq barmaqlarını dişləməklə və ayaq barmaqlarını əl barmaqları ilə tutumaqla da qarşılıqlı görülür. Ayaq barmağının dırnağının yeyilməsi və dişlənməsinə adətən qızlarda rast gəlinir.

                        Dırnaq yemə alışqanlılığının səbəbləri

 Bu davranışın altında duran səbəblər barmaq əmmədə olduğu kimi, demək olar ki, psixoloji narahatlıqla əlaqədardır. Vərdiş daha çox basqı altında olan həyəcanlı vəziyyətlərlə əlaqədardır.

 Dırnaq yemə bir güvənsizlik səbəbi olaraq qəbul edilir. Ailə içində hədsiz basqı və avtoritar rejimin olması uşağın yerli-yersiz danlağa məruz qalması, qısqanclıq, kifayət qədər qayğı və sevgi görməməsi və gərginlik başlıca səbəblərdir.

Ata-ananın yaşantısı da vacib amildir. Valideynləri yola gedə bilməməsi, onlar arasında problemlər də uşaqların  dırnaq yeməsinə səbəb olur. Bunlarla yanaşı ata-anının hədsiz qayğısı, çox qoruması, uşaqlar arasında fərq qoymaq da uşaqlarda qısqanclığa gəıtirib çıxarır.

 Bu da sonda özünü dırnaq yemədə göstərir.Əsas şərt 3-4 yaşlarına qədər ata-ananın bunu görməməzlikdən gəlməsidir.

 Daha sonra bu vərdiş davam edərsə uşağın gərginlik və uyğunsuzluq səbəbləri yaxşıca araşdırılmalı və bunlara uyğun həll yolu tapılmalıdır.

 Uşağı danlamaq, qorxuzmaq, cəza vermək kimi zorlayıcı üsullar yararlı deyildir.Hətta bəzi zamanlar daha ağır duyğusal problemlərin çıxmasına səbəb ola bilər. Uşaqları qorxu yaradacaq durumlardan uzaq tutmaq lazımdır.

 Balaca uşaqların qorxu verici Tv filmlərini izləməsi, döyüşlü hər hansı  vəziyyətlərdə olmaları onları qorxudur və həyəcanlandırır.

 Dırnaq yeyən uşaqlara gecə yatarkən nazik əlcək geyindirmək . Uşaq gecə dırnağını yemək və ya dişləmək istədiyində xatırladıcı olması baxımından yararlı ola bilər.

 Barmaq və dırnağı acı, amma zərərsiz maye sürtülə bilər. Bu həm xatırladıcı, həm də dırnağın ağıza götürüldüyü zaman acı ilə birləşdiyində tərk etməyə köməkçi ola bilər.

 Uşaqların diqqəti başqa yönə çəkilə bilər. Sinema , televizor və ya radio dinləyərkən onun ağzını çeynəyəcək bir şeylə məşğul etmək dırnaq yeməsi və dişləməsinin yerinə keçə bilər.

 Uşaqları ara-sıra uğurlarından dolayı mükafatlandırmaq bu vəziyyətdə yarara sağlaya bilər. Ancaq bunun hədsiz olmasına diqqət etmək lazımdır, həmçinin də vaxta fikir vermək.

 Əks halda uşaq yeni mükafatlar almaq üçün bundan istifadə edə bilər.

 Dırnaq dərindən kəsilə bilər.Uşağının özünün də dırnağa qulluq etməyi də müsbət ola bilərş. Bu zaman uşağa manikür və pedikür alətləri almaq lazımdır.

 Son söz və bir və önləm olaraq dırnaq yemənin və dişlənmənin çox pis bir vərdiş olmadığı və istənilən zaman bunun qarşısının alınmasının mümkünlüyü uşaqlara başa salınmalıdır. Uşaq  buna inandığı zaman bu vərdişi tərgitməyə səy göstərəcəkdir. Çünki kənardakılar uşaqlarda bu  vərdişin nəinki  tərgidilməsinə, hətta daha da alüdəçilik halına gətirilməsinə və başqalarını əsəbləşdirmək və hüzursuz etmək üçün bir vastəçi olmasına gətirib çıxarır.

 

Go Back

Cinsi münasibət və uşaqlar

Uşağınızın gələcəkdə xoşbəxt bir cinsi münasibət yaşaması üçün indidən etməyiniz lazım olanlar

 Uşaqlarınız ilə danışmaqda ən çox düşəcəyiniz məsələ şübhəsiz cinsi münasibətdir.  Bir tərəfdən də yetkin olanda cinsi münasibət xoşbəxt yaşamalarını arzu edirsiniz, elə deyilmi? Onların yetişkinliklərində xoşbəxt bir cinsi həyata sahib olub olmayacağı həyatın digər sahələrində də olduğu kimi sizin uşaqlıqdan etibarən onunla bölüşdüyünüz, ya da bölüşmədiyiniz məlumatlarla birbaşa əlaqəlidir. Bu yazımızda uşağıncinsi münasibət haqqında daha rahat danışmağınız üçün bəzi məsləhətlər paylaşacağıq.

 Valideynlərin uşaqlarına cinsi münasibətdən bəhs edərkən ən çox nigaran olduqları məsələlər onlara "erkəndən ehtiyacları olmayan məlumatları vermək", "heç ağıllarında yoxkən belə bir şeyi ağıllarına salmaq" "onlara bunu açıqlayarkən utanmaq" kimi bir çox düşüncəyə əsaslanır. Son illərdə edilən araşdırmalar xüsusilə cinsi münasibətlə bağlı məlumatları ailələri ilə açıq danışan uşaqların və yeniyetmələrin erkən yaşda cinsi münasibət yaşamağı daha böyük bir yaşa təxirə salma hallarının ailələri ilə danışmayan uşaqlara görə daha çox olduğunu göstərir. Ailələri ilə bu məsələni açıqlıqla danışmayan uşaqların qulaqdan eşitmə məlumatlar və ya internet vasitəsi ilə çox vaxt mənbələri çox da etibarlı omayan saytlardan oxuduqları ilə məlumatlandığı və onlar üçün risk yarada  biləcək davranışlara daha çox üz tutduqları görünür.

 Hardan başlamalıyam?

 Uşağınız ilə cinsilik və cinsi inkişaf haqqında danışmağa kiçik yaşlarda (3-4 yaş) başlaya bilərsiniz. Çox kiçik yaşlarda ən geniş olaraq verəcəkləri sual "qız ya da kişi olmaq nə demək"? "Mən necə dünyaya gəlmişəm" kimi suallar olacaq.

 Yetkinlik ilə yanaşı başlayacaq olan fiziki dəyişikliklərə də onları hazırlayasınız və keçirəcəyi məsələn, “aybaşı”, "bədəndə dəyişikliklər" kimi təcrübələri əvvəlcədən öyrənməsi bunları yaşayanda qayğı və qorxu yaşamasını əngəlləyəcəkdir.

 Bu iş mənim üçün necə asan olur?

 Cinsi münasibət haqqında söhbətin valideynlər üçün nə qədər çətin olduğunun fərqindəyik. Cinsi münasibəti uşaqları ilə rahat danışa bilən valideynləri dinlədiyimiz də ilk başda onların da çətinlik çəkdiklərini amma zaman və bol-bol danışmaq ilə bunun da evdə rahatca danışıla bilən bir başlıq olduğunu müşahidə edirik. İşdə sizə bunu asanlaşdıracaq bəzi təkliflər;

 Erkən başlayın: Uşağınız kiçikkən və suallar daha sadə onu cavab verməyə başlasanız, sizə bu mövzuda açılması və onunla rahat danışmağınız asan olur. Suallarına təbii və sadə cavablar verərək onu cavablayın.

 Danışmaq üçün imkan yaradın: Cinsi münasibətdən danışmaq üçün gün ərzində bir çox fürsət yarada bilərsiniz. Məsələn, uşağınıza uyğun ola biləcək TV verilişləri və ya filmləri inkişafın, yetkinliyə girməyin, münasibətlərin nümunələrini görə biləcəyi yerlər ola bilər. Bu zamanları siz də cinsi münasibətlə bağlı söhbətləri başlatma vaxtları olaraq istifadə edə bilərsiniz.

 Uyğun kitablar əldə edin: Yaşına uyğun olaraq uşağınızın oxuya biləcəyi və ya birlikdə baxa biləcəyiniz kitabları mütləq istifadə edin.  Daha irəli yaşda məlumat ala TV proqramları, filmlər və internet saytlarını təklif edərdiniz.

 Çətin anlarda təxirə salın amma unutmayın: Bəzən onu o vaxt necə cavablayacağınızı bilmədiyiniz suallarla rastlaşa bilirsiniz. O zaman "bu çox gözəl bir sual bunu evə gedincə danışaq" deyərək bir miqdar vaxt qazana bilər və necə cavab verəcəyinizi öyrəndikdən sonra dərhal onu cavablandıra bilərsiniz.

 Nə düşündüyünü ondan soruşun: Uşağınıza bu məsələ haqqında nə düşündüyünü ya da nə hiss etdiyini soruşmaq sizə onun bu məsələdə nə qədər məlumatı olduğunu göstərəcək və sizin də onu daha yaxşı cavab verməyinizi təmin edəcəkdir.

Onu Dinləyin: Cinsi münasibətlə bağlı sizə danışdıqlarını sözünü kəsmədən hörmətlə qulaq asın. Onu dinləməniz onun dediklərinə qatılmanız mənasına gəlməz. Ancaq beləliklə hər zaman sizə özünü rahat ifadə edəcəyi bir şərait tapmış olur.

 Necə dediyiniz mühümdür: Nə dediyiniz qədər necə dediyiniz də uşağınızı təsir göstərəcəkdir. Qayğılı və ya qorxulu olduğunuz dərhal başa düşüləcəkdir. Onun cinsi münasibətdən bəhs etməsi sizin də çox yaxşı bildiyiniz kimi yaşadığı mənasına gəlməz. Buna görə narahat olmağa çalışın.

 Əsla Yalan Söyləməyin: Hələ daha kiçikdir. Gələcəkdə doğrusunu izah edərəm deyərək ona yalan danışmaq əvəzinə yaşı üçün əlverişli, faydalı və doğru şərh etməyə çalışın. Unutmayın cinsi münasibətlə bağlı inanclar çox kiçik yaşlarda yaranmağa başlayacaqdır.

 Daha çox məlumat: Yaşına uyğun qısa və bəsit açıqlamalar kiçik uşağınız üçün yetərli olacaq. İzah etdikdən sonra ona "Bilmək istədiyin başqa bir şey varmı? Ya da "Bu dediyim sənin sualının cavabı oldu mu"? deyə soruşun.

 Kiçik yaşlardakı uşağınızla danışmaq

 3- 4 yaşlarındakı uşaqlar adətən cinsiyyət fərqlərini dərk edir və bununla əlaqədar tez-tez "körpələr haradan gəlir"? "Kişilərin uşağı ola bilərmi"? kimi suallar verirlər. Bu suallara sadə və doğru cavablar verməyiniz vacibdir.

 Bu yaşlarda uşaqlar cinsi bölgələrə toxunaraq tanımağa çalışırlar. Onlara bədənlərini tanıdın. Bunu hamamda və ya çılpaq olunan digər normal zamanlarda (məsələn, paltarlarını dəyişdirərkən) edə bilərsiniz. Bədəninin hissələrini ona həqiqi adları ilə öyrədin. Hansı hissələrin xüsusi olduğunu, uşağınızın icazəsi xaricində kimsənin görməməsi lazım olan hissələri ona deyin.

 5-7 yaşlarındakı uşağınızla  danışmaq

 Bu yaşlarda uşaqlar bədənlərinin necə çalışdığını öyrənirlər. Digər insanların bədənləri, hamiləliyi və körpələrin necə doğduğu ilə maraqlanarlar.

 Bütün uşaqlar bədənlərinin necə dəyişəcəyi ilə bağlı məlumat sahibi olmalıdırlar. Məsələn, bir market alış-verişi zamanı aldığınız paket ya da tamponun nə olduğunu ona izah edə bilərsiniz.

 Qızlar yetkinliyə 9-10 yaşa qədər tez bir zamanda girə bilirlər."Aybaşı" olmadan ona bunu izah etməyiniz vacibdir. Eyni şəkildə, oğlan uşaqlarınızı da bədənlərinin necə dəyişəcəyi barədə məlumatlandırmalısınız.

 Bəs, daha böyük uşaqlar?

 Onunla yetkinliyə qədər zaman zaman bu mövzularda danışmışsınızsa sizinlə bu barədə eşitdiklərini, ya da maraqlandıqlarını hazırda da bölüşmək istəmə ehtimalı daha çox olacaq. Bəzən də yetkinlik dövrünün xüsusiyyətləri etibarilə siz onunla danışmaq istədikdə o bu məsələdə bir çox şey bildiyini və sizə ehtiyacı olmadığını söyləyə bilər. Bu halda ona nə bildiyini soruşun beləliklə onun bildiyi şeylərə əlavələr edə bilərsiniz. Bəzən də sizinlə bu mövzunu əsla danışmaq istəmədiyini söyləyə bilər. O zaman onun məhrəmiyyətinə diqqət göstərməli, nə zaman bu mövzuda bir dəstək istəsə burada olacağınızı bildirməlisiniz.

  

 

Mustafayeva Sünbül Münasib qızı

http://www.psikolojistanbul.com/portfolio/cinsellik-ve-cocuklar/

 

Go Back

UŞAQLARDA EMPATİYA NECƏ İNKİŞAF EDİR?

İnsanın özünü qarşısındakının yerinə qoyaraq hadisələrə onungözü ilə baxması, həmin insanın duyğularını, düşüncələrini düzgün şəkildə anlaması, hiss etməsi və bu vəziyyəti ona çatdırması prosesinə “empatiya” adı verilir. Empatiya insanın həyatının hər sahəsində ehtiyac duyduğu bir şey olduğu üçün həyatın ilk illərindən etibarən inkişafı vacibdir. Valideynlər empatiyanın inkişafında böyük rol oynayırlar.

Uşaqlarda empatiya qabiliyyətinin anadangəlmə olduğu və ya sonradan inkişaf etdiyi ilə bağlı müxtəlif fikirlər olsa da, tədqiqatçılar empatiyanın inkişafının köklərinin körpəliyə söykəndiyini deyirlər. Valideynlərin uşaq doğulduğu andan etibarən onun duyğularına diqqət yönəltmələri vacibdir, çünki, empatiya gördükcə, qarşılaşılan hadisələrdə bu davranışı görərək inkişaf edir. Uşaqlarda empatiya kiçik yaşlarından etibarən valideynlərin davranışlarına verdikləri reaksiyalardan müşahidə edilə bilər. Valideynin halına nə dərəcədə uyğun reaksiya verdiyi, gözləntilərə qarşılıq verməsi, öz duyğu və düşüncələrinin fərqində olması və onları ifadə etməsi bizə empatiya qurmağa olan meyillilikləri ilə bağlı ipucları verir.

Empatiya qura bilmək, insanları anlaya bilmək ilk öncə özümüzü anlamaqdan keçir. Öz duyğularımızı adlandıra bilmək, özünüdərkin olması empatiya qura bilmək üçün vacibdir. Buna görə də, uşaqların ilk öncə öz hisslərini başa düşməsi lazımdır. Duyğuları ehtiva edən anlayışların mənasını yaşayaraq, təcrübə qazanaraq özlərini daha yaxşı ifadə etməyi öyrənəcəklər. Erkən uşaqlıqda, sorğulama dövründə valideynlərin onlarla öz hisslərini ifadə etdikləri cümlələrlə danışması vacibdir. Bu dövrdən sonra başqalarının hisslərini başa düşməyə və öz hislərini başqalarınınkı ilə əlaqələndirməyə başlayırlar. Bütün bu bacarıqların inkişafında mücərrəd düşünəbilmə bacarığının da təsirli olduğu üçün məktəb dövrünə qədər uşaqların yuxarıda izah olunduğu kimi tam mənada empatik bir əlaqə qurması gözlənilə bilməz.

Empatiya qurmaqda digər vacib məsələ uşaqların anlaşıldığı mühitdə böyüməsidir. Ana-ataları tərəfindən başa düşülən uşaqların daha sağlam münasibət qura bildiyi müşahidə olunmuşdur. Uşaqların narahatlıqlarını anlaya bilmək, hisslərinin fərqində olmaq və bunu hiss etdirmək vacibdir. Empatiya qabiliyyətini inkişaf etdirmək üçün uşağa yaşadığı bir vəziyyəti, düşüncələrini, hisslərini izah etməsi üçün fürsət vermək, mühakimədən qaçmaq, hadisələr arasında əlaqə qurmasını təmin edərək yaşadıqlarından bir nəticə çıxarmasına şərait yaratmaq lazımdır.

Empatiya qura bilən uşaq öz duyğularının fərqində olur. Tələb etdiyi şeyin başqasına zərər verməyən və ya başqasının haqqını qoruyan bir tələb olmasına səy göstərir. Baş verən bir hadisə qarşısında digərlərinin nələr hiss edə biləcəyini və onlara nəyin yaxşı təsir göstərəciyini, o anda nəyə ehtiyac duyduqlarını düşünə bilir və ona uyğun reaksiyalar verir.

Uşaqların empatiya qabiliyyətlərini inkişaf etdirərkən, uşaqları kifayət qədər dinləməyə, hisslərini adlandıra bilməsi üçün dəstəkləməyə, duyğu və düşüncələrini ifadə etməyə istiqamətləndirməyə, yaşanan ya da qurma bir hadisə barədə söhbət etməyə, ondan gözlənildiyi kimi ona qarşı da başa düşüldüyünü hiss etdirməyə səy göstərilməlidir. Uşaqlarda davranış problemləri çox vaxt başa düşülməyən uşaqlarda görülür. Uşağın ehtiyacını başa düşə bilməyən valideyn uşağın istəyini fərqli davranışlarla dilə gətirməyə yönəltmiş olur.

Empatiyanın tam şəkildə formalaşması üçün uşağın özünü qarşısındakının yerinə qoyaraq hadisələrə onun gözü ilə baxa bilməsi, qarşısındakının duyğu və düşüncələrini düzgün şəkildə anlaya bilməsi, hiss edə bilməsi və buna uyğun reaksiyalar verməsi lazımdır.

https://psikolojigazetesi.com/cocuklarda-empati-nasil-gelisir/

Tərcümə etdi: Fatimə Qəhrəmanova

Go Back

Psixoloq Rövşən Hümbətov: Uşaq tərbiyəsində cəzalandırma və mükafatlandırma

Xoşbəxt uşaq yetişdirməyin sirri nədə gizlidir? Necə olur ki, bəzi uşaqlar sevinc dolu, xoşbəxt olduqları halda, bəziləri bunu etmək iqtidarında olmurlar?  Bildiyiniz kimi uşaq tərbiyəsində bir neçə faktor önəmli rol oynayır. Bu məqalədə daha çox tərbiyə prosesində istifadə olunan mükafatlandırmanın uşaq tərbiyəsindəki rolundan danışıcağıq.

Bir çox hallarda valideynlərlə ünsiyyətdə olarkən uşaqlarını həvəsləndirmək və daha yaxşı nəticələr göstərmələrini təmin etmək üçün mükafatlandırma üsulundan istifadə edildiyinin  şahidi oluruq. Belə ki, bir çox hallarda ana – ata uşağa dərs ilini yüksək qiymətlərlə bitirsən sənə telefon (kompyuter, ayaqqabı və s) alacam və ya gəzməyə aparacam kimi həvəsləndirici hədiyyələr təklif edirlər. Ancaq bu formada olan yanaşma tərzi uşağa şüuraltı olaraq özüm olduğum üçün sevilmirəm düşüncəsini verir, yəni məni, mən olduğum üçün yox, dərslərimi yaxşı oxuduğum üçün sevib, çox istəyirlər mesajı verir. Nəticədə uşaqda dəyərsizlik hissləri formalaşmağa başlayır. Bu dəyərsizlik hissi ilə ailəsi tərəfindən qəbul edilmədiyi fikrini formalaşdıran uşaq, qəbul edilməyin başqa yollarını tapmaq üçün ətrafdakılar ilə yaxşı münasibətdə olub onlardan təsdiq almağa, onların sevgisini qazanmağa çalışır. Nəticədə heç kimə yox deyə bilmir və hər hərəkəti üçün daima ətrafdan təsdiq gözləyir. Hətta bəzən uğurlu olduqda yoldaşları ilə münasibəti pozulacağından qorxaraq şüuraltı olaraq uğursuz olmağı seçir.

Mükafatlandırma insanda daxili motivasiyanı öldürdüyü kimi həm də insanlarda (xüsusən uşaqlarda) ona qarşı bir asılılıq yaradır və növbəti dəfə eyni nəticəni göstərmək üçün yenə mükafat tələb edir. Ancaq bir müddət sonra artıq eyni tipli mükafat adiləşdiyi üçün uşaq daha böyük və daha fərqli bir mükafat tələb etməyə başlayır. Valideynin bunu təmin etməməsinə görə bir şantaj vasitəsi kimi uşaq dərs oxumur, üzərinə düşən işləri görmür və nəticədə valideyni manipulyasiya edərək istəyinə nail olmağa çalışır. Bunun bir digər neqativ təsiri isə münasibətlərin pozulmasına səbəb olmasıdır. Mükafat istəkləri yerinə yetirilməyən uşaq valideynlərin tələbini yerinə yetirməməyə başlayır və buda konfliktlərin artmasına gətirib çıxarır. Əlavə olaraq mükafatlandırma uğuruzluqların artmasına, faydalı iş əmsalının aşağı düşməsinə və inkişafın zəifləməsinə səbəb olur.

Məşhur Türkiyəli araşdırmacı Özgür Bolat uşaq tərbiyəsinə həsr etdiyi bir kitabında son 70 il ərzində mükafat və tərbiyə arasındakı olan əlaqəni göstərən təcrübi araşdırmaları öyrənərək, müxtəlif nümunələrlə mükafatlandırmanın şagirdlərin və uşaqların tərbiyəsinə ziyanlarını göstərməyə çalışıb. Məsələn belə bir təcrübə var ki, uşaqları iki qrupa bölüb onlara krossvord həll etdirirlər və birinci qrupa krossord həll etdiklərinə görə hədiyyə verəcəklərini vəd etdikləri halda, digər qrupa heç bir mükafat vermirlər. Nəticədə, mükafatlandırma dayandırılan kimi birinci qrupdakı uşaqlar krossvordu həll etməkdən imtina edirlər. Ancaq mükafatlandırılmayan qrup isə krosvordu həll etməyə davam edir. Bir digər araşdırmada dostlarına, yoldaşlarına kömək edən uşaqlar mükafatlandırılırlar ancaq mükafat kəsilən kimi edilən köməyin miqdarıda azalmağa başlayır. Bu kimi yüzlərlə araşdırma onu sübut edir ki, mükafatlandırma haqqında bildiyimiz gerçəklər əslində reallığı əks etdirmir.

Digər bir məsələ isə uşağın sinifi keçdiyinə və ya dərs ilinin sonunda yaxşı qiymət cədvəli gətirdiyinə görə hədiyyə alınaraq, mükafatlandırılmasıdır. Bu birmənalı olaraq qadağan olunmalı məsələlər sırasına aiddir, çünki qiymətinə görə hədiyyə verilən uşaq öyrənmək əvəzinə sadəcə hədiyyə almaq üçün oxumağa başlayır. Artıq onun üçün biliyin, elmin heç bir önəmi qalmır və bütün çalışdığı sinifi yüksək qiymətlərlə keçməyə və hədiyyəni qazanmağa istiqamətlənir. Nəticədə uşaq yaxşı qiymətlərlə oxusa da, dərin biliklər qazanmaq iqtidarında olmur. Bunun qarşısını almaq üçün uşaqda daxili motivasiyanı inkişaf etdirmək və kontrolun onun öz əlində olduğunu hiss etdirmək lazımdır. Çünki özünə nəzarəti öz əlində olan insanlar daha xoşbəxt və rahat yaşayır, məsuliyyət altına girməkdən qorxmurlar.

Mükafat sistemi tək uşaqlarda deyil, yetkin insanların belə qeyri etik davranışlar göstərməsinə səbəb olur. İqtisadiyyatda kobra təsiri deyilən bir anlayış var ki, bu da davam edən bir problemi aradan qaldırmaq üçün müdaxilə edilməsi ancaq bu müdaxilə nəticəsində vəziyyətin daha da pisləşdiyi vəziyyətlərə verilən addır. Keçmişdə Hindistanda kobra ilanı sayı artdığına görə, ingilis höküməti kobra ilanı öldürüb gətirənə hər ilan üçün az miqdarda ödəniş edəcəyini açıqlayır. Lakin zamanla kobraların sayında azalma əvəzinə artım olduğu üzə çıxır. Çünki daha çox pul qazansınlar deyə insanlar kobra fermaları qurub, suni yolla kobra sayını artırır və onları öldürərək hər kobraya görə hökümətdən pul almağa başlayırlar. Bu da mükafatlandırmanın insanın etdiyi davranışa bəraət qazandırdığını, bu yolla öz davranışını rasionalizasiya etdiyini və insanları saxtakarlığıa istiqamətləndirdiyini bir daha göstərir.

 

Rövşən Hümbətov

Psixoloq, Gənc Psixoloqlar Birliyinin (GPB) baş katibi

Mənbə: "NARINC" Psixologiya Qəzeti

Go Back

Ailədə ikinci uşaq – qısqanclığı necə aradan qaldırmaq olar

Ailənin ilk uşağı biraz böyüdükdən sonra valideynlərindən “qardaş və ya bacı”sının olmasını istəyər. Lakin ailəyə yeni körpə gələndə ilk uşaqda narahatçılıq hissləri xoşbəxt hisslərdən daha çox olur. Bu zaman yaranan qısqanclığı necə aradan qaldırmaq olar? İkinci uşaq dünyaya gələndən sonra böyük uşağın həmişə gördüyü, adət etdiyi o xəyal dünyası dağılır. Çünki hər zaman hər kəsin diqqətinin yalnız ona verməyinə alışıb. Əgər ikinci uşağın dünyaya gəlməsi ilk uşaq üçün gözlənilməzdisə, bu zaman ortaya bir çox problemlər çıxır. Buna görə də valideynlər hər zaman ilk uşaqlara onları necə sevdiklərini, ailəyə yeni biri gəlsə belə aralarında fərq qoymayacaqlarını başa salıb göstərməlidirlər ki, uşaqlar arasında yersiz qısqanclıqlar və paxıllıq hissi olmasın. Ailələrdə vəziyyət müxtəlif olur, lakin yaxşı olar ki, ikinci hamiləlik planlı şəkildə olsun. Əsasən uşaqlar arasında 3-4 yaş fərqi idealdır. Hər şeyin bir səbəbi vardır. Əgər uşaqlar arasında yaş fərqi azdırsa, bu sadəcə valideynlərə yox uşaqların inkişafına da təsir göstərəcəkdir. Uşağın 1 yaşına kimi ana hər zaman onun yanında olmalıdır, nə qədər çox vaxt keçirdirsə, bu uşağın həm fiziki, həm də psixi inkişafına müsbət təsir göstərəcəkdir. 1 neçə ildən sonra ( körpəlik dövründə) təkcə ana ilə emosional bağlılıq deyil, körpə valideynlərin hər ikisi ilə ünsiyyətdə olmalı, onlarla daha çox vaxt keçirtməlidir. Artıq bu dövrdə uşaq gəzir, danışır və bir çox şeyləri dərk etdiyi üçün valideynlərə tez-tez “Niyə? Nəyə görə?” kimi suallar ünvanlamağa başlayır. Ətrafda olan hər şeyə toxunmaq, kəşf etmək anlamaq istəyir. Artıq 4 yaşlı uşaq bir çox şeyləri tam şəkildə anlayır və ana ona bildirməlidir ki, onunla çox vaxt keçirməsə belə yenə də onu sevir və dəyər verir. Uşaqlar arasında yaş fərqi normal olanda böyük bacı və ya qardaş balacanın qayğısına qalır və onlar bir yerdə oyunlar oynaya bilər. Lakin aradakı yaş fərqi çox olanda (6-7 yaş)  bir biri ilə az ünsiyyətdə olurlar, eyni oyunlar artıq onları maraqlandırmır. Psixoloqların fikrincə : belə olan hallarda əgər uşaqlar arasında yaş fərqi çoxdursa, bu zaman valideyn hər ikisi ilə ayrılıqda məşğul olmalıdır. Təbii ki, hər şeyi yaş faktoruna bağlamaq olmaz, böyük uşağın neçə yaşı olursa olsun ailəyə yeni bir üzvün qədəm qoyması ilə bir çox dəyişikliklər olacağını əvvəlcədən onunla danışmaq lazımdır.

Ailənin yeni üzvü ilə tanışlığa hazırlaşırıq – Uşaqlar arasında rəqabət hələ ikinci uşaq ana bətnində olarkən başlayır. Bu vəziyyətlə bir çox valideynlər qarşılaşır ancaq bunun haqqında düşünmürlər. Hamiləlik zamanı ana artıq uşaqla əvvəl ki kimi çox zaman keçirtmir, onu qucağına almaq, onunla oyunlar oynamaq – bütün bunları əvvəl ki sıxlıqda etmədiyi üçün  uşaq “Nəyinsə yolunda getmədiyini görür” və bunda özünü günahlandırmağa başlayır. Ümumiyyətlə uşaqların əksəriyyəti ailələrində baş verən dəyişikliklərdə özlərini günahlandırırlar. Ona görə də valideynlər uşaqlarını əvvəlcədən hazırlamalıdırlar. Artıq hamiləlik zamanı ana uşaqla ünsiyyət qurmalı və başa salmalıdır ki,  onun çoxdan istədiyi bacı və ya qardaşı olacaq. Bu vəziyyət uşağın gözləmədiyi kimi də ola bilər ona görə də o xəyal qırıqlığı yaşamasın deyə ana hər şeyi ətraflı ona izah etməlidir. Öz çağalıq dövründəki şəkil, video və s. nə varsa göstərmək məsləhətlidir. Daha sonra uşağa hamiləlik haqqında məlumat vermək olar. Çünki anada olan fiziki, mənəvi dəyişikliklərin “Nəyə görə?” olduğunu, onunla əvvəl ki kimi vaxt keçirtmədiyinin səbəbini başa düşməlidir.  Hər şeyi daha yaxşı dəqiq anlaması yaxın dostların, qohumların yeni dünyaya gələn körpəsi varsa, bunu ona əyani şəkildə göstərmək olar. Artıq ana doğuma yaxınlaşdığından bir müddət xəstəxanada olmalıdır və bu müddət ərzində uşağa xüsusi qayğı göstərmək lazımdır, çünki ananın gedişi ilə o düşünə bilər ki, kimsə anasını ondan alır və bu vəziyyət hər uşaqda özünü müxtəlif şəkildə göstərir. Bütün bunlara onu əvvəlcədən mütləq şəkildə hazırlamaq lazımdır. Bu mövzuda valideynlər uşaqlarını nə qədər hazırlasalar da, ilk vaxtlar uşağın yeni ailə üzvünə alışması elə də asan olmur. Təsəvvür edin ki, adət etdiyi hər bir şey dağılır. Əvvəl ki kimi olsa da artıq vəziyyət başqadır. Məsələn, o artıq evin kiçiyi deyil, hər kəs ona əvvəl ki sıxlıqda diqqət göstərmir. Hətta körpə bacı (qardaşı) ağladıqda və ya hər hansı bir problem olanda vaideynləri onu ordan uzaqlaşdırıb, başqa otağa göndərirlər və nəticədə uşaq unudulduğunu düşünür. Bu vəziyyətlə bağlı uşağın reaksiyası müxtəlif ola bilər. O yenidən çağalıq dövrünə qayıda bilər (çoxdan imtina etsə belə əmzikistəyə bilər, ona yenidən bez geyindirilməsini istəyər və s.). Valideynlər bütün bunlara təəccüblənməməli, normal qarşılamalıdırlar və uşağa onunla kiçik arasında bəzi fərqləri başa salmalıdır. Bu günə kimi onun etdiklərini ona göstərməli, inkişafı, qazandığı uğurları üçün onu təbrik etməlidir. Pis halda əgər uşaq adət etdiyi  istiliyi, sevgini, diqqəti, qayğını valideyndən görmürsə, bunları başqa yerdə axtarmağa başlayacaqdır. Məsələn, dostların yanında. Dostlar yaxşıdır. Ancaq yadda saxlamaq lazımdır ailə ilə ünsiyyəti əvəz etmir. Artıq zaman keçdikcə ana və ata əvvəl ki kimi uşaqla vaxt keçirdə bilmir. Ancaq burda kəmiyyət deyil, keyfiyyət əsas götürülür. Yəni valideyn uşaqla az vaxt keçirdə bilər, amma bunu keyfiyyətli şəkildə etməsi uşaq üçün əvəz olunmazdır. Valideynin vaxtının olmaması uşağın günahı deyil. Amma yenə də uşağa vaxt ayırmaq mütləqdir (1 saat belə olsa). Və bu vaxt ərzində ana ilə uşağın arasına heçnə girməməlidir : nə körpənin ağlamağı, nə telefon zəngləri, nə də başqa kənar işlər. Ana uşağına nə qədər vaxt ayırıbsa, sona kimi o zamanı onunla keçirtməlidir. Bu çox vacibdir. Daha sonra yatmadan öncə uşaqla ünsiyyətdə ola bilər. Danışmaq, ona nağıllar oxumaq, gün ərzində nələr etdiyi haqda müzakirələr etmək və s. Bəzən bunların əksidə ola bilər : ana uşaqla həddən artıq maraqlanır, bir növ onu ərköyün kimi böyüdür. Buda əsasən anada günahkarlıq hissinin aşırı dərəcədə olmasıdır. Səbəbi nədir? Kökü ananın uşaqlığından gəlir. Ola bilər ki, vaxtilə o da evin böyük qızı olub və lazımi diqqət-qayğını valideynlərindən görməyib, kənarda qalıb. Bu gün o uşağına aşırı diqqət göstərməklə öz yaşadıqlarını ondan uzaqlaşdırmağa çalışır. Ən son halda valideyn uşağın danışıq və davranışında mənfi hallar görürsə, bu zaman mütləq peşəkara müraciət olunmalıdır. Peşəkar psixoloqlar bu problemin kökünün hardan gəldiyini və həlli yollarını yaxşı bilirlər. Problem nə qədər tez həll olunsa bir o qədər yaxşıdır. Davamlı olaraq psixoloq yanına getməyə ehtiyac yoxdur, bir neçə seansla problemi aradan qaldırmaq olar. Valideyn həm öz davranışına, həm də uşağın davranışlarına xüsusi diqqət yetirməlidir. Əgər qeyri-adi vəziyyətlər baş verirsə, bu zaman valideyn uşağın bu davranışlarını qeyd etməli və psixoloqa bildirməlidir. Psixoloq və valideynin birgə işi zamanı uğurlu nəticə alınacaqdır və yenidən problem yaranarsa, bunun həlli daha asan olacaqdır. 

Tərcümə edən : Afaq Məmmədova , ADPU – Təhsildə sosial-psixoloji xidmət

Mənbə :  сайт – Мама.ru

Go Back

Atasını İtirən Uşaq Psixologiyası

Atasız böyümək iki fərqli şəkildə təyin oluna bilər; bunlardan birincisi fiziki olaraq atasız böyüməkdir, yəni atası vəfat edən uşağın yaşadığı vəziyyətdir, digər vəziyyət isə ana ata ayrılığı nəticəsində uşağın atasız böyüməsidir. Atasız böyüyən uşaq psixologiyası deyildikdə ağla ilk gələn fiziki olaraq atasız böyümənin uşaq psixologiyası üzərindəki təsirlərindən bəhs edəcəyik; Ata itkisi çətindir. Həyatda bir çox şeyin öhdəsindən gələrkən uşaqlar köməyə ehtiyac duyurlar. Nazlanma, öyünmək, sevinmək, kədərlənmək kimi bir çox duyğunu uşaq yaşamaq vəziyyətindədir. Bu duyğuları yaşayarkən şübhəsiz birilərindən bu duyğuları bəsləməsi üçün kömək almaları lazımdır. Bu vəziyyətdə atanın rolu olduqca böyükdür. Atasını itirən uşaqlarda çox fərqli davranışlar müşahidə olunur. Əvvəlcə uşağın yaşı, ananın yanaşması və ananın yenidən edəcəyi evlilik uşağın fiziki və ruhi həyatına təsir edəcək. Uşaqların yaşlarına görə bir yekunlaşdırma etmək lazım olsa;

0-3 Yaş Atasız Böyüyən Uşaq Psixologiyası.

Bu yaşdakı uşaq ata anlayışını hələ yeni təyin edən uşaqlardır. Əgər uşaq bu yaş aralığındadırsa onlara ataları tanıdılmalı və itirilən atanın sonsuz bir yuxuda olduğu qeyd edilməlidir. Bu yaşdakı uşaqlar həddindən artıq reaksiya verməzlər,lakin davamlı olaraq atalarını soruşa bilərlər. Ətrafında gördüyü ata fiquru onlara yad gələ bilər, bu da uşağın psixologiyasına təsir edə bilər. Uşaqla maraqlanan insan bu mövzuda uşaqla davamlı danışmalı və ona şifahi olaraq ata anlayışını  tanıtmalıdır.

4-8 Yaş Atasız Böyüyən Uşaq Psixologiyası

Bu yaşdakı uşaqlar ataları ilə tanış olan uşaqlardır. Ata itkisi onlar üçün olduqca çətin olacaq. Əgər uşaq bu yaş aralığında atasını itirdisə onunla maraqlanan insan çox həssas davranmalıdır. Uşaq psixologiyası olduqca enişli çıxışlıdır. Bu yaş aralığında uşaq israrcı ola bilər, onlarda bəzi davranış pozğunluğu və ya diqqət əskikliyi kimi simptomlar gözlənilə bilər. Atasını itirən uşaq üçün dünya artıq daha fərqli olacaq. Onunla davamlı danışmaq və onu müşahidə etmək ən doğru davranış olacaqdır. Tələb gördüyünüz vəziyyətdə isə mütləq bir mütəxəssisdən kömək almalısınız.

9-14 Yaş Atasız Böyüyən Uşaq Psixologiyası.

Yetkinlik dövrü olaraq xarakterizə edilə biləcək bu yaş aralığı uşaq psixologiyası baxımından olduqca həssas bir dövrdür. Uşaq sağlam bir yetkinlik keçirdiyi müddətcə yetkin olmağa hazırdır. Bu dövrdə atasını itirən uşaq psixologiyası çox böyük fərqliliklər göstərəcək. Maddə asılılığı, səhv yoldaş seçimi, akademik müvəffəqiyyətdə eniş kimi bəzi pis nəticələr ata itkisi ilə əlaqədar yaşana bilir. Tam əksinə atasını itirən uşaq; ailəyə çox böyük bir bağlılıq, akademik müvəffəqiyyətdə artım kimi müsbət xüsusiyyətlər də qazana bilməkdədir. Uşağın ana tərəfindən doğru istiqamətləndirilməsi və atasının yerinin doldurulmayacağı, atasının hər zaman mücərrəd mənada onlarla birlikdə olduğu izah edilməlidir

 

MƏNBƏ: cocukpsikolojisi.com

TƏRCÜMƏ ETDİ: BƏYİMXANIM OSMANLI

NARINC Könüllü Qrupunun üzvü

 

Go Back

Bir atanın etirafı

Bütün bunları sən yatandan sonra yazıram.Bir az əvvəl oturub qəzet oxuyurdum.Birdən özümü çox günahkar hiss etdim. Qalxıb sənin otağına getdim.Balaca əlini yanağına söykəmişdin.Tərdən saçların islanıb alnına yapışmışdı.Səhər məktəbə gedəndə yenə üstünə qışqırmışdım.Üzünü yaxşı yumamışdın, ayaqqabıların da kir-pas içində idi.Hələ bu azmış kimi, səhər yeməyində süfrənin üstünə çay da dağıtmışdın.Bütün bunlar məni əməlli-başlı hövsələdən çıxarmışdı.Mən işə, sən məktəbə getmək üçün evdən çıxdıq. Sən mənə«Yaxşı yol ata»-dedin.Mən isə«Sağ ol» demək əvəzinə :«Düz yeri,belini əymə»-deyə üstünə qışqırdım.
Axşam işdən qayıdanda səni küçədə gördüm.Toz-torpaq içində uşaqlarla oynayırdın.Ayaqqabılarını da bulamışdın.Bu dəfə də yoldaşlarının yanında səni utandırdım.
Axşam yeməkdən sonra otağıma çəkiləndə ürkə-ürkə yanıma gəldin.Mən isə sərt bir şəkildə:«Nə var,nə istəyirsən?»-deyə soruşdum. Heç bir şey deməyib yanıma gəldin,qollarını boynuma dolayıb məni öpdün.Mənim«soyuqluğum» Allahın sənin o kiçik ürəyinə verdiyi sevgini dondura bilməmişdi.
Hə, oğlum! Sən yatandan bir qədər sonra qəzet əllərimdən sürüşüb düşdü.Sanki yuxuda idim, oyandım.Deyəsən yerli-yersiz qışqırmağa artıq adət etmişdim.Səni sevirdim,ancaq uşaq olduğunu unutmuşdum.Həmişə sənə böyük gözüylə baxmışdım.Ancaq  indi sənə baxıram və nə qədər balaca olduğunu görürəm.Halbuki mən səndən çox şey istəmişdim, həm də lazım olandan çox şey…

kayzen.az

 

Go Back

Uşaqlara soyqırımı necə izah etməli- Psixoloq rəyi

Hər bir ölkənin sağlam gələcəyi onun vətandaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri xüsusən anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətən ilə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır. Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur.

 Ağır, acılı günlərimizi necə?! Bax burda hər kəs tərəddüt yaşayır. Necə edək ki, uşağımızda vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin fotogörüntüləri göstərilsinmi?

  İlk öncə onu qeyd edimki, uşaqlar ölümü 7yaşa qədər anlamırlar. Onlar bu yaşa qədər ölümü sonlanmış proses kimi yox, gedib sonradan gələcək bir hal kimi anlayırlar. Ona görə də bu günü bağça dönəmlərini yaşayan uşaqlara mütəxəssislər anladarkən hadisələri detallı şəkildə fotogörüntülərlə anlatmamalı, orda olan şiddəti sözlü şəkildə qismən izah etməli, daha çox vətəni sevmək, onu qorumaq, ağır günündə yanında olmaq və s.kimi gözəl, güvənverici duyğulara fokuslanmalıdırlar. Bu əlamətdar gündə uşaqların himni bilməsi, onlara vətənlə bağlı şerləri öyrədilməsi, səhnələşdirməsi məqsədəuyğundur.

  Məktəb dönəmində isə artıq uşaq ölümü dərk edə bilən yaşdadır. Burda mütləq müəllim- pedaqoq diqqətli olmalı, məktəb psixoloqunun iştirakı və ya nəzarəti altında məlumat verilməlidir. Emosional sferası davamsız olan uşaqlar hələ də ölümü anlamamış ola bilər. Bu uşaqlar xüsusi seçilməli, izahatda onlar da nəzərə alınmalıdır. Cinsi yetişkənlik yaşına (9 yaş sonrası) kimi uşağın işgəncə video və fotoşəkilləri izləməsi məqsədəuyğun deyil. Bu zaman uşaqlar artıq bu acı günə, bu günün niyə qeyd olunduğuna deyil, görüntüdəki işgəncələrin təsiriylə hadisələri öz üzərinə köçürüb yaxınlarını itirmə və ya məktəb qorxusuna çevirə bilər. Bunun nəticəsində onlarda yuxuda sayıqlamalar, yuxuya gedərsə hadisələrdən xəbərsiz olacaq və pis bir şey baş verəcək düşüncəsinə qapılaraq yuxu pozuntusu, səbəbsiz hərarət, qarın ağrısı və s.fobik əlamətlər baş verə bilər. Bəzən pedaqoq elə düşünür ki, uşağa şəkilləri göstərərsə bu hadisəni daha dərindən anlayacaq. Əslində özlərini bir az əziyyətə salıb hadisələri nağıl edərək danışsalar heç bir uşaq qorxunu nifrət şəklində yaşamadan hadisələri gözləri önündə canlandıracaq. Təsirlənəcək, qəzəblənəcək, məsuliyyət hissinin verdiyi qeyrət onda hər zaman vətəni qorumaq instiktini oyaq saxlayacaq. Kimisi seçdiyi idmanla, kimisi yaxşı bildiyi fənnlə önə gedib vətənimizin adını uca zirvələrdə daşımaq istəyəcək. Nəinki məktəbdən qorxacaq, səhərisi gün ağlayaraq məktəbə getmək istədiyini dilə gətirəcək.

Şəhidlərimizə verilmiş işgəncələri hər uşaq öz təxəyyülünə uyğun olaraq canlandıracaq. Onları necə qaz balonunda kilidli saxlandığı, soyuq qarlı havada əliyalın meşədə qalmaları, bütün bu hadisələrin hər biri müəllimin dilindən incəliklə, böyük həssaslıqla izah edilməlidir. Soyqrım mütləq sükutla yad edilməlidir. Hər bir kiçik yaşlı uşaq artıq 9yaşından sonra bu görüntüləri gizlətsəniz belə axtarıb tapacaq,bütün sənədli filmləri izləyəcəkdir.Əks təqdirdə uşağa erkən yaşda bunu doğru formada izah etməsək, əsl şəxsiyyət kimi formalaşmağa başlayan, yəni yeniyetməlik dönəmində bu proseslərdən qaçacaqdır. Soyqrım övladlarımızda ruh düşgünlüyü yox, daha mətin, daha Mübariz olmağı formalaşdırmalıdır.

Faciə hamımızın faciəsidir. Bunu gələcək nəsillərə övladlarımız çatdıracaq bu günün uşaqları, sabahın Mübarizidir. Həyatını dəyişənlərə rəhmət, Xalqımıza səbir arzulayıram.

 Narınc Rüstəmova

NARINC UPM-nin rəhbəri, klinik psixoloqu

Go Back

UŞAQLARIN DƏRS UĞURSUZLUQLARI

Gələcəkdə öz ayaqları üstündə möhkəm dayanmaq üçün yola çıxan balacalardan ailə və müəllimlərinin tələbləri yüskəkdir.Məktəb dövründən başlayan bu hekayə universitet və daha sonrakı pillərdə uşaqların həmdə böyüməyinə yardım edir.Uşaq öyrəndikcə müvəffəqiyyəti artır.Hər qazanılan uğur uşağın şəxsiyyətinə böyük təsir edir.Ona görədə  valideynlər uşağın şəxsiyyətinə zərər vermədən öz potensiallarını düzgün şəkildə istifadə edəcəklərində onlara yardımcı olmalıdırlar.

Dərsdə uğur qazanmaq üçün:

1.Zəka səviyyəsi – ağlından düzgün istifadə etmək uşaqlara verilən ən böyük hədiyyədir.Məsələn,nəzərə alaq ki,məhsuldar torpaqlarda biz daha çox əkin becərə bilirik.Lakin torpaq məhsuldar deyilsə və bizə heç bir xeyri yoxdursa onda biz bir neçə yollarla onu məhsuldar edə bilərik.Amma hər şeydən əvvəl biz torpağın tərkibində nəyin çatışmadığını öyrənməliyik və  bir çox əlavə dəstəstəklərlə onu məhsuldar hala gətiririk.Bəzən nisbətən zəif uşaqlardan yüksək nəticələr gözləyirik və onları öz istəklərimizlə tək başına qoyuruq.Buda uşaqların dərslərlə əlaqəsinin tamamilə pozulmasına səbəb olur.Uşaqlar özlərini yetərsiz hiss etməyə başlayırlar.Nəzərə alaq ki,müvəffəqiyət təkcə yaxşı riyaziyyat bilməkə qazanılmır.

2.Psixoloji xəstəliklər  bildiyimiz kimi öyrənmək beyinin həyata keçirtdiyi funksiyadır.Diqqət əksikliyi,hiperaktivlik beyinin öyrənmək funksiyasını zəiflədir.Dərs oxumayan,tənbəlliklə günahlandırılan uşaqlar bu səbəbdən zəiflik göstərirlər.

3.Ailə həyatı və stres  İşləmək enerji tələbatı çox olan bir beyin funksyasıdır.Uşağların hər zaman mənəvi dəstəyə ehtiyacı var.Ailə problemləri uşağın bütün motivasiyasını və enerjisini ala bilər.Problemli ailələrdə valideynlər uşaqların dərsdəki uğurlarıyla çoxda maraqlanmırlar.Ailədəki hər hansı kiçik bir problem belə uşaığn dərslərinə təsir edir.Xüsusilədə yaxşı qiymətlər alan uşağın birdən birə zəifləməsi ailə problemlərindən xəbərdarlıq edər.Valideynlər uşağın dərsləri ilə nə qədər yaxından məşqul olarsa,həmçinin məktəbdə nələr etdiyi ilə maraqlanarsa uşağa məktəbin nə qədər vacib olduğu ilə bağlı bir siqnal vermiş olar.

4.Dostlar qazanmaq - Məktəbdə savadlı bir şagird olmaq,böyüklər tərəfindən yüksək qiymətləndirilmək və dəstəklənmək bir çox uşaq üçün olduqca vacibdir.Digər tərəfdəndə uşağın dostlarının onun savadına verdiyi qiymətdə çox önəmlidir.Tədqiqatlar göstərir ki,sinifdə hamı tərəfindən tənbəl sayılan və güclü diqqət əksikliyi olan uşaq müalicə aldıqdan sonra özünü sinif yoldaşları arasında özünü təsdiqləməyə başlamış və tənbəl statusu yox olaraq öyrənmək motivasiyası dahada artmışdır.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Qışqırmaq döyməkdən yaxşıdırmı?- Psixoloq Tövsiyyəsi

Son zamanlar bir çox valideynlər arasında belə bir tendensiya dəb halını alıb – “Uşağı vurmuram, əvəzində qışqırıram. Bu ki, vurmaqdan yaxşıdır”.

Türkiyəli psixoloq Adəm Günəşin sözlərinə əsasən, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur. Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır.

Bir anlıq düşünün: övladımız bir kəsdən qorxduqda və ya kimsə tərəfindən incidildikdə bizim üstümüzə qaçır. İncidən şəxs özümüz olduqda isə biz uşaqlarımızın ümidsizliyə qapılmasına səbəb ola bilərik.

Biz valideynlər əksər hallarda uşaqlarımızın diqqətini cəlb etməyin başqa yolunu tapa bilmədiyimiz üçün qışqırırıq. Bu yolla biz onlara diqqət cəlb eləməyin yalnız qışqırıqla mümkün olduğunu öyrədir və beləliklə gələcəkdə insanlarla münasibətdə hansı üsula əl ata biləcəkləri barədə onlara yalnış istiqamət vermiş oluruq. Çünki, övladı ilə bağıra-bağıra danışan valideyn ona öz emosiyalarının öhdəsindən necə gəlməyi öyrədir. Kiçik yaşlardan qışqırtı eşidən uşaqların qəlbi valideynlərinə qarşı sərtləşir və gələcəkdə onların pis mühitə düşmələri üçün şərait yaranır. Bu cür uşaqlarda valideynlərinin səsinə qarşı bir növ “karlıq” meydana gəlir.

Ümumən qışqırıq yalnız qısamüddətli perspektivdə imdadımıza çata bilər. Əgər bağırmaqdan fayda gəlsəydi, bütün problemlər bir bağırmaqla həll olunardı. Bəs problemlər həll olubmu? Əlbəttə ki, xeyr. İllərdir uşaqlarımızla ünsiyyətdə onlara bağırmağımıza rəğmən, onlar bizi yenə də eşitmir.

Əgər sosial şəbəkələrdə hər hansı bir istifadəçi bizimlə dialoqda Caps Lock düyməsini basaraq ünsiyyət qurarsa, biz özümüzü təhqir edilmiş hesab edirik. Çünki, Caps Lock düyməsi basılı vəziyyətdə fikir irəli sürmək qarşı tərəfə bağırmaq kimi dəyərləndirilir. Bəs necə olur ki, həddi-büluğa çatmış insanlardan özümüzə qarşı təhqir olaraq qəbul etdiyimiz bu hərəkəti biz beyin qabığı hələ tam inkişaf etməmiş övladlarımıza qarşı tərəddüdsüz tətbiq edirik? Gəlin etiraf edək: axı övladımıza qışqırmaq heç də ürəyimizcə deyil. Bəs bəzən boğazımızda düyünlənən qəzəb hissinin qışqırığa çevrilməməsi üçün nələr etmək olar?

– Əgər qışqırmaq istəyinizin səbəbini yorğunluğunuzda görürsünüzsə, dincəlin. Çünki, yorğunluğumuzun günahı uşaqlarda yox, vaxtımızı düzgün planlaşdırmamağımızdadır. Adətən həyatımızda baş verən və bizi qıcıqlandıran, yoran hadisələrin heç birinin səbəbi uşaqlarımız olmur.

– Uşaqlarda beyin qabığının tam inkişaf etmədiyini nəzərə alsaq, onları nədəsə günahlandırmaq çox da məntiqli deyil. Bunun əvəzində fizioloji səbəbləri aradan qaldırmağa çalışın: acsınızsa, yemək yeyin, yuxunuz gəlirsə, yatın. Sizi qışqırmağa vadar edən səbəb aradan qalxdıqdan sonra eyni vəziyyət qarşısında daha adekvat reaksiya verdiyinizin şahidi olacaqsınız.

– Bir çox hallarda insan hər hansı bir məsələ ilə bağlı əsəb hissi keçirdikdə, acıqlandıqda, öz acığını qarşısına çıxan ilk insandan çıxır. Valideynlərin isə adətən əli altına düşən hər hansı bir ehtiyacından dolayı ata-anasına üz tutan uşaqlar olur. Nəticə etibarilə, uşaqlar haqlı olduqları halda haqsız durumuna düşmüş olurlar.  Kanadalı psixoloq Qordon Nyufeld hesab edir ki, bu qəzəb, acıq hissini kədər hissinə çevirmək və həyatımızda dəyişməsi mümkün olmayan məqamları qəbul edərək bu kədəri yaşamaq lazımdır.

– Müəyyən anda övladınızın sizin istəyinizə cavab verə biləcək enerjiyə, həvəsə sahib olub-olmadığını nəzərə alın. Əgər onun başı oyuna qarışıbsa, sizin “tez elə dur nahar elə” deyərək bağırmağınızın faydası az olacaq.

– Bağırmaq istəyinizin gəldiyi an dərindən nəfəs alın. Əgər qışqırmağa başlamısınızsa, dayanın. Sakitləşməyə çalışın. Səsinizə mərhəmət qatın. Bu minvalla davam etsəniz, bir də görəcəksiniz ki, artıq qışqırmaq vərdişindən əl çəkmisiniz. Biz öz övladlarımıza onların tərəfində olduğumuzu hiss etdirsək, tədricən onların davranışlarında müsbət dəyişikliklərin şahidi ola bilərik. Əsas məsələ odur ki, məqsədiniz uşağa qalib gəlmək yox, vəziyyəti həll etmək olsun. Çünki, bağırtıya öyrəşmiş uşaq, valideyni bağırana qədər öz bildiyini etməyə alışır.

– Hər dəfə övladınıza bağırdıqda, onu mənəvi cəhətdən itirəcəyinizi göz önünə gətirin. Ona təfsilata varmadan üstüörtülü olaraq vəziyyəti izah edib üzr istəyin.
Əziz valideynlər, unutmayın, övladlarımız Allahın bizə əmanətidir və uşaqlıq, uşaqların valideynləri ilə yaxın olmağı ən çox istədikləri dövrdür. Bu dövr bir göz qırpımında keçib qəlbinizi peşmançılıqla doldurmamış, övladlarınızın qəlbində özünüzə qarşı kin oyatmamağa və onların könlünü ələ almağa səy göstərin.

Müəllif: Xumar Ərşadlı,
Gordon Neufeld İnstitutunun məzunu

Tebiivalideynlik.az

Go Back

20 nəticə göstərilir