Düşüncə Jurnalı

header photo

Naməlum qoca...

07-10-2014

Sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu. Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu:
— Görürəm ki, sizi nəsə narahat edir, — dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi,

— «Düşünürəm ki, sizə yardım edə bilərəm». 
O, sahibkardan adını soruşdu, bir çek imzaladı və:
- «Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz.» - deyərək, onu sahibkarın əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı. Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü.  "Mən problemlərimə bir anda son verə bilərəm! "— deyə o düşündü. Amma buna
baxmayaraq, sahibkar nağd olmayan çeki seyfinə qoymağı qərara aldı. Hətta onun varlığı barədə düşüncə belə, ona şəxsi biznesini qorumaq üçün çıxış yolu düşünməyə qüvvə verirdi. O, bir daha yüksək nikbinliklə (optimizmlə) sərfəli sazişlər bağladı və ödəmənin şərtlərini genişlətdi. Ona bir neçə böyük satış icra etmək müvəffəq oldu. Bir neçə ay
müddətində o, borclardan yaxa qurtardı və yenidən pul qazanmağa başladı.  

Düz bir il keçdikdən sonra o, həmin nağdlaşdırılmamış çeklə yenidən parka qayıtdı. Razılaşılmış vaxtda qoca yenidən peyda oldu. Və o zaman ki, sahibkar çeki qaytarmaq və uğuru haqqında hekayəsini bölüşmək istəyirdi, qaça-qaça bir tibb bacısı gəldi və qocanı saxladı:
- Onu tutduğuma elə şadam ki!- deyə, yüksəkdən dedi.

—Ümidvaram ki, o sizi narahat etməyib. O, həmişə evdən qaçır və Con Rokfeller olduğunu danışır. 

Sahibkar təəccüb edərək, sadəcə karıxmış halda durmuşdu. Bütün il ərzində biznes qurdu, yarım milyon dolları olduğuna əmin olaraq yaşadı. Qəfildən anladı ki, onun həyatını alt-üst edən real və ya xəyali olan pullar olmayıb. Onu xilas edən İnam hissi idi.

Go Back

Sorğu göndər