Düşüncə Jurnalı

header photo

Sizin Köşə

Sənin böyüməyən qızın...

Sənin böyüməyən qızın...
Əllərimi heç buraxma. Həmişə yanımda ol. Hər kəsə güclü görünə bilərəm və ya görünməyə çalışa bilərəm. Bir tək sənin yanında acizəm. Sən əlimi tutmasan, sən arxamda durmasan, varlığınla dayaq olmasan bu qəliz həyatda yaşamaq biraz da qəliz olar. Nə qədər böyüsəm də mən sənin balaca qızınam. Sən isə mənim ilk sevgimsən! Qəhrəmanımsan, ata! Əllərindəki qabara baxanda, üzündəki qırışa baxanda fəxr edirəm qəhrəman…

Ətraflı

ÖLÜMQABAĞI DÜŞÜNCƏLƏR - Fuad Əsədov

Bilirsinizmi, həyat əslində gözəldir. Son günlərimi yaşadığımı biləndən sonra düşünmək üçün xeyli vaxtım oldu. Əvvəllər, bütün günü ora bura qaçır, hansısa işlərimi yoluna qoymaq istəyirdim.  Məktəbdən qaça-qaça evə gəlir, tez-tələsik yemək yeyir, sonra ingilis dili kursuna gecikməmək üçün yenə qaça-qaça evdən çıxırdım. Mən, beləcə, bu qaçhaqaçda heç nə düşünə bilmir və sadəcə proqramlaşdırılmış robot kimi valideynlərimin, qohumların, müəllim…

Ətraflı

Özünə inam+bacarıq=Müsbət nəticə!!!! - GÜNEL ƏLİYEVA

         

  Biz - insanlar, bizim ailəmiz, bizim bacarığımız, məqsədimiz, imkanlarımız.  

         Biz həyata gələrkən məqsədsiz, arzusuz oluruq. Yaşadıqca, ən əsası böyüdükcə həyatdakı məqsədlərimiz, arzularımız da böyüyür. İlk əvvəl yəni, balaca ikən istəklərimiz valideynlərimiz tərəfindən yerinə yetirilməyə başlanır. Artıq böyüdükcə və ən əsası düşünməyə, həyatı anlamağa başladıqca sanki istəklərimiz də bizimlə birlikd…

Read more

Edilə bilməyən seçimlər üzərinə - İBRAHİM BƏDƏLOV

   

 Əgər bir gün biriləri gəlib mənə “xoşbəxtsənmi və ya yaşadığın istədiyin həyatmıdır?” - deyə bir sual versəydi, cavabım hə və ya yox olmayacaqdı. Sadəcə o an özümü o sualı düşünməyə tərk edəcəkdim.                                                                                                   

Read more

Bir insanı tanımaq

Tanımadığınız bir insan, getmədiyiniz bir şəhərə bənzər... Onun haqqında bir çox şey eşitmisiniz. .Kimi müsbət şeylər söyləyər, kimi də mənfi... Sanki bir qəzetin "gəzinti" səhifələrinə baxır kimi baxarsınız tanımadığınız insana... Və bir gün, eynilə o bilmədiyiniz şəhəri gəzib görmək, tanımaq istər kimi, o insanla da tanış olmaq istəyərsiniz. İlk dəfə getdiyiniz bir şəhərdə necə davransanız, ilk dəfə tanış olduğunuz insana qarşı da eyni şə…

Read more

PSİXOLOQ ELNUR RÜSTƏMOV: " Marinanın corabları "

 

Sənin ad gününə gül dərmək üçün,

Sinəmə çəkdiyin dağa çıxıram.

Salam Sarvan

 

Mövzu yenə eyni mövzudu. Ancaq çevir tatı, vur tatı deyil. Çünki bu problem son dövrlərin aktual problemi olduğundan müxtəlif istiqamətdə yanaşma tələb edir. Söhbət boşanmalar və onu yaradan faktorlardan gedir. Məqalədə əsasən bir məqama toxunacağam – valideyn-övlad arasında emosional bağlılığın artması, nəticədə bunun qurulan ai…

Read more

Seçim qarşısında qalmaq – Qərarsızlıq

Bəzən həyatda bacarmadığınız, qərar verə bilmədiyiniz elə şeylər ola bilər ki, sizin üçün başqaları çarə tapa bilər;  məsələn xəyalınızdakı evi bənna sizin üçün tikə bilər, sevdiyiniz paltarı dərzi sizin üçün biçə bilər, bəyəndiyiniz cəvahiratı zərgər sizin üçün düzəldə bilər, və ya bütün bu məsələlərin seçim mərhələsində ailəniz, dostlarınız, yaxınlarınız sizə kömək edə bilər, amma bəzən elə ciddi bir məsələ qarşısında qərarsız qala bilərsin…

Read more

XƏYALƏ MURAD: Super Qəhrəmanlar

Uşaqlıq-ən qayğısız ömür çağıdır.  Bəzən başınızı işdən ayırıb ətrafı müşahidə etmək lazımdı. Elə məhz belə müşahidələr zamanı uşaqlara diqqət edin. O uşaqları ki, baxışlarında bir dünya gizlidir. O uşaqlar ki, hər kəlməsi həqiqətdir. Reallıq dolu bu dünyada fantaziyanın qanad açdığı çağdır. Baxdıqları cizgi filmi və ya hər hansı bədii filmdə baş rolun ifaçısı gözlərində qəhrəmana çevrilir. O gözlərdə onlar dahi insan kimi, super insan və ya supe…

Read more

CEYLAN MUMOĞLU: Qəlbləri Qırmayın, İçində ALLAH Var

O kefsiz idi. Artıq özünü əvvəlki kimi hiss edə bilmirdi. Olub bitənləri rəfiqələrinə anlatsa da, onlarla bölüşsə də, hələ ürəyi sakitləşməmişdi. Onu sakitləşdirəcək, ruhunu dinləyəcək biri lazım idi. "Psixoloqa getsəmmi? Yox, hazırda ona ödəyəcək pulum da yoxdur. Bəs nə edim, necə qurtulum bu acı verən düşüncələrdən? Bu halımla mən özümü yeyib bitirmək üzrəyəm". Səhər yuxudan qalxandan ağzına bir loxma da qoymamışdı. Başı gicəllənirdi. Pəncərəyə…

Read more

Yanğında dünyasını dəyişən UŞAQLARIMIZA həsr olunur

Sənin canın yanmasın qızcığaz! Yəqin elə hey bunu deyiblər sənə. Evə gələn əmilərin, bibilərin, yolda səni görən insanların dilindən bu söz heç vaxt düşməyib. Yanaqlarını sıxıb, kənardan nazına-qəmzənə tamaşa edib gülümsəyiblər. Elə şirin gülürsən ki, elə günahsızsan ki, sənin yoxluğunu anlayanda adamın lap ürəyi alışır. Yox balaca. O günkü, kimi məsuliyyətsizlikdən alışmır heç yer qo…

Read more

Özünüz olun!- BƏDƏN DİLİ

Bəli hər gün şəxsi inkişafla bağlı yüzlərcə kitab işıq üzü görür.  Çoxu da digərlərindən kopyalaraq. Bu yazını bəzi kitablara söykənərək günlük davranışlarını və xasiyətini dəyişənlərə ünvanlamaq  istəyirəm.  Ünvanlamaq istədiyim kəslər  bunu oxuyanlar, dostlarımız, tanıdıqlarımız və mən də ola bilərəm.  Bir il əvvəl mən də `Dip` deyə bir kitab aldım, doğrusu öyrənməyə dəyəcək bir şeylər yox idi. Bəzi dibə bənzər grafiklərdən  bəhs edirdi. İn…

Read more

TÜNZALƏ TALIBLI - Bir Lady-nin günlüyü

     

Sizı təqdim edəcəyim bu həyat hekayəsində qəhrəmanımı X-Lady deyə adlandırdım.Pasientimə söz verdiyim kimi çalışacam şəxsi məlumatları gizli saxlayım.

X-Lady-nin gündəliyindən

12.11.2009.Bu gün mənim 18yaşım tamam oldu.Ad günümü ailəm və ən çox sevdiyim dostlarımla birlikdə keçirtdim.Çox gözəl idi.Çoxlu hədiyyələr aldım,içində ən çox istədiyim marka notebook və telefonda var.Çox sevincliyəm çox,görən …

Read more

Ədalətsiz Dünya

     “Hər şeyin insanın öz əlində olduğu”, “Allahın insanı azad yaratdığı” bir dünya var idi...

      Şəhər işıqlarından xeyli aralıda, sakit və qaranlıq gecələri olan kəndlərin birində tənha, bədbəxt bir ev yerləşirdi...

      Təkcə insanlar tənha, bədbəxt olmurlar, evlərin də tənha olanı var, talesizi var, bədbəxti var. Hər evin digərinin yanında xəcalətli olası məqamı var...  Bu ev də …

Read more

Mən Autizmə qalib gələcəm

xalide3-4 yaşlı uşaqlar ətrafda qaçır, kimi maşınla, kimi kukla və ya digər oyuncaqlarla oynayır. Kənardan izləyənlər maraqlı məqamlarda gülür, uşaqların inkişafındakı irəliləyişlər haqqında danışırdılar. O isə kənarda dayanan oğlunu və onun necə fərqləndiyini izləyir. Əlindəki maşını bərk qucaqlayıb yerində yellənən, bir nöqtəyə baxan oğlunun həyatında heç eşitmədiyi, məlumatı olmadığı bir dünyada yaşadığını qəbul edib. Amma ananın gözlərinə baxa bilm…

Read more

Ağac və Yarpağın Hekayəsi

Bizi əhatə edən gözəlliklərin əslində hər biri bizimlə danışır , ibrətli hekayələr verirlər.. bizsə, əlbəttə, görməzdən gəlib keçirik .. Belə bir hekayəm Yarpaq və ağacın hekayəsi.. Bir yaşıl gözəl bir təpənin üstündə uca, qol-budaqları göyləri yaran bir ağac varmış.. çox ağaclar kimi o da ildə bir neçə dəfə yarpaqlarını tökər yenidən yaşıllanarmış.. Ağacın ən üst budaqlarından birində yenicə tumurcuqdan çıxmış və o ağacdan heçvaxt qopmayacağ…

Read more

Kinli daşlar

Bir varmış, bir yoxmuş, uzun illər çox əsrlər öncə yer üzündə insanlardan başqa bir də mələklər aləmi varmış. Bu aləm insanların yaşadıqları yerdən yuxarıda-səmada yerləşirdi. Buranın sakinləri isə biribirindən gözəl, mehriban, gülərüz mələklər imiş. Bu mələklər o qədər gözəl və füsunkar idilər ki, onları təsvir etmək üçün sözlər belə kifayətsiz qalırdı. Onlar öz gözəllikləri ilə daim qürurlanırdılar.Və Tanrı bu mələkləri çox sevərdi, onlar ü…

Ətraflı

Musiqi….Həyat və Xəyalın nağılı

Musiqi… O, qədər təsirli bir vasitədir ki, xatırlamağa və yaxud unutmağa heç kimi və heç nəyi olmayanları belə çox uzaqlara aparmağı bacarır... Keçmişdə ilişib qalanları getmək istədiyi qədər uzaq keşmişə aparır. eyni hissleri, sevinci,xoşbəxtliyi yenidən yaşamağa kömək edir. Ve yaxud bütün ümidlərini  gələcəyə bağlayanları, gələcəyə aparar arzularının  en şirin tərəflərini göstərir. Arzularımıza qovuşdurur. elm adamları …

Read more

Hər gün bayramdır

HƏR GÜN BAYRAMDIR?

Hal-hazırki dövrdə insanların gündəlik tələbləri mənim diqqətimi çəkir, nədənsə. Məsələ burasındadırki biz insanlar dövr keçdikcə dəyişir və dəyişdikcədə  ətrafımızdakıları dəyişirik.Məsələn əvvəllər milli rəqslərimizdən biri olan qılınc rəqsi indi halahazırda kifayət qədər yaddan çıxıb və yalnız toylarda oynanılır.

 Bu cür danışmağımın səbəbi var, yəni ind…

Read more

Yanvar Hekayələri

     

Xalq yazıçısı Sabir Əhmədlinin "Yanvar hekayələri" silsiləsindən” qələmə aldığı “Dənizdən gələn səda” hekayəsini təqdim edirik.                                                                                                                               Əziz ana!

 Əvvəla, salam. İkincisi, əgər zəhmət çəkib, mənim əhvalımı xəbər almaq istəsən.…

Ətraflı

Köhnə Tramvay Parkı

Köhnə tramvay parkı xəyalların parçası,

Dəmiryol qırağı addımlayan gəncin açılmış ayaqqabı bağları

Cırılmış şalvarı, genbalaq köynəyi, dağınıq saçları

Biraz saqqal, bir də əzilmiş siqaret qutusu...

Yazılmış divarlar sökülmüş, döşəmələr əyilmiş, ağaclar üzlənmiş binalar

Rəngarəng park ,daş ağaclar içindəki karusellər,

Maskalı teatrda yaşayan insanlar,

Aynasız şəhərlər,səssiz…

Read more

Arzu tutarkən ehtiyyatlı olun, hər an gerçəkləşə bilər

Hər səhər eyni açılır. Heç bir səhər digərindən hansısa xüsusiyyətinə görə fərqlənmir. Hər gün böyük insan kütləsi böyük aqressiya ilə qatarlara doluşur.  Hər gün işbazlar nəhayət bu günün uğurlu olacağını arzu edərək işə gedirlər. Amma hər gün eynidir. Hər səhər öz dükanlarını açan satıcılar bu gün etdikləri zarafatların daha gülməli olacağını düşünürlər. Hər səhər eynidir bu şəhərdə. Ümidlərlə oyanan sakinlərini ümidsiz yaşamağa öyrəşdirən bu…

Read more

TÜKƏNMİŞLƏRİN QİSASI

Vay o kəslərin halına ki, yazısını, köşəsini, statusunu, şərhini, tvitini  “burcuda-burcuda”  yazır. Əli haqqında yazmaq istədiyi yazıya Vəlidən epiqraf verir, yazının ortasında isə Pirvəlidən sitat gətirir, yazını Canəlinin möhtəşəm aforizmi ilə tamamlayır...

 Yazıq o şəxslərə ki, Əliyə söz deməyə “duxu çatmır”, Lütvəlini  “tırkalayıb” qabağa verir. Mirəlilər var ki, Əlinin uğurları gözünü deşir, yuxusu…

Read more

O və Mən ya da Onsuz Mən

        

 Rejissorlar filmlərdə çox şişirdirlər. Həyatda hər şey daha sadədir. Həyatda nə musiqi çalınır fonda, nə də külək əsir. Həyatda sadəcə görürsən və sevirsən. Bizdə də belə olmuşdu. Biz onunla başqa dünyalarda doğulmuş, başqa insanlardan tərbiyə görmüş və fərqli dünya görüşlərinə sahib olmuşduq. Mən çox kitab oxuyurdum o isə bir kitabı bir ilə zorla qurtarırdı. Mən susqun idim o şən və optimist. Mən oyun oynamağı sevirdim o isə oyn…

Read more

FİL QULAĞINDA YATAN ƏHALİM

Ah insanlar… Psixoloqlara qarşı olan ön yarğısı bol xalqım… Düşünmədən, bilmədən qərar verən əhalim… Heç bilirsinizmi nə edirsiniz? Nəyə qarşı ön yarğılısınız? Ya da heç bilirsiniz mi ön yarğı nədir?

Ön yarğı… İnsanın biopsixososial xüsusiyyətləri səbəbilə bir çox vəziyyətdə təzahür etməkdədir. Seçimlərimizdən, verdiyimiz qərarlara qədər fərqində olmadan önyarğılarımızın təsiri altında oluruq. Ö…

Read more

Bir Qadın Yalnız Qalarsa

Bir Qadın yalnız qalarsa…..

Yalnızbaşına ağlarsa…

Bax bu bütün fəlakətlərin başlanğıcı deməkdir həyatında.

Arzuların yıxımı, uçqunlar altında qalmış ümidlərin işartısıdır

ən son anda…

 

Bir qadın yalnız qalarsa..

Gözlərindən axan hər damla yaşda gün gələr boğar ONU!

Qadın məhv edər Onu…

Damla-damla axıdıb ürəyindən, nifrətinin atəşində qurudar onu…

Ağlayar… ağlayar…. …

Read more

UŞAQLARINIZI QORUYUN

Mən 4-cü kurs tələbəsi Aydan Sabirli, məni narahat edən məsələyə diqqət çəkmək istədim. Uşaqlarımızı nə qədər qoruyuruq? Müşahidələrimdən gəldiyim nəticələrə əsasən gördüyüm mənzərə məni qətiyyətlə narahat etdi və bunu paylaşmaq istədim. Psixoloji problemlərə nəyin ki, yetkin və yeniyetmədə həmçinin uşaqlarınızda da rast gəlinir.

2014-ün yayı Türkiyədə narkotik maddə istifadə edən yen…

Ətraflı

Aqşin Evrən: Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda

 

 

 

 

 

 

 

              

 

“Üç keçi” nağılı  “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda

Gecə məni “Bayu-bayu” ilə yatırıb
səhər anamın yoxluğu ilə oyatdılar
Anasının narıncı koftasını iyləyib yatan bu uşağı
birdən “narıncı inqilablar”ın qucağına atdılar

Sonra həyat məhkəmə çəkici ilə döydü sinəmi
Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım…

Read more

Azadlıq Xoşbəxtlikdir

 

Əslində insanlar hər zaman azadlığa can atır, azad olmağa çalışır. Ancaq bunu heçvaxt bacara bilmir... Çünkü, əvvəlcə nəyin kimin əsiri olduğunu axtarmağı bilmir... Fikrimcə xoşbəxtlik və azadlıq mövcud ən mükəmməl sinonimlərdir. Hər şeydən öncə xalq olaraq azadlığa can atır insan, sonra fərd olaraq, şəxsiyyət olaraq.. Ancaq bütün bunların hamısını bacardıqdan sonra belə azad ola bilmir. İndi ruhun kələpçələrinə, qıfıllanmış zəncirlərinə gə…

Read more

Aytac Hümbətova ( Şeirlər)

 

Nəfəs al ruhum!
Sadəcə nəfəs!
Gecəni gündüzü özünə burax
Zülmətdən duyduğun tiz cığlıqları
Səssizcə, sakitcə səsinə burax...
Qəlbinlə ağlının arasındakı
Qarmaşalardan qurtul...
Küskünlüyü özünə burax
Nəfəs al Ruhum!
Sadəcə nəfəs!
Vicdanli görünmək dəbdəbəsindən,
Dahilik, kamillik mərtəbəsindən
Qurtul kamilliyi özünə burax..
Qurtul idrakının tələlərindən..
Qurtul aynalarda gördüklərindən…

Read more

Cəlil Cavanşir - ŞEİRLƏRİ

***

bilirsən də, 
mən darıxan adamam
bilirsən də,
çox içirəm gecələr
bir də hava tutuldumu...
zülümdü!
sonra hamı yaddan çıxır
yada düşür bir nəfər...
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

bir az saat əqrəbləri, 
bir az gecə vicdansız
qıvrılıram, 
sıxılıram
ürəyim səksəkədə
niyə belə daşürəksən, 
niyə belə amansız?
qayıtsaydın, 
sabahacan sevişərdik 
bəlkədə...…

Read more

Məğlub yox qalib olmalıyıq!!!

 

Həyatda bizə geri qayıtmaq şansı verilməyib!

 Hər birimizin ağlından keçmişdir. Həyat nədir? Biz kimik? Niyə yaranmışıq? və.s  kimi sualları hər birimiz özümüzə və yaxud da başqasına vermişik. İnsan var olandan bu suallara müxtəlif  yanaşmalar olmuşdur. Filosoflar, alimlər bu suallara müxtəlif cavablar vermişlər. Onların bəziləri dinə, bəziləri isə məntiq və ağıla əsaslanaraq cavablandırmışlar.…

Read more

Nə olar məni bağışlayın, mən ağlaya bilmirəm

 

Bugünlərdə belə bir hadisə ilə rastlaşdım. Doğum evində bir ailə yeni doğulacaq nəvələrinin gəliş xəbərini gözləyirdilər. Və nəhayət bu xəbər gəldi. Ana, qaynana, qaynata, ata, qardaş, bacı hamı sevincindən və saatlardır çəkilən stress səbəbindən kövrəlir, göz yaşlarını saxlaya bilmirdilər. Bir xanım var idi aralarında. Nə qədər həyəcanlı olduğu duruşundan, əllərinin titrəməsindən, ilk dəfə qazandığı bibilik statusunun sevincindən ,qard…

Read more

Cəlil Cavanşir: "Əlvida, kədər!"

Zaman o zaman idi ki, yanlış qadınlara aşiq olub, kədərli dostlarla oturub, ucuz içkilər içirdik. Həyat olduqca kədərli, günlər bir-birindən hüznlü keçirdi. Başıma çəkdiyim hər badədən sonra bir peşmançılıq bürüyürdü məni.

İçməsəm, keçərmi? Keçməsə içimmi?  İçirdim keçmirdi. Keçmirdi içirdim...

Hər dəfə sonuncu badədən sonra bir tövbə duası süzülürdü sərxoş dodaqlarımdan.  Amma sabahısı yuxu…

Read more

3 nöqtədə Dəniz...

Dənizin təzadlarını sevirəm .. Dalğaların son mənzilinə yetişməsi, eyni yerdən torpağın iməklərcəsinə irəli uzanması ... ya da hər an gəmini uda biləcək sulara meydan oxuyan gəmilər.. Dünyanın bütün sahilləri başqa-başqadır. Vətən də doğma sahilimdi, uzaqda qəribsədiyim. uzun uzun dənizə baxdığımda üfüqdən , üfüqün taa o biri tərəfindən göndərilən salamları, gileyləri ,sevgi sözcüklərini eşidirmiş kimi oluram hərdən . ya da baxdıqca üfüq xəttin…

Read more

PS: Oxumayın,Burada Özünüzü Tapa Bilərsiniz!!!

Hər insanın ağlından keçər bir gün çəkib getmək olduğu diyarlardan. Baş götürüb getmək inadına bütün tərsliklərin, problemlərin, göz yaşlarının, qırğınlıqların.. Bütün səni həbs edən zəncirlərin acığına çıxıb getmək ürəyinin apardığı yerlərə....

Hər insanın ağlından keçər bir gün Xəyanət etmək, ən çox sevdiyinə. Ən çox can yandırdığına,ən çox əmək verdiyinə.. Dəyərsiz olduğunu gördüyü o a…

Read more

CƏNNƏT - mənim gözlərimdə....

                                    

   Bir dünya istəyirəm ki,yerin çoxu su,azı torpaq olsun.  Onda bütün insanlar dəniz görə bilərdi.  İnsanlar əlini tutan birisi olmayanda ayağını sığallayan dənizlə təsəlli tapa bilərdi.

  Bir dünya istəyirəm ki,hər yer yamyaşıl olsun.  Hündür binalar göy üzünü bağlamasın.  Uca dağlar buludlarla baş-başa versin.  Heç ayrılmayacaqmış kimi görünən sevgililər kimi.…

Ətraflı

Qarlı Bir Qış Sabahı...

 

Bugün bütün duyğularımı çıxarıb qəlbimdən,yağan qara sipər etdim. Bəlkə üşüsünlər, bəlkə donsunlar,biraz keyləşsinlər… Bəlkə onda həssaslıqlarını bir qədər itirib ürəyimə azacıq aman verərlər deyə… Hər birinə bir qar danəsi düşdü,amma bəzilərinə birdən daha çox. Bəzilərinin don tutmasına bir qar danəsi kifayət edərkən,bəzilərini üşütmədi belə!

Donmuş duyğulardan incə bir so…

Read more

Ölüm Qorxusu

"Həyat və ölüm bir-birinə bağlıdır;eyni anda mövcud deyil;lakin iç-içə keçmişdir. "(İ.Yalom)

Ölüm,yalnız üzləşmə vəziyyətində qaldığımız yeganə təcrübədir;varlığımızı və təbiətimizi anlamaq üçün isə ən əhəmiyyətli anlayışlardan biridir.

İnsanlar fərqli mədəniyyətlərdə ölümlə əlaqədar olaraq həm ortaq,həm bir-birindən fərqli bəzi davranışlar inkişaf etdiriblər.Məsələn,bəzilərimiz passiv bir şə…

Ətraflı

Anasına Aşiq Oğullar...

Özünə qayıdır hər şey, özünə,anne-sevgisi
Günəş istisini çəkir içinə,
Küləklər hirsini çəkir içinə,
ətrini içinə çəkir çiçəklər.
Özünə qayıdır hər şey, özünə,
Qoy, ana, başımı qoyum dizinə,
mən də qayıtmışam…

 (Ramiz Rövşən) 

Bu hal nə zaman baş verir? Ümumiyyətlə, tez-tezmi təkrar olunur. Psixologiyada belə bir anlayış var: Psixoloji travma. Bu travma haqqında danışaq, amma kişilərin timsalında. Xanımla…

Read more

BİZİ özündən QORU ATA!!!

Bir uşağın başına gələcək ,uşaqlığını əlindən alacaq və sonrakı inkişafı,həyatı, fərdi xarakteri və şəxsiyyət kimi formalaşmasına təsir edən ən böyük travmalardan biri də ailəiçi şiddət görməsi və ya məruz qalmasıdır.

Ata onun gözündə böyük bir məbəd idi… Ən güvənli sığınacaq,ən uca zirvə idi… Bütün problemlərin açarı idi Ata, bütün çətinlikləri asan edən idi onun gözlərində. Ata bir dağ idi, güvən d…

Read more