Düşüncə Jurnalı

header photo

Qadın Olmaq...

GÖZLƏMƏDİYİMİZ GÖZLƏNTİLƏRİMİZ - FATİMƏXANIM QASIMOVA

17-03-2016

Bəli, düz oxudunuz. Gözləmədiyimiz gözləntilərimiz. Nədir? Necə olur? -tipli suallar keçir bəlkə də könlünüzdən. Ayrı-ayrılıqda yanaşsaq, bu birləşməni başa düşəcəyik. Gözləmək və gözləntilər haqda danışacağam. İlk növbədə onlara hansı tərzdə yanaşmalıyıq? , biz nə edə bilərik? , bugünə qədər nə etmişik? , özümüzdən asılı özümüzdən asılı özümüzlə bağlı hansı gözləntilərimiz var? , bunu etmənin xüsusi formulu varmı? , nə etməyə qadirik? , heç …

Ətraflı

Qadın olmaq kəlməsinin içərisində çox bir güc var - AYNUR BİNNƏTOVA

17-03-2016

Qadın olmaq kəlməsinin içərisində çox bir güc var. Mən bu mövzuya bir az fərqli tərəfdə baxmaq istərdim.

        Geçmişə qayıtsaq əgər Müqəddəs kitabda İbrahim peyğəmbər və həyat yoldaşıd Saraya baxsaq onları övladları olmurdu. Amma qoca yaşlarında İbrahimin övladı oldu. Burda əsas məsələ Saranın həyat yoldaşına göstərdiyi sadiqliyidi,dözümüdü.

        Tanrı kişidən fərqli ol…

Ətraflı

Sadəcə ona toxunanda titrəyən əllərimi xatırlayıram - NƏZRİN RÜSTƏMOVA

17-03-2016

O gün mənim doğum günüm idi.Bəlkə də doğulduğu günün gəlməsini istəməyən yeganə insan mən olmuşam deyə fikirləşirdim hərdən.Səbəsiz deyildi həyəcanım.18 yaşım tamam olacaqdı.Yetkinlik yaşıma çatdığımdan qaldığım uşaq evindən ayrılmalı idim.Üzüntümün dərinliyindən Tanrının məni yaşadığımız həyatdan öncə mövcud olmuş dünyadan günahlarımın cəzası kimi qadın yaradıb bu dünyaya göndərdiyini düşünmüşdüm.18 yaşlı kimsəsiz bir qızcığazın əlindən tək …

Ətraflı

Tanrı kişiyə ol, qadına isə var ol dedi - NİGAR RƏHİMLİ

17-03-2016

Son vaxtlar həyatımda qəribə dəyişimlər baş verirdi. Keçmişə baxıb illər əvvəl çıxdığım yola nəzər saldım. Əlbəttə ki, bu məqalə mənim həyat yolum haqqında deyil. Mən sadəcə öz timsalımda qadın haqqında yazmaq istəyirəm. 17 yaşımda qarşıma qoyduğum məqsədə nail olmağıma bəlkə də az qalıb. Bu mənada mən özümü xoşbəxt xanım hesab edə bilərəm. Qazandığım bütün uğurları isə yalnız özümə borcluyam.…

Ətraflı

Qadın olmaq günəş olmaqdır,işıq gətirməkdir - PƏRVİN HƏSƏNZADƏ

17-03-2016

 Qadın olmaq günəş olmaqdır,işıq gətirməkdir.Qadın gələcək.Özü ilə bərabər kədərini gətirəcək,amma sevinc bəxş edəcək,ümidsizliyini gətirəcək amma ümid olacaq,çarəsizliyini gətirəcək amma çarə olacaq.Qadın gələcək.İşıq olacaq,həyat eşqini,yaşama sevincini artıracaq,gözündə ən mənasız bildiyin dəyərlərə dəyər qatacaq.Yalnız insanın deyil ki,həyatın,dünyanın,yaşamın ehtiyacı var qadına.Misralar nə qədər gözəl olur-olsun, qadın deyilmi, o şeirlə…

Ətraflı

Həsrətin portreti - ELŞƏN DAĞLAR

13-03-2016

                 

      Həsrətin portreti

     Sonsuz bibim üçün

Mavi gözlü qadının

Üzü çilik-çilik.

Qarıyıb güzgüsü.

Kimsə bilməz nə çəkir

güzgüsü hər dəfə

mavi gözlü qadını görəndə.

 

Hər gecə qollarını

Qucaqlayıb yatır

üzü uşaq şəkillərinə sarı.

Kimsə bilməz nə çəkir

uşaq şəkilləri

mavi gözlü qadına baxanda.

 

Hə…

Ətraflı

Onlar dünyanın zərif qəhrəmanlarıdır - ŞƏLALƏ MEHRƏLİYEVA

11-03-2016

     Qadın elə bir mövzudur ki,onu nə qədər incələsəndə,araşdırsanda yenədə yenidir.Yeniliyi yaradan da biz qadınlarıq.

Mən elə düşünürəm ki,ümumi xalqın mədəniyyəti,əxlaqı həmin kəndin,şəhərin,ölkənin qadınların tətbiq üsulundan asılıdır və onların çiyinlərinə düşür.Qadın dünyanın ən önəmli varlığı deyilsə,önəmlilik sözü mənasını itirər.  Qadınlar bütün varlılığın, canlılığın özüdür .Həqiqətdə odur ki, qadınlar barmaql…

Ətraflı

Hər şeydən ən önəmlisi və müqəddəsi ana ola bilməkdi qadın olmaq - XATİRƏ NURULU

11-03-2016

                        

          Qadın olmaq. Hər kəsi bu düşündürür. Soruşsanız hamı bunu dünyasınaməxsus formada cavablandırmış olacaqdır. Bu cavabı verə bilməm üçün düşünürəm lap əvvəldən başlamaq gərəkdir.

           Fikrimcə qadın olmaq- bəzən dünyaya gözünü aça bilməmək, daha bir parça ikən hissələrə ayrılaraq parçalana bilməkdi. Bəzən dünyaya gözlərini açdıqdan sonar ilk yaşl…

Ətraflı

Sevildikcə gözəlləşən və həyatı gözəlləşdirəndir - GÜNEL HƏSƏNOVA

11-03-2016

                                     

      Qadın  qarmaqarışıq  kimi  görünən, amma  istədiyi  yalnızca  üç  şey  olan  zərif  bir  varlıqdır: sevgi, sədaqət, dürüstlük.

      Necə  birşeydi  qadın  olmaq  deyə  soruşsalar, olması  gərəkən  və  olan  deyə  iki hissəyə  ayıraram.

     Olması  gərəkən  qadın – zərifdir, narindir, kübardır.Narin  olması  m…

Ətraflı

Onun bircə mənfi xüsusiyyəti var: O daim öz qədr-qiymətini unudur - GÜNAY MƏHƏRRƏMOVA

11-03-2016

Qadın olmaq bu dunyanın ən çətin peşəsidir - TANSU NOVRUZ

11-03-2016

Qadın olmaq nədir?- deyə soruşmusunuz. Qoyun mən cavab verim.

Qadın olmaq bu dunyanın ən çətin peşəsidir.Allah möcüzəni birbaşa qadınların üstündə yaratmayibmi? Onlar olmasa nəsil əmələ gələ bilməz axı. Onlar olmasa dünya da olmaz axı. Sözsüz ki, Allah təbiətdə hər şeyi zəncir şəklində yaradıb. Yəni, bir şey olmasa həyat olmur. Ama məncə o zəncirin ən güclü halqası qadındır.

Bunlar …

Ətraflı

Həyat yoldaşınız varsa, deməli hər şeyiniz var - HACIAĞA ƏLİYEV

11-03-2016

Səhrada yollarını azmışdılar... Susuzluqdan paltarlarını gecə çıxardıb yerə sərirdilər və sonra nəm olmuş paltarları sıxıb suyunu içirdilər.Bir neçə dəfə bunu təkrar etdilər,dostlardan biri çantasından bir portağal tapdı və onu iki yerə bölüb yalamağa başladılar.Onları tapana qədər onlar 1 portağalı yalamaqla sağ qalmışdılar.Həmin portağalı çantasından tapan şəxs xatirələrində belə bir sətir yazmışdı...''Siz bilmirsiniz portağal nədir amma mə…

Ətraflı

Qadın olmaq sadəcə və sadəcə məsuliyyətdir - İRADƏ CƏFƏROVA

11-03-2016


Qadın həyatın eşqi,
Gələcəyin adıdır.
Bu günümüzün dayağı
Sabahın muradıdır.


Deyirik yaşadığımız dünya çox gözəldir.Axı necə də gözəl olmasın? Bizi gözəlliklərlə nələr əhatə etmir ki? Təbiət, su,təmiz hava, bol bəhrəli torpaqlarımız və bir də qadınlar.Bu iki sözün birləşməsinin ifadə etdiyi məna fəlsəfəyə daha çox yaxındır, yoxsa psixologiyaya-bunu dəqiq deyə bilmərəm.Amma bircə onu dəqiq deyə bilərəm ki qadın olma…

Ətraflı

Günəş işığına məhrum bənövşə- NİGAR ALIYEVA

11-03-2016

Payızın son çağlarıdır. güclü yağış yağır.axşam çağıdır,hava artıq qaralmağa dogru gedir.Həmidə çiynində şərf köhnə evin dəhlizində oturub,gözlərini navalçadan süzən yağış damcılarına zilləmişdi.Dərin xatirələrə dalmış qadının sanki ruhu bədənindən ayrılmış,həmin xatirələrin ardı ilə uzun illərin səhifələrini vərəqləyir.Damdan süzən yağış onun ayaqları altında kiçik gölməçə yaratmışdı.Ancaq o, nə damcı səsini eşidir,nə də ayaqlar…

Ətraflı

Ürəyini məzar etdin; cəsarətinə, hüquqlarına, hisslərinə - AZADƏ BAYRAMOVA

11-03-2016

Ürəyini məzar etdin;  cəsarətinə, hüquqlarına, hisslərinə...

Deyirlər, romantiklər həyatı olduğu kimi görməzlər. Çünki, onların baxışlarındakı təsvir dairəsi tamam fərqlidir. Onların xəyal dəyirmanı dövr edir, Yerin Günəş ətrafında dövri hərəkəti kimi. Onlar öz gözləri ilə görmək istədiklərini həsrətlə birgə xurcununa yerləşdirən təlatüm dolu insanlardır. Ancaq bəzən insan görmək istəmədiklərini görür, sarsılır, mənən sınır, nif…

Ətraflı

Sürükləyir həyat məni - GÜLANƏ QAFAROVA

11-03-2016

 

Sürükləyir həyat məni,

Bir uçurum kənarına.

Xoşbəxtliyimi alıb məndən,

Aparıbdır uzaqlara.

 

Sürükləyir həyat məni,

Vicdansızlar ağuşuna.

O zülmətin içindəcə ,

yaşarkən öldürür məni.

 

Sürükləyir həyat məni,

Tənhalığın qucağına.

İnsan cilddə Şeytanlardan,

Nələr çəkdi başım mənim

     

Həvəskar:Gülanə Qafarova

Ətraflı

Qadın olmaq gözəl olmaq deyil , o gözəlliyə ağıl qata bilməkdir - AYDAN OSMANLI

11-03-2016

                           

 Səhər açıldı...Artıq yuxudan oyanmışam. Mənim 15 yaşım var.Amma acılarım

yaşımdan  böyükdü. Havalar isinməyə başlayır. Artıq yaz gəlir. Nə qədər  fəsillər, aylar, illər dəyişsədə mənə olanları  unutdurmayacaq.Mənim həyatda anamdan başqa heç kimsəm yoxdu.Məni anamdan  başqa heç kimsə sevməyib.Mən sevib sevilməyi anamın sayəsində hiss etmişəm.Atamla anam bir birilərini seviblər. Atam uş…

Ətraflı

Atlasın yükü - PEYKƏR İBRAHİMOVA

11-03-2016

Tam tibb  təhsilimi yenicə başa vurmuşdum. Artıq mən də insanların həyatını xilas edən, onlara hər an kömək etməyə hazır tibb işçisi idim. Məni nə fərqlənmə diplomu ilə universiteti bitirmək, nə rezidenturanı xaricdə oxumaq qürurlandırırdı. Cərrah kimi ölkənin ən böyük xəstəxanalarından birində fəaliyyətə başlayanda  sevinməyimə və gözlərimdən beynimin əmrinə tabe olmayan yaşların gəlməsinə səbəb ailəmə kömək edə biləcəyimdən hiss  etdiyim qü…

Ətraflı

Bütün müsbət keyfiyyətlər ondan tələb olunar, ancaq həmişə mənfilərlə qarşılaşar - KƏMALƏ RƏSULOVA

11-03-2016

                                               

             Qadın. Heç bilirsənmi necə də ucadır sənin o adın.?

Hey ,sən! Mənə de görək; sən heç bir günlüyünə belə qadın oldunmu? Bu yer kürəsində bircə anliq nəfəsini qadin kimi aldınmı? Qadin təlaşı keçirdinmi? Qadın əzabı çəkdinmi? Sən heç bilirsənmi qadın olmaq nədir? Qadın olmaq ana bətninə düşməklə başlayar.Ailələrin bəziləri dünyaya gələcək…

Ətraflı

O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən də yoxam - TURAC AĞAYEVA

11-03-2016

                                     

Qoyulan bu 3 nöqtədə nələrin əks olunduğunu tək qadınlar deyə bilər. Bəlkə də,  deyə bilməzlər.  Çünki “ Qadın olmaq ” ifadəsində sonsuz mətləblər gizlənib. Xalq şairimiz S.Vurğun demişdir:

Bu qoca dünyada bir adət də var,

Qadın olan yerdə ədalət də var.

         Həqiqətən də,  bu belədir. Milli- mənəvi dəyərlərimiz içərisində belə bir …

Ətraflı

Qadın zəriflik təcəssümüdür - RAMİN MƏMMƏDLİ

11-03-2016

 

Qadın gülərsə, şu issız mühitimiz güləcək,
    Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
Hüseyn Cavid

 

Qadın zəriflik təcəssümüdür,amma baxın dahi mütəfəkkirimiz qadının gücünü,dəyərini və ucalığını necə gözəl ifadə etmişdir.Həqiqətən də belədir,tarixən bəşəriyyətimizdə qadınlar zəriflik nümunəsi olaraq göstərilsə də onların bir sözü bir insanı,ölkəni və ümumilikdə bir cəmiyyəti yaxşı yöndə dəyişik…

Ətraflı

Bütün dünyaya işıq saçmaqdır qadın olmaq - ŞƏHLA MİRZƏZADƏ

11-03-2016

                                            

Qadın olmaq...

Müsabiqənin elanını görəndə ilk düşündüyüm “axı həqiqətən nə deməkdir qadın olmaq ”  və niyəsə ilk ağlıma gələn də  elə bu oldu “ana olmaqdır qadın olmaq”...

Qadın olmaq dünyaya ilk göz açdığın gündən bir atanın namusu,bir qardaşın başucalığı,bir bacının dayağı və bir ananın ürəyi olmaqdır əslində..…

Ətraflı

Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır - VEİS QURBANOV

11-03-2016

    Sözlərimi təbiət alimi Diane Mariechildin sözləri ilə başlamaq istərdim. "Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır". Bəli, Mariechildin düşüncəsindəki kiçik bu cümlə çox böyük bir fikri ifadə etməklə yanaşı qadının tanrıya bərabər bir güc, qüvvə olduğunu əks etdirir. Qadın eyni zamanda bəşəriyyətin davamçı qolu, tanrının yaratdığı ülvilik, gözəllik, təmizlik rəmzidir. Qadın kimdir? Qadın olmaq nədir? Qadı…

Ətraflı

E­y qadın. Axı sən anasan. Sevginin özüsən­. - GÜLŞƏN YILDIZ

11-03-2016

Feminizm” qadın-kişi ayrı-seçkiliyinə q­arşı çıxaraq cinslər arasında iqtisadi, ­siyasi və ictimai bərabərliyi müdafiə ed­ən bir baxışdır. Əsas məqsədi qadın azad­lığı və qadının cəmiyyətdəki yeri haqqın­da həqiqi bir bərabərliyin yaradılmasıd­ır.
“Feministlər” isə qadın hüquqları müdafi­əçisiləridir (latın sözü olan “femina” “qadın” deməkdir)­...­
Feminizmdən, qad…

Ətraflı

Qadın hər cümlənin izahını verməliydi daşlaşmış vicdanınıza - NƏZRİN CAVİD

11-03-2016

Damarlarından qan yerinə yağış suyu axan qadın idi o.Bu gecə o gecələrdən deyildi.Yağış damlası sanki bir yumruq kimi dəymişdi alnının ortasından.Gecə qəfildən yağış möhkəm yağmağa başladı.Bədənində üşütmə hiss edib ayıldı yuxudan.Barmağıyla alnından soyuq damcını silib dilinə toxundurarkən hiss etdi,acısından,tozundan.Evin damından axan yağış suyu,işarə idi.Yenə də yastığının yerini dəyişib eləcə yuxuya getməyə çalışmalıydı.Bu gecə o gecələr…

Ətraflı

Bəzən də xəyanətə məhkum olmaqdır qadın olmaq - SİMA İSMAYILZADƏ

11-03-2016

Qadın olmaq... Bəzən dünyadakı ən müqəddəs varlıq ANA olmaq, bəzən əzilmək, döyülmək, aldadılmaq, heç nəyə baxmadan həyatına davam etməyə çalışmaq, bəzən də heç kimə möhtac olmadan, öz ayaqları üstündə duraraq möcüzələr yaratmaq.. Bəzən erkən nigahın qurbanına çevrilərək dərk etmədiyi halda uşaq sahibi olmaq, seçim hüququ olmadan qarşısına qoyulan qaydalarla həyatı yaşamağa çalışmaq, bəzən də bütün çətinliklərə baxmayaraq, cəmiyyət üçün yarar…

Ətraflı

Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir - ƏHMƏDLİ MİNAXANIM

11-03-2016

Qadın olmaq…

Dünyaya gələn hər bir qız övladı gələcəyin anası, ailəsinin xanımıdır. Bununla yanaşı o dahi şəxsiyyətdir, müqəddəs insandır. “Qadın zərif cinsin nümayəndəsidir” bu mənim təbirimcə səhv deyilmiş bir fikirdir. Qadınlar günümüzdə ən güclü varlıqlardır. Dəyilən hər zərbəyə dözə bilirlər. Bura həm psixoloji, həm də fiziki zərbələr aiddir. Əks cinsin nümayəndələrinə isə ikisindən biri olduqda ya psixoloji yadakı fiziki onlar xan…

Ətraflı

Çətindir Qadın Olmaq - ELMİN MƏMMƏDOV

11-03-2016

Çətindir Qadın Olmaq!


Çünki hamının sahib olmaq istədiyi bir bədənin var. Qorumaq zoruna olduğun bir namusun və sevməyin qadağan olduğu mentalitetin.. Kişi kimi kişi deyərlər, amma qadın kimi qadın deməzlər. Zor şeydi deyərlər...

Soyuq olmaq zorundadır, hissetməməsi gərəklidi, yaxşı görünməlidi, amma o qədər də açıq saçıq yox. Kişinin yanında yerini bilməlidir. Qadın olmaq günahdı bu həyatta. Sevərsən dəli de…

Ətraflı

Cənnət qoxuyan varlıqları incitməyin - SEVDA RZASOY

11-03-2016

                                             

Bu suala cavab verməmişdən öncə qeyd edim ki,həmişə məşhur və sevilən yazar olmaq istəmişəm.Amma heç vaxt buna cəhd belə etməmişəm.Çünki mən qadınam,məşhurluq sevdasına düşə bilmərəm və bu kiçik məqalə ilə məhdudlaşmalıyam.

İndi isə mövzu barədə.

Bətnindəki körpənin cinsiyyətini yoxlatdırmağa gedən bir qadın düşünün.Ürəyində…

Ətraflı

“Qadın olmaq” kişi işi deyil - AYGÜN ASİMQIZI

11-03-2016

Bəzən kişilərdən “Bəxtim olsaydı, qadın doğulardım” fikrini eşidirəm. Hər dəfə də düşünürəm ki, “qadın olmaq” bu qədərmi asandır? Mənə elə gəlir ki, qadınlar haqqında düşüncəsinə görə kişilər iki qrupa bölünür. Bir qrupa görə, qadın olmaq evdə oturub, ailəsinə, uşaqlarına baxmaqdır. Onlar qadını ictimai həyatda deyil, yalnız evdə görürlər. Bu cür düşünənlər üçün qadın olmaq çox asan gəlir.…

Ətraflı

Yaşam naminə - XƏYALƏ MURAD

11-03-2016

O axşam qəfil çaxan ildırım səsinə oyanmışdı. Pəncərəyə çırpılan yoğun ağac budağı Qulikonu qorxutdu. Yataqdan qalxıb asta addımlarla pəncərəyə yaxınlaşdı. Əsən külək sərinliyi ilə aprel ayını xatırladırdı. İyun ayının tən ortasında bu soyuq küləyin ayrı ləzzəti olsa da, Qulikonu sevindirmədi. Qaranlıq küçəyə boylanıb uzaqdan gələn yoldaşının maşınını sezdi. Yağış yağmağa başlamışdı. Ara bir ildırım çaxır, göy guruldayırdı. Sol əlini uzadıb o…

Ətraflı

Qadın olmaq dedikdə ağıla gələn sürət -GÜNEL AĞAYEVA

11-03-2016

Taleyin hansı sürprizləri ilə qarşılaşacağını bilmədən yaşayan, gələcəkdə heç bir şeydən sığortalanmayan qadın. Dünyaya gəldiyi gündən bəri qayğının,xəyanətin, kədərin işığına nərdivan dayayan qadın.

Həyatda atdığı addımı sırf ailəsinə görə atan qadın. Məcburi ailə quran və xoşbəxtliyi dərk etmədən bədbəxtçiliyə sürüklənən qadın.Ailədə hər təhqirə,əzaba, söyüşə, təcavüzə,zorakılığa məruz qalan qadın…

Ətraflı

Və gəlin boynumuza alaq ki, onları mükəmməl edən də budur - TURAL ƏZİMZADƏ

11-03-2016

   Öz kişi ağlımla yanaşsam da qadın olmağın bir qədər  (hətta, çox) çətin bir şey olduğunu dərk eləyə bilirəm. Qadın olmaq çox vaxt bağışlamaqdır. Bəzən səbəbsiz yerə sevməkdir, bəzən durduq yerə ağlamaqdır. Qadın olmaq çox vaxt fədakarlıq edə bilməkdir. Qadın olmaq bəzən ayağının altına cənnətləri sərən bir Tanrının hədiyyəsi olduğunu dərk edə bilməkdir. Qadınlar haqqında oxuduqlarımız onları təsvir etməyə bir qram da kömək eləməz. Mən bu y…

Ətraflı

Bir qadın - FANİ KƏRİMLİ

11-03-2016

Bir qadın hər şeydən əvvəl, əvvəldən hər şey olmağı başarmış. Bu almanın lazımsız çeyirdəyinin ilk alma forması olmağını unudaraq onu tüpürüb yerə tullamağımıza bənzəyir. Əvvəldən her şey olanımız torpaqdan deyildə insanın böyründən yaranmış, torpaqdan yaranana bətnindən uşaq vermiş, hələ bu azmış kimi bətnindən çıxanlara cənnət də vəd edilən Huri cildinə belə girmiş.


Yük…

Ətraflı

Cəmiyyətimizdə seksizm: qurban qadınlardır - CAVİD QƏDİR

26-02-2016

Bu yaxınlarda ötən il Türkiyədə zorlanaraq öldürülən 19 yaşlı Özgəcan Aslanın anım günü idi. Hadisə baş verəndə nəinki Türkiyədə, həmçinin, Azərbaycanda kifayət qədər səs-küy doğurmuş, müzakirələrə səbəb olmuşdu. Hətta sosial şəbəkələrdə etiraz əlaməti kimi müxtəlif aksiyalar baş tutmuşdu. Bəzi qadınlar bir az da irəli gedərək öz başlarına gələn seksist hadisələri danışmış, sosial şəbəkələrdə yazmışdılar.…

Ətraflı

"Bəşəriyyətə nəfəsinlə can verməkdir QADIN OLMAQ!" -XOŞQƏDƏM BƏDƏLOVA

25-02-2016

QADIN OLMAQ.....  bu anlamı izah etmək, bu hissi yaşamaq qədər acı, şirin və çətindir. Kiminə görə bu ailə qurduqdan , kiminə görə ana olduqdan, başqa birinə görə çətinlikləri tək çiyninə aldığı gündən yaşamaqdır qadın olmaq .

            Mən bu məqalənin bir qadının həyatında yaşadığı qadınlıqdan yazacağam. Arzularının, xəyalarının çin çıxdığı gün ailə qurdu, özünün ailəsi olduğuna sevinib qadın oldu. A…

Ətraflı

"Qadının gücü sevgidəndir" - HƏŞİMOVA ÜLVİYYƏ

25-02-2016

Qadın…Bu söz o qədər dərin məna daşıyır ki...Hərflər də elə bil qadını izah edir.Qadın-qayğıkeş,azad,dözümlü,nəcibdir.Qadın uşaqdır.Dünyanın ən əyləncəli uşağı.Heç bir şeyə fikir vermədən  sevinclə qışqıran,qəh-qəhə ilə gülən,sevdiklərinin üzünü güldürən balaca uşaq…Qadın həssasdır.O ağlamaq istəyirəm deməz,ağlayar.Bəzən o qədər yorular ki,öz-özünə düşünər: «Öyrəşmisən daha.Olanlar səni o qədər də incitmir.Hadisələrə qarşı immun sistemin işlə…

Ətraflı

"Hər kəs bu həyatda qonaqkən ən böyük qonaq olmaqdır qadın olmaq-öz evində belə qonaq olmaqdır." - NƏCƏFZADƏ ASİMAN

23-02-2016

                             

          Və bir səs yüksəldi Allah (c.c) evindən : “Qadınlar sizə Allahın əmanətidir.”

Bu dünyada qadın olmaq həyatda var olmaq üçün mübarizə aparmağa məcbur qalmaqdır.Həyatın hər anında “mən də varam”demək istəməkdir.Birilərinin səsini kəsməsidir bəzən...”Nəfəs alırsansa ümid hələ də var “ deyirlər ,əgər qadınsansa ,hələ də sağsansa,güclüsənsə ümidin deyil-şansın var demə…

Ətraflı

"Qadın çox zaman özünə aid olmaz çünki o,fədakardır!" - GÜNƏŞ MƏMMƏDOVA

23-02-2016

Qadın olmaq nədir,qadın kimdir bu haqda əslində çox geniş yazmaq olar.Qadına baxış mövqeyi çox müxtəlifdir.Qadının bu həyatda heç bitməyən vəzifələri var.Bu vəzifələr də hamımıza məlumdur.Bu haqda yazmadan bir onu demək bəs edər ki qadın Anadır.Cənnət də anaların ayaqları altındadır deyib peyğəmbərimiz.Bunu dərk edə bilən hər bir insan qadının necə ali,uca,müqəddəs olduğunun fərqinə varmalıdı.…

Ətraflı