Düşüncə Jurnalı

header photo

AUTİZMƏ ELMİ -BƏDİİ YANAŞMA

"Bir Ananın autizmli Dünyası" - TÜNZALƏ TALIBLI

11-12-2015

                 

Ailə həyatı quranda 23 yaşım var idi.Bir müddət sonra hamilə olduğumu öyrəndik. 9 ay sonra əkiz körpələrimi qucağıma alacaqdım.Çox sevincli idik.Hamiləliyim çətin irəliləyirdi.2- ci ayımda ağrılı dönəmlə üzləşdiyim üçün həkimimə müraciət etdim.Əkizlərimin biri məni tərk etmişdi.Bu dönəm və hamiləliyimin geri qalan hissəsi mənim üçün çox ağrılı keçdi.

Oğlu…

Ətraflı

"Səbrin mükafatı" - RƏHİMƏXANIM BABAYEVA

10-12-2015

           Autizm...Elmi dildə bu bir xəstəlik olsa da, psixoloji yanaşma ilə bu bir evin çirağının sönməsi,bir ananın çarəsiz göz yaşı, “cəmiyyətdə özümə yer tuta biləcəm mi?” deyə heç özünü belə normal dərk etməyən bir körpənin üsyanıdır. Bəli, müasir dövrdə aktuallaşan autizm sindromu çoxlarının acı bir həqiqətlə dolu taleyinə çevrilmişdir. Bəs siz bilirsinizmi bir ananın doqquz ay bətnində böyüdüb bəslədiyi, körpəsi üçün qurduğu xəyalları…

Ətraflı

" Mən elə bir mənəmki..." - AYGÜL RÜSTƏM

08-12-2015

                                       

Əziz kiçik yaşlarından,həyatı və dünyası fərqli idi.O,soyuq bir qış günü dünyaya gəlmişdi.Valideynlərinin gözünün ilki,ruhlarının pəncərəsi idi.Gözləri,Qırmızı dənizin dərinliyindəki,səmanın bahar fəslindəki olan  masmavi rəngi idi.Sanki bütün saflığı,bütün gələcək ruh aləmi ilk doğulduğu gündən simasına yazılmışdı,balaca Əzizin.İllər bir-birinin ardınca düz 3 il keçdi,Əziz ilk əvvəll…

Ətraflı

"Ailədə autistik uşaq varsa ən böyük məsuliyyət valideynlərin üzərinə düşür" - TURANƏ RZAYEVA

08-12-2015

Bu gün cəmiyyətdə əksər insanların bu sindrom haqqında heç bir məlumatı yoxdur. Belə uşaqlara təsadüf etdikdə tezliklə onlardan uzaqlaşmağa çalışır, onlarla eyni ortama düşmək istımirlər. “Dəli” adlandırıb yan keçirlər. Bu gün əksər insanların, xüsusən, yeni valideyn olmağa hazırlaşan gənclərin bu haqda heç bir məlumatı olmadığı üçün doğulmuş uşaqlarda bu əlamətləri görmürlər və ya düzgün başa düşmürlər. Əksər vaxtlar valideynlər həkimə uşaql…

Ətraflı

" Zəmanəmizin vəbası-Autizm" - TƏHMİNƏ YAQUBOVA

08-12-2015

                          

Müasir dövrün artıq vəbasına çevrilmiş pozuntulardan biri də Autizmdir.  Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir.Tez-tez televizorlardan, sosial şəbəkələrdə rast gəldiyimiz bu problem sanki danışıldıqca daha da artmaqdadır. Autik uşaqlarda…

Ətraflı

"Onların normal bir vətəndaş kimi cəmiyyətə adaptasiya olmasına kömək edək. Bu hamının işi olmalıdır. Mənim də, sənin də, hamımızın da... "- TURAC AĞAYEVA

08-12-2015

                                 

         Mən bu layihəni görənədək autizm barəsində çox cüzi  məlumatım var idi. Ümumiyyətlə, autizm sözünü eşitsəm də,  nə olduğunu bir o qədər dərk etmirdim.Müasir dünya internet əsridir. Autizm sözünü yazıb axtarışa verdim. Bir neçə video açıldı. Açılan videoların hər birinə baxdım. Düzünü desəm, heç layihədə iştirak etmək fikrim də yox idi, sadəcə , ötəri bir nəzər salıb autizmin nə olduğ…

Ətraflı

"Axı bu xəstəlik toxunaraq və ya yayılaraq keçən xəstəlik deyil.Niyə də onların əlindən tutub oynamağı cəmiyyətlə əlaqə qurmağı öyrətməyək?" - TƏHMİNƏ QASIMOVA

08-12-2015

Autizm-anadangəlmə  olan,ömür  boyu  sürən,qeyri-iradi  hərəkətlərə  səbəb  olub, beyin  inkişafını  əngəlləyən  xəstəlikdir. Bildiyimiz  kimi  insani  digər  canlılardan  fərqləndirən  əsas  cəhət  cəmiyyətlə  əlaqə  qura  bilməsidir. Ancaq  bu  tip             insanlar  cəmiyyətlə  əlaqə  qura  bilmir, özünə  qapalı  olurlar. Son  illər                   respublikamızda    rast  gəlinən  bu  xəstəliyi  21  əsrin  epidemiyası  adlandıranlard…

Ətraflı

"AUTİZMƏ ELMİ YANAŞMA" - XƏLİLZADƏ SİTARƏ

08-12-2015

Autizm həyatın ilk üç ili ərzində meydana çıxan və bütün həyat boyu davam edən, ictimai qarşılıqlı münasibətlər, sosiallaşma, dil, ünsiyyət sahələrində problemlər, təkrarlayıcı davranış və məhdud maraq dairəsi ilə xarakterizə olunan inkişaf pozuntusudur. Hələ autizm termini istifadə olunmadan, bugün qəbul etdiyimiz autizm anlayışından ilk dəfə 1700-cü illərdə fransız elm adamı Jan İtard bəhs etmişdir. O, autistik əlamətləri olan Viktor adlı b…

Ətraflı

“Kiçik qəlbdən böyük xahiş” - SEVİNC MƏMMƏDOVA

08-12-2015

Salam, mənim ölkəm Yer kürəsi...

Vətəndaşlığım insan...

Məni də aranıza ala bilərsiz? Buna ehtiyacım var da...

Bir az fərqimin bilinməsinə, bir az sevgiyə, bir az da yaşamağa...

Sizcə, bu mənim haqqım deyil mi?!

Hey , Yer kürəsindəkilər, məni də aranıza alın, xahiş edirəmL

Mən çoxluğu sevmirəm.

Saçımın yuyulmasından, daranmasından və kəsilməsindən nifrət edirəm.

Bəzi ət…

Ətraflı

"Mən kiçik bir toxumam, günəşim ol ANA!” - SƏMƏDOVA SƏRFİN

06-12-2015

Autizm bir xəstəlik deyil! Autizm fərqli qavramadır!                                       

Autizmli uşaqlarda sosial bacarıqlar, üsiyyət qurmaqda problemlər  və bununla yanaşı, təkrarlayıcı, takıntılı davranışlar müşahidə olunur. Ancaq bu məhdudluqlar uşağın edə biləcəklərinə sərhəd çəkməməlidir. Ətrafdakılar hər zaman uşağın fərqliliklərini olduğu kimi qəbul etməli və məhdudiyyətləri aradan götür…

Ətraflı

"Autistik uşaqların analarının gözü ilə..."- Şəlalə Mehəliyeva

05-12-2015

         Autizmli uşaqla yaşamaq çətindir, əgər o uşaq canından bir parçadırsa daha çətin...

         Elə ilk illərdə özünü göstərməyə başlayır. Həm onun, həm özünün çətin, uzun keçən geceləri. Baçqa uşaqlar kimi normal oyunlar seçməz.Hərdən başa düşmək istəsəndə onu başa düşə bilməzsən. Saatlarla evin ortasında fırlanan, kağızları cırmağa başlayar. Mən anayam balam xoşbəxt olsun deyə həmin hərəkətləri gün boyu onunla b…

Ətraflı

"Autist uşaqların bizə demək istədikləri" - PƏNAHOVA RƏFİQƏ

05-12-2015

Məndə uşağam... Axı siz niyə mənə baxanda, mənim yalnız “autist” olduğumu görürsüz. Autizm mənim şəxsiyyətimin yalnızca bir tərəfidir. Bəs sizin xoşunuza gələr, insanlar sizi görəndə yalnız bir xüsusiyyətinizə görə sizi qiymətləndirsələr?Desələr siz köksünüz və ya korsunuz? Ola bilsinki, bunlar sizin öndə olan xususiyyətlərinizdən biridir, lakin tam olaraq sizi ifadə etmir. Lakin siz isə mənim yalnız bir xüsusiyyətimi vurğulayaraq  sanki qarş…

Ətraflı

"Axı bu günahsız uşaqların dünyaya gəlməsində səbəbkar elə biz özümüzük. " - PƏRVİN ƏSGƏRLİ

04-12-2015

İşə  tələsdiyimdən  cəld və çevik addımlarla yol boyu  addımlayırdım. Bir neçə  metr  aralıda yol keçərkən ucadan qışqıran  10  yaşlı autizmli qızın  atasının  onu  cilovlamaq  istəyinə qarşı gəlməsi  və atanın sankı övladından utanırmış  kimi  kobud şəkildə, itələyib  qüsurlu uşaqlar üçün məktəbin qapısından içəri salma çabasını  gördükdə həm üzüldüm həm də ataya qarşı hiddətli baxışlarımı  ala bilmədim bu səhnədən.  Ayaq saxlayıb müşahidəmi…

Ətraflı

"Anasının belə onu qucaqlamasına icazə vermirdi." - NİGAR ƏLİYEVA

04-12-2015

Autizm, anadangəlmə ya da həyatın ilk 3 ilində meydana çıxan mürəkkəb inkişaf pozğunluğudur. Davranışda və ətrafdakı insanlarla ünsiyyətdə problemlərlə müşayiət olunur. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir. Əksər autizmli uşaqlar xaricən tamamilə normal görünür, lakin bütün vaxtlarını digər normal uşaqların məşğuliyyətlərindən tam fərqlənən qəribə fəaliyyətlərə sərf edirlər.…

Ətraflı

"Autizmin yaranması ilə bağlı aparılmış ən son tədqiqatlar" - NƏZRİN QULİYEVA

03-12-2015

  Autizm,üç yaşından əvvəl ortaya çıxan və həyat boyu davam edən, sosial qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, təkrar olunan davranış və məhdud maraq dairəsi ilə özünü göstərən, mürəkkəb inkişafla bağlı bir pozğunluqdur.Hazırki dövrdə uşaq autizminin  opatenik mexanizminin dəqiq anlayışı yoxdur.Mənim fikrimcə autizmə düçar olan insanlar genetik cəhətdən buna meyilli insanlardır,nəticədə ətraf mühitin təsiri faktorları da məsələn,anadang…

Ətraflı

"Hər bir uşaq bir gələcəkdir, bir həyatdır. Onları təcrid etməklə bir gələcəyi məhv etmiş oluruq." - NƏRGİZ ALLAHQULUZADƏ

03-12-2015

                             

     Autizm nədir?

     Bir çox əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Neo-Latın autismus sözcüyü İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə törədilmişdir. Bleuler sözcüyü Yuna…

Ətraflı

"Mənə o biri otaqdan səslənməyiniz əvəzinə, yanıma gəlin və sadə cümlələrlə mənimlə danışın" - NƏRGİZ ƏSƏDLİ

03-12-2015

                           

           Autizm  ətraf  aləmin  dərketməsinin  və  digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan, həyatın ilk üç ili ərzində meydana çıxan  xəstəlikdir. Latın sözü olub “özü” deməkdir. Autizm özünəqapanma, real ətrafdan uzaqlaşma kimi təzahür edir. Erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəb…

Ətraflı

"Asperger sindromunun əsas mühüm əlamətləri və xüsusiyyətləri" - MEHRİBAN MÜTƏLLİMOVA

03-12-2015

       Autizm son illərdə çox duymağa başladığımız bir əngəl formasıdır. Çəkilən filmlər (Yağış adam, Mənim adım Sam, Yüksələn Merkuri), yazılan kitablar,  qəzetlər və jurnallar vasitəsilə autizmə olan maraq gün keçdikcə artır. Texnologiyanın ünsiyyəti artırmaq üçün hər gün təzə bir layihəyə imza atdığı günümüzdə bu əlaqədən yararlanmayan və özlərini daxili dünyalarına bağlayan uşaqlar müşahidə edilir və bu uşaqların özlərinə aid dünyalarının…

Ətraflı

"Autistik uşaqların özəllikləri" - LEYLA YUSİBOVA

03-12-2015

    Autizm sindromu xxı əsrin qlobal psixoloji problemi kimi özünü göz təmasının, nitqin və ünsiyyətin zəifliyi kimi bildirir. Autizm latın sözüdür və "autos"-"özü" deməkdir.

   İlk dəfə autizm sindromu olan uşaqlarla atamin deffektoloq-loqoped kimi çalışdığı "Uşaq və Ailələrə Dəsdək" merkəzində qarşilaşmişam. Onların bir çox xüsusiyyətləri vardır. Autizm sindromu olan uşaqlar ətrafdakı insanlara qarşı biganə olur v…

Ətraflı

" Mən autizmli bir uşağam." - LEYLA ƏFƏNDİYEVA

03-12-2015

           

 Mən autizmli bir uşağam.Duyğusal hisslərim fərqlidir. Gündəlik yaşam içində sizin çoxunuzun fərqinə varmadığınız iylər, səslər mənə qıcıq verə bilər.Sıradan, sadə  bir market alış-verişi mənim üçün tam bir kabus ola bilər.Qoxu hissim artıq dərəcədə həssasdır.Bütün bunlar məni cox pis təsir edir.

Danışdıqlarınıza qulaq asmadığımı fikirləşməyin.Sizi başa düşməyə bilərəm.Mənə…

Ətraflı

"Autizmə elmi yanaşma" - LEYLA ABDURƏHİMOVA

03-12-2015

Autizm sosial münasibətlərin yaradılmasına , ünsiyyət sferasının formalaşmasına mane olan inkişaf problemidir. Autizm sözü yunan  sözü olan “autos” sözündən götürülmüşdür. Yunan dilində autos sözünün mənası “öz” deməkdir. İlk dəfə autizm sözündən məşhur isveçrəli psixiatr E. Bleuler istifadə etmişdir. 1910-cu ildə Bleuler “autizm”in şizofreniya xəstələrində müşahidə olunan özünə qapanma və ətraf aləmdən təcrid olunma əlamətlərini təsvir etmiş…

Ətraflı

"Biz bu uşaqlara vaxtında diaqnoz qoyub cəmiyyətə yararlı vətandaş edə bilirikmi?!" - LALƏ ƏLƏKBƏROVA

01-12-2015

  Biz sivilizasiya  dövründə yaşayırıq.Yaşadığımız mühitdə böyük dəyişikliklər baş verir. Bu dəyişikliklər insanların sağlamlığına təsir göstırir.Xəstəliklərin get-gedə sayı artır.Doğulan uşaqların bəziləri doğuşdan xəstə doğulur.Belə xəstəliklərdən autizmi  daun  sindromunu    və s.-ni göstərmək olar.
   Autizm nədir-fərdin  ictimai ünsiyyətinə  dil inkişafına və xarici dünyadan …

Ətraflı

" Dünəndən bugünə Autizm" - GÜLNARƏ MUXTAROVA

01-12-2015

                         

Nə üçün “ Dünəndən bugünə Autizm?. Çünki , bugün  elm, texnikanın  inkişafı,  insanların düşüncə tərzi,  baxış bucağı dəyişdikcə, bu növ problemlərə yanaşma tərzi də dəyişir , fərqli şəkil alır ki, bu da müsbət  haldır.  Dünya  üzrə  autizm  diaqnozu  qoyulan  uşaqların  sayı getdikcə  artır. Xroniki  gedişli  olmasına  baxmayaraq, erkən  müdaxilə  və  düzgün yanaşma  ilə  Autizmli  şəxslərin  cəmiyyətə  …

Ətraflı

"Heç bir uşaq dünyaya autizm sindromlu biri kimi gəlmək istəməzdi... - KÖNÜL CƏLİLLİ

01-12-2015

Hal–hazırda yaşadığımız dövrdə müasir problemlərdən biri autizm sindromudur. Mütəxəssislər və pedaqoji təhsil alanlar autizm haqqında kifayət qədər məlumatlı olsalar da təəsuflər olsun ki, əksər valideynlər bu məsələyə bəzən etinasız yanaşırlar. Ciddi xəstəliklər haqqında da məlumatsız olmaq onların gələcəkdə xəstə uşaq dünyaya gətirmələrinə səbəb olur. Gəlin bu günahsız, məsum uşaqları qoruyaq, gələcəkdə onları incidən xəstəliyin olmamasına …

Ətraflı

"Ananı qucaqlamırlar, gözünə baxmırlar, səsə, öz adlarına heç bir reaksiya vermirlər."- GÖVHƏR ƏHMƏDOVA

01-12-2015

                 

    Autizm şəxslərin sosial münasibətlərinə və davranışlarına mənfi yöndə təsir göstərən inkişaf pozuntusudur.İlk dəfə 1943-cü ildə Amerikada John Hopkins universitetində işləyən Leo Kanner tərəfindən aşkara çıxarılmışdır.Kanner üzərində çalışdığı 11 uşaqda 3 əsas keyfiyyətin olduğunu müşahidə etmişdir.Bunlardan birincisi onlarından heç birinin ətraflarındakı insanlarla münasibət qurmaması idi.İkinci əsas keyfiyyət d…

Ətraflı

"AUTİZM - sadəcə və sadəcə FƏRQLİLİKDİR !!!" - ƏMİNƏ İSRAFİLZADƏ

01-12-2015

Autizm uşağın ünsiyyәt bacarıqlarında pozğunluqla özünü göstәrәn psixoloji bir sindromdur. Autizmin yaranmasına sәbәb tam mәlum deyil. Sәbәbi nә zaman tapılarsa insan beynindә olan bütün xәstәliklәrin dә çarәsi tapılacaqdır. Ancaq son illәrdә araşdırmalar göstәrir ki, әn real sәbәbi hamilәlik zamanı virus infeksiyasına yoluxmuş anaların uşaqlarında bu problem inkişaf edir. Digәr sәbәb ana ilә körpә arasında ünsiyyәtsizlik göstәrilir. Autizmin…

Ətraflı

"Fərqli lakin EYNİ… AUTİZMli bir uşağın iç səsi…" -ELNARƏ ƏHMƏDLİ

01-12-2015

SALAM. Mən autizmli bir oğlan uşağıyam. Gündəlik yaşamda sizin hiss etmədiyiniz, diqqətinizi çəkməyən şeylər məni asanlıqla özümdən çıxara bilər. Yaşıdlarım üçün çox əyləncəli olan alış-veriş mənim üçün tam bir kabusdur. Hələ alış-veriş arabalarının qıcırtı səsi və ya hansısa xoşagəlməyən iy məni özümdən çıxara bilər. Bu zaman məni sakitləşdirmək üçün məni narahat edən şeylər uzaqlaşdırın. Danışdıqlarınızı eşitmədiyi fikirləşməyin. Eşidirəm l…

Ətraflı

"Onlara qeyri-adi baxışlarla baxmaq əvəzinə sevgi və inamla baxaq..." - DƏNİZ UMAROVA

01-12-2015

                                   

         Autizm son zamanlar geniş şəkildə yayılmaqda olan və yaranma səbəblərinə,  əlamətlərinə görə bir çox mütəxəssislərin diqqət mərkəzində olan mövzulardan biridir. Gündəlik həyatımızda tez-tez Autizm termini ilə rastlaşmağımıza baxmayaraq bir çoxlarımız hələ də autizmin nə olduğunu bilmirik  və yaxud da bu sahədə olduqca az biliyə malikik. Bəs Autizm nədir? Necə yaranır? Müalicəsi var…

Ətraflı

"Valideyn mehriban davranmalı, maksimum səbrli olmalıdır." - CƏMİLƏ QASIMOVA

01-12-2015

 

Autizm latın sözü olub, autos-özü deməkdir. Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Autizm uşağı cəmiyyətdən,ünsiyyətdən, göz təmasından ayıran travmatik psixoloji porblemdir. Xarici ölkələrdə bu xəstəlik 30-40 ildir ki , tanınır. Xəstəlik əsasən 3 yaşına qədərki uşaqlarda aşkarlanır.əgər bu yaşa qədər uşaq yaşidları kimi düzgün inkişaf etmirsə autizm diaqn…

Ətraflı

"Autizm- yeniyetmə psixologiyası və psixiatriyasında aktual bir problem kimi." - AYGÜN ORUCOVA

01-12-2015

     “Dəqiq nə olduğunu başa düşə bilmirəm, amma uşağımda bir qəribəlik var. Əvvəlcə elə bilirdik ki, qulaqları eşitmir, onu çağıranda heç dönüb bizə baxmırdı. Amma həkim qulaqlarında heç bir problem olmadığını söylədi. Kubikləri sürətlə bir – birinin üzərinə qoya bilməsi onun əqli inkişafında ciddi problem olmadığını göstərir.....Amma həmyaşıdları kimi oyuncaqlarla oynamır. Bunun əvəzində saatlarla dayanıb paltaryuyan maşınının barabanının s…

Ətraflı

“ Autizmli bir uşağın məqaləsi “ - NƏRMİN BƏDİROVA

01-12-2015

                                 

Məqalə hekayə formasındadır. Məqalədə Autizmdən əziyyət çəkən uşağın xüsusiyyətləri, sonradan özünü dəyişməsi və autizmə qalib gələrək fərqli bir insan olması əks olunur.

   Autizm əsasən erkən yaş dövründə başlayan bir sıra fərqli əlamətlərilə müşahidə edilən neyropsixiatrik pozuntudu. Autizm - “ auto “ yəni insanlardan, cəmiyyətdən ayrı olmaq,…

Ətraflı

"Hər dəcəllik edən uşaq autistdirmı?" - BALABİKƏ SƏMƏDOVA

01-12-2015

Autizm – erkən yaş dövründə başlayan sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum…

Ətraflı

"Mən belə böyüdüm; körpələşən atamla yaşlanaraq..." - AZADƏ BAYRAMOVA

01-12-2015

Mən atamın küncünə qısılaraq böyüdüm. Atam isə elə hey uşaqlaşdı. Mən hər artan yaşımın arxasında gizlənən atamın enən yaşını görürdüm. Kövrələrək yanağına düşən hər damla yaş öz uşaqlığımı xatırıladırdı mənə. Hər atama baxışımda özümü görürdüm. Beləcə, onun tez-tez nəm olan qara piqmentlərlə zəngin olan qıyıq gözünü silməyə adətkar oldum.  Mən belə böyüdüm; körpələşən atamla yaşlanaraq. Bəzən sərt atamla. Amma hər sərtlikdən boylanan məsumlu…

Ətraflı

"Uşaq digər uşaqlarla oynamır, danışmır, onun üçün yeni olan şəraitdən qorxur ." - AYTƏN SƏFƏROVA

01-12-2015

Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Autizmin inkişaf etmə səbəbləri tibbdə hələki dəqiq müəyyən edilməyib. Ən real səbəb  hamiləlik zamanı anada virus infeksiyasının olması sayılır. Həkimlərin müşahidələrinə göre autizm bir çox hallarda hamiləlik zamanı qızılca, məxmərək, suçiçəyi keçirmiş anaların uşaqlarında inkişaf edir. Autizmi olan insanların baş-beynind…

Ətraflı

"Autizm – insanın ünsiyyət bacarıqlarında pozğunluqla özünü göstərən haldır." - AYTAC SALEH

01-12-2015

İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler(1857-1939) tərəfindən “Autizm” termini elmi ədəbiyyata gətirilib.”Autizm” termini  “autos”(özüm) yunan sözündən əmələ gəlib.Daha sonra Amerika psixiatrı Leo Kanner 1943 –cü ildə erkən uşaq autizminin təsvirini verib.Asperger sindiromu və Rett sindromu adıyla təsnif olunan autizm formaları da mövcuddur. "Xarici ölkələrdə, bu xəstəlik 30-40 ildir ki, tanınır, ona diaqnoz qoyulur. Xəst…

Ətraflı

" Autist uşaqlarda digər sağlam insanlar kimi adlarını tarixə yazdıran şəxsiyyətlərdən ola bilərlər." - AYGÜN MƏCİDLİ

01-12-2015

Autizm – erkən yaş dövrlərindən  başlayan, sosial münasibətlər və ünsiyyət sferasında  problemlərin  olması ilə özünü  göstərən  ümumi  inkişaf  problemidir.Autizm  özünə  qapanma, real  həyatdan  uzaqlaşma  kimi  təzahür  edir.Autizm  kifayət  qədər  geniş  yayılmış  haldır.Belə ki, təxminən  min uşaqda  5-də  müşahidə  olunur. Ümumiyyətlə dünyada 67 milyon insan autizm sindromundan əziyyət çəkir.…

Ətraflı

"Uğura gedən yol optimizm və güclü iradədən başlayır" - AYDAN OSMANLI

01-12-2015

~Autizmə elmi yanaşma

Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir.

Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autisti…

Ətraflı

"AUTİZM NƏDİR?" - Nuranə Səfdərova

01-12-2015

Autizm 3 yaşından əvvəl başlayan və ömür boyu sürən,ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən,məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir narahatlıqdır.Nadir hallarda doğuş travmalarına səbəb olan faktorlarla yaxından əlaqəlidir.Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur.Yaxın dövr araşdı…

Ətraflı

"O, 5 yaşında qız uşağıdır.Səsləri xoşlamır və heçkimlə ünsiyyət qurmur və göz təmasından qaçır."-NƏSİROVA XALİDƏ

20-11-2015

                 

  Yayılmış inkişaf pozuqluqlarının ən şiddətlilərindən biri adətən autizm ya da “uşaqlıq autizmi” olaraq adlandırılan autistik pozuqluqdur. Autizm  ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Aşağıdaki hal autistik bir uşaqda görülə biləcək davranışlardan bəzilərinə misal ola bilər:…

Ətraflı