Düşüncə Jurnalı

header photo

LAYİHƏLƏR

XƏYALƏ MƏMMƏDVA - Depressiya və Suisid: səbələri,simptomları və müalicə yolları

31-03-2015

Insanlar  bəzən zaman-zaman özlərini xoşbəxt və ya tam əksi bədbəxt hiss edirlər. Səbəblər təbii ki, müxtəlifdir. İşdən ayrılmaq, öz sevdiyini itirmək və ya işlərində uğurlu ola bilməmək hüzn yaradan hadisələrdir.  Hüzn və kədər normal həyatın  bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması , səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya kimi  təyin olunur.

Ətraflı

NƏRGİZ ALLAHQULUZADƏ - Depressiya və Suisid

31-03-2015

Belə deyə bilərik ki, kədər normal həyatın bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edir, ruh düşkünlüyü yaşayır.Depressiyalı adamı yemək-içmək maraqlandırmır , günəşin çıxması, yağışın yağması,ümumiyyətlə heç nə ona sevinc gətirmir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarım…

Ətraflı

LEYLA YUSİBOVA - Depressiya nədir

30-03-2015

Hər bir kəs zaman-zaman bir narahatlıq, sıxıntı hiss edə bilər. Ancaq həftələrcə sürən hüzn, ümidsizlik, ya da gündəlik fəaliyyətlərə qarşı maraqsızlıq daha ciddi bir problemə işarə edə bilər. Biz hamımız bəzən işdə olan problemlərimizə görə, ailədə olan anlaşılmazlığa və ya maddi cəhətdən çətinlik çəkəndə qısamüddətli stress keçiririk. Elə bilirik ki, bu, depressiyadır və heç də mühüm məsələ deyildir. Öz-özünə keçib-gedəcəkdir. Ancaq qısamüd…

Ətraflı

AYGÜN MƏCİDLİ - Suisid

25-03-2015

XXI əsrdə bəşəriyyətin müasir sivilizasiyası ilə uzlaşmayan,insanlığın heç bir mənəvi-əxlaqi parametrlərinə uyğun olmayan,gənc nəslin tərbiyəsinə zidd olan,insanlara psixoloji  cəhətdən sarsıdıcı təsir göstərən sosio-neqativ davranış aktlarından biri də intihardır.Ərəbcə “intihar”,latınca isə “suisid” sözlərinin mənası insanın bilərəkdən özünə sui-qəsd etməsi və özünü öldürməsidir.Əhali arasında baş verən ölümün səbəbləri içərisində intihar i…

Ətraflı

Fərəh Quliyeva:DEPRESSİYA NƏDİR

11-03-2015
  Depressiya ruha edilən təzyiqə reaksiyadır. Acı və kədərlə yüklənmiş piramidadır. Zamanımızda insanların daha da inkişafa can atmaları, öz həyati gərəkli planlarını qurmaları bəzən irəliyə yol açsada, Bəzənsə səbirsizliklə ve əsəbi gərginliklə yanaşı yola çıxır. Biz istənilən qədər anba an, hər arzu edilməyən situatsiyalarda, ani verilən qərarlarda depressiyaya düşə bilərik. Əslində depressiya…

Ətraflı

Elnarə Əhmədli: MƏKTƏBƏQƏDƏR VƏ KİÇİKMƏKTƏBYAŞLI UŞAQLARDA SUİSİDİAL DAVRANIŞ AKTLARI

11-03-2015

Artıq son dövrlərdə suisidial aktivliyin yaş hədləri fərqləndirilir. Suisid-bir insanın özünü qəsdən həyatdan məhrum etməsidir. İlk növbədə məktəbəqədər yaşlı uşaqlarda suisidial davranışa meyliliyə nəzər yetirək. Bu yaşda uşaqlarda suisidin əsas amili kimi ailədəki münasibətlər götürürlür. Uşaqlarda suisidial davranışa nəzər yetirərkən diqqət etmək lazımdır ki, onlarda bir qayda olaraq hələ ölüm haqqında fikirlər tam formalaşmayıb. Beləliklə…

Ətraflı

Gülər Mehdiyeva:INSAN QATİLİ DEPRESİYA

11-03-2015

Statistik araşdırmalara görə depresiyaya düşənlərin sayı artır. Hər 100 qadından 20-də, hər 100 kişidən 10-da depresiya keçidi müəyyən olunub. Depresiya nədir? necə yaranır? səbəbi nədir? Elmi araşdırmalar nəticəsində aydın olmuşdur ki, depresiya işdən ayrılmaq, sevdiyini itirmək, ailə problemləri, keçid yaş dövrü və.s problemlər nəticəsində yaranan ciddi pisxoloji pozğunluqdur ki, insanın duyğu və düşüncə davranışına təsir edir. Müalicə e…

Ətraflı

Samir İmanov: SONUNCU VƏ BİRİNCİ AD GÜNÜM

11-03-2015

 

Fiziki problemlərin yaratdığı çətinliklər səbəbiylə həyatda çox şeydən məhrum olan əngəlli insanlar cəhd etdikləri hər bir işdə uğursuzluğa düçar olduqca özlərinə inamları itir və daha da passivləşirlər. Bu cür insanlar hər zaman, heç nəyə nail ola bilməyəcəklərini düşünərək öz vəziyyətləri ilə barışırlar və mübarizədən imtina edirlər. Lakin, istənilən fiziki çatışmamazlıqlarla, hətda maddi cəhətdən zəif və təhsilsiz olsa belə, müəyyən …

Ətraflı

Səmədova Türkan: DEPRESSİYA VƏ SUİSİD

11-03-2015

Depressiya-səbəbsiz olaraq əhvali-ruhiyyənin enməsi olub,üç əlamətin(triadanın) əksinə cərəyan etməsi ilə xarakterizə olunur:

a)əhvalın enməsi

b)hərəkətlərin

c)nitqin tormozlanması.

Depressiya zamanı əhvalın enməsi o qədər güclü ola bilər ki,hətta xəstə özünə sui-qəsd edə bilər.Xəstə bütün günü qəm-qüssə içərisində olur,yeməkdən imtina edir,xarici görkəmi ağır zərər çəkən,bədbin,ümidsizadamı xatırladır.Be…

Ətraflı

Yusifli Ayişə - ƏZİZƏ CƏFƏRZADƏ “VƏTƏNƏ QAYIT” VƏ İOHANN VOLFHANQ HÖTENİN “GƏNC VERTERİN İZTİRABLARI” ƏSƏRLƏRİNİN TƏHLİLİ

11-03-2015

Hal-hazırkı dövrdə ətrafımızdakı insanların əksəriyyətindən hər hansı bir xoşagəlməz halla qarşılaşdıqda yaranan əhval pozğunluğu zamanı və ya özlərini yaxşı hiss etmədikdə soruşsaq ki, nə olub? çox zaman eşidəcəyimiz cavablar bir-birinə  oxşar olacaq. Həmin şəxslər bunu düzgün dəyərləndirə bilmədikləri, bu qeyri-müəyyənliyin səbəbini  tam aydınlaşdırmağı bacarmadıqları üçün  əksər hallarda çox yayılmış və konkret bir cavaba çevrilən “Deyəsən…

Ətraflı

Nuriyyə Mustafayeva - DEPRESSİYA VƏ SUİSİD

11-03-2015

 Suisidal davranış müasir dövrdə öz aktuallığı ilə seçilən problem­lər­dəndir. Müxtəlif səbəblərdən baş verən ölüm hadisələri içərisində özünü qəsd etmə geniş yer tutur. Hər il dünyada 500 min özünüqəsd və 7 milyona yaxın özünüqəsdə cəhd etmə halları baş verir. Bununla bərabər açıqlanmayan suisid halları da olduqca çoxdur. Bir sıra ailələr bu halı gizlətməyə çalışır, hətta bəzən öz yaxınlarından belə gizlətməyə çalışırlar. Buna səbəb k…

Ətraflı

Nigar Rəhimli - DEPRESSİYA VƏ SUİSİD

04-03-2015

Özünü öldürən insanların 90% -i depressiya xəstəsidir. Depressiya və digər ruhi xəstəliklər ilə birlikdə pis həyat hadisələri də intihar riskini artırmaqdadır. İntiharın fərdi olduğu qədər ictimai ölçüsü də vardır. İntiharlar önəmli sağlamlıq problemlərindən biridir. Bütün dünyada gündə orta hesabla 1000 insan intihar edərək həyatına son verməkdədir. Bütün dünyada hər 42 saniyədə bir adam həyatına son vermək üçün intihara cəhd edir, 17 dəqiqə…

Ətraflı

Lalə Əhmədova - TERRİ KOENİN “BUNU SƏNİN ÜÇÜN EDƏCƏYƏM” ROMANININ TƏHLİLİ

04-03-2015

Sən dünyaya gələndə hamı gülür, özün isə ağlayırdın.Elə yaşa ki, dünyadan gedərdə hamı ağlayarkən sən özün gülümsəyəsən …

Yazıma bu cümlə ilə başlamağım onu oxuyacaq şəxsi istər depressiyaya uğramış, istərsə də pozitiv ruhlu olmasından asılı olmayaraq fəaliyyətə həvəsləndirmək məqsədi daşıyır. İlk növbədə o diqqət mərkəzində saxlanmalıdır ki, həm fiziki, həm də zehni cəhətdən məşğul olan insan sarsılmaz. İns…

Ətraflı

Azadə Bayramova - DEPRESSİYA VULKANININ LAVASI:SUİSİD

04-03-2015

Salam, İnsan! Gəl biraz danışaq. Bilirəm, bilirəm ki, sənin də ehtiyacın var buna. Onsuz 6 milyard olduğunuz halda hər birinizin qəlbində, düşüncəsində “tənhalıq” simptomu var. Və artıq bu simptom o qədər dərinləşib ki, pandemiya xarakteri almağa başlayıb. Odur ki, dözməyib gəldim. Gəldim ki, dərinləşmiş pandemiyanın cəngindən alım səni, sahilin isti qumlarının nəvazişini duyasan deyə. Gəldim ki, yazda al-əlvan çiçəyə qonan müxtəlif rəngli kə…

Ətraflı

Kəmalə İmanova - DEPRESSİYA VƏ SUİSİD

02-03-2015

İndi hər kəs “depressiyadayam” deyir. Əslində depressiyanın əsas əlamətləri istəksizlik , həyatdan zövq almamaq , içindən bir şey gəlməməkdir, beyin pozuntusudur. Depressiya həm bədəni, həm düşüncələri, həm də duyğuları təsir altına alır. İnsanın yemək yeməsindən tutmuş yatmasına , sağlam düşüncə qabiliyyətinə pis təsir edir. Depressiya qətiyyən “keçici üzüntü” ilə eyni tutulmamalıdır. Bəzən özümüzü son dərəcə üzgün hiss edə bilərik amma bu d…

Ətraflı

Nərminə Hacıyeva - CEK LONDONUN “MARTİN İDEN” OBRAZININ TƏHLİLİ

02-03-2015

Depressiya- bu suisidin mütləq sələfidirmi və ya birbaşa suisidə səbəb olarmı ? Əlbəttə ki, yox.

İki yol ayrıcında depressiya durursa, ayrılan yolun birinin suisidə aparma ehtimalı nə qədər yüksək olsa belə, nəzərə almaq lazımdır ki , əvvəlki aktiv həyata dönüş kimi ikinci yol da mövcüddür. Bəs o zaman digər ürəkaçmayan statik göstəricilər siyahısına artmaqla olan intihar cəhdlərinin qoşulmasının, hər il dünyada 1 000 000 insa…

Ətraflı

Elnarə Əhmədli - “SUİSİD (İNTİHAR)” HAQQINDA ÜMUMİ XARAKTERİSTİKA

02-03-2015

Hər kəsə məlum olduğu kimi müasir dövrümüzün ən aktual problemlərindən biri suisidial davranışdır. Suisid latın sözü olub “sui” – özünü, “seadere” – öldürmək deməkdir. Suisid (intihar) bir qayda olaraq şüur yerindəykən özünü öldürməyə deyilir. Suisid (intihar) ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir. Sərxoş və ya na…

Ətraflı

Hacıyeva Sevinc - PROBLEMLƏ BAĞLI ÜMUMİ XARAKTERİSTİKA

02-03-2015

 

 

 

 

 

 

 

 

 

Hər insanı ayaqda saxlayan, ona enerji qaynağı olan, etdiyi, yaşadığı şeylərin mənalı olmasıdır. Lakin depressiyaya düşmüş insanda bu pozulmuşdur və artıq heç bir şeyin mənası yoxdur…

Depressiya həyatdan zövq ala bilmə qabiliyyətinin itməsidir. İnsan depressiyada olarkən, gələcəyə itirmə pəncərəsindən baxır. Bu pəncərənin göstərdiyi isə ümidsizlik, çarəsizlik …

Ətraflı

Elşən Şirbağırov - DEMƏYƏ BİLMƏZDİK

02-03-2015

 

 

 

 

 

 

“Siqaret çəkmək insanın təfəkkürünü zəiflədir və düşüncələrini bulandırır”

Lev Tolstoy

FAKT: “Beynalxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbi xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ild…

Ətraflı

Bəyimxanım Bəhməni - HƏYATIMIZIN YEGANƏ SAHİBİ BİZİK

02-03-2015

Depressiya dedikdə ağlımıza ilk baxışda zərəri olmayan ruh düşkünlüyü gəlir və bunu həyatımızın normal bir parçası hesab edərək keçəcəyini düşünürük , lakin problemi göz ardı edərək onun böyüməsinə icazə veririk. Nəticələr isə nəticə olaraq qalır və bununla uzun müddət mübarizə edə bilməyən insanlar intiharı ən düzgün çıxış yolu hesab edirlər.

Müxtəlif insanların bu mövzu haqq…

Ətraflı

Raminə Baloğlanova - İNSAN ÜMİDSİZLİYƏ QAPILANDA, DƏRDİ DÖZÜLMƏZ OLANDA – DİNMİR, ONUN NƏ DANIŞDIĞINI, NƏ ŞİKAYƏTİNİ, NƏ DƏ İNİLTİSİNİ EŞİTMƏK OLMUR

27-02-2015

İnsan həyatı arzularla doludur. Hər bir insanın arzuları olur.Mənim də tələbə olduqdan sonra ən birinci arzum ailə qurub ana olmaq arzusu idi. Atam isə bu arzumu reallaşmağa qoymurdu. Evə gələn elçilərə “yox” deyib geri çevirirdi. Səbəbini soruşduqda ailəmizə,sənə münasib deyildir-deyə cavab verirdi. Bir gün gözləmədiyim halda halhazırda yoldaşım olan insanın ailəsi bizə məni istəmək üçün gəldilər. Mən atama imkan vermədən sizin oğlunuzla izd…

Ətraflı

Təhminə Yaqubova - DEPRESSİYA VƏ SUİSİD

27-02-2015

Zamanla depressiya arasındakı tərs mütənasiblik Kiçik bir uğursuzluqla üzləşdikdə,işimiz düz gətirmədikdə əhvalımız korlanır,bəzi şəxslər hətta “depressiya”ya düşdüklərini söyləyir. Bəs depressiya nədir? Depressiya-həyatdan artıq zövq almamaq,içimizdən eliyəcək nəsə gəlməməsi,istəksizlikdir. Beynin ön hissələrindəki,alın və gicgah payının patologiyası ilə yaranır. Depressiv pozuntu həm bədəni,həm düşüncələri,həm də emosional vəziyyətimizə təs…

Ətraflı

Günel Əliyeva - DEPRESSİYA VƏ SUİSİD PROBLEMİ İLƏ QARŞILAŞAN İNSAN

27-02-2015

-Depressiya hissi sənin üçün nədir?

- Mənim üçün bu hissin bir açıqlaması yoxdur;

Yəni-

-Yəni, mən sanki bütün həyatım boyu depressiya yaşayıram və hələdə davam edirəm. Sanki məni hələdə başa düşmürlər. Ailəm, yaxınlarım olsa da mən onlardan tamamilə uzaq olan bir insanam. İçimdəkiləri danışsam məni başa düşməyəcəklərini adım kimi bilirəm. Çünki mən danışsam yenə başladı bu, yenə ağıllı-ağıllı danışacaq deyəcəklər. Bəlkə…

Ətraflı

Günel Əliyeva - DEPRESSİYA VƏ SUİSİD

18-02-2015

Depressiya - çox zaman insanlar həyatda müxtəlif çətinliklərlə rastlaşdıqda, bu çətinliklərin qarşısını ala bilmədikdə bunu ancaq depressiya vəziyyəti kimi yozurlar. Əslində depressiya və suisid halları nədir?

- Bilirik ki, insanın həyatında müxtəlif krizis dövrləri var. Bunlardan biri və ən əsası isə “yeniyetməlik krizisi”dir. Bu krizis əsasən 13 yaşda baş verir. Bu krizis bizə 3 yaşın krizisini xatırladır. 3 yaş…

Ətraflı

Sabrina Ramazanova - DEPRESSİYA VE SUİSİD

04-02-2015

                                                                                                    

İnsanlar problemlərlə üzləşdikləri zaman stressə düşərlər və bu stress cox davam etdiyi zaman gətirib depressiyaya çıxardar və bu proseslərin ən son həddi suisiddir. Belə hadisələr cox ziyalı insanların belə başına gəlib məsələn: cox məşhur həkim Reydinq hansıki özünü qarajda asıb. Bele bir had…

Ətraflı

Nizami Əlisoy - İNTİHARA APARAN YOLLAR

04-02-2015

                                                                                          

Alın yazısına inan insan təsədüflərə inanmaz, təsədüfə inan adamsa öz alın yazısını əlində tuta bilməz demişlər.. Mən də öz alın yazımı əlimdə tuta bilmədim.

Xoşbəxt insanlar heç nə düşünmədən ürək dolusu çox rahat gülə bilirlər. Bəs mən?! Bircə gülümsəmə üçün hər cür şərait …

Ətraflı

Creative author

02-02-2015

            Psixologiya və Konsultasiya Mərkəzi, Düşüncə jurnalı və Xəzər Universitetinin birlikdə layihəsi

"Creative author" müsabiqəsi

 

1.Məqalə mövzusu: "Depressiya və suisid" və aşağıdakı istiqamətlər üzrə

  • Problemlə bağlı ümumi xarakteristika
  • "Depressiya və suisid"lə qarşılaşan şəxslərlə aparılan müsahibə
  • Bu istiqamətdə hər hansı əsərin, mahnının və ya filmin təhlili
  • El…

Ətraflı