Düşüncə Jurnalı

header photo

Blog posts : "Ailə psixologiyası"

COVİD - 19 VİRUSUNUN İNSANLAR ÜZƏRİNDƏKİ PSİXOLOJİ TƏSİRLƏRİ NƏLƏRDİR?

Koronavirus son vaxtlar dünya gündəmində geniş yer tutan pandemiyadır. Koronavirusun yaratdığı fizioloji problemlər haqqında danışılsa da, virusun təsir dairəsi günbəgün artmaqla yanaşı, insanlarda müxtəlif psixoloji narahatlıqların da yaranmasına səbəb olur. Virusun yayılması barədə əks olunan məlumatlar səbəbindən insanlarda müxtəlif fikirlər formalaşır: “koronavirusa yoluxa bilərəm?”, “yoluxmamaq üçün nələr etməliyəm?”, “əgər yoluxsam, müalicə oluna bilər?” və s. bu kimi özündə təşviş və narahatlıq ehtiva edən suallar yaranır. Bu suallar adətən hava limanının işçiləri, ictimai yerlərdə asayişi qoruyan insanlar, xəstəxanalarda çalışan tibb işçiləri və həkimlər tərəfindən soruşulsa da, uşaqdan böyüyə hər kəsin psixikasına təsir göstərir.
Koronavirus hansı psixoloji problemləri yarada bilər?
Bununla bağlı ortaya çıxacaq psixoloji problemlərdən ilki təşviş pozuntusudur. Təşviş, zehnimizdəki mənfi düşüncələrin (bir çox hallarda obsessiv düşüncələrin) təsirilə formalaşan psixoloji narahatlıqdır. Gündəlik həyatımızda bir çox şeylə bağlı təşviş hissi yaşasaq da, dünyanı əhatə edən və ümumilikdə hər kəsə mənfi təsir göstərən koronavirusa qarşı da eyni təşviş ortaya çıxır.
Qeyri-müəyyənlik təşviş pozuntusunu daha da artırır
Koronavirusla bağlı təşvişi artıran bir başqa faktor isə virusla əlaqədar qeyri-müəyyən vəziyyətdir. Xəstəliyin müalicəsinin tapılmaması isə təşviş pozuntusunu stimullaşdırır. Pandemiya ilə bağlı yaranan psixoloji problemlərdən digəri isə depressiyadır. İnsanın özünü evə qapatması və ya xoşbəxt və hüzurlu hiss etdirəcək fəaliyyətlərdən məhrum qalmasının nəticəsində depressiv hal formalaşa bilər. Bu depressiv epizod ilə insan, həyatdan zövq ala bilməyən vəziyyətə gələ bilər. Həmin vəziyyətin ardından isə özünü həyatdan izolyasiya edər, sosiallıqdan qaçdığı üçün depressiv vəziyyəti hər gün daha da ağırlaşar və nəticədə xroniki vəziyyətə keçid alar.
Virusla bağlı yarana biləcək psixoloji narahatlıqlar arasında obsessiv-kompulsiv pozuntunu da qeyd edə bilərik.
Qeyd olunan psixoloji narahatlıqlar daha çox kimlərdə müşahidə oluna bilər?
Stressə meyilli, təşviş pozuntusundan əziyyət çəkən, ipoxondriya müşahidə olunan, depressiv, isterik, paranoid və obsessiv-kompulsiv şəxsiyyət tipi olan insanlarda aldıqları məlumatlardan dolayı müəyyən psixoloji narahatlıqlar müşahidə oluna bilər.
Hansı profilaktik tədbirləri görə bilərik?
ü Əvvəlcə təşvişlə hərəkət etməməli, bunun əvəzinə sakit və şüurlu şəkildə xəstəliyə qarşı profilaktik tədbirlər görməliyik,
ü Gündəlik gigiyenik qaydalarımıza diqqət etməli, əllərimizi gün ərzində tez-tez yumalı, yuma fürsətimiz olmazla spirt tərkibli əl antiseptiki ilə təmizləməliyik,
ü İzdihamlı mühitlərdə yaxın təmasdan qaçmalı və yoluxma riski aradan qalxana qədər salamlaşarkən əllə görüşməməyə diqqət göstərməliyik,
ü Xəstəliklə bağlı məlumatsız insanların sosial mediada yaydığı şərhlərə aldanmamalı, mövzu ilə bağlı mütəxəssislərin açıqlamalarını diqqətə almalıyıq. Əks təqdirdə sosial media üzərindəki yalan xəbərlərdən dolayı təşviş səviyyəsi artacaq. Eynilə xəstəliklə bağlı olan mənfi fikirlər də təşviş pozuntusuna səbəb ola bilir,
ü Əgər övladınız varsa, mövzuyla bağlı lazımi məlumatlandırmaları edərək xəstəliyə qarşı profilaktik tədbir görməlisiniz.
Yaşadığımız vəziyyətin psixoloji təsirlərinin öhdəsindən gələ bilmədiyinizi düşünürsünüzsə, mütəxəssisdən psixoloji dəstək almağa çalışın.

 

Go Back

PSİXİ SAĞLAMLIQ VƏ KORONAVİRUS ANTİPANDEMİYASI

Koronavirus pandemiyasının sürətlə yayıldığı bir dönəmdə insanların xüsusi diqqət yetirməli olduğu məsələlərdən biri də psixogigiyena məsələsidir. Əksər hallarda çoxumuz bədən sağlamlığının gigiyenasından danışırıq, amma psixi sağlamlığın qorunması məsələsinə o qədər də əhəmiyyət vermirik. Bu meyili üzləşdiyimiz pandemiyadan qorunmaqla bağlı KİV və sosial şəbəkələrdə əhaliyə verilən tövsiyələrdə də müşahidə etmək mümkündür. Bir sözlə, tibb işçilərinin verdiyi məsləhət və məqsədəuyğun xəbərdarlıqlarının hamısı, bilavasitə bədən sağlamlığına xidmət edir. Biz isə hesab edirik ki, pandemiyanın bir təhlükəsi də onun insanlarin psixi sağlamlığına vura biləcəyi ziyanlı təsirlə bağlıdır. Bu ziyanın fəsadları bəzən insanın ömrünün sonuna qədər rahat yaşamasını əlindən alır, ona əziyyət verir.
Məlumdur ki, insan sağlıq durumu onun bədən və psixikasının sağlam olmasından asılıdır. Hesab edirik ki, pandemiya zamanı sağlamlığın mühüm tərkib hissəsi olan psix sağlamlıq məsələsi arxa planda qalarsa, yarancaq problem “ağılasığmaz” ağır fəsadların meydana çıxmasına şərait yarada bilər.
Psixi sağlamlıq psixogigiyenadan başlayır. Psixogigiyena – psixi sağlamlığın qorunması deməkdir. O təkcə beyinin yox, həm də hislərin sağlam və gümrah olmasıdır. Psixi sağlamlıq, həm də psixoloji dayanıqlılığı özündə ehtiva edən antipandemiyadır. Psixogigiyenanın tarixi qədim dövrlərə - Hippokrata qədər gedib çıxır. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor (oxu: psixoloji faktor) ilk növbədə xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. Deməli, İbn Sina xarakterin müvazinətli olmasını psixogigiyenik faktor kimi qeyd etməklə onun psixi sağlamlığın əsasnı təşkil etdiyini nəzərimizə çatdırır.
Psixogigiyenanın məqsədi, bilavasitə insan psixikasının ətraf mühitdən gələn müxtəlif zərərli təsirlərə qarşı müqavimət gücünü artırmaqla onun psixi sağlamlığının keşiyində durmaqdır. Psixi sağlamlığın qorunması və möhkəmləndirilməsi yolunda ilk addım, məhz psixi pozuntu və xəstəliklərin baş qaldıracağı ilə bağlı xəbərdarlığın edilməsindən başlayır. İnsanlar bilməlidirlər ki, sağlamlıq və xəstəlik haqqında müasir düşüncə davranışla sağlamlıq vəziyyəti arasındakı əlaqənin başa düşülməsindən ibarətdir.
Psixi sağlamlıq təkcə psixi pozuntuların olmaması deyil. Ümumdünya Səhiyyə Təşkilatının Əsasnaməsində yazılır: "Sağlamlıq, yalnız xəstəlik və fiziki qüsurların olmaması deyil. Sağlamlıq həm də insanın fiziki, mənəvi və sosial rifah vəziyyətidir." Psixi sağlamlıq insanın elə rifah vəziyyətidir ki, o, öz qabiliyyət və bacarıqlarını həyata keçirir, gündəlik həyatında qarşılaşdığı stresi adlaya bilir, səmərəli işləyərək özünün dolanacağını təmin edir və yaşadığı cəmiyyətə fayda verir.
Psixi sağlamlıq, həm də dövlətin və millətin mövcudluğunu və inkişafını təmin edən təhlükəsizlik məsələsidir. Fərdin və ya əhalinin psixi sağlamlığı sosial, psixoloji və bioloji amillərlə müəyyən edilir. Məsələn, hal-hazırda dünyanın üzləşdiyi koronovirus xəstəliyi sosial, bioloji və psixoloji təzyiq kimi əhalinin psixi sağlamlıq üçün böyük təhlükə mənbəyidir. Xəstəliklə bağlı KİV-də və sosial şəbəkələrdə əhalinin aldığı informasiya (sürətlə yayılma, ölüm riski, yaşlı adamların həssas yaş qrupuna daxil edilməsi, iş yerlərinin bağlanması, karantin rejimində yaşamaq, xəstəlikdən qorunmaq üçün insanların evlərdə qalmasının qanuniləşdirilməsi və s.) əhalinin qorunmasına xidmət edir. Amma məsələnin bu tərəfi də var ki, bu məlumatlar və yaranmış pandemiya vəziyyəti, eləcə də xəstəliklə bağlı mövcud şəraitdə yaşamaq bəzi adamlarda ciddi psixoloji narahatlıqlara yol açır. Belə problemlərlə psixi sağlamlıq vəziyyəti zəif olan adamlar daha çox üzləşirlər.
Psixi sağlamlıq, psixogigiyena obyektiv və subyektiv faktorlardan asılıdır. Bəzən obyektiv və subyektiv faktorların hesabına insanlar psixi sağlamlıq məsələsində çox aciz olur və ciddi psixi pozuntulara düçar olurlar. İqtisadi, sosial, siyasi, demoqrafik və psixoloji böhranla müşayət olunan Koronovirus pandemiyası insanların psixi sağlamlığı üçün qorxu mənbəyidir. Ona görə də pandemiya ərəfəsində əhalinin psixi sağlamlığının qorunması və möhkəmləndirilməsi, bütün mütəxəsisilərin, o cümlədən psixoloqların, psixoterapevtlərin öhdəsinə düşən şərəfli peşə və müqəddəs insani borcdur.
Psixi sağlamlığın möhkəmləndirilməsi ilk növbədə əhalidən psixi sağlamlıq haqqında koqnitiv səviyyədə müvafiq anlayışın olmasını, sonra isə müvafiq istiqamətdə maarifləndirici işlərin aparılmasını və nəhayət psixi sağlamlığı təmin edən sosial və psixoloji mühitin yaradılmasını tələb edir. Insanların sosial, siyasi, iqtisadi və mənəvi hüquq və azadlıqlarının, eləcə də, təhlükəsizliyini təmin edən mühitin yaradılması, cəmiyyətdə insanların bir-birinə etibar etməsi və güvənməsi də, psixi sağlamlığı təmin edir. Insanların təhlükəsizliyi qayğısına qalmadan psixi sağlamlığı qorumaq mümkün olmur. Bu mənada bütün dünyada olduğu kimi pandemiya ilə bağlı dövlətimizin gördüyü tədbirlər əhalinin həm fiziki, həm də psixi sağlamlığına xidmət edir.
COVID-19 pandemiyası özü ilə iqtisadi, siyasi, sosial, təhsil böhranı ilə yanaşı insanların psixoloji vəziyyətinə də ciddi gərginlik gətirdi. Bu psixoloji gərginlik ilk növbədə psixi sağlamlığa zərər vurur. Bizi problemin hazırkı vəziyyəti ilə yanaşı, həm də perspektiv tərəfi narahat edir. Hesab edirik ki, pandemiya həyəcanı ilə bağlı insanların keçidikləri təşviş, narahatlıq təkcə indiki halda deyil, həm də pandemiyadan sonrakı müddətdə də özünü postravmatik stress şəklində biruzə verəcəkdir. Hazırki mərhələdə diqqət yetirməli olduğumuz vacib məsələlərdən biri psixoloji sağlamlığımızın gücləndirilməsi və qorunmasıdır.
Narahatlıq. Əslində narahat olmaq normaldır. Narahatlıq, təhlükəli vəziyyət haqqında bizi xəbərdar edən, fiziki və psixi ehtiyatlarımızı səfərbər edən, vücudumuzu təhlükəli vəziyyətdən qorumağa və ya çıxarmağa hazırlayan daxili xəbərdarlıq sistemlərimizdən biridir. İnsan vəziyyətə nəzarəti itirməkdən qorxduğu üçün hətta ailə qurmaq, evlənmək kimi xoşbəxt hadisələr də ona həyacan və narahatlıq verə bilər. Narahatlıq hissi həm də kömək edir. Məsələn, keçirdiyimiz narahatlıq layihə təqdimatına daha yaxşı hazırlaşmağınıza səbəb ola bilər. Bu cür vəziyyət xüsusilə təcrübədə olmayan, ilk dəfə qarşılaşdığınız işlərlə bağlı olur. Axı, insan qeyri-müəyyən vəziyyətdən uzaq olmaq, əksinə əmin olmağı istəyirik. İnsan ətrafında nə baş verdiyini və onun həyatını təhdid edə biləcək şeylərdən özünü qorumaq istəyir.
Hal-hazırda COVID-19 pandemiyası ilə bağlı yaşadığımız narahatlıqların, keçirdiyimiz psixoloji gərginliklərin ən əsas səbəbi bu kabus haqqında ətraflı məlumata malik olmamağımızdan irəli gəlir. Daima nə olacağını və nə edəcəyimizi düşünür və bu zaman özümüzü çarəsiz hiss edirik. Belə vəziyyət bizi daima stress içində tutub saxlamaqla psixi sağlamlığınıza zərər vurur. Siz başqaları ilə müqayisədə özünüzü əsəbi, acıqlı, çarəzis, kədərli hiss edir və gündəlik işləri daha həvəsiz görürsüz. Başqalarından daha çox məyus olduğunuzu hiss etdiyiniz üçün özünüzü adamlardan tamamilə təcrid etmək, baş verənləri xatırladan hər şeydən uzaq olmaq istəyirsiniz.
Yadda saxlamaq vacibdir ki, əgər insan görə və başa düşsə dərk edər ki, mövcud hadisələr fonunda o heç də çarəsiz deyil və Allah ona seçim imkanı vermişdir. Qeyri-müəyyənlik qarşısında psixi sağlamlığınızı qorumaq üçün edə biləcəyiniz çox şey var.
“Indi və burada” prinsipinə əməl edin. Bütün diqqətinizi hazırkı anda görə bildiyiniz işlərə yönəldin. Nə gələcək, nə də keçmiş zamanla bağlı düşünməyin. Çünki keçmiş unudulmağa məhkumdur, o getdi, onu bir daha geri qaytara bilməzsiniz. Gələcəkdə nə olacağını heç kim bilə bilməz. Əlinizdə və ixtiyarınızda olan indiki an və gününüzdür. Onu yaxşıca dəyərləndirin və qədrini bilin. Gələcəkdə nə olacağını bilmədiyimiz üçün o daha çox nigarançılıq verə bilər. Nəzarətinizdə olan və olmayan işləri bir-birindən ayırın, gücünüz çatan işlərlə məşğul olun.
Narahatlıq anında fikrinizi sizi əhatə edən əşyalara yönəldin, onların rəngini, toxunduqda çıxardığı səsləri yada salın. Və yaxud sinif yoldaşlarınızla bağlı xatirələri bölüşün. Şüurlu fəaliyyətlə məşğul olmaq, hər şeyin nəzarətinizdən çıxdığını hiss etdiyiniz vaxt sakitləşməyin bir yoludur.
Əlaqə saxlayın. Hislərinizi gizlətməyin. Əlavə dəstəyə ehtiyacınız varsa, əlaqə saxlayın. Fikir və düşüncələrinizi qohumlarınızla, özünüzə yaxın bildiyiniz insanlarla bölüşün. Valideynlər və yaxınlarınızla söhbət edin. Ciddi bir narahatlıq hiss edirsinizsə və bunun öhdəsindən gələ bilmirsinizsə, psixoloji yardım mərkəzlərinə zəng vuraraq dəstək alın. Unutmayın ki, karantin zamanı həyat dayanmır. Karantin müddətini, özünüzü və yaxınlarınıza inkişaf etdirmək üçün əla fürsət kimi dəyərləndirin.
Ruhunuzu qidalandırın. Yada salın ki, insanın yalnız bədəndən ibarət deyil. Onun həm də ruh tərəfi var. İnsanın ruh tərəfi ya qəsdən ya da bilməyərəkdən ona unutdurulur. Ona görə də insanlar yalnız fiziki sağlamlıq haqqında düşünür və bədənə qulluq edirlər. Bədən və imunitetimizin zəifləmə səbəbindən bəlkə də ən əsası elə ruhumuzun qorunmaması, onun zəifləməsidir. Ruhun, canın qidası isə sevgi və məhəbbətdir. Allaha və onun yaratdıqlarına olan sevgi.
Məlumat gigiyenasına əməl edin. Xəbəri yalnız rəsmi mənbələrdən alın. Sağlam olmayan qida bədən üçün necə zərərlidirsə, yalan məlumat da insan düşüncəsi üçün bir o qədər ziyanlıdır. Sosial şəbəkələrdə, internet səhifələrində yayılan hər növ informasiyanı oxumayın. Məlumat almağa da bir məhdudiyyət qoyun və xəbərlərə sizə lazım olduğu vaxtda qulaq asın. Həqiqətənmi sizə bu xəstəliklə bağlı son 24 saat ərzində bütün dünyada nə baş verdiyini bilmək lazımdır?
Pozitiv düşünün. Özünüzü pozitivə yönəltməklə psixi sağlamlığınızı o cümlədən ruh halınızı gücləndirə bilərsiniz. Neqativ düşüncə, pis fikirlər bədəninizin enerjisini aldığı üçün immunitetinizi də zəiflədir. İmmunitet zəifliyi də orqanizmin, xüsusilə də, yoluxucu xəstəliklərə tutulma ehtimalını çoxaldır. Ona görə də müsbət fikirləşin. Baş vermiş hadisələrə yaxşı tərəfdən baxmağa çalışın, insanlarda qüsur, səhv tapmağa çalışmayın. Əksinə özünüzü adamların müsbət xüsusiyyətlərini görməyə öyrədin. Belə olmaq sizin həm əhvalınıza, həm də həmin şəxslə daha yaxşı münasibət qurmağınıza müsbət təsir göstərəcəkdir. Pozitiv psixologiyanı daha yaxşı mənimsəmək istəyirsənsə Mövlanə Cəlaləddin Ruminin ”Məsnəvi” sini oxuyun.
Düşüncəmiz bədənimizə, bədənimiz də düşüncəmizə təsir göstərir. Əgər müsbət düşünməkdə çətinlik çəkirsinizsə, onda bədəninizin gücündən istifadə edərək düşüncənizə təsir göstərin. Özünüzə niyə yox, necə sualını verin. Çünki, niyə sualı günahkar axtarmağa meyillidir. O, ya özünüzü, ya da başqasını günahlandıracaq. Necə sualı isə sizə çıxış yolunu göstərəcək.
Hərəkətdə olun. İdman hərəkətləri edin, addımlayın, asta templə qaçın, dəstamaz alın, namaz qılın, yerinizdə hoppanma hərəkətləri edin, duş qəbul edin, dərindən nəfəs alıb-vermə hərəkətini icra edin, gülün, zümzümə edin, oturduğunuz yerdə əl və ayaqlarınızı yanlara açaraq bədəninizi böyüdün və s. Bütün bu hərəkətlər sizin ruh halınızı müsbətə dəyişdirəcək. Çünki onlar ilk növbədə həyacan səviyyənizin aşağı (kortizol hormonu) düşməsinə, gümrahlıq hissinin (dopamin hormonu) isə çoxalmasına səbəb olacaqdır.
Proaktiv olun. İnsanın ən böyük gücü onun reaksiya verməsində seçim azadlığına sahib olmasıdır. Bu mənada insanları düşdükləri şəraitdə verəcəkləri reaksiya tərzinə görə reaktiv və proaktiv olmaqla iki qrupa ayırmaq olar. Proaktivlərin davranışı düşdükləri şəraitdən yox, özlərinin ixtiyari olaraq verdikləri qərardan asılıdır. Onlar bir qayda olaraq hislərini dəyərlərinə tabe etdirərək yaşayanlardır. Proaktiv insanlar reaktivlərdən fərqli olaraq, baş verənlərə görə özlərini cavabdeh hesab edir və məsuliyyəti öz üzərlərinə götürürlər. Reaktiv adlandırdıqlarımız isə olduqları şəraitin basqısı altında olan “sosial hava”dan asılı olurlar. Bir qayda olaraq reaktivlər mövcud “sosial hava” ilə proaktivlər isə onlara lazım olan və özləri ilə “gəzdirdikləri hava” ilə nəfəs alırlar. Odur ki, psixi sağlamlığı qorumaq üçün proaktiv olun.
Beləliklə, dəyişmək ya da acı çəkmək bir seçimdir. Seçim etmək öz əlinizdədir. Ümid edirəm ki, psixi sağlamlığınızın qayğısına qalacaq və ruh halınızı gücləndirmək üçün elə bu gündən dəyişikliklərə başlayaqaqsınız. Dəyişiklik isə düşüncədən başlayır. Pandemiya olduğu kimi antipandemiyada var. Evdə oturmaq və verdiyimiz psixoloji məsləhətlərə əməl etmək elə antipandemiyadır.
Allah yar və yardımçınız olsun, Amin!
Ceyhun AlıyevPsİxologİya Elmİ-Tədqİqat İnstitutuSosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru

                                                 Mənbə:  www.psixologiyainstitutu.az

 

Go Back

COVİD - 19 VƏ QORXU PSİXOLOGİYASI.

COVID-19 ilə bağlı yeni məlumatlar getdikcə genişlənir və bəzi insanları narahat edir. Narahatlığınızı idarə etməyə, xəbərləri adekvat təhlil etməyə və müsbət bir əhval-ruhiyyəni qorumağa kömək edən bəzi tövsiyələr:

*İlk növbədə təşvişə düşməyin. Yetkin bir vəziyyətdə olun. Ekoloji təfəkkürünüzü işə salın, baş verənlərə mümkün qədər uyğunlaşın. Enerjinizi, resurslarınızı bizdən asılı olmayan sahələrə sərf etməyin. Daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. YADDA SAXLAYIN: koronavirusdan qorunmaq üçün vacib amillərdən biri də, insanın buna özünü psixoloji tərəfdən hazırlamasıdır.

*Ümumdünya Səhiyyə Təşkilatı qurumundan məlumatlarla tanış olun. Yalnız faktlara və təsdiq edilmiş informasiyalara etibar edin.

*Qərargahımızın bütün tövsiyələrinə ciddi əməl edilməlidir. Hər kəs nə qədər dövlət tərəfindən qoyulduğu qaydalara riayət edərsə, bir o qədər təhlükəsizlik olacaqdır.

* Uşaqlarınızla ünsiyyət qurun. Koronavirusun xəbər yayımını yaşa uyğun məlumatlarla müzakirə edin. Valideynlər uşaqları gündəlik və cədvəllərə yönəltməklə sıxıntıları aradan qaldırmağa kömək edə bilərlər.
Unutmayın ki, uşaqlar bu müddət ərzində öz hisslərinizi necə idarə etməyinizə dair davranışlarınızı və duyğularınızı müşahidə edəcəklər. Təlaşlı davranışlar azyaşlı uşaqları qorxuda bilər və gələcəkdə travmalara səbəb ola bilər.

*Mütəxəssisdən kömək ala bilərsiniz. Həddindən artıq bir əsəbilik, uzanan kədər, iş fəaliyyətinə və ya insanlararası münasibətlərə mənfi təsir göstərən digər uzunmüddətli reaksiyalar hiss edən insanlar psixoloq və psixoterapevtlərlə məsləhətləşə bilərlər.
 

Özünüzü qoruyun!
Sağlam qalın!

Mənbə: www.psixologiyainstitutu.az

Go Back

STRESSİN DOĞRU İDARƏ EDİLMƏSİ

Müasir cəmiyyətin xəstəliyi olaraq ifadə edilən stress,əslində gündəlik həyatın bir hissəsidir.Demək olar ki,hər kəs,fərqinə varmasa da,çox böyük bir stress yükünə malikdir.Gündəlik həyatınızda dəyişikliyə səbəb olan hər hansı bir şey,bədən sağlamlığınızda meydana gələ biləcək bir dəyişmə həyatınızda stressə yol aça bilər.Yenə gündəlik həyatınızdakı dəyişikliklər,anlaşılmazlıqlar, qarşıdurmalar da stress yaşamanıza səbəb ola bilər.Stress yaradan bir vəziyyətlə qarşılaşdığınızda nə etdiyiniz,stress səviyyənizə təsir etməkdədir.Tədqiqatçılar,stress səviyyənizin yüksəlməsinə və uzun müddət bu şəkildə davam etməsinə icazə verirsinizsə,yüksək qarşılıq ödəməyə hazır olmağınız lazım olduğunu göstərir.Çünki siz stressdəykən somatik-psixoloji və davranış dəyişiklikləri yaşayırsınız.

Fiziki dəyişikliklər:

Təzyiq yüksəlməsi:Stressli vəziyyətlərə qarşı fiziki reaksiyalar ən çox ürək və damar sisteminiz üzərində görülür.Araşdırmalar stress səviyyəsi ilə yüksək təzyiq arasında yüksək bir əlaqə olduğunu göstərir .

Həzm pozğunluğu:Stress davam etdiyində həyəcan,iştahsızlıq,mədə bulanması,qarın ağrısı və bağırsaq fəaliyyətində artım ya da pozulma görülə bilər.

Tərləmə:Stress qaynaqları ilə qarşılaşdığınızda tərləməniz artar.Tədqiqatlar insanlarda iki növ tərləmə olduğunu göstərir.Birinci növ tərləmə,temperaturun yüksəlməsindən;digəri isə stressdən qaynaqlanmaqdadır.Stress səbəbiylə olan tərləmə,xüsusilə ovuc içi,ayaq bazasında daha tez rastlanarkən;istilikdən qaynaqlı tərləmə daha çox baş,boyun və gövdədə daha çox görülər.

Təngnəfəslik:Stressdəykən daha çox oksigen alma ehtiyacı duyarsınız və daha tez-tez və kəsik-kəsik nəfəs alma ehtiyacı hiss edərsiniz.

Baş ağrısı:Stressin səbəb olduğu gərginlik,damarlarınızın daralmasına,başınızın müəyyən bölgələrinə gedən qan axınının pozulmasına və o bölgəyə gedən qanın azalmasına səbəb olmaqdadır.Stress səbəbiylə ortaya çıxan əzələ sıxılmaları baş ağrılarına gətirib çıxarar.

Yorğunluq:Stress səviyyənizin yüksək olması,bu stresslə baş edə bilmədiyinizdə bir müddət sonra özünüzü yorğun hiss etmənizə səbəb olacaq.

Mədə bulanması:Yaşadığınız stressin fizioloji təsirləri səbəbiylə mədə və həzm sisteminiz təsirlənər və mədə bulanması yaşamanıza səbəb ola bilər.

Psixoloji və zehni dəyişiklikləri:

Stressdəykən bir sıra psixoloji və zehni dəyişmələr də göstərirsiniz. bunlar:

Gərginlik:Stress yaradan bir vəziyyətlə qarşılaşdığınızda,əzələ və əsəbi gərginlik ortaya çıxar.Bu vəziyyət davam etsə bir müddət sonra hirs partlamalarına çevrilə bilər.

Davamlı narahatlıq:Stressli vəziyyətdəykən narahatlıq səviyyəniz artar.

Çatışmazlıq duyğusu:Çatışmazlıq bir müddət sonra sizi ümidsizliyə apara bilər.Bu vəziyyət enerjinizi alar və performansınızı salar.

Duyğusal eniş-çıxışlar:Stressdən duyğusal vəziyyətiniz təsirlənər;tez ağlama,kövrəklik,hirs və həddindən artıq həssaslıq yaşaya bilərsiniz.

Konsentrə olmaqda çətinlik:Stress altındaykən zehininizdən bir çox düşüncə keçər və dağılar, etdiyiniz işə köklənmədə çətinlik yaşayarsınız.

Davranışda olan dəyişikliklər:

Stress vəziyyətində olanda davranışlarınızda da bir sıra dəyişmələr olur.Bunlar:

Yuxusuzluq:Stress yuxu problemlərinə yol aça bilər.Çox yatmaq istəyi ya da yuxusuzluq müşahidə olunur.Yuxusuzluq,yuxuya dalma çətinliyi ya da gecə boyunca kəsilməz olaraq yatma problemi yaşamanızı təmin edə bilər.

Yemə pozğunluqları:Stress səviyyəniz artdıqda,iştahanız kəsilə azala bilər ya da normalda yediyinizdən daha çox yemək yeyə bilərsiniz.

Siqaret və spirt istifadəsində artım:Ağır stress yaşadığınızda gərginliyinizi azaltmaq üçün siqaret və spirt içməyə yönələ bilir.Halbuki düşünülənin əksinə,siqaret və spirt anlıq rahatlama təmin etsə də stresslə baş etmədə təsirli olmamaqdadır.

Performansın enməsi:Yaşadığınız stress,nəzarət edilmədiyində iş həyatınıza da öz əksini göstərir.İşə fokuslanmaqda çətinlik yaşayarsınız və bu vəziyyət performansınızın düşməsinə səbəb ola bilər.

Sosial əlaqələrdə pozulma:Stress vəziyyətindəykən,daha kövrək və həssas ola bilərsiniz,tək qalma, kimsəylə görüşmək istəməmə ya da çox gərgin olma nəticəsində yaşanan partlamalar ətrafınızdakı kəslərə əks oluna bilər və əlaqələrinizi pozulmasına səbəb olar.

Stressi həyatınızda yox saymaq,stressiz bir həyat düşünməniz mümkün deyil,amma stresslə başa çıxa bilərsiniz.Bunun üçün:

Həyatınızda stress yaradan nələr var nəzər yetirin:Bunun üçün sizi yaxın zamanlarda stressə salan vəziyyətləri düşünün.Ən böyük 3 stress ünsürünüz harada iştirak edir?İş mi şəxsi həyat mı?Bunlar anlıq stress yoxsa davamlı mı?Stress qaynaqlarınız təyin olunduğu təqdirdə,variantlarınız olduğu mövzusunda daha məlumatlı olarsınız.Stress yaradan vəziyyət qarşısında 2 variantınız var.Ya stressə qapıla ya da stress ünsürü ilə baş edə bilərsiniz.

İdarənizdə olan qismi təyin edin və onunla məşğul olun:Həyatınızdakı bəzi stress faktorlarınız üzərində idarəniz olmaya bilər (məsələn:hava vəziyyətinin necə olacağı) bəzi faktorlar üzərində bir qisimində idarəniz vardır (məsələn:tıxac.Yaşadığınız şəhərin yol sıxlığı tamamilə sizin idarənizdə deyil amma istifadə olunan yolu və nəqliyyat vasitəsini təyin etmək sizin kontrolunuzdadır) bəzi stress faktorları isə sizin kontrolunuzdadır.Stressin mənfi təsirlərindən xilas olmaq üçün haralarda nəzarət sahibi olduğunuzu təyin etməniz və uyğun olduğunda hərəkətə keçməniz əhəmiyyətlidir.İdarənin sizdə olmadığı hallarda stress faktorlarını dəyişdirmək yerinə vəziyyətə uyğunlaşmağınız və idarə etmək əhəmiyyətlidir.

Problem açma bacarıqlarınızı artırın:Bir problemlə qarşılaşdığınız zaman bu problemi bir “təhdid” , “təhlükə” ya da ” itkin” olaraq mənalandırdığınız təqdirdə,stress reaksiyaları yaşamağa başlayarsınız və bu problemi həll edənə qədər stressin yaratdığı gərginlik və qayğının təsiri artaraq davam edər. Problemdən qaçmaq,yaşadığınız gərginliyi daha uzun müddət yaşamanızı təmin edər.Problem həll etmə bacarıqlarınızı inkişaf etdirmək,yaşadığınız problemlərin daha asan və sürətli müddətdə həll etməniziı və yaşadığınız stressi ən aza endirməyinizi təmin edəcək.

Sizə müsbət təsir edən şeylər edin:Həyatınızdakı sizə stress yaradan vəziyyətləri dərhal dəyişdirməyə ya da həyatınızdan çıxarmaq mümkün olmaya bilər.Yaşadığınız stressi idarə altına almaq üçün sizə yaxşı gələn şeyləri edin ( Məsələn ; gediş etmək,şəkil çəkmək,kinoya getmək,rəqs etmək,oyun oynamaq,yoldaşlar,qohumlar ilə görüşmək və s.).

Lazım olduğunda mütəxəssis köməyi alın:Stressinizi idarə etmədə çətinlik çəkirsinizsə,bir ekspertdən dəstək alın.Unutmayın stressinizi idarə etməyi öyrəndiyinizdə həyatınızda bir çox şey sizə daha pozitiv gələcək.

Müəllif: Nərmin Quliyeva

Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq.

Mənbə: http://pcc.az/blog/?p=6223

Go Back

Koronavirusdan Psixoloji Qorunma

Bugünlərdə dünyanı cənginə almış koronavirus təhlükəsi həyatımızın mərkəzində baş rol oynamaqdadır. Ölkəmizdə koronavirusun insanlara nəinki bioloji, fiziololiji bunlardan daha çox psixoloji təsirlərini müşahidə edirik.  Xüsusilə sosial şəbəkələrə baxdıqda virus haqqında davamlı olaraq doğru-yalnış hədsiz sayda məlumatlara rast gəlirik. Bu da koronavirusla bağlı panika-narahatlıq-qorxu hissinin daha da artmasına səbəb olur.

Əlbəttə ki, qorxu-narahatlığın müəyyən hədd daxilində olması bizi qoruyur, mövcud təhlükəyə zamanında reaksiya verməyimizi ,  mübarizə aparmağımızı, qoruyucu tədbirlər almağımızı təmin edir. Amma həddini aşdıqda özümüzü gərgin, çarəsiz, bədbəxt hiss edir, məntiqə sığmayan fikirlərə qapılırıq.

Müşahidə etdikdə görərik ki hazırda insanlarda əsasən iki qism narahatlıq  halı mövcuddur.

Birinci halda insanlar bütün günü virusla bağlı xəbərləri izləyirvə buna da anında  psixoloji və somatik olaraq reaksiya verir. Aşırı təmizlik, aşırı əl yuma, yaxınlarını itirmə qorxusu, yoluxma qorxusu, hər an sayıqlıq, həyəcan-təşviş vəziyyətində olmaq, yuxu pozuntuları, qidalanma pozuntuları, mövcud somatik xəstəlik və narahatlıqların artması halları baş verir.

Ikinci halda isə insanlar bütün günü evdə oturmaq , hərəkətetmə məhdudiyyəti, gündəlik vərdişlərin pozulması  ilə bağlı olaraq əsəb,  stress halları yaşayırlar ki, bu da ailədaxilində bir sıra narahatlıqlara gətirib çıxarır. Sanki hər gün evdən çöldə baş verən qaçhaqaç hallarını indi evlərimizin içində yaşayırıq: Uşaqların onlayn dərsləri, işləri onlayn olaraq idarə etmək, nəzarətdə saxlamaq, ev işləri, valideyn məsuliyyətləri. Üstəlik bunu dar bir areal çərçivəsində edirik.

Doğrudur,alışmaq çətindir, alışmaq biraz vaxt aparır. Alışmaq fərdi-psixoloji xüsusiyyətlərdən asılı olaraq bir sıra psixoloji narahatlıqlar gətirir.

Birinci halda koronanın psixoloji hücumundan qorunmaq üçün nə edə bilərik?

  • İlkin olaraq təhlükə haqqında güvənli mənbədən düzgün və dolğun məlumat alın!

         Nə ilə qarşı qarşıyayıq? Risklər nədir? Necə qoruna bilərik? Bu sualların cavabını tapın. Çünki insanı ən çox qorxudan və stres verən şey bilinməzlik halıdır.

  • Qarşınıza çıxan hər xəbərə,videoya, fotoya inanmayın, məntiqinizi həmişə ön planda tutun. Mümkündürsə sosial şəbəkələrdə keçirdiyiniz zamanı məhdudlaşdırın. Bunun əvəzində həmin zamanı özünüzə,ailənizə, yaxınlarınıza sərf edərək keyfiyyətli dəyərləndirin.
  • Fiziki təmas qadağan olunsa da yaxınlarınız, qohumlarınız,iş yoldaşlarınız və s. Ilə sosial təması kəsməyin. Görüntülü olaraq danışa, paylaşa, bölüşə bilər, gərginliyinizi azalda bilərsiniz.
  • Lazımsız, şişirdilmiş profilaktikanı yığışdırın. Etməniz gərəkən nədirsə öyrənin və onu edin. Məsələn əllərinizi lazım olan  şəkildə yalnız ehtiyac duyulan zaman yuyun. Hər dəqiqə əlləri dərisi gedənə qədər kimyəvi maddələrlə sürtüb yumaq sizə bir fayda verməycəkdır. Və bu qəbildən olan digər “ tədbirlər”.
  • Gündəlik vərdişləri pozmamağa çalışın. Yemək, yatmaq saatlarına xüsusi fikir verin. Ailə saatlarınız və ya özünüzə ayrıdığınız saatları da düzgün dəyərləndirin.
  • Ehtiyac gördüyünüz təqdirdə onlayn psixoloji dəstək almaqdan çəkinməyin. Bu həyatınızı rahatlaşdırmağa kömək edəcəkdir.

 

  • İkinci halda isə etməyimiz lazım olan şey zamanımızı düzgün planlaşdırmaq , mümkün qədər səbrli olmaq və lazımlı məqamlarda güzəştə gedə bilməkdir. Planlaşdırma  sizin stresinizi azaldacaqdır. Çünki öncədən hansı saatda nəyi edəcəyinizi bilmək sizi rahataladacaq.  Beləliklə doğru planlama ilə evdəki qaçhaqaçda hətta özünüzə belə zaman ayıra bilərsiniz J bu prosesin ailənizlə keçməli olduğunuz müvəqqəti bir çətinlik olduğunu unutmayın. Biri nisbətən zəif düşdüyü anda digəri onun yükünü paylaşmalı, mümkün olduğu qədər pozitif olmalıyıq. Məsələn illərdir etmək istəyib də işlər səbəbindən təxirə saldığınız hər şeyi edə bilərsiniz indi. Məsələ bardağın dolu tərəfini görə bilməkdən keçir.  Korona olsun və ya  olmasın elə ailə olmaq da bu deyilmi?!

                Beləliklə, evdə qalın,sağlam qalın, pozitif qalın!

 

Fəridə Şərifova

Psixoloq

NPM Yeniyetmə və Yetkinlərlə Psixodiaqnostika Şöbəsinin rəhbəri

Go Back

UŞAQLARINIZLA FAYDALI VAXT KEÇİRMƏYİN YOLLARI

   Uşaqlarla faydalı vaxt keçirmək uşağın emosional və zehni inkişafı üçün olduqca önəmlidir. Uşaqla faydalı vaxt keçirə bilmək üçün ilk öncə onun fiziki və mənəvi ehtiyacları qarşılanmalıdır. Bu ehtiyacları dəstəkləməyə yönəlmiş bəzi faktorlar mövcuddur.

                

  

   Uşaqların fiziki və mənəvi ehtiyaclarını dəstəkləyən faktorlar:

   Uşaq anadan olduğu andan etibarən ata və ananın həm fiziki, həm də mənəvi qayğısına ehtiyac duyur.Uşağın altını təmizləmək,qarnını doyuzdurmaq,bütün ehtiyyaclarını qarşılamaq fiziki qayğıdır.Uşaqla oynamaq, onu güldürmək, sevmək, oxşamaq,ona müxtəlif hərəkətlər etdirmək isə uşağın mənəvi ehtiyyaclarını qarşılamaqdır.Uşaq ancaq bu ehtiyyaclar yerinə yetirilərsə ana və ata ilə sağlam, güvənli bir ünsiyyət yaradır və böyüdükcə də bu münasibətin davam etməsini istəyir, yəni ana və ata ilə vaxt keçirmək və onların yanında, onlardan güc alaraq dünyanı kəşf etmək istəyir.Fiziki və mənəvi ehtiyyacları yetərincə qarşılanmamış uşaqlar isə ana-atanın varlığına yaddırlar, onlarla vaxt keçirmək kimi bir ehtiyyac hiss etməzlər.Qısacası, uşaqla faydalı vaxt keçirmək üçün öncəliklə uşaq və valideynlər arasında güvənli bir bağlılıq olmalıdır.

   Uşaqla necə faydalı vaxt keçirmək olar?

  • Siz başqa, uşaq başqa işlə məşğul olarkən faydalı vaxt keçirmək mümkün deyil.Uşaqla faydalı vaxt keçirməyin qızıl qaydası “ünsiyyətdir”.Uşaqla faydalı vaxt keçirmək üçün onunla birəbir ünsiyyətdə olunmalıdır; onu dinləməli,göz təması qurmalı vı birliktə müxtəlif məşğuliyyətlət etməlisiniz.
  • Məşğuliyyətlərdən başqa qarşılıqlı söhbət etmək də faydalı vaxt keçirmək deməkdir.Ona məktəbdə günün necə keçdiyini və dostları ilə münasibətləri barədə suallar verə bilərsiniz, eyni şəkildə siz də öz gününüz haqqında danışa bilərsiniz.Beləliklə uşaq hiss və düşüncələrini ifadə etməyi,eyni zamanda dinləməyi və dinlədiyi şeyə görə cavab verməyi öyrənir, beləcə digər insanlarla olan ünsiyyəti çox daha yaxşı olur,ünsiyyət qurmaqda çətinlik çəkməz və sual verməkdən utanmaz.
  • Uşaqlarınıza hisslərini soruşa bilərsiniz,məsələn sevdiyi və əsəbləşdiyi şeylər kimi.Siz də öz hisslərinizdən danışa bilər və bu hisslərlə bağlı söhbət edə bilərsiniz.Bu tərzdə dialoq uşağın həm duyğu və düşüncələrini ifadə edə bilməsi, həm də empatiyanın inkişafı baxımından önəmlidir.
  • Uşaqla birliktə məğuliyyətlərə uşağın həvəsi olan nələrsə aid etmək olar.Məsələn,birlikdə gəzmək,piknik,oyun oynamaq (qutu oyunları, evcilik və s.) birlikdə idman eləmək (basketbol,voleybol və s.) ola bilər.Beləliklə uşaq onun maraqlarına əhəmiyyət verildiyini, bu səbəbdən özünün də önəmsəndiyinin fərqinə varır və özünə olan inamı artır.Sevildiyini və əhəmiyyətli olduğunu hiss edən uşaq özünə dəyər verir, eyni zamanda başqalarına da dəyər verməsi üçün ilk addım atılmış olur.

    Uşaq niyə faydalı vaxt keçirməyə ehtiyyac hiss edər?

     Uşağa vaxt ayırmağın əhəmiyyəti:

Uşağın faydalı vaxt keçirməyə ehtiyyac hiss etməsinin səbəbi ən önəmli varlıqlar olaraq gördüyü ana və ata ilə sevgi alverişində olmaq istəməsidir.Uşaq hələ körpəliyindən ən doğru, ən güclü və ən önəmli varlıqlar olaraq valideynlərini görür, bundan ötrü onların marağı, qayğısı onun üçün çox böyüm əhəmiyyət kəsb edir.Uşaq ana və atanın onunla faydalı vaxt keçirdiyini görər və hiss edərsə xoşbəxt olar, dəyər verildiyi üçün özünə inamı artar, eyni zamanda başqa insanlara da daha inamlı yanaşar, onları dəyərli bir varlıq olaraq görər və insanlarla olan münasibətlərində problem yaşamaz.

Tərcümə olunmuş məqalə.

Tərcümə etdi: Təhminə Mehralıyeva

Mənbə: https://www.cocukludunya.com/uzman-yazilari/cocukla-kaliteli-zaman-gecirme-ipuclari.html

Go Back

4 Yaşlı uşaqların inkişaf xüsusiyyətləri

Bu müddətdə uşağınız qavrayışının inkişaf etməyə başladığı və

ətraf-mühiti daha yaxşı başa düşəcəyi bir dönəmə girir.

Artıq 4 yaşına çatmış uşağınız münasibətlər, cinsiyyət, fərqli irqdən olan
insanların fərqlilikləri kimi sosial mövzuların fərqinə varmağa başlayır.
Xarici dünyaya atılan uşağınız ətrafda baş verənlər haqqında məlumat sahibi
olmaq üçün çox suallar verməyə, başqalarının hissləri və ehtiyyaclarını anlamağa
və ünsiyyət qurmağa başlayır. Bəs 4 yaşlı uşağın digər xüsusiyyətləri nələrdir.
 
 Böyük motorik bacarıqları
- Pilləkənlərdən kömək olmadan enib çıxa bilər.
- Qaçarkən öz istəyi ilə birdən dayanıb yenidən qaçmağa davam edə bilər.
- Arxa arxaya yeriyə bilər.
- Topu atıb tuta bilər.
- Tarazlığı yaxşı imkişaf etmiş olur.
- Topu hədəfə ata bilər.
- Ağaca çıxa bilər.
 
Kiçik motorik bacarıqları
10 və ya daha çox blokla qüllə düzəldə bilər.
-  Çəngəl və bıçaqdan istifadə edə bilər.
Paltarlarını özü geyinə bilər.
-  Nümunəyə baxaraq geometrik fiqurlar çəkə bilər.
Hərhansı bir mövzu haqqında şəkil çəkə və boyaya bilər.
-  Böyük hərfləri nümunəyə baxaraq çəkə bilər.
- Böyük ölçüdəki düymələri açıb bağlaya bilər.
Bir əlindən daha çox istifadə edər.
5-6 sözdən ibarət cümlələr qura bilər.
- Öyrəndiyi mahnıları oxuya bilər.
Rəng və şəkilləri doğru adlandıra bilər.
Qarşındakı insanla söhbət edə bilər.
Niyə? və Necə? suallarını verə bilər.
Daha elmi və texniki mövzular haqqında danışa bilər.
Öz fikirlərini ifadə edə bilər.
 
Sosial və emosional inkişafı
Yeni nələrsə sınamaqdan zövq alar.
-  Xəyali dostlar yarada bilər.
Həqiqət və zarafat arasında fərqi başa düşməyə başlayar.
İnsanların hisslərinin səbəblərini təxmin edə bilər.
Qaydaların niyə olduğunu başa düşə bilər.
Əsəbini sözlə ifadə etməyə başlayar.
Oyun qura bilər və dostluq edə bilər.
 
   Zehni inkişafı
- 1-dən 20-yə qədər saya bilər.
- Böyük və kiçik anlayışını başa düşə bilər və sıralaya bilər.
- Təxminən 10-15 dəq diqqətini bir mövzuya verə bilər.
- 3-4 işi növbə ilə yerinə yetirə bilər.
- Danışılan hekayənin davamını təxmin edə bilər.
- Problem həll etmə bacarığı inkişaf edir.
- Əşyaları kategoriyalara ayıra bilər.
 
Tərcümə olunmuş məqalə.
Tərcümə etdi: Təhminə Mehralıyeva
 

Go Back

Peşə fəaliyyətinin ailə münasibətlərinə təsiri

Ailə, ailədaxili münasibətlər ər və arvadın peşə fəaliyyətinin onlara təsiri tarixən filosof və sosioloqları, psixoloqları dərindən maraqlandırmışdır.Cəmiyyət dinamikdir, yeniləşməyə və müasirləşməyə meyillidir. Ailədə mənəvi psixoloji iqlimin yaradılması, ailənin ideya, mənəvi estetik sərvətlərinə dəyərin qoyulması onun möhkəmliyinə dayanıqlı olmasına şərait yaradır. Ailədə sağlam, psixoloji mühit yaratmaq üçün, ər və arvad arasında daim qarşılıqlı anlaşma mövcud olmalıdır. 

Ailə daxilində ərlə, arvadın qarşılıqılı münasibətləri, onların peşə fəaliyyətinin ailədaxili münasibətlərə müxtəlif təsiri hər zaman psixologiya elminin aktual problemlərindən biri olub. Cəmiyyətin kiçik modelini və özəyini təşkil edən ailə, ailədaxili münasibətlər öz dinamik inkişafı ilə diqqəti hər zaman cəlb edir. 

Müasir dövrdə inteqrasiya prosesinin güclənməsi və ictimai-siyasi dəyişikliklərin geniş vüsət alması bir çox sosial-psixoloji problemlərin ortaya çıxmasına səbəb olmuşdur. Sürətlə modernləşən bu dövr yeni dəyərlərin yaranmasına və ailədaxili münasibətlərin formalaşmasına öz təsirini bir mənalı göstərmişdi. Ailə öz həyat tərzini insan münasibətlərinin müəyyənləşmiş qanunları ilə reallaşdırır. “Ailə strukturu – ailə üzvlərindən və ailə bütövlüyünü şərtləndirən münasibətlərdən ibarətdir. Ailənin strukturunun tələbata uyğunluğu şəxsi keyfiyyətlərin formalaşmasına analoji təsir göstərir”. Ailə inkişaf dinamikası mürəkkəb və çoxcəhətli proses olan, insan həyatı üçün olduqca böyük əhəmiyyət kəsb edən, cəmiyyətin özəyi hesab olunan bir mühitdir.Ailənin taleyi,bu həyatın fərəhli,uğurlu olub –olmaması ərin və arvadın bir birinə məhəbbəti ilə yanaşı,həm də şəxsiyyətindən asılıdır. 

Ailə mədəniyyəti bir – birinə hörmətdən ,səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisləri qarşılıqlı etibar tərzində bölüşməkdən,yeri gələndə birinin digərinə qarşılıqlı güzəştə getməyindən,ağıllı və təmkinli yaşayışından yaranır. Sosial – iqtisadi şərait dəyişdikcə maddi tələbat ödənilsə belə ailə münasibətlərinin pozulması ailə münaqişələri və mürəkkəb situasiyaların qarşısında, səriştəsizlik, ailə cütlükləri arasında harmoniyanı pozaraq konfliktli situasiyalara zəmin yaradır. Təcrübə göstərir ki, yalnız yaxşı maddi təminat ailənin xoşbəxtliyi üçün azdır.

Hər bir insan öz gələcək həyatını təmin etmək məqsədi ilə hər hansısa peşəsahibi olur. Ailənin maddi və mənəvi təminatı qarşılıqlı münasibətləri, ünsiyyəti, psixoloji mühiti digər amillərlə yanaşı ər və arvadın fəaliyyət sahələrindən, o cümlədən məşğul olduqları peşədən onun xüsusiyyətlərindən çox asılıdır. Qeyd etmək lazımdır ki,hər peşənin özünə uygun psixososiofizioloji tələbləri (həyata baxış bucağı, qidalanma və danışıq üslubu, geyim tərzi, fizioloji olaraq bədən quruluşunda gedən dəyişikliklər, cəmiyyətdə,ailədə övladları ilə münasibət vərəftarında fərqlilik,zövqlərin müxtəlifliyi və.s mövcuddur. Hərbiçilərin sənətşünasların, prokuror, vəkil, qazmaçı, bərbər, idmançı, həkim, müəllim, cəza cəkmə müəssələri işçilərinin, fəhlələrin və s. peşələri fərqli olduğu kimi, peşələrindən irəli gələn psixomodellərinin də fərqli olması normaldır. 

Hüquq mühafizə orqanları və güc strukturlarında işləyən əməkdaşların (kişi,qadın) baxışları sərt, nitqləri lokanik, hətta səs tonları qalın və əmiranə olur. Məsələn, elmi-pedaqoji fəaliyyətlə məşğul olan insanların adətən bənizləri solğun hərəkətləri ləng, açıq havada az olduqlarından onların hətta somatikalarında deformasiya baş verir. Hətta müxtəlif peşə sahibləri həmin peşədən ayrıldıqda belə bir sıra əlamət və keyfiyyətləri qoruyurlar. Ümumiyyətlə peşə fəaliyyətindən irəli gələn xüsusiyyətlər ailədaxili münasibətlərə də təsir edir. Ailə sahiblərinin peşələrindən irəli gələn davranış tərzi bir başa ailələrinə də siraət edir.

Bir çox tədqiqatçıların fikrincə ər və arvadın qarşılıqlı münasibətlərində peşə fəaliyyətinin müxtəlifliyi, eyniyyəti, ailədaxili münasibətlərin formalaşdırılmasında əsas amillərdən biridir. Peşələrin eyniyyəti və ya fərqliliyi ər və arvad arasında münasibətlərdə uzlaşma yaratdığı kimi, konfliktli situasiyalara da səbəb ola bilər. Ailədaxili münasibətlərin formalaşmasında cəmiyyətdə mövcud olan etalon və stereotiplər də mühüm rol oynayır. Peşəsindən asılı olaraq davranış tərzi,kişinin və ya qadının dominantlıq xüsusiyyətləri psixoloji aspektdən mental dəyərlər çərçivəsində öz əksini taparaq ailədə özünün dolğun ifadəsini göstərməlidir.

Sağlam ailə mühitində böyüyən övladların cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasına təkcə sosial – iqtisadi və ya sosial psixoloji amillər deyil, həmçinin ər və arvadın peşə fəaliyyəti, onların həyata baxış bucağı, təfəkkür tərzi də mühüm təsir göstərir. Bir sıra hallarda peşə fəaliyyətinin yaratdığı psixoloji atmosferin ailənin sosiomühitinə tənzimlənmədən daxil olması, konfliktli situasiyalara səbəb olur. Lakin istər fərqli, istərsə də eyniyyət təşkil edən peşə sahiblərinin peşələrindən irəli gələn psixoloji iqlimi idarə edərək ailədaxili münasibətləri formalaşdırmaları, ailədəki sağlam psixoloji mühitin yaranmasına və formalaşmasına təsir edə bilər. Tutduğu vəzifədən asılı olmayaraq ər və arvadın həmrəyliyi,birliyi sağlam ailə üçün tərbiyə faktorudur. Peşə fəaliyyətindən irəli gələn psixoloji atmosferin düzgün idarə edilməməsi, ailədaxili mühiti gərginləşdirə biləcəyi kimi, düzgün idarə olunduqda bir ahəng yarada bilər. Yuxarıda qeyd olunan faktlar onu göstərir ki, ailədaxili münasibətlərin formalaşmasında cütlüklərin bir-birinə təsiretmə anlamında peşə fəaliyyəti və onun özəlliklərinin böyük rolu vardır. 

Gülər Məmmədova 

Kayzen.az

Go Back

Ailənin Psixoloji İqlimi

A

Ailənin psixoloji iqlimi ərlə arvadın, valideynlərlə uşaqların, uşaqlarla uşaqların qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və bilavasitə onları əks etdirir. Əgər ərlə arvad bir – birinə rəğbət bəsləyirsə, hörmət edirsə, qəlbən yaxındırlarsa, ailədə psixoloji iqlim də əlverişli olur.Bu keyfiyyətlərdən hər hansı birinin olmaması və ya əks keyfiyyətə çevrilməsi, ər – arvad münasibətlərində soyuqluq yaradır. Ər –arvad arasında hətta ötəri bir narazılıq əmələ gələn kimi ailənin psixoloji iqlimi də bu və ya digər dərəcədə dəyişir. 

Ailənin psixoloji iqliminə başqa amillər də təsir göstərir ki, onların təsiri altında ailədə, adətən, şadlıq əmələ gəlir və yaxud qanıqaraçılıq yaranır. Bu əhval – ruhiyyə hətta günlərlə davam edir. 
Lakin diqqətlə fikir versək, belə bir cəhəti asanlıqla görə bilərik ki, ailə üçün gözlənilməz olan hər hansı bir hadisə və ya şərait onun psixoloji iqliminə öz – özlüyündə deyil, məhz ər – arvad yaxud valideynlər – uşaqlar arasındakı münasibətlər vasitəsilə təsir göstərir. Ailənin psixoloji iqliminin nüvəsi məhz ailə münasibətləri ilə bağlıdır. Ərlə arvad arasındakı münasibətlər möhkəm olanda hətta təsadüfən baş verən xoşagəlməz hadisə ailəni əslində sarsıda bilmir: ata – ana dərdi birlikdə çəkir, ailə üçün ən çətin olan anda bir – birlərinə həyan olurlar. Ailə münasibətləri möhkəm olmadıqda isə heç kəsin gözləmədiyi halda bu və ya digər xoşagəlməz hadisə ər – arvadı nəinki yaxınlaşdırmır, əksinə, bir – birindən daha da uzaqlaşdırır. Onlar bir –birini günahlandırmağa, təqsiri bir – birinin üstünə atmağa başlayırlar. Söz - söhbət, qanıqaraçılıq günlərlə davam edir. Ailənin psixoloji iqlimini ən ümumi şəkildə nəzərdən keçirsək, onda bu xüsusiyyətləri qeyd edə bilərik: hər bir sosial qrupda olduğu kimi, ailədə psixoloji iqlim insanların həyat fəaliyyətinin mühüm bir sahəsini təşkil edir, ailə üzvlərinin gümrahlığı və fəallığı bilavasitə ondan asılıdır. Doğru deyirlər ki, bədbinlik – passivlik nikbinlik – iradə deməkdir. 
 
Psixoloji iqlim ailə üzvlərinin, birinci növbədə ovqatlarına təsir göstərir. Ər və arvad bir yersiz söz dedikdə onlardan hər hansı birinin qanı qaralır. Lakin psixoloji iqlimin xüsusiyyətlərini başa düşmək üçün təkcə hər hansı bir həyati şəraitdə, situasiyada ər – arvadda yaranan ovqatı aydınlaşdırmaqla kifayətlənmək olmaz. Onun nəticələri daha genişdir. Ər və arvad həyatından razıdırmı? Onlar öz həyatlarını və qarşılıqlı münasibətlərini necə qiymətləndirirlər? Ərlə arvad bir –birinə nə üçün rəğbət bəsləmir, hörmət etmir və ya yaxınlıq göstərmir? Onlar bir – biri haqqında hansı rəydədir? Ailədə hansı əhval üstündür? Bir – birini düzgün başa düşürlərmi? Bir – birlərinə güzəştə gedə bilirlərmi? Ailə məişətində fəal iştirak edirlərmi?... Bu sualların hər biri ailənin psixoloji iqlimi ilə az və ya çox dərəcədə bağlıdır. 
 
Psixoloji iqlim ailə üçün həyati əhəmiyyətə malikdir. Ailədə əlverişli psixoloji iqlim xoş güzəran, mənalı ömür psixi sağlamlıq deməkdir. Ər – arvadın ünsiyyəti ailədə psixoloji iqlimin əlverişli olduğunu göstərən mühüm əlamətlərdən biridir. Bunun böyük həyati mənası vardır. Mütəxəssislərin fikrincə, ər – arvad ünsiyyəti prinsip etibarilə çox mühüm psixoterapevtik vəzifəni yerinə yetirməlidir.
 
Ərlə arvadın ünsiyyəti onların hər ikisinin işdən sonra psixoloji cəhətdən sakitləşməsi, gərginlikdən azad olması üçün ən təsirli vasitə olmalıdır. Ərlə arvad söhbəti onlardan hər birinin işdə və evdə rastlaşdığı çətinliklərin həllinə kömək göstərməlidir. Sosioloji tədqiqatlara görə, ailədə psixoloji iqlim əlverişli olduqda arvad həmişə öz dərdini əri ilə bölüşdürür, ondan mənəvi psixoloji kömək alır. Halbuki, qarşılıqlı münasibətlərin normal inkişaf etmədiyi uğursuz ailələrdə arvadların yalnız 16,7% - i özlərinin həll olunmamış problemləri və çətinlikləri haqqında ərlərinə məlumat verirlər. 
Ailənin psixoloji iqlimi böyük tərbiyəvi əhəmiyyətə malikdir. Uşaqlar ananın əhvalına qarşı çox həssasdırlar, onu asanlıqla sezirlər. Ana hətta xəlvətcə ağlasa da, uşaqlar bunu başa düşür və xiffət edirlər. Uşaqlar bilavasitə ananın həyatı ilə yaşayırlar. Ananın əhvalı bilavasitə uşaq ürəyinə yoldur, onların psixi sağlamlığına güclü təsir göstərir. Ana güləndə, şad olanda evin divarları da sanki gülür. Uşaqlar fərəhli və gümrah ömür sürür, özlərini bəxtiyar sanırlar. 
 
Psixoloji iqlim ailə üzvlərinin bir – birinə və ailəyə münasibətində özünü büruzə versə də, bununla məhdudlaşmır. Onlar zəruri surətdə insanların bütövlükdə dünyaya münasibətlərinə, dünya duyumuna təsir göstərir; şəxsiyyətin sərvət meyllərində əks olunur, onun öz işinə və özünə münasibətlərində izsiz qalmır. Ailədə psixoloji iqlim əlverişli olduqca ər və arvad valideynlər və uşaqlar bir – birlərini və özlərini yüksək qiymətləndirirlər. Bu isə onların əmək fəaliyyətində, işə münasibətlərində müxtəlif formada əks olunur. Hər bir kişi və qadın öz ailəsinin psixoloji iqlimini işlədikləri müəssisəyə də aparırlar. Evdən işə dilxor, əsəbi gəlmiş ər yaxud arvad özündə kifayət qədər nəzarət etmədikdə zay məhsula yol verir, əməyinin səmərəsi azalır.
 
Bir çox hallarda onlar öz sevinc və dərdlərini iş yoldaşlarına danışır, bəzən hissə qapılır, öz giley – güzarlarına hədd qoymurlar. Belə adamlar nəticə etibarilə öz ailələrini hörmətdən salmış olurlar. 
Ailədə əlverişli psixoloji iqlimi kim yaratmalıdır? Şübhəsiz, ər və arvad. Mütəxəssislərin fikrincə, ailədə psixoloji iqlimin yaradılmasında ana daha fəal rol oynamalıdır. Ailədə yaranan emosional münasibətlərin mərkəzində ana dayanır. İstər ər – arvad münasibətlərində, istərsə valideyn – övlad münasibətlərində emosional çalarlar bilavasitə ana ilə bağlıdır. O, bu mühüm vəzifəni müvəffəqiyyətlə yerinə yetirir: insan münasibətlərini daha yaxşı başa düşür, onları emosional yolla məharətlə tənzim edir. Ağlayan uşağı ovundurmaq üçün ananın onu bəlkə də bircə dəfə oxşaması, bağrına basması kifayətdir. Bəli, ana ən yaxşı psixoloq, ən mahir nevropatoloqdur. Ailə məişətinin bütün əsas məsələləri məhz onun əlində toplanmışdır. Ailənin psixoloji iqlimi ananın ailə kollektivinin əməyini, həyatını necə təşkil etməsindən əhəmiyyətli dərəcədə asılıdır.
Ümumiyyətlə ağıllı və təcrübəli ər – arvadlar təklikdə, mehriban ünsiyyət şəraitində özlərinin narazılıqlarını səmimi şəkildə bir - birinə bildirir, mübahisəli məsələləri aydınlaşdırırlar. Bu, ərlə arvadın bir – birinə əsir göstərməsi yollarından biridir. Lakin əri tənqid etmək heç də təhqir etmək deyildir. Burada söhbət məhz ərin tənqidində deyil, onu harada və necə tənqid etməkdən, məzəmmət etməkdən, daha doğrusu, ünsiyyət mədəniyyətindən gedir. Ailə etikası kənar adamların, yaxın dostların, qohumların və uşaqların yanında həyat yoldaşını danlamağa və tənqid etməyə qətiyyən haqq qazandırmır. Kənar şəxslərin yanında ərini yerli – yersiz məzəmmət edən, onun üzünə qabaran və sair hərəkətlərə yol verən qadın onun ləyaqətini alçaldır, ərini istər – istəməz təkcə öz – özündən deyil, doğma ocağından, uşaqlarından soyudur. 
 
Ailə də qarşılıqlı hörmət və tələbkarlıq, qayğı və kömək normal olmalıdır. Bunsuz ailədə əlverişli psixoloji iqlim haqqında danışmaq mümkün deyildir. Ərlə arvad arasında münasibətlər qarşılıqlı hörmət və tələbkarlığa, qayğı və köməyə əsaslanırsa, onlar bir – birini daha yaxşı başa düşür, güzəştə getməyi, “xırda” səhvləri bağışlamağı öyrənirlər.
 
Psixoloqlar uğurlu və uğursuz ailələrdə ər və arvadın özünə və həyat yoldaşına münasibətini öyrənərkən çox maraqlı bir fakt müəyyən etmişlər. Uğurlu ailələrdə öz ailə həyatından razı olan ər və yaxud arvad həyat yoldaşına tənqidi yanaşmaqdan daha çox özünə tənqidi yanaşır. Uğursuz ailələrdə isə ər yaxud arva günahı özündə deyil, həyat yoldaşında axtarır, şəri həmişə onun üstünə yıxır. Bu o deməkdir ki, həyat yoldaşını sevən qadın ona daha çox diqqətli, qayğılı yanaşır, nöqsanlarına dözür və lazım gəldikdə ona kömək etmək üçün ona əlindən gələni əsirgəmir.
Ailə həyatında ər – arvadın bir – birini başa düşməsinin böyük əhəmiyyətə malik olması kimə məlum deyil? Qarşılıqlı anlaşmaya əsaslanan ailə hamıya - ər və arvada, valideynlər və uşaqlara, gəlin və qayınanaya eyni dərəcədə lazımdır. Məgər ailədə “xırda” məsələlər üstündə az söz – söhbət olur? İş işdən keçəndən sonra aydınlaşır ki, ata böyük oğlunu, arvad ərini düzgün başa düşməmişlər.
 
İnsan həmişə istəyib ki, ətrafdakı şeyləri, özünü, başqa adamları dərk etsin. “Qarşılıqlı anlama” ifadəsində də bu prosesin ikitərəfliliyi öz əksini tapmışdır. Ərlə arvadın bir – birini düzgün başa düşməsi, ailənin möhkəmlənməsi, kollektiv kimi inkişaf etməsi üçün böyük əhəmiyyətə malikdir. Bundan ötrü ər – arvad ailənin ümumi mənafeyi ilə yaşamalı, özünə başqa adamların, birinci növbədə həyat yoldaşının, uşaqlarının gözü ilə baxmağı, onların meyarları ilə qiymətləndirməyi bacarmalıdırlar. 
 
Korrektə etdi: Salmanlı Ayna
Kayzen.az

Go Back

Məktəb psixoloqları üçün təlimlər keçirilir.

 

Məktəb psixoloqları üçün təlimlər keçirilir.

“Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün təlimlər başlayıb.

Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirilir.
Təlimlərin keçirilməsində məqsəd layihənin tətbiq olunduğu məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarının təcrübə keçməsi, məktəblilərin və valideynlərin psixoloji mövzularda daha əhatəli məlumatlandırılması, eyni zamanda yaranacaq problemlərə münasibətdə psixoloqların daha peşəkarcasına yanaşmasını təmin etməkdir.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

 

Go Back

Tələbə Psixoloqların I Ümumrespublika Konfransı. 23.12.2018

Psixologiya Elmi-Tədqiqat İnstitutu "Tələbə Psixoloqların I Ümumrespublika Konfransı" nı təqdim edir!
Psixologiya ixtisası üzrə təhsil alanlar və psixologiya ixtisası ilə maraqlanan, öz sahəsi üzrə ixtisaslaşmış 5 peşəkar spikerin təqdimatında baş tutacaq elmi,əyləncəli və praktik konfransda iştirak edə bilərsiniz. 
Konfransın mövzuları:
1. Asılılığın insan psixologiyasına təsiri
2. Düşüncələr bizimlə necə oynayır?
3. Stresssiz həyat mümkündürmü?
4. NLP-də xarakter tipləri (workshop)
5. Özgüvən və Motivasiya (workshop) 
Spikerlər:
1. Araz Manuçöhri-Lalei 
2. Mələk Kərimova 
3. Orxan Oruc
4. Narınc Rüstəmova
5. Gülər Məmmədova

Konfransın keçirilmə məkanı:
Psixologiya Elmi-Tədqiqat İnstitutu (Konfrans Zalı)

Konfransın tarixi:
23Dekabr | 09:00-18:00 (yemək və çay fasiləsi daxil)

Bizimlə əlaqə:
☎Telefon: 012-563-00-44

QEYDİYYAT LİNKİ:
https://goo.gl/i4Ujd5

Go Back

Sənin böyüməyən qızın...

Sənin böyüməyən qızın...
Əllərimi heç buraxma. Həmişə yanımda ol. Hər kəsə güclü görünə bilərəm və ya görünməyə çalışa bilərəm. Bir tək sənin yanında acizəm. Sən əlimi tutmasan, sən arxamda durmasan, varlığınla dayaq olmasan bu qəliz həyatda yaşamaq biraz da qəliz olar. Nə qədər böyüsəm də mən sənin balaca qızınam. Sən isə mənim ilk sevgimsən! Qəhrəmanımsan, ata! Əllərindəki qabara baxanda, üzündəki qırışa baxanda fəxr edirəm qəhrəmanımla. Mənim qəhrəmanım əslində çox çətinliklər çəkdi. Amma heç hiss etdirmədi. Amma həmişə dik durdu. Başını əymədi. Gücsüz olduğu zamanda belə mənə güc olmağı bacardı. Bəlkə bunu sənə rahatlıqla etiraf edə bilmədim, dilimə gətirmədim, amma, sənə hər baxdığımda qürur duydum. Və bu gün özümə baxıram, qazandıqlarıma, bacardıqlarıma baxıram, arxasınca getdiyim arzularıma baxıram....Mən sənə nə qədər borcluyammış.!
Bir də sayəndə həmişə ruhum uşaq qaldı. Elə qayğın var ki, səni hər görəndə uşaq kimi nazlanmağa, kapriz etməyə başlıyram. Elə qoruman var ki, özümü gücsüz hiss etmirəm. Uşaq gülüşləri var çöhrəmdə. Hansı ki, nə vaxt çətinliyə düşsəm də məni ağlamağa qoymur. Məndə yaratdığın bu ruh üçün çox sağ ol!
Sən mənim yaza-yaza bitirə bilməyəcəyim mövzumsan əslində. Var ol, mənim qəhrəmanım!.
                                                                                                                                                                                        Sevinc Abuşova. 
                                                                                                                                                                                        Narınc Psixologiya Mərkəzi, Təhsil -tədqiqat şöbəsinin mütəxəssisi.

Go Back

AİLƏ MÜNASİBƏTLƏRİNDƏ QADIN VƏ KİŞİ BƏRABƏRLİYİ – HƏR BƏRABƏRLİK TARAZLIQ DEYİL….

Bərabərlik tarazlıqdır. Bəs görəsən bu tarazlıq həmişə lazımdırmı? Mən deyərdim, yox. Ehtiyac yoxdur hər mövzuda ta`raz olmağa. Əgər məsələ qadın-kişi bərabərliyindən gedirsə, mən bu bərabərliyi inkar edərdim. Bəlkə də düşüncəm çoxları tərəfindən qınaq obyektinə çevriləcək. Axı biz gender bərabərliyini əlində rəhbər tutub ona heç cür nail ola bilməyən cəmiyyətdə yaşayırıq. Bəlkə də başqa bir ölkədə yaşamış olsaydım mən də qadın – kişi bərabərliyinin tərəfdarı olardım. Amma nə etmək olar ki,qaçılması mümkün olmayan reallıqlar var və biz onlarla barışmalıyıq. Əslində düşüncələrimizlə bu reallığı dəyişdirə bilərik, amma bu gün bunu lazım hesab etmirəm. Azərbaycan ailələrindəki münaqişələrin kökünə getsək görərik ki, problem qadınların ailədə kişiylə bərabər mövqeydə durmasını tələb etməsiylə başlayır. Baxın, hər bir məsələnin kökü necə araşdırılır- uşaqlıq həyatını analiz etməklə. Yaxşı bəs uşaq olarkən necə böyüyürük?- qardaş bacı olaraq eyni psixoloji davranış və yanaşma ilə böyüdülürük? Birmənalı yox. Əgər oğlan uşağı evə axşam saat 12-də rahatlıqla gələ bilirsə, bu qız övladı üçün mümükünsüzdür. Əgər oğlan uşağının ixtisas seçiminə gələndə,  “oğlandı, nə iş olsa edə bilər” deyilirsə, qız övladı üçün bu məsələyə çox həssaslıqla yanaşılır. Oğlan ailə qurdu və sabah ayrıldısa gələcəkdə rahatlıqla yenidən evlənə bilər, bəs bu qadınlar üçün necədir? Nəyinki ailə qurmuş, hətta nişanı geri qayıtmış qızı belə hər ailə qəbul etmir. Acınacaqlı olsa da bu belədir. Yaxşı, kütlə psixologiyamız bunu deyirsə biz bu kütlə içində necə bərabərlik tələb edə bilərik? Hər bir oğlan gözünü açandan qadın-kişi arasındakı fərqli vəzifə və davranışları müşahidə edir, ona görə də ailə qurduqdan sonra qarşısındakı qadın onunla bərabər hüquqları tələb edəndə problem yaranır. Bu mövzudakı fikirlərim çox hallarda xoş qarşılanmır, amma xoş münasibətdənsə real münasibəti seçərdim. Qadınlar, “qadın-kişi hüquqları bərabərdi” deyib, evdə idarəçiliyə sahib olmaq istəyirlər. Bunu yalnış hesab edirəm, qadın və kişinin fərqli psixologiyası var, oxuduqlarımdan gəldiyim qənaət budur ki, idarəçilik kişiyə məxsusdur. Mən o ailələri daha xoşbəxt hesab edirəm ki, orda qadın yox, kişi idarəedici mövqeydə çıxış edir. Bəli, razılaşıram, qadınlar da işləyə bilər, karyera qura bilər, amma zənnimcə bu o demək deyil ki, qadın ailədə rəhbər ola bilər. Ailədə ortaq mövqeylər var, qadın-kişi, ata-ana bu obrazların fəaliyyəti ailəni ayaqda saxlamağa köklənir, hər ikisi ailəyə, uşağın tərbiyəsinə xidmət edir. Ən doğrusu bu olar ki, qadın kişinin, kişi isə qadının ailədə hansı məsələdə daha üstün hüquqa sahib olduğunu qəbul etsin və o mövqeyə hörmətlə yanaşsın. Məsələn, ailənin emosional mühitində ananın rolu daha çoxdur, yoxsa atanın? – Əlbəttə ki ANAnın. Bunu ata qəbul etməlidir. Uşağın əhval ruhiyyəsinə Ananın əhvalı daha çox təsir edir, yoxsa atanın?- ANAnın. Burda ananın mövqeyini daha üstün tuturuq. Bəs bərabərlik?! Məsələ bərabər mövqeydə olmaq deyil, olduğun mövqeyi layiqli təmsil etməkdir. Mən yazımla kişilərin mövqeyini üstün hesab etmirəm, sadəcə tərəzinin gözünün məqamlardan asılı olaraq enib-qalxdığını düşünürəm. O ki, qaldı qadınlara, onlar ANA adını daşıyırlar, bunun özüdür ən üstün mövqey……..

 Abuşova Sevinc  Latiq qızı

 Narınc  Psixologiya Mərkəzi.

Təhsil və tədqiqat şöbəsi üzrə mütəxəssis

 

Go Back

Yüksək Riskli Ailələr Qrupu

Hal-hazırda dövrümüzdə inkişaf anomaliyalarının sayı durmadan artmaqdadır.Autizm,əqli gerilik,görmə pozulmaları,eşitmə və nitq qüsurları,psixi inkişafda olan anomaliyalar  və digər inkişaf qüsurları insanları “həyacan təbili” çalmağa vadar edir.Təkcə autizmə rast gəlinmə faizi get-gedə artır.Belə ki,əvvəl hər 80-90 uşaqdan biri autizm diaqnozlu idisə,2018-ci il statistik göstəcilərinə əsasən bu say 60-ə enib.

Bəs anomaliyaların,qüsurların yaranmasına nələr səbəb olur? Bu halların qarşını almaq üçün hansı addımlar atmaq olar? İlk öncə “Yüksək Riskli Ailələr Qrupu” anlayışı ilə tanış olaq.Yüksək riskli ailələr dedikdə qüsurların,inkişaf geriliklərinin yaranması üçün münbit şərait olan ailələr nəzərdə tutulur.Yəni cəmiyyətdə olan digər ailələrə nisbətdə bu qrupa daxil olan ailələrdə  hər hansı qüsurlu uşaqların doğulma riski daha yüksəkdir.Qüsurların erkən  aşkara çıxarılması və risk faktorlarının nəzərə alınması üçün profilaktika tədbirləri mühim əhəmiyyət kəsb edir.İndi isə Yüksək Riskli Ailələr Qrupuna daxil olan ailələri nəzərdən keçirdək:

1.Ailədə öncəki hamiləlikdən dünyaya gəlmiş inkişaf qüsurlu uşaq(lar)ın olması

2.Valideynlərdən birinin və ya hər ikisinin  hər hansı inkişaf qüsuruna malik olması

3.Qohum evliliyi əsasında ailə qurmuş valideynlər

4.Riskli hamiləlik keçirmiş ana olan ailələr

5.Mütəmadi olaraq alkaqol,narkotik və ya hər hansı maddə istifadə edən ana və ya ata(ana daha yüksəkdir)

6.Doğuş zamanı asfiksiya,travma kimi halların baş verməsi

7.Həyatının ilk illərin kəllə-beyin tramvası,fiziki xəsarətlər,yolxucu xəstəliklər və.s keçirən uşaq olan ailələr.

Bu siyahını yetəri qədər uzatmaq olar.Ümumiyyətlə risk faktorlarına ən çox genetik səbəblər daxil olur.Məsələn ailədə Daun sindromlu uşaq varsa bu zaman yeni doğulacaq körpənin də bu Daun olma ehtimalı nisbətən Yüksəkdir.Digər tərəfdən ana və ya atanın nitq,eşitmə,görmə qüsurlu olması onların gələcək övladlarında da bu qüsurların olma riski artıra bilər.Məsələn ananın astiqmatizm,myopi,katarakt,mikroftalm və.s göz xəstəliklərinin olması bu xəstəliklərin uşaqlarda da olması riskini artırır.Xromosom abserversiyaları,endokrin sistemin xəstəlikləri,valideynlərin rezus-faktor uyğunsuzluğu,irsi olaraq maddələr mübadiləsinin pozulması və digər hallar uşaqda hər hansı inkişaf pozuntularının baş vermə dərəcəsini artırır.Əksər uşaqların yaşamın ilk ilində meningit,ensefalit,meninqoensefalit kimi xəstəliklər keçirməsi onların psixi,fiziki ləngiməsinə səbəb olur.Hamiləlik zamanı ananın mütəmadi olaraq ağrıkəsici,antibiotik kii həbləri qəbul etməsi dölün inkişafına mənfi təsir edir.Məsələn antibiotik olan  streptomismin böyük dozaları eşitmə sinirini zədələyir.

Yüksək Risk qrupuna daxil olan ailələr hamiləlik planlaması etməlidirlər.Ana və döl mütəmadi olaraq həkim nəzarəti altında izlənilməlidir.Bu cür ailələrin aşkar edilməsi qüsurların erkən korreksiyası üçün də mühim əhəmiyyət daşıyır.

                                                                                                                                                                                                                                                     Nuray Lətifzadə

Go Back

UŞAQLAR NƏ ÜÇÜN YALAN DANIŞIR?

Valideyin və müəllimləri yalandan başqa heçnə çox əsəbləşdirmir. Böyüklər ehtiyyat edirlərki kiçik yaşından yalan danışmağa başlayan uşaqda bu xarakterə çevriləcək və onlar ömür boyu bundan əziyyət çəkəcəklər. Bəs uşaqlar nə üçün yalan danışır?

3-7yaşlı uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmağda çətinlik çəkirlər. Buna görədə öz xəyallarının məhsulunu real kimi göstərə bilərlər.Məsələm: “Mənim böyük filim var.”, “Atam mənim üçün təyyarə alıb” və s. 7yaşdan sonra,  xüsusilə 11 yaşdan sonra uşaqların hansı mövzularda yalan danışdığına fikir vermək lazlmdır. Yalan - bəzən müdafiədir.Yaşı nisbətən böyük olan uşaqlar valideyinlərin qəzəb və aqressiyasından xilas olmaq üçün yalana əl atır.Yalanla müdafiə olunmaq təkcə ailədə deyil,eləcədə ondan kənardada özünü göstərir.Uşaq bilir ki,pis davranışına görə ona cəza verəcəklər.Bəs əgər yalan desə necə? Bəlkə o zaman cəzadan qaça bilər.Məktəbəqədər mərhələdə yalan danışmaq azalmalıdır.Yox əgər bu davam edirsə artlq davranış pozuntusudur. Bura alt islatma,dırnaq yemə,özünə qapanma,aqressiyada əlavə olunubsa vəziyyət çox ciddidir deməkki. Zəkası aşağı olan uşaqlar reallıqdan çox-çox fərqlənən yalanlar danışarlar,patalojı yalan danışan uşağın heç bir məqsədi yoxdur,olmayan şeylər haqqında danışıb çevrəni təəccübləndirmək onların çox xoşuna gəlir. Hələki uşaqlar balacadı doyunca yalan danışa bilərikmi onların yanında? Unutmayaq uşaqlar hər şeyi özlərinə çəkir.Əksər uşaqlar oyuncaqlarla deyil böyüklərin əşyaları ilə oynamağa üstünlük verirlər.Məsələn saatımızla oynamaq istəyən uşağın qoluna piramidanın halqasını keçirdib-Bax bu sənin saatındlr-deyirik. Yaxud” gəl yeməyini ye səni parka aparacam” halbuki bunu etmirik.Məgər yalanın təməlini özümüz qoymadıqmı? Ana və atasının yalan danışdığını görən uşaq zamanla bunun normal və qəbul edilən bir hal olduğunu düşünəcək. Belə bir eksperiment aparılmışdır:3yaşlı uşaqlara arxalarında maraqlı bir əşyanın olduğunu ancaq ona baxmamaq tapşırılmışdır.Eksperimentator otaqdan çıxan kimi bütün uşaqlar arxaya çevrilmişdir.Arxaya baxdınmı sualına hamısı -yox-cavabını veriblər.Bu eksperimentdə uşaqlar bizə göstərirlər ki,belə davranış bütün uşaqlar üçün normaldı.Axı onlara maraqlı idi. Bəs uşaqlar nə üçün yalan danışır?

-Müəyyən yaşlarda yalan və gerçəyi ayıra bilmədikləri üçün

-Diqqət çəkmək üçün

-Uğursuzluqlarını gizlətmək üçün

-Ətrafdakıların güvənini qazanmaq üçün

-Valideyinlərindən,yaxud ətrafda kimdənsə nümunə götürdükləri üçün

-Cəzadan xilas olmaq üçün

-İntiqam almaq üçün

-Kiçik problemlərindən xilas olmaq üçün

-Heç kimdən asılı olmadıqlarını göstərmək üçün

-Ətrafdakıların diqqətini öz üzərinə çəkmək üçün

Gəlin öz uşaqlığımızı xatırlayaq. Axı bizdə yalanlar danışmışıq. Biz güclü, uşaq isə zəifdir,biz bir şeyi istədiyimiz halda uşaq başqasını istəyirsə yalan danışmaqdan başqa yol saxlamırıq onun üçün.Əksər vaxt çox valideyinlər belə düşünür ki,onlar hər şeyi bilir və her şeyin ən yaxşısını seçirlər.Bu an kiçik və olduqca vacib nüansı qaçırdırıq yerinə qərar verdiyimiz bizim uşağımız olsada, o da bir şəxsiyyətdir öz fikirləri və planları ola bilər.Artıq övladınız sərbəst qərar verməyə çalışırsa ona mane olmayın”sən hələ balacasan,sən nə bilirsən ki, mənə yolda göstərirsən” deyib onu alçaltmayın,özgüvənini qırmayınki sonradan harda səhf etdim ki,uşağım mənə yalan danışır deməyəsiniz. Əgər uşagın 7yaşı olmayıbsa o realda olanlarla xəyallarını qarışdıra bilər.Məsələn: uşaq böyük həvəslə uçan fil gördüyünü danışır.Belə fantaziyalarda pis heçnə yoxdur.Fantaziya yalandan onunla fərqlənir ki,uşaq bununla heç nə əldə etmək və sizi qıcıqlandırmaq istəmir.Əgər o fantaziyalarını real baş vermiş hadisəyə bağlayırsa,bizim buna uyğun cavabımız olmalıdır. Məs:Suyu filin dağıtdığını deyirsə-“Mənə elə gəlirki sən suyu dağıtdığın üçün təəssüflənirsən və bunu filin etməsini istərdin.-deyə cavab veririk. Yəni bunu filin əvəzinə səndə edmiş olsaydın biz onsuzda bərabər yığışdıracaqdıq.Belə hallarda qətiyyən uşağa əsəbləşməyin,tərs-tərs baxmayın ən əsası cəza verməyin.O bunu bilərəkdən etməyib,necəki bizdə tez-tez hətta ən vacib görüşlərimizdə belə təsadüfən stəkana toxuna, onu yerə sala və sındıra bilirik. Yalan mövzusunda bir çox psixoloqların araşdırmaları olsada Kaliforniya universitetinin professoru Pol Ekman bu istiqamətdə daha çox öyrənmiş və kitabıda nəşr olunmuşdur.O belə hesab edir ki,yalan-valideyinlərlə uşağın arasında inamsızlığın ilk göstəricisidir.Bu özünün gücünə və bacarığına inamsızlıqdır.Yalan onu deyir ki,ana və ata mənə lazım olan çətin anımda yanımda olmayacaqlar. Uşaqlar heç vaxd boşuna yalan danışmır.İstənilən yalanın səbəbi vardır.Uşaq üçün bu öz həyatında nəyisə dəyişmək vasitəsidir.Ona cəza vermək,qadağalar qoymaq yalanı azaltmayacaq,sadəcə övladınızın yanında olun,onu müşahidə edin və onu öyrənin. Kiçik məktəb yaşı dövründə isə uşaqlar şüurlu şəkildə yalan danışırlar.Pol Ekman bunun səbəblərini belə göstərir:

-böyüklərin yanında özünü təsdiq etmək

-onların təriflərini eşitmək

-etdikləri səhfləri gizlətmək üçün

İkinci bəndə xüsusilə diqqət etməliyik.Çox vaxt başımız işə o qədər qarışır ki ,ana yaxud ata olduğumuzu unuduruq.”sabahın xeyir”, “dərslərin necədi”,”səni çox istəyirəm”,”səninlə fəxr edirəm”,”unutma mənə hər şeyi, hə düz eşitdin hər şeyi danışa bilərsən”,”gecən xeyrə” kimi bizim üçün sadə onlar üçün sehrli olan birləşmələri deməyi belə unuduruq.

Nisbətən böyük uşaqların yalan danışma səbəbləri bunlardı:

-Diqqət cəlb etmək

-Dostların əhatəsində müdafiə

-Öz sirrini qorumaq

-Pis vəziyyətlərdən qaçmaq

-Özünütəsdiqetmək

-Alçalmaq yaxud utanmaq hissindən azad olmaq

-Öz gücünü yoxlamaq

-Kollektivdəki problemlər

-Valideyinlərlə sərhədlər qoymaq üçün

Doqquz yaş və daha böyük uşaqların yalan danışmasını normal qəbul etməməliyik və bunun səbəbləri mütləq araşdırılmalıdır.Yeniyetmələrdə yalanın əsas səbəbi qısqanclıq,rəqabət hissi,geri çevrilmə qorxusu,qəbul edilməmə,daha çox diqqətə ehtiyac hissindən ola bilər. Əgər uşaq yalnız ana və ataya yalan danışırsa bunun səbəbi nə ola bilər? Ana və atanın reaksiyasından qorxa bilər.Bu vəziyyət mütləq ailədə işlənməlidir.Yəni ana və atadan gedən mesajlar,eləcədə valideyin kimi uşağa yanaşma işlənməlidir.Yalan ortaya çıxan kimi vurmaq,cəza vermək,döymək çıxış yolu deyil.Uşaqla söhbət etmək yalanın nə özümüzün,,nədə digər insanlar tərəfindən yaxşı qarşılanmadığını izzah etməliyik.Az nəsihət verib,çox qulaq asmalıyıq.

UŞAĞIN ŞƏXSİYYƏTİ DEYİL DAVRANIŞI HƏDƏFƏ ALINMALIDIR.

Hiperaktiv uşaqlarda uğursuzluqlarını gizlətmək və güvən hissi yaratmaq üçün yalan danışa bilərlər.Diqqət əksikliyi olan bir uşaq xüsusilə məktəbdə diqqətini uzun müddət cəmləyə bilməz,deyilənləri yadında saxlamaz,ev tapşırıqlarında çox çətinlik çəkər,müəllimləri və dostlarını narahat edən davranışlar nümayiş etdirə bilərlər.Bu zaman uşağı tənbəllik və uğursuzluqla günahlandırmamalıyıq..

Uşaq səhf hərəkət etdikdə hər şeyi olduğu kimi etiraf etdiyi zaman cəzalandırılsa o növbəti dəfə cəzadan xilas olmaq üçün yalana əl atacaq.Əgər dərsindən zəif qiymət aldıqda”yenə qiymətlərin pisdi nə vaxd yaxşı qiymət alacaqsan?”desək növbəti dəfə zəif qiymət alanda bizə deməyəcək ,yaxud bizdən gizlədəcək.Sosial vəziyyəti aşağı olan ailələrdə uşaq digərlərində olan əşyalara qısqanclıqla yanaşıb yalan danışa bilər.Məsələm:Velosipedi olmayan uşaq velosipedi olduğunu lakin sürmək istəmədiyini deyə bilər.Bacı-qardaş qısqanclığı varsa ana-atanı cəzalandırmaq üçün yalan danışa bilərlər.Yalan danışmaq real olmayan duyğu və düşüncələrin varmış kimi izzah edilməsidir.Hər səhfə görə verilən ağır cəzalar daha çox yalana gətirib çıxardır.

Uşaqlara izzah edilməli məsələlərdən biridə nə vaxd yalan danışa bilərikdi.

1.Əgər tanımadığı adam evin ətrafında gəzirsə və artlq qapıya əl atıbsa bu zaman atam işdədi 4saatdan sonra gələcək demək təbii ki uyğun deyil.Bu zaman atam mağazaya düşüb indi qayıdacaq demək tam vəziyyətə uyğundur.

2.Əgər ad günündə ikinci adamda eyni hədiyyəni veribsə”a dünən eynən bundan əmim almışdı”demək əvəzinə neçə vaxtdır gözlədiyim hədiyyədir deməkdə olar.

Öz övladlarınızla ən yaxşı dost olmağa çalışın.O sizə inanmağa və etibar etməyə başlayanda sizi özünə həmfikir,dayaq görəndə sizə yalan danışmaq üçün çox az səbəbi olacaq.Siz aranızdakı münasibətlərdə yaranan dəyişikliyi hiss edəcəksiniz.Əlbətdə bu anidən olmayacaq,zaman lazımdı amma bir gün mütləq bunu hiss edəcəksiniz.Əvvəllər sizdən gizlətdiyi,danışmağa qorxduğu yaxud utandığı mövzuları birdən-birə sizlə bölüşməsədə zamanla artıq bir çox sirlərini öyrənmiş olacaqsınız.Daim övladlarınızın yanında olun,onlara dəstək olun və bunu mütləq onlara bildirin.

                                                                                                                                                                                                       Turanə Rzayeva. NUPM. Gənclik filialı. Psixoloq.

 

 

 

 

 

Go Back

Autizm və PECS terapiya

Dünyada Autizmin korreksiya ilə bağlı bir çox üsul və metodlardan istifadə olunur.Məsələn ABA (Applied Behavioral Analysis) terapiya, PECS(Picture Exchange Communication System) , Qum terapiyası, Musiqi və rəqs terapiyası, Qrup terapiyası və.s

Ölkəmizdə ABA terapiya,qrup terapiyası,art terapiya və digər terapiya növləri daha çox istifadə olunur.PECS metodu isə nisbətən az tədbiq olunmaqdadır.Hərifi mənası- Picture Exchange Communication System deməkdir. Bu üsul Amerikalı psixoloq Andy Bondy və Lori Frost tərəfindən inkişaf etdirilmişdir. Autizmli uşaqlarla aparılan korreksiya üsullarından biridir, uşağın ətraf mühitlə olan ünsiyyətini və əlaqəsini artırmağa istiqamətlənmiş sistemli bir üsuldur. Burada məqsəd danışmayan və məhdud söz ehtiyatı olan uşaqlarda ünsiyyətin inkişafı və istəklərini şəkillər vasitəsi ilə istifadə etməklə bacarıqların artırılmasıdır.Bu terapiya tədbiq edilərkən ilk öncə bir şəkil kartı ilə başlanılır,daha sonra isə uşaq 1 neçə şəkili birləşdirib cümlə qurmağı öyrənir.

Autizmli uşaqların böyük əksəriyyəti həyatı boyu danışmır və ya istifadə etdiyi nitq ünsiyyət üçün yararsız olur.Amerika Birləşmiş Ştatlarının Delaware ştatındakı “Autizm Layihəsi” PECS üsulu ilə 1 ildən artıq təlim görən uşaqların 76%-nin nitq bacarıqlarına yiyələndiyini və müəyyən nitq bacarığı olan uşaqlarda isə ünsiyyət bacarıqlarının artığını bəyan edir.

PECS sistemi 18 aydan böyük olan,hər hansı əşyanı istəmək üçün söz ehtiyatı və ya səs tələffüz edə bilməyən,sadə sualları soruşa bilməyən,təqlid edə bilməyən,cavab verə bilməyən,başqalarının dediyini anlaya bilməyən və ən azı 3 ay loqopedik dərs alıb nəticə verməyən bütün uşaqlara tədbiq edilə bilər.

PECS terapiyaya uşağın çox sevdiyi və sevmədiyi yemək, oyun və tədbirlərin siyahısı hazırlanaraq başlanılır. Daha sonra bu siyahıda qeyd olunanlara uyğun olaraq şəkilli kartlar hazırlanır. Metodu mütləq ailə üzvləridə tətbiq etməlidir. PECS üsulu 6 mərhələdən ibarətdir və hər mərhələdə fərqli öyrənmə üsulları həyata keçirilir.Mərhələlər aşağıdakı kimi verilir:

1.Fiziki yardımlə dəyişiklikləri öyrətmə-Burada uşaq hər hansı şəkilli kartı pedaqoqa uzadaraq ona uyğun əşyanı pedaqoqdan almağı öyrənir.Beləcə insanlarla ünsiyyət qurmağın ilkin bacarıqlarına yiyələnir.

2.Uzaqlıq və müstəqillik-Uşaq istədiyi əşyanın şəkilini tapır,ünsiyyət ortağının diqqətini cəlb edir və rəsm kartını ona uzadaraq istədiyi əşyanı əldə edir.Beləliklə fərqli uzaqlıqda olan rəsm kartlarını,ünsiyyət ortağını tapmağı və bunları müstəqil şəkildə etməyi öyrənir.

3.Rəsimləri fərqləndirmə-Bu zaman uşaq rəsm kartları arasında istədiyi şeyin şəklini tapır,onu ünsiyyət ortağına göstərərək istədiyi əşyanı əldə etmiş olur.Beləliklə uşaqda,fərqləndir,sinifləşdirmə,ayırd etmə bacarıqları formalaşmış olur.

4.Cümlə qurulması-Uşaq 1 neçə şəklin köməyi demək istədiyi cümləni formalaşdırır.Məsələn “istəyirəm” rəsm kartını istədiyi hər hansı əşyanın kartı ilə birləşdirərəm cümlə strukturu  yaradır.Belə olduqda zamanda uşaqlarda şifahi nitq bacarıqları da nisbətən formalaşmağa başlayır.

5.”Nə İstəyirsən?” sualına cavab verməyi öyrənir.Yəni uşaq ona ünvanlanan sualı kartlar vasitəsilə bildirərək anlama,verilən suala cavab vermək kimi bacarıqlar formalaşır.

6.Fikir bildirmək-Uşaq “ nə istəyirsən?”,”nə görürsən?”,” nə eşidirsən?” və.s bu tip  sualllara cavab verir,müstəqil şəkildə öz istəklərini bildirməyi öyrənir.

Bu mərhələləri uğurla tamamlayan uşaqlar öyrəndiyi ünsiyyət bacarıqlarını sosial həyatında tədbiq edər,istədiyini əldə edərkən aktiv rol oynayar.Sözlü nitq vərdişlərinin yaranması üçün münbit şərait yaranmış olar.Araşdırmalar nəticəsində məlum olmuşdur ki,PECS ilə təlim görən autistik uşaqlarda davranış problemi öz-özlüyündə xeyli azalmışdır.Bu metodun köməyilə autistik uşaqlarda incə motor bacarıqlar da inkişaf etmiş olur.Həmçinin diqqətini uzun müddət saxlamaq bacarığı da inkişaf edir.

PECS-ə başlayarkən ilk əvvəl təlimdə 2 təlimçi iştirak edir.Bunlardan biri mütəmadı olaraq uşaqla ünsiyyət qurur,digəri isə uşağa dəstək olmağa çalışır.Ancaq zaman keçdikcə təlimçilərin sayını azaltmaq olar.Bu metodun tədbiqində ailə də mühim rol oynayır.Metod uşağın olduğu bütün sitiuasiyalarda tədbiq olunur.PECS-in sonrakı inkişaf mərhələlərində təlimçi-ana-uşaq üçlüsü iştirak edir.Bundan əlavə PECS-də iki təlimçinin olması uşağın sosiallaşması baxımından ilk dövrlərdə zəruri hesab edilir.

PECS-in ailələr tərəfindən evdə tədbiq olunması da xüsusi əhəmiyyətə vacibdir.Uşaq günlük həyatında istifadə etdiyi əşyaları,yediyi qidaları ailədə daha praktik və təbii şəraitdə öyrənmiş olur.Bundan başqa digər metodlardan fərqli olaraq PECS materiallarının hazırlanması o qədər də mürəkkəb və bahalı deyil.Hətta valideynlər özləri də bu kartları ev şəraitində rahatlıqla hazırlaya bilərlər.

PECS-in danışa bilməyən şəxslərə tədbiqi ilə yanaşı,danışa bilən ancaq söz ehiyatı zəif olan və ya ünsiyyətə meyilli olmayan şəxslərə də tədbiqi mümkündür.Valideynlər bəzən bu metodun uşaqlarının şifahi nitq bacarıqlarına yiyələnməsinə “maneə” olacaqlarını düşünürlər,lakin unutmaq olmaz ki,PECS-in tədbiqində məqsəd uşaqlarda nitq bacarıqlarını formalaşdırmaq və mövcud bacarıqları daha da inkişaf etdirməkdən ibarətdir.

                                     Nuray Lətifzadə

Go Back

Sağlamlıq İmkanları Məhdud Uşaqlarda Qidalanma

Normal inkişaf edən uşaqlardan fərqli olaraq inkişafında müəyyən qüsurları olan uşaqlarda qidalanma prosesi daha çox diqqət tələb edir.Təəsüflər olsun ki,bu gün 1 çox valideynlər bu mövzuya o qədər də həssas yanaşmırlar.

İnkişaf qüsurlu uşaqlarda(xüsusilə USİ) ən çox görülən problem əzələ gücsüzlüyü səbəbilə udma və çeynəmədə olan çətinliklərdir.Bu problem zamanı yemək yedizdirərkən uşağı uyğun pozisiyada saxlamaq lazımdır.Qidalar uşağın vəziyyətinə uyğun seçilməlidir.Əgər göyərti,meyvə,tərəvəz kimi qidaları uşaqlar birbaşa qəbul edə bilmirlərsə onları püre halına salaraq  uşağa vermək olar.Yeməkləri verərkən tempraturun düzgün nizamlanması da əsas şərtdir.Yemək ya çox soyuq,yada çox isti olmamalıdır.Qida verərkən onun miqdarına da diqqət etmək lazımdır.Başlanğıc olaraq valideynlər uşaqlara ancaq sulu qidalar verirlər.Zaman keçdikcə isə bu hal uşaqda alışqanlıq yaradır,uşaq qidanı udmağı,çeynəməyi bacarsa da yenə də sulu qidaları seçir.Buna görədə ən yaxşı seçim bu vəziyyətdə diyetoloqla məsləhətləşib qərar verməkdir.

Gündəlik olaraq bu uşaqlara 1-2 kiftə ölçüsündə ət,1 ədəd yumurta,1 porsiyon göyərti,süd və süd məhsulları(Kazein həssaslığı yoxdursa),meyvə və ya meyvə şirələri verilməlidir.Əgər uşaq qidalanmasında balıq məhsulları istifadə etmirsə həftədə 1-2 dəfə omeqa 3(balıq yağı) verilməlidir.Balıq yağı uşaqlarda beyin inkişafında və ürək fəaliyyətində müsbət nəticələr göstərir.

 Tam olaraq elmi təsdiqi olmasa da uzun illər dünya təcrübəsində Autizmli uşaqlara Gluten və Kazein dietası tədbiq olunur. Glutein taxıllarda, kazein isə süddə olan proteinlərdir. Autizmli uşaqların bağırsaqları həddidən artıq keçirici olduğundan bu maddələr həzm olunmur. Keçirici bağırsaq qida allergiyaları, soya, qlutein və kazeinə qarşı həssaslığın yaranmasında önəmli rol oynayır. Beləliklə, Glutein və Kazein keçirici bağırsaqdan keçerək qan dövranına qatılır və beyinə çatır. Buda beyində sinir oyanıqlığının yaranmasına səbəb olur. Bu dietada buğda unu əvəzinə düyü unu, süd məhsullarına alternativ olaraq soya südü istifadə olunur. Bəzi valideynlər və həkimlərin müşahidələrinə görə bu dietaya riayət edən uşaqların bəzilərində hiperaktivlikdə azalma, qavrayış və göz kontaktında artım, həzm və immunitet sistemində problemlərin azalmasını görmək mümkündür. Lakin bu dieta ciddi zülal, vitamin və mineral çatışmazlıqlarına yol açdığı unudulmamalıdır. Bu səbəbdəndə ilk öncə uşaqlarda glutein-kazein tolerantlığının olub-olmaması araşdırılmalıdır.

Sağlamlıq imkanları məhdud olan uşaqların əksəriyyətində nizamsız və həddən çox qidalanaraq artıq çəki alma problemi yaşanılır.Çünki öz iradələri ilə az yeməyi bacara bilmirlər.Bu mövzuda yenə də əsas iş ailənin öhdəsinə düşür.Valideyn uşağa bacardıqca az yağlı qidalar verməli,uşağı hərəkət etməyə sövq etməlidir.Və uşağın sevdiyi 1 idmanla məşğul olması üçün ona kömək etməlidir.

Hazır qida məhsullarının tərkibində olan qatqı maddələri hiperaktiv,diqqət əksikliyi olan uşaqlara tamamilə əks təsir göstərir.Ona görə bu uşaqların ev qidaları ilə qidalanması daha məqsədə uyğundur.Ümumiyyətlə qızardılmış ət,cipslər,şokalad və.s bu tip qidalar uşaqlarda beyinin inkişafına mənfi təsir göstərir.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki,görmə qüsurlu uşaqlarda E vitaminin əksikliyi myopi,kardiyomyopi kimi göz xəstəlilərinə səbəb olur.D vitamini və Maqnezium dəstəyi isə dayaq hərəkət aparatı qüsurları zamanı dəstəkliyici müalicə effekti olaraq tədbiq olunur.Dəmir miqdarında olan əksiklik isə diqqər əksikliyi və halsızlıq,yorğunluq kimi hallara səbəb olur.

Unutmayaq ki,nizamlı qidalanma 0-3 yaş arası beyin inkişafında olduqca önəmli nöqtədir və uşağın sonrakı inkişafı dövründə də mühim əhəmiyyət kəsb edir.

                                      Nuray Lətifzadə

                   Azərbaycan Dövlət Pedaqoji   Universiteti

                 Korreksiyaedici Təlim kafedrası III kurs tələbəsi

Go Back

ZEİGRANİK EFFEKTİ

“Zeigarnik” effekti yarım qalmış, tamamlanmamış işlərin, tamamlanmış işlərə nəzərən daha aydın və asanlıqla xatırlanmasını ifadə edən psixoloji fenomendir. Bu hal ilk dəfə rus psixiatr və psixoloq Bluma Zeigarnik tərəfindən müəyyən edildiyi üçün onun adını almışdır.

1925-ci ildə B.Zeigarnik və psixoloq dostları restoranda olarkən, diqqətlərini restorandakı ofisiant çəkir. Ofisiant təkdir və sifarişləri heç yerə qeyd etmədən müştərilərə çatdırır. Daha sonra, psixoloqlar ofisiantdan bunu necə etdiyini soruşurlar. Ofisiant isə sifarişləri yaddaşında saxlayıb, yeməkləri çatdırdıqdan sonra isə ağlından sildiyini demişdir. Psixoloqlar bitirilməmiş, sona çatdırılmamış işlərin zehni məşğul etdiyini görmüşlər.

B.Zeigarnik 1927-ci ildə bununla bağlı bir tədqiqat aparmışdır. Bir qrup insana labaratoriyada kiçik tapşırıqlar vermiş və tapşırıqları yerinə yetirmələrini istəmişdir. İnsanlar bu tapşırıqları yerinə yetirərkən başqaları araya girərək tapşırıqların yarım qalmasına səbəb olmuşlar. Vaxt tamam olduqda, tədqiq olunanlara tapşırıqlarla bağlı sual verilir və müşahidə olunur ki, yarım qalan tapşırıqları tamamlananlara nisbətən, 2 qat daha yaxşı xatırlayırlar.

Zeigarnikin tədqiqatlarından altmış il sonra, Kenneth McGraw başqa tədqiqat aparır. Tədqiqata qatılanlara pul mükafatı qarşılığında çətin yapboz verir. Tədqiqat başladıqdan müəyyən bir müddət sonra heç kimin yapbozu tamamlamasına fürsət verilmir və tədqiqatın bitdiyi deyilir. Ancaq, iştiakçılara yapbozları tamamlamasalar da mükafatları verilir. Tədqiqatı keçirən mütəxəssislər, həmin yerdən ayrılırlar. Lakin, əsl təcrübə bundan sonra başlayırdı. Tədqiqata qatılanların böyük əksəriyyəti özlərindən istənmədiyi halda, orada qalaraq yapbozu tamamlamağa davam etmişdilər.

Zeigarnik effekti ilə gündəlik həyatımızda da fərqində olmadan çox rastlaşırıq. Məsələn, televiziya proqramlarının sonunda “Ardı var” yazısı və ya hansısa məhsul hələ satışa çıxmadan, adı insanlara məlum olmadan onunla bağlı diqqət çəkən reklamların göstərilməsi bu effektə nümunədir. Bu effektdən özümüz də nələrisə yadda saxlamağa çalışarkən istifadə edə bilərik.

Zeigarnik effektinin sizə nə qədər təsir göstərəcəyi isə öz xüsusiyyətlərinizdən asılıdır. Əgər, hər bir şeyi mühakimə edənsinizsə, deməli, məsələnin sonunu bilmək sizə maraqlı olacaqdır və effektə daha çox məruz qalacaqsınız. Lakin, məsələnin sonunu bilib-bilməmək sizin üçün vacib deyilsə, təsirə az məruz qalacaqsınız.

Fikrimizi yekunlaşdırsaq, keçmişdə planlayıb, həyata keçirə bilmədiyimiz işlərimizlə bağlı uğursuqluqları, təmin olunmamış duyğuların, yarım qalmış sevgilərin qırıntıları bizə Zeigarnik effekti olaraq və "kaş ki" şəklində, başqa cür desək, “yarım qalmışlıq hissi” olaraq geri dönür. 

                                   Fatimə Qəhrəmanova

Go Back

Uşaqlarda Ortaya Çıxan Tiklər

 

Memorial Xəstəxanası Uşaq və Ergen Ruh Sağlamlığı Uzmanları, uşaqlarda ortaya çıxan Tikler və Tikler müalicə yollarına bağlı məlumat verdi.

Mündəricat

Tik necə bir pozuqluqdur?

Uşaqda tik hansı səbəbdən  ortaya çıxar? Hansı uşaqlarda görülər?

Uşaqlarda tik hansı yaşlar arasında görülər?

Uşaqda tiklər qalıcıdırmı?

Tiklərin qalıcılığının qarşısını almaq olarmı? Tikli uşağa ailənin münasibəti necə olmalıdır?

Tiklər mövzusunda müvəffəqiyyətli olan müalicələr nələrdir?

 

Tik necə bir pozuqluqdur?

 

Uşaqlarda görülən; tətikləyici, istək xarici, məqsədə istiqamətli olmayan, ancaq baskılanabilen göz qırpma, burun çəkmə, boğazını təmizləmə kimi qəribə hərəkət və səs çıxarmaları, tik olaraq adlandırılır. Səs çıxarma şəklindəki Tikler digər bədən hərəkətləri ilə əlaqədar tiklerle birlikdə görülsə "Tourette Sindromu" adı verilən xüsusi bir vəziyyətdən bəhs edir. Səs çıxarma şəklindəki Tiklər; boğaz təmizləmə, səs çıxarmadan mövzudan kənar müəyyən sözləri ya da deyimləri təkrarlama, açıq-saçıq sözlər istifadə etmə, söyüş söymə və öz söylədiklərini, duyduğu son səsi və cümləni təkrarlaması  şəklində ortaya çıxar.

Uşaqda tik hansı səbəbdən  ortaya çıxar? Hansı uşaqlarda görülər?

Səbəbi tam olaraq aydın ola bilməmiş olmaqla birlikdə Tiklərin meydana gəlməsində genetik və ekoloji faktorların rol oynadığı güman edilir. Beyin kimyasallarından (nörotransmitter) biri olan dopaminin anormal mübadiləsindən qaynaqlandığına dair diqqətə dəyər sübutlar əldə  edilmişdir. Tik əlamətləri ümumiyyətlə gərginlik verən bir hadisə sonrasında artar. Ailə və ətraf tərəfindən edilən xəbərdarlıqlar ilə cəzalandırmalar, Tiklərdə artıma səbəb ola bilər. Tiklərin genetik xüsusiyyəti diqqətə çarpan olub, yaxın qohumlarında da Tiklər olan uşaqlarda daha çox rast gəlinir.

Uşaqlarda tik hansı yaşlar arasında görülər?

Tiklər ən çox uşaq və yeniyetmə yaş dövrlərində başlayır. Ən sıx görüldüyü yaşlar 7-12 yaş  arasındadır.

Uşaqda Tiklərin qalıcılığı vardırmı?

Tiklər müvəqqəti ya da qalıcı ola bilər. Müvəqqəti olaraq xarakterizə edilən Tiklər, müxtəlif bədən bölgələrində ortaya çıxar və bir ildən qısa bir müddətdə itər. Bu pozuqluq, uşaqlar  arasında olduqca məşhurdur. Sağlam uşaqların  12-14 %-ində, daha tez-tez 3-10 yaşları arasında görülər. Əgər bir uşaqda bu davranışlar bir ildən çox davam etsə buna uzun sürən tik pozuqluğu adı verilməkdədir. Uşaqlarda görülən Tiklərin böyük bir qismi yetkin yaşa gəlmədən itər, ancaq bir qismi  yetkin dövrdə də qalıcı ola bilər.

Tiklərin qalıcılığının qarşısını almaq olarmı? Tikli uşağa ailənin münasibəti necə olmalıdır?

Tiklərin yerləşməsində ana, ata ya da müəllim kimi, uşaqların ünsiyyətdə olduğu şəxslərin rolu əhəmiyyətlidir. Çünki böyüklər, uşaqda ortaya çıxan tiklər səbəbiylə qayğılanaraq, uşağın hər davranışını idarə etməyə çalışmaqdadır.Böyüklərin, uşaqları davamlı xəbərdar edərək özlərini nəzarət etmələrini istəmələri, iki şəkildə təsirli olaraq uşaqlarda Tiklərin yerləşməsinə gətirib çıxarmaqdadır. Ana atanın qayğısı səbəbiylə, uşaq davranışlarına nəzarət etməyə çalışır , yaşadığı gərginlik nəticəsində Tiklərin daha çox ortaya çıxmasına səbəb olur. Bu səbəblə Tikləri söndürmə və yox etmədə, ailə müəllim əməkdaşlığı əhəmiyyətlidir. Müəllimin məlumatlandırmasıyla sinifdə uşaq üçün daha müsbət və dəstəkləyici bir mühit təmin edilə bilər. Müəllim tərəfindən uşağın Tikler səbəbiylə davamlı azarlanması məktəbdən uzaqlaşmasına səbəb ola bilər. Müəllimin məlumatlandırılması da, tik davranışlarına müsbət yaxınlaşmadır və  təmin edilməsi çox əhəmiyyətlidir.

Tiklər  mövzusunda müvəffəqiyyətli olan müalicələr nələrdir?

Dəstəkləyici müalicə və dərman müalicəsi faydalı ola bilməkdədir. Əgər uşaq Tikləri ev xarici mühitlərdə sərgiləmirsə, müəyyən hallarda göstərirsə; bunun səbəblərinin qiymətləndirilməsi lazım olacaq. Gərginliyin artdığı  ya da sıx əlaqənin göstərildiyi hallar aşkar edildikdə gərginliyin azaldılması, dəstək və marağın uşağın müsbət istiqamətlərinə yönləndirilməsi Tiklərin  ortadan qalxmasına köməkçi olur. Tikler tez-tez yenidən ortaya çıxır, uşağı narahat edərək yoldaş əlaqələrində ictimai həyatında problem yaradır, uşağın özünə etibarına mənfi təsir edirsə, uşaq və yeniyetmə  psixoloqu, mütəxəssisə müraciət edilməli, dərman müalicəsi əlavə olunmalıdır.

Go Back

İPOXONDRİYA NƏDİR?

 

 “Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər.

        Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər.

       İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər.

Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir problemdir. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi  ola bilər.

       Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.

       İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. Dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Nəticədə xəstə bu cür davranışlardan qaçınmalıdır.

                                   SALAMZADƏ AFAQ

Go Back

20 blog posts