Düşüncə Jurnalı

header photo

"Autizm – insanın ünsiyyət bacarıqlarında pozğunluqla özünü göstərən haldır." - AYTAC SALEH

01-12-2015

İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler(1857-1939) tərəfindən “Autizm” termini elmi ədəbiyyata gətirilib.”Autizm” termini  “autos”(özüm) yunan sözündən əmələ gəlib.Daha sonra Amerika psixiatrı Leo Kanner 1943 –cü ildə erkən uşaq autizminin təsvirini verib.Asperger sindiromu və Rett sindromu adıyla təsnif olunan autizm formaları da mövcuddur. "Xarici ölkələrdə, bu xəstəlik 30-40 ildir ki, tanınır, ona diaqnoz qoyulur. Xəstəlik, əsasən, üç yaşına qədər olan uşaqlarda aşkarlanır. Əgər bu yaşa qədər uşaq yaşıdları kimi düzgün inkişaf getmirsə, ona autizm diaqnozu qoyurlar".Ölkəmizdə isə təxminən 2000-ci ildən uşaqlarda autizm sindromu diaqnozu qoyulur.

AUTiZM NƏDİR?

* Autizm sosial və ünsiyyət qabiliyyətlərinin yaranmasına təsir edən ümumi inkişaf problemidir.

* Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyəbaşlayır.

* Autizmli uşaqlar əsasən öyrənmək və dərk etməkdə çətinlik çəkirlər.

* Autizmli uşaqların böyük əksəriyyətində müxtəlif səviyyəli əqli çatışmazlıq özünü büruzə versə də, əqli səviyyəlri normal olan autizmli uşaqlar da var.

* Ancaq ümumi əqli vəziyyətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq autizmli uşaqlar onları əhatə edən dünyanı dərk etməkdəçətinlik çəkirlər.

* Bir qadının müxtəlif problemləri olan uşaq dünyaya gətirməsi ehtimalı 2%-dirsə, autizmli uşaq dünyaya gətirməsi ehtimalı 0,5%-dir .

* Autizmli uşağı olan ailənin növbəti doğulacaq uşağında da autizm ehtimalı 3%-dir.

* Autizm oğlan uşaqlarında qız uşaqlarına nisbətən 4 dəfə artıq müşahidə olunur.

* Autizmin əlamətləri və inkişaf dərəcəsi müxtəlif ola bilər. Məhz ona görə də autizmin dərəcələrini təsnif etmək çətindir.

  Autizmli uşaq

-Başqalarına qarşı laqeyddir.

-Göz-gözə baxmaqdan çəkinir

-Başqaları ilə münasibət qurmağa həvəssiz olur

-İstəklərini özündən böyüklərin əllərindn istifadə edərək işarələrləbildirir

-Uşaqlarla oynamır

-Daha çox müəyyən bir mövzuda danışır

-Tez-tez təkrara yol verir

-Səbəb olmadan ağlayır,gülür və səbəbi izah olunmayan hərəkətlər edir

-Mənasız sözləri tez -tez təkrarlayır

_Müəyyən hərəkətləri dəfələrlə təkrarlamağı xoşlayır

-Yaradıcılıq tələb edən oyunlar oynamır

-Bəziləri isə yaradıcılıq tələb etməyən işləri olduqca cəld və yaxtında  yerinəyetirirlər

Autizm – insanın ünsiyyət bacarıqlarında pozğunluqla özünü göstərən haldır. Sosial münasibətlərdə, ünsiyyətdə, təsəvvüredici oyunlarda olan çətinliklər, stereotip davranış, maraqlar və fəaliyyətlərdir. Autizmli insanlar gündəlik situasiyaları anlamaqda çətinlik çəkirlər.

 «Аutizm» termini müxtəlif dərəcədə nəzərə çarpan, geniş spektirli vəziyyətləri özündə birləşdirsədə, bütün vəziyyətlərdə aşağıdakı əlamətlər ilə xarakterizə olunur :

1.Sosial münasibətlərdə pozğunluq

2.Nitq və ünsiyyətdə pozğunluq

3.Тəsəvvür etmədə pozğunluq

Sosial bacarıqlar

·       Münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik

·       Ətrafdakılara yad və laqeyd münasibət

·       İnsanlara cansız əşyalara olduğu kimi münasibət

·       Sosial davranışların “incəliyini” başa düşməmək (anlamamaq)

·       Başqa insanların dа istəyinin, məqsədinin və nəzər nöqtəsinin olduğunu başa düşməmək

Nitq və ünsiyyət

·       Sözlərin mənasını anlamaqda çətinlik

·       Ancaq öz ehtiyaclarının ödənilməsi ilə мəhdudlaşan  ünsiyyət

·       Başqa insanların jestlərini, səs intonasiyalarını, bədən dilini və mimikasını təqlid etməkdə çətinlik

·       Nitqdən qeyri adi istifadə (özü haqqında üçüncü şəxsdə danışmaq)

·       Nitqi hərfi мənаdа anlamaq

Təsəvvür

·       Bir fikirdən digərinə keçməkdə çətinlik

·       Rutinaya ciddi əməl etmə (dəyişikliklərə müqavimət)

·       Rollu təsəvvüredici  oyunlarda iştirak еtməkdə çətinlik

·       Digər insanların fikirlərini anlamaqda çətinlik

Autizmin xüsusiyyətləri:
• Başqalarına qarşı maraqsızdır
• Göz təmasından qaçır
• Başqaları ilə ünsiyyət qurmur
• İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir
• Digər uşaqlarla oynamır
• Uzun müddət ərzində eyni mövzu üzərində danışır 
• Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir
• Mənasız sözləri ardıcıl təkrarlayır
• Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir 
• Yaradıcılıq tələb edən oyunları oynaya bilmir
• Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
• Davamlı olaraq eyni oyunları oynayır
• Ağrıya qarşı laqeyddir
• Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir
• Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
• Tək qalmağı seçir
• Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
• Predmetlərə bağlanır
• Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır

Autizm psixoloji problem olduğundan ilk baxışda bu uşaqları tanımaq olmur. Onların bəzisi ümumiyyətlə danışmır, sakit olur, bunların ilk baxışda autist oluqlarını müəyyən etmək olmur. Məsələn, adını soruşursan, deyə bilmir, sakit oturur, yalnız bu zaman onda hansısa problemin olduğunu müəyyən etmək olur. Lakin bəziləri isə kənarda özünü tanıdır. Düzdür, ətrafdakılar çox zaman autizm haqqında məlumatlı olmadıqlarından onun hərəkətlərinə məna verə bilmir və problemli uşaq olduğunu deyirlər".
"Bu əlamətlər müşahidə olunan uşaqları fərqləndirmək üçün onların oyuncaqları ilə necə oynamalarına diqqət etmək lazımdır. Məsələn, autizmli uşaq bir maşını götürür, təkərlərini dəfələrlə fırladır, çünki onlar davamlı olaraq bir oyuncaqla oynamağı, fırlanan şeylərə baxmağı, eyni şeyi təkrar etməyi sevirlər. Amma normal uşaqlar həmin maşını sürür və s. hərəkətlər edirlər. Həmin davranışlarla müəyyən etmək olar ki, həmin uşaqda autizm əlamətləri var". 

Autizmli  uşaqlar ilə işləyən zaman Piks istifadə olunur. Piks – qara fonun üzərində çəkilmiş ağ şəkillər və surətlərdir. Piks-in yaradıcısı – kanadalı mütəxəssis Cubxas Maxaracdır. О, Piks üsulunu nitqi daha yaxşı dərk etmək və qavramaq üçün hazırlamışdır.

Sözlərlə və jestlərlə birlikdə işlənilən Piks-lər nitqi başa düşmək üçün köməkçi vasitələrdir. Eyni zamanda Piks ünsiyyət qurmaqda çətinlik çəkən insanlara öz fikirlərinin ifadə etməyə kömək edir. Sözlərdən və işarələrdən fərqli olaraq Piks yox olmur, göz qabağında olur və şəkilləri  tanımaq üçün və ya şəkillər kombinasiyasının mənasını başa düşmək üçün lazım gəldiyi gədər vaxt olur (bəzi öyrənmə çətinlikləri olan insanlar üçün buna  20 saniyəyə qədər vaxt tələb olunur).

Nə üçün başqa ünsiyyət üsullarından çox Piks-ə üstünlük verilir?

·       Piks simvollardan yox şəkillərindən ibarətdir. Ona görə də, insan onları yalnız tanımalıdır, simvollardan fərqli olaraq mənasını yada salmaq üçün yaddaşını yormamalıdır

·       İşarələrdən fərqli olaraq Piks-lərdən isitfadə zamanı kiçik motorikanın yaxşı inkişaf etməsi şərt deyil

·       Qara fonun üzərində ağ şəkillərin və surətlərin dərk edilməsi daha asandır, nəinki, əksər hallarda qəbul edilən ağ fonun üzərində qara şəkillərin

·       Piks-lər  hamı tərəfindən tanınınr. Мəsələn: dükanda satıcı Piks-lə ifadə olunan alma şəklini daha asan başa düşər nəinki jestlə göstərilən.

Sensor inteqrasiya

Sensor inteqrasiya– bu bizim sağ qalmaq mexanizminin bir hissəsidir. Bu mexanizm hansı qıcıqları nəzərə almamaq, hansılara isə reaksiya vermək lazım olduğunu müəyyənləşdirir. Autizmli bir çox uşaqlar hissiyat orqanları vasitəsilə qəbul etdikləri məlumatları qəbul etməkdə və onları təhlil etməkdə çətinlik çəkirlər. Eyni uşaq müxtəlif vaxtlarda eyni bir qıcığa qarşı hiper və ya hiporeaksiya verə bilər

 

 

Hesab edilir ki, autizmin səbəbi beyin inkişafının pozğunluğu ola bilər, xromosom anomaliyalar və ya gen mutasiyaları. Autizm adətən oğlanlarda olur. Autist uşaqlar arasında, təxminən 30 %-i orta səviyyəsindən yuxarı intellektə malik olurlar, hətta bəzilərində müxtəlif sahələrdə nəzərə çarpan bacarıqlar ola bilər, lakin əqli inkişafdan qeri qalanlar da var.

Bəzən ele görünür ki, autistlərə heç kim lazım deyil, onlara təklikdə rahat olur. Lakin bu bele deyil, onların cəmiyyətə ehtiyacı var, onlar başadüşülmək istəyirlər, lakin bunu necə etməyi  bilmirlər. Valideynlərin məqsədi - ətraf mühit ilə kontakt (əlaqə) yaratmağda kömək etməkdir. Buna necə nail olmaq olar? Bu uşaqların davranışlarının korreksiyası üçün bir sıra tapşırıqlar işlənib hazırlanıb. Lakin nəticə əldə etmək üçün bu taspşırıqlar mütəmadi yerinə yetirilməlidir, onlar uşağın həyatının bir hissəsi olmalıdır. Valideynlər yadda saxlamalıdırlar ki, autist uşaqlar bele demək olarsa ləng uşaqlardır və gözləmək lazım deyil ki, dəyişikliklər tez görünəcək, ilk nəticələr bir neçə ay və ya il sonra görünə bilər.

Valideynlərə bir neçə tövsiyyələr:
- autizmli uşaq, hər bir digər uşaq kimi, şəxsiyyətdir, buna görə də ümumi tövsiyyələr istifadə edərkən, uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır . Autizmli uşaqlar böyüyərkən uşaqlığlarında alüdə olduqları sahə üzrə işləyə bilərlər. Məsələn, rəqəmlər ilə maraqlanan uşaq, gələcəkdə buxalter və ya vergi müfəttişi ola bilər;
- uşağın adət etdiyi qaydalara riayət etməyə çalışın;
-hər gün məşqul olmaq lazımdır, bu çox çətindir, lakin ancaq gündəlik məşğələlər nəticəyə gətirə bilər. 5 dəqiqədən başlamaq lazımdır və tədricən məşğələnin vaxtını gün ərzində 2-3 saata uzatmaq, əlbəttə ki, fasilələr ilə.
- uşağa "dayan" sözünü öyrətmək lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur, onlar real təhlükəni görməyə bilərlər: maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq. Əgər uşaq "dayan" sözünü biləcəksə bu onu travmalardan qoruya bilər. Bunu belə etmək olar: birdən hər hansı bir hərəkəti dayandırıb möhkəm "dayan" demək, tədricən uşaq ondan nə istədiyini başa düşəcək;
- autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaz lazımdır;
- digər uşaqlar ilə ünsiyyətdən qaçmaq lazım deyil. Yaxşı olardı ki, belə uşaq uşaq bağçasına getsin. Uşaq bağçasına gün ərzində 2-3 saatlıq da gedə bilər;
- uşağı mənasız, stereotip hərəkətlərdən yayındırmaq lazımdır. Bunu rəqs, yerində hoppanmaq və s. ilə etmək olar;
- uşaq ilə mümkün qədər çox söhbət etmək. Yadda saxlamaq lazımdır ki, autist uşaq digər uşaqlardanda çox ünsiyyət ehtiyacı var;
- insanlar bəzən tək qalmaq istəyirlər və autist uşaqlar da istisna deyil. Uşağa  "gizli" güşə yaratmaq lazımdır. Bu bele bir yer olmalıdır ki, uşaq burda öz fikirləri ilə təkbətək qala bilsin və ona heç kim mane olmasın;
- autizmi olan uşaqlar adətən yelləncəyi xoşlayırlar.
- uşağın ev heyvanları ilə ünsiyyətinə ehtiyat ilə yanaşın. Çünki, autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər. Ev heyvanını evdə saxlamağdan əvvəl, uşağa ev heyvanı yumşaq oyuncaq hədiyyə etmək olar;
- uşaqların müxtəlif inkişafetdirici mərkəzlərə aparın. Məhz bu mərkəzlərdə Siz uşağınızla necə düzgün işləmək barəsində məlumat əldə edə bilərsiniz;

-Uşağınızla onun bütün vəziyyətlərini, narahatlıqlarını birgə yaşayın. Siz uşağınızı onun özündəndən  yaxşı başa düşməyi öyrənməlisiniz.

-Uşağınızın etimad və səmimiyyətini qazanmağa çalışın.

-Müvəffəqiyyət və səhvlərinizi diqqətlə təhlil edin. Hər zaman yeni yanaşmalar tapmağa çalışın.

-Tərəfdaş axtarın. Sizə kömək etmək istəyən insanlar hər yerdə var, lakin onları tapıb vəziyyəti başa salmaq lazımdır. Sizi başa düşməyib kömək etməyənlərdən incimiyin,ümidsiz bir hala düşməyin.

-Heç bir zaman ümüdinizi itirməyin, qalibiyyətinizə inanın. Əgər indi sizə çox çətindir nə vaxtsa gələcəkdə daha yaxşı olacağını düşünün.

  Uşaq və yeniyetmələrdə autizmin ağırlıq dərəcələrinə baxmayaraq ümumi simptomlar eynidir.Sosial münasibətləri qurmaqda,oyun oynamaqda və danışmaqda çətinlik çəkmək.Dəyişikliklərə qarşı çıxmaq və hətta dəyişikliklərə qarşı ağlamaqla,qışqırmaqla,özünü yerə vurmaqla müqavimət göstərmək. Autizmli yeniyetmələr başqalarına qarşı laqeyddir,göz-gözə baxmaqdan çəkinir,daha çox müəyyən bir mövzuda danışır,tez-tez təkrara yol verir,səbəb olmadan ağlayır,gülür və səbəbi izah olunmayan hərəkətlər edirlər.

  Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm sosial və ünsiyyət qabiliyyətlərinin yaranmasına mənfi təsir edən ümumi inkişaf problemidir. Bu uşaqlar və yeniyetmələr  əsasən öyrənmək və dərk etməkdə çətinlik çəkirlər.Onların böyük əksəriyyətində müxtəlif səviyyəli əqli çatışmamazlıq  özünü büruzə versə də,əqli səviyyələri normal olan autizmli uşaqlar da vardır.Lakin ümumi əqli vəziyyətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq autizmli insanlar onları əhatə edən dünyanı dərk etməkdə çətinlik çəkirlər.

   Autizm sindromunun yaranma səbəbi konkret olaraq elmə məlum deyil.Son dövrlərdə aparılan tədqiqat işləri ,çoxsaylı elmi araşdırmalar autizmin genetik bir qusur olması ehtimalını gücləndirir.Autizmin səbəbi məlum olmadığı kimi tam müalicəsi üçün də hal-hazırda hansısa üsul və ya dərman mövcud deyil.İstifadə olunan preparatlar əsasən hiperaktivliyi azaldan və diqqətin artmasına kömək edən bilavasitə uşaqların təlimlərdən daha çox faydalanmasına kömək edən köməkçi preparatlardır.

 Autist uşaq və yeniyetmələrin sosial adaptasiyasının yaxşılaşdırılması məqsədi ilə  pedaqoq və psixoloqlar tərəfindən aparılan korreksiya üsulu ,qrup terapiyası və fərdi məşğələlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.  Səbr və proqramlı şəkildə aparılan xüsusi təlim-tərbiyə vasitəsilə autizmli uşaqlara gündəlik həyat bacarıqlarını ,danışmaq və ünsiyyət qurmaq bacarıqlarını aşılamaq mümkündür.

   Holdinq terapiyası 1983 cü ildə (holdinq-saxlamaq) həkim M.Welch tərəfindən yaradılmış sadə psixoterapevtik texnikadır.Bu terapiya autist uşaqları olan ailələrə psixoloji kömək forması kimi tətbiq olunur.

   ”Holdinq”üsulu 3 hissədən ibarətdir.

1.Konfrontasiya

2.Müqavimət

3.İcazə

   Vizualizasiya üsulu “Sevgi hədiyyəsi” -2004 cü ildə yaradılmış maraqlı bir üsul olub psixoloqun uşaqla fərdi qaydada iş aparması ilə yanaşı valideynlərlə də psixoloji iş aparmasını nəzərdə tutur.Tətbiq olunan üsulun köməyi ilə uşaq qapalı vəziyyətdən çıxarılır.

   Qum terapiyası –autist yeniyetmələrin inkişafına müsbət təsir göstərir.Aromaterapiya və musiqi terapiyası ilə gücləndirildikdə isə daha böyük imkanlar təqdim edir.Qumla məşğələlər ,xüsusi seçilmiş musiqi parçalarının eləcə də təbiət səslərinin (dəniz,çay,şəlalə səsi,quşların nəğməsi və.s)sədaları altında daha effektli təsir edir.Emosional vəziyyəti tənzimləyir.

Autist yeniyetmələrin sosial adaptasiyasında kollektiv oyunların,fərdi və qrup məşğələlərinin ,açıq havada gəzintilərin və ekskursiyaların rolu böyükdür.Uşaq inkişafı mütəxəsislərinin ,pedaqoq və psixoloqların valideynlərlə birgə apardığı uğurlu inkişafetdirici tədbirlər nəticəsində çox az təsadüf olunmasına baxmayaraq ,autizmin təsirindən xilas olub normal həyata qovuşan autizmli uşaqlar da vardır.

 Həqiqətən də, cəmiyyətin autizm haqqında yetərli məlumatı yoxdur. İnsanlar əsasən, övladlarında bu problem aşkarlanandan sonra məlumatlanırlar. Məlumat olmadığından bəziləri illərlə uşağın probleminin nə olduğunu anlamır, həkimə müraciət etmirlər.Insanlar yetərincə məlumatlı olmadıqlarından, həmin uşaqlarla necə davranmaq lazım olduğunu da bilmirlər. Yəni uşağın davranışında hər hansı problem olarsa, cəmiyyət onunla mehriban davranmalıdır. Lakin çox zaman əksini müşahidə edirik. Belə uşaqları özlərindən kənarlaşdırmağa çalışır, onu dəli adlandırırlar.

Aytac  Saleh

Bakı Qızlar Universiteti

Qrup:   i2-13

Fakültə: Sosial-Pedaqoji

İxtisas:İbtidai sinif müəllimliyi

 

                

Go Back

Sorğu göndər