Düşüncə Jurnalı

header photo

"Biz bu uşaqlara vaxtında diaqnoz qoyub cəmiyyətə yararlı vətandaş edə bilirikmi?!" - LALƏ ƏLƏKBƏROVA

01-12-2015

  Biz sivilizasiya  dövründə yaşayırıq.Yaşadığımız mühitdə böyük dəyişikliklər baş verir. Bu dəyişikliklər insanların sağlamlığına təsir göstırir.Xəstəliklərin get-gedə sayı artır.Doğulan uşaqların bəziləri doğuşdan xəstə doğulur.Belə xəstəliklərdən autizmi  daun  sindromunu    və s.-ni göstərmək olar.
   Autizm nədir-fərdin  ictimai ünsiyyətinə  dil inkişafına və xarici dünyadan gələn informasiyaları  qəbul  etməsinə təsir edən neyro-inkişafi pozğunluqdur.
       Autizm ilk olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən Erkən Uşaqlıq Autizmi olaraq adlandırılmışdır.
     Autizmin inkişaf etmə səbəbləri tibdə hələ ki, dəqiq müəyyən edilməyib.Autizm ömrü boyu sürən, zehni bir narahatlıq olub  əsasən ictimai qarşılıqlı ünsiyyətdə istifadə edilən, nitqdə, simvolik xəyali oyunlarda gecikmələr kimi özünü göstərən bir narahatlıq kimi təsnif olunur.
      Ən real səbəb hamiləlik zamanı virus infeksiyasının olması sayılır.Həkimlərin müşahidələrinə görə autizm bir çox hallarda hamiləlik
zamznı qızılca, məxmərək, suçiçəyi keçirmiş anaların uşaqlarında inkişaf edir.
      Autizmi olan uşaqların baş beynində müəyyən orqanik pozulmalar müşayiət olunur.Bu xəstəlik daha çox oğlan uşaqlarında rast gəlinir.Adətən
bu xəstəliyin diaqnozu əsasən 36 aylıqdan sonra qoyulur.Lakin autizmin əlamətləri  18 aydan əvvəl ortaya çıxır.Bəzi uşaqlar 12-18 ay arası normal inkişaf edirlər, daha sonra geriləməyə başlayırlar.
      Autizm diaqnozu 18 ay və daha əvvəl qoyula bilər .Autizmin fiziki  göstəriciləri olmadığı üçün diaqnoz qoymaq və qiymətləndirmək müşahidə və standartların verdikləri məlumatlara söykənərəkdir.
     Xəstəliyin diaqnozu nə qədər tez qoyulsa onun korreksiyası bir o qədər asan olar.
      Autizmin ilk əlaməti  uşağın 3 ayında üzə çıxmağa başlayır.Lakin bu yaşda heç bir həkim ona dəqiq diaqnoz qoya bilmir.
      Adətən körpə uşaq öz anasının səsini eşidəndə,  özünü görəndə sevinir, gülümsəyir.Lakin autistik uşaqda bunlar olmur.
       Autizm  3  sahədə özünü göstərir.
                1.Sosial mühitdə.
                2.Ünsiyyət və dil inkişafında.
                3.Məhdud və təkrarlayıcı davranışda.
  Autizmin spektr pozuntuları.
Asperger sindromu
Rett sindromu
Uşaqlıq dezinteqrativ pozuntusu
Atipik autizm
Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir əsas simptomları ümümi xarakter daşıyır.
       Autizmli uşaqlar öz yaşıdları ilə deyil, özündən böyüklərlə ünsiyyət qurmağa üstünlük verir.Bəzən onlar özləri üçün özünəməxsus aləm yaradır,sanki bu aləmdə yaşayır və çagıranda cavab vermirlər.Bu səbəbdən belə uşaqlar xarici aləmin qıcıqlandırıcılarına əksər hallarda heç bir reaksiya vermir və yalnız bir dəfə eşitdiyi mahnı və ya şeri asanlıqla təkrar edirlər.
     Autistik uşaqlarda ünsiyyət çox zəif olur. Ünsiyyətdən qaçmaq ekstremal təklik ,streatip davranışlar sərgiləyir, ictimai oyunlara qoşula bilmir.İ stəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.Mənasız sözləri ardıcıl təkrarlayır.Predmetləridavamlı   olaraq cevirməkdən xoşu gəlir.Ağrıya qarşı laqeyddir.Tək qalmağı xoşlayır. Sual, əmrləri, sadə məcazi ifadələri anlaya bilmirlər.Şəxs səvəzliklərini  anlamırlar.Onlar dildən funksional olaraq istifadə etmirlər.Dəyişikliklərə həddən artıq reaksiya verirlər.Eyniliyi qoruyub saxlamağa çalışırlar. Bəzi əşyaların parçaları ilə həddən artıq məşğul olurlar. Yellənmə, fırlanma, əl çırpma kimi təkrarlayıcı hərəkət edirlər.Göz kontaktına az girirlər, yersiz ağlayır, yersiz gülür ,fırlanan əşyalara meyilli olurlar.Motorikanın inkişafı zəif olur.Nitqi çox geri qalır.Bəziləri 5 yaşa çatdıqda tək sözlərlə danışa bilir.
      Autizmli uşaqlar güclü səsləri,  musiqini, toxunuşları xoşlamır və bu onlarda qəribə reaksuyaya səbəb olur.
      Adətən onlar xəyal qura bilmirlər.Təxəyyül tələb edən oyunları oynaya bilmirlər. Exolalik (cavab vermək əvəzinə özünə deyilənləri eynilə təkrar etmək) danışır.
     Autizmin korreksiyasında psixoterapiyadan, loqapedik məşğələdən, qorxu və aqresiyanın terapiyası, Art terapiyadan, kukla terapiyasından, qum terapiyasından istifadə edilir.
       Autizmli uşağın müalicəsi daim təkrarlanmalıdır.Hər gün eyni hərəkətləri təkrar etmək lazımdır ki,  unutmasın .Onu əhatə edən mühit dəyişilməməlidir.Uşağın diqqətini cəlb etmək lazımdır. Onlarla uca səs tonu ilə danışmaq lazım deyil .Onlara qarşı mehriban olmaq lazımdır.
     Müalicəsi  üçün  psixiatopa, psixoloqa müraciət etmək lazımdır.DSM-IV
CARS   ADLADOS  testlərindən eşitmə testi, nevroloji testdən keçirilməlidirlər.Lakin belə xəstə uşaqları olan valideynlər ruhdan düşməməli, onlar marifləndirilməli, onlara psixoloji yardım göstərilməlidir.
      Autizmli  uşaq bir şəxsiyyətdir.Onların adət etdiyi qaydalara riayət etməyə şalışın.Heç bir zaman ümidinizi itirməyin .Unutmayın ki tarixdə iz qoymuş dahi şəxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar.

                                                ESSE
Ulu kainat yaradılışından sirli- sehirli olub və qərinələr boyu belə davam edir.Allahın ən böyük möcüzəsi insan təbiətin gözəlliyindən bəhrələnib inkişaf etdikcə ixtiralar  artır.İnsan əməyi yüngülləşsin deyə avtomobillər, təyyarələr, qatarlar, soyuducular  qadınların əməyini yüngülləşdirən paltaryuyanlar və digər məişət avadanlıqları ixtira edildi.Bu zaman insan sevindi.Sevindi ki, əməyi yüngülləşdi.
      Amma ixtiraların acı nəticəsi kimi  maşınların tüstüsündən, soyuducuları işlədən qazlardan və digərlərindən törənən fəsadlar təbiətin günbəgün kirlənməsinə, azon təbəqəsinin zədələnməsinə səbəb olur.
       Əvəzində xəstəliklər durmadan artir...İnsanlar çarəsi olmayan xəstəliklərə düçar olurlar.Körpələr xəstə doğulur...
       Autizm –erkən yaş dövründə başlayan həyat boyu davam edən sosial münasibətlər və ünsüyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixatrik bir pozuntudur.Artıq ölkəmizdə 10 uşaqdan biri autizm xəstəliyinin daşıyıcısıdır.Gəlin baxaq biz bu uşaqları vaxtında diaqnoz qoyub cəmiyyətə yararlı vətandaş edə bilirikmi? .Artıq illərdən bəridir ki, bu uşaqlara əqli gerilik diaqnozu qoyaraq onların normal uşaqlarla birgə təhsil almasının qarşısını alır.Halbu ki, belə xəstə uşaqlara düzgün sağlam ünsiyyət çox vacibdir.Artıq ölkəmizdə autizmli uşaqlara qayğı artmaqdadır.Xüsusi mərkəzlər tikilir, yaradılır.Əgər aurizmli uşaqlar erkən yaşlarında düzgün diaqnoz qoyularaq bu mərkəzlərdə müalicə olunarsa onda həmin körpələrdə cəmiyyətdə öz yerlərini tapa bilərlər.
       Ey insanlər gəlin təbiəti qoruyaq .O zaman xəstəliklər azalar cəmiyyətimiz sağlam olar.
       Məsəl var .Anadır evin dirəyi
       Bir dirək yıxılsa bir divar yatar.
       Ana təbiəti itirsən əgər
       Bir ev yox,  bir kənd yox
       Bir dünya batar.                                      

 

LALƏ ƏLƏKBƏROVA

 

Go Back

Sorğu göndər