Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "lale ehmedova"

NİGAHDAN QABAQ ÖVLADLARINIZI PSİXOLOQA APARIN

Hər bir insan doğulduğu andan etibarən sevgiyə qarşı bir aclıqla doğulur.İnsanlar həyatları boyunca bir sevgi arayışında olurlar.Qızlar daim o nə vaxtsa gələcək ağ atlı oğlanı,oğlanlarda gözəlliyindən doya bilməyəcəkləri Şahzadə xanıımı gözləyirlər.

İllər keçir,insanlar zaman dilimində həyatlarını tənzimləməyə,bir şəkildə qurmağa çalışırlar.Biri təhsilə  önəm verir,biri işləyir pul qazanır və kamil bir yaşa gəlib çatdıqlarında nəhayət ailə və övlad sahibi olmaq istəyirlər.

Sevgi arayışı içərisində keçən illər ərzində bəziləri böyük və fırtınalı sevgilər,ayrılıqlar yaşayırlar.Aldıqları travma sonrasi nəhayət ki,ağıllı bir qərar verməyin vaxtının gəlib çatdığını düşünürlər.İstər ailənin məsləhəti,istər özünün tanış olduqları insanla ailə qururlar.Qadınların ailə haqqındakı təsəvvürləri başqa,kişilərin ailə haqqında təsəvvürləri başqadır.Qadın hədsiz nümunəvi,onu sevən,ona dəyər verən,qoruyan təkcə ona məxsus (bəziləri nigahı şəxsi mülkiyyət hesab edirlər),hər gün ona yeni surprizlər edəcək birinin xəritəsini  öz beyinlərində canlandıırlar.

Üzücü budur ki,bu xəritədə pis heç nə yoxdur,yalnız pozitivə köklənmiş bir xəritə.Sadəcə istər qadın olsun,istərsə də kişi bəzən bunu unudur ki,”Nümunəvi insan deyə bir şey yoxdur həyatda”,ağ varsa qarada,yaxşı gün varsa yaman gündə var.

Heç  bir insan nümunəvi deyil,heç olada bilməz,Adi batareyaların belə müsbət və mənfi tərəfi var.Yəni insanda belədir.Biz heç kimi dəyişib istədiyimiz hala sala bilmirik.

İnsan xarakteri dəyişmir.Sadəcə insan yaxşı insanların arasında olub özünə yaxşı nümunələr götürə bilər.Demək həyatdakı əsas prinsiplərdən biri  yaxşılardan nəyisə götürməyə çalışmaqdır.

Ailədə isə müəyyən rol modelləri olur.Adətən oğlanlar analarına,qızlar atalarına bənzəyən insanları özlərinə ömür-gün yoldaşı seçməyə çalışırlar.Vay o gündən ki,indi bu rol modellərinin əksi ilə qarşı-qarşıya gəlirlər.Onda işlər sözün əsl mənasında qarışır.

Ailə qurulub,hətta uşaq belə dünyaya gəlibsə,bəziləri həyatları ilə barışıb həyatı bu cür davam  etdirməyi,bəziləri isə razılaşmamağı,mübarizə aparmağı seçir.Ailə quran insan demək olar ki,o toy nişan təlaşı içərisində hər şeyi unudur və o an gəlib çatanda ki,həqiqətlərlə burun buruna gəlir,onda şimşəklər çaxmağa başlayır.Yuxudan ayılan insan üçün yaşamaq artıq dəhşətli bir vəziyyət alır.

İnsan illərlə öz yalanlarına və yaxud xəyallarına özünü inandırıb,indi həqiqətlə üzləşməyə onun psixikası hazırdırmı?

Məsələn qızlar ailə qurduqlarında heç vaxt o sualı özlərinə vermirlər.”Mən ana olmağa hazıram? “ .”Mən ailəmin problemlərini həll etməyə yetəri qədər gücü çatdırar bilərəm? “.Yox əsla,o anda hamını maraqlandıran tək sual “Ağ gəlin donu “ ,”Təzə ev əşyaları” və beyində ideallaşdırılmış ailə həyatı.Məsələ və ya problem burdadır ki,heç bir ailə öz övladını ailə qurmamışdan öncə bir psixoloqa aparıb müayinə etdirmir ki,”Mənim övladım psixi cəhətdən ailə qurmağa hazırdırmı? “.Hər hansı bir çətinliklərlə qarşılaşsa onun psixikası buna nə reaksiya verəcək?

 

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

DİQQƏTİN DAĞILMASI VƏ TRAVMALARIN ONA VURDUĞU ZƏRBƏLƏR

Öyrənməyə təsir edən faktorlardan biri də diqqətdir. Öyrənərkən və ya mütaliə edərkən diqqətin cəmlənməsi olduqca vacibdir. Bu baxımdan diqqət dağınıqlığı təhsil və tibb sahəsinin ən ciddi problemlərindən biri kimi qarşımıza çıxır.

Məlumdur ki, insan orqanizminə o cümlədən, psixologiyasına, hisslərinə təsir edən bir sıra amillər mövcuddur. Çünki orqanizm yaradılış etibarilə xarici və daxili təsirlərə cavab verə bilmək qabiliyyəti ilə təchiz olunub. Diqqət dağınıqlığı da məhz bu reaksiya nəticəsində əmələ gəlir.

Araşdırmalar nəticəsində aydın olur ki, bir insan diqqətini hər bir əşya və ya mövzu üzərində 16-20 dəqiqə cəmləyə bilir. Yenə psixoloji tədqiqatların nəticəsinə nəzər salsaq: İnsanlar sevdikləri kitabı oxuyarkən, kinoya baxarkən və ya futbol oyununu seyr edərkən, iki saatadək vaxt ərzində bütün diqqətlərini bir məsələyə cəmləməyi bacarırlar. Demək bu misaldan da aydın görmək olar ki, insan sevdiyi bir işlə məşğul olduğu zaman diqqətinin yayınmamasına daha az yol verir.

İnsan daim dəyişən duyğu və istəklərini tənzimləmək üçün diqqətini bir işdən başqa işə yönəltməyi xoşlayır. Burada diqqətin cəmlənməsi üçün müəyyən faktorların rolu böyükdür. Məsələn: səs, işıq, rəng və digər faktorlar.

Psixoloji baxımdan daim yenilik arayışında olan insan üçün monotonluq və eynilik təkraralanan proseslərdən qaçma da tez-tez diqqətin dağılmasına və motivasiyanın düşməsinə səbəb ola bilir. Bu hallarda hər hansı bir prosesə diqqəti cəmləmək çətin olur. Diqqət problemlərində insanlardakı fərdi xüsusiyyətlər də nəzərə alınmalıdır.

İnsanların bir qismi daha dinamik, rəngarəng və aktiv olduqları halda, digərləri daha sönük, monoton ampulada qalmağa üstünlük verirlər. Əsasən travma və travmanın sonrakı mərhələdə depressiya, sarışan nevroz, təşviş və həyəcan göstəricilərinin oynaması nəticəsində də insanlarda diqqət dağınıqlığı tez-tez müşahidə olunur. Bu cür insanlar daha qayğılı bir görkəm alırlar. Beyində bitmiş proseslərə qarşı belə tərəddüd mexanizmi işə düşür. Diqqətin dağıması və dalğınlıqdan dolayı insanlar gördükləri işlərin belə dəqiq yerinə yetirilib-yetirilməməsi barədə şübhə duya bilirlər. Məsələn: qağını bağladımmı? İşığı, qazı söndürdümmü? Bir otaqdan digər otağa nə üçün keçdiyini belə unudacaq qədər tərəddüd və narahatlıq duyurla. Bu cür hallarda daha çox hafizənin itməsindən, hədsiz fikirli olduqlarından, son zamanlarda baş verən hadisələrin yorğunluğundan şikayətlənən pasiyentlərimiz psixoloqun qəbulunda olduqdan sonra müəyyən texnikalar vasitəsilə bu hallardan asanlıqla canlarının qurtarmasına şahid olurlar. Təəssüf duyduqları isə bu cür problemlərə görə uzun illər əziyyət çəkdikləri və boşuna itirdikləri zamana heyflərinin gəlməsi olur. Necə deyərlər.. “dərd varsa, dərmanı da var”.

Bəzən bu cür diqqət dağılmalarında yaş və həyat tərzi göstəriciləri də nəzərə alınır. Böyüdükləri ailə, yaşadıqları mühit və çevrə həyatlarında baş verən travmalarında diqqətin və hafizənin itməsində öz rolu var. Bəzi hallarda insanların şüur alrında gizlətdikləri uşaqlıq qorxuları, təşviş və narahatçılıqlar belə onların gələcək həyatında öz xoşagəlməz izlərini buraxa bilir. Ümumiyyətlə götürsək, insan aldığı bütün travmaların qırıntılarını öz şüuraltına daşıyır. Nəticə etibarilə illərlə bu travmaların beyində açdığı izlərin nəticəsində qayıdış mexanizmində bu travmalar müxtəlif xəstəliklərin fonunda üzə çıxa bilir.

Travmalar bəzən gizli bir şəkildə getdiyinə görə proses həmin an və zaman ərzində yox, illər sonra beynin yorğun, depressiv bir anında ortaya çıxa bilir. Buna şüuraltı xronikiləşmiş narahatlıqlar da deyə bilərik. İnsanların əksəriyyəti hər hansı qorxu və travmanın vurduğu zərbənin həmin anda fərqində belə olmaya bilirlər.

İllər sonra növbəti bir qığılcım xroniki halda şüuraltında yatan ocağı üzə çıxara bilir. Ona görə də biz diqqətimizdən yayındırmamalıyıq ki, hər hansı bir travma (qəza, itki, qorxu, əməliyyat, zərbə) sonrası həmən həkimlərə və psixoloqlara müraciət etmək bu cür xoşagəlməz halların qarşısını ala bilir. Necə deyərlər: “Sağlam bədəndə, sağlam da ruh olar”.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Lalə Əhmədova

pcc.az

Go Back

2 nəticə göstərilir