Düşüncə Jurnalı

header photo

Komplekslər həyatınızı zəhərləyir

01-07-2014

Komplekslər – bu sözü eşidəndə ilk ağlınıza gələn nə olur? Döyükən gözlər, inamsız yeriş, yaxud ümumi söhbətə girişməmək.

“Məni uşaqlıqda həmişə döyürdülər. Ona görə yox ki, zəif idim, sadəcə hansısa komplekslərim var idi və düşünürdüm ki, onlar güclüdür mən onlara qalib gələ bilmərəm.” 30 yaşında öz karyerasından narazı kişi.

”Mən hər zaman başqaları kimi qəşəng olmadığımı, zövqsüz geyindiyimi və öz yaşıdlarımdan fərqləndiyimi düşünürdüm”. Ona görədə mənimlə maraqlanan ilk kişi ilə evləndim. Çünki hər zaman evdə qalacağımdan qorxurdum. 40 yaşında yaraşıqı və həyat yoldaşı ilə ayrılmaq ərəfəsində olan bir xanım.
Komplekslər necə yaranır?
Hər iki faktda ümumi olan odur ki, onlar özlərini başqaları ilə müqayisə edirlər (kim güclüdür, kim varlıdır, kim qəşəngdir) sonra isə özlərində komplekslər yaradırlar.
Başqa bir vəziyyətdə komplekslərin yaranmasına əldə olanını qiymətləndirməmək durur. Üçüncü variantda bu pataloji vərdişi valideyinlər yaradır. Tez –tez uşaqlara xatırlayırlar sən heç nə bilmirsən, yaxud daha uğurlu həmyaşıdları ilə müqayisə edirlər, beləliklə natamamlıq kompleksinin bünövrəsini qoyurlar. Artıq yeniyetməlikdə uşaq özü özünü başqaları ilə müqayisə edir. Bəs nəticə necə olur? Həyatdan narazılıq, gücsüzlük, pis əhval ruhiyyə, özünütənqid və şübhələr. Əksər insanlar uşaqlıqdan özlərini sevməyi və qiymətləndirməyi öyrənməyiblər. Ola bilsin ki, onlar valideyinləri tərəfindən kifayyət qədər sevilməyiblər. Belə insanların əsas davranış motivləri imtina edilmək qorxusudur. Çox vaxt onlar başqasının xoşagəlməyən rəftarına illərlə dözə bilərlər. Hər zaman onlar düşünür ki, nəyisə düz etmədilər, nə isə yaxşı görsənmir. Bəzən belə insanlar özünə yaxşı münasibəti görmürlər, öz ünvanlarına xoş sözlər eşitmirlər, çünki onlar bunun heç vaxt olmayacağına özlərini yönəldiblər.

Komplekslər xeyirlidir yoxsa təhlükəli

Birmənalı şəkildə natamamlıq kompleksi pisdir demək olmaz. Amerika psixoanalitiki Alfred Adlerə görə komplekslər normal və təbii insanı hisdir. O hətta öz fikrini belə bir afarizmlə əsaslandırdı. Hərtərəfli insan olmaq üçün natamamlıq kompleksi olmalıdır. Adlerin fikrincə komplekslər birmənalı şəkildə uşaqlığın fəsadlarıdır. Bəzən insanlar kökəldiyinə görə, hansısa şəraitdə xarici dildə danışa bilmədiyinə görə kompleksləri olduğunu deyir. Amma bunlar kompleks sayılmır. Natamamlıq kompleksi insanın həyatı boyu hiss etdiyi stabil vəziyyətdir. Statıstikaya görə komplekslərdən kişilər daha çox əziyyət çəkir. Çünki o qazanc sahibi, müdafiəçi və ailə başçısıdır. Qısamüddətli komplekslər insana hətta xeyirlidir. Onlar insanda idmançı qəzəbi yaradır və elə uğurlar əldə edə bilər ki, bu barədə xəyal edə bilməzdi.Yox əgər insan öz komplekslərini kompensasiya etmək istəmir, əl ayağını sallayıb oturursa onda bu təhlükəlidir. Onu da qeyd edək ki, natamamlıq kompleksindən xilas olmaq o qədər də asant deyil.

Komplekslərlə necə vidalaşmaq olar?

Hər zaman ideal tapıb özünüzü onunla müqayisə etməyin.
Özünüzü daha uğurlu, varlı, və ağıllı adamlarla müqayisə edib bundan əziyyət çəkməyin.
Uğur əldə etmək üçün qarşınıza məqsəd qoyun. Bu məqsədə çatmaq üçün müddəti müəyyən edin və onu reallaşdırmağa başlayın.
Özünüzdə olanlardan zövq alın, xırdalıqlarada sevinməyi bacarın.
Öz həyatınızı dəyişdirmək üçün sizə yaranan hər bir şəraitdən istifadə edin. Bacarmaram deyə sizə təqdim olunan tapşırıqdan boyun qaçırmayın. Əgər bəxt sizin qapınızı döyrsə onu acmaq lazımdır.

Düşünün ki, siz böyümüsüz, şəxsi təcrübəniz var, müstəqil qərar verməyə qabilsiz. Başqalarının ehtiyacını ödəməyə çalışmayın, özünüz zövq almağı öyrənin.
Öz üştün keyfiyyətlərinizin siyahısını yazın və hər bir situasiyada bu müsbət keyfiyyətlərinizi qabardın. Özünüzə sizin komplekslərdən xəbəri olmayan insan kimi baxın: yəqin ki, xeyli cəlbedici keyfiyyətlər görəcəksiniz.
Özünüzə qayda qoyun: “ Mənim həyatımda ən vacib adam mənəm”. Qorxmayın siz heç vaxt özünəvurğun eqoist ola bilməzsiz.

Özünüzün güclü və zəif tərəfinizi öyrənin. Əgər özünüzü kənardan görə bilmirsinizsə onda etibarlı dostunuza yaxud ailə üzvlərinizdən bu işdə sizə kömək etməyinizi xahiş edin.

Özünüqiymətlənirmə və inam itdikdə diqqətinizi müsbət keyfiyyətlərə yönəldin. Bununla özünüzü həvəsləndirin. Deyə bilərsiniz ” mən bu işdə yaxşı olmaya bilərəm, əsas odur ki, başqa hansısa bir işdə möhtəşəm, əvəzolunmazam”. Öz diqqətinizi pozitiv şeylərə yönəldin.

Zəif tərəfinizi bilməklə bu sahələri yaxşılaşdırmaq üçün işlər görə bilərsiz. Amma düşünün ki, sizin zəiflikləriniz şəxsiyyətinizə və kimliyinizə təsir etmir.

Narınc Uşaq Psixologiya Mərkəzinin Nizami filialının rəhbəri Ruhəngiz Mehmanqızı 

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.