Düşüncə Jurnalı

header photo

Rotasizm

19-12-2017

R səsi tələffüzunə görə mürəkkəb səslərdən biridir. Valideynlərin nəzərində olsun ki, uşağın nitqi inkişafı mərhələsində ən son formalaşan  samit  səslər  R və L səsləridir ki, bu da 4-5 yaşa təsadüf edir.

Rotasizm diaqnozu nitqində R səsinin tələffüzu olmadıqda  nəinki uşaqlara, bəzən də böyüklərə qoyulan loqopedik diaqnozdur. Pararotasizm-normal, dişarxası R səsinin hər hansı bir səslə əvəz olunmasıdır, məsələn R səsinin  L,D,T və ya Y ilə əvəz edilməsi. Rotasizmin aşağıdakı növləri vardır.

Boğazda yaranan R( Ğ səsi ilə) –geniş yayılmış  R səsi tələffüzü qüsuru iki varintda olur,lakin hər iki halda dil arxaya doğru çəkilib və ozünün kök hissəsi ilə yumşaq damaqla yaxınlaşıb.

Əgər birinci variantda nəfəsvermə zamanı çıxan hava cuxurdan keçərkən  kiçik dilçəyi titrədirsə     ( “uvula”-dilçək), bu cür səsi uvulyar R adlandırırlar.

Əgər R səsi yumşaq damağın vibrasiyası nəticəsində əmələ gəlirsə bu velyar R adlanir ( “velum palatum”-yumşaq damaq ).

Uvulyar R akustikasına gorə normal R-ya daha yaxındır,  bu əsasən də yaxşı musiqi duyumu olan uşaqlarda daha effekli səslənir. Velyar R zamanı səs gobud kükrəyiş şəklində səslənir.

Doral R .Dilin ön kənarı aşağı enib ,vibrasiya damağın ön hissəsinə və ya alveollara toxunan dilin bel hissəsi ilə əmələ gəlir. Dillə bərabər butun alt çənə titrəyir,gobud kükrəyiş eşidiılir.

Yan rotasizm. Dilucu vibrasiya dilin yan kənarının( adətən bir tərəfli ) üst azı dişlərdən qopması ilə əvəz olunur.Yaranmış çuxura verilən nəfəs dolur və xoşagəlməz şappıltılı səs eşidilir.Daha ağır hallarda vibrasiyaya yanaq və üst dodaq da qatılır.

Rotasizmin səbəblərinə funksional-fizioloji qüsurlarla yanaşı orqanik qüsurları da göstərmək olar: qisalmış dilaltı pərdə;hədsiz qalin və ya ensiz dil; həmçinin dilin ön kənarı qısalmış ;damaq isə ensiz (dar ) olduqda.

 M.E.Xvatuyevin məlumatlarına əsasən, hələ keçən əsrin əvvəllərində R səsinin (damaqönü) korreksiya üsullarının sayı 50-ə catırdı.

Vibrant R-nın qoyulma müddəti bir neçə dəqiqədən bir neçə ayadək ola bilər, bu da pasientin psixo-fizioloji imkanlarından və onun nitq apparatının quruluşundan asılı olduğu kimi, loqopedin ustalıgı və metodik təchizindən də asılıdır.

R səsinin korreksiya işi iki istiqamətdə aparılır : a)nəfəsvermə zamanı çıxan havanın keçməsi üçün dilin ön kənarını alveollara qaldırarkən ensiz çuxur yaradaraq dili yuxarıda saxlamağı bacarmaq; b) vibrasiya yaratmaq.

Dili duzgün saxlamaq bacarığını formalaşdırmaq üçün hazırlıq məşğələləri.

1. Öncə uşagı dilinin hissələri ilə tanış edin.Bunu onun əlində gostərə bilərsiz:dilin ucu,onun beli, dilin kənarları (əlin qabırğaları) və “qarnı”,belinin altinda “qarnının“ yanında dilaltı pərdə var.

2. Güzgü önündə uşağa dilini şaqqıldatmağı öyrədin (ağız genış açılıb) və dilin belini damağa yapışdırmaq.

Dilaltı pərdəyə diqqət edin:”göbələk” alındı. Dili sürətli və yavaş, ucadan və sakit şaqqıldatmaq.

3.  Dilaltı pərdənin dartılması aydın görünən  dili üst damağa  yapışdırılmış vəziyyətdə saxlamağı bacarmaq (təyin olunmuş zaman ərzində).

4. Loqopedin komandası altında dil üst damağa yapışdırılmış vəziyyətdən dillə ucadan tək şaqqıltı səsi yaratmaq.

5. Dili dodaqlar arasından çıxararaq dili titrətmək.

6. Ağız geniş açılıb, dilin ucu üst dişlərin arxasına alveollara qalxıb. Uşaq nəfəsini tutaraq     D-D-D və ya T-T-T deyir. Dil alveollar üzərində “hoppanır". Dilin  ucunun alveollara  toxunuşu ve geri çəkilməsi aydın görünür. Daha aydın müşahidə üçün azi dişlərin arasına şpatel yerləşdirmək olar.

7. Nəfəs tutaraq  ardıcıl yerdəyişmə ilə nəfəs tutaraq  dil alveollarda “TDA-TDA-TDA....TDI-TDI-TDI” deməli.

8. “Təbil”:damağa tez-tez döyəcləyirik “ DDDD”, üst damaqdan başlayıb tədricən aşağı- üst kəsici dişlərə enirik.

9. Alveollarda “küləkcik”: DZA-DZI (frikatıv R).

10. “Kuləkli balalayka”:alveollarda  DZİN-DZİN-DZİN ( incə səslənməli, frikatıv)

Dilin vibrasiyasının alinması.

        1.Pasient tərəfindən frikativ R səsləndirilərkən onun dili mexaniki olaraq titrədilir ; öncə loqoped tərəfindən xüsusi zond vasirəsi ilə , sonra isə uşağa göstərici barmaqdan istifadə edərək öyrədilir.

        2.Pasient tez-tez alveollarda dı-dı-dı deyərək dilini titrədir. Müntəzəm məşğələlər nəticəsində   (  fasilələrlə 35 saniyədən çox olmamaq şərti ilə) gobud vibrasiya normal ilə əvəz olunur. Əgər vibrant R-nın möhkəmləndirilməsi prosesi asta gedirsə, uşaq tək-tək sözləri tələffüz edərkən R səsinin tələffüzunə barmaqdan  istifadə edə bilər.

R səsinin korreksiya etaplarında səsin öncə hecada ,sonra isə sozdə və cümlədə möhkəmləndirilməsi mütləqdir. Həmçinin R səsi tələffüzü yarandıqdan sonra onun L ,Y və ya Ğ səsləri ilə qarışdırılması qaçılmazdır. Bu qüsurların mükəmməl həlli- differensiallaşmanı ilkin struktur olaraq hecalardan başlamaqdır.Azyaşlı uşaqların R səsini əvəzetməsi L və ya Y səsi ilə olur. Lakin yaş artıqca qüsur aradan qaldırılmırsa uşaqlarda kompleks hissi yaranır və onlar təkbaşına həlli yolları axtarırlar. Bu yollar- R səsinə uyğun ( bənzər ) səslərin kəşfidir.Ən münasib və praktik variant isə - Ğ səsi ilə əvəz etmədir ki, bu cur korrreksiya pasient üçün daha çətin bir proseslə baş verir. Bunun səbəbi isə G səsini tələffüz edərkən dilin kökünün hava axınının qarşısını kəsərək dilin vibrasiyasına mane olmasıdır. Odur ki, valideynlər uşagın  psixi-nitqi inkişaf mərhələsini daima izləməli və nəzarətdə saxlamalıdırlar.

Məqalə müəllifi:Loqoped-Defektoloq: Vəfa İsmayılova

Narınc Uşaq Psixologiya Mərkəzi Gəncə filialı

Go Back

Sorğu göndər