Düşüncə Jurnalı

header photo

Stresdən qurtulmağın ilk maddəsi- Nəfəs texnikaları

Sənayeləşmiş, geniş cəmiyyətlərin ən önəmli problemi olan stres və həyəcan-təşviş pozuntusundan şikayət edən bir çox insan qabırğa və ya sinə nəfəsi alır. Sürətli nəfəs alma, ürək döyüntülərində artım kimi dəyişikliklər, "savaş" ya da "qaç" reaksiyası  bir bədənin daha çox oksigen və enerji daşınmasını asanlaşdırmaq üçün göstərdiyi stres reaksiyalarıdır. Məhz buna görə stres halını yüngülləşdirmək üçün nəfəsimizə nəzarətdən başlamaq olar. Əgər ağciyərlərimizi üst, orta və alt olmaqla 3 hissə halında düşünsək stres halında olan insan demək olar ki, ağciyərlərinin alt hissəsini istifadə etməz. Halbuki, dərin nəfəs bu 3 hissənin birlikdə işləməsi və əvvəlcə alt hissənin dolması ilə başlayır. Diafraqma əzələlərinin köməyi ilə mədə və qabırğaların alt hissəsi genişlənər, sonra orta hissə hava ilə dolar. Yəni sinə genişlənər və ən son olaraq da çiyinlər yüngülcə qalxar. İnsanların bir çoxu ciyərlərinin bir hissəsini istifadə etməzlər. Dərin və sakit bir nəfəs ciyərlərin 3 hissəsinin də işləməsi ilə mümkündür.

Nəfəs texnikaları gündə iki dəfə, əgər bu mümkün deyilsə mütləq gündə bir dəfə tətbiq olunmalıdır.

- Stulda dik vəziyyətdə oturun.

- Bir əlinizi sinənizin, digərini isə qarnınızın üzərinə qoyun.

- Dərin bir nəfəs alın. Hansı əliniz daha çox hərəkət edir? Döş qəfəsiniz və çiyinləriniz yuxarı qalxırsa səhv nəfəs alırsınız. Yeni doğulmuş körpəni izlədikdə onun qarından nəfəs alıb verdiyini görmək olar. Bu ən doğru tənəffüs şəklidir.

- Əlinizi döş qəfəsinin bitiminə yerləşdirin və burundan yavaş bir şəkildə nəfəsinizi alıb tutun.

- Diqqət edin: nəfəsinizi aldıqda qarnınız şişəcək, nəfəsinizi tutduğunuz zaman ərzində şiş olaraq qalacaq və nəfəs verdikdə içəri doğru hərəkət edəcək.

- Əllərinizi eyni nöqtədə tutun və nəfəs aldıqda iradi olaraq qarnınızı xaricə doğru itələyin.

- Və nəfəs verərkən qarnınızı içəri çəkin.

- Bunu 6-8 dəfə təkrar edin.

Məqalə müəllifi:Firuzə Qənizadə (Narınc Könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər